Press "Enter" to skip to content

Azərbaycan MN Rusiyaya cavab verib

Sertifikasiyada 10 mindən çox Azərbaycan dili və ədəbiyyatı müəlliminin iştirakı da nəzərd ə tutulur. 2023-24-25-ci illərdə 35 min, 2026-cı il isə sonuncu il olaraq 10 mindən çox müəllimin sertifikasiyadan keçərək yekunlaşması planlanır”.

11-ci sinif azərbaycan dili dərsliyi pdf

2023-03-02 16:25:12

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

“Keçənilki bölgələr istisna olmaqla, digər yerlərdə təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur”. AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib: “Keçən il Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional İdarələrin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı vermişdi. Bu il isə sözügedən bölgələr istisna olmaqla digər şəhər və rayonlarımızda ibtidai sinif müəllimləri sertifikasiya prosesindən keçəcəklər.

Sertifikasiyada 10 mindən çox Azərbaycan dili və ədəbiyyatı müəlliminin iştirakı da nəzərd ə tutulur. 2023-24-25-ci illərdə 35 min, 2026-cı il isə sonuncu il olaraq 10 mindən çox müəllimin sertifikasiyadan keçərək yekunlaşması planlanır”.

Firuzə Əliyeva

Bu bölməyə aid digər xəbərlər

Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ

2023-03-07 11:23:20

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

2023-03-02 16:25:12

İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

2023-02-28 14:33:50

Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2023-02-26 13:29:00

Akademikin Vikipediya səhifəsi yenilənib

2023-02-24 17:10:00

“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO

2023-02-16 13:50:00

Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək

2023-02-15 16:23:00

BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

2023-02-15 10:55:00

Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

2023-02-13 12:16:00

Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

Azərbaycan MN Rusiyaya cavab verib

Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yaymışdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildiririk ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş və nəticədə iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilmiş və biri yaralanmışdır. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir.

İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir.

Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur. Belə ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olmuşdur. 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunmuş, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunmuşdur.

Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilmişdir.

Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.

Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir.

Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir.

Comments are closed, but trackbacks and pingbacks are open.