Press "Enter" to skip to content

BURADA REKLAMINIZ OLA BİLƏR

Указанные названия и логотипы CMS используются в соответствии с политикой правообладателей в отношении этих торговых марок. Их использование не означает, что правообладатели имеют какое-либо отношение к перечисленным модулям, одобряют их или иным образом связаны с Яндексом.

Как подключить сайт к поиску по товарам

Поддерживается YML-файл с расширением xml , yml или в виде архива gzip .

Сформировать YML-фид для поиска по товарам можно несколькими способами:

Для популярных CMS доступны модули подключения. Они разработаны для интеграции с Яндекс Маркетом и подходят для подготовки фида для поиска по товарам.

Используйте модули и компоненты только для формирования фида и генерации URL, по которому он доступен для скачивания. URL-адрес нужен для загрузки фида в Вебмастере в шаге 3.

Примечание. Все модули, кроме модуля для 1C‑Битрикс, разработаны сторонними компаниями или специалистами. Яндекс не несет ответственности за качество их работы.

Указанные названия и логотипы CMS используются в соответствии с политикой правообладателей в отношении этих торговых марок. Их использование не означает, что правообладатели имеют какое-либо отношение к перечисленным модулям, одобряют их или иным образом связаны с Яндексом.

Модуль / компонент системы

10.0 Компонент системы Компонент системы Компонент системы Компонент системы Компонент системы Компонент системы

Модуль / компонент системы

10.0 Компонент системы Компонент системы Компонент системы Компонент системы Компонент системы Компонент системы

C помощью специального ПО

Можно использовать специальное программное обеспечение (стороннее или разработанное самостоятельно), чтобы:

экспортировать данные из вашей базы данных и создавать файл в нужном формате;
конвертировать имеющийся прайс-лист в файл нужного формата и вида.

Это трудоемкий способ. Он подойдет, если вы планируете:

размещать в поиске по товарам большой ассортимент товаров;
обновлять данные часто и автоматически.

Вы можете составлять фид вручную по описанию формата. Этот способ подойдет, если:

вы планируете размещать небольшой ассортимент товаров;
у вас нет возможности автоматически выгружать информацию о товарах в подходящем формате и виде.

Шаг 2. Сделайте YML-файл доступным для скачивания

Разместите YML-файл на сайте: в корневом или другом каталоге. Файлы не попадают в результаты поиска, но смогут индексироваться роботом, поэтому убедитесь, что каталог не закрыт от роботов Яндекса. Если вы сформировали YML-файл с помощью модуля для CMS, чтобы получить ссылку на файл, воспользуйтесь документацией или обратитесь в службу поддержки CMS. После загрузки YML-файла на сайт фид будет доступен по адресу вида https://example.com/feed.yml (в зависимости от адреса вашей CMS и расположения файла).

application/xml ;
application/octet-stream ;
application/gzip ;
application/x-gzip .

Шаг 3. Передайте информацию в Яндекс

Внимание. Не загружайте один и тот же фид или фид с идентичным содержимым для нескольких категорий и поддоменов, а также файл, подготовленный для Турбо-страниц.

Загрузить фид можно:

  • В Вебмастере
  • С помощью API Вебмастера

Добавьте сайт вашего интернет-магазина в Вебмастер и подтвердите права на управление им.
Перейдите в Вебмастер на страницу Товары и предложения → Источники данных .
Нажмите кнопку Загрузить фид .
Выберите категорию Товары .
Укажите регион. Если регион не указан, будет выбрано значение Россия .

В поле Ссылка на файл с предложениями укажите URL вида https://example.com/feed.yml . Если на вашем сайте настроена авторизация для доступа к YML-файлу, вы можете передавать логин и пароль вместе с URL, по которому он доступен. Например: https://yandex:WE9h4FfBml@example.com/feed.yml .

Нажмите Готово .
Подробно см. документацию.

Яндекс Вебмастер проверит фид. Если он содержит ошибки, в Вебмастере на странице Товары и предложения → Источники данных рядом с фидом появится сообщение об ошибках. Чтобы открыть их, нажмите Посмотреть . Исправьте ошибки — в течение пяти дней Вебмастер проверит фид снова.

Также информация о сайте и предложениях будет проверена службой контроля качества в течение нескольких дней. Фид может быть отклонен за нарушение правил. Чтобы посмотреть найденные ошибки, перейдите на страницу Товары и предложения → Источники данных . Исправьте ошибки и нажмите кнопку Перепроверить .

Получать уведомления о результатах проверок можно в Вебмастере.

Примечание. После загрузки YML-фида в Вебмастер, вы можете управлять товарными предложениями с помощью API поиска по товарам. Например, изменить стоимость товара на заданный срок или скрыть предложение из поиска по товарам.

При работе с API поиска по товарам используйте логин, под которым вы загружали YML-фид в Вебмастер.

Работа с несколькими фидами

Формировать несколько фидов может быть полезно, например, если:

У вас много товаров (десятки или сотни тысяч). Вебмастер быстрее загружает небольшие файлы и может обрабатывать их параллельно.

Вы продаете товары из нескольких больших категорий (электроника, бытовая техника и т. п.) или храните информацию о разных группах товаров в разных источниках.

При формировании файлов убедитесь, что ни один из товаров не попадает в несколько файлов. Если один идентификатор товара встречается в нескольких файлах, фид не пройдет проверку при загрузке в Вебмастере.

Разделите фид на несколько файлов поменьше. Например, фид с 500 000 товаров можно разделить на пять файлов по 100 000 товаров.

Предложения, которые часто меняются, соберите в одном фиде и обновляйте его чаще.

Вопросы и ответы

Как повысить позиции товара

Яндекс отображает в результатах поиска товары, которые наиболее подходят запросу пользователя. При этом учитывается множество факторов, в том числе достоверность, актуальность и полнота информации о товаре.

Məleykə Abbaszadə: “Ağlına nə gəlirsə, yaz, bəlkə, alındı” fikri ilə imtahana gəlmək olmaz

– Məleykə xanım, artıq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. Bu ilin nəticələri ilə bağlı gözləntiləriniz nələrdir? Pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşa bilərikmi?

– Dünyada müxtəlif beynəlxalq qiymətləndirmələr aparılır: TIMSS, PIRLS, PISA və s. Həmin qiymətləndirmələrin nəticələrindən də görünür ki, pandemiya bütün dünya üzrə imtahan nəticələrinə ciddi təsir göstərib. Bütün ölkələrdə pandemiyadan əvvəlkindən aşağı nəticələr göstərilib. Nəticələrlə bağlı ilkin araşdırmalar bəllidir və adətən ən yüksək nəticə göstərən Sinqapurda da şagirdlərin göstəriciləri aşağı düşüb. Ona görə də gözləmirəm ki, ölkəmizdə də hansısa sıçrayış olsun və daha yaxşı nəticələr müşahidə edək. Keçənilkinə uyğun nəticə görsək, hesab edirəm ki, bizim üçün çox qənaətbəxş nəticə olar və deməli, pandemiya vəziyyətə çox da təsir etməyib. Builki gözləntilərimiz barədə yalnız elmi proqnozlara əsasən məlumat verə bilərəm.

2020-ci ildə pandemiyanın ilk ilində imtahan keçirildi, amma həmin ilin abituriyentləri pandemiyadan əvvəl hazırlaşmağa başlamışdılar. İmtahana cəmi bir neçə ay qalmış pandemiya başladı. Həmin ilin məzunları 5-6 ay pandemiya şəraitində oxumuşdular. 2021-2022-ci tədris ilinin qəbul və buraxılış imtahanlarında iştirak edən şagirdlər isə bir il yarım həmin şəraitdə məşğul olmuşdular. Növbəti 2022-2023-cü tədris ilinin məzunları IX sinfin buraxılış imtahanlarını pandemiya şəraitində sadələşmiş formatda vermişdilər. XI sinfin buraxılış və qəbul imtahanlarını verənlər axırıncı il normal şəraitdə dərslərdə olmuşdular. Cari ilin məzunları VIII‑IX siniflərdə olanda pandemiya şəraitində oxuyublar. IX sinfin buraxılış imtahanları 2021-ci ildə normal şəraitdə keçirilib. Həmin nəticələr, demək olar ki, pandemiyadan əvvəlki nəticələrə yaxın olub. Builki sınaq imtahanlarının nəticələri artıq elan olunub. Həmin nəticələrə əsaslanaraq, bu il XI sinif məzunlarının buraxılış imtahanlarında nəticələrinin IX sinifdəki nəticələrlə müqayisədə orta hesabla 20 faiz yüksəlməsini gözləyirik.

– 2023-cü ilin Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədində qeyd edilib ki, bu il ali təhsil müəssisələrinə 60 000 tələbənin qəbul olunacağı gözlənilir. Bu rəqəmin 2024-cü ildə 63 000, 2025‑ci ildə 68 000 və 2026-cı ildə isə 74 000 olacağı güman edilir. Sizin dediyinizdən sonra bu rəqəmlər nə dərəcədə real görünür?

– Hər il həmin ilin məzunlarından başqa əvvəlki illərin məzunları da qəbul imtahanı verirlər. Ölkədə nə qədər ali təhsili olmayan gənc varsa, hətta 10‑15 il əvvəl məktəbi bitirənlər də bu prosesə qoşulurlar. İki ildir ki, ödənişli təhsil alan tələbələrə təhsil tələbə kreditinin verilməsi gənclərin ali təhsilə əlçatanlığının təmin olunmasına müsbət təsirini göstərməkdədir. Bundan başqa, artıq 4‑cü ildir ki, bakalavriat səviyyəsinə subbakalavrların imtahansız qəbulu aparılır. Qəbulun alqoritmi belədir ki, müsabiqədə iştirak edən hər bir abituriyent öz balına uyğun yer tutandan sonra boş qalan yerlərə müsabiqə əsasında subbakalavrlar qəbul olunurlar. Onların sayı kifayət qədərdir, ildən-ilə də çoxalır. Heç şübhəsiz, bu il də subbakalavrlar müsabiqədə iştirak edəcək və boş qalmış yerləri tutacaqlar.

– Artıq bir neçə ildir ki, subbakalavrlar imtahan vermədən ali məktəblərə qəbul ola bilirlər. Subbakalavrların qəbul qaydası özünü doğrulda bilib?

– Qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır. Rektorlar şikayət edirlər ki, onlar birinci kursda tədris mühitini pozurlar. Onlar çox zaman qəbul olunurlar, sonra gəlib deyirlər: “Mən işləyirəm, dərsə gələ bilməyəcəyəm”. “Adım getsin, sonra da diplom alım”. Belə bir şey yolverilməzdir. Əgər subbakalavr məsuliyyətlidirsə, ali təhsil almaq istəyirsə, bilirsə ki, işləməlidir, gərək ixtisası seçəndə yalnız qiyabi yerləri yazsın. Bəzi ali məktəblər ümumiyyətlə subbakalavrların qəbulundan imtina etmək istəyirlər, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar.

– Əgər subbakalavrların qəbulu özünü doğrultmursa, tamamilə ləğv oluna bilərmi?

– Söhbət qaydanın özünü doğrultmamasından getmir. Əslində bu, mütərəqqi bir addımdır, axı orta ixtisas məktəbində gənclər bir neçə il ərzində müəyyən bir ixtisasa yiyələnirlər, sonra isə qəbul imtahanı vermədən ali məktəbdə öz ixtisasları üzrə daha yüksək təhsil almaq imkanı qazanırlar. Problem qaydalarda deyil, bəzi ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin kifayət qədər səmərəli qurulmamasındadır. Təhsil müəssisəsinin reytinqi təkcə tələbə kontingentinin sayı ilə deyil, ilk növbədə tədris prosesinin keyfiyyəti ilə qazanılır. Artıq bəzi ali məktəblər subbakalavrlara xüsusi diqqət göstərir, bu kontingent üçün tədris prosesini daha səmərəli qurmağa çalışırlar. Son illər bir çox orta ixtisas təhsili müəssisələrinin ali məktəblərin nəzdində fəaliyyət göstərməyə başlaması da məncə, orta ixtisas təhsili müəssisələrində tədrisin səmərəli qurulmasına imkan verəcək, bu sahədə vəziyyətin tezliklə yaxşılaşmasına kömək edəcək.

– Ötən il III qrup üzrə altqrup imtahanları oldu. Bu ildən isə I qrupa imtahan verənlər həm də informatikadan imtahan verə biləcəklər. Bu yeniliklər özünü doğrulda bilibmi?

– Belə modelə keçməyi ictimaiyyət də tələb edirdi. Amma açığını deyim ki, biz tərəddüd edirdik. Orta məktəbdə riyaziyyat fənninin tədrisi prosesində olan problemləri, eyni zamanda buraxılış imtahanındakı nəticələri bilirdik. Hesab edirdik ki, riyaziyyat üzrə nəticələri müəyyən səviyyəyə qaldırandan sonra informatika fənni üzrə imtahanları keçirə bilərik. Amma çox gərgin müzakirələr oldu, həm ictimaiyyətlə, həm Elm və Təhsil Nazirliyinin rəhbər işçiləri, ekspertləri ilə. Müzakirələr nəticəsində qərara gəldik ki, bu imtahanı keçirək, çünki imtahan olmasa, informatikaya ikinci dərəcəli fənn kimi baxılır və tədrisinə çox da diqqətlə yanaşılmır. Burada bizim də problemlərimiz var. Məsələn, imtahan zamanı proqramda olan Pyhton-dan proqram yazmaqla bağlı müəyyən suallar verəcəyik, bu sualları yoxlamaq üçün müəllimlər də lazımdır. Çox az orta məktəb müəllimi var ki, bu sualları yoxlaya biləcək səviyyədədir. Mən açıq sualları nəzərdə tuturam.

Biz məcbur olduq ki, informatika müəllimləri üçün xüsusi kurslar açaq, onları bir marker kimi hazırlayaq. Çünki imtahanda belə suallar çox olacaq, onları yoxlamaq lazımdır. Bu yenə də onu göstərir ki, informatikanın tədrisi bütün məktəblərdə eyni səviyyədə deyil. Lap yüksək səviyyədə tədris olunan məktəblər də var, orada kompüterlər, internetə qoşulma imkanı var. Eyni zamanda informatikanı yalnız nəzəri şəkildə tədris edən məktəblər də var. Təbii ki, I qrupa gedən abituriyenti heç kim məcbur etmir ki, mütləq informatikadan imtahan versin. Həmin şəxs ənənəvi olaraq kimyadan da imtahan verib müsabiqəyə qoşula bilər. Amma kim öz ixtisasını kompüter elmləri istiqamətində seçibsə, gərək bu imtahana yaxşı hazırlaşsın. Bu il bu imtahan ilk dəfə keçiriləcək, bəzi problemlərlə rastlaşacağımızı gözləyirdik. Amma sınaq imtahanlarının nəticəsi göstərdi ki, ortastatistik abituriyentin informatikadan sualları düzgün cavablandırma göstəricisi 50 faizdən bir qədər yuxarıdır. Bu, riyaziyyat, fizika və kimya üzrə müvafiq göstəricilərdən xeyli yüksəkdir və bizi sevindirir.

III qrupda coğrafiya fənninin olmasına gəldikdə isə bu, ənənəvi fəndir və heç bir problem yoxdur. Onu da qeyd edim ki, 10-15 il bundan əvvəl müəyyən araşdırmalar aparanda gördük ki, Azərbaycan şagirdlərinin ən sevimli fənlərindən biri coğrafiyadır. Həmişə abituriyentlərə sərbəst hazırlaşmaq üçün müəyyən metodik vəsaitlər, test topluları hazırlayırıq. Hesab edirəm ki, doğrudan da oxumaq istəyən uşaq üçün internetdə kifayət qədər faydalı resurs və məlumatlar var. Hər bir şagird öz gücünü də sınaya bilər. Təşkil etdiyimiz elektron imtahanlarda da iştirak edə bilərlər. Şagird özü üçün daxili qiymətləndirmə aparıb görə bilər ki, bilik səviyyəsi necədir. Hansısa nüfuzlu ixtisasa imtahan verməyə gücü çatar, ya yox? Burada bir problem də şagirdin seçimi məsələsidir, çünki bəzi valideynlər buna lazımınca imkan yaratmırlar, çalışırlar ki, övladları onların istəyi əsasında ixtisas seçsinlər.

– Şagirdin informatika üzrə bacarığı əsasən kompüter qarşısında üzə çıxır. Bu baxımdan ənənəvi formada hazırlanacaq suallar onların bacarıqlarını üzə çıxarmaqda nə qədər yetərli olacaq?

– Bu il birinci ildir ki, bu imtahanı keçirəcəyik. Görək abituriyentlər nəzəri bilikləri necə mənimsəyiblər, proqram yazmağı da müəyyən səviyyədə yoxlayacağıq. Bizim yeni binamız hazırlanır, orada 850 yer mövcuddur. Hər seansda 850 adam imtahan verə biləcək. Yəqin ki, yeni tədris ilinin əvvəlində bina hazır olacaq, tamamlanma işləri gedir. Orada imtahanları kompüter əsasında keçirəcəyik. Amma buna keçid müəyyən vaxt tələb edəcək. Ola bilsin, iki növ imtahan olacaq, şagirdlər yazılı və ya kompüterdə imtahan verə biləcəklər. Bildiyim qədərilə Elm və Təhsil Nazirliyi bu istiqamətdə çox gərgin və vacib iş aparır. Bu il də 40 mindən artıq kompüter alınıb və məktəblərə paylanıb. Amma həmin məktəblərdə tədris prosesi elə qurulubmu ki, müəllim kompüter kabinetlərində lazımi səviyyədə dərs deyə bilsin? Bu dərslərin özünün quruluşu, istifadə olunan məzmun, proqramlar hansı səviyyədədir? Bunlar hamısı müzakirə mövzusudur. Bu müzakirələr tamamilə professional müstəvidə daim aparılır və diqqət mərkəzindədir. Bilirəm ki, belə araşdırmalar Elm və Təhsil Nazirliyi tərəfindən də aparılır. Biz onlarla müzakirə aparırıq ki, onların bu imtahanlardan gözləntisi nədir və onu nəzərə alırıq.

Mənə elə gəlir ki, iki ilə buraxılış imtahanlarının bir qismini, məsələn, rus və ingilis bölməsi üçün Azərbaycan dili imtahanını, informatika üzrə imtahanı, magistratura və rezidenturaya qəbul imtahanlarını kompüter əsasında keçirə biləcəyik. Daha kütləvi olan buraxılış və qəbul imtahanlarına gəldikdə isə burada məsələ daha mürəkkəbdir, çünki çalışırıq ki, buraxılış imtahanlarını hər bir şagird öz yaşadığı yerdən maksimum 5 kilometr uzaqlığa qədər olan mərkəzdə versin. Şagird sayına görə hər bir yerdə kompüterlə imtahanın nə vaxt ola biləcəyini indi deyə bilmərəm. Martın 5-də və 12-də keçiriləcək buraxılış imtahanlarında ümumilikdə 100 mindən çox XI sinif şagirdi iştirak edəcək. Bu sayda imtahan yeri təchiz etmək, imtahanın səviyyəsi, heç bir yerdə işığın kəsilməməsi məsələsi, bütün kompüterlərin sazlanması kifayət qədər mürəkkəb, texniki məsələdir. Mənə elə gəlir ki, 5 ilə bu məsələ də həll olunacaq. Birinci 3 ildə adam sayı 10 minə qədər olan imtahanları kompüterdə keçirəcəyik, sonra isə digər imtahanları da. Dünya bu istiqamətdə gedir, biz də təbii ki, bu istiqamətdə gedəcəyik. Bəlkə də bu proseslərdə süni intellektdən də necəsə istifadə etməyə nail olacağıq. Bu istiqamətdə kifayət qədər planlarımız var.

– Açıq tipli sualların zamanla artırılacağını qeyd etmişdiniz. Bu baxımdan test sisteminin zamanla ənənəvi imtahan modelinə çevriləcəyini demək olar?

– Nə qədər bacarırıqsa və hansı kompetensiyaları testlə yoxlamaq mümkündürsə, yoxlayırıq. Daha geniş kompetensiyaları yoxlamaq üçün açıq suallardan, esselərdən, yazı işlərindən kifayət qədər geniş istifadə etməyə başlamışıq. Burada müəyyən balans var. Biz bu dəyişikliyi ona görə etmirik ki, öz işimizi çətinləşdirək, ya da kiminsə işini daha da mürəkkəbləşdirək. Xarici dildən imtahan keçiririk, eşidib-anlama bacarığını yoxlayırıq, yazma bacarığını yoxlayırıq, amma danışmaq bacarığını hələ yoxlamırıq. Onu da yoxlamaq lazımdır, çünki xarici dil 4 vacib komponentdən ibarətdir. Danışma bacarığını da yoxlayacağıq. Müəyyən kompetensiyalar dövlət standartlarında nəzərdə tutulsa da, onları biz hələlik imtahanla yoxlaya bilmirik. Bu da elə vacib deyil, çünki o kompetensiyalara uyğun olaraq məktəbdə də daxili qiymətləndirmə aparılır və attestatda illik qiymət yazılır. Həmin kompetensiyalar məktəblərdə də yoxlanılmalıdır. Amma hansı kompetensiya harada yoxlanılacaqsa, bu, Elm və Təhsil Nazirliyi ilə bizim aramızda müzakirə mövzusudur. Buna əsasən imtahanlar üçün həmin sualların strukturunu müəyyənləşdiririk. Biz bütün növ bilik, bacarıq və səriştələri yeni texnologiyaların tətbiqi sayəsində yoxlayıb qiymətləndirməyə qadirik.

Hər bir imtahanın nəticəsi ilə bağlı hər ilin sonunda elmi-statistik araşdırmalar aparırıq və bilirik ki, tendensiyalar ildən-ilə necə formalaşır. Axırıncı 5 ildə bu tendensiyalarda hansı dəyişikliklər baş verib və inkişaf vektoru hansı istiqamətdədirsə, bunu hər dəfə müzakirə edirik. Bildiyiniz kimi, bu nəticələri ictimaiyyətə də təqdim edirik. İnternet saytımızda elmi-statistik təhlil yerləşdirilir. Orada hələ ki, 2021-2022-ci tədris ilinin nəticələri var. Amma artıq 2022-2023-cü tədris ilinin nəticələri də hazırdır, ilkin statistikanı ölkə rəhbərliyinə təqdim etdikdən sonra “Abituriyent” jurnalının 12-ci nömrəsində təqdim edəcək və saytımıza yerləşdirəcəyik. Bu cür ardıcıl və davamlı tədbirlər fəaliyyətimizin ictimaiyyət üçün tam şəffaflığının təmin olunmasına və ildən-ilə daha da təkmilləşməsinə imkan verir.

– Ali məktəblərə qəbul imtahanında 4 səhv bir düz cavabı aparır. Ancaq bəzi təhsil ekspertləri bunun doğru yanaşma olmadığını və ləğv ediləcəyini düşünürlər. Sizin bu məsələ ilə bağlı fikriniz necədir?

– Həmin ekspertlərə məsləhət görərdim ki, ehtimal nəzəriyyəsi ilə bir az tanış olsunlar. Bütün suallara yalnız bir bənd üzrə, məsələn, yalnız A və ya B bəndini seçməklə cavab yazan abituriyentlər də var. Onlar da balların 1/5-ni toplaya bilərlər. Ona görə bu qayda vacibdir. Uşaqlar arasında məşhur olan bir oyun var: “Dəniz döyüşü”. A-A və ya B-B edib bir-birinin gəmilərini məhv edirlər. İmtahanı belə oyuna çevirmək olmaz. İmtahanda insanlar şüurlu olaraq fikirləşib cavab yazmalıdırlar. “Ağlına nə gəlirsə, yaz, bəlkə, alındı” fikri ilə imtahana gəlmək olmaz. Mən bilmirəm, ekspertlər niyə belə məsuliyyəti üzərlərinə götürüb deyirlər ki, bu, ləğv ediləcək. Nəyə istinad edib belə elan verirlər, bunu başa düşmürəm.

– Elmi araşdırmalar göstərir ki, mərkəzləşmiş imtahan sistemi alternativ təhsil sektorunun yaranmasına səbəb olur, yəni repetitorluğun. Sizcə, bu gün ümumtəhsil məktəblərinin verdiyi təhsil bunun üçün kölgədə qalır?

– Təkcə mərkəzləşmiş yox, bütün imtahanlar alternativ təhsilə imkan yaradır, özü də yalnız bizdə yox, bütün dünyada. Repetitorluq və kurslar təkcə imtahana hazırlaşmaq üçün deyil. Valideynlər hətta I sinifdən qabaq repetitor tuturlar ki, uşaqları xarici dil öyrənsin, musiqi ilə məşğul olsun, yaxud da uşaqları rəsmlə və ya rəqslə məşğul olsun deyə onları müxtəlif dərnəklərə, kurslara aparırlar. Bu, normal haldır. Fənni yalnız imtahana görə öyrənən şəxs sabah yadından çıxaracaq. Bu tamamilə səhv yanaşmadır. Amma alternativ təhsilin yaranmasının bir səbəbi də var. Bizim imtahanlar tam şəffaf və biliyin əsasında qiymətləndirməni təmin edir. Biliyin əsasında qiymətləndirmə təmin olunmasaydı, hansısa başqa yollar olsaydı, bir çox adamlar alternativ təhsilə cəhd göstərməzdi. Biz bunu istəyirikmi?!

İkinci bir məsələ də var ki, həmin kurslarda dərs deyən müəllimlər, kursları yaradan kiçik və orta sahibkarlar əmək bazarında özləri üçün bir yer tapıblar, bu xidmətləri göstərirlər. Onlar o xidmətləri istifadəçini aldatmadan göstərsələr, bu, çox yaxşıdır. Demək, burada monopoliya yoxdur, heç kim onların qabağında durmayıb, heç kim onlardan lisenziya istəmir, heç bir dövlət qurumu onları sıxışdırmır. Onlar da bu xidmətləri göstərəndə gərək insanları aldatmasınlar. Elə‑belə, yalandan adam yığmaqla, “mənim kursum sizə universitetə qəbul olmağa 90 faiz imkan yaradacaq” demək yalançı reklamdır, insanları aldatmaqdır. Mən belə şeylərə mənfi yanaşıram. Kimsə öz biliklərini gənc nəslə ötürüb, bunun müqabilində hansısa məbləğdə pul qazanırsa, bu, pis deyil, çünki özləri o sahədə oxuyublar, bilik toplayıblar.

Vətəndaşlar nə qədər bilikli, bacarıqlı olsalar, ölkəmiz o qədər qazanacaq. Bu, insan kapitalının zənginləşməsinə gətirib çıxarır. O ki qaldı valideynlərin şikayətinə ki, bu, alternativdir, məktəbdə təhsil yoxdur və ya zəifdir, bu, düzgün fikir deyil. Uşaqların nəticələrinə təkcə məktəb cavabdeh deyil, valideynlər də məsuliyyət daşımalıdırlar. Valideynlər hər axşam uşağının ev tapşırıqlarını yoxlayırmı, həftədə neçə saat uşağı ilə söhbət edir, dərsləri ilə maraqlanır, soruşur ki, övladı nəyi başa düşmür, ona nə lazımdır? İnternetdə kifayət qədər ucuz, hətta pulsuz materiallar da var, şagird özü də məşğul ola bilər. Valideyn uşağı ilə birgə otursa, ona yol göstərsə, həmin materialı birlikdə axtarıb tapa bilərlər. Bu, təkcə repetitor və kurs məsələsi deyil. Repetitor və kurs valideyn üçün bir növ asan bir yoldur ki, məsuliyyəti öz üzərindən götürsün. Təbii ki, bu, əlavə maliyyə vəsaiti tələb edir, bundan narazılıq ola bilər.

Əvvəllər Azərbaycan ailəsində qız uşağı anadan olanda uşağın balaca vaxtından ona cehiz yığmağa başlayırdılar. O cehizi almaq üçün da maliyyə vəsaiti tələb olunur. Cehiz üçün pul xərcləmək daha vacibdir, yoxsa təhsil vermək, müxtəlif dillər öyrətmək, gələcəkdə müstəqil insan kimi həyatda özünü doğrultmasına çalışmaq? Valideynlər bilirlər ki, keyfiyyətli təhsil vermək üçün gərək ya özləri vaxt sərf etsinlər, ya da əlavə vəsait xərcləsinlər. Bu, bütün dünyada belədir. Bizdə tələbələrin yarıdan çoxu pulsuz təhsil alır. Daha yaxşı hazırlaşmaq lazımdır ki, pulsuz təhsil ala bilsinlər. Ödənişli təhsil almaq üçün universitetə qəbul olmaq çox asandır, 200 baldan yuxarı nəticə göstərənlər özəl ali məktəbə qəbul olub ödənişli təhsil ala bilərlər.

Bir məsələ var ki, oxuyan tələbənin qarşısında heç kim dayana bilməz, o, öz nəticələrinə uyğun olaraq ali məktəbdəki yerini tutacaq, bunun qarşısını heç kim ala bilməz. Valideyn 11 il ərzində uşağının təhsilinə, təliminə, tərbiyəsinə nə qədər çox diqqət ayırsa, bir o qədər repetitora ehtiyac olmaz. Ən yüksək nəticə göstərən şagirdlər danışanda görürük ki, çoxu özü müstəqil şəkildə məşğul olub, ola bilsin, sonuncu aylarda hansısa müəllimin yanına gedib.

– Rektorlarla mütəmadi görüşləriniz olur. Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrindən fərdi qaydada fərqli imtahan və qəbulun keçirilməsi ilə bağlı DİM-ə müraciət olub?

– Qanun var ki, hamı ümumi mərkəzləşmiş, eyni standartlara uyğun müsabiqədə iştirak etsin. Universitetlər bizə misal üçün II, III kursda hansısa imtahan keçirmək üçün müraciət edə bilərlər. Ya da hansısa özəl məktəblər müraciət edirlər ki, daxili qiymətləndirməni məktəbdə aparaq. Bəzi liseylər müraciət etmişdilər ki, müəyyən daxili imtahanlarını biz keçirək. Bunun ümumi imtahanlara aidiyyəti yoxdur, daxili imtahanlardır. Daxili qiymətləndirmə zamanı onlar istəyirlər ki, obyektiv qərar qəbul etsinlər və ona görə də bizə müraciət edirlər. Müqavilə əsasında biz belə imtahanları keçiririk. Elə universitetlər var ki, ora qəbul olmaq üçün abituriyentlərin ingilis dilindən 50 faizdən yuxarı nəticə göstərməsini tələb edirlər. Biz bunları qəbul eləyirik. Ya da tələb olunur ki, hansısa ixtisas üzrə ümumi bal 250 və ya 350 olsun, 200 olmasın, bunu da qəbul edirik. Amma bu şərtlər əvvəlcədən elan verilən zaman jurnalda qeyd olunur. Hər bir ali məktəbə aid olan xüsusi şərtlər qeyd edilir və qəbulda nəzərə alınır.

– Əksər inkişaf etmiş ölkələrdə standart imtahanlarla yanaşı abituriyentin bacarıqlarını müəyyənləşdirmək üçün də imtahanlar keçirilir. Bizdə necə, belə bir sistem tətbiq oluna bilərmi?

– Artıq xeyli müddətdir ki, tətbiq olunur. Qabiliyyət imtahanları, açıq testlər, esse, yazı işləri ilə bacarıqları yoxlayırıq.

– Bəzən abituriyent ingilis dili tərcüməçiliyi və ya müəllimliyi ixtisasına qəbul olur, lakin faktiki olaraq əksəriyyəti ingilis dilini bilmir. Testlər isə onların bacarıqlarını tam olaraq müəyyənləşdirməyə imkan vermir. Bunun üçün onlardan əlavə olaraq danışıq bacarığının yoxlanılması üçün imtahan keçirilə bilərmi?

– Bu təkcə ingilis dilinə deyil, bütün dillərə aiddir. Ona görə də imtahanlarda yazı işləri, dinləyib-anlama var. Biz növbəti mərhələdə imtahan blokuna danışmanı da daxil edəcəyik. Bizdə doktoranturaya qəbulda dörd komponentin hamısı var. Kembric imtahanlarında CEFR çərçivəsində olan bütün bacarıqlar yoxlanıldığı kimi. Növbəti mərhələdə belə imtahanı magistraturada keçirəcəyik. Əvvəlcə ən yüksək səviyyədən başlamışıq, yəni doktorantura imtahanlarından. Sonra magistratura imtahanlarında tətbiq edəcəyik. Daha sonra keçəcəyik XI sinfə və ən kütləvi imtahanlar olan IX sinfə. IX sinif imtahanlarında 100-130 min şagird imtahana daxil olur. Aydın məsələdir ki, bunu həyata keçirmək üçün maddi-texniki baza zəruridir.

– Sovet dövründə bir sinifdən ali təhsil müəssisəsinə maksimum 2-3 şagird qəbul ola bilirdi. Amma indi əksəriyyət diplom sahibi olur. Sizcə, test sistemi təhsilli şəxslərin sayını daha da artırmaqda rol oynaya bilirmi?

– Təbii ki. Hamı universitetə öz biliyi ilə daxil olur və öz yerini tutur. Hazırda dünyada əlində diplom olsa belə, öz yerini tutmaya bilərsən, çünki müasir dünyada müəyyən tələblər var. Təhsilli və savadlı təkcə o insan deyil ki, oxumağı, yazmağı bacarır. Artıq tamamilə ayrı kompetensiyalar lazımdır. O hədəflər bütün dünyada var və əmək bazarında da diplomdan əvvəl onun nəyi bacarıb-bacarmadığını yoxlayırlar. Ali məktəblərdə insanlara müəyyən tip məsələlərin həlli öyrədilir ki, gələcəkdə yeni məsələləri necə həll etməli olduğunu bacarsın. Məsələn, Sovet dövründə kimsə ali məktəbi bitirəndən sonra ömür boyu topladığı həmin bilik əsasında özünə iş tapırdı, işləyirdi. Ola bilsin ki, nə vaxtsa öz üzərində işləmək üçün hansısa kurslara da gedirdi. O da 5-10 ildə bir dəfə olurdu. Amma indi vəziyyət tamamilə dəyişib.

Hər bir istiqamətdə yeniliklər daha sürətlə tətbiq olunur. Daha sürətlə tətbiq olunanda da müəyyən ixtisaslar ixtisara salınır. Həmin ixtisasların əvəzinə xüsusi proqramlar yaranır. Müəssisə rəhbəri də o proqramı alıb, iki adamı işə götürmək əvəzinə, bir adamı götürür. Bir proqramı alıb, bir əmək haqqı verməklə həmin nəticəni əldə edə bilər. Bundan başqa, texnologiyalar elə dəyişir ki, indidən məlumdur ki, hazırda 20 yaşında olan gənc həyatı boyu təqaüdə gedənə qədər ən azı beş dəfə ixtisasını dəyişməli olacaq. Demək, insan ali məktəbdə öyrənməyi öyrənməlidir ki, özü necə müstəqil oxuya bilsin, dəyişə bilsin. Buna görə də təkcə orta məktəbdə olan yeni kurikulum yox, ali məktəbdə də tədrisin məzmunu, tələblər, tədrislə əmək bazarı arasında olan əlaqələr, müasir dünyada gedən trendləri müəyyənləşdirmək, ona əsasən tədris prosesini təzədən qurmağı bacarmaq çox önəmlidir.

Ali məktəbi bitirən biri kompüter öyrənmək üçün kursa gedirsə, bu, absurd bir vəziyyətdir, belə olmamalıdır. Bu kompetensiyaları insan məktəbdə əldə etməlidir, bunlar dünyəvi tələblərdir. Artıq informasiya texnologiyalarını mənimsəməyən insan savadsız hesab olunur. Adam dünyada hər bir mərhələdə, hətta hava limanına daxil olanda da insanla yox, hansısa qurğularla işləməyi bacarmalıdır ki, qeydiyyatdan keçə bilsin. Bunun üçün hansısa biliklər olmalıdır, insan başa düşməlidir ki, hansı alqoritmlərlə işləməlidir, necə olmalıdır. Ali təhsil diploma görə yox, bilik və bacarığa görə olmalıdır. Hansısa bir ixtisası, peşəni mənimsəyib əmək bazarına daxil olmaq və ona hazır olmaq lazımdır. Ona görə də gənclərin daha çox hissəsi ali məktəbə qəbul olsa, əhalinin savadlı və bilikli hissəsinin sayı çoxalacaq. Bu bizim üçün çox vacibdir. Ölkənin qüdrəti onun hər bir vətəndaşının biliyindən, bacarığından daha çox asılıdır, nəinki təbii sərvətlərindən. Təbii sərvətləri olan ölkənin əhalisi savadlı deyilsə, insan kapitalının inkişafı əmsalı çox aşağıdırsa, həmin təbii sərvətlərin bəhrəsini ayrı ölkələr görəcək. İnsanların bilikli olması üçün təhsil sisteminin çox böyük rolu var.

– Hər il DİM tərəfindən bir neçə dəfə müxtəlif kateqoriyalar üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilir. Amma bu imtahanlardan keçən hər kəs işlə təmin olunmur. Bəzən bu imtahanlardan keçənlər belə şikayət dilə gətirirlər ki, hər imtahandan sonra uğur qazanan xeyli sayda adam kənarda qalırsa, nəyə görə bu qədər dövlət qulluğuna qəbul imtahanı keçirilir?

– Dövlət qulluğuna qəbul imtahanı hər ay keçirilir. Qanunda da yazılıb ki, hər ay belə sertifikat əldə etmək üçün imtahanlar keçirilməlidir. Sertifikat əldə edən kimsə gedib müsahibədən keçməyə bilər, ancaq elə həmin müsahibədə iştirak edən bir başqası müsahibədən keçir axı. Bir yer elan olunur, hamı da ora sənəd verir. Amma hansısa bir rayonda bir yer elan edilir, heç kim sənəd vermir, o yer boş qalır. Hamı özü üçün konkret nəzərdə tutduğu bir yer istəyir, elə-belə iş yeri axtarmır. Belə baxsaq, iş yeri kifayət qədərdir, müsahibələrdə iştirak edib harasa qəbul olmaq mümkündür. Hansısa nazirliklər, agentliklər elan verəndə konkret tələbləri olur. Müsahibə ilə bağlı elan verəndə o tələbləri də qeyd edirik. Müsahibədə iştirak etmək istəyənlər əvvəlcədən şərtlərlə tanış olub hazırlaşmalıdırlar.

Bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin bölgə mərkəzləri ilə bağlı elan vermişdik. Kifayət qədər sənəd verən var idi. Müsahibələrin aparılmasında özüm də iştirak edirdim. Bir şəxs gəldi, anket göstəriciləri çox yaxşı idi. Ona sual verdik ki, nəyə görə bizim Mərkəzi seçmisiniz, bizim saytımıza baxmısınızmı, nə işlə məşğul olduğumuzu bilirsinizmi? Məlum oldu ki, maraqlanmayıb. Müsahibəyə gəlib, amma nə işlə məşğul olduğumuzu bilmir. Soruşdum ki, bəs nəyə görə bizi seçmisiniz? Dedi ki, özüm seçməmişəm, işsizəm, başqa birinə həvalə etmişdim, o da harada elan varsa, anketimi ora göndərib. Biz bu adamı nə üçün işə götürməliyik? Kimsə deyir ki, iş axtarıram, maaş yüksək olsun, iş yeri rahat olsun, saat 9:00-dan 18:00-dək iş rejimi olsun, hərdən sərbəst gəlib-getmək imkanı versinlər, çünki yaradıcı insanam. O adam çətin ki, özünə iş tapa bilsin. Harasa sənəd verirsinizsə, müsahibələrə gəlməzdən əvvəl o idarə ilə maraqlanın, müsahibə ilə əlaqədar olan tələbləri öyrənin. Deyə bilmərəm ki, hamı belədir, amma bu cür məsuliyyətsiz yanaşanlar da var. Düzdür, müəyyən təşkilatlar var ki, onlar qərəzli yanaşırlar. Onların öz maraqları olur ki, kənardan heç kimi götürməsinlər, özlərində müqavilə ilə işləyən insanları götürsünlər. Bu prosesin qarşısını bir gündə almaq mümkün deyil. Beş ildir ki, bununla məşğul oluruq və yavaş-yavaş bu sahədə durulanma gedir.

– Bir müddət əvvəl açıqlamanızda bildirmişdiniz ki, dövlət qulluğuna qəbulda ciddi dəyişikliklər ediləcək. Bu dəyişikliklər nələrdir?

– İndi imtahanı verib sertifikatı alan adam, misal üçün, qanunvericiliyi bilir, İT sahəsində bilikləri var, məntiqi təfəkkürü inkişaf edib, amma bacarıqları yoxlanmır. Təşkilatlar isə konkret olaraq bacarıqlı insanları axtarır. Ona görə də biz kompetensiya, bacarıq modelinə keçirik. İmtahan verib, sertifikat alıb, bu işə səthi yanaşanlar var, amma artıq imtahanı keçməkdə də çətinlik yaranacaq. Bu imtahanların nə vaxt olacağını hələ dəqiq deyə bilmərəm, indi bu, pilot layihədir, təxminən 2-3 ildən sonra reallaşa bilər. Nazirliklərlə, müxtəlif təşkilatlarla, ekspertlərlə birgə işləyirik. Ümumi konsensus əldə olunandan sonra bunu yuxarı orqanlara təqdim edəcəyik, orada müzakirə olunacaq. Sonra bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək. Qanun qəbul olunandan sonra, təbii ki, biz buna keçəcəyik. Bu istiqamətdə hazırlıqla bağlı Avropa İttifaqı da bizə texniki dəstək verir, işlərimizi aparırıq. Bunun məqsədi odur ki, dövlət qulluğunda daha professional kadrlar işləsin.

– Bir müddət əvvəl bildirmişdiniz ki, lazım olsa, sürücülük imtahanlarını da keçirə bilərsiniz. Bu açıqlamanız çox böyük maraq cəlb etmişdi…

– Bu cavabı yarızarafat vermişdim, bilmirdim ki, belə deməyim canlanma yarada bilər. Bizimlə belə bir müzakirə aparılmayıb. Məndən soruşulanda ki, mümkündürmü, ona cavab vermişəm. Bizə nə tapşırılıbsa, çalışmışıq yerinə yetirək. Bu da tapşırılsa, yerinə yetirə bilərik.

– Sonda imtahan verənlərə çatdırmaq istədiyiniz hansısa sözünüz varmı?

– İmtahanlara məsuliyyətlə yanaşsınlar. İnsan öz hüquqlarını tələb etməzdən əvvəl üzərinə düşən məsuliyyəti dərk etməlidir. Martın 5‑də və 12-də XI siniflər üçün buraxılış imtahanı keçirilir, elan etmişik ki, buraxılış vərəqəsini çap etsinlər. Elə adamlar var ki, hələ də buraxılış vərəqəsini götürməyib, bilmir ki, harada imtahan verəcək. Axırıncı gün götürəcək, imtahan günü heç bilməyəcək ki, hara getməlidir. Dəfələrlə deyirik ki, imtahana telefonla gəlməyin, yenə də telefonla gələnlər olacaq. Yüz dəfə deyirik ki, telefonu imtahana keçirsəniz, nəticəniz ləğv olunacaq, yenə də keçirməyə cəhd göstərənlər tapılır. İnsan özü-özünə hörmət edirsə, ilk növbədə gərək qarşısındakı insana da hörmət eləsin. Həmişə çalışırıq ki, maarifləndirmə işlərini vaxtında aparaq, bütün məlumatları verək, kiminsə real problemi yaranırsa, kömək etməyə çalışırıq. Amma insan özü üçün problem yaradırsa, imtahana bir saat gecikirsə, telefondan istifadə etməyə cəhd göstərirsə, sonra da müraciət edirsə ki, “səhv eləmişəm, bağışlayın”, bu, düzgün deyil. Məsuliyyətli olsanız, qaydalara riayət etsəniz, qarşınızda heç kim dura bilməz. Ali məktəbdə biliyinizə uyğun olaraq yer tutacaqsınız.

Tarix: 6 Mart 2023, 13:32
Xəbər lenti

  • Prokuror icra başçısının məktəbliyə zorakılıq edən sabiq müavininin cəzasının ağırlaşdırılmasını istəyir 7 Mart 12:40
  • Martın 8-də hava necə olacaq? 7 Mart 12:37
  • “Araz” marketdə müştəri aldadıldı, məhkəməyə verildi 7 Mart 12:35
  • SOCAR bələdiyyəni məhkəməyə verdi 7 Mart 12:34
  • Məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumat yayanlar 3500 manatadək cərimələnəcək 7 Mart 12:26
  • Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilir 7 Mart 12:24
  • Təkzib və düzəliş verilməsi qaydalarını pozan media subyektləri 1500 manatadək cərimələnəcək 7 Mart 12:23
  • Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək 7 Mart 12:21
  • Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul etdi 7 Mart 12:19
  • Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilir 7 Mart 12:18
  • Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur 7 Mart 12:16
  • Fazil Mustafa: Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir 7 Mart 12:14
  • Ombudsmanın illik məruzəsi qəbul edildi 7 Mart 12:11
  • Azərbaycanda əhalinin 50,2 faizini qadınlar təşkil edir 7 Mart 12:11
  • Reklam şirkəti hospitalla bağlı məhkəməyə müraciət etdi 7 Mart 12:06
  • Rəşad Dağlı ilə bağlı YENİ XƏBƏR: “Qətli kimin törətməsindən asılı olmayaraq. ” 7 Mart 12:02
  • “Araz Supermarket” vətəndaşı borca görə məhkəməyə verdi 7 Mart 11:55
  • BMT Baş katibi: Hazırkı templə gender bərabərliyinə nail olmaq üçün 300 il lazımdır 7 Mart 11:49
  • İTV reklam şirkətini məhkəməyə verdi 7 Mart 11:45
  • Cavanşir Paşazadə: “Hacı Şahinin dəfnindəki izdiham nə iləsə əlaqələndirilməməlidir” 7 Mart 11:38
  • Məktəbdə qırılan pəncərə şüşəsi binanın önünə toplaşan şagirdlərin üstünə töküldü: İki bacı xəsarət aldı 7 Mart 11:37
  • Xırdalan internetsiz qaldı – Nə baş verir? 7 Mart 11:30
  • Spiker: Ermənistanın son təxribatı üçtərəfli Bəyanatın yerinə yetirilməsinin vacibliyini bir daha göstərir 7 Mart 11:21
  • Hafiz Abdullayev vəzifəsindən azad olundu 7 Mart 11:13
  • “Bakı Nəqliyyat Agentliyi yalandan “online” monitorinqlər apararaq hesabat verir” 7 Mart 11:00
  • Pensiya alanların nəzərinə 7 Mart 10:54
  • Bu ərazilərdə su olmayacaq 7 Mart 10:52
  • Psixoloq gecə saatlarında Hacı Şahinin məzarı başında toplaşanlardan danışdı: “Bu, heç də hörmət nümayişi deyil” 7 Mart 10:40
  • Dövlət Xidməti Baş Prokurorluğa müraciət etdi 7 Mart 10:39
  • Rəqsanə Hacı Şahinin qəbrini gecə ziyarət edib – VİDEO 7 Mart 10:35
  • Deputat: İran Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək bütün gücünü ortaya qoyub 7 Mart 10:21
  • Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb – VİDEO 7 Mart 10:09
  • DİN Bakıda avtobusun yanması ilə bağlı məlumat yaydı 7 Mart 09:53
  • BŞİH feministlərə cavab verdi 7 Mart 09:44
  • Sabiq deputat: “Bəxtiyarla yazışan qızların sonuna qədər araşdırmaq, ifşa etmək lazımdır” 7 Mart 09:28
  • Cırılmış pulları harda və necə dəyişmək olar? – VİDEO 7 Mart 09:20
  • İran Məhkəmə hakimiyyətinin rəhbəri hicablarını açan qadınları təhdid etdi 7 Mart 09:10
  • “Bu videoları Tehrana göndərib ənam alırlar” 7 Mart 09:08
  • Xocəsəndə avtobus yandı – ANBAAN VİDEO 7 Mart 08:58
  • Bakının bu ərazisi PLANA DÜŞDÜ — Evlər sökülüb yerində 13, 14 və 16 mərtəbəli binalar tikiləcək 7 Mart 08:54
  • İlqar Məmmədov: “Bu ilin ikinci yarısında REAL Partiyasının dövlət qeydiyyatı ləğv edilə bilər” 7 Mart 08:38
  • Lənkəranda gənc oğlanın qətlə yetirən şəxsdən xəbər var 7 Mart 08:31
  • Aqiyə Naxçıvanlı: “Övladlarım rus “sektoru” bitiriblər, nəvələrim də rus dili bölməsindədir, bağlanmasının tərəfdarı deyiləm” 7 Mart 08:28
  • Kişi arvadını döyən qardaşı qızının başını daşla yardı – MƏHKƏMƏ 7 Mart 08:22
  • Qıza görə qonşunu bıçaqlayan tələbəyə cəza verildi 7 Mart 08:20
  • Qonşu qadını güdüb, qardaşını bıçaqlayan ahıl kişi ilə bağlı QƏRAR 7 Mart 08:18
  • Pərvin 650 minlik avtomobilindən danışdı – “Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın” 7 Mart 08:15
  • Sürücünün ölümünə səbəb olan qaziyə hökm oxundu 7 Mart 08:11
  • İranda avtomobili partladılıb, 4 nəfər həlak olub 7 Mart 08:04
  • MN: İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingenti yardım göstərməyib 7 Mart 00:52
  • Kamran Həsənli sədr müavini oldu 6 Mart 22:36
  • Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verdi 6 Mart 22:28
  • Hafiz Hacıyev: “Bəxtiyara şəkil göndərən o qızlara yaxşı olub” 6 Mart 22:25
  • Azərbaycanda maşından baha nömrələr 6 Mart 22:09
  • Azərbaycanda bu televiziyada kütləvi ixtisarlar başladı 6 Mart 22:07
  • Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi müəyyənləşdi – FOTO 6 Mart 22:04
  • “Azərişıq” qazini işıqsız qoydu: – ““Görüm-baxım”ından sonra etmək mümkündür” 6 Mart 21:24
  • Gəncədə İH eyni tikinti üçün bu şirkətə daha 29 milyon ayırdı – 74 milyona çatdı 6 Mart 20:48
  • “Suyun qiymətində müəyyən artım olacaq” 6 Mart 20:43
  • Ceyhun Bayramov: “Ermənistan Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı deyil” 6 Mart 20:37
  • Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim həyət”in açılışı olub 6 Mart 20:16
  • General “Tərtər işi” ilə bağlı məhkəmə qarşısına çıxarılır 6 Mart 19:43
  • Şeyxin qudası: “Qadın başdaşlarına ədəb-ərkanlı şəkillər qoyulmalıdır” 6 Mart 19:29
  • Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq 6 Mart 19:11
  • Könül Kərimova boşanıb – “Çox şeylərdən geri qalmağımın səbəbi evliliklə bağlı yaşadığım bu çətinliklərim oldu” 6 Mart 19:09
  • İdman zalında qətl törədən şəxsə AĞIR CƏZA 6 Mart 18:54
  • Şagird dərsə gecikdiyi üçün döşəmə sildi, tualet xəbərdarlığı edildi 6 Mart 18:51
  • Deputat məhkəmədə iştirak edəcək – Atasının torpaq mübahisəsinə görə. 6 Mart 18:41
  • ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət edib 6 Mart 18:29
  • Ramiz Rzayev yola salındı 6 Mart 18:12
  • “Başdaşına qadınların açıq-saçıq şəklini vurmaq olmaz, onlar günaha batır” 6 Mart 17:57
  • İntihar edən həkim-ginekoloq Xalidə Kəngərli əri tərəfindən döyülüb? – İDDİA 6 Mart 17:47
  • Folklor İnstitutunda struktur dəyişikliyi olub 6 Mart 17:36
  • Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun məhkəməsi başlayır 6 Mart 17:15
  • Prezident: Azərbaycan qadınları keçmişimizin taleyüklü anlarında vəzifələrinin öhdəsindən layiqincə gəliblər 6 Mart 17:02
  • İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi 6 Mart 17:01
  • Deputat: “Bakının mərkəzində böyük bir ticarət obyektinə hücum terror kimi qiymətləndirilə bilər” 6 Mart 16:57
  • Toivo Klaar: Aİ Azərbaycan-Ermənistan normallaşma prosesinə bundan sonra da öz töhfəsini verəcək 6 Mart 16:55
  • İlham Əliyev: Azərbaycan Brüssel sülh gündəliyinə sadiqdir 6 Mart 16:51
  • İlham Əliyev Toivo Klaarı qəbul etdi – YENİLƏNDİ 6 Mart 16:49
  • Könül Kərimova boşandığını ilk dəfə etiraf etdi – FOTO 6 Mart 16:38
  • XİN rəhbəri ABŞ dövlət katibinin köməkçisi ilə regiondakı vəziyyəti müzakirə etdi 6 Mart 16:14
  • Bakıda silahlı basqınla bağlı TƏFƏRRÜAT – Bankın maşınına da atəş açıblarmış. – VİDEO 6 Mart 16:07
  • “Araz” marketlərdə təhlükəli ərzaqlar – İstifadə tarixi saxtalaşdırılır… – VİDEO 6 Mart 16:00
  • Marketə basqının görüntüləri – ANBAAN VİDEO 6 Mart 15:37
  • Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün şərt irəli sürüb 6 Mart 15:19
  • “Azəriqaz” “Zirə Broyler”i məhkəməyə verdi 6 Mart 15:12
  • ABŞ-dan avtomobil gətirmək istəyənlərin – DİQQƏTİNƏ! 6 Mart 15:08
  • DİN-dən metroda terror olacağı iddiasına REAKSİYA 6 Mart 15:07
  • İlham Namiq Kamal: “Əliağa Ağayev mənim ifamda görəndən sonra bir daha həmin obrazda çıxış etmədi…” 6 Mart 15:00
  • Hacı Şahinin oğlundan “Baku Medikal Plaza”ya ittiham: “Atama deyiblər ki…” 6 Mart 14:29
  • Azərbaycanda məhkəmədə qadın ülgücü çıxarıb. 6 Mart 14:27
  • PR Menecer bank sədrini mətbuat katibi təyin etdi 6 Mart 14:18
  • İlkinlə Aysel ayrılır 6 Mart 13:59
  • Deputat: “Ermənilər içərisində də xalqının gələcəyini düşünən, müharibələrə nifrət edən insanların olması şübhəsizdir” 6 Mart 13:52
  • Abutalıb Səmədov: “Müxalifətdə olanların içində əxlaqsız insanlar kifayət qədərdir və bunu yaxşı bilirlər. ” 6 Mart 13:35
  • Məleykə Abbaszadə: “Ağlına nə gəlirsə, yaz, bəlkə, alındı” fikri ilə imtahana gəlmək olmaz 6 Mart 13:32
  • “Sumqayıt” futbol klubu “Azərişıq” ASC-ni məhkəməyə verdi 6 Mart 13:28
  • Xalqxeber.Az xəbər portalının 11 yaşı tamam olur 6 Mart 13:25
  • “Yelo Bank” bu şirkəti məhkəməyə verdi 6 Mart 13:21
  • İlham Əliyev Münxen görüşünün nəticələrindən məmnunluğunu bildirib, Blinkenə təşəkkür edib 6 Mart 13:20
  • Sığorta şirkəti MTK-nı məhkəməyə verdi 6 Mart 13:16
  • Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul etdi – YENİLƏNDİ 6 Mart 13:13
  • Prezident bir qrup qadını təltif etdi – SİYAHI 6 Mart 13:11
  • Sabah yağış yağacaq 6 Mart 13:07
  • Oğlu Oqtay Gülalıyevin səhhətindən danışdı 6 Mart 13:05
  • Hakim Nurlana Əliyevanın məhkəməyə məcburi gətirilməsini istəyib: “Şöbə müdiri ittiham olunursa, rektor dindirilməlidir” 6 Mart 12:53
  • Yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə biləcək 6 Mart 12:49
  • Eynulla Fətullayev: “Gecə saatlarında Hacı Şahinin məzarı üstündə keçirilən bu spontan şaxsey-vaxsey hansı anlama gəlir?” 6 Mart 12:41
  • Azərbaycan Ordusunda PDM ekipajları ilə döyüş atışlı məşğələlər keçirilir 6 Mart 12:38
  • Azərbaycanda insanlara cinsi toxumalarını saxlatmaq hüququ veriləcək 6 Mart 12:35
  • Şəhriyar Əlibəyli II Şəhidlər xiyabanında dəfn olundu 6 Mart 12:31
  • Siyavuş Novruzov: “Erməni sakinlərlə keçirilən görüşləri gözü götürməyən qüvvələr var” 6 Mart 12:27
  • “Küçə itlərinə görə 13 min kredit götürmüşəm” 6 Mart 12:20
  • İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul etdi – YENİLƏNDİ 6 Mart 12:10
  • Ucuz ev almaq istəyənlərin nəzərinə! – Buna aldanmayın. 6 Mart 11:51
  • Ermənistanın Qarabağa qanunsuz silah-sursat daşımasının görüntüləri – VİDEO 6 Mart 11:50
  • İki nəfərin ölümünə səbəb olan sürücü cəzasının yüngülləşdirilməsini istəyir 6 Mart 11:37
  • Bakıda vəzifəli şəxslərə cinayət işi başlanıldı 6 Mart 11:18
  • Vahid Əhmədov Bakıdakı silahlı hücumdan danışdı: “Kənar qüvvələrin əli hiss olunur” 6 Mart 11:17
  • Qumarda söyüşə görə qonşunu öldürmək istəyən şəxs hökmdən narazıdır 6 Mart 11:06
  • Polis avtomobilinə hücum olub: 9 nəfər ölüb, 15-i yaralanıb 6 Mart 10:55
  • Deputat test üsulunu tənqid etdi: “Addımbaşı qurbağa xətləri ilə. ” 6 Mart 10:51
  • Sabah yel çərşənbəsidir 6 Mart 10:40
  • Tanınmış vəkil icra başçısına səsləndi: “Sən çardaq sökənsən?” 6 Mart 10:37
  • Müdafiə Nazirliyi məlumat yaydı 6 Mart 10:31
  • ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Azərbaycana gəlib 6 Mart 10:26
  • Zaqatalada illər əvvəl qətl törədən şəxsdən xəbər var 6 Mart 10:04
  • Bankdan kredit götürənlərə şad XƏBƏR – Bundan sonra. – VİDEO 6 Mart 09:52
  • Əsgərin ölümünə görə həbsdə olan keçmiş polis Ali Məhkəməyə müraciət etdi 6 Mart 09:50
  • İki uşaq dəm qazından boğularaq ölüb 6 Mart 09:27
  • Bakıda idarədən silah oğurlayan sabiq polislər kassasiya şikayəti verdi 6 Mart 09:19
  • Saxta sənəd düzəldən vəzifəli şəxs məhkəmə zalında həbs edildi 6 Mart 08:34
  • Xüsusi əməliyyat zamanı 40 nəfər saxlanılıb 6 Mart 08:27
  • Hacı Şahinin vəfatından 2 gün öncəki videosu yayıldı – VİDEO 6 Mart 08:01
  • Rəqqasə Fatimə hicaba keçdi, namaza başladı – FOTOLAR 6 Mart 07:58
  • Hatayda daha bir zəlzələ baş verdi 6 Mart 01:46
  • Azərbaycan hərbçisi ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub 6 Mart 00:32
  • “O qədər bədbəxtəm ki. ” – Ramiz Novruzun qızı 6 Mart 00:08
  • Məhəmməd Əmin Rəsulzadənin vəfatından 68 il ötür 6 Mart 00:04
  • “Baş verən təxribat və Azərbaycan hərbçisinə öz ərazimizdə güllə atılması. ” 5 Mart 23:41
  • Bu gün şəhid olan Şəhriyarın FOTOSU 5 Mart 22:56
  • Şəhid Eşqin Hüseynovun dəfn olunacağı yer açıqlandı 5 Mart 22:52
  • Ceyhun Bayramov Cibutinin xarici işlər naziri ilə görüşdü 5 Mart 21:25
  • Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar 5 Mart 20:34
  • “Atama səhhətindəki problemin ciddiliyi deyilməyib” – Hacı Şahinin oğlundan açıqlama 5 Mart 20:00
  • Deputat: “Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsi vacibdir” 5 Mart 19:37
  • Ombudsman bu gün baş verən erməni təxribatından DANIŞDI 5 Mart 19:18
  • Azərbaycanda daha bir “tiktoker” HƏBS EDİLDİ – FOTO 5 Mart 19:14
  • Vilayət Eyvazov yeni polis rəisi təyin etdi 5 Mart 19:01

Comments are closed, but trackbacks and pingbacks are open.