18 oktyabr dövlət müstəqilliyi günü
Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və o 43 nəfər tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerə qalan 300-dən çox deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndirib.
18 oktyabr dövlət müstəqilliyi günü
18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Akta əsasən, Azərbaycan dövləti 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. Demək olar ki, həmin Akt Azərbaycan Respublikasının bütün dünyada tanınmasında həlledici rol oynadı. Azərbaycan dünyanın nəhəng dövlətlər ilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına (02.03.1992) üzv oldu. İndi Azərbaycanın səsi Avropa Şurasının, BMT-nin zirvə toplantılarından, yüksək tribunalarından eşidilir. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlər ilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sayəsində ölkənin müstəqilliyi daha da möhkəmləndi, işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. Artıq gələcək nəsillər əmin-amanlıq şəraitində quruculuq işləri ilə məşğul olacaq, respublika dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.
8 mart- Beynəlxalq Qadınlar günü
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xanımlarını 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara can sağlığı, qadın səadəti və x.
Elmi Şurada yeni ekspozisiyanın qurulması ilə bağlı məsələlər müzakirə olunub
Martın 3-də Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Və.
Dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deghati muzeyi ziyarət edib
Bu gün məşhur azərbaycanlı fotoqraf Reza Deghati muzey rəhbərliyi ilə görüşüb. Tanınmış fotoqrafla gələcək əməkdaşlıq mövzuları ətrafında söhbət aparı.
Muzeydə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Mü.
Abşeronun neftli torpaqlarının planı bərpa olunub
Muzeyin Sənədli mənbələr fondunda qorunan 1907-ci ilə aid Abşeron yarımadasının (Balaxanı, Sabunçu, Ramana, Bibiheybət) neftli torpaqlarının planı (ra.
“Xocalı Dosyesi” adlı tədbir keçirilib
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılı.
Xocalı Soyqırımına həsr edilmiş sərgi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın və “İstedadlı Əlillər” İctimai Birli.
Muzeydə uşaqlar üçün əyləncəli-maarifləndirici tədbir keçiriləcək
“Muzeydə Novruz macəraları” adlı əyləncəli-maarifləndirici tədbirlər keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş.
18 oktyabr dövlət müstəqilliyi günü
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.
2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr – Dövlət Müstəqilliyi günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.
18 oktyabr dövlət müstəqilliyi günü
18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Dövlət Müstəqilliyinin Bərpası Günüdür. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib.
Modern.az-ın məlumatına görə, 1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.
Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və o 43 nəfər tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerə qalan 300-dən çox deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndirib.
1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 350 deputatından 258-i səs verib, 90 nəfər sessiyaya qatılmayıb. İclasa gələn 260 nəfərdən 2 nəfər yekun səsəvermədən yayınıb. Yekunda 258 nəfər Müstəqillik Aktına səs verib.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. Amma 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr – Dövlət Müstəqilliyi Günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. O zamandan rəsmi bayram statusunu itirən həmin tarixlər iş günü sayılır.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.
2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.
A.Qorxmaz
Comments are closed, but trackbacks and pingbacks are open.