Press "Enter" to skip to content

Yerli Təqaüd Proqramları

Sual 18 : Proqramlaşdırma öyrənmə zamanı disiplini necə saxlamaq olar?

Proqramlaşdırma sahəsində yeni olanların ən çox verdiyi suallar

Bu məqalədə yeni başlayan proqramçıların çox soruşduğu sualları cavablandırmağa çalışmışıq. Niyə çalışmışıq deyirəm çünkü bəzi sualları dostların cavablandırmasını rica etmişəm.Bu məqalə gələcək yeni suallarla genişləndiriləcək zamanla.

Sualları cavablandırılmasında dəstəy olan dostlarımın adlarını qeyd edirəm.Sizin əvəzinizdən da təşəkkür edirəm onlara.Bundan əlavə qeyd edilən suallara verilən cavablara əlavələriniz olsa mümkünsə mənə bildirin.Sevə sevə əlavələr edərəm.

  • Karim Karimov (Sual 28)
  • Jamil Alisgandarov(Sual 29–30–31)
  • Jeyhun Jafarov / c37hun (Sual 32)

Sual 01 : Hardan başlayım?

Sual 02 : Nədən başlayım?

Sual 03 : Hansı ardıcıllıqla öyrənim?

Sual 04 : İlk başlayanlar hansı proqramlaşdırma dilindən başlamalıdır?

Sual 05 : Rahat bir şeydir? Hamı öyrənə bilər?

Sual 06 : Öyrənmək nə qədər vaxt alır?

Sual 07 : Bir də öyrənmə prosesində çoxları çətinlik çəkir bildiyim qədəri ilə. Sizcə riyazi bilik, analitik düşüncə və s. çox rol oynayır yoxsa hər kəs sadəcə vaxt investisya etməklə öyrənə bilər kodlamanı?

01–07 Sualları mənim ən çox qarşılaşdığım suallardır. Bütün bunlara cavab olabiləcək daha əvvəl yazdığım məqalələri paylaşıram.

Giriş

Bu yazı silsiləsinə başlamadan öncə xeyli düşündüm.Yazı yazmaq hələ də faydalı olabiləcək yazı yazmaq çox ciddi və…

Bu linkde yerləşdirdiyim məqalələr sırf bu suallara cavab olması üçün yazılıb. Sıra ilə oxunduğu zaman ümumi mənzərə haqqında fikir yarana biləcəyinə inanıram.

Sual 08 : Proqramlaşdırma öyrənərkən məsləhət bildiyiniz mənbələr hansılardır?Düzgün mənbəni və resursu necə müəyyən etmək olar?

Sabit mənbələr sadalamaq absürd olar. Bunun əvəzinə düzgün mənbə axtararkən diqqət edilməli olan punktları qeyd etməyə çalışacam

  • Əyər siz tez tez yenilənən texnologiya öyrənirsinizsə mənə görə ən yaxşı mənbə texnologiyanın öz rəsmi dakumentasiyasıdır. Son dövrlərdə inkişaf edən texnologiyaların istehsalçıları dakumentasiyaya çox ciddi nəzarət edirlər. Bunu dəyərləndirmək lazımdır. Əks halda bu texnologiyaya ayaq uydurmaq çox zaman alır.
  • Mənbənin yazarını az da olsa vaxt ayırıb araşdırmaq lazımdır. Mən də bloq açıb bir xəstəliyin müalicəsi haqqında nənəmin düşüncələrini paylaşa bilərəm. Amma ciddiyə alıb oxumaq vaxt itgisi olar. Dolayısı ilə yazan şəxsin təcrübəsi və yazdığı mövzuya olan hakimiyyətini bilmək lazımdır.
  • Yazarı araşdırarkən bir məsələyə də diqqət etmək lazımdır. Hər hansı bir texnologiyada ciddi təcrübəyə sahib olmaq onu düzgün və sadə formada izah edə biləcəyi mənasına gəlmir. Bu problemi nisbətən aradan qaldırmaq üçün texniki təcrübəsi ilə yanaşı akademik təcrübəsinin olmasına da diqqət etmək faydalı ola bilər.
  • Kitablar əhəmiyyətlidir amma mən demək olar ki əlimə aldığım kitabı tam olaraq oxuyub bitirmirəm. Mənə o kitabda əhəmiyyətli olan mövzuların adları və mövzu sıralamasıdır. O kitab yazarının fikirləri kitabın çap ilindən asılı olaraq köhnəlmiş ola bilər amma mövzular aktual olaraq qalır. Məsələn “Pragmatic Programmer” kitabını oxuyuram.Çox gözəl məsləhətlər var amma bir çox yerdə istifadə etdiyi terminlər və texnologiyalar bu gün üçün aktual deyil. Mən o aktual olmayanları internetdən araşdırmaqla yeniləri ilə əvəzləyirəm və çox maraqlı nəticələr alınır.

Sual 09 : Kursa gedim yoxsa müəllim yanına və ya özüm öyrənim?

Proqramlaşdırmanı özüm öyrənim yoxsa?

Öyrənməyə necə hardan başlayacağın məsələsi beynini qurdalıyır və çox qərarsız qalırsan.

Sual 10 : Universitetdə IT, CS, CE oxumasan programçı ola bilmərsən. Bu nə dərəcədə düzgün yanaşmadır?

Sual 11: Bu sahede diplomum ya da sertifikatım olmasa iş tapa bilerem?

Bu suala belə yanaşaq. Hər hansı universitetin kurrikulumu var və bu kurrikulumu tədris edən müəllimləri var. Bir kurrikulum hazırlamaq ən yaxşı halda aylar çəkən prosesdir. Ortalama bir universitetde kurrikulum bir neçə ildən bir yenilənir.Digər tərəfdən proqramlaşdırma sahəsində olan yeniliklərin dəyişmə perioduna baxsaq bu yenilənmə ay və bəzən də həftəlik periodlarla olur. Dolayısı ilə hansı universitet olursa olsun fərqi yoxdur universitetdə keçirilən dərslərin “ up to date” olması imkansıza yaxındır. Bu universitet oxumağın mənə görə ən mənfi yönüdür. Köhnəlmiş texnologiyaların tədrisinə çox şahid oluruq. Bununla bərabər universitet sizə çox gözəl disiplin və gözəl təməl verə bilər. Xüsusi ilə Azərbaycan gəncinin ultra tənbəl olduğunu düşünsək universitetin verəcəyi disiplin çox əhəmiyyət kəsb edir.Nəticə olaraq biliyin hansı yolla əldə edilməsi yox biliyin əldə olunması əhəmiyyət kəsb edir. Bir şirkət üçün əhəmiyyətli olan işini görə biləcək adamlarla işləməkdir. Universitet bitirmə ikinci dərəcəli məsələdir.

Sual 12 : “Programçı olsan sənin əlavə vaxtın olmayacaq nəsə etməyə gündə 14–17 saat işləyəcəksən” ifadəsi nə dərəcədə düzdür və ya proqramçı gündəlik nə qədər zaman ayırmalıdır?

Proqramlaşdırma həyat tərzi halına gəlmirsə ciddi nəticə əldə etmək qeyri mümkündür. Həyat tərzi halına gəlmək deyəndə o mənaya gəlməsin ki bütün gün kompyuter arxasında kod yazmağınız tələb olunur. Xeyir. Ortalama bir proqramçının gündəlik effektiv kod yazma saadı 3–4 saat təşkil edir. Geri qalan vaxtlar çox vaxt “yola vermə” prosesi olaraq sayıla bilər. Bu o deməkdir ki sizin aktiv iş saadınız 3–4 saadla yekunlaşa bilər. Amma bu effektivliyi əldə etmək üçün sizin həyat tərziniz çox əhəmiyyətlidir. Hər hansı bir alqoritmik problemin həllini kod olaraq yazmaq çox vaxt almır. Amma o problemi beyninizdə həlletmək günlərinizi bəlkə də daha çox vaxt ala bilər. Bu da sizə icazə verir ki dostunuzla kofe içərkən, gəzərkən ya da yemək yeyərkən siz bu problemi həlledə bilərsiniz. Geriyə sadəcə o həlli kod halına gətirmək galır bu da adətən qısa zaman tələb edir. Bunun əvəzinə siz algoritmi həlletmə işini də kompyuter arxasında edirsinizsə onda sizin iş saadınız 17 saadın üstünə də çıxa bilər.

Sual 13 : İxtisası proqramlaşdırma olmayan biri öz ixtisasını oxuya oxuya proqramlaşdırmanı daha səmərəli necə öyrənə bilər? Gələcəkdə o sahə üzrə iş problemi yaşamamaq üçün nə etməliyik?

Sual 14 : İxtisası fərqli olan biri proqramlaşdırmaya gündə neçə saat ayırmalıdı. Bilirəm insandan insana dəyişir amma average saat bilmək yaxşı olardı feedback üçün. Bir də online kurslar götürdükdə nə cür hazırlaşmaq effektli olar və xüsusi note tutmaq lazımdırmı?

Mənim fikrimcə proqramlaşdırma artıq öz başına ixtisas olmaqdan uzaqlaşır. Daha çox ikinci ixtisas halına gəlir. Səbəbi isə proqramlaşdırma real həyatda ehtiyacımız olan bir problemin həllini kompyuter vasitəsi ilə reallaşdırma işidir. Dolayısı ilə real həyatdakı problemi həlletmək ayrı ixtisas mövzusudur. Bu problemi kompyuter vasitəsi ilə həlletmək ikinci ixtisasdır. Ona görə də proqramlaşdırma öyrənərkən motivasiyanızın yüksək olması üçün öz ixtisasınıza uyğun bir problemin həllini proqramlaşdırma istifadə edərək necə həlledə bilərsiniz bu haqda düşünün. Əyər fizika müəllimisinizsə sizin işinizi asanlaşdıracaq və şagirdlərin daha sürətlə və əyləncəli şəkildə öyrənməsinə şərait yaradacaq bir oyun bənzəri proqram yazmağı hədəfləyə bilərsiniz və bunun üçün lazım olan texnologiyaları öyrənmək sizə ciddi mənada həyəcan verəcək və özünüzün xəbəri olmadan problemi həlletdiyiniz zaman daxilində eyni zamanda proqramçı olduğunuzu da görəcəksiniz. Zaman məsələsinə gəldikdə isə sabit vaxt demək heç düzgün olmaz. Mənim tövsiyəm zaman mövhumuna əhəmiyyət vermək əvəzinə hansı problemi necə həlledəcəyinizə əhəmiyyət vermək daha dəyərlidir.

Əhəmiyyətli sayıla biləcək məsələlərdən biri online kurslardan necə faydalanmaq məsələsidir. Bu hər proqramçının istifadə etdiyi yoldur.Diqqət ediləcək məqamları qeyd edirəm

  • Video dərsliyi əyər yas yerində “Yasin ” surəsini dinlədiyiniz kimi dinləyirsizsə zənn etmirəm ki sizə faydası olsun. Nə bu dünyanıza nə də axirətinizə.
  • Dərs zamanı istifadə edilən terminlərdən anlamadığınız varsa onu mütləq internetdən araşdırın. 3 saatlıq video dərsliyin sonuna qədər dinləməyiniz sizin o mövzu haqqında expert olduğunuzu göstərməz.
  • Əksərən video dərsliklərdə kod üzərindən izahatlar verilir. Əyər tutor yazdıqca siz onun yazdıqları editora köçürürsünüzsə siz öyrənmirsiniz əzbərləyirsiniz. Bizim işimiz proqramlaşdırmadır ədəbiyyat deyil. Dolayısı ilə öncə tutorun izahatına qulaq asıb daha sonra öz başa düşdüyünüz formada tapşırığı yazın daha sonra tutorun yazdığı kodla müqaisə edin.Çox faydası olacaq və bu sayədə mövzuya olan hakimiyyətinizi ölçmə imkanınız olacaq.

Sual 15 : Məlum məsələdir ki,texnologiya sürətlə gedir. 0-dan başlayıb sona çatmaq istəyəndə yolda n qədər ayrıcla qarşılaşırıq. Burada necə düzgün seçim etmək olar?

Sual 16: Çox uğurlu bir proqramçının kariyerası sizcə hansı mərhələləri keçməlirdir ki, müəyyən yaşa gəldikdən sonra kaşki deməsin?!

Sual 17: Hər işin çətinlikləri var, bu işdə də yəqin ki, kifayət qədərdir. İnsanlar bəzən öyrənməyə illərini verdiyi işləri dəyişib başqa sahəyə yönəlir. Bu sahədə də belə insanlara rast gəlmək olur. Bəs təməldə hansı səbəblərdən bu sahəni tərk edirlər?

Bu sualların cavabları aşağıdakı punktlardadır

  • Müəyyən periodlarla (Məsələn mənim üçün bu period 6 aydır) inkişaf tempinizi və bu dövr ərzində əldə etdiyiniz və öyrəndiyiniz texnologiyaların sizi qane edib etmediyini analiz edin.
  • Texnologiya yeniliklərini izləyəbiləcəyiniz qaynaqlarınız olsun bu xəbərləri izləmək sizə gələcək hədəflərinizlə bağlı gözəl ideyalar verə bilər.
  • Pul qazanmaq müəyyən həddə gəldikdən sonra problem olmaqdan çıxır. İlk başlarda maddi gəlir hədəfi ilə yola çıxa bilərsiniz çox normaldır amma içinizdə maddi gəlir əldə etmə gücünün var olduğunu hissetdiyiniz zaman bu bir işarət olmalıdır sizə. Yeni fərqli mahiyyəti olan hədəflər qoymağın vaxtı çatıb deməkdir.
  • Proqramlaşdırmanın hədəf yox vasitə olduğunu heç vaxt unutmayın. Real həyatınızla işiniz bir birindən ayrıldığı anda sizin üçün həyat sıxıcı olmağa başlayacaq. Yəni siz bütün gün mühasibat üçün proqram yazırsınızsa və mühasibatlıq işlərindən iyrənirsinizsə müəyyən vaxtdan sonra başa düşmədiyiniz formada kod yazmaq sıxıcı gələcək sizə.
  • Məcburi olaraq yazdığımız kodlar proqramlar var həyatımızda. Bunun qarşısını ala bilmirik. Çünkü maddi gəlirə ehtiyacınız var. Amma həyacanınızı daimi yüksək səviyyədə saxlamaq üçün özünüzə aid olan bir proqram yazma alışqanlığınız olsun.Bu size həm yeni şeylər öyrənmə həvəsi və “nəyinsə” sahibi olma hissi verəcək. Maraqlı hissdir.

Sual 18 : Proqramlaşdırma öyrənmə zamanı disiplini necə saxlamaq olar?

Sual 19 : Normalda proyekt əsaslı öyrənmə daha çox məhsuldar hesab olunur, təzə başlayanlar tərəfindən. Amma eyni zamanda çıxan problemlər,boşluqlar tələbəni geri atır,həvəsdən salır. Bunların öhdəsindən necə gəlmək olar?

Aşağıda sadaladığım fikirlər bir çox dəfə testdən keçirilmiş fikirlərdir. Bunlar tətbiq edildiyi zaman proqramlaşdırma sahəsində daha məhsuldar və daha rahat hərəkət etmək mümkün olur. İfadələr arasında istifadə etdiyim bəzi arqo ifadələri ümid edirəm səmimi qəbul edərsiz. Bundan əlavə layihə əsaslı öyrənmə prosesi haqqında məqalə yazıb əlavə edəcəm bu suala. Çünkü

  • Böyük layihənin kiçik hissəsi yerinə (kinoda qəbirsanlıqdakı qəbr daşının arxasından çıxan iki əldən biri mənimdir demək əvəzinə) kiçik layihənin hər şeyini etmək (Bu proyekt mənimdir demək dəli bi şeydir. CMS install edib özünə CEO deyənlərin ölkəsində yaşıyırsan)
  • Kiminsə xırda işini həlledəcək kod yaz (Sənə görə bəsit CRUD yeni başlayan blogger üçün fikirlərini ifadə etmə kimi böyük işi həlledir. (Özünü bir ..x hesab edə bilərsən bu yolla)
  • Daima beynini xarab edəbiləcəyin, sənin etmə şansın olabiləcək bütün qələtləri etmiş bir mentor tap özünə. O öz elədiyi mallıqları desin ki sən ən azından yarısını edəsən.
  • Otdan ..kdan da olsa portfolio yığ. Kiçik böyük fərqi yoxdur doldur getsin. Onlara baxıb “Babat iş görmüşəmmiş” deyib özünə qaz verə biləsən deyə.
  • Əvvəla işləsin. Mükəməliyətçi olma zatən deyilsən. Mükəmməl kod deyə bir şey yoxdur. Odur ki əvvəl işləsin kod sora optimallaşdırarsan. Çünkü işləməyən kodu heç Dennis özü belə optimallaşdırmağı düşünməzdi.
  • Zombi olma başını qaldır ətrafınla maraqlan de gül, iyrenc proqramlaşdırma zarafatları elə (You are CSS of my HTML filan). Gündəlik effektiv kod yazma saadı 3 dür. Geri qalan vaxtlarda monitora mal mal baxmaq yerinə çölə çıx , öz “kruq”-un olsun. Orda o biri developerlərin bir zibil bilmədiyi haqqında danışıb eqonu şişir.Faydası olur

Sual 20 : Kursu yeni bitirənlər və ya hər hansı formada orta səviyyədə bildikdən sonra iş tapmaga çətinlik çəkirlər. Təcrübə falan istənilir. Bu barədə tövsiyələriniz nədir?

Sual 21 : Kursu bitirdikdən sonra iş təcrübəsi olmadığı üçün işə düzəlmək demək olar ki qeyri mümkündür. Hətta son zamanlar təcrübəçi kimi belə işləmək üçün minlərlə bacarıq tələb edirlər. Bizlər nə edək? Təcrübəni hardan yığaq axı?

Sual 22 : Bitirən kimi iş tapmaq olur?

  • Əyər iş axtarma prosesinə diplom ya da sertifikat aldıqdan sonra başlamısınızsa məncə yormayın özünüzü gedin inşaatda fəhlə işləyin.
  • Kurs sizi işə aparmaq üçün bir vasitədir. Sizin işləmək istədiyiniz iş şirkət və vəzifə kursa başlamadan öncə dəqiqləşməlidir. Çünkü siz bu işin tələb etdiyini mövzuları öyrənməlisiniz. Mütləq şəkildə kursa başlamadan öncə sektordakı şirkətləri gəzin və məlumat alın. Qulaqdan dolma məlumatlarla həyatınızı idarə etməyin . “.NET bilənə qəşəy maaş verillər” bu ifadəni çox eşidə bilərsiniz. Amma bu texnologiyani istifadə edən şirkətlərlə gedib görüşüb onları real tələblərini öyrənməmisinizsə necə o şirkətdə işləyə biləcəyinizi düşünürsünüz? Şirkətlərə gedin 10 şirkətdən 5-i sizi ciddiyə alıb cavab verməsə də geri qalanlar cavab verəcək narahat olmayın döyməyəcəklər.
  • Bəli təcrübəniz yoxdursa sizin dəyəriniz yoxdur. X dilinin bütün incəliklərini öyrənmisiniz amma iş tapa bilmirsiniz. Əyər bu dili yaxşı bildiyinizi göstərəcək layihələriniz yoxdursa şirkətin gözündə siz yalançısınız. Real işdə işləmədən təcrübə qazana biləcəyiniz çox az sektorlardan biridir bizim sektor.
  • Yazdığınız kodlar github-da olsun izahlı formada. Dakumentasiya yazın layihələrinizə
  • Hansı texnologiya öyrənmisinizsə mütləq şəkildə onu istifadə edərək bir neçə layihə yazın və mütləq şəkildə public olsun. Nə layihə yazım deyə soruşursunuzsa internetdə çox gözəl opensource proyektlər var onlara qoşula bilərsiniz.
  • Qohumuz,dostunuz, sevgiliniz üçün bir layihə yazın hədiyyə edin. Bu bir təcrübədir.

Sual 23 : Bu sahədə iş üzrə yaş məhdudiyyəti var? 35-40 yaşı olan şəxslər bu sahə üzrə işləyə bilirlər?

Sual 24: Mən bu yaşda (25–30 yaş) öyrənməyə başlasam gec olmaz?

Azərbaycan üçün cavablandırmağa çalışacam. Tək hə ya da yox cavabı vermək düzgün olmaz

  • Bəli ona görə ki müəyyən yaşdan sonra istər istəməz öyrənmə sürəti ciddi şəkildə azalır ki bu proqramlaşdırma sektorunda mənfi xüsusiyyətdir
  • Bəli cünkü o yaşda olan insanların əksəriyyəti evli və başqa ciddi məsuliyyətləri olan insanlar olur dolayısı ilə o insanlara “İşdən sonra ya da həftəsonu qalıb bu layihəni bitir” deyə bilmir şirkətlər. Gənc nisbətən az məsuliyyəti olan insanlarla işləməyə həvəslidir şirkətlər
  • Bəli çünkü o yaşda olan bir insanın tələb edəcəyi məbləğ gənclərin tələbinə görə daha yüksək olur.
  • Xeyir çünkü bu yaşda olan insanlar işinə daha çox məsuliyyətlə yanaşır.
  • Xeyir çünkü bu yaşda olan insanlar məcburiyyətləri gənc proqramçının məcburiyyətlərindən daha çox olduğu üçün işə ciddi yanaşma daha yüksək nisbətdədir
  • Xeyir çünkü bu insanların həyat təcrübələri daha çox olduğu üçün problemlərə daha realistik aspektdən baxıb həlledə bilirlər.
  • Xeyir bu işin öyrənmə yaşı yoxdur və istənilən biri kifayət qədər əzmkarlığa sahibdirsə öyrənə bilər

Sual 25 : Ne vaxta kimi kodu özüm yazacam? Ya da bir proqramçının “pensiya” yaşı neçədir?

  • Həmişə kod yazacaqsan. Müəyyən yaşa qədər insanların dediklərini reallaşdırmaq üçün. Müəyyən yaşdan sonra öz maraqlarını reallaşdırmaq üçün.
  • Müəyyən səviyyədən sonra tədricən həm kod yazıb həm akademik fəaliyyətlə ya da idarə etmə fəaliyyəti ilə məşqul olabilərsən. Bu akademik və idareetmədə kifayət qədər məlumat əldə etdikdən sonra tamamən o yönə keçə bilərsən və keçməlisən.
  • Konkret yaş demək düz deyil amma müəyyən yaşdan sonra yeni gələn generasiya ilə yarışa bilməyəcəyin üçün sənin əlində qalan təcrübə silahını istifadə etməyə məcbur qalacaqsan. Əyər səndən daha gənc proqramçının sənin yazdığın həll yolunun daha yaxşı olduğunu görüb qüruruna yedirməyib “Mənim təcrübəm çoxdu ağıl öyrədmə mənə” deyirsənsə artıq “pensiya” yaşın gəlib deməkdir

Sual 26 : PHP proqramlaşdırma dili tələb edilən vakansiyaya .NET developer niye CV gonderir?

Hal hazırda sektorda istifadə olunan proqramlaşdırma dillərinin əksəriyyəti eyni paradigmalı dillər olduğu üçün struktur və fəlsəfələri bir birinə çox yaxındır. Buna görə də .NET developer olan biri çox qısa müddətə PHP ilə yazabiləcəyinə inanır. Xüsusilə əksər dillərdə yazılmış frameworklər eyni arxitektura ilə yazıldığı üçün birindən digərinə “shift” etmək çox asan olur. Bu halda olan proqramçını işə almağa dəyər mi? Bəli dəyər . O sizin istədiyiniz işi görə bilər amma bir dildə yazmağa alışma mərhələsini keçməsi lazımdır. Buna ayıracaq zamanınız varsa o CV yə müsbət yanaşa bilərsiniz.

Sual 27 : Median proqramçı özünü necə inkişaf etdirməlidir? Əksər kurslar və s. Juniorlar üçün nəzərdə tutulub.

  • Hər il yeni bir dil öyrənin
  • Fərqli paradiqmalar sahib dillər öyrənin
  • Sizdən daha təcrübəli və kompetitiv proqramçıların olduğu mühitlərdə olun.
  • Stackoverflow və bənzəri platformlarda insanların suallarını cavablandırmaq alışqanlığınız olsun
  • Fundamental mövzulara təkrar geri qayıdın, təkrar təkrar öyrənin. Data Structure, Algoritm mövzularını sadəcə bildiyinizi zənnedirsiz bu səviyyədə. Əslində demək olar heç nə bilmirsiniz. Proqramlaşdırma CRUD sferasından daha genişdir.
  • “Pragmatic Programmer” kitabını oxuyun
  • Yazdığınız ya da yazacağınız layihələrin problem tipinin fərqli olmasına diqqət edin. Hər layihə sizi yeni bir texnologiya öyrənməyə yönləndirməlidir.

Sual 28 : Ölkə xaricindəki (Avropa, Amerika) universitetlərdə proqramlaşdırma hansı ixtisas adı altında keçirilir? Və proqramlaşdırmanı burda öyrənib xaricə təcrübə artırmağa hansı yollarla getmək olar? Yaxud burda öyrənmək də kifayət edir?

Ölkə xaricindəki (Avropa, Amerika) universitetlərdə proqramlaşdırma hansı ixtisas adı altında keçirilir?

Computer Science/Engineering adı altında keçirilir. Data Science yönümlü istisaslarda da keçirilir, lakin məhdud səviyyədə. Proqramlaşdırmanı bakalavr dövründə öyrədirlər, magistr pilləsində artıq bildiyinizi nəzərə alaraq tətbiqi üzərində işlər gedir.

Və proqramlaşdırmanı burda öyrənib xaricə təcrübə artırmağa hansı yollarla getmək olar?

Xarici bazar rəqabətcildir və bizim kimi 3-cü dünya ölkəsindən müraciət edənlər üçün şərtlər daha da sərt olur. Çünki işə alan sizi işə götürmək üçün əlavə dövlət rüsumu, viza sponsorluğu, sığorta xərcləri ödəməyə məcburdur. Ona görə işə götürən üçün bu xərclərə dəyəcək bir dəyərə qalxana kimi boş cəhdlər etməməyinizi tövsiyyə edirəm. 3–5 il daxili bazarda təcrübə yığın, sonra daha rahat xarici bazara miqrasiya edə bilərsiniz. Bu period dövründə mütləq data strukturları, alqoritmlər, sistem dizayn kimi mövzular haqqında öyrənib, mühasibələrə hazırlıqlar keçməyiniz lazımdır.

Yaxud burda öyrənmək də kifayət edir?

Bəli, daxili və ya xarici bazarda öyrənmək arasında böyük fərq yoxdur. Xarici şirkətdə bir başa enterprise həllər görəcəksiniz, bunu inkar etmirəm. Lakin ilkin səviyyədə həmin prosess içinə girəndə özünüz çaş baş qalacaqsınız — fərqli mədəniyyətlərdən gəlmiş şəxslər, qəliz iş mühiti və s. Bu çətinliklər sizi daha çox yoracaq və biraz mənfi yöndə təsir edə bilər — işdən soyumaq, mədəniyyətlər şoku, korporativ mühitdən uzaqlaşmaq istəyi və s. Xarici mühitdə böyük ehtimal tək yaşadığınız üçün gündəlik ev, yemək işləri də əlavə yük olacaq.

Mən bu məsləhətləri nəyə güvənərək deyirəm?

Mən Azərbaycanda bakalavr təhsili almışam, magistr təhsili üçün Avropaya gəlmişəm. Son qeyd etdiyim problemləri şəxsən yaşamışam, hazırda işdən ayrılıb Azərbaycan ilə remote işlərimə davam edirəm. Ayrılma səbəbim şirkətin maddi maraqlarımı ödəməməsi olub. Bunu da digər üstünlük kimi saya bilərsiniz, öz ölkənizdə ailənizlə, dostlarınızla yaşayıb-işləməyin üstünlükləri həmin mühitdən uzaq düşəndə aydın olur. Ən azından öz ölkənizdə maddi maraqlarınızda yaşadığınız evin yüksək kirayə ödənişi, digər xərclər olmur.

Son olaraq qeyd edə bilərəm ki, seçdiyiniz hər iki yol da düzdür, qərarı sadəcə öz dəyərlərinizə görə vermisinizsə.

Sual 29 : Front-End developmenti neçə aya ortaya normal işlər qoya biləcək səviyyədə öyrənmək olar? (Deyək ki, intensiv, bütün vaxtını ancaq ona sərf edirsən)
Front-end development öyrənmək üçün ilk öncə UI developmenti öyrənmək daha yaxşı olar. UI development dedikdə HTML, CSS və basic JS bilikləri nəzərdə tutulur. Bir çox adam UI developmet ilə Front-end developmenti düzgün fərqləndirə bilmir, bu səbəbdən də öyrənmə roadmapini düzgün qurmur. UI developmenti öyrənmək və ortaya yaxşı iş çıxarmaq üçün ortalama 2–3 ay çəkir. Artıa bu bilikləri əldə etdikdən sonra advance front-end texnologiyalarını öyrənmək daha rahat və düzgündür. Nümunəvi roadmap üçün aşağıdakı linkə keçid edə bilərsiniz

Sual 30 : Front-end developmentdə ümumiyyətlə yaxşı səviyyəyə gəlmək üçün nə qədər vaxt lazımdır?

Yaxşı səviyyəli bir proqramçı ancaq texniki biliyinə görə qiymətləndirilmir. Siz eyni zamanda analtik düşünmə, qərar vermə və idarə etmə kimi bilik və bacarıqlara da sahib olmalısınız. Long term layihələr üçün onun ilk başda düzgün arxitektura ilə qurulması vacib məsələdir. Texniki biliklərə gəldikdə middle developer səviyyəsinə gəlmək üçün sizə 2–3 ilə yaxın vaxt lazımdır. Çünki öyrənmə prosesi ancaq videolara baxmaq və məqalə oxumaqla bitmir. Əsas bilikləri daha çox öyrəndiklərinizi tətbiq edərkən çıxan problemlər əsasında əldə edirsiniz. Birşeyi də yaddan çıxarmamaq lazımdır ki, siz FE-də yaxşı olmaq istəyirsinizsə yalnız bu sahəyə bağlı olan texnologiyalar ilə sərhədlənməməli eyni zamanda back-end texnologiyaları ilə də müəyyən qədər tanış olmalısınız.

Sual 31 : Dizayn bilməyim sırf Front-End Developmentdə məni fərqləndirər yoxsa əhəmiyyəti yoxdu o qədər də?
FE developerin dizayn hazırlanmasında iştirakı daha yaxşıdır. Bu zaman sizdə layihənin artıq hansı struktura malik olacağı haqqında ilkin fikir formalaşır. Dizayn prinsiplərini bilmək isə sizə məhsulun dizayn prosesi zamanı istifadəçi rahatlığı, ümumi görünüş, elementlərin düzgün istifadəsi haqda fikir bildirə bilmə bacarığı verir.

Sual 32 : Ethik Hacker olmaq üçün hansı proqramlaşdırma dillərini bilmək lazımdır və ya necə bir yol xəritəsi izləmək lazımdır?

Sual 33 : Bu işin kökünde maraq,heves dayanır ama çox adam başlamadan,bir şeyi mükemmel bilmeden iş tapmağı,pulu hedefliyir ona göre de ne netice ala bilirler ne de hemin hevesi. Xüsusen kursla başlayan.Sizin bir xeyli telebeniz olur daha yaxşı bilersiz.Ona göre de sualım ondan ibaretdir ki, bu gencleri niye programming sevgisinden, öyrenmekden çox maddi teref daha çox maraqlandırır yaxşı bildikleri zaman zaten qazana bileceklerini bildikleri halda niye ilk işi yox pulu düşünürler?

Sual 34 : Azərbaycanda niye navatırlığa can atan yoxdur? Hamı bazara qaçır.Hədəf kiməsə sayt yığıb 1500 manat götürməkdir.

Proqramlaşdırma öyrənərkən hər kəsin fərqli hədəfləri olur. Bəziləri tamamən nəzəriyə əsaslı öyrənərək öyrəndiyi texnologiyanın dərinliyini öyrənməyi hədəfləyir. Bəziləri isə hər öyrəndiyi kiçik məlumatdan istifadə edərək bunu maddi gəlirə çevirmə hədəfi qoyur özünə. Bunlar ikisi də çox normal istək və hədəflərdir. Bizdə daha çox maddi yön düşünülməsinin səbəbləri

  • İnsanlar acdı işə, pula ehtiyacı var hamının.
  • Bir həftə sonra ödəniləcək krediti olan birinin OOP-nin konseptlərinin yararlı olub olmamasını dərindən araşdırmasını gözləmək absürd olar.
  • Texnologiyanı dərindən öyrənmək bəli pul qazandırır amma buna xərclənəcək müddət olduqca uzundur və əksəriyyət bu səbri göstərə bilmir.
  • Azərbaycanda olan əksər şirkətlərdə işləyə bilmək üçün çox ciddi proqramlaşdırma biliyinə çox təəssüf ki ehtiyac yoxdur. Azərbaycanda əksər şirkət CMS və ən yaxşı halda CRM sistemlər (o da çox kiçik həcmdə) yazdırmaqdan başqa nəsə etmirlər. Şirkətlərdə maaş aralığı 500–3500 arasında dəyişir və bu 3500 alan şəxs olmaq üçün heç də navatır olmağa ehtiyac yoxdur.
  • Çox az şirkəti çıxmaq şərti ilə şirkətlərin idarə etmə sistemi proqramçıların inkişafı üçün şərait yaratmır. Developer şirkətdə real problemlərlə qarşılaşdıqca inkişaf edə bilər. Mən sadəcə kitab oxumaqla senior levelə gələbilən developer görməmişəm.Şirkətlərdə isə uzaqgörənlik yoxdur.
  • Proqramlaşdırma sevgisi çox olanların əksəriyyəti sabit işdə işləmək əvəzinə start up fəaliyyətləri ilə məşqul olmağa çalışır. Azərbaycanda isə start uplar üçün hələ də ciddi və işə yarayan dəstək proqramları olmadığı üçün start uplar müəyyən müddət sonra süquta uğrayır.

Sual 34 : Nəzəri məlumatları öyrəndikdən sonra bildiklərimizi sistemləşdirib praktikada necə tətbiq edə bilərik?

Nəzəri məlumatları praktika olmadan öyrənilə biləcəyinə inanmayanlardanam mən. Çünkü proqramlaşdırmanın hansı qolu olursa olsun birbaşa problem həlletmə mərkəzlidir. Ortada bir problem yoxdursa proqramlaşdırma öyrənməyin bir mənası qalmır. Buna görə də ilk andan etibarən qarşıya bir problem qoyaraq onun həlli üçün lazım olan proqramlaşdırma mövzularını öyrənmək daha məqsədə uyğundur. Hal hazırda mən proqramçı olacam hər hansı bir dilin manulını əzbərləmək vaxt itgisindən başqa bir şey deyil. Bunun əvəzinə sizin ya da ətrafınızdakı hər hansı bir insanın ya da qurumun probleminə həll olabiləcək bir yol düşünün onu proqramlaşdırma vasitəsi ilə icra etmə hədəfini qoyun önünüzə. Çox daha sürətli və məhsuldar öyrənmə prosesiniz olacağından əminəm

Yerli Təqaüd Proqramları

Ölkəmizdə tələbələrə dəstək çərçivəsində bəzi şirkətlər tərəfindən təqaüd proqramları təşkil edilir. Bu təqaüdlərin məqsədi perspektivli və istedadlı gənclərə dəstək olmaqdır. Bu proqram daxilində tələbələr müəyyən şans və güzəştlər də əldə edirlər.

Azercell təqaüd proqramı 2022

Azercell şirkəti gənclərin inkişafına dəstək üçün Tələbə Təqaüdü və Təcrübə Proqramlarını uğurla bölüşür. Bu proqram 2009-cu ildən təşkil olunur. Proqram çərçivəsində əsasən informasiya texnologiyaları üzrə təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Bu tələbələrə hər ay 200 manat məbləğində təqaüd verilir.

Bununla yanaşı şirkət tələbələrə karyera qurmasında yardım olmaq üçün təcrübə proqramlarıda təşkil edir. İndiyə kimi bu proqram çərçivəsində 231 tələbə təcrübədən keçib və onlardan 31-i işlə təmin olunub. Əlavə olaraq, proqram çərçivəsində müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansı əldə edə bilərsiniz.

Təqaüd proqramında göstəriciləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilər. Proqrama müraciət etmək üçün:

Müvafiq bölüm seçilir: Bakı, Sabah və Bölgə təqaüd proqramı

Elektron müraciət ərizəsi doldurulur.

Elektron müraciət ərizəsini, tələbə biletinin və qiymət kitabçasının skan versiyalarını [email protected] mail unvanına göndərmək lazımdır.

Proqram barədə əlavə məlumat əldə etmək və elektron müraciət ərizəsinə baxmaq üçün klik edin.

Məlumat üçün şirkətin Facebook səhifəsinə də daxil ola bilərsiniz.

Socar təqaüd proqramı

Socar təqaüdü Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrindəki tələbələrə müvafiq qaydalarda verilir. Bu proqramın təşkil olunmasında məqsəd tələbələrin bilik, təcrübə və təşəbbüskarlıqlarını artırmağa həvəsləndirməkdir.

Bu təqaüd müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları ərzində verilir. Təqaüd tələbələrə plastik kart vasitəsilə verilir və bu bank kartının açılması Socarın hesabına təmin edilir. Təqaüdün aylıq məbləği 100 manatdır.

Bu proqramda iştirak etmək üçün qoyulan əsas tələblər bunlardır:

Proqramda iştirak etmək üçün Bakı Ali Neft Məktəbi istisna olmaqla digər ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edə bilər. İxtisasların siyahısı üçün linkə keçid edin.

Əlavə olaraq Təqaüd almağa iddialı tələbə Azərbaycan Respublikası vətəndaşı olmalıdır.

Tələb olunan ixtisaslar üzrə 2-ci, 3-cü və ya 4-cü kursda əyani və magistratura pilləsinin əyani və qiyabı şöbələrində təhsil almalıdır.

Başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır.

Son 2 semestrdə “kafi” qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq “kafi” qiyməti olmamalı, qalan bütün qiymətləri “yaxşı” və ya “əla” olmalıdır

Təqaüd almaq istəyənlər elektron qeydiyyatdan keçməlidir.

Müsabiqənin keçirilmə qaydaları

Müsabiqə 2 turda – məntiq üzrə test imtahani (1-ci tur) və SOCAR-da müsahibə (2-ci tur) yolu ilə keçirilir.

1-ci turda tələb olunan balı toplayan namizədlər 2-ci tura- müsahibəyə buraxılır.

Müsahibəyə buraxılan iddiaçılar özləri ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və trankriptin əslini götürməlidirlər.

2-ci turda namizədlər SOCAR-ın müsabiqə komissiyası tərəfindən müsahibə olunur.

Komissiya üzvləri iddiaçıların hazırlığını 5 (beş) ballıq sistemlə qiymətləndirirlər.

Qiymətləndirmə zamanı neft, neft-kimya, energetika, kompüter mühəndisliyi ixtisaslarından olan, KİV-də ixtisası ilə əlaqəli məlumatlarla maraqlanan, işgüzarlığı ilə seçilən, təcrübə rəhbəri tərəfindən yaxşı xarakterizə olunan, habelə ixtisası üzrə işləmək həvəsi olan, nizam-intizama riayət edən iddiaçılara üstünlük verilir. 1-ci turda toplanan ballar 2-ci turda nəzərə alınmır.

Komissiya tərəfindən seçilmiş Təqaüdçülərin siyahısı təsdiq edilmək üçün SOCAR-ın prezidentinə təqdim olunur.

Proqram barədə son məlumatlara baxmaq və şərtlərlə ətraflı tanış olmaq üçün klik edin.

Universitetlərdə təhsil alan tələbələrə, onların akademik göstəricilərinə əsasən təqaüdlər verilir. Burada məqsəd həm tələbələrə dəstək vermək, həm də onları təhsil istiqamətində həvəsləndirməkdir. Təqaüdlər belədir:

-Akademik göstəriciləri 91-100 bal olan tələbələrə 130 manat

-Akademik göstəriciləri 71-100 bal olan tələbələrə 110 manat

-Akademik göstəriciləri 51-100 bal olan tələbələrə 75 manat

-Akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat

-Akademik göstəriciləri 71-100 bal olan tələbələrə 120 manat

-Akademik göstəriciləri 51-100 bal olan tələbələrə 80 manat

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə danışığı öyrənməyin 10 yolu
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • Rus dilində frazeoloji birləşmələr
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
  • İngilis dilini evdə öyrən
  • Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • CV hazırlamaq
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • İmtahana hazırlaşmağın 4 effektiv yolu
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • ACCA nədir?
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

Audio/Səs üçün

MAGIX SOUND FORGE Pro + Repack / Sony Sound Forge Pro

Sound Forge Pro: Professional Səs Qeyd, Redaktə, İnkişaf və Təhlil Proqramıdır. Sound Forge Pro, Sony tərəfindən hazırlanmış peşəkar audio redaktə proqramdır. Çox peşəkar audio editing proqramlarından fərqli olaraq asan istifadə olunan interfeyslə, hətta yeni başlayanlar üçün də işlətmək çətin deyil.

Sound Forge Pro, yüksək keyfiyyətli səsyazma, səs faylınıza effektləri əlavə etmək, səs-küyün azaldılması və s redaktə və analiz əməliyyatları etməyə imkan verir. Son versiyada, AVI, WMV və MPEG-1 və MPEG-2 video dəstəyi ilə audio və video sinxronizasiyasını dəstəkləyir. Dolby Digital AC-3 plug-in ilə AC-3 kimi çoxsahəli yaradılan işləri yaza bilər.

  • Multimedia proqramları / Audio/Səs üçün
  • 2018-10-24
  • 14 300

229 MB Pullu [Açar mövcuddur]

MAGIX – Sony Sound Forge Audio Studio 12.1.0.170

Sound Forge Audio Studio musiqilərinizi təşkil etmək üçün lazımlı hər cür təchizata sahib sahəsindəki ən yaxşı proqramdır. Proqramda 40 ədətdən çox professional səs effekti tapılır. Bu effektlerden bir neçəsi Volume, EQ, Delay, Chorus, Dynamics, Noise Gate, Pitch Shift, Flange, Vibratodur. Proqram əvvəlki versiyasından fərqli olaraq AVİ, WMV, MPEG-1 və MPEG-2 video fayllarını da dəstəkləməkdədir. Səs sinxronu edilə bilməsini də özündə saxlayır. Bu müvəffəqiyyətli proqram bütün səs formatlarını dəstəkləməkdədir.

  • Multimedia proqramları / Audio/Səs üçün
  • 2018-10-24
  • 4 420

247 MB Pulsuz

AVS4YOU Software AIO Installation Package 4.1.2.152

AVS All-In-One Install Package – 18 proqramdan ibarət olan güclü multimedia paketi. Paketin içinə daxildir: AVS Audio Converter, AVS Audio Editor, AVS Audio Recorder, AVS Cover Editor, AVS Disc Creator, AVS Document Converter, AVS DVD Copy, AVS Image Converter, AVS Media Player, AVS Photo Editor, AVS Registry Cleaner, AVS Ringtone Maker, AVS Screen Capture, AVS Video Recorder, AVS Video Converter, AVS Video Editor, AVS Video ReMaker. Bütün proqramların açarı var və rus dilindədirlər.

  • Redaktə üçün proqramlar / Audio/Səs üçün / Video üçün
  • 2018-10-22
  • 2 457

EZ CD Audio Converter 8.0.2.1 + Ultimate + Repack + Portable

EZ CD Audio Converter Ultimate programı sayəsində bir çox səs falılların sitədiyiniz formata çevirə biləcəksiz. Program MP3, WMA, VQF, OGG vəya WAV digər səs formatların dəstəkləyir və çevirə bilir.

  • Audio/Səs üçün / Video üçün
  • 2018-10-04
  • 2 932

1.5 Mb Pullu [Açar mövcuddur]

AudioGrail 7.11.1.215

Bu proqram əvvəl K-MP3 adına malik idi – ondan sonra adını dəyişdirdilər, amma mahiyyət dəyişmədi. Beləliklə, kiçik utilit, güclü, funksional aləti Windows əməliyyat sisteminin altında işləyir,siz format müxtəlif audioyla işləyə biləcəksiniz, MP3 dəstəyi var, APE, FLAC və bəzi başqa. Təqdim edilmiş proqram böyük miqdarda inteqrasiya edilmiş utilitə malikdir, hamısı formatlarla müxtəlif audioyla işə köklənmişdir. Siz yüngüllüklə musiqi teqlərinin redaktəsini apara, faylların paket halını apara biləcəksiniz və həmçinin onların çeşidləməsini, istəkdən asılı olaraq kompozisiyanın keyfiyyətini müəyyən etməyə imkan verir, həmçinin AudioGrail sizə audionu diski və lazımlı təkrar istehsalların siyahılarını yaratmağa, kompozisiyanın ən yaxşı səsinin quraşdırılmasını aparmağa icazə verəcək.

  • Multimedia proqramları / Audio/Səs üçün
  • 2018-04-29
  • 1 848

1.8 MB RePack [Açar tələb etmir]

FxSound Enhancer 13.018

DFX Audio Enhancer; Winamp, Windows Media Player, RealPlayer, Musicmatch və JRiver üçün hazırlanmış möhtəşəm bir əlavədir. Dijital səslərinizi həyəcanlandırın. DFX, musiqi dinləmə təcrübənizi MP3, windows media, internet radio və digər musiqi fayllarının səs keyfiyyətini inkişaf etdirərək artırır. DFX ilə sanki musiqi fayllarınıza sehrli bir dəyənək dəyəcək

  • Multimedia proqramları / Audio/Səs üçün
  • 2017-11-15
  • 2 470

8.1 Mb Pullu [Açar mövcuddur]

AudioLava Premium Edition 1.0

AudioLava Premium proqram vinil plastinkalarının və ya audio-kassetlərin və kompakt-diskə hazır kompozisiyaların daşınmasının sizin kolleksiyasının səslənməsinin peşəkar bərpası üçün mükəmməl bir proqramdır.Proqram nazik pərdənin, şaqqıldamaların və ya çatlamanın fışıltısının səs-küyünü avtomatik uzaqlaşdırır.

  • Multimedia proqramları / Audio/Səs üçün
  • 2016-07-18
  • 2 911

44.72 MB Pullu [Açar mövcuddur]

Screaming Bee MorphVOX Pro 4.4.41 Full Pack

Səs dəyişdirmə proqramları arasında ən nailiyyətlərindən biri olan Morphvox Pro ilə qadın səsini kişi səsinə yada kişi səsini qadın səsinə çevirmə işində olduqca yüksək bir uğura sahibdir.

Morphvox Pro, bir səs dəyişdirmə proqramıdır. Bu proqram ilə səsinizi dəyişə sevdiyiniz ilə şən dəqiqələr keçirə, Səsinizi müxtəlif şəkillərdə qadın, kişi, uşaq, pıçıltı, əjdaha, goblin, robot, cyborg və hətta qoca səsi də edə bilərsiniz.

  • Audio/Səs üçün / DJ studio & karaoke
  • 2016-05-31
  • 3 708

16 mb Pulsuz

Freemake Audio Converter 1.1.8.0 Repack

Bütün məşhur səs formatlarını bir-birinə çevirə bilən ödənişsiz və yeni bir format çeviricidir. Asan istifadə təmin edən qəşəng interfeysiylə Freemake Free Audio Converter MP3,WMA,WAV,FLAC, AAC,M4A,OGG formatlarını bir-birinə tək bas çevirə bilər. Apple cihazları iPod,iPhone,iPad ilə uyğun çalışan səs formatı M4A dəstəyi olan Freemake Free Audio Converter sayəsində istədiyiniz mahnıları daşına bilər cihazlara daşıya biləcəksiniz. Ayrıca MP3 və AAC formatlarındakı səs faylları daşına bilir. Free Audio Converter ilə birdən çox səs faylını birləşdirmə imkanınız da var. DVD,H. 264,AVİ,MPEG,MP4,MKV,DIVX,MOV,WMV,VOB,3GP,RM,QT,FLV formatlarındakı video fayllarından səsləri çıxartmaq istəsəniz proqram yenə sizə köməkçi olacaq. Videolardan ayırdığınız səsləri mobil cihazlara ata bilər və ya kompüterinizdə saxlaya bilərsiniz.

  • Multimedia proqramları / Audio/Səs üçün
  • 2016-05-07
  • 3 685

Comments are closed, but trackbacks and pingbacks are open.