Press "Enter" to skip to content

İddiası və hikkəsinin əsiri: 100 ilin tənhalığı

Ermənistan soyqırımı adlandırdığı hadisələrin 100 illiyinə hazırlaşır. Bu mərasimin təntənəli keçməsi üçün bütün imkanlarını ortaya qoyur. Təbii ki, bu xatirə-matəm paradı ona görə təşkil olunur ki, prezident Sarkisyan dünyanın diqqətini 1915-ci ilin aprel ayında baş vermiş və ya verməmiş hadisələrə və ya xəyallara cəlb etsin.

KİTAB ADASI

Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…

“100 ilin tənhalığı” Qabriel Qarsia Markes

Dünən gecə hardasa 2 olardı ki, əsəri bitirdim və əsərlə birlikdə bir ilk edib esse yazmağa çalışacam.
Əsərin adı diqqətimi çəkmişdi deyə almışdım ama əsərdə daha çox sevgi romanı gözlüyürdüm ki məncə bir çoxlarıda ilk başda bu cür fikirləşib. Amma əsər adından fərqli görünsədə oxuduqca insan anlıyırki ad çox mükəmməl seçilib. Bir çoxları yazıçını ağır yazı tərzi olduöun desələrdə əsər axıcı idi.1ailənin tarixçəsindən söhbət açılan əsərdə bir çox şeylər fərqli cəhətdən tənqid olunmağa çalışılıb və məncə alınıb. Həmçinin,əsərin diqqət çəkən tərəfi odur ki ailənin fərdləri əslində bir yerdə birlikdə görünsələr də əslində hər kəs tək və yalnızdı. Bu isə əsərin adının niyə belə seçildiyi izah eliyir. Əsərin tək mənfi cəhəti personajların adlarının deməy olar ki hamısının eyni olmasıdı. Düzdü,əsər üçün bu önəmli mahiyyət kəsb edir, amma ki bu incə mahiyyət olmasa da olardı deyə düşünürəm. Bəzən çox sıxıcı bəzəndə çox axarlı ola bilən bir əsərdir. Ən maraqlısı isə əsərin başdığında son yazılsada sonradan keçmişə qayıdıb hər şeyi xırdalıqlarına qədər göstərən əsər oldu. Ən çox sevdiyim personaj Ursula ilə polkovnik oldu qınadığım insan isə Fernanda oldu.Məncə bir qadın özünü bu qədər alçaltması düzgün deyil. Mütləq oxunmalı bir əsər deyil ama ki oxusanızda peşman olmarsınız.Yazıçı ilə ilk tanışlığım bu əsərlə oldu və düşünürəm ki digər əsərlərində oxuyacam yaxın gələcəkdə sizində fikirləriniz maraqlı olardı oxuduğum kitab haqda fikirlərimi yazmağım ilk idi, gələcəkdə də davamını eləməyə çalışacam.

Saiq Babayev

İddiası və hikkəsinin əsiri: 100 ilin tənhalığı

Ermənistan soyqırımı adlandırdığı hadisələrin 100 illiyinə hazırlaşır. Bu mərasimin təntənəli keçməsi üçün bütün imkanlarını ortaya qoyur. Təbii ki, bu xatirə-matəm paradı ona görə təşkil olunur ki, prezident Sarkisyan dünyanın diqqətini 1915-ci ilin aprel ayında baş vermiş və ya verməmiş hadisələrə və ya xəyallara cəlb etsin.

Bu Ermənistan prezidentinin öz milləti qarşısında inoqurasiyavari bir işi də olacaq. Olduqca sərt, ərazi iddialarının əks olunduğu, Türkiyəni ittiham edən, onu soyqırımını tanımağa və bununla da tanımaqdan irəli gələn şərtləri yerinə yetirməyə çağıran bir çıxış gözlənilir. 1915-ci il hadisələrinin 100 illiyinə həsr olunmuş tədbirlərin əlaqələndirməsi üzrə dövlət komissiyasının iclasında ümumilli erməni deklorasiyası qəbul edilib. Bu sənədi bir nüsxəsi BMT-yə göndəriləcək. Yəqin ki, Sarkisyan həmin sənədi bir daha qonaq-qara qarşısında oxuyacaq. Ermənistan bu günü 100 ildi gözləyir. bu 100 il tənhalıq da ola bilər, əsrə bərabər bir gün də. Hələlik isə söhbət əsirə bərabərlikdən gedir. İddiası və hikkəsinin əsirinə bərabərlikdən.

Reallıq başqa mətləblər diqtə edir. Əslində bunu Ermənistanda Sarkisyandan yaxşı başa düşənlər var. Məsələn, Levon Ter-Petrosyan Sarkisyandan fərqli olaraq açıq etiraf edir ki, Ermənistan soyqırımına başqa aspektdən yanaşmalıdır. O, Türkiyə qarşısında erməni soyqırımının tanınması məsələsini ümumiyyətlə qoymamalı və bunu edib-etməməməyi Türkiyənin Daxili işi hesab etməlidir. Ermənistan Avropa Ölkələrinə müraciət etməlidir ki, Türkiyənin Avropa Birliyinə üzv qəbul olunması zamanı onun soyqırımı tanıması məsələsini bir şərt kimi irəli sürməsin. Türkiyə və Ermənistan əməkdaşlıqda maraqlıdır. Ona görə də Ermənistan Sürix protokolunun müddəlarına əsasən Türkiyə ilə diplomatik münasibətlər qurmalıdır. Bu müraciətdə Qarabağ münaaqişəsinə də toxunulur. Ter-Petrosyan bəyan edir ki, Ermənistan Madrid prinsipləri əsasında Dağlıq Qarabağ problemini həll etməlidir. Gördüyünüz kimi Ermənistan prezidentinə alternativ var. Həm təklif, həm şərt, həm də şəxs şəklində.

Və burda mənim ağlıma, daha doğrusu yadıma Sarkisyanın bu yaxınlarda Dağlıq Qarabağda olarkən öz silahlılarının qarşısındakı çıxışından bir parça düşür. O, demişdi ki, biz Azərbaycan əsgərlərinin hər bir hücumunun qabağını ala bilərik və Azərbaycan əsgərlərinin başını ilan başı kimi əzə bilərik. Məsələ burasındadır ki, bu hadisədən bira az sonra mən Azərbaycan televiziyası ilə transsilyasiya olan Muğam müsabiqəsinə baxırdım. Və orda bizim ifaçılarımızın birinin əlində qabal gördüm. Və ən qəribəsidə budur ki, qabal Anakonda dərisindən hazırlanmışdır. Bizdə Anakonda dərisindən qabal düzəldən oğullar var.

Mir Şahin

“Hesabat”

Comments are closed, but trackbacks and pingbacks are open.