İranın “Dəniz” qəzeti “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar” kitabı haqqında məlumat yayıb
– Uşaq ili ilə bağlı nələri həyata keçirmək istərdiniz?
«Tumurcuq»- uşaqların sevimli qəzeti
Yaxşı deyilib ki, uşaqlar bizim gələcəyimizdir. Güclü və sağlam gənclik isə gözəl gələcəyin ən yaxşı təminatçısıdır. Məhz bu amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il uşaqlara qayğı və sevgi ili elan olundu. Dövlət başçısının imzaladığı bu fərman uşaq təşkilatlarının, mərkəzlərinin, mətbuatının üzərinə böyük məsuliyyət yükü qoymuşdur. Elə bunları nəzərə alaraq “Tumurcuq” uşaq qəzetinin redaktoru Səməd Məlikzadə ilə görüşdük. Məqsədimiz qəzetin fəaliyyətini, bu illə bağlı planlarını işıqlandırmaqdır.
Söhbətimizin əvvəlində Səməd Məlikzadə bildirdi ki, “Tumurcuq” uşaq qəzeti 1996-ci ildən balaca oxucularının görüşünə gəlir. Latın qrafikası ilə çıxan ilk uşaq mətbuat orqanı olub. Qəzetin ilk sayının işıq üzü görməsinə xalq şairi B. Vahabzadə və xalq yazıçısı Anar dəstək vermişlər. ”Tumurcuq” əsasən aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Lakin böyüklər də onu maraqla oxuyurlar.
– Səməd müəllim , “Tumurcuq” digər mətbuat orqanlarından nə ilə seçilir?
– Əvvəla, “Tumurcuq” qəzeti “Günəş”, “Göyərçin”, “Savalan” və başqa uşaq mətbuatından çox gəncdir. Qəzetimizdə türk, ingilis, rus dillərində uşaq ədəbiyyatından nümunələr veririk. Qəzetdə dərc olunan hekayələr, nağıllar, ədəbi materiallar dərsliklərdə yoxdur. Bunlar uşaqlara sinifdən xaric oxu materialları kimi təqdim olunur. Çalışırıq ki, uşaqlara mənəvi dəyərlərimizi aşılayaq, onlarda vətənə, torpağa, təbiətə sevgi hissi formalaşdıraq. Bununla bağlı olaraq mütəmadi olaraq türk xalqlarının ədəbiyyatından maraqlı mövzular dərc edirik. Tez-tez zəngin folklor nümunələrimizə də müraciət edirik.
– Materialları necə əldə edirsiniz? Mütəmadi olaraq sizə yazanlar var?
Uşaqlar üçün yazmaq çox çətindir. Uşaqların psixologiyasını bilmək çox vacibdir. Bu məsələdə təkcə “Tumurcuq” deyil, bütün mətbuat orqanları əziyyət çəkir. Ona görə ki, uşaqlar üçün yazanlar azdır. Gənclər arasında isə demək olar ki, yoxdur. Biz özümüz arxivlərdə və digər mənbələrdə axtarışlar aparır, materiallar toplayırıq. Bu yaxınlarda Fikrət Qocanın uşaq şeirlərini çap etmişdik. O şeirləri ki, Fikrət müəllimin özü də unutmuşdur. Bölgələrdən də davamlı olaraq ədəbi nümunələr göndərirlər. Tacəddin Şahdağlını xüsusi ilə qeyd etmək istərdim. Bundan başqa Zahid Xəlil, Fikrət Sadıq, Oqtay Rzanın uşaq şeirlərinə müraciət edirik.
– Uşaq ili ilə bağlı nələri həyata keçirmək istərdiniz?
– İlə yeni başladığımız üçün hələ bütün planlar barəsində danışmaq tez olardı. Amma bu il uşaq evlərinə , xəstə uşaqlara diqqəti daha da artıracağıq. “İstedadlı uşaqlar” axtarışımızı bu il də davam etdirəcəyik.
– Əlbəttə. Biz bacardığımızı edirik. Düşünürəm ki, “Tumurcuq” öncüllərdəndir.
– Uşaqlar sizə nə yazırlar?
– Arzularından, istəklərindən, bizə olan sevgilərindən.
– Bəs siz onların könüllərini necə alırsınız?
– Onların ilk addımlarını işıqlandırmaqla, istəklərinə uyğun yazılarımızla.
– Bu gün dövlətimiz hərtərəfli inkişaf edir. İnanıram ki, uşaq mətbuatı bir neçə ildən sonra bundan daha keyfiyyətli olacaq. Səviyyə dəyişməlidir. İstərdim xarici ölkələrdə olduğu kimi bizdə də uşaq telekanalları olsun. Uşaqlarımızı müasir ruhda böyüdək.
İranın “Dəniz” qəzeti “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar” kitabı haqqında məlumat yayıb
Tehran, 12 avqust, AZƏRTAC
İranın Qərbi Azərbaycan vilayətində dərc olunan “Dəniz” qəzeti AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtının İstanbulda Azərbaycan, türk, fars, rus və ingilis dillərində çap edilən “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar” adlı kitabı haqqında məlumat yayıb.
Kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun məsləhəti ilə yazılan kitaba professorlar Elman Nəsirov, Musa Qasımlı və İbrahim Öztək rəy veriblər.
Ön söz, iki fəsil və nəticədən ibarət kitabda ermənilərin dünyanın ayrı-ayrı ölkələrində törətdikləri terror, qətl, qarət və digər mütəşəkkil cinayətləri əks etdirən yüzdən artıq sənəd yer alıb.
Professor Əli Həsənov ön sözdə yazır: “Azərbaycanın məruz qaldığı erməni təcavüzünə 1918-ci ilə qədər erməni millətçiləri və din xadimləri başçılıq ediblər. Müasir dövrdə isə Azərbaycan xalqına, onun dövlətçiliyinə, ərazi bütövlüyünə, milli-psixoloji sabitliyinə qarşı yönəlmiş erməni təcavüzkarlığı məhz işğalçı Ermənistan dövlətinin birbaşa himayədarlığı ilə davam etməkdədir. Kitabda toplanmış çoxsaylı faktlar, onların ilkin informasiya mənbələrinin göstərilməsi və digər həqiqətlər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünəni və bu günü, səbəb və nəticələrinin araşdırılması ilə məşğul olan, o cümlədən uydurma “erməni məsələsi”ndən doğan proseslərə maraq göstərən tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyır”.
Kitabın fars dilində də nəşrini yüksək dəyərləndirən “Dəniz” qəzeti yazır ki, bu kitab erməni millətçilərinin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri tarixi cinayətlərin öyrənilməsi baxımından farsdilli oxucular üçün əsaslı mənbədir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Naxçıvanın sabiq rəhbəri VƏFAT ETDİ
10 Mart 2023 10:01
Hacı Şahinin məzarının ziyarətgaha çevriləcəyi ilə bağlı açıqlamalar siyasi məqsəd daşıyır – Deputat
10 Mart 2023 09:45
132 avtobus tıxacda qaldı – SİYAHI
10 Mart 2023 08:57
Hacı Şahinin məzarı ziyarət üçün bağlandı
09 Mart 2023 22:45
Azərbaycanda tanınmış sahibkarın pulları müsadirə edildi – SƏBƏB
09 Mart 2023 22:07
Məşədi Dadaş məscidində Hacı Şahini bu şəxs əvəz edəcək – FOTO
09 Mart 2023 19:18
Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu
Rusiyanın YENİ PLANI:
Tatarıstan Respublikası qubernatorluğa çevrilir – AÇIQLAMA
Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm –
aktrisa Arzu Abdulova ilə MÜSAHİBƏ
“Heç vaxt ölməyən insanlar var”
– 1 daşla 9 quş
“Özüm daha heç nəyə, heç kimə güvənmirəm”
– Tanınmış teleaparıcıdan İNANILMAZ cavablar
“SOCAR PETROLEUM”-dan bilinənlər və bilinməyənlər
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarından REPORTAJ
“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır”
– Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar
“Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur”
– Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏ
“Çox çətin uşaqlığım olub”
– Niyaz Niftiyevlə müsahibə / FOTOLAR
“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir”
– Səlim Babullaoğlu ilə müsahibə / FOTOLAR
Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? –
Ümumi cərrahla MÜSAHİBƏ / FOTOLAR
12 fevral xalq qezeti
Azərbaycanda olan hadisələr
1931 – Rusiya İmperator ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Hərb naziri, Azərbaycan SSR hərbi xadimi Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 74 yaşında vəfat edib (d. 1856).
1992 – Şri-Lanka Azərbaycanın müstəqilliyini tanıyıb.
Dünyada olan hadisələr
1049 – Qraf Bruno fon Eguisheim-Daqsburq 152-ci Papa seçilib və IX Leo adını alıb.
1111 – Papa II Pasxaliy Müqəddəs Roma İmperatoru V Henrixin tacqoyma mərasimindən imtina edib, bundan sonra imperator papanı həbs edib və onu Romadan sürgün edib.
1429 – Yüz illik müharibə: Orlean mühasirəsi zamanı İngilislər Rouvray döyüşündə fransızları məğlub ediblər.
1429 – Şampani və Lotaringiya sərhəddindəki Domremi kəndindən olan 17 yaşlı bir qız Vaukulyor şəhərinin kapitanı Robert de Baudrikurta müraciət edərək deyib ki, Orleandan mühasirəni qaldırmaq, dofini taxtına qovuşdurmaq və işğalçıları qovmaq məhz onun taleyinə yazılıb. Janna d’Ark dastanı belə başlayıb.
1461 – Qırmızı və Ağ qızılgüllərin müharibəsi: Müqəddəs Albanların ikinci döyüşü. Lankastr ordusu Uorvik qrafının komandanlığı altında York ordusunu məğlub edbi və Uorvikin əsiri olan Kral VI Henrixi azad edib.
1502 – Xristianlığı qəbul etməyən mavrlar Kastiliyadan qovulublar.
1541 – İspan konkistadoru və Çilinin ilk qubernatoru Pedro de Valdivia tərəfindən Santyaqo-de-Çili şəhərinin əsası qoyulub.
1593 – İmjin müharibəsi: Kwon Yul komandanlığı altında 3000 Koreya əsgəri Hyangju qalası uğrunda döyüşdə təxminən 30.000 Yapon ordusunu məğlub edib.
1797 – Jozef Haydn tərəfindən yazılmış “Tanrı, Kayzeri qoru” himni ilk dəfə səsləndirilib və bu, Avstriya İmperiyasının dövlət himni olub.
1810 – Napoleon Bonapart 1994-cü ilə qədər fəaliyyət göstərən yeni cinayət məcəlləsini təsdiqləyib.
1818 – Çili müstəqilliyini elan edib.
1832 – Ekvador Qalapaqos adalarını ilhaq edib.
1855 – Miçiqan Dövlət Universitetinin əsası qoyulub.
1865 – Dmitri Mendeleyev “Spirtin su ilə birləşməsi haqqında” dissertasiya müdafiə edib. Çoxları əmindir ki, o, rus arağı reseptinin əsasını qoyub.
1898 – İlk avtomobil qəzasının qurbanı: Henry Lindfield öz avtomobilində qəzaya düşərək həyatını itirib.
1908 – Dünyada ilk avtomobil yarışları Nyu-Yorkda başlayıb.
1909 – Qaradərili əhalinin hüquqlarını qorumaq üçün əsası ABŞ-ın əsas ictimai təşkilatı olan Rəngli İnsanların İnkişafı üzrə Milli Assosiasiya yaradılıb. Hazırda dünyanın ən qədim və ən nüfuzlu vətəndaş hüquqları təşkilatlarından biridir.
1912 – 6 yaşlı Çin imperatoru Puyi taxtdan salınıb. Beləliklə, iki min illik Çin İmperiyası və 267 illik Mançu sülaləsinin hakimiyyəti sona çatıb.
1912 – Çində Qriqorian təqvimindən istifadəyə başlanılıb.
1920 – Türkiyə Qurtuluş Savaşı: Türk Silahlı Qüvvələri Fransanın hakimiyyəti altında olan Kahramanmaraşı azad edib.
1925 – Qazax MSSR-in tərkibində Qaraqalpaq Muxtar Vilayəti yaradılıb.
1929 – Stalin tərəfindən sürgün edilən keçmiş müharibə komissarı Trotski “İlyiç” adlı gəmi ilə İstanbula gəlib.
1934 – Avstriyada vətəndaş müharibəsi başlayıb.
1939 – Peru milli futbol komandası Amerika Kubokunu qazanıb.
1941 – Penisilin ilk dəfə bir xəstəni müalicə etmək üçün uğurla istifadə edilib.
1942 – Dövlət Müdafiə Komitəsinin qərarı ilə V.Q.Qrabinin rəhbərlik etdiyi komanda tərəfindən hazırlanmış 76 mm-lik diviziya silahı ZIS-3 xidmətə qəbul edilib. Bu silah İkinci Dünya Müharibəsinin ən kütləvi silahı olub və dünyada konveyer üsulu ilə istehsal edilən ilk silah olub.
1943 – 37-ci və 18-ci ordular Şimali Qafqaz Cəbhəsinin 46-cı ordusunun qüvvələrinin bir hissəsi ilə birlikdə, partizanların dəstəyi ilə Krasnodar şəhərini azad ediblər.
1944 – Kanarisin başçılıq etdiyi əməliyyatların bir sıra uğursuzluqlarından sonra Hitler Kanarisin vəzifəsindən uzaqlaşdırıldığını, eləcə də Abverin böyük hissəsinin SS-in İmperator Təhlükəsizlik Baş İdarəsinə təyin edildiyini elan edib. İstefadan sonra Kanaris Lauenstein qalasına yerləşdirilib və oradan çıxması qadağan edilib.
1944 – Leninqrad-Novqorod əməliyyatı: Leninqrad Cəbhəsinin 67-ci Ordusunun birləşmələri Volxov Cəbhəsinin qoşunları və partizanların dəstəyi ilə Luqa şəhərini azad edib.
1945 – Peru Almaniyaya müharibə elan edib.
1945 – Qərbi Karpat əməliyyatı: 4-cü Ukrayna Cəbhəsinin 1-ci Qvardiya və 38-ci Ordularının birləşmələri Moravska-Ostrava bölgəsinin kənarında düşmənin güclü müqavimət mərkəzi olan Bielsko-Biala şəhərini ələ keçirib.
1945 – Budapeşt əməliyyatı: 2-ci Ukrayna Cəbhəsinin qoşunları Budapeştin qərb hissəsində düşmənin müqavimətini qıraraq kral qalasını və köhnə qalanı tutublar.
1946 – Müttəfiq qüvvələr tərəfindən ələ keçirilən alman sualtı qayıqlarını, əsasən Şimali İrlandiyanın Leesahally və Loch Reahan, Şotlandiyanın dərin limanlarında məhv etmək üçün “Ölü işıq” əməliyyatı tamamlanıb. Təslim olan 154 sualtı qayıqdan 121-i məhv edilib, qalan 33-ü müttəfiqlər arasında bölüşdürülüb.
1947 – Sıxote-Alin dağlarına (SSRİ) Sıxote-Alin meteoriti düşüb.
1949 – “Müsəlman Qardaşları” beynəlxalq dini-siyasi birliyinin yaradıcısı Həsən əl-Bənna Qahirədə güllələnib, onun qatili isə heç vaxt tutulmayıb.
1950 – Aralıq dənizi regionunda yerləşən 23 Avropa televiziya və radio şirkəti Böyük Britaniyanın Devon ştatının Torkvi kurort şəhərində keçirilən konfransda dünyanın ən böyük milli yayım təşkilatları birliyi olan Avropa Yayım Birliyini yaradıb. EBU illik Eurovision Mahnı Müsabiqəsi, Junior Eurovision Mahnı Müsabiqəsi və Eurovision Rəqs Müsabiqəsinin təşkilatçısıdır.
1955 – SSRİ Nazirlər Sovetinin qitələrarası ballistik raketin sınağı və Yerin süni peyklərinin buraxılması üçün poliqonun yaradılması haqqında – SSRİ Nazirlər Sovetinin 5 saylı tədqiqat və sınaq poliqonunun yaradılması haqqında 292-181 saylı fərmanı qəbul edilib. Tikinti yeri kimi Qazaxıstan seçilib. 1961-ci ildən sınaq meydançası Baykonur Kosmodromu kimi tanınıb.
1957 – Robert Ventorf Yerdəki ən sərt materiallardan biri olan borazonu (kub bor nitridi) əldə edib.
1958 – Çində Böyük Sıçrayış siyasətinin bir hissəsi olaraq, zərərvericilərə qarşı kütləvi mübarizə kampaniyası başladılıb. Kampaniyanın ideyası “dörd zərərvericini” – siçovulları, ağcaqanadları, milçəkləri və sərçələri məhv etmək idi. Sərçələrə qarşı kampaniya ən kütləvi xarakter alıb.
1961 – Sovet İttifaqında Venera planeti istiqamətində avtomatik planetlərarası “Venera-1” stansiyası buraxılıb. “Venera-1” Venera planetinə yaxın uçan ilk kosmik aparat olub.
1968 – Vyetnam Müharibəsi: Cənubi Koreya desantları Pyeong-Hi və Pyeong-Hat kəndlərində 79 dinc sakini öldürüblər.
1973 – “Mars-5” sovet kosmik aparatı uğurla Mars orbitinə daxil olub.
1979 – Air Rhodesia aviaşirkətinə aid Vickers Viscount təyyarəsi Solsberidən havaya qalxdıqdan az sonra Karib bölgəsində Zimbabveli üsyançılar tərəfindən Strela-2 raketi ilə vurulub. Təyyarədə olan 59 nəfərin hamısı həlak olub.
1979 – İlk sovet okeanoqrafik peyki olan Kosmos-1076 orbitə buraxılıb.
1990 – Düşənbədə (Tacikistan) hökumət qüvvələri ilə müxalifət arasında siyasi qarşıdurma başlayıb və bu, vətəndaş müharibəsinə səbəb olub.
1991 – Ukrayna SSR Ali Soveti “Krım Muxtar Sovet Sosialist Respublikasının bərpası haqqında” Qanunu qəbul edib.
1992 – Monqolustan Konstitusiyası qüvvəyə minib.
1994 – Dörd oğru Norveç Milli Qalereyasından Edvard Munkun “Fəryad” rəsm əsərini oğurlayıblar.
1994 – Türkiyədə Tuzla vağzalında zibil qutusuna qoyulmuş saatlı bombanın partlaması nəticəsində 5-i ehtiyatda olan zabit və biri mülki şəxs olmaqla 6 nəfər həyatını itirib. Mülki vətəndaşlar da daxil olmaqla 29 nəfər yaralanıb.
1999 – ABŞ Senatı Bill Klintonun Monika Levinski ilə cinsi əlaqəsi ilə bağlı yalan şahidlik ittihamı ilə impiçmenti rədd edib.
1999 – Polşa yazıçısı Henrik Sienkiyeviçin “Od və qılıncla” romanı əsasında (“Trilogiya”nın birinci hissəsi) rejissor Yeji Hofmanın 4 seriyadan ibarət tarixi Polşa mini-serialının premyerası olub.
2001 – NEAR Shoemaker kosmik gəmisi 433 Eros asteroidinin səthinə enib.
2002 – Xürrəmabad (İran) yaxınlığında Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində 119 nəfər həlak olub.
2002 – Haaqadakı Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Hərbi Cinayətlər Tribunalında Yuqoslaviya Federativ Respublikasının keçmiş prezidenti Slobodan Miloseviçə qarşı hərbi cinayətlərdə ittiham olunan dinləmələr başlayıb.
2008 – Şirazda Hüseyniyyə-Şohada məscidində partlayış olub. Hadisə nəticəsində 12 nəfər ölüb, 202 nəfər yaralanıb.
2009 – Bombardier Q400 Buffalo (ABŞ) yaxınlığındakı Klarensdə yaşayış binasına çırpılıb. Təyyarədə olan 48 nəfərin hamısı, həmçinin evin bir sakini həlak olub.
2009 – Zillur Rəhman səsvermə olmadan Banqladeşin prezidenti elan edilib.
2010 – Əfqanıstanda 2001-ci ildə müharibə başlayandan bəri koalisiya ordusunun ən böyük hücum əməliyyatı (Moştarak) başlayıb.
2010 – Alabama ştatının Huntsville şəhərindəki Alabama Universitetinin biologiya professoru Emi Bişop biologiya fakültəsinin iclasında atəş açaraq 3 nəfəri öldürüb, 3 nəfəri yaralayıb.
2012 – Zambiya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
Bayramlar və xüsusi günlər
- Darvin Günü
- Qırmızı Əl Günü (Uşaq Əsgərlərin İstifadəsinə Qarşı Beynəlxalq Gün)
- Venesuelada Gənclər Günü.
- Myanmada Birlik Günü
Doğumlar
41 – Tiberius Klavdi Sezar Britannik, Roma imperatoru Klavdiyin oğlu (55-ci ildə zəhərlənərək öldürülüb).
1074 – Konrad, Almaniya kralı (1087-1098) və İtaliya kralı (1093-1098) (ö. 1101).
1665 – Rudolf Yakob Camerarius, alman həkim və botanik (ö. 1721).
1809 – Çarlz Darvin, ingilis təbiətşünası və səyyahı, canlı orqanizmlərin inkişafının təkamül nəzəriyyəsinin (darvinizm) müəllifi (ö. 1882).
1809 – Abraham Linkoln, ABŞ-ın 16-cı prezidenti (1861-1865) (1865-ci ildə öldürülüb).
1814 – Cenni fon Vestfalen, alman siyasətçisi, Karl Marksın həyat yoldaşı (ö. 1881).
1839 – Viktor Vasilenko, rus və ukraynalı etnoqraf, statistik, “Brokhauz və Efronun ensiklopedik lüğəti”nin müəlliflərindən biri (ö. 1914).
1877 – Louis Renault, fransız sənayeçisi, Renault şirkətinin həmtəsisçisi (ö. 1944).
1881 – Anna Pavlova, rus balet artisti, 20-ci əsrin ən böyük balerinalarından biri (ö. 1931).
1893 – Ömər Nelson Bredli, amerikalı general, Ordu Baş Qərargahının rəisi, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin ilk sədri (ö. 1981).
1899 – Yohan Qröttumsbroten, Norveçli Nordik birləşmiş atlet və xizəkçi, üçqat Olimpiya çempionu (ö. 1983).
1911 – Bəhram Mansurov, Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1978) (ö. 1985).
1932 – Rami Qaripov, Başqırdıstan şairi (ö. 1977).
1942 – Ehud Barak, İsrailin baş naziri (1999-2001).
1944 – Vlastimil Qort, Çexoslovakiya və Alman şahmatçısı, qrossmeyster.
1944 – Claudia Mori (əsl soyadı Moroni), italyan müğənni, kino aktrisası və televiziya prodüseri, Adriano Çelentanonun həyat yoldaşı.
1946 – Ajda Pekkan, Türkiyəli pop müğənni və aktrisa. Türkiyədə, Türk pop musiqisinin “Superstar”ı olaraq tanınır.
1954 – Philip Zimmerman, amerikalı proqramçı, PGP yaradıcısı.
1964 – Təbriz Xəlilbəyli, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu (ö. 1992).
1969 – Stiv Bakli, britaniyalı nizə atıcı, üçqat Olimpiya mükafatçısı.
1975 – Regla Torres, kubalı voleybolçu, üçqat Olimpiya çempionu (1992, 1996, 2000), FIVB-yə görə 20-ci əsrin ən yaxşı voleybolçusu.
1987 – Meqan Aqosta, kanadalı xokkeyçi, üçqat Olimpiya çempionu (2006, 2010, 2014).
Comments are closed, but trackbacks and pingbacks are open.