Press "Enter" to skip to content

1-4 üçün fnn kurikulumları inteqrasiya cdvli

53. Aşağıdakı fikirlərdən biri informasiya mübadiləsi mərhələsinə aiddir.
( a) Bu mərhələdə iştirakcılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
b) Fəal dərsin dorduncu mərhələsidir.
c) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
d) Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.

Coğrafiya

Coğrafiya fənni üzrə təhsi proqramı (kurikulumu) və onun xarakterik cəhətləri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi üçün ilkin təkan oldu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” kimi dövlət əhəmiyyətli mühüm sənəd qəbul edildi. Bu sənədə əsasən fənlər üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanmasına başlanıldı və bu iş müvəffəqiyyətlə davam etdirilməkdədır.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq Milli Kurikulum sənədinə əlavə və dəyişikliklər edilməklə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” qəbul edildi.Bütün fənlər kimi, Coğrafiyadan da hazırlanmış yeni təhsil proqramı (kurikulumu) bit daha nəzərdən kecirildi.
Coğrafiya fənni üzrə təhsil proqramının (kurikulumun) xarakterik cəhəti ondan ibarətdir ki, təlim prosesində şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə zənginləşdirilməsinə deyil, həm də təfəkkürünün, şəxsi keyfiyyət və qabiliyyətlərinin inkişaf etdirilməsinə, həyat üçün zəruri olan bacarıqların qazanılmasına imkan yaranır, şagirdyönümlülüyə, nəticəyönümlülüyə, şəxsiyyətyönümlülüyə, tələbyönümlülüyə istinad olunur.
Coğrafiya fənni üzrə təhsil proqramının (kurikulumun) nəticəyönümlü, şagirdlərin meyil, maraq və qabiliyyətlərinə əsaslanan, onların potensial imkanlarını nəzərə alan, fənnin xarakterik xüsusiyyətlərini, məqsəd və vəzifələrini, fənnin məzmununu, təlim strategiyalarını və şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən konseptual bir sənəddir.
Coğrafiya fənni üzrə təhsil proqramının (kurikulumun) ən mühüm xarakterik cəhəti onun nəticəyönümlü olmasıdır. Bu sənədin hazırlanması zamanı, bir qayda olaraq, bütün təlim prosesində əldə edilməsi nəzərdə tutulan nəticələr əvvəlcədən müəyyənləşdirilir və məzmuna gətirilir. Bu nəticələr həm məzmunu ifadə edir, həm də qiymətləndirmə standartlarının hazırlanmasına şərait yaradır. Nəticələrin əvvəlcədən müəyyən olunması onları əldə etməyə yönəlmiş fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək üçün imkan yaradır.
Coğrafiya fənni üzrə təhsil proqramındakı (kurikulumdakı) təlim nəticələri ətrafda baş verən təbii hadisə və proseslərin yaranma səbəblərinin, inkişaf xüsusiyyətlərinin, onların ərazi üzrə paylanma qanunauyğunluqlarının, Yer kürəsi əhalisinin və ölkələrin sosial-iqtisadi inkişafına və qlobal problemlərə dair bilik və bacarıqların mənimsənilməsinə yönəlmişdir.
Coğrafiya fənni üzrə təhsil proqramının (kurikulumun) özünün daha mürəkkəb strukturu, məzmunu və əhatə etdiyi sahələrin miqyası ilə seçilir. Şagirdlərin dünyada baş verən təbii, ictimai-siyasi proses və hadisələri dərk etməsinə, təbiət-cəmiyyət əlaqələrini, insanların müxtəlif xarakterli fəaliyyətlərini, coğrafi mühitin məskunlaşma və təsərrüfat fəaliyyəti üçün əlverişlilik səviyyəsini qiymətləndirməsinə və məntiqi mülahizələr irəli sürməsinə imkan verir.
Coğrafiya fənni üzrə təhsil proqramı (kurikulumu) hazırlanarkən fənnin spesifik xüsusiyyətləri əsas götürülmüşdür. Nəzərə alınmışdır ki, bu fənnin vasitəsilə şagirdlərdə Yer planetinin Günəş sistemində mövqeyi və onun fiziki-coğrafi nəticələrinə, coğrafi təbəqədə ərazi dəyişmələrinin əsas qanunauyğunluqları və bununla əlaqədar Yer səthi təbiətinin qlobal, müasir, ekoloji sistemlərinin yaranması xüsusiyyətlərinə, təbiətdə baş verən təbii hadisə və proseslərin meydana gəlmə səbəblərinin inkişaf mexanizminə, onların ərazi üzrə paylanma qanunauyğunluqlarına, cəmiyyətin sosial-iqtisadi inkişafını təmin etmək üçün təbii ehtiyatlardan səmərəli istifadənin və ətraf mühitin mühafizəsinin mümkün yollarına dair bilik və bacarıqlar formalaşdırılır. Coğrafiya fənni kurikulumu əsasında insanın məkanda fəaliyyətinin təşkili, ona təsir edən təbii, sosial-iqtisadi və siyasi amillərin təhlili və ərazidə formalaşan müxtəlif miqyaslı sosial-iqtisadi sistemlərin fərqləndirici cəhətləri müqayisə olunur. Bunun əsasında şagird dünyada cərəyan edən qlobal təbii və sosial-iqtisadi proseslərin insan fəaliyyətinə nə dərəcədə təsir etməsini kompleks şəkildə təhlil edərək proqnozlaşdırır.
Coğrafiya fənni üzrə təhsil proqramı iqtisadi və fiziki coğrafiyanı kompleks şəkildə öyrənməyə imkan verir və şagirdlərdə məlumatları təhlil etmək, statistik iqtisadi göstəriciləri müqayisə etmək, müvafiq nəticələr çıxarmaq, texniki-iqtisadi hesablamalar aparmaq, diaqramlar və qrafiklər qurmaq, xəritə oxumaq bacarıqlarının formalaşdırılmasını, ətraf mühitə həssas və qayğıkeş münasibətin, hissi-emosional keyfiyyətlərin yaranmasını təmin edir.
Coğrafiya fənni kurikulumunda təbiət-cəmiyyət əlaqələrinə dair biliklər əsasında şagirdlərdə məntiqi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi nəzərdə tutulur. Onlarda tədqiqatçılıq bacarığı, fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, proqnoz və referatlar hazırlamaq, təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarıqlarının formalaşdırılması mühüm istiqamətlər kimi diqqət mərkəzində saxlanılır.
Fənnə aid nəticələr 3 məzmun xətti üzrə müəyyən edilir: coğrafi məkan, təbiət, cəmiyyət. Müəyyən olunmuş məzmun xətlərinin köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları təbiətin vahid, bütöv və bölünməz obrazı yaradılır. Şagird əvvəlcə yaşadığı Yer kürəsini bir planet kimi öyrənir, onun Günəş və öz oxu ətrafında hərəkətinin coğrafi nəticələrini araşdırır. Sonra Yer kürəsinin quruluşu, relyefi, coğrafi təbəqəsi, təbiəti, iqtisadiyyatı, əhalisi, sərhədləri haqqında müəyyən biliklər alır və bu bilikləri kontur xəritə, atlas, qlobus və digər məzmunlu xəritələr üzərində tətbiq edir, diaqramlar qurur, statistik göstəricilərdən istifadə edir, cədvəllər çəkir.
Şagirddə tolerantlıq, ekoloji mədəniyyət, iqtisadi göstəricilərdən istifadə edə bilmək, nəticə çıxarmaq, layihələr irəli sürə bilmək bacarıqlarının formalaşmasına imkan yaranır.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Coğrafiya fənni şagirdlərin coğrafi təbəqənin əmələ gəlməsi və fəaliyyət mexanizmini, təbəqədə mövcud olan inkişaf qanunauyğunluqlarını dərk etməsinə, Yer kürəsində təbii komplekslərin əmələ gəlməsini, təbiətdə baş verən coğrafi hadisələrin və təbii proseslərin başvermə səbəblərini izah etməsinə imkan verir. Günəş sistemində Yer planetinin mövqeyini və bununla bağlı hadisələri müşahidə etməyə şərait yaradır. Bu fənn Yerin təbii imkanlarının iqtisadiyyatın inkişafına təsirinin, onlardan səmərəli istifadə olunmasının, təbii resurslarla təminat sahəsində yaranan problemlər və onların həlli yollarının, təsərrüfatın inkişafı nəticəsində təbii komplekslərdəki qlobal ekoloji problemlərin nəticələrinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
Coğrafiya fənninin ümumtəhsil məktəblərində tədris olunmasının başlıca məqsədi şagirdlərdə Azərbaycanın təbii şəraiti, təbii ehtiyatları, əhalisi və demoqrafik vəziyyəti, dünya ölkələri ilə müqayisədə Azərbaycanın iqtisadi və sosial-coğrafi xüsusiyyətləri, qloballaşma prosesində iştirakı barədə təsəvvürlər yaratmaqla, dünyanın səbəb-nəticə əlaqələri zəminində kompleks şəkildə qavranılması, ətraf mühitin antropogen dəyişilməsinin bəşəriyyətin inkişafına təsiri ilə bağlı biliklər, ekoloji problemlərə həssas münasibət, vətəndaşlıq mövqeyi formalaşdırmaqdan, onların idrak qabiliyyətini, iqtisadi təfəkkürünü və ekoloji mədəniyyətini inkişaf etdirməkdən ibarətdir.
Ümumiyyətlə, coğrafiyanın tədrisi vasitəsilə şagirdin:
 ümumi orta təhsil səviyyədə coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacibliyini, təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiətdəki coğrafi hadisələrin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını bilməsi, xəritə və plan üzrə təhlillər aparması, xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə etməklə alınmış nəticələrə dair diaqramlar, cədvəllər qurması;
 tam orta təhsil səviyyədə ümumi orta təhsil səviyyəsindəki fəaliyyət istiqamətləri dərinləşdirilməklə coğrafi təbəqənin tərkib hissələrinin inkişaf qanunauyğunluqlarını, insan və təbiətin qarşılıqlı əlaqəsini, təbii kompleksləri müqayisəli təhlil etməsi, onlarda baş verən dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edərək gələcək üçün proqnozlar verməsi, ətraf mühitdə baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr qoyması, sınaqlar keçirməsi, onların nəticələrini ümumiləşdirib təqdim etməsi, geosiyasi dəyişiklikləri təhlil etməsi, bu dəyişikliklərin Azərbaycana təsiri barədə mülahizələr irəli sürməsi, dünya ölkələrinin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplaması və sistemləşdirməsi təmin olunur.
I. Coğrafiya təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə şagird:
 təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiətdəki coğrafi hadisələrin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını izah edir, onların əsasında müqayisələr aparır, nəticələri ümumiləşdirir, yazılı və şifahi təqdim edir;
 coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacibliyini müvafiq dəlillər əsasında şərh edir;
 müxtəlif şərait və vəziyyətlərdə ətraf mühitin öyrənilməsində coğrafi cihazlardan istifadə edir
 müəyyən ərazinin kartoqrafik təsvirini verir, xəritə və plan üzrə təhlillər aparır, xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə edərək müvafiq hesablamalar aparır və nəticələrə dair diaqramlar, cədvəllər qurur;
 Azərbaycanın, eləcə də müxtəlif ölkələrin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplayır, sistemləşdirir, onların əsasında təqdimatlar edir.
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
 coğrafi təbəqənin tərkib hissələrinin inkişaf qanunauyğunluqlarını, onların qarşılıqlı əlaqəsini, ətraf mühitə təsirinin nəticələrini izah edir, təbii komplekslərin müqayisəli təhlilini aparır, onlarda baş verən dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edir;
 ətraf mühitin dəyişilməsi prosesini müşahidə etmək üçün təcrübələr aparır, sınaqlar keçirir, onların nəticələrini ümumiləşdirib təqdim edir;
 müvafiq nəzəri biliklər əsasında iqtisadi səmərəliliyin təmin olunması ilə bağlı fərdi qaydada, habelə qrup daxilində kiçik layihələr hazırlayır, hesablamalar aparır, nəticələrin tətbiqi üzrə mülahizələr irəli sürür;
 müxtəlif məzmunlu plan və xəritələr hazırlayır, ayrı-ayrı sahələr üzrə coğrafi hesablamalar aparır və müvafiq diaqramlar, sxem və cədvəllər tərtib edir;
 geosiyasi dəyişiklikləri təhlil edir və ümumiləşdirmələr aparır, bu dəyişikliklərin ölkəmizə təsiri barədə mülahizələr irəli sürür;
 öz biliyini və məlumat dairəsini genişləndirmək üçün əlavə materiallar toplayır, onları sistemləşdirib yazılı və şifahi təqdim edir.
1.2. Məzmun xətləri
Coğrafiya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün məzmun xətləri aşağıdakı kimi müəyyən edilmişdir:
 Coğrafi məkan
 Təbiət
 Cəmiyyət
Coğrafi məkan
Coğrafiyanın tədrisində «Coğrafi məkan» məzmun xətti şagirdlərdə qlobal, regional və lokal miqyasda məkan anlayışını formalaşdırır. Günəş sistemində Yer planetinin tutduğu vəziyyətin və bununla bağlı baş verən hadisələrin təhlilini aparmağa imkan yaradır. Yer kürəsində coğrafi obyektlərin yerləşməsinə dair əhatəli və dəqiq məlumat almağa, ayrı-ayrı əraziləri təsvir etmək qabiliyyətinə yiyələnməyə kömək edir. Coğrafi məkana dair qazanılan biliklər məhəldə cəhətləri təyin etmək, istənilən məntəqəyə qədər olan məsafələri ölçmək, onları kartoqrafik təsvirlər vasitəsilə təqdim etmək, tələb olunan ərazilərin səth quruluşunu, coğrafi
xüsusiyyətlərini müqayisəli təhlil etmək, hər hansı əraziyə dair əlavə məlumat toplamaq bacarığını formalaşdıraraq, şagirdlərdə idrak fəaliyyətinin inkişafına, nəzəri bilikləri praktik olaraq tətbiq etmək vərdişinin yaranmasına səbəb olur.
Təbiət
Orta məktəblərdə “Təbiət” məzmun xətti şagirdlərdə Yer kürəsini vahid təbii sistem kimi qavramağa, təbii hadisələrin inkişaf qanunauyğunluğunu dərk etməyə imkan yaradır, onlar təbii proseslərin səbəblərini təhlil edir, nəticələrini aydınlaşdırır, gələcək inkişafının proqnozunu verirlər. Yer təbəqələrinə aid biliklər şagirdlərdə ekstremal, təbii dağıdıcı hadisələr zamanı davranış qaydalarına yiyələnməyə kömək edir. Təbii komplekslərin yaranması mexanizminin dərk edilməsinə, müxtəlif coğrafi amillərdən asılı olaraq ayrı-ayrı materik və okeanların daxilində coğrafi paylanma qanunauyğunluğunun izah olunmasına şərait yaradır. Şagirdlər Yer kürəsini təşkil edən iri təbii komplekslərin (materik və okeanların) özünəməxsus coğrafi xüsusiyyətlərini mənimsəməklə müasir qloballaşma şəraitində gərginləşən ekoloji problemlərin səbəb və nəticələrini şərh edir, onların həlli yollarına dair təkliflər verir, respublikada, eləcə də onu əhatə edən ətraf mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirirlər.
Cəmiyyət
Orta məktəblərdə Yer kürəsində cəmiyyətə dair biliklər şagirdlərə dünya əhalisinin irqi, milli, dini, etnik tərkibinin müxtəlifliyini dərk etməyə, digər xalqların həyat tərzi və maraq dairəsi ilə tanış olmağa imkan yaradır. Bu biliklər onlarda xalqların adət-ənənələrinə, özünəməxsus xüsusiyyətlərinə tolerant yanaşma hissini yaradır və onun əsasında milli şüuru formalaşdırır.
Şagirdlərə əhalinin təbii amillərlə yerləşməsi və sosial-iqtisadi fəaliyyəti arasındakı qanunauyğunluqları başa düşməyə, təbii və sosial amillərin iqtisadiyyatın inkişafında rolunu təhlil etməyə, elmi nailiyyətlərin tətbiqi nəticəsində insanın təbiətdən asılılığının azalma dinamikasını dərk etməyə imkan yaradır.
Onlar ölkədaxili və beynəlxalq siyasi-iqtisadi münasibətlərin insanların həyat səviyyəsinə təsirini başa düşür, iqtisadi inkişafın yaratdığı ekoloji problemlərin başvermə səbəblərini müəyyən edərək, təbii tarazlığın saxlanılmasında qlobal layihələrin tətbiqini, hər bir fərdin iştirakının vacibliyini, dünyada münaqişə zonalarının yaranma səbəblərini və onların həllində beynəlxalq təşkilatların rolunu qiymətləndirir.
Yer kürəsində cəmiyyətə dair biliklər şagirdləri gələcəkdə əməkdaşlıq etmək, mədəni və iqtisadi əlaqələr qurmaq bacarığına istiqamətləndirir.
1.3.Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Coğrafi məkan
Şagird:
 səma cisimlərini müqayisə edir, onların hərəkətlərinin qarşılıqlı təsirini əsaslandırır və həyatın inkişafındakı rolunu izah edir;
 yaşadığı ərazidə müşahidələr, hesablamalar apararaq nəticələrini müqayisə edir, məhəlin kartoqrafik təsvirini verir, ondan istifadə bacarıqlarını nümayiş etdirir;
 kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi, geosiyasi mövqeyini müəyyən edir.
2. Təbiət
Şagird:
 coğrafi təbəqənin özünəməxsusluğu və inkişafını, onlarda baş verən təbii hadisə və proseslərin səbəblərini təhlil edir, insanların həyat və fəaliyyətinə təsirini izah edir;
 təbii şərait və ehtiyatların yerləşməsinin müxtəlifliyini müəyyən edir və onlardan istifadə imkanlarını təhlil edir;
 təbii hadisə və proseslərin müşahidəsi üçün müvafiq cihaz və alətlərdən istifadə edir, nəticələrini təqdim edir.
3. Cəmiyyət
Şagird:
 dünya əhalisinin müxtəlif xüsusiyyətlərini təhlil edir, regionlar üzrə paylanmasının səbəblərini izah edir;
 dünyada təbii və sosial amillər ilə iqtisadiyyatın inkişafı arasındakı əlaqəni izah edir, əmək ehtiyatlarından və təbiətdən istifadəyə dair mülahizələr söyləyir;
 insan fəaliyyətinin ətraf mühitə təsirini izah edir, ekoloji tarazlığın qorunmasını dəyərləndirir.
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Coğrafi məkan
Şagird:
 səma cisimlərinin mövqeyini, hərəkətlərini, bununla bağlı yaranan coğrafi hadisələrin nəticələrini riyazi üsullarla əsaslandırır;
 coğrafi elementlər əsasında kartoqrafik təsvirləri təhlil edir, təbiət və təsərrüfatın yerləşməsi qanunauyğunluqlarına və anomaliyalarına dair referatlar hazırlayır;
 müxtəlif məzmunlu xəritələrdən istifadə etməklə hər hansı ərazinin təbii şərait və ehtiyatlarını qiymətləndirir, ona müvafiq olaraq iqtisadiyyat sahələrinin yerləşdirilmə imkanlarına dair təkliflərini verir, bunları yazılı və ya şifahi təqdim edir.
2. Təbiət
Şagird:
 coğrafi təbəqənin inkişafında baş verən dəyişikliklərin yaratdığı problemləri təhlil edir, proqnozlar verir;
 təbii coğrafi şərait və ehtiyatların yerləşmə qanunauyğunluğunu izah edir və insanların təbiətdən istifadəsində ekoloji tarazlığın saxlanılmasının yollarını qiymətləndirir;
 mənbələrdən topladığı məlumatlar əsasında ərazini fiziki-iqtisadi cəhətdən səciyyələndirir, nəticələrini təqdim edir.
3. Cəmiyyət
Şagird:
 dünya ölkələrinin sosial-iqtisadi inkişaf səviyyəsi ilə demoqrafik vəziyyətin əlaqəsini təhlil edir və dəyişmə dinamikasını proqnozlaşdırır;
 iqtisadiyyatın inkişafının və siyasi-iqtisadi münasibətlərin insanların həyat səviyyəsinə təsiri ilə bağlı tədqiqatlar aparır, nəticələrini təqdim edir;
 ətraf mühitin dəyişməsində antropogen təsirin rolunu qiymətləndirir, cəmiyyətin dayanıqlı sosial-iqtisadi inkişafını təmin etmək üçün proqnozlar verir.
1.4. Fəaliyyət xətləri
Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.
Coğrafiya fənninin tədrisində 8 fəaliyyət xətti əsas götürülür:
Problemin həlli – dünyanın siyasi xəritəsində mövcud olan “qaynar nöqtələri”, onların yaranma səbəblərini və həlli yollarını təhlil edir, dünyada və respublikada antropogen landşaftların yayıldığı ərazilərdə yaranan ekoloji problemlərin həlli yollarına dair layihələr hazırlayır, dünyada və respublikada miqrasiya problemlərini həllinə dair apardıqları araşdırmaların nəticələrini təqdim edir.
Mühakimə yürütmə – Azərbaycanın dünyada və türk dövlətləri arasında mövqeyinin üstün cəhətlərini əsaslandırır, qeyri–ənənəvi (iqlim, kosmik, geotermal, rekreasiya, alternativ və s.) enerji resurslarının istifadə edilməsinə artan marağın səbəblərini izah edir, ekoloji problemlərin qloballaşması təhlükəsinin reallığını əsaslandırır.
Əməkdaşlıq/ictimaiyyətlə əlaqə – dünya miqyasında Azərbaycan respublikasının mövqeyini müəyyənləşdirir, ölkələrlə əməkdaşlıga dair məlumatlar toplayır, onların əhəmiyyətini izah edir, yaşadığı ərazidə ekoloji tarazlığı pozan mənbələri müəyyən edir, qruplarda işləyərək ekoloji monitorinq keçirir, hər hansı müəssisənin fəaliyyətinə dair özünün sərbəst topladığı məlumatı təqdim edir.
Müqayisə və təhliletmə – xəritə üzərində təbii vilayətlərin müqayisəli təhlilini verir, statistik məlumatlar əsasında ölkələrin təbii ehtiyatlarla təminatını hesablayır və müqayisə edir, dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə (din, dil, irq) təhlil edir.
Tətbiqetmə– Xəritə üzərində yaşadığı ərazinin mövqeyini müəyyən edir, onun iri yaşayış məntəqələrdən olan məsafəsini hesablayır, litosfer tavaları anlayışını, onların üfüqi yer dəyişməsini və bunun coğrafi nəticələrini təhlil edib sxematik təsvir edir, problemlərin həll edilməsi üçün birgə fəaliyyət proqramı hazırlayır, onu hökümət və ya qeyri-hökümət təşkilatlarnın işi ilə əlaqələndirir, layihəni nümayiş etdirir.
Proqnozlaşdırma- Respublikanın Avropa və Asiya qitələri arasında yerləşməsinin müxtəlif sahələrə təsirini proqnozlaşdırır, dağəmələgəlmə mərhələlərində materiklərin relyefindəki dəyişikliklərin ardıcıllığını izah edir, materiklərin relyefinin gələcək təsvirinə dair proqnozlar verir, respublikanın iqtisadiyyatının inkişaf perspektivlərinə dair proqnozlar verir.
Sistemləşdirmə və təsnifetmə– dünyanın müasir siyasi xəritəsindəki dövlətləri müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır, materiklərdə yerləşən dağları və düzənlikləri mənşəyinə və yaşına görə qruplaşdırır, müxtəlif mənbələrdən istifadə edərək ən mühüm xammal və məhsulu idxal–ixrac edən ölkələri qruplaşdırır
Təqdimetmə – Ölkəmizin elm müəssisələrində aparılın tətqiqatların əhəmiyyətinə və əhatə dairəsinə dair topladığı məlumatı təqdim edir, materik və okeanlarının ekoloji vəziyyətini təhlil edir, ekoloji problemlərin həllinə dair təqdimatlar hazırlayır, informasiya mənbələri əsasında regionların iqtisadi-sosial inkişafına dair topladığı məlumatları təqdim edir.
1.5. Məzmun standartları
VI sinif
VI sinfin sonunda şagird:
 coğrafi kəşflər nəticəsində xəritədə və cəmiyyətdə baş verən dəyişiklikləri izah edir;
 məhəldə cəhətlərin təyin edilməsində alət və cihazlardan istifadə edir və ərazinin planını tərtib edir;
 kainatda Yerin mövqeyini, hərəkətinin coğrafi nəticələrini təsvir edir;
 coğrafi təbəqədə baş verən hadisələri və onların cəmiyyətdə yaratdığı problemləri təsvir edir;
 dünyanın siyasi xəritəsində respublikamızın mövqeyini təyin edir, müxtəlif xalqlar haqqında məlumat toplayır;
 insanların təsərrüfat fəaliyyətlərinin ətraf mühitə təsirinin tarixən dəyişməsini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir.
1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.
1.3.2. Yaşadığı ərazinin planını tərtib edir.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir.
2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir.
2.1.3. Yerin hava qatını şərh edir.
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir.
2.1.6. Təbiətdə su dövranının sxemini tərtib edir.
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir.
2.1.8. Ekskursiyalarda topladığı kolleksiyanı təqdim edir.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir.
3.1.2. Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir.
3.2.2. Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri qeyd edir.
3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir.
3.2.4. Mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidi sxematik təsvir edir.
3.2.5. Ətraf mühitdə çirklənməyə məruz qalmış ərazilərin fotoalbomunu hazırlayır.
VII sinif
VII sinfin sonunda şagird:
 dünyada baş verən yeni kəşflərə dair məlumatlar toplayır, onun coğrafiya elminin inkişafındakı rolunu təhlil edir;
 kartoqrafik təsvirlər üzərində müxtəlif hesablama işləri aparır, məlumatlar toplayır, onları praktik tətbiq edir;
 səma cisimlərinin qarşılıqlı təsirini və coğrafi nəticələrini əlaqələndirir;
 coğrafi təbəqədə baş verən hadisə və prosesləri əlaqələndirir;
 dünya əhalisinin paylanmasını və ölkələri müxtəlifliyinə görə qruplaşdırır;
 dünya təsərrüfatının müasir modelini ölkələr üzrə fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik elementləri fərqləndirir.
1.3.2. Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.
2.1.2. Fiziki xəritələri təhlil edir.
2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.
15
2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.
2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir.
2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.
2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin regionlar üzrə paylanmasını şərh edir.
3.1.2. Kontur xəritədə əhalinin sıx məskunlaşdığı əraziləri qeyd edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.
3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.
3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.
3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.
VIII sinif
VIII sinfin sonunda şagird:
 coğrafiya elminin inkişafının müasir istiqamətlərini təhlil edir;
 kartoqrafik təsvirləri müqayisə edərək müəyyən ərazilərin təsvirini verir;
 Yerin sutkalıq və illik hərəkəti ilə Yerdə həyatın mövcudluğunu əlaqələndirir;
 coğrafi təbəqənin tərkib hissələrinin qarşılıqlı əlaqəsini müəyyənləşdirir;
 əhalinin təbii artımını, miqrasiyaların səbəblərini izah edir;
 təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir, ekoloji problemlərin insan həyatına təsirini izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Yeni elm sahələrinin yaranmasını izah edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Günəş şüalarının Yer kürəsinə düşmə bucağının dəyişməsini hesablayır.
1.2.2. Yerin hərəkətinin coğrafi nəticələri ilə həyatın inkişafı arasındakı əlaqəni izah edir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərin müxtəlifliyini, əhəmiyyətini izah edir.
1.3.2. Kartoqrafik təsvirlər üzərində hesablamalar aparır.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Litosfer tavalarının hərəkətini müasir relyef formalarının yaranması ilə əlaqələndirir.
2.1.2. Tektonik xəritələrdə litosfer tavalarının hərəkətinin nəticələrini oxuyur.
2.1.3. İqliməmələgətirən amilləri və dünyanın iqlimində baş verən dəyişiklikləri izah edir.
2.1.4. Atmosfer hadisələrinə dair sxem və diaqramlar tərtib edir.
2.1.5. Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil edir.
2.1.6. Okean sularının xüsusiyyətləri ilə bağlı hesablamalar aparır.
2.1.7. Biosferin digər təbəqələr ilə əlaqəsini şərh edir.
2.1.8. Təbii zonalar xəritəsini oxuyur.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin təbii və mexaniki hərəkətinin səbəblərini izah edir.
3.1.2. Əhalinin təbii artımına görə hesablamalar aparır.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri inkişaf səviyyəsinə görə təhlil edir.
3.2.2. Xəritə üzərində ölkələri inkişaf səviyyəsinə görə qruplaşdırır.
3.2.3. Təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir.
3.2.4. Təbii ehtiyatların təsnifatı sxemini qurur.
3.2.5. Ekoloji problemlərin insan həyatına təsirini izah edir.
IX sinif
IX sinfin sonunda şagird:
 yeni coğrafi kəşf və tədqiqatları cəmiyyətin inkişafı ilə əlaqələndirir;
 kartoqrafik təsvirlərin cəmiyyətin inkişafında əhəmiyyətini izah edir;
 il ərzində Günəşin düşmə bucağının dəyişməsini hesablayır;
 coğrafi təbəqədə baş verən hadisə və proseslərin ölkələrin iqtisadi həyatına təsirini izah edir;
 əhalinin dinamikasını ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə əlaqələndirir;
 təsərrüfat sahələrinin yaratdığı ekoloji dəyişkənliyi müəyyən edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Sivilizasiyaları coğrafi baxımdan təhlil edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin hərəkətinin cəmiyyətin inkişafındakı rolunu əsaslandırır.
1.2.2. Vaxt və fəsil dəyişkənliyinə aid hesablamalar aparır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərin cəmiyyətin inkişafında əhəmiyyətini izah edir.
1.3.2. Kartoqrafik elementlər əsasında topoqrafik xəritələri oxuyur.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yer qabığında baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini dəyərləndirir.
2.1.2. Geoloji xarakterli tematik xəritələri oxuyur.
2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini təhlil edir.
2.1.4. İqlim xəritələrini oxuyur, nəticələrini təqdim edir.
2.1.5. Hidrosferin iqtisadi həyata təsirini izah edir.
2.1.6. Kontur xəritədə hidroehtiyatların yerləşməsini qeyd edir.
2.1.7. İqtisadiyyatın inkişafında bioehtiyatların və alternativ enerji ehtiyatlarının rolunu qiymətləndirir.
2.1.8. Yaşadığı ərazinin təbii komponentlərinə dair topladığı məlumatları təqdim edir
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin artım dinamikasını ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə əlaqələndirir.
3.1.2. Topladığı məlumatlar əsasında hesablamalar aparır.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələrin inkişafını tarixi-coğrafi baxımdan təhlil edir.
3.2.2. Tarixi-coğrafi regionları kontur xəritədə qeyd edir.
3.2.3. Təsərrüfat sahələrinin səciyyəsini verir.
3.2.4. Təsərrüfat sahələrinin yerləşməsinin əlaqə prinsiplərinin sxemlərini qurur.
3.2.5. Ətraf mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirir.
X sinif
X sinfin sonunda şagird:
 təbiət və cəmiyyətin öyrənilməsində təbiət elmlərinin rolunu müəyyənləşdirir;
 Yerin hərəkətinin təbiətə təsirini riyazi üsullarla əsaslandırır;
 kartoqrafik proyeksiyalar zamanı yaranan təhriflərin səbəblərini əsaslandırır;
 xəritə üzərində hesablamalardan istifadə edə bildiyini nümayiş etdirir;
 coğrafi təbəqənin inkişaf mərhələlərini izah edir;
 müasir dövrdə dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə təhlil edir, siyasi və iqtisadi inteqrasiyaların dünyanın idarə edilməsindəki rolunu əsaslandırır;
 dünya ölkələrini müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Coğrafi hadisə və proseslərin öyrənilməsində təbiət elmlərinin qarşılıqlı əlaqəsini əsaslandırır.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin və digər səma cisimlərinin əmələ gəlməsinə dair məlumatlar təqdim edir.
1.2.2. Yerin hərəkətinin təbiətə olan təsirini riyazi üsullarla əsaslandırır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik proyeksiyalar zamanı yaranan təhrifləri əsaslandırır.
1.3.2. Kartoqrafik təsvirlər zamanı yaranan təhriflərə aid hesablamalar aparır.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yer qabığında dəyişikliklərə dair proqnozlar verir.
2.1.2. Geoxronoloji cədvəli oxuyur.
2.1.3. İqlim dəyişmələrinə və iqlim ehtiyatlarından istifadəyə dair təqdimatlar edir.
2.1.4. İqlim göstəricilərinə əsasən hesablamalar aparır.
2.1.5. Quru sularının xüsusiyyətlərinə dair layihələr hazırlayır, təqdim edir.
2.1.6. Quru sularının xüsusiyyətlərinə dair hesablamalar aparır.
2.1.7. Coğrafi təbəqənin qanunauyğunluqlarını izah edir.
2.1.8. Coğrafi təbəqənin sxemini qurur.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin təbii artımının yaratdığı problemləri təhlil edir.
3.1.2. Əhalinin sıxlığını hesablayır, nəticələrini təqdim edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələrin geosiyasi mövqeyini qiymətləndirir.
3.2.2. Siyasi münaqişələrin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir.
3.2.3. ETİ-nin təsərrüfatların ərazi və sahəvi strukturuna təsirini qiymətləndirir.
3.2.4. ETİ-nin təsərrüfat sahələrinə təsiri sxemini qurur.
3.2.5. Qlobal ekoloji problemlərin yaranmasında antropogen təsirin rolunu qiymətləndirir.
XI sinif
XI sinfin sonunda şagird:
 coğrafi tədqiqatların nəticələrinin tətbiqinin iqtisadi əhəmiyyətini izah edir;
 xəritələrdən istifadə edərək təbiət və təsərrüfatın yerləşmə qanunauyğunluqlarını təhlil edir;
 Yer kürəsində işıq və istiliyin paylanmasının insanın təsərrüfat fəaliyyətinə təsirini əlaqələndirir;
 coğrafi təbəqənin cəmiyyətin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirir;
 ölkələrin həyat səviyyəsini əhalinin həyat səviyyəsi ilə əlaqələndirir;
 təbiət və insanın qarşılıqlı əlaqəsindən yaranan problemləri izah edir və proqnozlar verir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar aparır və nəticələrini təqdim edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin hərəkətinin coğrafi nəticələrinin regionlar üzrə iqtisadiyyata təsirini əsaslandırır.
1.2.2. Yerin hərəkətinin coğrafi nəticələrini xəritə üzərində iqtisadi cəhətdən qiymətləndirir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1.Xəritələrdə təsərrüfatın yerləşməsi qanunauyğunluqları və anomaliyalarına dair məruzə və referatlar hazırlayır.
1.3.2. Kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi təsvirini verir.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Ərazilərin tektonik quruluşunun və təbii proseslərin ölkələrin iqtisadiyyatında rolunu izah edir.
2.1.2. Mineral ehtiyatların istifadəsinin proqnozlarına dair hesablamalar aparır.
2.1.3. Atmosfer hadisələrinin yaratdığı ekoloji problemlərə dair məlumat və təqdimatlar hazırlayır.
2.1.4. İqlim xəritəsinə əsasən hər hansı ərazinin iqlim şəraitini təhlil edir.
2.1.5. Hidrosferdəki təbii sərvətləri iqtisadi və ekocoğrafi cəhətdən qiymətləndirir.
2.1.6. Hidrosferin ekoloji cəhətdən gərgin ərazilərini kontur xəritədə qeyd edir.
2.1.7. Bioloji ehtiyatlardan istifadəyə dair proqnozlar verir.
2.1.8. Bioloji ehtiyatlara dair hesablamalar aparır.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin tərkibini təhlil edir.
3.1.2. Əhalinin tərkibinə aid sxemlər, diaqramlar hazırlayır.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Beynəlxalq inteqrasiyanın ölkələrin siyasi həyatında rolunu qiymətləndirir.
3.2.2. Xəritə üzərində inteqrasiyaya aid olan ölkələri qruplaşdırır.
3.2.3. Beynəlxalq iqtisadi münasibətlərin ölkələrin inkişafındakı roluna dair təqdimatlar edir.
3.2.4. İqtisadi göstəricilərə əsasən hesablamalar aparır, sxem və diaqramlar qurur.
3.2.5. Cəmiyyətin sosial-iqtisadi inkişafında ekoloji tarazlığın qorunmasını proqnozlaşdırır.
1.6. Fəndaxili və fənlərarası inteqrasiya
Təhsilin məzmununa xüsusi konstruksiya verən fənlərarası və fəndaxili əlaqələr Təhsil Sektorunun inkişaf layihəsi çərçivəsində inteqrativ kurrikulumun mahiyyətini təşkil edir.
Təcrübəli müəllimlərin fikrincə inteqrativ təlim bacarığı olmadan hər-hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək mümkün deyil. Şagirdlərə dayanaqlı və kompleks şəkildə biliklər vermək, onların dünyagörüşünü genişləndirmək, şagird təfəkkürünün inkişafında tədiqatçılığa meyl yaratmaq, qazanılan nəzəri bilikləri praktik olaraq həyata tətbiq etmək və s. bacarıqların formalaşdırılmasında interaktiv kurikulumun əhəmiyyəti əvəzedilməzdir.
Cəmiyyətdə və təbiətdə daima inteqrasiya mövcud olmuşdur. Məsələn, hər hansı peşə sahibi müəyyən işin həyata keçirilməsində müxtəlif bacarıqlardan istifadə edir və ya görəcəyi işin digər məsələlərə təsirini müəyyən edə bilir.
Təbiət və cəmiyyətin birgə dərk edilməsində aparıcı rola malik olan coğrafiya fənni şagirdlərdə təbiət hadisələrinin qarşılıqlı və cəmiyyətdə baş verən hadisələrin tarixi reallığa malik olmasına dair dünyagörüşünü formalaşdırır. Coğrafiya fənninin mahiyyət etibarı ilə məkan məvhumunda dərk edilməsi bu fənnin tədrisində inteqrasiyanın tətbiq edilməsinə olan zərurətin daha yüksək olmasına əsas verir. Coğrafiya fənninin tədrisində yalnız təbiət fənləri deyil, eləcə də ictimai və texniki fənlərin tətbiq edilməsi inteqrativlik baxımından coğrafiyanın rolunu yüksəldir, onu mərkəzi mövqeyə gətirir, fənnin didaktik əhəmiyyətini artırır, müxtəlif təlim metodlarının tətbiqinə imkan verir və eləcə də digər fənn sahələri ilə birgə kombinasiyalar yaratmağı tələb edir.
İnteqrativ təlimdə coğrafiya fənni şagirdlərdə:
 sərbəst düşünməyə
 qruplarda işləməyə
 müzakirələrdə öz mövqeyini bildirməyə
 layihələr hazırlamağa
 mövzunun aktuallığını əsaslandırmağa
 mövzunun əhəmiyyətinə, digər sahələrə tətbiq edilməsini və s. kimi xüsusiyyətlərinə imkan yaradır.
İnteqrativ kurrikulumda coğrafiya müəlliminin də fəaliyyəti mahiyyət etibarı ilə dəyişir.
Müəllim coğrafiya təlimində aşağıdakı xüsusiyətləri yüksək dərəcədə mənimsəməlidir.
 məsələlərin həllinə kompleks yanaşmaq;
 mövzular arası əlaqələri yaratmaq;
 şagird bacarığının inkişafına diqqət yetirmək;
 şagirdlərə hər hansı mövzuya dair biliklərin sistemli şəkildə artan sırasını müşahidə etmək;
 təlim prosesini qiymətləndirmək və s.
Dünya ölkələrinin əksəriyyəti üçün qəbul edilmiş tədris fənlərinin məzmunu belə bir nəticəyə gəlməyə imkan verir ki tədris olunan fənlər maksimum şəkildə əlaqələndirilməli, təlim prosesi təcrübə və inteqrativ əsasa malik olmalıdır.
Müasir dünya təcrübəsində inteqrasiyanın fəndaxili və fənlərarası modelləri mövcuddur. Xüsusilə qərb ölkələrində bu modellərdən fənlərin məzmununun şagirdlərə çatdırılması, öyrənmə prosesinə maraq yaradılması, şagird dünyagörüşünün inkişaf etdirilməsi və onların dərsdə daha fəal olması məqsədi ilə istifadə olunur.
Fəndaxili inteqrasiya coğrafiya təlimində mühüm didaktik əhəmiyyətə malikdir.Bu inteqrasiya modeli fənni tədris edən müəllimdə bilik və bacarığı əlaqəli və eləcə də ayrılıqda görə bilmək qabilliyətini tələb edir. Tədris olunan mövzuda fənnin məzmun xəttinə uyğun olaraq tələb olunan bilik və bacarıqlar diqqət mərkəzində saxlanılır.
Fəndaxili inteqrasiya fənnin məzmun xəttinə aid təlim nəticələrinin siniflər üzrə dinamik ardıcıllıqla təmin edir.Hər hansı məzmun xəttinin tərkibində sərbəst şəkildə fəaliyyət göstərən təlim nəticələri vahidlik yaradır. Siniflər üzrə bir-birini tamamlayan təlim nəticələri fənn daxilində inteqrasiyanın möhkəmlənməsinə səbəb olur.
Fəndaxili (çox vaxt şaquli inteqrasiya adlandırılır) inteqrasiya təlimin əsas və orta təhsil pilləsi üçün nəzərdə tutulan məzmun xətlərini əhatə edir. Məzmun xətlərinin inteqrasiyası əsasında təqdim olunan ümumiləşdirilmiş bilik və bacarıqlar hər bir təhsil səviyyəsi üçün gözlənilən ümumi təlim nəticələrinin tərkib hissəsidir.

Fənlərarası inteqrasiya hər hansı bir fənnin səmərəli təşkili baxımından uyğun fənlərlə əlaqəli təlimini nəzərdə tutur. Bu baxımdan coğrafiya təliminin geniş imkanları vardır. Xüsusi ilə onun tarix, biologiya, riyaziyyat və sair fənlərlə inteqrativ öyrədilməsi xüsusi ilə əhəmiyyət daşıyır.

İzahlı lüğət

is. [lat.] Əlahiddə hissələrin tamda birləşməsi haqqında sistemlər nəzəriyyəsi anlayışı və bu nəzəriyyənin obyekti olan təbii və ya ictimai proseslər.

Paylaşın – Hamı bilsin
Sual və cavabı bəyəndinizsə “Bəyən” və ya “Like”düyməsini tıklayın!
Öz fikrinizi bildirin

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

İAŞƏÇI

İBRƏ1

İBRƏTLƏNDİRMƏ

İBRİŞİM

İCBARİ

İCTİMAİ

İCZ

İÇƏIÇ

İDDİAÇI

İDRAKLI

İFFƏT

İXTİSAR

İKİHECALI

İKİTAXTA2

İQBAL

İLAHİLƏŞDİRİLMƏK

İLHAMLI

İLLƏTLİ

İLTİMASÇI

İLTİSAQİ

İMPERİAL

İMPERİALIST

İMZALAMA

İNADÇI

İNANMA

İNCƏLƏNMƏ

İNCİKLİ

İNDİ

İNDİKİ

İNHİTAT

İNİLDƏMƏ

İNSANİYYƏTSİZLİK

İNTEQRALLAMAQ

İNTERLUDİYA

İNTERVAL

İPƏYATMA(MA)ZLIQ

İRADƏ

İSMARIŞ

İSTEHKAMÇI

İSTİFADƏLİ

İSTİQAMƏTLİ

İSTİQLALİYYƏTPƏRVƏR

İSTİL1

İSTİSNA

İSVEÇRƏLİ

İŞARTMAQ

İŞIQLANDIRMA

İTKİNLİK

İYEN

İYRƏNCLİK

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Canlılar aləmi

1. Təlim standartlarına uyğunluq, mubahisəli faktların olmaması, faktların dəqiqliyi, orfoqrafik, durğu işarələri və qrammatik qaydaların gözlənilməsi dərsliyə verilən hansı tələbin xüsusiyyətləridir?
( a) duzgunluk b) əyanilik c) tamlıq d) ardıcıllıq

2. Nəzəri materiallar, praktik materiallar, təsviri materiallar və qiymətləndirmə materialarının olması dərsliyə verilən hansı tələbi xarakterizə edən xüsusiyyətlərdir?
a) duzgunluk b) muasirlik (c) tamlıq d) uyğunluq

3. Havard Qardner nəzəriyyəsinə gorə dərketmənin necə usulu var?
a) 2 (b) 8 c)5 d) 3

4. Muəllim şagirdlərə “Mənim ailəm” movzusunda şifahi mətn qurmağı tapşırdı. Hansı dərketmə üsuluna aid olan şagird bu tapşırığın icrasında daha uğurlu nəticə göstərə bilər?
( a) lingvistik dərketmə b) vizual/məkan c) naturalistik/təbiət

5. Təklikdə oyrənmək vərdişləri numayiş etdirir, qarşısındakl insanın kim olduğunu, nə edə biləcəyini və nə etmək istədiyini bilir. Qeyd olunanlar hansı dərketmə üsulunu xarakterizə edir?
a) lingvistik dərketmə (b) fərddaxili c) fərdlərarası ç) məntiqi riyazi

6. Uc dost nəyi xoşladıqları haqqında söhbət edir. Anar deyir: “Mən bağda gəzməyi, quşların şən nəğmələrini dinləməyi, heyvanlara qulluq etməyi cox xoşlayıram”. Vusal deyir: “ Mən idmanı çox sevirəm. Məktəbimizdəki idman dərnəyinə yazılmışam”. Elnur isə deyir:”Mən isə internetdə işləməyi çox xoşlayıram. Internet vasitəslə müxtəlif filmlərə baxmaq, maraqlandığın hər şeyin şəklini tapmaq mümkündür”.dostların dərketmə üsullarını müəyyən edin.
( a) Anar- naturalistik, Vusal – bədən/kinestik, Elnur – vizual/məkan
b) Elnur- linqvistik, Anar –emosional, Vusal – vizual/məkan
c) Vusal – psixomotor, Elnur –idraki, Anar – emosional

7. Dərsliklərə verilən tələblər hansılardır?
1. duzgunluk 2. şuurluluq 3. əyanilik 4. ifadəlilik 5.mənbələrin gostərilməsi 6.fəal təlim ucun şəraitin yaradılması
a) 1,3,4, 6 b) 2,3,4,5 (c)1,3,5,6 d)2,3,4,6

8 Multimediya nədir?
(a) səs, şəkil, mətn, animasiya, video kimi iki və daha artıq mediyanın birləşməsi
b) video kadrlardan istifadə etmək
c) filmə xususi effektlər əlavə edilməsi: video effektlər və ya hərəkət effektləri

9. Fənn kurikulumunun təlim strategiyaları bölməsi hansı məsələləri əhatə edir?
a) məzmun standartları, təlim usulları və qiymətləndirmə standartları
b) təlimin təşkilinə verilən tələblər, təlim fəaliyyətinin planlaşdırılması və məktəbdaxili qiymətləndirmə
(c) təlimin forma və usulları, təlimin təşkilinə verilən tələblər və təlim fəaliyyətinin planlaşdırılması

10. Pedaqoji prosesin tamlığı nədir?
( a)Təlim məqsədləri kompleks (inkişafetdirici, oyrədici, tərbiyəedici) şəkildə həyata kecirilir, real nəticələrlə yekunlaşan muəllim və şagird fəaliyyətini əhatə edir.
b) Pedaqoji proses munasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilir.
c) Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir.

11 Təlim usullarını seçin:
1.BİBÖ 2.qrup işi 3. karusel 4. kollektivlə iş 5. auksion 6. ziqzaq
7. cutlərlə iş
a) 1,2, 4, 7 b) 2, 4, 7 (c) 1,3, 5, 6, d)1, 2, 4,6

12. Təlimin necə forması var?
a) 2 (b)4 c)hər muəllimin oz təlim forması var

13. Təhsil taksonomiyaları hansılardır?
( b) Deklorativ, emosional, idraki
c) Psixomotor, prosedural, koqnitiv
a) İdraki, emosional, psixomotor
d) idraki, kontekstual, emosional

14. İdraki taksonomiyaları təsnif olunub.
a) E.J Simpson , 1972
b) K.D. Mur, 1972
( c) Benjamen Blum , 1956
d) D.Krassvod, 1964

15. “Umumi təhsil pilləsinin dovlət standartı və proqramları (kurikulumları)” nə vaxt təsdiq edilmişdir?
a) 30 oktyabr 2006-cı il
b) 26 aprel 1999-cu il
( c) 3 iyun 2010-cu il

16 Biri kurikuluma aid deyil:
a) Kurikulum təlim proseini əks etdirən sənəddir
b) Kurikulum – təlim prosesi ilə bağlı bütün fəaliyyətləri əks etdirən konseptual sənəddir
( c) Kurikulum nəyin və hansı müddətdə öyrədiləcəyini əks etdirən sənəddir
d) Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət” deməkdir.

17. “Bu nov кurriкulum fənn sahələri uzrə təlimin asanlaşdırılmasına хidmət edir. Bu, əкsər hallarda əsas təlim məqsədləri ətrafında cəmləşir və ayrı-ayrı fənlərlə bağlı biliкləri əhatə edir.” Qeyd olunan fikir kurikulumun hansı növü haqqındadır?
( a) Inteqrasiya оlunmuş кurriкulum

b) Qeyri-rəsmi кurriкulum
c) Fənlərə əsaslanan кurriкulum d) Əhatəli кurriкulum

18. Muasir fənn kurikulumlarının səciyyəvi xüsusiyyətlərini seçin:
1. bilikyonumludur 2.şəxsiyyətyonumlu 3.muəllimyonumlu 4. təklifyonumlu
5.tələbyonumlu 6.şagirdyonumlu
a) 1, 3, 4, 6 (b) 2, 5, 6 c) 1, 2, 4, 6 d)3,5,6

19. Fənn kurikulumlarının strukturunu müəyyənləşdirin:
a) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xususiyyətləri, fənnin məzmunu, təlim strategiyaları
(b) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xususiyyətləri, fənnin məzmunu, təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi
c) umumi təlim nəticələri, məzmun xətləri, məzmun standarltları
d) umumi təlim nəticələri, məzmun xətləri, muəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr

20. Biri səhvdir:
a) məzmun xətti dəyişməzdir
(b) alt-standart dəyişməzdir
c) əsas standart əsasən dəyişməzdir
d) alt-standart daim dəyişir

21. Biri alt standartın funksiyası deyil:
a) Təlim məqsədlərinin dəqiq muəyyən olunması üçün etibarlı zəmin yaradır
b) Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır
( c) Fənlər uzrə muəyyən olunan təlim nəticələrini məzmun xətləri uzrə umumi şəkildə ifadə edir
d) Təlimin məzmununun davamlı inkişafını təmin edir.

22. Bilik və fəaliyyət hissəsi səhv gostərilmiş standartı müəyyən et:
( a) 2.2.5. Mətnin əsas hissələrini secib nəql edir.
b) 4.1.4. Cəm şəkilcisinin yazılışı və tələffüzü ilə bağlı qaydaları nitqində tətbiq edir
c) 2.2.1. “Doğru” və “yalan” mülahizələri fərqləndirir.
d) 1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.

23. Bilik və fəaliyyət hissəsi duzgun gostərilmiş standartı muəyyən et:
a) 3.1.2. Əşyanın fəzada vəziyyətini muəyyənləşdirir
b) 3.3.2. Dinlər haqqında ilkin təsəv­vürlərini sadə şəkildə izah edir.
( c) 2.1.1 ” Fərd”, “ailə” və” kollek­tiv” anlayışlarını muqayisə etməklə fərqləndirir.
d) 2.1.3. Texnoloji vasitələr haqqında kiçik təqdimatlar edir.

24. Biliyin kateqoriyaları hansı bənddə düzgün göstərilmişdir?
(a) Deklarativ, prosedural, kontekstual
b) Emosional, prosedural, kontekstual
c) Emosional, koqnitiv, psixomotor
25. Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklər hansı kateqoriyaya aiddir?
a) koqnitiv b) kontekstual (c) prosedural d) deklarativ

26. Məlumat xarakterli biliklər hansı kateqoriyaya aiddir?
a) koqnitiv b) kontekstual c) prosedural (d) deklarativ

27. 1.1.3. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir alt standartının məzmun komponentinin hansı kateqoriyaya aid olduğunu müəyyələşdirin:
a) koqnitiv b) kontekstual (c) prosedural d) deklarativ

28. 2.1.1. Motərizəli və motərizəsiz ədədi ifadələri oxuyur və yazır alt standartının fəaliyyət hissəsinin novunu və səviyyəsini muəyyənləşdirin:
( a) idraki, bilik
b) idraki, anlma
c)emosional, təşkil etmək
d)psixomotor, mexanizmini bilmək

29. Verilmiş standarta uyğun təlim məqsədini müəyyən edin: 1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) tanıyır.
a) Heyvanlara qulluq qaydalarını bilir.
b) Canlılarla cansızların fərqini sadə şəkildə izah edir.
( c) Heyvanlar aləminə aid varlıqları tanıyır.
d) Canlıların yaşaması üçün lazım olan amilləri sadalayır.

30. “Ucadan duşun” strategiyasının fəaliyyət ardıcıllığı hansı bənddə düzgün verilmişdir?
( a) ilkin biliklərini muəyyənləşdirmək, əlaqələndirmək, sual vermək, məqsədi muəyyənləşdirmək,dərk etməni yoxlamaq, təsəvvur etmək, uşaqalrın münasibətini öyrənmək və dəstəkləyici fikirlər əlavə etmək;
b) ilkin biliklərini muəyyənləşdirmək, əlaqələndirmək, sual vermək, sualların növlərini müəyyən etmək, sualları təsnif etmək, sualları yaratmaq;
c) idraki və yuksək idraki bacarıqları əlaqələndirir, təşkilati işarələrdən istifadə edir, düşünmənin üç mərhələsinə cəlb edilir, yeni məlumatları mövcud bilikləri ilə əlaqələndirir.

31. 3.1.3. Yemək masası ətrafında davranış bacarıqlarını numayiş etdirir alt standartının fəaliyyət hissəsinin novunu və səviyyəsini muəyyənləşdirin:
a)idraki, tətbiq
b) emosional , dəyərlərin daşıyıcısı olmaq
c) emosional, təşkil etmə
( d) psixomotor, mexanizm

32. 2.1.3.İdman növlərinə (atletika, gimnastika) aid sadə hərəkətləri nümunələrə muvafiq təkrar edir alt standartının fəaliyyət hissəsinin növünü və səviyyəsini müəyyənləşdirin:
( a)psixomotor, təqlid etmək
b)idraki, tətbiq etmək
c)emosional, dəyərlərin daşıyıcısı olmaq
d) psixomotor, hazır olmaq

33. “Bu usul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır. Şagirdlər dord nəfərlik qruplara bolunur (əsas qrup). Qruplardakı şagirdlər yenidən nomrələnir.Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.Цyrəniləcək mətn qrupların sayı qədər hissələrə bolunur və ekspert qruplarına verilir”. Haqqında danışılan təlim üsulunu müəyyən et:
( a) Ziqzaq b) Karusel c) BİBÖ ç) Qərarlar ağacı

34. Əşya və ya hadisələri muqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. Haqqında danışılan üsulu müəyyənləşdirin:
a) Ziqzaq b) Karusel c) BİBÖ (ç) Venn diaqramı d)Akvarium

35. Butun şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. Qeyd olunan fikir təlimin təşkilinə verilən tələblərindən hansının şərhidir?
a) Pedaqoji prosesin tamlığı
b)Təlimdə dəstəkləyici muhitin yaradılması
( c)Təlimdə bərabər imknların yaradılması
d) Şagirdyonumluluk

36. Hovard Qardnerin “Muxtəlif usullarla dərketmə”nəzəriyyəsinə əsasən verilmiş fikirlərdən biri səhvdir:
a) İnsanlar dьşьnməyə muxtəlif usullarla cəlb edilirlər;
b) Duşunmə usulunun duzgun muəyyən edilməsi dərketmə səviyyəsinə təsir edir;
c) İnsanlar ən azı bir formaya görə daha güclü dərketmə imkanına malikdirlər;
( d) Hər bir insan dərketmənin yalnız bir üsulunun daşıyıcısıdır.

37. Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını mьəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst duşunməsi ьзьn real imkanlar yaradır. Qeyd olunan fikirlər təlimin təşkilinin hansı forması aiddir?
a) Karusel b)qrup işi (c)fərdi iş ç)BİBÖ d) cütlərlə iş

38. Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və unsiyyət qurmağa, məsuliyyəti boluşməyə optimal imkan yaradır. Qeyd olunan fikirlər təlimin təşkilinin hansı forması aiddir?
a) Karusel b)kollektivlə iş c)fərdi iş c)BİBÖ (d) cutlərlə iş

39. Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Qeyd olunan fikir təlimin təşkilinə verilən tələblərindən hansının şərhidir?
a)Pedaqoji prosesin tamlığı
b)Təlimdə dəstəkləyici muhitin yaradılması
c)Təlimdə bərabər imknların yaradılması
( ç)Şagirdyonumluluk

40. Təhsilt taksonomiyaları haqqında fikirlərdən biri səhvdir:
a) Taksonomiya təlim məqsədlərinin ardıcıllığını və əlaqəliliyini təmin edir;
( b) Taksonomiya qısa müddətdə boyuk həcmli materialı öyrənmək imkanı verir;
c) Taksonomiya təlimin keyfiyyətini yuksəldir;
ç) Taksonomiya təlimin konqruentliyinə əminlik yaradır;

41. Strategiya ilə oxuyan hansı bacarıqlara yiyələnir?
1. Kicik və boyuk idraki fəaliyyətlər vasitəsi ilə oyrənir
2. Muxtəlif yazı üslubları haqqında bilikləri olur
3. Oyrənmək məqsədi ilə başqaları ilə əməkdaşlıq edir
4. Yeni bilikləri əvvəlki biliklərlə əlaqələndirir
5. Tanıdığı sözlər vasitəsi ilə mətnin mənasını dərk edir
( a)1, 3, 4 b)1, 2, 4, c)3, 4, 5 ç)2,4,5 d)1,3,5

42. Strategiya ilə oxuyan oxucu məqsədləri muəyyənləşdirərkən əsasən hansı üsuldan istifadə edir?
a) Ziqzaq b) Karusel (c) BİBÖ ç) Venn diaqramı d)Akvarium

43. Biri mikro idraki bacarıq deyil:
a) billmək b) anlamaq (c) qərar qəbul etmək d)analiz

44. Biri makro idraki bacarıqdır:
a) tətbiq etmək b) təhlil etmək (c) problemi həll etmək d) dəyərləndirmək

45. Fənn kurikulumları əsasında təlimin planlaşdırılmasının necə novu var?
a) 1 ( b) 2 c)3 d)4

46. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?
a) aylıq b) gundəlik c) rubluk (d) illik

47. Perspektiv planlaşdırma aparmaq üçün muəllim hansı bacarıqlara malik olmalıdır?
Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər uzrə muəllim vəsaitindəki) tədris vahidi və movzular uzrə dəqiqləşmələr aparmaq.
Tədris vahidlərinin və movzuların ardıcıllığını müəyyənləşdirmək.
3. İnteqrasiya imkanlarını müəyyən etmək.
4. Movzuya uyğun motivasiyanı müəyyənləşdirmək.
5. Əlavə resurslar secmək.
a) 2, 3, 4,5 b) 1,3, 4,5 (c) 1, 2, 3,5 d) 1, 2, 4,5

48. Aşağıdakılardan hansılar numunəvi perspektiv planlaşdırma sxeminə aiddir.
1. Tədris vahidi
2. Motivasiya yaratmaq
3.Movzular
4. Standratlar
5. İnteqrasiya
6.Tədqiqat sualının qoyuluşu
7. Tarix
( a) 1,3,4,5,7 b) 1,2,4,5,6 c)1,3,5, 6, 7 d) 1, 2, 3, 4, 5

49. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına daxil deyil?
a) xronoloji
b) sadədən murəkkəbə
( c) əlaqəlilik
d) məntiqi

50. Aşağıdakılardan hansı fəal dərsin mərhələləridir?
1. Motivasiya, problemin qoyuluşu
2. Tədqiqatın aparılması
3. Məlumat mubadiləsi
4. Ev tapşırığının yoxlanılması
5. Məlumatların müzakirəsi
6. Nəticələrin cıxarılması
7. Yeni movzunun izahı
8. Yaradıcı tətbiq etmə
9. Yeni dərsin mohkəmləndirilməsi ucun sual və tapşırıqlar
10. Qiymətləndirmə (məqsədə gorə muəyyən mərhələdən sonra aparıla bilər)
( a) 1,2,3,5,6,8,10 b) 2,3,4,5,7,8,9, c) 1,4,6,7,8,9,10 d) 3,4,6,7,8,9,10

51. Gundəlik planlaşdırma nümunəsinə aşağıdakılardan hansı aid deyil?
a) Movzu b) İnteqrasiya (c) Tədris vahidi d) Təlim usullar

52. Aşağıdakı fikirlərdən biri motivasiya mərhələsinə aid deyil.
a) Fəal dərsin birinci mərhələsidir.
(b) İştirakзılar əldə etdikləri biliklərin informasiya mubadiləsini aparırlar.
c) İnsan təfəkkurunu hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
d) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.

53. Aşağıdakı fikirlərdən biri informasiya mübadiləsi mərhələsinə aiddir.
( a) Bu mərhələdə iştirakcılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
b) Fəal dərsin dorduncu mərhələsidir.
c) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
d) Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.

54. Aşağıdakı fikirlərdə hansı tədqiqatın aparılması mərhələsinə aiddir.
a) İnsan təfəkkurunu hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
b) Bu mərhələdə iştirakcılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
c) Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.
( d) Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.

55. Aşağıdakı fikirlərdə hansı yaradıcı tətbiqetmə mərhələsinə aid deyil.
( a) Şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
b) Biliklərin mənimsənilməsinin başlıca meyarıdır.
c) Biliyi mohkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
d) Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər,

56. Aşağıdakı fikirlərdən hansı nəticələrin çıxarılması mərhələsinə aid deyil.
a) Şagirdlər yeni biliyin kəşfi yolunda son addımı atır, ümumiləşdirmə aparır.
b) Şagird əldə olunan bilikləri irəli surulmuş fərziyyələrlə mustəqil olaraq tutuşdurmalıdır.
c) Şagirdlər kəşf etdikləri biliklər ucun bənzərsiz sevinc və məmnuniyyət hissi yaşayırlar.
(d) Bu mərhələdə iştirakcılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.

57. Aşağıdakı fikirlərdən hansı informasiyanın müzakirəsi və təşkili mərhələsinə aiddir.
1. Butun bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
2. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.
3. Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.
4. Bu mərhələdə movcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumatlar sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
5. Biliyi mohkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
a) 4,5 b) 1,3 (c) 1,4 d) 1,5

58. “İstənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir” bu fikir fəal dərsin hansı mərhələsinə aiddir.
a) Tədqiqatın aparılması
(b) Qiymətləndirmə
c) İnformasiyanın müzakirəsi və təşkili
d) Yaradıcı tətbiqetmə

59. Aşağıdakılardan biri “Azərbaycan Respublikasının ümumitəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”na aid deyil.

a) Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xususiyyətləri.
b) Buraxılış imtahanları.
( c) Qiymətləndirmə meyarları.
d) Kurikulum uzrə qiymətləndirmə.

60. Aşağıdakılarda hansı müasir qiymətləndirməyə aid deyil.
( a) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
b) Təhsilin keyfiyyətinin yuksəldilməsinə yonəlldilir və onu idarə edən vacib amil kimi meydana cıxır.
c) Şagirdin inkişafı sistemli şəklidə izlənilir.
d) Qiymətləndirmənin obyektivliyini təmin edir.

61. Qiymətləndirmə standartları neзə səviyyədə muəyyən olunur?
a) 3 (b) 4 c) 5 d) 6

62. Məktəbdaxili qiymətləndirmənin necə novu var?
a) 2 b) 4 c) 5 (d) 3

63. Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aiddir.
a) fənn uzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
( b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək.
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.
d) şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.

64. Diaqnostik qiymətləndirmə hansı mərhələlərdə aparılır?
a) Dərs ilinin ilk gunu.
b) Dərs ilinin əvvəlindən başlayaraq hər dərsin sonunda.
c) Bolmə və bəhslərin, yarımilin sonunda.
( d) Təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).

65. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
( a) Fənn uzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə.
b) Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək məqsədilə.
c)Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.
d) Şagirdlərin maraq dairəsi, dьnyagцrьşь, yaşadığı mьhit haqqında məlumat almağa imkan verir.

66. Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
b) bolmə və hər movzunun əvvəlində.
c) bolmə və bəhslərin, yarımilin sonunda.
( d) dərs ilinin əvvəlindən başlayaraq mutəmadi olaraq.

67. Necə formativ qiymətləndirmə sxemi var?
a) 5 b) 6 (c) 2 d) 3

68. Holistik qiymətləndirmə sxemində bilik və bacarıqların meyarı nəyə əsasən müəyyən olunur?
a) movzuya (b) məqsədə c) motivasiyaya d) standarta

69. Bunlardan hansı holistik qiymətləndirməyə aid edilə bilməz?
a) butov qiymətləndirmə
b) meyara əsasən qiymətləndirmə
c) surətli qiymətləndirmə
( d) standarta əsasən

70. Aşağıdakılardan hansı analitik qiymətləndirmə sxeminə aid deyil?
a) Şagirdin ayrı-ayrı fəaliyyət sahələri uzrə qiymətlərini muəyyənləşdirir.
b) Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir.
c) Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir.
(d) Bu qiymətləndirmə surətli aparılır.

71. Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
a) fənn uzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə.
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə.
( c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.
d) Şagirdlərin maraq dairəsi, dьnyagцrьşь, yaşadığı mьhit haqqında məlumat almaq məqsədilə.

72. Summativ qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
b) dərs ilinin əvvəlindən başlayaraq mutəmadi olaraq.
c) bolmə və hər movzunun sonunda.
( d) bolmə və bəhslərin, yarımilin sonunda.

73. Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
a) muşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
b) musahibə, sohbət, muşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
( c) şifahi təqdimat, testlər, nailiyyətlərin numayişi.
d) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, muşahidə.

74. Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
a) Siniflər uzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
( b) Təhsilin muəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dovlət tələbidir.
c) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir.
d) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.

75. Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
a) Vaxt
b) Kəmiyyət
c) Keyfiyyət
(d) Məzmun

76 . Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
a) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
( b) Şagirdlərin əməkdaşlıq bacarığının muəyyənləşdirilməsi.
c) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə muqayisəsi.
d) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi .

77. İnteqrasiyanın neçə səviyyəsi var?
( a) 2 b) 3 c) 4 d) 5

78. Bunlardan hansı inteqrasiyanın “Hər hansı məzmun standartlarında digər fənlərlə inteqrasiya imkanlarının nəzərdə tutulması” istiqamətinə aid deyil?
a) Ana dili

b) Texnologiya

(c) Musiqi
d) Həyat bilgisi

79 . Aşağıdakı fikirlərdən hansı doğru deyil?
a) İnteqrasiyada ifrata varmaq, fənlə bağlı mühüm bilik və bacarıqların tədrisindən yayındıra bilər.
b) Fənləri hansı model üzrə inteqrasiya etmək haqqında dərindən düşünmək və düzgün qərarlar qəbul etmək lazımdır.
( c) Butun fənlər uzrə təhsilin muxtəlif pillələrində inteqrasiyaya eyni dərəcədə əhəmiyyət verilməlidir.
d) Fərqli inteqrasiya modelləri muxtəlif nəticəyə gətirib cıxarır .

80. İnteqrasiyanın novləri hansılardır?
1. fəndaxili
2. fənlərin əlaqələndirilməsi
3. fənlərarsı
4. fənlərin birləşdirilməsi
a) 2,4 (b) 1, 3 c) 1,2 d) 3,4

81. Fənlərin əlaqələndirilməsi novu uzrə inteqrasiyanın neçə modeli var?
a) 3 (b) 4 c) 5 d) 6

Comments are closed, but trackbacks and pingbacks are open.