Press "Enter" to skip to content

İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

KİTAB ADASI

Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…

“100 ilin tənhalığı” Qabriel Qarsia Markes

Dünən gecə hardasa 2 olardı ki, əsəri bitirdim və əsərlə birlikdə bir ilk edib esse yazmağa çalışacam.
Əsərin adı diqqətimi çəkmişdi deyə almışdım ama əsərdə daha çox sevgi romanı gözlüyürdüm ki məncə bir çoxlarıda ilk başda bu cür fikirləşib. Amma əsər adından fərqli görünsədə oxuduqca insan anlıyırki ad çox mükəmməl seçilib. Bir çoxları yazıçını ağır yazı tərzi olduöun desələrdə əsər axıcı idi.1ailənin tarixçəsindən söhbət açılan əsərdə bir çox şeylər fərqli cəhətdən tənqid olunmağa çalışılıb və məncə alınıb. Həmçinin,əsərin diqqət çəkən tərəfi odur ki ailənin fərdləri əslində bir yerdə birlikdə görünsələr də əslində hər kəs tək və yalnızdı. Bu isə əsərin adının niyə belə seçildiyi izah eliyir. Əsərin tək mənfi cəhəti personajların adlarının deməy olar ki hamısının eyni olmasıdı. Düzdü,əsər üçün bu önəmli mahiyyət kəsb edir, amma ki bu incə mahiyyət olmasa da olardı deyə düşünürəm. Bəzən çox sıxıcı bəzəndə çox axarlı ola bilən bir əsərdir. Ən maraqlısı isə əsərin başdığında son yazılsada sonradan keçmişə qayıdıb hər şeyi xırdalıqlarına qədər göstərən əsər oldu. Ən çox sevdiyim personaj Ursula ilə polkovnik oldu qınadığım insan isə Fernanda oldu.Məncə bir qadın özünü bu qədər alçaltması düzgün deyil. Mütləq oxunmalı bir əsər deyil ama ki oxusanızda peşman olmarsınız.Yazıçı ilə ilk tanışlığım bu əsərlə oldu və düşünürəm ki digər əsərlərində oxuyacam yaxın gələcəkdə sizində fikirləriniz maraqlı olardı oxuduğum kitab haqda fikirlərimi yazmağım ilk idi, gələcəkdə də davamını eləməyə çalışacam.

Saiq Babayev

İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO

Orxan Pamukun “Yeni həyat” romanı belə başlayır: “Bir kitab oxudum, həyatım dəyişdi”. Elə əsərlər var ki, onları oxusaq, dünyaya baxışımız, həyatımız dəyişər. Müasir insan üçün bu əsərləri oxumaq olduqca vacibdir. Bu əsərlərsiz həyat daha amansız, daha sıxıcı, daha qəddar olardı.

Milli.Az kulis.az-a istinadən həyatımızı dəyişən 10 əsəri təqdim edir.

“100 ilin tənhalığı”, Qabriel Qarsiya Markes

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır.

Bu əsəri oxuyub bu böyük dünyada nə qədər tənha olduğumuzu anlayacağıq.

“Pişik beşiyi”, Kurt Vonnehut

“Pişik beşiyi” romanı ən məşhur antiutopik əsərlərdəndir. Atom bobmbası haqqında kitab yazmaq istəyən Con material toplamaq üçün atom bombasının yaradılmasında iştirak etmiş Feliks Honnikerin 3 uşağına məktub yollayır. Sonrakı hadisələr Karib dənizində yerləşən balaca San-Lorenso adasında davam edir. “Pişik beşiyi” bir uşaq oyununun adıdır. Bu oyunda ip müxtəlif kombinasiyalarda barmaqlara dolanır.

Parodiya üslubunda yazılmış əsər tez-tez bizi güldürsə də, daha çox düşünməyə vadar edir. Əsərin qaldırdığı problemlər o qədər çoxdur ki, düşünməyə vaxt tapmırsan. Oxu zamanı hadisələr koleydoskopu vadar ki, mütaliəni yarımçıq saxlayıb özümüzə sual verək: “İndicə nə oxudum?” Bir müddət sonra əsərin ikinci oxunuşunda isə əsər sizə tamamilə başqa bir təəssürat yaradacaq, əsərin bütün mənzərəsi gözləriniz önündə canlanacaq.

“Əlvida, silah”, Ernest Heminquey

“Əlivada, silah” bir “itirilmiş nəsil” nümayəndəsinin Birinci Dünya müharibəsi haqqında ilk uğurlu əsəridir. Kitab müharibə haqqındadır. Burada sadəlövh oğlanlar döyüşə gedib qurbana çevrilirlər. Bu əsərdə məhəbbət yalnız bir an sürür, nə keçmişi var, nə gələcəyi. Bu əsər unutmaq istəyib, amma heç vaxt unuda bilmədiyin müharibə haqqındadı.

“Milçəklərin tanrısı”, Uilyam Qoldinq

Əsər 1954 -cü ildə yazılıb. İkinci Dünya müharibəsindən sonra nüvə qorxusu ərəfəsindən bəhs edir. Əsər insanların mənşəyindəki vəhşilikdən söhbət açır. Roman müharibə ilə üz-üzə qalmış dünyamızın alleqorik obrazıdır. Bu dəhşətli əsəri oxumaq vacibdir, ən azı bu cür dünyada yaşamamaq üçün.

“Milçəklərin tanrısı” gənclərin bir adaya düşməsi ilə başlayır.

“Çapayev və Pustota”, Viktor Pelevin

Bu əsər dünya ədəbiyyatına hadisələrin mütləq boşluqda baş verdiyi ilk əsərdir. Həqiqətdə hadisələr gah 1919-cu ildə Çapayevin diviziyasında, gah da müasir günümüzdə baş verir. Əsərin baş qəhrəmanı isə şair Pyotr Pustotadır. Psixi travma yaşayan Pustota Çapayevin dövrünə düşür və bu qırmızı döyüşçüdən mütləq boşluğun sirrini öyrənir.

“Döyüşçü klubu”, Çak Palanik

Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Kitabxanam

Kitabda hadisələr elə tez-tez cərəyan edir ki, bir anda bütün vəziyyət necə dəyişirsə adam gərək bu kitabı ötəri yox, diqqətlə oxusun. Yoxsa oxuyub-oxuyub gözünü açanda görəcək ki, kim kimdi, hardadı,bura necə gəlib çıxıb artıq bilmir )))

Hətta mən diqqətlə oxuya-oxuya arada fasilə verdiyimə görə əsərdə qəhrəmanlardan kimin kimin oğlu, qızı, anası, bacısı olduğun qarışdırırdım )) Bunun əsas səbəblərindən biri isə Buendialar nəslində doğulan bütün körpələrə ya Arkadio ya da Aureliano adının verilməsiydi) Hətta bir ara Xosa Arkadio, Xose Aureliano deyə-deyə Xosələri təmiz çaşdırmışdım, hələ arada gözümün qabağına ANS-dəki qara Xose də gəlmişdi ))))

Qızlaradakı ya nənələri Ursulanın ya da bibiləri Amarantanın adı verilirdi, gördülər razılığa gələ bilmirlər, onda da uşağın adın Ursula Amaranta qoymuşdular))

Deməli bu kitab Buendialar nəslinin 100 illik tarixi ndən söhbət açır.. Bu nəsildə necə deyərlər hər tip adam var)) Zəhmətkeşi də, alimi də, torpaq yeyəni də, evdə lüt gəzəni də, sonra mələk kimi göylərə uçanı da, öləndən sonra darıxdığına görə geri gələni də, donuz quyruqlusu da : ))

Bir sözlə fantastikayla qarışıq əla bir romanıydı. Gabriel Markes hadisələri özünə məxsus üslubuyla elə təsvir edirdi ki, kitabı oxuyanda elə bilirdim mən də Buendialar nəslinin bir nümayəndəsiyəm və bütün hadisələr mənim gözümün qabağında, ətrafımda baş verir : )) H ətta Remediosun duş alarkən kişinin onu seyr etməsi, onların arasındakı dialoq, sonra kişinin ordan tappıltıyla yıxılıb yerə düşməsi, qızın həmin anda üzündəki o məsum ifadə gözlərimin qabağındadı. Dediyim kimi yazıçı hər şeyi elə anladıb ki, mən elə hiss edirəm ki, sanki heç kitab oxumamışam ya oturub kinoya baxmışam, yadakı Buendialar nəslinin evinə qonaq getmişəm və bu hadisələri də öz gözlərimlə görüb gəlmişəm 🙂

Kitabda xoşuma gəlməyən bircə şey bayaqda qeyd etdiyim kimi uşaqların kimə aid olmasını, anaları,atalarının kim olduğunu qarışdırmağım idi)))

Bundan başqa əsərdəki gənc oğlanın onu böyüdən xalasına meyl eləməsi, oğlanın anası olduğunu bilmədiyi qadına yaxınlaşması, bütün bu kimi hadisələr əsil Braziliya serialların xatırladırdı adama)))

Nəysə, mətləbdən çox uzaqlaşmayaq) Bir sözlə oxumağa dəyər çox gözəl bir roman idi. 18 yaşından yuxarı gənclərə məsləhət görərdim =)

Kitabdan seçdiyim sitatlar:

  • İnsanın doğma adamını basdırmadığı torpağa bağlılığı ola bilməz.
  • Ölülər qəbirlərindən çıxmır, biz vicdan əzabı çəkirik, məsələ budu.
  • Ömür boyu dalınca ölü gəzdirməkdənsə, salamat adamı bir-iki dəqiqə ora-bura sürümək yaxşıdı.
  • Allahsızlığın mərkəzində Allaha dua eləməyə gəlsinlər.
  • Vacib məsələlərdə bir-biri ilə razılaşa bilən iki rəqibin mübarizə aparmağının mənası yoxdur.
  • Ən taxşı dost, ölüb getmiş dostdur.
  • Arxayın qocalığın sirri tənhalıqla bağlanan vicdanlı müqavilədə imiş.
  • . Kinoya baxmaqdan imtina elədi: özlərinin yetərincə dərdi-səri varkın, uydurma adamların uydurma faciələrinə göz yaşə tökmək ağılsızlıq idi
  • Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür.
  • Vicdanı rahat olan insan çeynəməkdən ağzı yorulana qədər yemək yeyə bilər.
  • Sevginin bir növü onun başqa növünü sıradan çıxarır, çünki insanın təbiətində elə bir şey var ki, o doyandan sonrayeməyə marağını itirir.
  • Bəzi kişilər vaxtlarını öz murdar qarınlarına tamaşa edə-edə keçirir, süfrəyə oturanda isə torağay ciyəri tələb eləyirlər.
  • Siz kişilər qəribə məxluqlarsız, ömür boyu dindarlarla vuruşursuz, hədiyyəniz də dua kitabı olur.
  • Adamların özləri birinci dərəcəli vaqonlarda səfər eləyib, kitabları yük vaqonlarında daşımağa başladıqları gün dünyanın axrı olacaq.
  • Bu nəslin birinci kişisini ağaca sarıyacaqlar, axrıncısını isə qarışqalar yeyəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.