11 ci sinif ümumi tarix pdf
Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili
Ümumi tarix
I bolmə. Dünya ölkələri iki cahan müharibəsi arasında
I fəsil. 20-ci illərdə dövlətlərarası münasibətlər
§1. Birinci Dünya müharibəsindən sonra Avropanın geosiyasi xəritəsində dəyişikliklər
§2. Versal-Vaşinqton sistemi
I bolmə. Dünya ölkələri iki cahan müharibəsi arasında
II fəsil. Qərbi Avropa ölkələrində və ABŞ-da siyasi və sosial-iqtisadi sabitləşmə
§3. Qərbi Avropa dövlətlərində və ABŞ-da nisbi sabitlik
§4. Dünya iqtisadi böhranı və ondan çıxmaq yolları
§5. Liberal demokratizmə alternativ totalitar rejimlər
§6. SSRI-də totalitar sovet cəmiyyətinin qurulması
I bolmə. Dünya ölkələri iki cahan müharibəsi arasında
III fəsil. Türk dünyası və Qafqaz xalqları
§8. SSRI tərkibindəki türk və Qafqaz xalqları
I bolmə. Dünya ölkələri iki cahan müharibəsi arasında
IV fəsil. Asiya və Afrika ölkələri
§9. Yaponiya, Çin və Hindistan
§10. İran və Ərəb ölkələri
I bolmə. Dünya ölkələri iki cahan müharibəsi arasında
V fəsil. Yeni Dünya müharibəsi astanasında
§11. Asiya və Avropada müharibə ocaqlarının yaranması
§12. Təcavüzü “sakitləşdirmə” siyasəti və onun iflası
I bolmə. Dünya ölkələri iki cahan müharibəsi arasında
VI fəsil. 20-30-cu illərdə mədəniyyət
§13. Elm, texnika, ədəbiyyat və incəsənət
II bölmə. İkinci Dünya müharibəsi
VII fəsil. İkinci dünya müharibəsinin başlanması, gedişi və yekunları
§14. Müharibənin başlanması
§15. Qərbdə, Afrikada və Balkanlarda hərbi əməliyyatlar
§16. SSRI və abş-ın müharibəyə qatılması
§17. Müharibənin gedişində əsaslı dönüş
§18. Türk və Qafqaz xalqları müharibə illərində
§19. Müharibənin başa çatması
III bölmə. Dünya müharibədən sonrakı dövrdə
VIII fəsil. ABŞ, SSRİ və Avropa ölkələri
§20. Amerika Birləşmiş Ştatları
§21. Sovet Sosialist Respublikaları İttifaqı
§24. Mərkəzi və Cənub – Şərqi Avropa ölkələri
§22-23. Qərbi Avropa ölkələri
III bölmə. Dünya müharibədən sonrakı dövrdə
IX fəsil. Türk dünyası və qafqaz xalqları
§25. Türkiyə
§26. SSRİ tərkibində türk və qafqaz xalqları
III bölmə. Dünya müharibədən sonrakı dövrdə
X fəsil. Asiya, afrika və Latın Amerikası ölkələri
§27. Yaponiya və Çin
§28. Mərkəzi və Cənub – Şərqi Asiya ölkələri
§29. İran və Ərəb ölkələri
§30. Latın amerikası ölkələri
III bölmə. Dünya müharibədən sonrakı dövrdə
XI fəsil. Beynəlxalq münasibətlər
§31. Müharibədən sonra dövlətlərarası münasibətlər
§32. Dünya birliyi müasir mərhələdə
III bölmə. Dünya müharibədən sonrakı dövrdə
XII fəsil. Mədəniyyət
§33. Elmi-texniki inqilab
§34. Ədəbiyyat və incəsənət
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
TARİX
Tarix fənninin tədrisi metodikası kifayyət qədər ciddi prosesdir. Davamlı olaraq yenilənən və hərəkətdə olan tarixi komponentlərin qarşılıqlı əlaqəsindən ortaya müxtəlif nəticələr çıxır. Bu nəticələrin tədris prosesində şagirdlər tərəfindən necə mənimsənilməsi günümüzdəki öyrənmə və öyrətmə məqsədlərinin düzgün qoyulmasından aslıdır. Pedaqoji prosesin təşkilinin səmərəliliyi təhsil və onun inkişaf nəticələri ilə təsdiq edilir. Tarix fənninin təlim məqsədlərini gerçəkləşdirərkən təlimə cəlb edilmiş şagirdlərin yaş səviyyələrini də nəzərə almaq zəruridir. Yuxarı siniflərə keçdikcə onların aldıqları baza biliklərilə yanaşı bu və ya digər tarixi məlumatlardan nəticələr çıxarmaq, hadisələri təhlil etmək kimi qabiliyyətlər də formalaşır. Dərsin məğzi – öyrənmə prosesinin məcburi konponentidir. Tarixi hadisələrin inkişaf mərhələləri bir-birini əvəz etdikcə bu hadisələrin öyrənilməsi metodikası da fərqli yanaşmalar tələb edir. Tarixi şəxsiyyətlər və ya tarixi hadisələrin eyni yanaşmadan tədris edilməsi çox vaxt istənilən nəticənin əldə edilməsinə yardımçı olmur. Keçmişdə baş verən hadisələrin öyrənilməsi kifayət deyil. Tarixin tədrisi metodikası həm də şagirdlərdə düşünmək qabiliyyəti inkişaf etdirməlidir ki, onlar bu hadisələrin həm də müasir dövrdə hansı nəticələr verdiyini görə bilsinlər. Bunun üçün də tarix dərslərini təşkil edərkən müxtəlif təlim metodlarından istifadə etmək lazımdır.
Proqramları və dərslikləri ənənəvi üsulda tərtib edilən siniflərdə hələ də bəzi hallarda şagirdlərin passivliyi ilə qarşılaşırıq. Aşağı siniflərdən fəal dərs metodları tətbiq edilmədiyi üçün bu şagirdlərin düşüncə tərzi də fərqli inkişaf edir.
Təhsil sahəsində aparılan islahatlar nəticəsində respublikamızda müxtəlif istiqamətlərdə təlimin inkişafı mexnizmləri meydana çıxmışdır. Bu mexanizmlərdən biri də şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması mexanizmləridir.
Tarix fənni təliminin metodoloji məqsədlərindən biri də sinifdə şagirdlərin idrak fəaliyyətinin təzahürü üçün şəraitinin yaradılmasıdır. Bu məqsədin reallaşdırılması yollarına nəzər salaq:
· müəllim məsələnin həllində problemli – düşündürücü vəziyyət yaradır;
· şagirdlərə baza biliklərinə əsaslanan və şəxsi təşəbbüsləri ilə əldə etdikləri bilikləri açıqlamalarına şərait yaradır;
· hər bir dərsin qurulmasını və planını şagirdlərlə ilə müzakirə edir;
· sinifdə hər bir şagirdə üçün maraq doğuran atmosfer yaradır;
· şagirdləri əldə etdiyi nəticələri faktlarla sübuta yetirməyə həvəsləndirir;
· səhv etmək qorxusu olmadan öz fikirlərini sərbəst ifadə etməyə həvəsləndirir;
· yekun nəticədə şagird öz fəaliyyət prosesini tək və ya işlədiyi qrupla birgə qiymətləndirir.
Nəzərə alsaq ki, XXI əsr texnologiyalar əsridir, təhsil alan şagirdlərin İKT biliklərinə olan marağı daha da artmışdır. Müxtəlif təlim sistemləri üstəgəl İKT biliklərinin sintezindən əmələ gələn dərs prosesində iştirak etmək proqramı və dərsliyi ənənəvi üsulda tərtib edilmiş şagirdlərin də haqqıdır. Профессор Я.Я.Аьайев yaz ı r ki: “Hягиги тялим цчцн метод вя технолоэийалар гаршыйа гойулмуш мягсяд вя шяраитдян асылы олараг сечилмялидир. Она эюря дя мцяллимляр мягсяд вя шяраитя, фяння, мювзуйа, шаэирдлярин тяжрцбя вя билик сявиййясиня uy ğ un olan бцтцн тялим моделляриндян, мцхтялиф методика вя технолоэийалардан истифадя етмялидирляр. Ясас одур ки, тялим ушаглары инкишаф етдирсин, онлара дцшцнмяк, мцстягил фикир сюйлямяк, биликлярини тятбиг едя билмяк баcарыглары ашыласын, онларда цнсиййят, анлашма мядяниййяти формалашдырсын” (1, с.81).
Bunu reallaşdırmaq isə bir pedaqoq kimi bizim üzərimizə düşür. Bunun üçün müəllim özünün baza bilikləri ilə yanaşı müxtəlif təlim və teninqlərdə əldə etdiyi biliklər və təcrübələr, İKT bilikləri vasitəsi ilə yaradıcı yanaşma üsullarının vəhdətini təşkil etməklə dərsləri qurmalıdır. Konstruktiv yanaşma ilə interaktiv təlim metodu bəzi dərslərin qurulmasında daha yaxşı effekt verir. Mən bunu 9-cu sinif Yeni tarix dərsinin son paraqrafını keçərkən müşahidə etdim. Hamımıza məlumdur ki, tədris ilinin sonunda şagirdlər artıq bir qədər yorğun və dərsə olan maraqları nisbətən azalmış olur. Belə olduğu halda, sinifə daxil olan müəllim elə bir yaradıcı yanaşma tətbiq etməlidir ki, sinif, necə deyərlər, canlansın. Mən də öz növbəmdə bunu konstruktiv təlim metodu ilə həyata keçirməyi qərara aldım.
Beləliklə, 9-cu sinifdə Yeni tarix dərsi, son paraqraf: ” İran, Çin və Hindistan mədəniyyəti” .
Şagirdlər aşağı siniflərdən artıq bu mövzularla qarşılaşdıqlarında onlar sərbəst şəkildə mədəniyyət ifadəsinin dəqiq mənasını açıqlaya bilirlər. Onlar qədim dövrdən formalaşan, zaman keçdikcə bu və ya digər səbəblərdən yaranmış, məhv olmuş mədəniyyətləri sadalayırlar. Bir məhv olmuş mədəniyyətin qalıqları üzərində fərqli mədəniyyətin formalaşması prosesini izah edirlər. Xəritədən istifadə etməklə Kritdə, Mesopotamiyada – iki çay arası mədəniyyətlərin formalaşması və məhv olması haqda olan bilikləri yada salırlar. Xalqların böyük köçünün, Sasani və ərəb işğallarının, monqol yürüşlərinin hansı nəticələrə səbəb olduğunu müzakirə edirlər. Şagirdlər bu prosesin gedişində yada salır, müqayisə edir, bəzi qruplaşdırmalar aparır, nəticələr çıxardırlar. Düşündürücü suallarla dərsin gedişi daha da maraqlı olmağa başlayır:
· Öyrəndiyimiz tarixə qədər müxtəlif sivilizasiyaların toqquşması nəticəsində hansı nailiyyətlər əldə olunmuşdur?
· Məhv olmuş mədəniyyətlərin qalıqları hansı təzahürlərdə özünü büruzə verir?
Dərslikdə İran, Çin və Hindistan mədəniyyətinin XVII əsrin ikinci yarısından – XVIII əsrə qədər olan dövrü öyrənilmək üçün tərtib edilmişdir. Hər ölkənin mədəniyyəti spesifik xüsusiyyətlərə malik olduğu kimi, onların inkişafının ortaq nöqtələri də var. Şagird artıq baza biliklərini yada salıb, dərslikdə verilmiş nümunəyə hansı aspektdən yanaşacağını düzgün müəyyənləşdirədirə bilir.
Sinif 4 qrupa bölünür, hər qrup öz tapşırığını alır:
I qrup – İran Çin və Hindistan dövlətlərinin iqtisadi-siyasi vəziyyətini Venn dioqramında işləyin
II qrup – İran Çin və Hindistan dövlətlərində yaranan yeni əsərləri Venn dioqramında işləyin
III qrup – İran Çin və Hindistan dövlətlərində memarlıq sahəsindəki məlumatları Venn dioqramında işləyin
IV qrup – İran Çin və Hindistan dövlətlərinin sənətkarlıqda əldə etdiyi yenilikləri Venn dioqramında işləyin
Məqsəd bu ölkələrin verilmiş dövrə qədər hansı səviyyəyə qədər inkişaf etdiyini ilkin mənbədən mənimsəmək, əvvəlki mədəniyyətlərdən olan üstünlükləri qeyd edərək müqayisə aparmaq, verilmiş ölkələrin mədəniyyətləri arasındakı oxşar və fərqli əlamətləri qeyd etməkdir. Bunun üçün şagirdə 15 dəqiqə vaxt ayrılır. Şagird araşdırma apararkən müəllim onların diqqətini dövlətlərdə hakim olan dini mənsubiyyətlərinə də yönəldir. Ayrı-ayrılıqda hər bir dövlətdə baş verən yüksəlişi təhlil etmək üçün şagirdlər əvvəlcə məlumatları qruplaşdırırlar, sonra müqayisə edib nəticə çıxarırlar. Beləliklə,
İran : bu dövrdə nəzərə çarpan siyasi və iqtisadi tənəzzül, maarif və elmin inkişaf səviyyəsi, tarixşünaslıqda və digər sahələrdə yaranın yeni əsərlər, şəhərsalma və memarlıqda olan irəliləyişlər, sənətkarlıq və ticarətin inkişaf səviyyəsi, bununla yanaşı ölkədəki siyasi vəziyyətin inkişafa təsiri müzakirə olunaraq nəticə əldə edildi. Daxili ara müharibələri və xarici müdaxilələr İran mədəniyyətinin inkişafına mənfi təsir göstərsə də, ümumilikdə sadalanan sahələrdə uğurlar qazanılmışdır.
Hindistan: Avropa işğalları ərəfəsində hind mədəniyyətinin səviyyəsi, Avropa ən-ənələrinin bu mədəniyyətə təsiri, yaranan yeni bədii əsərlərdə sadə xalq istəklərinin obrazlı canlandırılması, hind sənətkarlığının inkişafı müzakirə olunaraq nəticə əldə edilir. Avropa ilə Hindistan arasında əlaqələr qurulurdu, yaranan cəmiyyətlər hind mədəniyyətini Avropada tanıdırdı, memarlıq öz inkişafının ən yüksək səviyyəsinə çatmışdı (yaradılan memarlıq nümunələrinin adları qeyd olunur).
Çin : tarixin bu dövründə mancur ağalığının təsirləri, monumental memarlıq tikililəri, yaranan yeni əsərlər, rəssamlıq və sənətkarlıq nümunələri, özünütəcrid siyasətinin yaratdığı təsirlər haqdakı məlumatlar qruplaşdırılır, müzakirə olunaraq nəticə əldə edilir. Avropada və Asiyada tətbiq olunan yeni üsullar özünütəcrid siyasəti yeridən Çinə ciddi təsir edə bilmirdisə də XX əsrin əvvəllərinə kimi mancur dili Çin dili ilə eyni statusu daşıyaraq dövlət dili olmuşdur.
Vaxt bitdikdən sonra qruplar öz işlərini təqdim edirlər:
I qrup:
II qrup:
IV qrup:
Oxşar cəhətlərini müzakirə edərkən şagird belə nəticəyə gəlmişdir ki, verilən dövrdə hər 3 dövlətdə müəyyən inkişaf nəzərə çarpır, memarlıq, incəsənət , sənətkarlıq və yeni əsərlərin yaradılması hər 3 dövlətdə baş vermişdir. Şagirdlər təşəbbüs göstərərək bunu nəticə olaraq sxem şəklində işləmişlər:
(fərqli xüsusiyyətlər)
Hindistan
(fərqli xüsusiyyətlər)
(fərqli xüsusiyyətlər)
Oxşar cəhətlər
Siyasi və iqtisadi tənəzzül nəzərə çarpır
Avropa işğalları baş verib ( İngiltərə)
Özünütəcrid siyasəti yeridilirdi
Siyasi proseslər baş verirdi
Həsən Murtuza əl-Hüseyni “Sultan tarixi”, Nadir şah
Əfşara və Kərim xan Zəndə aid əsərlər
Vəliyulla”Ətil Allah əl-Baliqan”, Benqal dilinə tərcümə,
Əbdülqadir Bedilin
“ədalətli hökmdar”
obrazının təsviri
Ensiklopediya, lü-ğətlər, “Ədəbiyya-
tın dörd bölməsinin
tam külliyatı”, Çao
Syksenin “Qırmızı
sarayda yuxu”
Coğrafiya, fəlsə-
fə və tarixə aid
yeni əsərlər
yaranmışdır
Şirazda ucaldılan tikililər və tikintidə istifadə edilən mürəkkəb həndəsi bəzəklər və naxışlar
Dehlidə Cümə məs-cidi, Ralcputan
Sarayı, Vicapur
və Qolkondda məscidlər
Pekin sarayı, Mukdendəki impe-
rator mavzoleyi
Memarlıq inkişaf etmişdir
Sənətkarlıqda gümüş məmulatlar, xalça, ipək, atlas və məxmər parçalar
Fil sümüyü və ağac-dan hazırlanan na-xışlı əşyalar, metal və saxsı məmulatlar
Sümükdən və
mərmərdən incə əşyalar
İpək parça üzərində zərif naxış və mürək-kəb cizgilər, sümükişləmə
Bir təlim prosesində şagirlərə tətbiq edilən müəllim yaradıcılığı, dəstək və təşviqi, emosional təcrübə və reaksiya mexanizminin daxil edilməsi ilə intensiv müstəqil araşdırma fəaliyyəti meydana çıxmış olur. Şagirdə yönəldilmiş düşündürücü suallar onda təfəkkürün inkişafına səbəb olmaqla yanaşı, təhliletmə qabiliyyətini də aşılamış olur. Beləliklə, təlim prosesi zamanı şagird yalnız məlumat əldə etməklə kifayətlənməyib, baza biliklərini də istifadə etməklə müqayisə aparır, nəticə əldə edir.
Bu prosesin gedişində fənlərarası və fənn daxili inteqrasiyanı da yaddan çıxartmaq olmaz. Çünki baza bilikləri fəndaxili inteqrasiyanın təzahürüdür. Fənlərarası inteqrasiyada coğrafiya və Azərbaycan tarixinə aid xəritələr, müəyyən məlumatlar ətraflı tədqiqat işi üçün əlverişlidir.
Konstruktiv yanaşma ilə aparılan interaktiv dərslər çox maraqlıdır. Bu dərslər əməkdaşlıq, yaradıcılıq üçün şərait yaratmaqla şagirdlərdə həm də bir-birini dinləmək və qiymətləndirmək bacarıqlarını da inkişaf etdirir. Konstruktiv Təlimin əsas məqsədləri öncə şagird təffəküründə, onun təmasda olduğu bilik haqqında anlam yaratmaq, sonra anlamı biliyə çevirmək, onun üzərində çoxlu iş apararaq, təkrarlayaraq bacarıq yaratmaqla bərabər, həm də onun başqa biliklərlə ortaq münasibətlərini, elementlərini taparaq, onu yeni formada tərtib edib yeni biliklər yaratmaqdır. (F. Bunyatova)
Məqalənin elmi yeniliyi: Müəllif müəllimin özü baza bilikləri ilə yanaşı müxtəlif təlim və teninqlərdə əldə etdiyi biliklər və təcrübələr, İKT bilikləri vasitəsi ilə yaradıcı yanaşma üsullarının vəhdətini təşkil etməklə, dərsləri konstruktiv yanaşma ilə interaktiv təlim metodları əsasında qurmasının effektiv- liyini isbat edir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi . Məqalədə irəli sürülən müddəalardan və praktik dərs nümunəsindən tarix və digər humanitar fənn müəllimləri faydalana bilər.
Nəticə e tibarilə qeyd tnmək lazımdır ki, konstruktiv yanaşma ilə keçirilən interaktiv dərslər şagirdlərdə çox maraq doğurmaqla yanaşı, həm də onlarda əməkdaşlıq, yaradıcılıq üçün şərait yaradır şagirdlərdə bir-birini dinləmək və qiymətləndirmək bacarıqlarını da inkişaf etdirir. Konstruktiv təlimin əsas məqsədləri şagird təffəküründə, bilik haqqında anlam yaratmaq, sonra anlamı biliyə çevirmək, onun başqa biliklərlə ortaq münasibətlərini, elementlərini taparaq, yeni biliklər yaratmaqdır.
Istifadə edilmiş ədəbiyyat
1. Аьайев Я.Я. Тялим просеси: яняня вя мцасирлик, «Адилоьлу» няшриййаты, Бакы, 2006 .
2. M.Qasımlı, O.Musayeva, H.Cabbarov, “Yeni tarix” 9 – cu sinif (dərslik), “Kövsər”, Bakı-2014
3 . Ф.Бунятова.Конструктивное обучение.Баку,”Зия-Нурлан”, 2008 .
Gültəkin Rüstəmova
Konstuktiv təlim əsasında aparılan tarix dərslərində interaktiv metodlardan istifadənin səmərəliliyi.
Məqalədə qeyd edilir ki, pedaqoji prosesin təşkilinin səmərəliliyi təhsil və onun inkişaf nəticələri ilə təsdiq edilir.
Müəllif qeyd edir ki, təhsil sahəsində aparılan islahatlar nəticəsində respublikamızda müxtəlif istiqamətlərdə təlimin inkişafı mexnizmləri meydana çıxmışdır. Bu mexanizmlərdən biri də şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması mexanizmidir.
Tarix fənni təliminin metodoloji məqsədlərindən biri də sinifdə şagirdlərin idrak fəaliyyətinin təzahürü üçün şəraitinin yaradılmasıdır. Müəllif bu məqsədin reallaşdırılması mexanizmini nəzərə çatdırır.
Daha sonra müəllif dərs ilinin sonunda Yeni tarix proqramında nəzərdə tutulan sonuncu mövzunu konstruktiv təlim metodu ilə təşkil etdiyini nəzərə çatdıraraq təcrübəsini paylaşır.
Гюльтекин Ргстамова
Эффективность использования интерактивных методов на уроках истории, организованных на основе конструктивного обучения
В статье отмечается, что эффективность организации педагогического процесса уеверждается образованием и его результатами.
Автор отмечает, что врезультате проводимых в нашей республике реформ в области образования появились механизмы развития образования в разных направлениях. Одним из этих механизмов является механизм активизации мыслительной деятельности учащихся.
Одним из методологических целей преподавания истории является создание условий для проявления мыслительной деятельности учащихся на уроке. Автор приводит пример реализации этого механизма.
Автор приводит пример из своего опыта проведения в 9-ом классе последнего по программе урока по новой истории по конструктивному методу.
Şagirdin şəxsiyyət kimi formalaşdırılması
prosesində vaxtdan səmərəli istifadə
vərdişlərinin aşılanması təcrübəsindən
Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Açar sözlər : innovativ proseslər, vətənpərvər vətəndaş, tam hüquqlu vətəndaş, vaxt bölgüsü, vətəndaşlıq mövqeyinin formalaşdırılması, əxlaqi keyfiyyətlər.
Ключевые слова: инновационные процессы, гражданин-патриот, равноправный гражданин, распределение времени, формирование гражданской позиции, нравственные качества.
Key words: Innovative processes, citizen-patriot, citizen equal distribution of time, the formation of civic, moral qualities.
Bu gün Azərbaycan təhsilində həyata keçirilən innovativ proseslər müəllimlərin qarşısında şagirdin bir şəxsiyyət kimi yetişdirilməsi vəzifəsini qoyur. Özünün milli kimliyini dərk edən və mənsub olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən keçir. Hamı qəhrəman ola bilməz, amma hamı vətəndaş olmalıdır. Şagirdə öz hüquqlarını bildiyi kimi, qarşısında duran vəzifələri də vicdanla yerinə yetməyi öyrətmək müəllimlərin qarşısında duran bir vəzifə borcudur.
Vətənpərvər vətəndaş yetişdirmək, özünün müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirmək müəllimin təhsildə yönəldiyi mühüm istiqamətdir. Vətəndaşlıq və vətənpərvərlik cəmiyyət həyatında yaxından iştirak etməklə şəxsin inkişafına şərait yaradan zəruri keyfiyyətdir. Vətəndaşlıq hüquq və vəzifələrini düzgün müəyyənləşdirməklə yanaşı vəzifələrini vicdanla yerinə yetirmək və hüquqlarını tələb etmək bacarığıdır.Vətənpərvərlik isə vətəninin və xalqının maraqlarını öz şəxsi maraqlarından üstün tutmaq bacarığıdır ki, bu keyfiyyət də müəyyən kritik vəziyyətlərdə təzahür edir.
Vətəndaşlıq haqqında ilkin anlayışlar hələ antik dövrlərdən formalaşmağa başlayıb. Vətəndaşlıq mövqeyinin formalaşdırılması gənclərin cəmiyyət həyatına hazırlanması ilə başlayır. Şəxsiyyətin vətəndaşlıq mövqeyi onun cəmiyyətdəki fəaliyyəti, insanlarla olan ünsiyyəti və ən nəhayyət özünün özünə olan münasibətinin əks olunmasıdır.
Hal-hazırda cəmiyyətdə vətəndaşlıq maraqlarının müntəzəm təminatı üçün şagirdlərdə bu keyfiyyət yuxarı siniflərdən formalaşdırılmalıdır ki, bunun da nəticəsində onlar 18 yaşına çatıb vətəndaşlıq hüququ qazananda, cəmiyyətin tam hüquqlu üzvünə çevrilərək, aktıf fəaliyyətə başlaya bilsinlər. Təhsil prosesində şəxsiyyətin formalaşdırılmasınin mühüm cəhəti odur ki, malik olduğu biliklərin məcmusunda o bir “vətəndaşlıq praktikası”nı da yaşaya bilir, belə ki, ona müəyyən vəzifələr tapşırılır, icra edərkən isə şagird öz “əhəmiyyətini” hiss edir. Bu da onun gələcək həyatında atdığı addımlarda, qəbul etdiyi qərarlatda bir qətiyyətlilik xarakterini formalaşdırır. Düzgün müəyyənləşdirilmiş belə praktika məqsədyönlü şəkildə təşkil edilməlidir.
Bizim tariximiz öz mənafeyini xalqının mənafeyinə qurban vermiş vətənpərvərlik nümunələri ilə zəngindir. Bizim əcdadlarımızda vətənə məhəbbət hissi o qədər yüksək olub ki, uğrunda canlarını belə əsirgəməyiblər. Bu ,ən çox yadellilərlə mübarizələrə özünü əsk etdirir. Sinifdən sinifə keçdikcə dərs prosesində belə hadisələri öyrənən şagird dərk edir ki, əcdadlarının ona miras qoyduğu hər nə varsa onları qoruyub gələcək nəsillərə ərməğan etməlidir. Bununla da şagird öz milli dəyərlərinə qiymət vermək bacarığına yiyələnir, öz milli mirasına sahiblənir, gələcəkdə müxtəlif şəraitlərdə öz milli maraqlarını qorumağı öyrənir.
Lakin bunu şagirdlərə necə öyrətmək lazımdır? Ənənəvi dərs prosesində şagird passiv mövqedə qaldığı üçün tez yorulur, verilən informasiyanın müəyyən bir qismini qavraya bilir. Belə olduğu halda biz keyfiyyətdən danışa bilmərik. Mövzunun nə qədər maraqlı olmasından aslı olmayaraq əgər şagird fərdilik hiss etmirsə, nəticə də qənaətbəxş olmayacaq. Bu gün təhsilin yeni metodlarla tədrisinə diqqət ayırırıqsa, şəxsiyyətin formalaşdırılması prosesini yeni metod və təlim texnologiyalarından istifadə etməklə həyata keçirmək lazımdır. Əvvəlcə biz məsələyə yeni prizmadan yanaşmalıyıq. Belə ki:
– hər bir şagirdə fərdi yanaşaraqla onun şəxsi keyfiyyətlərini üzə çıxarmaq lazimdır;
– bu keyfiyyətlərin təlim prosesində düzgün istiqamətləndirilərək gələcək inkişafına şərait yaratmaq zəruridir;
– psixo-pedaqoji şərait yaratmaqla şagirdlərdə özünə inam aşılamaq əsasdır.
Ümumtəhsil məktəblərində hər bir şagirdə fərdi yanaşmaq başlanğıcda mümkünsüz görünə bilər. Çünki müəllim hər bir şagirdlə fərdi olaraq işləməli, onun xarakterini, qavrama qabiliyyətini, yaddaşını, təfəkkür tərzini yaxşı bilməli və yadda saxlamalı, hər bir şagird üçün onun imkanlarına müvafiq olan tədbirlər və fəaliyyət planı hazırlamalıdır. Bu o qədər sadə iş olmasa da, lakin mümkündür. Dərs prosesində müxtəlif didaktik metodların tətbiq edilməsi, istər qruplarla iş, istərsə də fərdi iş metodlarının seçilməsi şagirdlərin zehni inkişafının istənilən şəkildə istiqamətləndirilməsi ilə nəticələnir. Məqsəd isə şagirdləri vətənpərvər bir şəxsiyyət kimi yetişdirməkdir.
Bütün bu prosesin vaxtında işlənib hazırlanması, onun şagirdlər tərəfindən dərk edilərək mənimsənilməsi müəyyən zaman intervalında baş verəcək. Hər işin öhdəsindən vaxtında gələ bilməsi üçün əvvəlcə şagirdlərə zaman-vaxt anlayışlarını düzgün aşılamaq, onları vaxtdan səmərəli istifadə etməyə yönləndirmək lazımdır.
8-ci sinifdə tədris olunan “İnsan və cəmiyyət” fənnində belə bir mövzu yer alıb “Zaman və səmərəli həyat.” Burda İ.V.Hötenin bir deyimini xatırlatmaq yerinə düşər: “Önəmli işlər, əsla önəmsiz işlərin insafına tərk edilməməlidir”. Amma şagird hələ önəlmi işləri önəmsiz işlərdən ayıra bilmirlər. Ona görə də öz vaxtlarını düzgün bölə bilmirlər, nəticədə isə istənilən nəticə alınmır.
Gələcəkdə, cəmiyyətin tam hüquqlu vətəndaşı olduqda, onların zamanla bağlı problemlərinin olamaması üçün məktəbdə təlim prosesində şagirdlərə vaxtdan səmərrəli istifadə etmək, işlərini planlı şəkildə qurmaq kimi vərdişlər aşılanmalıdır. Müsbət əxlaqi keyfiyyətlərlə yanaşı bu keyfiyyətlərin də tərbiyə edilməsi gənc nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına yardım etmiş olar. Vaxtından səmərəli istifadə etməyi bacarmayan şəxs cəmiyyətdə layiqli yerini tuta bilməz. Yüksək əxlaqi dəyərlərimiz olan islam dəyərlərində də qeyd edilir ki, zaman Allahın bizə verdiyi əvanətlərdən biridir və biz onun dəyərini bilməliyik.
Dərs prosesində şagirdlərə əvvəlcə zaman haqqında tarix dərslərində əldə etdikləri biliklər əsasında bir ümumiləşdirmə aparmaq tapşırılır: hər bir qrup müxtəlif dövlətlərdəki zaman hesablama sistemi haqqındaq bilgi verməlidir.
Bəşər cəmiyyəyinin ilk dövrlərindən başlayaraq insanların zamanı hesablamaq üçün istifadə etdikləri müxtəlif sistemlər, il başlanğıcları günəş və su saatlarının kəşfi haqqında bilgilər dinlənilir. Sonra şagirdlərin nəzərinə lövhədə əvvəlcədən yazılıb amma üstü örtülmüş bir araşdırma mətni çatdırılır. Mətnin üzəri açılır, lövhədə bunlar yazılıb:
70 il həyat;
-20 il yuxu;
-16 il təhsil almaq;
-4 il yemək;
-4 il səyahət;
-5 il şəxsi qulluq;
-3 il kino, teatr, televizor;
-3 il telefon danışıqları;
-1 il itmiş əşyaların axtarılması;
-14 il geriyə qalan zaman dilimi.
Müxtəlif müzakirələr aparılır, sonda nəticəni dinləməzdən əvvəl müəllim başqa bir misal da çəkir (Əvvəlcədən sinifə bir şüşə qab və müxtəlif ölçülü daşlar qoyur). Şüşə qabı əlində tutaraq onun içinə iri daşları qoyur, sinifə müraciət edir, qab doludurmu?
Bəziləri “bəli”, bəziləri “xeyr”, bəziləri “qismən doludur”,- deyirlər. Sonra müəllim bir qədər kiçik daşları qabın içinə yerləşdirir və yenə soruşur ki, qab doludurmu, yoxsa yox, eyni cavabları alır, sonra qaba qum tökür, qum qabdakı bütün böşluqları tutur, yenə sinifə sual olunanda hamı qabın boş olduğunu deyir, bundan sonra isə qaba su tökülür, qab artıq doludur. Burdan nə nəticə çıxır? Şagirdlər müxtəlif versiyalar söyləyir, bəziləri vaxtlarını hələ çox olduğunu, bəzisi hələ hər şeyin qabaqda olduğunu və s. fikirlər söyləyirlər. Müəllim isə nəticə olaraq son fikri söyləyir: “Əgər böyük daşları əvvəlcədən yerləşdirməsən, kiçiklər yerləşdiriləndən sonra böyüklərə yer qalmaz. Bəs həyatımızdakı böyük daşlar nədir?” Şagirdlərin cavabı müxtəlifdir, ailəmiz, sevdiklərimiz, gələcəyimiz, təhsilimiz, sağlamlığımız və s. Müəllim şagirdlərin fikrini cəmləşdirib ümumi nəticə çıxarır: “Həyatınızın mühüm mərhələlərinə başlamamışdan öncə dayanın və dərindən fikirləşin, sizin həyatınızda böyük daşlar nədir? Əgər o, ailənizdirsə, siz ailənizin etimadını doğrulda bilmək üçün qətiyyətli olmalı və qarşınıza qoyduğunuz məqsədə nail olmalısınız. Ailənizin etimadını doğrultmaqla siz həm də həqiqi vətəndaş, cəmiyyətdə önəmli yer tutan bir şəxsiyyət olcaqsınız. Eyni sözləri sevdikləriniz, gələcəyiniz, sağlamlığınız haqqında da əsaslandırmaq olar. Əsas odur ki, istər şəxsi həyatınız, istərsə də gələcəkdə iş həyatınız olsun, istəklərinizi əhəmiyyətinə görə sıralayın.
Vaxtınızı düzgün bölün.
Bir fəaliyyət planı tərtib edin.
Fikrinizi yayındıran məslələrdən uzaq durun.
Sizdə inamsızlıq yaradan dostlarınızdan uzaq durun.
Yuxu rejiminizi mütamadi qaydada nizamlayın.
Şəraitdən asılı olmayaraq optimist olun.
Hər işdə bir xeyir olduğuna inanın.
Səhvlərinizdən nəticə çıxarın.
Qərar verməyə tələsməyib, böyüklərin fikrini dinləyin.
Dərsin sonunda şagirdlərin gəldiyi nəticə: hər bir şagird gələcəyin vətəndaşı, vətəninin patriotu, cəmiyyətin şəxsiyyəti kimi yetişmək üçün vaxtından düzgün istifadə etməlidir. Bu günün baza bilikləri gələcəyimizə qoyulan sərmayəmizdir.
Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, şəxsiyyətin hərtərəfli inkişafında, onun vətənpərvər vətəndaş kimi formalaşdırılmasında vaxtdan səmərəli istifadə etməyin, onu düzgün bölüşdürməyin əhəmiyyətli olduğu vurğulanır və bir dərsin təcrübəsində isbat edlir.
Məqalənin praktik əhəmiyyəri və tətbiqi. Məqalədə irəli sürülən müddəalardan və göstərilən təcrübədən müəllim və tərbiyəçilər faydalana bilərlər.
Nəticə. Şagirdlərin hətərəfli inkişaf etmiş şəxsiyyət və vətənini sevərək onu hər an qorumağa hazır olan vətənpərvər kimi fomalaşmasdırılması üçün onlara müsbət əxlaqi keyfiyyətlərlə yanaşı eyni zamanda vaxtdan səmərəli istifadə etmək vərdişləri də aşılanmalıdır.
İstifadə edilmiş ədəbiyyat:
1. Sadıqov F.B. Pedaqogika, Bakı, “Adiloğlu”, 2006.
2.R.Süleymanov, A.Abuşov “Mən və karyeram”,”ASCOMP” MMC ,Bakı, 2013
3.Ə.Ağayev,U.Ələkbərov “İnsan və cəmiyyət”, VIII sinif dərslik, “Təhsil”, Bakı, 2012.
4. Hasan Başarı “Hayatı güzel ve Anlamlı Yaşamak”, Hayat yayımları, İstanbul, 2003
Гюльтекин Рустамова
Из опыта привития навыков эффективного использования времени в процессе формирования личности ученика.
Резюме
В статье рассказывается о формировании личности ученика, о его всестороннем развитии и о привитии ему навыков эффективного использования своего времени. Автор отмечает, что сначала нужно разъяснить учащимся понятие «время», постараться направлять их на правильное использование времени, умение различать важные и второстепенные дела и первым делом решать главное дело. В этом и заключается рациональное использование времени.
Автор приводит пример одного урока по предмету «Человек и общество», где темой является «Время и рациональная жизнь».
В статье также говорится о возможностях уроков истории в привитии учащимся чувств патриотизма.
Rustamova Gultakin
From the experience of imparting skills for effective use of time during the formation of the student’s personality.
Summary
The article describes the formation of the student’s personality , his all-round development and instilling him the skills to effectively use their time. The author notes that students first need to clarify the concept of “time” , try to guide them on the proper use of time , the ability to distinguish between important and minor things and the first thing the main thing to decide . This is the time management .
The author cites the example of a lesson on the subject ” Man and Society “, where the theme is “Time and rational life.”
The article also talked about the possibility of history lessons in instilling students feelings of patriotism.
Az ərbaycan tarixi və ümumi tarix dərslərində
rollu oyunlardan istifadə təcrübəsindən
Rüstəmova Gültəkin
S.Bəhlulzadə adina Xarici Dillər
Təmayüllü gimnaziyanın
müəlliməsi
Rəyçi: Namiq Əliyev,
tarix üzrə fəlsəfə doktoru
Açar sözlər: kurikulumun tətbiqi, sinif şagirdlərinin adaptasiyası, rollu oyunlar, didaktik oyunlar, uzaq keçmişə səyahət, metodika və texnologiyalar, bilik və bacarıqların formalaşdırılması.
Ключевые слова : внедрение курикулума, адаптация учащихся V классов, ролевые игры, дидактически игры, путешествие в далёкое прошлое , методика и технологии, формирование знаний и умений.
Key worlds: implementation of the curriculum, students adaptation V classes, role play, educational games, the journey to the distant past, technique and technology, building knowledge and skills.
2008-2009 cu dərs ilindən respublikamızda milli kurikulum tətbiq edilir. Hal hazırda kurikulumla dərs keçməyə başlayan ilk siniflər artıq 6-ci siniflərdə biliklərə yiyələnirlər.
Adətən ibtidai sinifləri bitirmiş şagirdlər orta siniflərdə keçərkən ilk zamanlar əsasən beşinci sinifdə müəyyən çətinliklərlə qarşılaşırlar. Həmişə yəni dörd il eyni sinif otaqinda bir müəllimdən təlim alan şagirdlər V sinifdə ayrı ayrı fənn kabinələrini gəzməli, müxtəlif müəllimlərdən dərs almalı olurlar. Beşincilər bu dövrdə məktəbə adaptasiyası müəyyən vaxt tələb edir. Tərcümə göstərir ki, şagirdlərin bu dəyişikliklərdə reaksiyası eyni olmur. Bəziləri tez, bəziləri gec adaptasiye edir.
Bəs fənn müəllimləri uşaqların bu gərginliklərini necə aradan qaldıra bilərlər, bu zaman hansı metodlara əl almaq daha formanı alar. Fikirmizcə uşaqların bu yaş dövründə daha çox biruzə çıxan xüsusiyyətlərinə diqqət yetirmək prosesini onlar üçün marağlı olan şəkildə qurmaq daha yaxşı nəticələr berər. Məlumdur ki, bu yaş dövrlərundə bütün uşaqlar hələ öz oyuncaqlarından və oyunlardan ayrıla bilmirlər. Odur ki, onlara yeni bilikləri öyrədərkən verilən materiala mövzulara onların gözü ilə baxmaq onları maraq dairəsindən çıxış edərək şagirdləri yeni-yeni biliklərlə silahlandırmaq olar. Uşaqlar oynamağı sevir. Onların uşaqlıq dunyasına rəng qataraq, dərsi elə bir şəkildə təqdim etmək lazımdır ki, onlar həm mövzünun imkan verdiyi şərtlər daxilində müəyyən oyun oynaya həm də, qarşıya qoyulan təlim məqsədinə yiyələnə bilsinlər. Профессор Я.Я.Аьайев yaz ır ki, h ягиги тялим цчцн метод вя технолоэийалар гаршыйа гойулмуш мягсяд вя шяраитдян асылы олараг сечилмялидир. Она эюря дя мцяллимляр мягсяд вя шяраитя, фяння, мювзуйа, шаэирдлярин тяжрцбя вя билик сявиййясиня эюря бцтцн тялим моделляриндян, мцхтялиф методика вя технолоэийалардан истифадя етмялидирляр. Ясас одур ки, тялим ушаглары инкишаф етдирсин, онлара дцшцнмяк, мцстягил фикир сюйлямяк, биликлярини тятбиг едя билмяк бажарыглары ашыласын, онларда цнсиййят, анлашма мядяниййяти формалашдырсын» (1, с.81).
V sinifdə tədris edilən Azərbaycan tarixi fənni bu cür yanaşma üçün çox əlverişlidir. əsrlərdən bəri formalaşan şifahi ədəbiyyat nümunələrmiz bir növ tarixin yaşanmışları ilə yoğrulu. Nağıllar, əfsanələr, dastanlar uşaqlar üçün maraqlı olduğu üçün tarix fənninin tədrisində bu janrların qəhrəmanlarını didaktik oyunlara gətirmək faydalı olar. Bu yaş dövründə uşaqlar özlərini nağı və dastanların qəhrəmanlara bənzətməyə meyl edirlər. Məhz bu xüsusiyyətlərini nəzərə alaraq şagirdlərin gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir etmək məqsədilə dərslikdə verilən materiallara bir növ yeni bir oyun kimi yanaşmaq olar. Bu cür yanaşma şagirdi həm öyrədir, həmdə tərbiyə edir, onda bilik və bacarıqların formalaşmasına şərait yaradır, yüksək əhval- ruhiyyə aşılayır. Ən əsası isə şagird öyrənməkdən həzz alır və təlimə daha həvəslə yanaşır. Azərbaycan tarixi dərslərində müəllim şagirdlərin yaş xüsusiyyətini nəzərə alaraq dərsi maraqlı təşkil etmək məqsədilə təxəyyülünü işə salaraq belə didaktik oyunlar düşünüb tapır və tətbiq edir. Mən V – VI siniflərdə bir çox mövzuları sujetli-rollu oyunların təşkilindən istifadə etməklə tədris edirəm.
Yüxarı siniflər hal-hazırda kurikulum proqramı ilə deyil ənənəvi üsulla dərs keçirlər. Lakin bu siniflərdə də interaktiv təlim metodlarınin tətbiqi sinifdə ən passiv şagirddə belə dərsə maraq oyadır. Yuxarı siniflərdə ənənəvi dərs quruluşu ilə yanaşı mövzudan asılı olaraq dəyirmi masaların təşkili, öyrənilən mövzunun əks tərəflərdən təhlili və müzakirəsi, tarixi hadisələrin dəyərləndirilməsi və yadda saxlanılması fənnin tədrisi prosesində müsbət nəticələr verir. Bu həmçinin şagirdlərdə faktları düzgün təhlil etmə və sərbəst fikir formalaşdırma bacarığının inkişafına müsbət təsir göstərir. Azərbaycan tarixi və ümumi tarix fənlərindən didaktik oyunlar təşkil edilərkən aşağıdakı metodiki suallara cavab verilməlidir:
Oyun prosesində tarixi baxımda yiyələnəcəkləri bilik və bacarıqlar;
Oyunu təşkil etmək üçün tələb olunan resurslar;
Mövzuya uyğun oyunun qaydalarını daha səlist və az vaxt ərzində şagirdə izah etmək:
Oyunun keçirilməsi zamanı şagirdlərin fəallığına nəzarət;
Oyuna ayrılan vaxt və qiymətləndirmənin təşkil edilməsi;
Sadalanan prosesi düzgün təşkil edərkən əldə etdiyim nəticə;
Proqramda verilən mövzunun tam mənimsənilməsi;
Təlim standartlarını yerinə yetirən dərsin təşkili;
Şagirdlərin intelektual səviyyəni yüksəltməklə onlarda məntiqi yanaşma, müstəqil fikir yürütmə və yaradıcı imkanlara yol açmanın ikişaf etdirilməsi;
Dərsin mənimsənilməsinə gərgin proses kimi yanaşmadan, onu əyləncə dolu maraq dünyasında reallaşdırmaq:
Aərbaycan tarixi fənnindən V sinifdə aşağıdakı aşağıdakı mövzunun tədrisi zamanı həyata keirdiyim oyun və metodlar:
Mövzu: Erkən şəhərlər, Üzərliktəpə, II Kültəpə .
Standartlar:
1.2.1. dövrün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
1.2.2. illüstrasiya şəkil və sənədli materiallardan istifadə etməklə tarixi tədqiqat aparır;
2.1.1. insanların həyat tərzini və məşğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
2.1.2. xəritələrdə Azərbaycan ərazisində mühüm tarixi abidələri müəyyənləşdirir:
Təlimin məqsədi :
1. Azərbaycanda orta tunc dövrünə aid maddi mənbələrin tariximizdə rolunu izah etmək;
2. Illüstrasiyalar istifadə etməklə o dövürdə insanların həyatını təsvir etmək;
3. Qədim dövrlərdə insanların Azərbaycan ərazisində yaşaması üçün coğrafi mövqein xüsusiyyətlərini və əlverişli şəraiti müəyyənləşdirmək;
4. Azərbaycan ərazisindəki ilk insan məskənlərinin, erkən şəhərlərin yerini xəritədə müəyyənləşdirmək.
Təlim forması : kollektiv və kiçik qruplarla iü
Təlim üsulu : didaktik oyun, diskussiya
Inteqrasiya : C 3.1.2.: Ü-t 3.1.2.: 2.1.2
Resurslar : İKT, xəritə, dərslik, illustrasiyalar, marker, iş vərəqləri, flipçat, yapışqanlı lent və s.
Şagirdləri lazım olan vəsaitlərlə təmin edirəm.
Motivasiya (3dəqiqə ):
Dərsin bu mərhələsində şagirdlərə mürəciət edirəm, əgər siz o dövrdə yaşasaydınız və yaxud da bir “zaman maşınınız” olsaydı və sizi keçmişə apara bilsəydi, o dövrə getsəydiniz . cümləni tamamlamadan onların üzündə necə maraq dolu ifadələr yarandığının şahidi oldum. Və proses başlanır.
Proyektor vasitəsi ilə qədim dövrə aid maddi mənbələrdən nümunələr və qədim şəhərlərin qalıqlarının görüntüləri ekranda canlandırılır, şagirdlər illustrasiyalar əsasında öz fərziyyələrini söyləyirlər, xəritədə qədim yaşayış məskənlərinin yerini müəyyənləşdirirlər. Sonra Azərbaycan tarixinin qədim dövr elektron materialı (orta tunc dövrü) nümayiş etdirilir.
Təlimin məqsədinin izah etdikdən sonra şagirdləri qruplaya ayırıram. Təbii ki indiki texnaloji inkişafın əhatəsində olan şagird birdən birə özünü uzaq keçmişdə təsəvvür edə bilmir. Onlarda bir qədər təsəvvür oyatmaq üçün audiovizual tədris vəsaitindən istifadə edirəm. Uyğun mövzu ilə əlaqəli görüntüləri şagirdlərin diqqətinə çatdırıram. Burada həm coğrafiya, həm də ümumi tarix fənnlərindən əldə etdikləri bilikləri də xatırlamağı tövsiyyə edirəm.
Tədqiqat sualı : İlkin şəhər mərkəzəri hansı şəraitdə meydana gəldi?
Tədqiqatın aparılması : Qrupların hər birinə sual və tapşırıq verilir, iş vərəqləri paylanılır. Bundan əlavə hər qrupa ayrı-ayrı xronoloji tapşırıq verilir: oyun xarakteri daşıyan bu tapşırığın mahiyyəti şagirdlərin əvvvəkli dərslərdə keçdiklərini necə qavramasını təyin etmək üçündür. Qruplardan ikisinə müxtəlif illər yazılmış vərəqlər paylanılır, burada şagirdlər o illərdə baş verən hadisələri müəyyənləşdirməlidirlər. Digər iki qrupa isə müxtəlif hadisələr yazılmış vərəqlər paylanılır, burada isə şagirdlər hadisələrin baş verdiyi illəri tapmalıdırlar. Dərsin sonunda tapşırığın hansı qrupda daha tez və düzgün yerinə yetirildiyi elan edilir və şagirdlər bu oyunun qalibi olaraq rəğbətləndirilir.
Tədqiqatın başlanğıcında bir şagird şəhər hakimi secilir, o tacirlərin, sənətkarların, əkinçilərin, dulusçuların nümayəndələrini yanına çağırır. Onlara tapşırır ki, Üzərliktəpəyə və II Kültəpəyə getsinlər, ordan öz sənətlərinə uyğun məlumatlar əldə edib gətirsinlər. Ən yaxşı və düzgün məlumat verənlər hakimin ənamını alacaq. Hakimin yanından çıxanlar öz tapşırıqlarının dalınca yollanırlar. Tapşırıqlar bunlardan ibarət olur:
I qrup: Tacirlər – İlkin şəhər mərkəzləri harda salınıb? O yaşayış evlərinin xüsusiyyətlərini sadalayın. Xəritədə ilkin şəhər mərkəzlərinin yerini müəyyən edin.
II qrup: Sənətkarlar -qədimdə əhalinin yaşayış tərzini o dövrə aid maddi nümunələrin şəkli əsasında təsvir edin. Üzərliktəpə yaşayış yerinin xəritədə yerini tapın və haqqında bilgilər nümayiş etdirin.
III qrup: Əkinçilər -Xəritədə qədim yaşayış yerini müəyyənləşdirin. Orada qədim əhalinin yaşayış tərzini tapılmış maddi nümunələr əsasında təsvir edin.
IV qrup : Dulusçular – şəhər tipli yaşayış yerlərinin xüsusiyyətlərini venn dioqramında işləyin, xəritədə onların yerini müəyyən edin. Onların tarixini zaman oxunda qeyd edin.
Məlumatın mübadiləsi : qruplar ayrılmış vaxt ərzində suallara cavab hazırlayır. Tapşırıqları yerinə yetirirlər.
Informasıyanın müzakirəsi : cavablar müzakirə olunur yönəldici suallara şagirdlərə informasiya mübadiləsi üçün şərait yaradılır. Şəhər hakimi hər bir nümayəndəni ayrı-ayrılıqda dinləyir və onları topladığı məlumatlara görə rəğbətləndirir.
Qruplar
Mənbələrdən düzgün
Istifadə və təqdimetmə
Tapşırıq vaxtında yerinə yetirilib
əməkdaşlıq
Ümumi nəticə
I.Tacirlər
II Sənətkarlar
III. Əkinçilər
IV. Dulusçular
Nəticə və ümumiləşdirmə :
Orta tunc dövründə insanların həyatında baş verən dəyişiklik. Ikinci böyük əmək bölgüsü sənətkarlıqla məhsul istehsalındakı dəyişikliklər. Uzaq şəhərlərə ticarət əlaqələrinin yaranması və mal mübadiləsi.
Ev tapşırığı : internet resurslarından istifadə etməklə Azərbaycanda erkən dövr şəhərləri mövzusunda esse yazmaq.
Orta tunc dövrü maddi mənbələrinə aid şəkillər əsasında slayd hazırlamaq.
Qiymətləndirmə meyarları
1) Izahetmə
2) Müəyyənetmə
Formativ qiymətləndirmə:
Yüksək
Erkən şəhərlərinöyrənilməsində
maddi mənbələrin rolunu
müyyən edir
Maddi mənbələrin rolunu sualların köməyi ilə izah edə bilir
Maddi mənbələrin rolunu əsaslandıraraq izah edir
Erkən şəhərləri tanıyır, xəritədə yerini göstərə bilmir
Xəritədə erkən şəhərlərin yerini çətinliklə müəyyən edir
Xəritədə erkən şəhərlərin yerini müəyyənləşdirir
Dərsin yekununda şagirdlər həm meyarlara, həm də əlavə verilən tapşırığı daha tez və düz yerinə yetirdiklərinə görə qiymətləndirilir. Dərs prosesində oyunun mahiyyəti şagirdlərdə düşüncə tərzini formalaşdıraraq, onların keçmişə bir xəyali səyahətindən tarixi hadisələrə baxışı müzakirələrdə dinlənilir. Əlavə tapşırıqda birincilik qazanmış şagirdlər xüsusi qeyd edilir, onların sualları və verilən cavablar dinlənilir.
Tarix maraqlı hadisələrlə, görkəmli şəxsiyyətlərin həyatından örnəklərlə zəngin fənndir. Bundan istifadə edərək şagirdlərə müsbət keyfiyyətlər aşılamaq olar. Gənclərimizin şəxsiyyət kimi formalaşmasında tarix fənninin rolu danılmazdır.
Məqalənin elmi yeniliyi : ondan ibarətdir ki, burada ilk dəfə didaktik oyunlardan rollu oyunlardan istifadə etməklə tarix fənninə marağın artırılması rolları göstərilmişdir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi . Məqalədə irəli sürülən müddəalardan, didaktik oyun metodlarından tarix fənninin mənimsədilməsində bütrün fənn müəllimləri, eyni zamanda yuxarı məktəbəqədər yaşlı uşaqların dünyagörüşünün formalaşdırılmasında tərbiyəçilər faydalana bilərlər.
Nəticə etibarilə deməliyik ki, təlim prosesində İKT və digər interaktiv təlim üsullarından istifadə etməklə təlim keyfiyyətini yüksəltmək, didaktik oyunlar metodundan istifadə edərək təlimə şagirdlərin marağını artırmaq olar.
Istifadə edilmiş ədəbiyyat.
1. Аьайев Я.Я. Тялим просеси: яняня вя мцасирлик. «Адилоьлу» няшриййаты, Бакы, 2006.
2. Sadıqov F.B. Pedaqogika, Bakı, 2006.
3. Rüstəmov F., Paşayev Ə. Pedaqogika (yeni kurs). Bakı, 2002.
4. Mahmudlu Y., Cabbarov H., Hüseynova L., Azərbaycan tarixi V sinif (dərslik), “Təhsil”, Bakı, 2012
Рустамова Гюльтекин
Использование ролевых игр на уроках
истории Азербайджана и Всеобщей истории.
В статье рассказывается об использовании методов интерактивного обучения как в V-VI классах c внедрением курикулума, так и в старших классах, где обучение проводится традиционными методами. В начале статьи автор рассказывает об особенностях учащихся 5-х классов, которые только что начали получать знания по разным предметам от разных преподавателей, и об их постепенной адаптации. Автор отмечает, что в таких условиях очень важно создание на уроке таких условий, где дети почувствовали бы себя раскованно, где им было бы интересно. С этой целью автор предлагает использовать дидактические ролевые игры и отмечает эффективность таких уроков.
Summary
Rustamova Gultekin
Using role-playing games in the classroom
Azerbaijan’s history and world history .
The article describes the use of interactive teaching methods in classes V-VI c implementation of curriculum , and in high school, where the training is conducted by traditional methods. At the beginning of the article the author talks about the students 5th grade who had just started to gain knowledge on different subjects from different teachers and their gradual adaptation . The author notes that in such circumstances, it is important to create an environment in the classroom where children would feel at ease , where they would be interested. To this end, the author suggests using didactic role playing and notes the effectiveness of these lessons
Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili
Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Açar sölər : yeni təlim texnalogiyaları, texnaloji inkişaf səviyyəsi, axtarış aparmaq, dərk etmək, tədbiq etmək, yaradici yanaşma, kurikulumun tətbiqi, ənənəvi dərs.
Ключевые слова : новые технологии обучения, уровень технологического развития, проведение исследования, познать, применять, творческий подход, впедрение курикулума, традиционный урок.
Key words: new educational technology, the technology level, to research, to comprehense , to use project works, the use of curriculum.
Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Bu günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11 siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə fərdilik və yaradıcı yanaşmanı da inkişaf etdirir. Prezentasiyaların hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint proqramı dərslərdə xəritələrin, rəsmlərin, tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə imkan yaradır.
Bu imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə şagirdlərin dərsə marağını artırmaq olar.
Bir ənənəvi dərs zamanı şagirdlərimdən biri əl qaldıraraq bir təklifi olduğunu söylədi. O, sərbəst şəkildə fikrini bildirərək dedi ki, “ . biz kitabdakı məlumatları elə özümüz də oxuyub öyrənə bilərik, yaxşısı budur ki, siz , kitabda olmayan məlumatları bizə deyin, ya da mənbə deyin, biz özümüz araşdırma – tətqiqat aparaq.” Sinifdə fikir ayrılığı yarandı, bəziləri onunla razılaşdı, bəziləri yox. Hər iki tərəfə fikrini əsaslandırma imkanı yaradıldı ,təbii ki mütərəqqi fikir üstünlük qazandı.
Ümumilikdə götürdükdə, tarix fənni sirrli maraqlı faktlarla doludur.Sadəcə bir qədər vaxt sərf edib dərsin mövzusunu əhatə edən faktları əldə e tmək, onları şagirdlərin diqqətinə çatdırmaq mövzunun mənimsənilməsinə müsbət təsir göstərir. Bu zaman şagirdlərin istəyini və hal-hazırki texnoloji inkişafın istənilən məlumatı əldə etmək imkanını nəzərə alsaq, ənənəvi dərsləri müasir tələblərə cavab verə biləcək səviyyədə quraraq təlimin ktyfiyyətini yüksəltmək olar.
Bütün fənnlərdə olduğu kimi tarix fənnində də hər bir mövzunun tədrisi özünəməxsus öyrətmə tərzi tələb edir. O cümlədən, İKT-dan istifadə etməklə və əlavə materiallar əsasında mövzunun tam mənimsənilməsinə və şagirdlərin yaddaşına həkk olunmasına nail olmaq mümkündür. Məsələn: dərslər ənəəvi üsulla tədris edilərkən 6-cı sinifdə Ümumi tarixi fənnindən proqrama “Əhəmənilər dövləti” mövzu yerləşdirilib. Mətnin sonunda dövlətin süqut olması yalnız bir cümlə ilə qeyd olunub. Burada Makedoniyalı İsgəndərin adı çəkilir və şagird televiziyada yayınlanan filmlərdə bu şəxsiyyət haqqında məlumatı olduğuna görə daha dəqiq məlumat istəyir. Orada göstərilirdi ki, “Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövrünə Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə 330-cu ildə süqut etdi”. Niyə? Şagirdi bu sual düşündürür: Nə baş verdi? Hadisələrin inkişafı şagirdə maraqlıdır. Dərslikdə səbəb göstərilmir, deməli, səbəbi şagird özü axtarmalıdır. Sinifdə İKT-nin köməkliyi ilə axtarış verilir və şagirdlər cavabı müəyyən edirlər: ” . E.ə.331 -ci ilin yazında İsgəndər yenidən Asiyada göründü. Yunan-Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci il oktyabrın 1-də burada İsgəndər qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma oldu. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini idi. III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı… Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. Persepoldakı şah sarayı yandırıldı.Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. III Dara İsgəndərlə mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada öz köməkçisi Bess tərəfindən öldürülü. ” Dərsin gedişində İkt-dən istifadə etməklə qurulan dərsdə mövzuya aid əlavə faktların öyrənilməsi şagirdlərin yaddaşına həkk olunur: o dövrdə Əhəmənilər imperiyasının tərkibindəki xalqlar onlara edilən zülmün nəticəsində Əhəməni qoşununda vuruşmaqdan imtina edirlər.
Müasir dövrün inkişaf tempini nəzərə alaraq bu gün məktəbin qarşısında cəmiyyətə düşünən, yaradıcı tətbiqetməni bacaran, sərbəst fikir söyləməklə yanaşı onu əsaslandıran şəxsiyyərlər yetişdirmək vəzifəsi durur. Şagirdin 11 il ərzində əldə etdiyi bilik və bacarıqlar, yaddaşına həkk olunmuş faktlar gələcəkdə harada olmasından asılı olmayaraq onun baza biliklərini təşkil edir. Müasir üsulla təşkil edilən dərs prosesində müəllim-şagird baryeri aradan qaldırılır. Belə bir şəraitdə İKT tətbiq edən müəllimin şagirdlərlə münasibəti daha səmimi olur. Şagird belə müəllimi özünə daha yaxın bilir, onunla informasiya mübadiləsi edir, əlavə tədqiqat aparmaq üçün istiqamətin müəyyənləşdirməsini müzakirə edir, digərlərindən fərqlənmək və uğur qazanmaq üçün məsləhətlər alır. Belə işgüzar şərait onların bilik və bacarıqlarının inkişafı ilə yanaşı tədqiqat apararaq yeni faktları əldə edib, bunun üzərində fikir yürütmək bacarıqlarının yaranmasına da imkan verir. Müasir dərsin bu gün qarşımıza qoyduğu tələb şagirdə axtarış aparmaq, dərk etmək, tətbiq etmək və s. bacarıqları aşılamaqdır.
Yeni bilikləri şagirdlərə yalnız öyrətməklə kifayyətlənmək olmaz. Öyrəndiklərini yadda saxlamaları üçün onlara uyğun şərait yaratmaq, xüsusən də tarix dərslərində maraqlı strategiyalar tətbiq etməklə verilən bilikləri möhkəmləndirmək daha faydalı olar. Məsələn: 8-ci sinif Azərbaycan tarixi proqramında “Azərbaycan Çobani və Cəlairilərin hakimiyyəti altında” adlı mövzu vardır. Bu mövzuda Məlik Əşrəfin Qızıl Orda xanı Canı bəy tərəfindən taxtdan salmasından bəhs edilir. Dərslikdə Məlik Əşrəfin edam olunduğu yazılır. Amma hadisələrin necə cərəyan etməsi, təbii ki, açıqlanmır (əgər hər baş verən hadisənin açıqlaması və izahı salnamələrdə verildiyi kimi açıq şəkildə yazılsa, mövzu çox böyük alınar ki, bu da şagirdin qavraması üçün çətinlik törədər ). Bu mövzunu tədris tdərkən Vaqif Piriyevin “Azərbaycan XIII – XIVəsrlərdə” adlı kitabından bir mənbə kimi istifadə edərək, oradakı salnamələrdə əks olunmuş edam səhnəsini şagirdlərin nəzərinə çatdırmaq şagirdlərdə böyük maraq doğurar. Bu zaman şagirdlər dəqiq öyrənirlər ki, Məlik Əşrəf Canı bəy tərəfindən edam edilməyib. Çünki, mənbədə yazılır: ” . Canı bəy Məlik Əşrəfi öldürmək fikrində deyildi, onu öz ölkəsinə ( Qızıl Ordaya) aparmaq istəyirdi. Lakin, şirvanşah Kavus, Qazi Məhiyyəddin Bərdəyi və başqa yerli feodallar bildirirlər ki, Əşrəf öldürülməsə əhali mübarizədən əl çəkməz və iğtişaş baş verər. Canı bəy fikrindən dönür və Əşrəfi onların sərəncamına verir. Məlik Əşrəf edam olunmaq üçün meydana gətirilir. Yolda təbrizlilər onu cəlladın əlindən alır, atdan çəkib yerə atırlar, böyrünə xəncər sancırlar. Əşrəfin edam mərasimi təbrizlilərin şadlıq bayramına çevrilir. Əhali dəstə-dəstə Marağalılar məscidinə tərəf axışır və Əşrəfin asılmış başına lənətlər yağdırırdılar” (2, səh 156). Hadisələrin salnamələrdə əks olunmuş təsviri şagirdlərin yaddaşından silinməyəcək, Hülakülər dövlətinin süqutunu həmişə dəqiqliklə yadda saxlayacaqlar. Burada şagirdin diqqəti faktların dəqiqliyinə, yəni əslində Məlik Əşrəfin ölümü və bununla da Hülakülər dövlətinin süqutunun hansı şəraitdə baş verməsinə yönəldilir. Baxmayaraq ki, Məlik Əşrəf Hülakü nəslinin nümayəndəsi deyildi, amma onun ölümü ilə dövlətin də faktiki varlığına son qoyuldu. Bu fakt şagirdlərin diqqətinə çatdırılmaqla əqli nəticə əldə edilir.
Təcrübə göstərir ki, dərsdə müxtəlif təlim üsullarından istifadə etmək, İKT-dən əldə edilən məlumatlarla yanaşı müxtəlif ədəbiyyatlarla da işləmək təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edir, şagirdlərin fəallığını artırır. Onların bu fəallığını daha da artırmaq məqsədilə növbəti dərslərin gedişində araşdırmanın aparılmasını şagirdlərin özlərinə həvalə etmək təlimin səmərəliliyini daha da artırır. Hər dəfə yeni məlumat müəllim tərəfindən təqdim edilərsə, şagirdlərin araşdırma aparmaq bacarığı inkişaf tdə bilməz. Odur kl, sinifə müraciət edərək ev tapşırığında “Keçilən mövzu ilə əlaqədar daha maraqlı, və fərqli məlumatlar əldə etməklə kim təqdimat hazırlaya bilər? “ – deyə müraciət etdikdə, şagirdlər arasında elmi rəqabət yaranır. Gələn dəfə üçün hər kəs elə bir təqdimat nümayiş etmək istəyir ki, fərqli və maraqlı olsun. Bununla da şagirdin fənnə olan marağı və istəyi daha da artmış olur. Yaradıcı yanaşmanı inkişaf etdirmək məqsədi ilə şagirdlərə prezentasiyaların hazırlanması, vebsaytların yaradılması, elektron testlərdə biliklərini sınamaq kimi metodlar təklif edilir. Bu zaman şagirdlər bir-birindən fərqli individual olaraq işlər təqdim etməyə çalışır, bu isə onlarda fənnə olan marağı daha da artırır.
Şagirdlər yarışmanı sevir, ona görə də onlara bir yarışma elan edib, təqdim edəcəkləri işəri də elə məhz özlərinin qiymətləndirməsini həvalə etməklə təlim prosesini bir qədər də canlandırmfq olar . Təqdimatları ya qruplar şəklində, ya da fərdi individual olaraq təqdim edə bilərlər. Əsas odur ki, dəqiq faktlara söykənən, ətraflı, fərqli bir iş olsun. İndiki nəsl kompyüterlə işləmək bacarığına görə özündən əvvəlki nəsilləri çox geridə qoyub. Bəs niyə onların bu bacarıqlarını təlimə yönəltməyək? Şagird kompyüter biliklərindən təlimin bir çox mərhələlərində istifadə tdə bilər:
Comments are closed, but trackbacks and pingbacks are open.