18 oktyabr dövlət müstəqilliyi günü milli kitabxana
Kitabxananın direktor müavini Ədibə İsmayılova Azərbaycanın müstəqillik tarixindən söz açıb. Bildirib ki , XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib , 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub . Diqqətə çatdırılıb ki , Milli Kitabxana hər il Müstəqillik Günü ilə bağlı tədbirlər, kitab sərgisi keçirir .
Xəbərlər
Milli Kitabxanada “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
- Paylaşın
- Bütün xəbərlər
Oktyabrın 18-i Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin otuzuncu ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.
Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin müstəqilliyimizin bərpası ilə bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/dovlet_musteqilliyi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Otuz illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir.
18 oktyabr dövlət müstəqilliyi günü milli kitabxana
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nın qəbul olunmasından, bu mühüm tarixi sənədlə xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmasından danışıb.
“Tale elə gətirdi ki, bir əsrdə iki dəfə müstəqillik qazandıq”, – deyən K.Tahirov müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu bildirib. Müstəqilliyimizin qorunmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. Bu gün Azərbaycan inkişaf dövrünü yaşayır ki, bu da ulu öndər Heydər Əliyevin siyasətinin bəhrəsidir. Azərbaycanın bütün dünyada öz sözü, imzası ilə tanındığını söyləyən direktor ölkəmizi yorulmaz fəaliyyəti ilə irəli aparan, inkişaf etdirən dövlət başçısının ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb.
Direktor müavini Ədibə İsmayılova müstəqil Azərbaycanın bu yolda ilk və inamlı addımlarından danışıb. Müstəqilliyin bərpasından sonrakı müddətdə Azərbaycanın əldə etdiyi uğurları diqqətə çatdıran Ə.İsmayılova bildirib ki, Milli Kitabxana il ərzində 10-dan artıq beynəlxalq kitab sərgisində ölkəmizi təmsil edib. Bu da müstəqilliyin yaratdığı imkanlardan biridir.
Sonra tədbir iştirakçıları “18 oktyabr – Dövlət Müstəqilliyi günüdür” adlı kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanış olublar.
18 oktyabr dövlət müstəqilliyi günü milli kitabxana
Müstəqillik Gününə həsr edilmiş tədbirlər
Azərbaycan Milli Kitabxanasında �18 oktyabr � Dövlət Müstəqilliyi Günüdür � adlı kitab sərgisi açılıb.
Kitabxananın direktor müavini Ədibə İsmayılova Azərbaycanın müstəqillik tarixindən söz açıb. Bildirib ki , XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib , 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub . Diqqətə çatdırılıb ki , Milli Kitabxana hər il Müstəqillik Günü ilə bağlı tədbirlər, kitab sərgisi keçirir .
Budəfəki sərgidə Azərbaycan, rus , ingilis və digər dillərdə nəşr olunmuş 300-ə yaxın kitab , dövri mətbuat materialları nümayiş edilib .
Sumqayıtın Tarixi Muzeyində 18 oktyabr � Müstəqillik Gününə həsr edilmiş � Yaşa-yaşa Azərbaycan� adlı tədbir keçirilib . Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Muzeyin direktoru , Əməkdar mədəniyyət işçisi Olya İslamova , muzeyin əməkdaşları Sevinc Əmirova, Sənurə Lazımova, Zülfiyyə Fətəliyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təlimatçısı Bayram Cəfərli, 41 nömrəli məktəbin tarix müəllimi Samirə Məmmədova və başqa çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının 1991-ci ildən sonrakı müstəqillik tarixindən söhbət açıblar.
Şeir qiraəti üzrə şəhər müsabiqəsinin qalibləri � 4, 17 və 28 nömrəli orta məktəblərin şagirdlərinin söylədikləri şeirlər maraqla qarşılanıb.
Sabirabad rayon Mədəniyyət Mərkəzi və Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Müstəqillik Günü münasibətilə tədbir keçirilib .
Muzeyin direktoru Ş.Əsgərova çıxış edərək bildirib ki , 1991-ci ilin 18 oktyabrı � Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir . 27 il öncə bu tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub , ölkəmiz müstəqilliyini bərpa edib . Mədəniyyət mərkəzinin direktoru M.Ağazadə və digər çıxışçılar müstəqillik tarixinə nəzər salıblar. Sonda mövzu ilə bağlı kitab və dövri mətbuat sərgisinə baxış keçirilib .
Salyan rayon Mədəniyyət Mərkəzi � Murad � Əlillər İctimai Birliyi ilə birgə �Əbədi müstəqillik� adlı toplantı keçirib . Mərkəzin direktoru Lətif Zərbəliyev, 1 saylı şəhər klubunun müdiri Nuriyyə Quliyeva , 2 saylı şəhər klubunun müdiri Həqiqət Əsgərova və başqaları çıxış ediblər. Məktəblilər dövlət müstəqilliyinə həsr olunan şeirlər söyləyiblər. Tədbirdə ictimai birlik üzvlərinin rəsm sərgisi təqdim olunub .
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə S.Vurğun adına istirahət parkında Qazax rayon MKS tərəfindən Müstəqillik Gününə həsr olunmuş səyyar kitabxana xidməti təşkil edilib . Tədbirdə �Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi�, � Ucalan bayraqlı Azərbaycanım�, � Ordum varsa , yurdum var �, � Aprel döyüşləri bizim şanlı qələbəmizdir�, �2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili � adlı stendlərdə kitablar və dövri mətbuat nümayiş olunub . Sərgi ilə tanış olanların bir qrupu kitabxanaya üzv yazılıb.
Xaçmaz rayon Mərkəzi kitabxanasının zalında �Dövlət müstəqilliyimiz daimidir , əbədidir, dönməzdir� adlı tədbir təşkil olunub . Tədbirdə MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov, 3 saylı məktəbin tarix müəllimi V.Qədimov çıxış ediblər. Sonda sənədli film nümayiş etdirilib .
Ağdaş rayon Mərkəzi kitabxanasında 1 saylı Gənclər kitabxanası ilə birgə tədbir keçirilib . MKS-nin direktoru Seyfəddin Feyzullayevin , kitabxanaçı Vüsalə Məmmədovanın mövzu ilə bağlı çıxışları dinlənilib. Müşfiq İsayev adına orta məktəbin 4-cü sinif şagirdləri Azərbaycanın müstəqilliyini tərənnüm edən şeirlər söyləyiblər.
Quba rayon MKS-nin Mərkəzi kitabxanasında da əlamətdar günlə bağlı tədbir təşkil edilib . MKS-nin direktor müavini Hüriyyə Sultanova , kitabxananın əməkdaşı Nazbəhər Əmiraslanova tədbirdə çıxış edib , sonda �Müstəqilliyimiz əbədidir� adlı sərgiyə baxış keçirilib .
Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.6.
Comments are closed, but trackbacks and pingbacks are open.