1 sinif azrbaycan dili yazı nümunsi
Etiket fransızcadır, yarlıq mənasını verir. Satılacaq malın, yaxud eksponatın üstünə yapışdırılan və onu səciyyələndirən mətn.
Азербайджанско-русский онлайн-переводчик и словарь
Обновите, пожалуйста, страницу. Набранный текст и перевод не потеряются.
Обновить страницу
Не удалось открыть подборки
Переводчик не смог соединиться с базой данных браузера. Если ошибка повторяется из раза в раз, пожалуйста, напишите в поддержку. Обратите внимание, что подборки могут не работать в режиме инкогнито.
Чтобы подборки заработали, перезапустите браузер
Яндекс.Переводчик — мобильный и веб-сервис, который переводит с азербайджанского на русский как слова, фразы и связные тексты, так и целые веб-страницы. Перевод сопровождается примерами использования и транскрипцией, есть возможность услышать произношение слов. В режиме сайта сервис переводит всё текстовое содержимое страницы, адрес которой вы укажете. Знает не только Азербайджанский и Русский , но и ещё 100 языков.
- Мобильная версия
- Справка
- Популярные переводы
- Разработчикам
- Участие в исследованиях
- Пользовательское соглашение
- Переводите в Яндекс Браузере
Əməli yazi nümunələri
(ərizə, tərcümeyi-hal, izahat, elan, bildiriş, reklam, anons, afişa, arayış, protokol, rəy, teleqram, annotasiya, akt, məktub, vəkalətnamə, əmr, etiket, hesabat, referat).
1. Ərizə
Ərəbcə «ərz» sözündən olub müraciət, ərz etmək mənasını verir. Bəzən rəsmi şəkildə yazılan müraciət də ərizə hesab edilir, lakin bu müraciət müəyyən formaya malikdir.
Ərizənin məzmuna görə iki növü vardır:
- Şikayət xarakteri daşıyan ərizə.
- Xahiş məqsədilə yazılan ərizə.
Ərizəyə verilən tələblər:
- Kimə və kim tərəfindən yazılır.
- Məzmun qısa, faktlar konkret olmalıdır.
- Ərizəçinin öz xətti ilə yazılmalıdır.
- Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
2. Tərcümeyi-hal
Ali və orta ixtisas məktəblərinə daxil olarkən, işə girərkən, müəyyən bir təşkilata üzv olarkən, rəhbər vəzifəyə çəkilərkən, mükafata təqdim olunarkən yazılır.
Tərcümeyi-hala verilən tələblər:
- Şəxsin doğulduğu il, ay, gün, yer dəqiq göstərilir.
- Faktlar ardıcıl sadalanmalıdır.
- Şəxsin öz xətti ilə yazılmalıdır.
- Sonda imza və tarix göstərilməlidir.
3. İzahat
Ərəbcədir, «izah» sözünün cəmidir və müəyyən hərəkəti aydınlaşdırma mənasını verir. Yazılı və şifahi, sadə və müfəssəl olur.
İzahata verilən tələblər:
- Kimə və kim tərəfindən yazılır.
- Məzmunu aydın olmalıdır.
- Şəxsin öz xətti ilə yazılmalıdır.
- Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
4. Elan
Elan çap olunmuş xəbər mənasını bildirir. Müəyyən məlumatın əvvəlcədən çatdırılması nəzərdə tutulur.
Elana verilən tələblər:
- Məzmunu aydın qeyd olunmalıdır.
- Vaxtı dəqiq göstərilməlidir.
- Tədbirin keçiriləcəyi yer yazılmalıdır.
- Tədbirin təşkilatçısı qeyd olunmalıdır.
Elanın aşağıdakı növləri vardır: bildiriş, reklam, afişa, anons.
- Bildiriş — əsl Azərbaycan sözüdür: bir məsələ barədə əvvəlcədən verilən xəbərdir.
- Reklam — latıncadır: qışqırmaq mənasını verir.
- Afişa — fransızcadır: tamaşa, konsert, idman yarışı haqqında elan deməkdir.
- Anons — fransızcadır: müəyyən bir məsələ ilə bağlı radioda, televiziyada və mətbuatda əvvəlcədən verilən elandır.
5. Arayış
Arayış əsl Azərbaycan sözüdür. Hər hansı bir şəxsin kimliyini təsdiq etmək üçün müəyyən bir təşkilat tərəfindən verilir.
Məzmununa görə sadə (şəxsə aiddir) və mürəkkəb (təşkilatlara aiddir) olur.
Arayışa verilən tələblər:
- «Arayış» sözü vərəqin ortasında yuxarıda yazılır.
- Aşağıda sol tərəfdə ştamp üçün yer buraxılır, sağ tərəfdə isə şəxs haqqında əsas məlumat verilir.
- Təqdim olunduğu yer göstərilir.
- Sonda imza və möhür
6. Protokol
Protokol yunancadır, «protok» ilk vərəq, «kolos» isə yapışdırmaq deməkdir. İkiyə qədər (az) məsələni əks etdirən sadə, ikidən çox məsələni əks etdirən mürəkkəb protokol hesab edilir.
Protokol üç halda yazılır:
- iclasdakı çıxış və qərarları əks etdirmək üçün;
- qaydanın pozulmasını bildirmək üçün;
- dövlətlərarası münasibətlər zamanı yazılır.
Protokola verilən tələblər:
- Yuxarıda vərəqin ortasında «Protokol» sözü vənömrə böyükhərflə yazılır.
- Təşkilatın adı, tarixvə yer göstərilir.
- İştirakçıların sayı göstərilir, sədrvə katib seçilir.
- Gündəlikməsələlər, Eşidildi, Çıxışlar, Qərar yazılır.
- Sonda sədr və katibin imzası
7. Rəy
Rəy ərəbəcədir, fikir, mülahizə mənasını verir. Əsər, tamaşa, kurs işi, dissertasiya işi haqqında mülahizə, fikir, resenziya deməkdir.
Rəyə verilən tələblər:
- Kimə və nə haqdayazıldığı göstərilir, səhifənin ortasında «rəy» sözü yazılır.
- Nə barədədirsə, onun müsbətvə mənfi cəhətləri göstərilir.
- Rəyçi tərəfindən irəli sürülən təklifvə tövsiyələr yığcam şəkildə ifadə olunur.
- Sonda rəyçinin adı, soyadı və atasınınadı yazılır vəimza qoyulur, tarix — gün, ay, ilbütöv şəkildə göstərilir.
8. Teleqram
Teleqram yunancadır, «tele» uzaq, «qramma» yazmaq deməkdir. Teleqramın iki növü vardır:
Teleqrama verilən tələblər:
- Şəxsin adı, soyadı və ünvan dəqiq göstərilməlidir.
- Teleqram yığcamvə aydın olmalıdır, çalışmaq lazımdır ki, az söz işlədilsin.
- Burada rəqəmlər hərflə yazılır və hər bir söz, rəqəm ayrıcapul hesablanır.
9. Annotasiya
Annotasiya latıncadır, «annotomik» sözündəndir və «qeyd aparmaq», «əlavə» deməkdir. Əsas mənası kitab, jurnal və məqalələrin məzmununun qısa şəkildə şərhidir. Annotasiyanı, əsasən, müəllifin özü yazır.
Annotasiyaya verilənt tələblər:
- Müəllifin adı və soyadı verilir.
- Kitabın adı, nəşriyyatı, çap olunduğu şəhər və həcmi göstərilir.
- Kitabın nə haqda yazıldığı bildirilir.
- Nə məqsədlə və kimin üçün yazılması öz əksini tapır.
10. Akt
Akt latıncadır, «aktos» sözündəndir və hərəkət, hadisə, cinayət işi deməkdir. Müxtəlif növləri vardır:
- cinayət aktı — cinayət işi ilə bağlı olur
- dövlət aktı — dövləti əhəmiyyəti olan fərman, qərar
- müəyyən faktı açmaq üçün olan akt-yararsız işin sübutu
- mürəkkəb (xüsusi) akt — bir neçə faktı əks etdirir.
Akta verilən tələblər:
- «Akt» sözü vərəqin yıxarı hissəsində, ortada və böyük hərflə yazılır.
- «Akt» sözündən sonra sol tərəfdə aktın tərtib edildiyi yer, sağ tərəfdə isə tarix — gün, ay, il göstərilir.
- Aktı tərtib edənlər göstərilir.
- Yoxlama haqqında dəqiq məlumat verilir və müddəti həm rəqəm, həm də hərflə göstərilir.
- Nəticə yazılır.
- Sonda aktı tərtib edənlərin imzası
11. Məktub
Məktub ərəbcədir, əməli yazının ən geniş yayılmış və sərbəst formasıdır. Məktublar iki cür olur: rəsmi və qeyri-rəsmi şəxslərin yazdıqları.
Məktub aşağıdakı hissələrdən ibarətdir:
- Müraciət hissəsi — başlıq sayılır.
- Ümumi hissə — şəxslərin əhvali-ruhiyyəsi və vəziyyəti öz əksini tapır.
- Fərqləndirici hissə — məktubun əsas məzmununu əhatə edir.
- Yekunlaşdırıcı hissə — sonluq.
12. Vəkalətnamə
Vəkalətnamə ərəbcə vəkalət və farsca namə sözlərindən ibarətdir, vəkillik kağızı deməkdir. Həm təşkilatlara, həm də müəyyən şəxsə aid ola bilər. Təşkilatlara aid vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır.
Vəkalətnaməyə verilən tələblər:
- Vəkaləti verən və verilən şəxslərin adı, atasının adı, soy adı və vəzifəsi göstərilməlidir.
- Alınacaq və ya etibar ediləcək malın məzmunu və vəkalətnamənin müddəti həm rəqəm, həm də hərflə göstərilir.
- Vəkalətnaməyə məsul olan şəxsin imzası və şəxsiyyət vəsiqəsinin göstəriciləri.
- Vəkalətnamənin verildiyi
13. Əmr
Əmr ərəbcədir; hökm, göstəriş və sərəncam mənalarını verir. Rəsmi sənədlərə aiddir.
Əmrə verilən tələblər:
- Vərəqin yuxarı hissəsində müəssisənin adı, təzə sətirdə əmrin nömrəsi yazılır ( Əmr N® 1).
- Sol tərəfdə tərtib edildiyi yer, sağ tərəfdə isə tarix -gün, ay, il göstərilir.
- Əmrin məzmunu dəqiq və aydın ifadə olunur.
- Sonda təşkilat rəhbərinin adı, soyadı, atasının adı yazılır və möhürlə təsdiq edilir.
14. Etiket
Etiket fransızcadır, yarlıq mənasını verir. Satılacaq malın, yaxud eksponatın üstünə yapışdırılan və onu səciyyələndirən mətn.
15. Hesabat
Hesabat ərəbcədir, «hesab» sözünün cəmidir və görülmüş işin nəticəsi haqqında rəsmi məlumat mənasını bildirir.
Hesabata verilən tələblər:
- İnandırıcı olmalıdır.
- Faktlar və rəqəmlər dəqiq verilməlidir.
- Təkrarlara yol verilməməlidir.
- İctimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır.
- Əvvəlində onun yazan şəxsin adı, atasının adı və soyadı göstərilməlidir, sonda imza qoyulmalıdır.
16. Referat
Referat latıncadır, məruzə etmək, məlumat vermək mənalarını bildirir. Referatda elmi əsərin, kitabın xülasəsi verilir. Ədəbi yaradıcılığa həsr edilmiş məruzə mənasında da işlədilir.
Referata verilən tələblər:
- Vərəqin əvvəlində ortada «Referat» sözü, onun altında isə mövzununadı qeyd olunur.
- Planı verilir və sonra məzmunu yazılır. (Bəzən plansız da ola bilər.)
- Sonda müəllifin adı, atasının adı, soyadı və tarix yazılır.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
Презентация на тему Az?rbaycan dili 3 sinif ?sim
Слайд 1Xəzər rayonu R.M.Sadıqov adına 136 saylı orta
məktəb
Слайд 2sinfində Azərbaycan dilindən açıq dərs
3 a”
Слайд 3
Mövzu: Xüsusi isimlərin böyük hərflə yazılışı.
Təlim məqsədləri:
1. Sözlərin
böyük hərflə yazılışına dair qaydaları yazıda
tətbiq edir.
2. Ümumi və xüsusi isimləri ayırd edə bilir.
Fənlərarası inteqrasiya: Həyat bilgisi
Resurslar:dərslik, iş dəftəri, proyektor və s.
Слайд 4Ümumi və xüsusi olur
Ad bildirir
Kim? Nə ?Hara? Suallarına cavab
verir
Tək və cəm halında olur
Konkret və ya
mücərrəd varlıq olur
Sadə,düzəltmə,mürəkkəb
Слайд 5
Bacarıqlı pianoçu olmaq
ən böyük
idi.
Səhnədəki çıxışından sonra anasının gözlərində
Слайд 6
Слайд 7yasəmən
qızılgül
qönçə
qərənfil
bənövşə
lalə
qızılgül
nərgiz
qızılgül
çiçək
Слайд 8Qərənfil
Çiçək
Nərgiz
Qönçə
Yasəmən
Bənövşə
Qızılgül
Lalə
Слайд 9NƏTİCƏ:
İnsan adları və
soyadları böyük hərflə
yazılır.
Слайд 10Türkiyə
Ankara
Tehran
Слайд 11
Слайд 12NƏTİCƏ:
Ölkə, şəhər,
rayon, kənd adları
böyük hərflə yazılır.
Слайд 13Kür çayı
Kəpəz Dağı
Xəzər dənizi
İlanlı dağ
Araz çayı
Göy göl
Savalan dağı
Yeddi gözəl
şəlaləsi
Слайд 14NƏTİCƏ:
Dəniz, çay,
göl, dağ adları
böyük hərflə yazılır.
Слайд 15Hansı heyvanları görürsünüz?
tülkü
it
dovşan
ayı
qoyun
pişik
Inək
at
Слайд 16Gəlin heyvanlara ad verək.
Alabaş
Şələquyruq
Qaragöz
Qırat
Məstan
Narınc
Çəpgöz
Yastıdaban
Слайд 17NƏTİCƏ:
Heyvanlara verilən
xüsusi adlar
böyük hərflə yazılır.
Слайд 18Dərs zamanı sakitliyi təmin etmək.
Çıxış etmək istəyəndə əlini
qaldırmaq, növbə ilə danışmaq.
Yoldaşının fikrinə hörmətlə yanaşmaq.
Qruplarda işləyərkən:
Слайд 19
5 dənə ad bildirən xüsusi isim yazın.
Yazdığın sözlərdən ikisini
cümlədə işlədin.
Qərənfil sözündən yeni sözlər düzəlt. (hərflər təkrar olunmamaq şərti
Qərənfil gülü çəkin.
Слайд 20Aslan, maral sözlərini həm ümumi, həm xüsusi isim kimi
cümlədə işlədin.
Məkan, yer, adları (ölkə, şəhər, kənd hər birindən 3dənə)
bildirən isim yazın.
Maral sözündən yeni sözlər düzəlt. (hərflər təkrar olunmamaq şərti ilə).
Слайд 21Dəniz,çay,göl adları yazın (hər birindən 3dənə)
Yazdığın sözlərdən ikisini cümlədə
işlət.
Xəzər sözündən yeni sözlər düzəlt. (hərflər təkrar olunmamaq şərti ilə).
Xəzər
Слайд 22Heyvanlara verilən beş dənə xüsusi ad yazın.
Sözlərdən ikisini cümlədə
işlədin.
Məstan sözündən yeni sözlər düzəldib yazın. (Hərflər təkrar olunmamaq şərti
ilə).
Pişik şəkli çəkin.
Слайд 23TAPŞIRIQ
Слайд 24
+
+
+
+
+
+
Слайд 25Hansı sıradakı xüsusi isimlər ölkə adlarını bildirir?
a) Xəzər, Kür,
Araz
b) Rusiya,Türkiyə, Özbəkistan
c) Moskva, Ankara, Daşkənd
Hansı cümlədə “maral”sözü xüsusi isim
kimi işlənmişdir?
a) Maral güllərdən dəstə bağladı.
b) Maralın erkəyi hər ilin yayında buynuzlarını dəyişir.
c) Maral heç nəyə fikir vermədən budaqları gəmirirdi.
Слайд 26 Hansı söz yerindən asılı olaraq həm böyük, həm
də kiçik hərflə yazıla bilər?
a) ceyran
b) Bakı c) toyuq
Hansı söz yalnız cümlənin əvvəlində gələndə böyük hərflə yazılır?
a) Kosmos b) Xəzər c) Qafqaz
Hansı söz yerindən asılı olmayaraq həmişə böyük hərflə yazılır?
a) Qərənfil b) Aydın c) Şuşa
İngiltərə, Rusiya,Yaponiya.
Hansı söz bu ardıcıllığı tamamlayır?
a) Fransız b) Azərbaycan c) Moskva
Comments are closed, but trackbacks and pingbacks are open.