Press "Enter" to skip to content

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU

Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri

əyləncəli FİZİKA kurikulumu

a) 1,4,5 b)3,6,7 c)1,2,3 d)4,5,7.
2 )Prespektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqlar hansılardır?
1. Məzmun standartlarına əsasən tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq
2. Alt-standartlarsiniflər üzrə dəyişilir və mürəkkəbləşir.
3. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
4. İnteqrasiya imkanlarını müəyyən etmək.
5. Təlim məqsədinə görə məqsədyönlü vaxt bölgüsü aparmaq.
6. Təlim məqsədlərinə görə nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirmək.
7. Taksonomiyalar üzrə bilik komponenti dərinləşir (söz-cümlə-mətn),fəaliyyət komponenti mürəkkəbləşir (idrak səviyyələri artır).
8. Əlavə resuruslar seçmək
a)1,3,4,5,7,8 b)1,2,3,4,5,8 c) 1,3,4,5,6,8 d)2,3,4,6,7,8
3)Blumun Taksonomiyası nəzəriyyəsinə görə dərketmənin Səviyyələri hansıdır?
A) 1)Bilik 2)Qavrama 3)Tətbiq 4 ) Təhlil 5)Sintez 6) Qiymətləndirmə
B) 1)Bilik 2)Tətbiq 3)Təhlil 4)Qiymətləndirmə 5)Sintez
C) 1)Bilik 2)Təhlil 3)Sintez 4)Tətbiq 2) Qiymətləndirmə
Ç) 1)Bilik 2)Qavrama 6) Qiymətləndirmə
D) 1)Bilik 2)Tətbiq 3)Qavrama 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə
4 ) Fəal təlim nəyə əsaslanır?
A) Təfəkkürün inkişafına. Təfəkkürün müstəqillik və sərbəstliyinə. Əməkdaşlığa.
B) Biliklərin yaradıcı tətbiqinə. Şagirdin fəal dərketmə mövqeyinə. Problemli şəraitin yaranmasına.
C) Biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına.
Ç) Heç birinə.
D) Hamısına.
5 )Kurrikulumda məzmun standartı nədir?
a. şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
b. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
c. təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
d. yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
6)Aşağıdakılardan hansı təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə aid deyil?
a) humanistlik
b) demokratiklik
c) bərabərlik
d) şəxsiyyətlik
e) inteqrasiya
7) HANSI CAVAB FƏAL TƏLİMİN MOTİVASİYA MƏRHƏLƏSİNİN HİSSƏLƏRİNİN DÜZGÜN ARDICILLIĞINI ƏKS ETDİRİR?
A) Problemi qoymaq üçün sual və ya tapşırıq verilir, yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır, fərziyyələr irəli sürülür.
B) Fərziyyələr irəli sürülür, problemi qoymaq üçün sual və ya tapşırıq verilir, tədqiqat sualı çıxarılır, yönəldici suallar təklif olunur.
C) Yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır, problemi qoymaq üçün sual və ya tapşırıq ver ilir, fərziyyələr irəli sürülür.
D) Tədqiqat sualı müəyyən edilir, fərziyyələr irəli sürülür, yönəldici suallar təklif olunur.
E) Problemi qoymaq üçün sual və ya tapşırıq verilir, fərziyyələr irəli sürülür, yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır.
8)Yanlış variantı müəyyən edin:
A) Alt-standartın fəaliyyət komponenti təlimin strategiyalarını müəyyən etməyə kömək edir.
B) Alt-standartın bilik komponenti mövzunu müəyyən etməyə kömək edir.
C) Deklarativ bilik növü hər hansı bir anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir.
D) Kontekstual bilik hər hansı prosesdə əldə edilən yeni informasiya və ya müəyyən informasiyalara tətbiq edildikdə yeni məna alan proseslər kimi dəyərləndirməsidir.
E) Prosedural bilik məlumat xarakterli biliklərdir.
9)Müəllimin innovativ fəaliyyətinə aid deyil:
A) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir.
B) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir.

C) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır.
D) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir.
E) Təlim proresində şagirdə obyekt kimi yanaşır.

10 )Pedaqoji texnologiya:
A) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
B) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı.

C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
D) Bütün cavablar doğrudur.
E) Düzgün cavab yoxdur.
11)Adətən mən iş görmək istəyən zaman .
A) Əvvəl işi görüb sonra həmin iş barəsində düşünürəm.
B) İşi görə – görə işin nəticəsi barədə fikirləşirəm.
C) İş bitəndənsonranəticəsinə baxıram.
D) Əvvəl nəticəsini düşünürəm.
E) Çox vaxt nəticəsini düşünürəm.
12 ) Aşağıdakılardan hansı iş forması deyil?
a)cütlərlə
b)fərdi
c)müzakirə
d)kollektiv
13) Aşağıdakı anlayışlardan hansı fənn kurrikulumuna aid deyil?
a)Məzmun standartı
b)Məzmun xətti
c)ümumi təlim nəticələri
d )həftəlik dərs saatlarının miqdarı

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU

Kurikulum islahatını zəruri edən səbəblər • Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması • Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid • Dünya təhsil sisteminə inteqrasiya • İnformasiya əsrinin tələbləri • Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması • Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin əsas xüsusiyyətləri Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra – dövlət standartları) aşağıdakıları müəyyən edir: ümumi təhsilin məzmununu; ümumi təhsilin idarə olunmasını; ümumi təhsilin maddi-texniki və tədris bazasını; ümumi təhsilin infrastrukturunu; ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini; ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.

Ümumi təhsilin məzmunu

Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin,dövlətin maraq və tələbatlarını, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, humanistlik, dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir. Ümumi təhsilin məzmunu təhsilalanların yaş, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə alınmaqla, onların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, əqli, fiziki, mənəvi, estetik inkişafını, müstəqil əmək və təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır: təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq; məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək; təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin etmək;
təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək.

Ümumi təhsilin idarə olunması

Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.

Ümumi təhsilin infrastrukturu

Müəyyən edilmiş dövlət standartlarına uyğun keyfiyyətli ümumi təhsil almaq üçün müvafiq infrastrukturun yaradılması mühüm şərt hesab edilir. Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.

Ümumi təhsilin maddi-texniki və tədris bazası

Ümumi təhsil üzrə dövlət təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə ümumi təhsil müəssisələri zəruri maddi-texniki və tədris bazasına malik olmalıdır. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiyakommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir.

Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri

Ümumi təhsilin həyata keçirildiyi müəssisələrə, bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər qəbul edilirlər. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar: ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə; uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə; əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına; yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə; öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına; ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə; işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza. Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üzrə təsdiq olunmuş təlim nəticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən edilir. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edən təlim nəticələri və məzmun standartları aşağıdakı tələbləri ehtiva edir: fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi; təhsilin nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında qurulmasına didaktik zəmin yaradılması; təhsilalanların həyati bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi; keyfiyyətli təhsil almaq üçün hamıya bərabər imkanların yaradılması; təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin olunması; şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müvafiq standartların müəyyən edilməsi üçün etibarlı əsas yaradılması; təhsilalanların sağlamlığının qorunması məqsədi ilə ağırlaşdırıcı tədris materiallarının təlim prosesinə gətirilməsinin qarşısının alınması.

Təhsil proqramı (kurikulum)

Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatəli şəkildə göstərilir: – ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları; – ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər; – ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı; – ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri; – təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

20 Nisan 2016 Çarşamba

Azərbaycan tarixi V-IX siniflər üzrə inteqrasiya cədvəli

Paylaşıldı 13:14 by Leyla Bayramova

Azərbaycan tarixi fənni üzrə 5-ci – 9-cu siniflər üçün inteqrasiya cədvəli, fənn müəllimlərinin inteqrasiyanın tətbiqi prosesində işini asanlaşdıracaq bir cədvəldir. Bu cədvəldə hansı siniflərə dövlət tərəfindən inteqrasiya etmək imkanı verilibsə, müəllimlər inteqrasiya verilən fənlərə müvafiq olaraq seçim edə bilərlər. Qısa olaraq cədvəl haqqında təlimatı qeyd edirəm.

Cədvəldə soldan sağa doğru siniflər və sol tərəfdə standartlar verilmişdir. Sinflərin aşağı hissəsində məzmun xətləri verilmişdir. Məzmun xətləri və standartlara müvafiq olaraq, hansı sinifdə dərs deyirsinizsə, inteqrasiyanı həmin sinif üzrə müəyyən edə bilərsiniz. Cədvəldə bəzən bir standartın aşağısında çox sayda fənnə inteqrasiya verilmişdir. Bu o demək deyil ki, siz bütün orda qeyd edilmiş fənlərə inteqrasiya edəsiniz. Verilmiş fənlərdən, standarta, mövzuya əsasən sizin dərsinizə xidmət edənini seçib tətbiq edəcəksiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.