Press "Enter" to skip to content

10 yaşlı uşaqlar necə olurlar

1 yaşlı uşağın ehtiyacı olan qida məhsulları

Bir yaşlı uşağın yemək rejimi necə olmalıdır?

Amma balacanın menyusu hələ də böyüklərinkindən fərqlidir.

1 yaşlı uşağın qida rejimi

Uşağın qida rejimi yaş yarımına qədər adətən eyni olur; o gündə 4-5 dəfə yeyir.

Uşaq bir yaşdan yaş yarıma qədər gündə təxminən 1200 q, yəni hər dəfə 240-250 q qida qəbul etməlidir. Gündəlik qidalanmanın

  • 25%-i səhər yeməyinin
  • 35%-i günorta yeməyinin
  • 15%-i günortadan sonranın
  • 25%-i axşam yeməyinin payına düşür.

Gün ərzində uşağın birinci və sonuncu yeməkləri meyvə, tərəvəz püresi, sıyıq, kəsmikdən hazırlanmış yemək olsa yaxşıdır.

Günorta yeməyinə ətlə hazırlanmış yeməklər–ət bulyonu (düyü, yaxud makaron, tərəvəz-kələm, kök, kartof və s. əlavə etməklə), kiçik küftələr və ya buğda bişirilmiş kotletlə kartof püresi, makaron, yaxud vermişel vermək olar.

Arada salat versəniz, salatı sevdirə bilsəniz, uşağı zəngin vitaminlərlə təmin etmiş olarsız. Sürtgəcdən keçirilmiş kök, xiyar, pomidor, kələm və xırda-xırda doğranmış göyərtidən ibarət salat hazırlamaq olar. Göyərtilərdən şüyüd, cəfəri, soğan (xəstəliklərdən müdafiə edir) xeyirlidir.

Uşağın iştahla yeməyini istəyirsinizsə, ona gündə bir neçə növ yemək təklif edin. Məsələn, səhər kəsmik, yaxud yumurta, sıyıq, günorta ət, xəmir xörəyi, şorba, günortadan sonra yoqurt, ya da meyvə püresi, axşam şorba, tərəvəz püresi, ya da sıyıq vermək olar.

1 yaşlı uşağın ehtiyacı olan qida məhsulları

1 yaşlı uşaq mütləq heyvani zülalla təmin olunmalıdır, ona süd, süd məhsulları, mal, toyuq əti, yumurta verin.

Süd məhsulları uşağın inkişafında mühüm rol oynayır. 1 yaşlı uşağa gündə 700 ml-ə qədər süd məhsulu verə bilərsiniz (bura müxtəlif yeməkləri hazırlayarkən istifadə olunan süd məhsulları daxildir).

Kəsmik uşağa mütləq verilməlidir. Onu müxtəlif hallarda-meyvə qatmaqla, pudinq hazırlamaqla yedirtmək olar.

Pendiri sürtgəcdən keçirib yedirdin. Onu uşağa ya çörəyin arasında, ya da makaronun üzərinə əlavə etməklə vermək olar.

Südün özünü uşaqlar səhər, eləcə də gecə yatmazdan əvvəl içə bilərlər.

Unutmayın ki, uşağın səhhətindən çox şey asılıdır. Uşaqda, məsələn, stafilokok kimi bakteriya çoxdursa, həkimlər ona müəyyən müddət süd içməyə icazə vermirlər.

Yumurta—uşağa yalnız toyuq yumurtası vermək olar. Yumurta qaynadılmalı, ya tək, ya da yeməyə əlavə olunaraq, həm də səhər yedirdilməlidir. (Qızdırmalı uşağa yumurta vermək olmaz)

Yumurtanı qayğanaq halında uşağa yaş yarımından sonra vermək olar. Qayğanağa başqa şeylər də, məsələn, yaşıl noxud, kök, gül kələmi qatmaqla daha dadlı edə bilərsiz.

Ət—uşağın gündəlik ət norması 85 q-dır. Uşağa mal, toyuq, balıq əti verə bilərsiniz. Əti maşından bir neçə dəfə keçirsəniz, həzmini asanlaşdırarsınız.

Ət yeməklərini uşağa günün birinci yarısında vermək məsləhətdir. Ət gec həzm olunur, axşam yedirdiləndə uşağı narahat edir.

Ciyər uşaq üçün çox xeyirlidir. Onu paştet halında vermək lazımdır.

Həftədə bir-iki dəfə uşağa balıq əti verin (sümükləri diqqətlə təmizləyin). Balığı suda qaynatmaq, balıq ətindən kotlet, küftə hazırlamaq olar.

Yağ—Azərbaycanda uşağa əsasən kərə yağı verilir (gündəlik norma 17 q-dır). Ancaq kitablarda bir yaşına çatmamış uşağa bitki yağı vermək məsləhət görülür. 1 yaşlı uşağa gündə 6 q bitki yağı verilə bilər (bitki yağı salatlara, tərəvəz püresinə əlavə edilir).

Tərəvəz—uşağa hər dəfə yeni tərəvəz püresi hazırlaya bilərsiniz. Çuğundur, kələm (gül kələmi, adi kələm, yaşıl kələm), balqabaq, yaşıl noxuddan istifadə etmək olar.

Kartof püresini uşağa çox verməyin, o gec həzm olunur (kartofun sutkalıq norması 150 q-dır)

Meyvə—1 yaş, yaş yarımlıq uşaq gündə 100-200 q təzə meyvə yeməlidir. Meyvəni də tərəvəz kimi sürtkəcin iri gözündən keçirin, ya da çəngəllə əzin. Meyvə və ya tərəvəz şirəsini yeməkdən sonra verin (gündə 100-150 ml). Həddən artıq şirə uşağın iştahasını poza bilər.

Sıyıq—uşaq üçün ən ideal yeməklərdəndir. İndi onu daha qatı şəkildə verə bilərsiniz. Yenə də müxtəlif məhsullardan–düyü, qarabaşaq, mannı və s. istifadə edin.

Sıyığı uşağa gündə bir dəfədən artıq vermək lazım deyil. Sıyıq üçün istifadə olunan dənli bitkilərin tərkibində kalsiumun mənimsənilməsinə mane olan fitin turşusu var. Mütəxəssislərin fikrincə həddən artıq sıyıq balacalarda sümüklərin normal inkişafına mane olar.

Xəmir xörəkləri—Uşağa yenə vermişel, makaron verə bilərsiniz (həftədə bir-iki dəfə). Ancaq hələ də xırda, nazik makaronlardan istifadə edin. Onları suda, süddə bişirmək, üstünə pendir, yağ tökmək olar.

Peçenye—balanızın tanıdığı ilk bərk yemək ola bilər. Müxtəlif formalı peçenyelər uşaqları xüsusilə cəlb edir. İndi satışda xüsusi reseptlər əsasında məhz uşaqlar üçün hazırlanmış peçenyelər çoxdur. Bununla belə bəzi valideynlər uşağa evdə bişmiş peçenye verməyi üstün tuturlar.

Bal—balı uşağa ehtiyatla verin. Bir yaşa qədər uşağa bal vermək olmaz (yalnız həkimin məsləhəti ilə verə bilərsiniz). Balı əvvəl az-az, suya qatmaqla vermək lazımdır. Bal uşaqlarda kəskin reaksiyaya səbəb ola bilər.

Maye—uşağa çox maye verməyə ehtiyac yoxdur. Ona özü istəyəndə, yeməkarası, yeməkdən sonra şirə, su verə bilərsiniz. Bu yaşda uşaqlara qaynadılmış su məsləhətdir. Satışda uşaqlar üçün hazır su satılır. Uşaqlar üçün istehsal olunan çaylardan da istifadə etmək olar.

Diqqət! 3 yaşına çatmamış uşağa badam, yerfındığı, tum, popkorn, doğranmamış kök, doğranmamış sosiska vermək olmaz! Bunlar uşağın boğulmasına səbəb olar bilər.

10 yaşlı uşaqlar necə olurlar?

Day.Az представляет новость на азербайджанском языке.

İlk uşaqlıq illəri 5 yaşında, orta uşaqlıq illəri isə 10 yaşında bitər.

Bunun üçün uşağınızın davranışları, daha üst səthdə olmaqla birlikdə, 5 yaşında göstərdiyi xüsusiyyətləri də təkrarlayar. İçində olduğu vaxtı və yeri yaşayan xüsusiyyətləri vardır. Fiziki inkişaf əvvəlki yaşlara görə daha yavaş gedir. Dəyişmələr yavaş olduğu üçün də uşaq hərəkət bacarıqlarını daha yaxşı şəkildə istifadə etməyi və nəzarət etməyi öyrənər.

Oğlan uşaqları idmandan xoşlanar, yaxşı bir şagird və yaxşı bir yoldaş olarlar. Xüsusilə, ana və atalarının sözlərinə qulaq asarlar. Ancaq qız uşaqları üçün bu ərəfə bir qədər çətindir. Oğlan uşaqlarına nisbətən daha əsəbi və nadinc olurlar. Uşaqlar ailələri ilə olduğu müddətdə xoşbəxt, ayrı olduqları zaman sanki, vasvası olurlar.

İnkişaf prosesi. 10 yaşlı uşaqlarda dil qabiliyyətində diqqətə çarpan dəyişmə olmamaqla bərabər, inkişaf etmiş bir tələffüz və daha geniş bir söz dağarcığı vardır. Ana-atalarından daha çox müstəqillik istəməyi və yaşıdları ilə daha çox bir yerdə olmağı davam etdirərlər. Zamanlarının böyük bir hissəsi məktəbdə keçdiyi üçün daha maraqlı, daha ictimai, daha işbirlikçi və daha etibarlı olarlar. Oxuma, yazma, riyaziyyat kimi qabiliyyətləri inkişaf edər.

Həmyaşıdları ilə tez-tez aralarında problem vəziyyətləri ilə əlaqədar müzakirə edərlər. Yeni fikir və tutumların dəstəklənməsi və təsdiqlənməsi üçün qrupa böyük bir bağlılıq meydana gələr. Qrup təzyiqinə uyma 10-11 yaşlarında daha üst nöqtəyə çatır və bu hal qızlarda daha çoxdur.

Bu dövrdə uşaqlarda idrak prosesləri inkişaf etdiyi üçün qorxuları xəyali olanlardan həqiqidir. Oğrular, heyvanlar və ölüm ən məşhur qorxularıdır. Xüsusilə, ölüm və məktəb fobisi bu dövrdə xarakteristikdir.

Bu yaşda qızlar və oğlanlar arasında ictimai fərqlər yaranır. Qruplar qız – oğlan olaraq ayrılır və qarşı cinsə istiqamətli olaraq sataşmalar, lağ etmələr sıx hal alır.

Bütün fiziki və ruhi sistemlərin dinamikası və yetkinliyi baxımından bu yaş uşağı, 9 yaş uşağından daha inkişaf etmiş olur. Maraqları daha müxtəlif olur. 9 yaşında olan gərginlik gedərək, yerini itaətlilik və uyğunluğa verir. 10 yaşlı uşağın ictimai əlaqələrində, müəllimi, yoldaşları və anası ilə qurduğu yaxın əlaqələr ön plana keçir. Bu əlaqələr uşağın digər əlaqələrinə də təsir edir. Evdə ana atasının yaxınında olduğu zaman özünü daha güclü hiss edər.

Bu yaş dövründə uşaqlarda idrak prosesinin inkişafı ilə birlikdə, yumor hissləri də inkişaf edər. Əsassız hadisələr (gözlənilməz, əcaib) uşaqların ən çox güldüyü mövzulardır. Tapmaca öyrənmək, yanıltmacları təkrar etmə də bu dövrdə onların marağı çəkər. Şəkilli hekayələr, kino, televiziya ən böyük əyləncələridir.

Sosial – Duygusal İnkişaf

• Bu yaşda olan uşaqlar böyüklər tərəfindən fərq edilməkdən xoşlanarlar.

• Təriflənmək, güvənilmək və səylərinin təqdir edilməsi onlar üçün əhəmiyyətlidir.

• Yaxşı bir dinləyicidirlər, Eyni zamanda, danışmağı və izah etməyi də sevərlər. Danışarkən

zaman- zaman bir-birlərinə və ya böyüklərə qarşı tənqidi ola bilirlər.

• Tez motivasiya olurlar. Bundan başqa, xəyal qırıqlığına yaşamaqdan qorxarlar.

• Uşaqların müvəffəqiyyətsizliklərini çox tez ifadə etmələri, onlarda mənlik qəbulunu və

özünə inamın inkişafına təsir edər.

• Ətrafındakıların duyğularını anlama və paylaşma bacarığı artar. Şifahi ifadələri (bədən dili, baxış və s.) təqib etməyə başlarlar.

• Bir qrupa aid olma şüuru meydana gələr və aid olduğu qrupda seçilən biri olmaq uşaqlar üçün əhəmiyyətli olar.

• Ədalət duyğusu inkişaf edər. Haqsızlıqdan xoşlanmazlar, hər kəsə bərabər davranılmasını gözləyərlər, cəzanın ədalətli və cinayətə uyğun olmasını istəyərlər.

Təməl qaydalar. Övladınızın sizə kömək etmək və müstəqil olaraq iş görmək üçün göstərdiyi səyi gözdən qaçırmayın. Onu daha çox həvəsləndirin. Onun bu təcrübələrində meydana gələn səhvlərini isə görməyin, ya da tənqid etməyin. Onun daha yaxşı nətivələr göstərməainə yardımçı olun. Uşağınız daha böyük işlər görmək istədikdə, ona “sən hələ balacasan, edə bilməzsən” kimi sözlər işlətməyin. Ona qarşı heç vaxt cəza tətbiq etməyin. Gördüyü işlərər gprə, uşağınızı tərifləyin. Ancaq bu tərifin də səmimi olduğuna inandırın.

Övladınıza dost olun. Valideyn olaraq, uşaqlarınızla dost olmağınız, ana və atalığı bir kənara qoymaq demək deyil. Onlarla dostluq içinde olmağınız vacibdir. Gözü yaşardığı zaman gözünü silən bir əl, yıxıldığı zaman, onu tutub qaldıran bir qol, çətinliyə düşdüyü zaman, dayana biləcəyi bir çiyin və ən önəmlisi, sevgi ilə qucaqlayan bir ürəyə sahib olan ana, ata ola bilmək, bunu övladınıza dost kimi hiss etdirməyiniz onun üçün də önəmlidir.

Həyatı onunla paylaşın. Uşağınız böyüyür və sizin bunu qəbullanmağınız lazımdır. Ona görə də onu həyata daxil etməli həyatı onunla paylaşmalısınız. Ailəvi şəkildə ediləcək bir səyahət, onunla aranızda dostluq yaradar. Uşaqlarınıza daima yeni duyğu və anlayış aşılaya bilərsiniz. Ən azından həftədə bir dəfə də olsa, ailə saatınız olmalıdır. Heç bir bəhanə sizi ailənizlə keçirə biləcəyiniz ailə saatınızdan saxlamamalıdır. Bununla övladınızın inkişaf prosesini daha yaxından izləməyə imkanınız olar. Siz övladınızı nə qədər anlamağa çalışsanız, o da sizə o qədər haqq qazandıracaq. Uşağınıza verəcəyiniz ən dəyərli nəsihət davranışla izah edilən nəsihətdir.

/Modern.az/

Comments are closed, but trackbacks and pingbacks are open.