Orta məktəb üzrə fənn müəllimləri üçün
Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları təsdiq edilib.
Təmayül sinifləri üçün fənn kurikulumları TƏSDİQLƏNDİ
Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları təsdiq edilib.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Məqsəd tam orta təhsil səviyyəsinin təmayül siniflərində tədris prosesinin səmərəli təşkilini təmin etməkdir.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları
Like this:
Like Loading.
Related
- ← Özünü binadan atan məktəbli qız ilə bağlı ağlasığmaz İDDİALAR – FOTOLAR
- “Kaspi” Təhsil Mərkəzi Əli Həsənovdan alındı →
Ən çox oxunanlar
- İngiliscə danışaraq məşhu. MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə ingil.
- Təhsil işçilərinin aylıq. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və.
- DİM buraxılış imtahanının. İmtahan respublikanın 29 şəhər və rayonunda t.
- 2023/2024-cü tədris ilind. “Yaxın iki il ərzində informatika fənni bur.
- Məktəbdə 8 Mart üçün pul. Azərbaycanda orta ümumtəhsil müəssisələrindən b.
- Planetlər haqqında məluma. 1) Merkuri: Ən kiçik ikinci planet.Şumerlər dövründən.
- Zərərli vərdişlər sağlaml. Yaşadığımız dövrdə insanların bir çox zərərli vərdişlə.
- Dövlət bayrağımız: Üç rən. Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bay.
- Bağça müəlliminin təhsili. Amerikanın Kolumbiya Bölgəsi bağçalarda 0-5 yaşlı uşaql.
- Elm və təhsil naziri Göyg. Elm və təhsil naziri Emin Əmrullayev 30 mart 2023-.
- Azərbaycanın işğaldan aza. Yenilənib – 01.12.2020 Mektebgushesi.az-ın Müd.
- Azərbaycanın ən bahalı mə. Müasir dövrdə valideynlər uşaqları üçün təhsilin nə qə.
- MƏTNİN TİPLƏRİ Mətnin mövzusuna müəllif mövqeyini ifadə edən.
- Ən yaxşı məktəblərin adla. Liseylərin attestat qiymətləri əla olan abituriyentlər.
- “Ən yaxşı təqdimat” müsab. Ümummilli lider Heydər Əliyevin anadan olması.
- BDU əlavə təhsil almaq üç. Bakı Dövlət Universiteti 2022-2023-cü tədris.
- Tibb kolleclərinə qəbul n. Gələn il keçiriləcək buraxılış imtahanlarında bəzi məq.
- Azərbaycan Dövlət Pedaqoj. Yaranışının 94 ili ərzində Azərbaycanda xalqın maariflə.
- Hər gün nar yeməyin 10 fa. Fəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yeri.
- Təhsil haqqında Qanuna. 2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə.
- Memarlıq və İnşaat Univer. Memarlıq və İnşaat Universitetinin əməkdaşı Aybəniz Kos.
- Tanınmış pedaqoqla görüş. Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə Humanist Peda.
- “Azərbaycanda Rektorlar K. Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa K.
- Respublika Fənn olimpiada. Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəh.
- Professor Zakir Əliyev: U. “Müalicəyə düzgün əməl etmək mütləqdir” Valideynlər.
Arxiv
VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782
Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©
Əlaqə
- Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
- [email protected]
- +994 070 320 38 51
- +994 55 774 84 44
Orta məktəb üzrə fənn müəllimləri üçün
Azərbaycan təhsil sisteminə 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya daxil olmuşdur.
Bu “Kurikulum” (İslahatın başlanğıcında “Kurrikulum” adlanırdı. Bu söz Azərbaycan dilinin ahəng
qanunlarına uyğun gəlmədiyi üçün dilçilər bu termini “Kurikulum” kimi istifadə etməyi təklif
ediblər) pedaqoji terminologiyası idi. Daha sonralar elm və təhsil sahələrində termin kimi işlənməyə
başlamışdır. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri
özündə əks etdirən konseptual sənəddir. Kurikulumun əsasını təhlil, tərtib, tətbiq, və
qiymətləndirmə təşkil edir.
Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin
məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks
Qlobal dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin vəzifələri dəyişir. Ağılın,
intellektin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar
deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirilir və bugünkü
təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Belə bir zamanda Azərbaycan da müstəqillik əldə
etmiş ölkələrdən biri kimi bütün sahələrdə, o cümlədən təhsildə islahatlar aparır. Müstəqil
Azərbaycanın memarı ulu öndər Heydər Əliyev demişdir: “İndi təhsil sistemində islahatların əsas
məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına
TARİXİ MƏLUMAT
“Kurikulum” (curriculum) latın sözü olub, lügəvi mənası “kurs”, “elm”, “yol”, “qaçış” deməkdir.
Bu söz ingiliscə-rusca lügətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur.
Curriculum sözünə ilk dəfə Leyden (1582-ci il) və Qlazqo (1633-cü il) şəhərlərinin
universitetlərinin sənədlərində rast gəlir.
Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa
başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci
illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-
cı illərinin axırlarından başlayaraq istifadə olunur. İlk dəfə “The Oxford English Dictionary” (OED-
Oxford İngilis dili Lüğəti) leksikoqrafik termin kimi bu sözü işlədib. Mənası, “İcbari tədris kursu və
ya tədris müəssisəsində hazırlıq” deməkdir.
Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri olmaqla hazırda geniş miqyasda tətbiq
olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual
sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan
tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir. Əslində bu məsələlərin hər biri
kurikulumda onun tərkib hissəsi mühüm komponentləri kimi ehtiva olunur. Həmin komponentlərin
bir-biri ilə qarşılıqlı əlaqəsi, hər hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması
vacib tələb kimi gözlənilir.
AZƏRBAYCANDA KURİKULUM
Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil
prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır. İnsanın
həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir.
Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu məntiqə uyğun olaraq pillə-pillə aparılır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları demişdir: “Bütün işlər
məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları
bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”.
Azərbaycanın tarixində artıq tələbyönümlü bir təhsil sistemi formalaşır. Cəmiyyətimizin ehtiyac və
tələbatlarına uyğun belə bir təhsil sisteminin qurulmasında demokratikləşdirmə, humanistləşdirmə,
inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi
nəzərə alınır. Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas götürməklə təhsil alanların
mənafeyinə xidmət göstərmək ön plana çəkilir. Beləliklə, təhsilin bütün sahələrində dönməz
xarakterə malik, ardıcıl və sistemli işlərə rəvac verilir. O cümlədən kurikulum islahatları elmi
əsasda məqsədyönlü, planlı şəkildə aparılır.
Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası
arasında bağlanmış ilk Kredit Sazişi əsasında başlayıb. 15 iyun 1999-cu il tarixdə “Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunmuşdur. 1999-cu ildən bünövrəsi
qoyulan bu islahatın öyrədici innovasiya mərhələsində ümumtəhsilin vəziyyətinin araşdırılması,
gələcək fəaliyyətlər üçün istiqamətlərin müəyyənləşdirilməsi, pilot müəssisələrin təşkili,
mütəxəssislərə kurikulumların hazırlanması sahəsində zəruri bacarıqların aşılanması və sair
sahələrdə işlər görülüb. Beynəlxalq və milli səviyyəli mütəxəssislər tərəfindən ümumi təhsil
sistemində aparılan araşdırmalar birbaşa onun mövcud durumunu müəyyənləşdirməyə yönəlib.
Xüsusən inzibati amirlik sistemindən çıxan bir ölkə kimi Azərbaycanda təlim-tərbiyə işinin
xarakterik cəhətləri öyrənilib.
Təhsil sahəsində İslahat Proqramı 1999-2013-cü illəri əhatə edir. Kurikulum islahatı təhsil
islahatının əsas istiqamətlərindən biridir.
Leyla Bayramova
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
25 Mayıs 2019 Cumartesi
Fənn kurikulumu, Standartlar, məzmun standartlarının quruluşu, Taksonomiyalar:
Paylaşıldı on 12:12 by Leyla Bayramova
II Mövzu:
Fənn kurikulumu, Standartlar, məzmun standartlarının quruluşu, Taksonomiyalar:
Fənn kurikulumunun xarakterik cəhətləri
Fənlər üzrə təhsil proqramı (kurikulumu) hər fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən konseptual sənəddir .
Fənn kurikulumunun strukturu :
Giriş: Fənnin məqsəd və vəzifələri, Fənnin xarakterik xüsusiyyətləri
1. Fənnin məzmunu
Ümumi təlim nəticələri
Məzmun xətləri
Məzmun xətləri üzrə
təlim nəticələri
Məzmun standartları
İnteqrativlik
2. Təlim strategiyası
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
Forma və üsulların təkmilləşdirilməsi barədə
tövsiyələr
Müəllimin təlim fəaliyyəti-
nin planlaşdırılmasına dair
nümunələr
Məzmun standartlarının şərhi
3. Şagird nailiyyətinin qiymətləndirilməsi
Əsas qiymətləndirmə növləri
Qiymətləndirmə standartları və qiymətləndirmə vasitələr i
Fənn kurikulumunda siniflər üzrə fənnin məzmunu (fənnin məqsədləri, məzmun xətti, standartlar, alt- standartlar), təlim strategiyaları, qiymətləndirmə standartları, növləri, üsulları və vasitələri əks olunub.
Təlim modeli: məzmun-metod-öyrədici mühit-qiymətləndirmə
Təlim nəticələri-
müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir .
Təlim nəticələri fənn kurikulumundakı məzmun standartlarının əsasını təşkil edir.
Məzmun xətti – fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir .
Məzmun standartı – təhsil alanların bilik və bacarıqlarına qoyulmuş dövlət tələbidir.
Əsas standartların funksiyası
ü Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
Alt-standartların funksiyaları
ü Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.
ü Təlim strategi ə alarının düzgün seçilməsində mühüm rol oynayır.
ü Təlimdə inteqrativliyi təmin edir.
ü Təlimin məzmununun davamlı inkişafını təmin edir.
ü Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.
Məzmun standartlarının komponentləri üzrə təsnifat
1. Bilik: 2. Fəaliyyət
Biliyin kateqoriyaları: Standartlarda ifadə edilən bilik adətən alt standartlarda üç geniş kateqoriyadan birinə aid olur. Bu kateqoriyalar biliyin üç əsas növünü təmsil edir.
1. Deklarativ/Faktoloji bilik: prosesləri və ya fəaliyyət mərhələlərini ehtiva etmir. Müəyyən fənn üzrə məlumat xarakterli biliklərdir. Bunların sırasına artıq mövcud olan mühüm anlayışlar və faktlar, terminologiya və təriflər, hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar daxildir.
2. Prosedural bilik: prosesi ehtiva edir. Bu bilik hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul edilə bilər. Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən prosedur qaydaları əhatə edən biliklərdir. Bunların sırasına tədqiqat, araşdırma və tətbiqetmə metod və texnikaları, alqoritmlər, xüsusi metodologiyalar daxildir.
3. Kontekstual/Konseptual bilik: sadəcə prosedural ve ya deklarativ biliyin əsasında qurulan biliyin yeni məzmununu təşkil edir. Konseptual bilik problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən bilik sahəsinə münasib faktları ümumiləşdirən və əlaqələndirən şəxsin yaratdığı yeni konsepsiyalar, ümumiləşdirmələr, nəzəriyyələr, təsnifatlar, prinsiplər, modellər, strukturlar daxildir.
Məlumat xarakterli biliklərdir. Bunların sırasına anlayışlar, təriflər, faktlar daxilldir.
Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklərdir.
Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir.
İdrak prosesinin gedişatına, dərketmə qabiliyyətinin refleksiyasına və dərk edilməsinə kömək edən biliklərdir. Bunların sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və ya reflektiv biliklər, idrak prosesi haqqında təsəvvürlər daxildir.
Fəaliyyət növləri:
1. İdraki (Koqnitiv)
tanımaq, qaydanı izah etmək, nümunə göstərmək, istifadə etmək, təhlil etmək, müqayisə etmək, dəyərləndirmək 2. Emosional-affektiv (Ünsiyyət)
seçimini izah etmək, təsvir etmək, şərh etmək, reaksiya vermək, təqdim etmək
3. Psixomotor
rəqs etmək, qaçmaq, yazmaq, rəsm çəkmək, yapmaq, quraşdırmaq
TƏLİM MƏQSƏDLƏRİNİN TAKSONOMİYASINA DAİR
* Təlim məqsədləri bilik, bacarıq, vərdiş və dəyərlərin formalaşmasını əks etdirir.
* Taksonomiya təlim məqsədlərinin həm iyerarxiyasını, həm də təsnifatını özündə birləşdirir.
Təlim məqsədlərinin taksonomiyası Benjamen Blum (ABŞ) tərəfindən 1956-ci ildə təklif olunmuşdu və 3
sahəni əhatə edirdi : koqnitiv (idraki), affektiv (emosional) və psixomotor məqsədlər.
* Blumun taksonomiyasının təkmilləşdirilmiş variantı L.Anderson və D.Krasvol (2001) tərəfindən hazırlanan taksonomiyasıdır
Comments are closed, but trackbacks and pingbacks are open.