Press "Enter" to skip to content

1 ci qrup fənnləri və ən yaxşı ixtisasları ✅

Qeyd edimki bu universitetlərin demək olar ki əksəriyyətində tədris İngilis dilindədir.

1-ci qrup ixtisaslar – İxtisas seçimi

Tələbə adını qazanmaq hər bir abituriyentin arzusudur. Lakin düzgün ixtisas seçimi etmək abituriyentlər üçün düşündürücü, bir o qədər də çətin prosesdir. Oxuyanın bugünkü diqqətçəkən mövzusu isə hər il minlərlə abituriyentin DİM bakalavr səviyyəsi üzrə imtahanlarda iştirak edərək müraciət etdiyi I ixtisas qrupu ilə əlaqədar olacaq. 1-ci qrup ixtisaslar hansılardır və 1-ci qrupa müracət edən tələbələr hansı universitetlərdə daha yaxşı təhsil ala bilər – bu kimi sualları cavablamağa çalışacağıq. Ayrıca 1-ci qrup testləri1-ci qrup sınaq imtahanları ilə hazırlığa başlaya bilərsiniz.

Kimlər I ixtisas qrup ixtisaslara müraciət etməlidir?

Əgər siz riyaziyyat, fizika və kimya fənlərini sevir, məntiqi düşüncə və hesablama bacarıqlarına sahibsizinsə və gələcək karyeranızı bu bacarıqlar üzərinə inşa etmək istəyirsinizsə,1-ci qrup fənləri ilə universitetə qəbul olmaq tam sizin üçündür.

İxtisas seçimi edərkən nələrə diqqət edilməlidir?

I ixtisas qrupunu seçmiş abituriyentlər kifayət qədər ixtisas seçimi olduğunu bilməlidir. Amma seçim çoxluğu daha çox araşdırma edib, daha düzgün qərar vermə məsuliyyəti də doğurur. Bacarıqlarınıza, hobbi və maraqlarınıza xüsusi diqqət yetirin. Onlar bu işdə sizin yolunuza işıq tutacaq. Aşağıdakı sualları özünüzə verin:

  • Hansı peşə sahiblari mənə maraqlı gəlir?
  • Hansı işi görmək mənim üçün yorucu deyil?
  • Seçəcəyim ixtisas mənə karyera inkişafı vəd edirmi?
  • Seçəcəyim ixtisas üzrə xaricdə təhsil imkanları necədir?
  • Bu ixtisas 1-ci qrup ixtisasları arasında mənim üçün ən uyğun olanıdırmı?
  • 1-ci qrup ixtisasları üzrə qəbul olan tələbələrin həm universitet, həm də seçdikləri ixtisas barədə rəyləri necədir?

İxtisas, yoxsa universitet önəmlidir?

Əlbəttə ki, ixtisas! Bir çox hallarda abituriyentlər universitetin reytinqinə aldanıb yanlış ixtisas seçimi edə bilir. Sevmədiyiniz ixtisası reytinqli universitetdə oxumaq xəyalqırıqlığına səbəb ola bilər. Lakin unutmayaq ki, universitet tərəfindən təklif edilən tədris və təcrübə imkanları, xarici əlaqələr də diqqət yetirilməli olan məqamlardan biridir.

İndi isə gəlin I ixtisas qrupunda ən geniş imkanlara sahib olan ixtisaslara və bəzi spesifik universitetlərə nəzər salaq.

Mühəndislik ixtisası

Əgər siz özünüzdə daxili marağın və analitik düşüncənin yüksək səviyyədə olduğunu düşünürsünüzsə, ixtisas olaraq mühəndislik elə məhz sizin seçəcəyiniz peşədir. Mühəndislik sadəcə darıxdırıcı bir riyaziyyat deyil. O sizə yaradıcılığınızı inkişaf etdirmək və mükəmməl yeniliklər yaratmaq üçün riyaziyyat, elm və biliklərdən istifadə etməyi öyrədir. Hər hansı bir mühəndislik sahəsində əldə etdiyiniz dərəcə sizi dünyanın hər tərəfinə apara bilər və yüksək maaş almağınıza kömək edə bilər. Kompüter, mexanika, kimya, inşaat, dağ-mədən mühəndisliyi və s. kimi bir çox sahələr mövcuddur. Azərbaycan mühəndislik sahəsində təhsil ala biləcəyiniz ən prestijli universitetləri bunlardır:

Bakı Mühəndislik Universiteti

Siz burada demək olar ki, mühəndisliyin bütün sahələrində təhsil almaq imkanına sahibsiniz. Son illərdə burada abituriyentlərin marağını cəlb etmiş proqramlardan biri isə Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi , elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı olmuşdur. DİM qəbul imtahanından minimum 300 və ya 400 bal (ixtisas üzrə dəyişir) toplamış abituriyentlər seçim mərhələsinə buraxılır və bundan sonra universitetin daxili qəbul imtahanında iştirak haqqı qazanır. Bu proqramın məzunları beynəlxalq təcrübəni öyrənərək, müvafiq mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnərək 3 il Azərbaycanda, 1 il isə Cənubi Koreyada təhsil alma şansı əldə edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Geologiya, ekologiya, kimya, neft-qaz mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, biotibbi texnologiya, informasiya texnologiyaları, sistem mühəndisliyi və s. ixtisaslarda təhsil almaq istəyən abituriyentlər üçün ən prestijli universitetlərdən biri hesab olunur.

İndi isə gəlin bir çox abituriyentin çaşqınlığına səbəb olan iki ixtisası müqayisə edək.

İxtisas kimi kompüter elmləri, yoxsa kompüter mühəndisliyi daha yaxşıdır?

İxtisas olaraq kompüter elmləri riyaziyyatın bir qolu olaraq məşhurlaşıb və burada təhsil alan tələbələr hesablama nəzəriyyəsi, proqramlaşdırma, mühitlər, alqoritmlər, məlumatların təhlükəsizliyi və ötürülməsi və s. mövzuları öyrənir, kompüter mühəndisliyi isə elektrik mühəndisliyinin bir qolu olaraq tanınır və burada ixtisaslaşan tələbələr mikroçipləri, sxemləri, prosessorları, keçiriciləri və kompüter cihazlarında və ya sistemlərində istifadə olunan digər komponentləri necə inkişaf etdirməyi və sınaqdan keçirməyi öyrənirlər.

Azərbaycan Fransız Universiteti

Kimya, neft-qaz mühəndisliyi, geologiya, geofizika və kompüter elmləri sahəsində ixtisaslaşmış təhsil ocağı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və seçəcəyiniz ixtisasdan asılı olaraq Strasburq Universitetinin və ya Renn 1 Universitetinin tədris proqramı əsasında ikili diplom təhsili təklif edir. DİM qəbul imtahanında minimum 500 bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən hazırlanmış xüsusi testdən keçərək burada təhsil almaq haqqı qazanır.

Bakı Ali Neft Məktəbi

Son illərdə ölkəmizdə ən yüksək səviyyəli təhsil təklif edən bu universitet sizə kimya, neft-qaz mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri üzrə təhsil alma imkanları yaradır. Universitetin ölkədaxili və beynəlxalq şirkətlərlə yaratdığı uzunmüddətli əlaqələr sizə hər tədris ilinin sonunda yay təcrübə proqramlarında iştirak haqqı qazandıracaq. 1-ci qrup ixtisas seçimi edərkən bu universitetin fakultələrini nəzərdən keçirməyiniz lazımdır.

Memarlıq və dizayn ixtisasları

“Bir memar keçmişi dərk edərək bu gün üçün və bilinməyən bir gələcək üçün dizayn edir”. Memar olmaq istəyirsinizsə, üzərinizdə çox işləməlisiniz. Memarlar yalnız dizaynerlər deyil, xəyalpərəstlər və icraçılardır. Memarlar müxtəlif sənaye sahələrində binaların, quruluşların və digər yaradıcı konsepsiyaların layihələndirilməsindən məsuldur. Bu karyera sahəsi sizdən dünyagörüşü tələb edir, əvəzində isə rəqabətli maaşlar təklif edir. Azərbaycanda isə aşağıdakı universitetlərdə tədris olunur:

  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Bakı Mühəndislik Universteti
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Aviasiya ixtisası

Davamlı inkişaf üçün imkanlar, hər gün həyəcanverici mübarizə və heyrətamiz yeni həyat təcrübələri – cəlbedicidir, elə deyilmi? Aerokosmik və aviasiya sənayesi bütün bunları özündə birləşdirir və gələcək üçün əla bir karyera seçimidir. Ölkəmizdə isə Milli Aviasiya Akademiyasında uçuş mühəndisliyi, aerokosmik mühəndislik, aviasiya təhlükəsizliyi mühəndisliyi və s. kimi ixtisaslarda təhsil alaraq xəyallarızı gerçəkləşdirə bilərsiniz.

Müəllimlik ixtisası

Öyrətməyi və öyrənməyi sevirsiniz? Əla! O zaman müəllimlik sizin üçün əvəzedilməz bir seçimdir və dünyada hər zaman işini sevən müəllimlərə ehtiyac var. I ixtisas qrupu üzrə sənəd verməyi planlaşdıran abituriyentlər fizika, riyaziyyat, informatika müəllimliyi üzrə təhsil almaq imkanlarına sahibdir. 1-ci qrup ixtisaslar üzrə ölkəmizdə ən reytinqli universitetləri isə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetləridir.

Oxuyan komandası sizə imtahanlarınızda və gələcək ixtisas seçimizində uğurlar arzu edir.

Əgər siz də ən son bloqlarımızı oxumaq istəyirsinizsə, Oxuyan platformasında blog bölməsini izləməyi unutmayın. İmtahanlara hazırlaşmaq üçün isə online imtahanlar bölməmizi ziyarət edə bilərsiz.

1 ci qrup fənnləri və ən yaxşı ixtisasları ✅

Demək olarki 8-9 cu sinifdən hansı ixtisasları seçəcəyimizi və yaxud hansı qrupların bizə uyğun olduğun dəqiqləşdiririk. Və seçdiyimiz qrup fenleri üzrə hazırlıqlara başlayırıq. Dərslərdə də o fənnlərə daha çox üstünlük veririk. 1 ci qrup fənləri hansılardır və hansı ixtisaslar daxildir? sualınıza bu yazıda ətraflı cavab verəcəyik.

Qruplar üzrə fənnlər və ixtisaslar qruplaşmış olur.

5 qrup var. Bunlar aşağıdakılardır :

1 ci qrup fenleri hansılardır?

1-ci qrup fənnləri aşağıdakılardır:

Bu qrupda üstünlük Fizika və Riyaziyyat fənnlərindədir. Yəni bi suala görə ən çox bal bu fənnlərdədir.

Deqiq fənnlərə marağınız varsa və yaxud dəqiq fənnlər də daha yaxşı öyrənə bilirsinizsə 1 ci qrupu seçə bilərsiniz.

1 ci qrup üzrə ən prestijli ixtisaslar

1 ci qrup ixtisaslari tamamilə texniki yönümlüdür demək olar. 1ci qrup üzrə ən yaxşı ixtisasları aşağıdakılardır:

İnformasiya texnologiyaları
Həm dövrümüzün həm də gələcəyin ən təlabatlı, müraciət olunan ixtisasıdır. İxtisası bitirdikdən sonra həm proqramlaşdırma üzrə, həm də ” Data analtikası”, “Süni intellekt ( Al-Aritifical Intelligence)”, oyun yaratmaq və s.bu tipli sahələrə də yönələ bilərsiniz. Bəzi universitetlərdə bu ixtisas üzrə İngilis dilində təhsil ala bilərsiniz.

Bu ixtisas üzrə təhsil alacağınız universitetlər aşağıdakılardır:

  • ADA Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ( ADNSU)
  • Azərbaycan Texniki Universiteti (AzTU)
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti ( AZMİU)
  • Azərbaycan Dövlət İqtisad Universiteti ( UNEC)
  • Milli Aviasiya Akademiyası ( MAA)
  • Naxçıvan Dövlət Universiteti (NDU)
  • Azərbaycan Dövlət Aqrar Universiteti ( AAU) Gəncə şəhəri
  • Azərbaycan Texnologiya Universiteti ( ATU) Gəncə şəhəri
  • Sumqayıt Dövlət Universiteti (SDU)
  • Qərbi Kaspi Universiteti ( Əvvəlki Qərb Universiteti)
  • Bakı Avrasiya Universiteti

Memarlıq
Bu ixtisas həm daxili, həm də xarici dizayn sahəsində peşəkar olmaq şansı yaradır. Əgər əl qabiliyyətiniz və ya marağınız varsa ixtisas tam sizə görədir. Memarlıq ixtisasının tədris olunduğu ən yaxşı universitetlər bunlardır:

  • Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU)
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ( ADRA)
  • Bakı Mühəndislik Universiteti (BMU)
  • Naxçıvan Dövlət Universiteti

Komputer elmləri
” İnformasiya texnologiyaları” və “Komputer mühəndisliyi” ilə oxşarlığı olan bu ixtisas öz spesifikliyi ilə də fərqlənir. İş imkanları geniş olan bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – ADNSU
  • ADA Universiteti
  • Xəzər Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ( DİA)
  • Azərbaycan Texniki Universiteti ( ATU )
  • Bakı Dövlət Universiteti ( BDU)
  • UFAZ ( Fransız Azərbaycan Universiteti) – bu universitetin qəbul şərtləri biraz fərqlidir. Əgər siz DİM-in keçirdiyi qəbul imtahanından 500-dən yüksək bal toplamısınızsa, artıq UFAZ-ın daxili imtahanında iştirak edə bilərsiniz.

Neft – qaz mühəndisliyi
Sizin əgər neft-qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı üzrə əməliyyatları maraqlıdırsa, bu ixtisas tam sizə görədir. Bu prestijli ixtisasda öz daxilində müxtəlif qollara ayrılır.

  • Bakı Ali Neft Məktəbi
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Sistem mühəndisliyi
IT və bu tipli ixtisaslarda oxşarlıq təşkil edən Sistem Mühəndisliyində müasir kompüter – informasiya sistemlərinin proqramlaşdırılması, layihələndirilməsi, robot texnikası və komplekslərinin proqramlaşdırılması və s.ilə bağlı bacarıqlara yiyələnə bilərsiniz. Sistem mühəndisliyi ixtisasl aşağıdakı universitetlərdə tədris olunur.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – ADNSU
  • Azərbaycan Texniki Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Milli Aviasiya Akademiyası

Uçuş mühəndisliyi
Pilot olmaq istəyirsinizsə bu ixtisas sizin üçündür. Bu ixtisasa qəbul olmaq üçün six “Fiziki hazırlıq”, “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət imtahanı verməlisiziniz. Bə yaşınız 23-dən çox olmamalıdır. Gələcəyinə heç bir şübhə olmayan, tələbləri də çox olan bu ixtisasa bu universitetlər də yiyələnə bilərsiniz :

1.Milli Aviasiya Akademiyası

Kimya mühəndisliyi
Kimya mühəndisliyi ixtisasına yiyələnərək siz, həyatın bütün sahələrinə xitab edən bir peşə sahibi olacaqsınız. Qida məhsullarının tərkibi, gündəlik istifadə etdiyimiz enerji, geyim mallarının tərkibi və s. bir çox sahələr kimya mühəndisliyindən aslıdır. Kifayət qədər geniş yayılmış bir ixtisasdır. Siz bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz :

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Bakı Dövlət Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Bakı Ali Neft Məktəbi
  • Azərbaycan Texnologiya Universiteti ( Gəncə şəhəri)
  • Sumqayıt Dövlət Universiteti
  • Xəzər Universiteti

Sənaye Universiteti
İnsan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissəsələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndisliyin bir sahəsidir. Həmçinin sizin üçün prototiplərin yaradılması, satılması və eyni zamanda Fizika, Riyaziyyat və s. fənləri maraqlıdırsa, bu ixtisas tam sizə uyğundur. Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Sumqayıt Dövlət Universiteti.

Qeyd edimki bu universitetlərin demək olar ki əksəriyyətində tədris İngilis dilindədir.

1ci qrup fenleri və 1 ci qrup ixtisasları haqqında əsas məlumatlar bunlardır. İxtisaslar üzrə universtetləri araşdırmaq üçün aşağıdakı yazını oxuya bilərsiniz.

2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023-cü ildə keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər. Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər.Beləliklə, abituriyentlərali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

İmtahan fənləri və hər bir fənn üzrə toplanılması mümkün olan maksimal ballar

RK altqrupu

Rİ altqrupu

I mərhələ (cari ilin məzunları üçün – buraxılış imtahanı)

Azərbaycan (rus) dili –100 bal

Comments are closed, but trackbacks and pingbacks are open.