Press "Enter" to skip to content

1 İyun Uşaqların Müdafiəsi Günü – Təbrik şəkilləri və mesajlar

!Reklam – Arxiv

1 iyun usaqlar gunu tedbir

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

!Reklam – Arxiv

Rəsul Qasımov – İyun 01, 2017 – 08:00

!Reklam – Yazi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalanıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub. 1924-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyannamə qəbul edilib. Bu bəyannamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”. Bu bəyannaməni qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən edilib. Birinci Dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda “uşaqlara yardım fondu”nun əsasını qoydu. Yenicag.az

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

1 İyun Uşaqların Müdafiəsi Günü – Təbrik şəkilləri və mesajlar

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. İnsanlığın xoşbəxtliyi, dünyamızın gözəlləşməsi üçün dünyanın harasında olmağımızdan asılı olmayaraq uşaqlarımızın xoşbəxt və sağlıqlı olması diləyi ilə bütün uşaqların bayramını təbrik edirik. Xoşbəxt, sevincli, uğurlu bir həyat yolu arzu edirik.

Bu gün sizin gününüzdür əziz balacalar. Uşaqlar gününüz mübarək olsun!

Uşaqları qoruyaq – Onlar bizim gələcəyimizdir!

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü – Bayramınız mübarək əziz uşaqlar.

Mehriban balalar, əziz uşaqlar,
Bir İyun gününüz mübarək olsun!
Sülhlə, məhəbbətlə yansın ocaqlar,
Qəlbiniz sevinclə, fərəhlə dolsun!

Uşaqlar bizim ən qiymətli mənbəyimizdir.

Bu gün uşaqlar günüdür. Gününüz mübarək əziz uşaqlar.

Sizi Müdafiə Günüdür bu gün,
Atalı-analı, Vətənli olun.
Bütün günləriniz olsun toy-düyün,
Böyük əməllərlə, işlərlə dolun.

Azad ölkəmizdə indi siz uşaq,
Sizdən yetişəcək yazıçı, alim.
Sabah olacaqsız arxa və dayaq,
Mühəndis, diplomat, müəllim, həkim.

Yetişin Vətənə layiqli övlad,
Qoruyun hər qarış torpağı, daşı.
Adınız Vətənə yaraşan bir ad.
Ucalsın sizinlə Vətənin başı.

Üçrəngli bayrağı saxlayın uca,
Ox olub düşmənin gözünə batın.
Qoymayın Vətəndən yad quş da uça,
Vətəni satanı odlara atın!

Müəllif: Solmaz Şirin

Uşaqlar bu günün sabahı, sabahın isə ümididir.

Uşaqlar evin sevincidir. Bir ailə üçün xoşbəxtlik mənbəyidir. Böyümələri, inkişafı, ilk addımlarını atmaları və məktəbə başlamaları yaşanan ən böyük həyəcanlardan biridir.

Uşaqlar, dünyanın ən böyük səadətidir

Uşaqlar, görə bilmədiyimiz bir vaxta göndərdiyimiz canlı mesajlardır.

Uşaqların da xoş sözlər eşitmək hüququ vardır. Sevgi və şəfqətlə böyüdükdə özlərinə, ailələrinə, cəmiyyətə və bütün canlılara faydalı ola bilərlər.

Uşaqlar həyatımızı önəmli edənlərdir.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib – FOTO

Binəqədi rayonunda 298 saylı körpələr evi-uşaq bağçasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Uşaqların nağıl dünyası” adlı tədbir keçirilib.

Milli.Az bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin və “Dilbərim” rəqs qrupunun kollektivləri iştirak ediblər.

Öncə tədbiri 298 saylı bağçanın balaca fidanları açaraq onlara məxsus olan özəl günü açıq elan ediblər və tədbir “Sülh göyərçinləri” adlı kompozisiya ilə start götürüb.
Sonra qonaqları salamlayan 298 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Əhmədova tədbirin proqramı haqqında məlumat verib.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini V.İsmayılov uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

Çıxışlardan sonra Rayon İcra Hakimiyyəti başçısının təşəkkür məktubu oxunub və il ərzində rayonun bütün tədbirlərində, layihələrində aktiv iştraklarına görə 272, 298 saylı körpələr evi-uşaq bağçalarına və “Dilbərim” rəqs qrupuna Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təşəkkür məktubları təqdim edilib.

Sonra 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırlamış “Uşaqların nağıl dünyası” adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Sonda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurularaq “Uşaqların nağıl dünyası” adlı tədbir Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyə edilən tortun kəsilməsi ilə yekunlaşıb.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.