Press "Enter" to skip to content

BAKI ŞƏHƏRİNİN TARİXİ

Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərg və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi.

Azərbaycanda 11-ci sinif şagirdi bıçaqlanıb

BiG.AZ APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Yeni qəsəbədə məskunlaşan Zəngilan sakini, 2006-cı il təvəllüdlü Mahmudzadə Ülvü Azər oğlu həmyaşıdı tərəfindən bıçaqlanıb.
Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər Baxılıb: 477 Tarix: 05 mart 2023

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

Tramp mühafizəkarlar arasında prezidentliyə ən populyar namizəddir

ABŞ-nin 45-ci prezidenti Donald Tramp 2024-cü ildə ölkə prezidentliyinə ən populyar namizəd olub. “Report” xəbər verir ki, bu barədə Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (MSFK) keçirdiyi anonim sorğunun rəylərindən məlum olub. O, səslərin 62 %-ni, Florida qubernatoru Ron Desantis isə 2

Ukrayna Baş Qərargahı Rusiya itkilərinin sayını açıqlayıb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 153 120 hərbçisi məhv edilib. “Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 414 tank

Çavuşoğlu: “İlk dəstək təklif edənlər arasında ən az inkişaf etmiş ölkələr oldu”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada keçirilən 5-ci Ən Az İnkişaf etmiş Ölkələr Konfransında iştirakçılara müraciət edib. Çavuşoğlu Türkiyənin Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində dərin kədər içində olduğunu ifadə edib:. “Fevralın 6-da Türkiyənin cənub-şərqində ik

Çin 2023-cü ildə müdafiə büdcəsini 7,2 % artıracaq

Çin bu il müdafiə büdcəsini 7,2 % artıraraq 1,553 trilyon yuana (təxminən 224,85 milyard dollar) çatdırmaq niyyətindədir. “Report” xəbər verir ki, bu barədə bazar günü 14-cü çağırış Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının (ən yüksək qanunverici orqan) 1-ci sessiyasının açılışında dərc edilmi

İranda məktəbli qızların kütləvi zəhərlənməsi səbəbindən etirazlar başlayıb

İranın paytaxtı Tehranda və digər şəhərlərində sakinlər məktəbli qızların naməlum maddədən zəhərlənməsi ilə əlaqədar etirazlara başlayıblar. Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir. Uşaqların ürək bulanması və baş ağrısından şikayətləndiyi bildirilir. Naməlum maddədə

Məktəbliləri daşıyan avtobus Alp dağlarında dərəyə düşüb

Fransada məktəbliləri Alp dağlarına səyahətə aparan avtobus geriyə qayıdarkən dərəyə yuvarlanıb. Hadisə vaxtı avtobusda 40 nəfər məktəbli olub. İnsident nəticəsində 18 şagird və bir nəfər orta yaşlarında olan şəxs və sürücü xəsarət alıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İlkin versiyaya görə

“Taliban” muzeylərin fəaliyyətinə icazə verib

Əfqanıstanda siyasi hakimiyyətə yiyələnən “Taliban” hərəkatı Əfqanıstanın Qor əyalətinin mərkəzi olan Çağçaran şəhərində tarixi eksponatlar muzeyinin yaradılmasına icazə verib. Qor əyalətində yerləşən yerli mədəniyyət və informasiya şöbəsindən bildirilib ki, hazırda muzeydə Qəznəvilər (961-1186

Ucarda 65 yaşlı qadın intihar edib

Ucar sakini intihar edib. APA-nın xəbərinə görə, bu gün səhər saatlarında rayonun Bərgüşad kənd sakini, 1958-ci il təvəllüdlü Elmira Yavər qızı Zaidova özünü vanna otağında asaraq intihar edib. Məlumata görə, mərhum uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirmiş. Ağrıları son günlər daha da şiddətlənibmiş

Taliban qadınlara daha bir ZƏRBƏ VURDU – Dəhşətli QƏRAR

Əfqanıstanda qadınlara sərt qadağalar qoyan Taliban bu dəfə evlilik qanunlarını dəyişib. Keçmiş rəhbərlik dövründə nikahlarına birtərəfli qaydada xitam vermək hüququ olan qadınların boşanma qərarları ləğv edilib. Boşanıb yeni həyata başlayan bu qadınlar keçmiş ərləri ilə evli sayılacaqlar. ABŞ-ın Əfqanıstanda

BAKI ŞƏHƏRİNİN TARİXİ

Bakı – Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi (“İpək Yolu”), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.

Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7 əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəgəsi olduğunu göstərir. 5-6 əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10 əsr) Bakuyə, Bakuh, Baku, rus məxəzlərində (15 əsr) Baka, Səfəvilər dövrü farsdilli mənbələrdə Badkubə kimi qeyd edilir.

Erkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi. Onların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracı feodal şəhərinin inkişafının mühüm amili idi. Şirvanın tərkibinə daxil olan Abşeron təbii və təsərrüfat xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid idi. Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı şəhəri təsərrüfat baxımından onun kəndləri ilə bağlı olub şirvanşahdan vassal asılılığında olan pərakəndə feodal torpaqlarının vahid dairəsini təşkil edirdi.

X əsrin sonunda və XI əsrdə Abbasilər Xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar.

Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərg və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi.

Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu – XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü yaşıyırdı. 1191 ildə Şamaxıda güclü zəlzələ baş verdikdən sonra şirvanşah Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü.

XII əsrin sonu ” XIII əsrin əvvəli Bakı şəhərinin feodal inikşaf dövrü idi. Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək onu möhkəmləndirdilər. XII əsrin birinci yarısında şəhərin qala divarları çəkildi. Şəhərin müdafiə sisteminə Qız qalası da daxil idi.

XII əsrin 30-cu illərində monqollar Azərbaycana hücum edərək bir çox şəhərləri işğal etdilər. İşğalçıların gəldiyi böyük yoldan kənarda yerləşən Bakı, görünür, başqa şəhərlərə nisbətən az zərər çəkmişdi. Hərçənd, monqollar şəhəri alarkən Qız qalasının yuxarı hissəsi dağıdılmışdı. Monqol istilası və ölkənin viran edilməsi şəhərin iqtisadiyyatını dağıtdı, Abşeronun və Bakının neft təsərrüfatını müvəqqəti olaraq pozdu.

Lakin sonralar, XIII əsrin sonunda, XIV-XV əsrlərdə Bakı Xəzər dənizində başlıca liman və Dərbəndilər sülaləsi Şirvanşahlar dövlətinin paytaxtı olduqda o, nəinki Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin mühüm şəhərlərindən birinə çevrildi. Bakı beynəlxalq tranzit ipək ticarətində və Şərqlə Qərb arasında digər malların ticarətində fəal iştirak edirdi. Bu, feodal şəhərinin tərəqqi dövrü idi.

XVI əsrdəki dağıdıcı müharibələrə, Səfəvilər dövlətinə birləşdirilmiş Şirvandakı bir sıra antifeodal üsyanlara baxmayaraq, Volqa ” Xəzər yolunun açılması ilə əlaqədar Bakının iri ticarət mərkəzi və Xəzər dənizində mühüm liman kimi əhəmiyyəti azalmadı.

XVI əsrin sonlarında ” XVII əsrin əvvəllərindəki türk işğalından sonra Bakı yenidən Səfəvilər dövlətinin tərkibinə daxil oldu. Mərkəzi hakimiyyətin güclənməsi XVII əsrin 40-cı illərindən etibarən ölkənin məhsuldar qüvvələrinin inkişafını sarsıdan feodal ara çəkişmələrinin və dağıdıcı müharibələrin kəsilməsi Bakınının şəhər həyatının inkişafına əlverişli təsir göstərdi. Şəhərə çoxlu əcnəbi tacirlər və səyyahlar gəlirlər. Onlar şəhərin təsərrüfat həyatının canlanmasını, sənətkarlıq istehsalının artmasını, ölkədən kənara aparılan neft və duz hasilatını qeyd edirlər. Şəhərin sosial həyatında tacirlərin rolu artır. Şəhərin və ölkənin bütün daxili və xarici ticarəti onların əlində cəmlənmişdi. Bakı Xəzər dənizində mühüm liman idi. Buradan tranzit yolu ilə, Avropaya, Rusiyaya və digər ölkələrə başlıca olaraq, Şamaxı ipəyi və başqa sənətkarlıq məmulatları daşınırdı. Bakının feodal inkişafı XVII əsrin sonlarınadək davam etmişdir. Bundan sonra nəinki təkcə Azərbaycanda, eləcə də, bütün Ön Asiya ölkələrində mövcud olan şəhər həyatının tənəzzülü müşahidə edilir.

Bakıda şəhər həyatının XVIII əsrin birinci yarısı ərzində davam edən düşkünlüyü təkcə ticarət yollarının dəyişməsi, feodal ara müharibələri və ölkənin dağılması ilə deyil, həm də, Şərqdə odlu silahın yayılması və neftin hərbi texnikada istifadə olunmasına ehtiyacın aradan qalxması ilə bağlı neft ixracının azalması ilə izah edilir. XVIII əsrin II yarısında Bakıda şəhər həyatının və ticarətin bir qədər dirçəlməsi müşahidə olunur. Bakı xanlığı 1806-cı ildə çarizm tərəfindən işğal olunduqdan sonra Bakıda kapitalist münasibətlərin inkişaf dövrü başlanır.

1807 ildə Bakıda 500 ev, 3000 əhali var idi. 1813 ildə bağlanmış Gülüstan müqaviləsi ilə Şimali Azərbaycanın, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

Şəhərin yüksəliş dövrü isə əsasən neft sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır.

1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri dağıdıldıqdan sonra Bakı paytaxta çevrilir. Həmin dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil edirdi. Yuxarıda qeyd eydiyimiz amillərin təsiri nəticəsində 1913-cü ildə şəhər əhalisinin sayı artaraq 214 min nəfərə çatmışdır.

Neft sənayesının inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdır. 1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmişdir. Nəqliyyat vasitələri ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 1868 ildə Bakı-Tiflis, 1879 ildı Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886 ildə isə şəhərdə ilk telefon xətti çəkildi. 1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdir və bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6%-ni verirdi.

Birinci Dünya müharibəsi, ondan sonra baş vermiş hərbi müdaxilələr bütün Respublikanın və eləcədə Bakı şəhərinin iqtisadi və sosial həyatına çox mənfi təsir göstərmişdir. Belə ki, 1913-1920-ci illər arasında şəhər əhalisinin sayı 1,3 dəfə azalmış və 1920-1945-ci illərdə də bu azalma davam etmişdir. Bunun da əsas səbəbi İkinci Dünya müharibəsi və onunla əlaqədar olaraq təbii artımın aşağı düşməsi idi.

1945-ci ildən sonra isə şəhərin inkişaf prosesi xeyli güclənmiş, Bakı şəhəri respublikanın iqtisadi inkişafında və ictimai əmək bölgüsündə olduqca yüksək səviyyəyə qalxa bilmişdir. Bütün bunların nəticəsində şəhərdə istehsal üzrə sənaye sahələri yaradılır və şəhərlə şəhərətrafı ərazilərin əlaqələri genişlənirdi. Bakı şəhərinin belə intensiv inkişafı şəhərin formalaşmasında mühüm rol oynamışdır.

Bakı şəhərində bir çox tarixi abidələr müasir dövrdə də qorunub saxlanılır. Bunların içərisində XII əsr “Qız Qalası” (“Gözətçi qülləsi”, “Göz qülləsi”), “Qala divarları”, qalanın ən yüksək hissəsində XV əsrin əvvəllərində tikilmiş “Şirvanşahlar sarayı” (Xan sarayı), XIV-XVI əsrlərə aid “Buxaralılar karvansarayı” və “Hindistanlılar karvansarayı”, “Cümə məscidi” və s. misal göstərmək olar.

Hal-hazırda Bakı şəhərinin ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Comments are closed, but trackbacks and pingbacks are open.