Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Qanuna əsasən 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Tarixçi alim: 18 Oktyabrın Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tarixi zərurətdir
Möhkəm özüllər üzərində və könüllülük prinsipləri ilə qurulmayan Sovetlər Birliyinin dağılması nəticəsində Azərbaycan Ali Soveti böyük tərəddüdlərdən sonra Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Ulu öndər Heydər Əliyev 1990-cı ilin əvvəlində 20 Yanvar hadisələrinə Moskvada öz kəskin etirazını bildirərək Bakıya gəldi. Lakin burada onu istəməyən oyunbaz, hakimiyyət hərislərinin əks münasibətini görərək Naxçıvana getməli oldu. Bütün məhdudiyyətlərə rəğmən Ümummilli Lider Naxçıvanda olarkən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli şanlı bayrağını qaldırıb, Naxçıvan SSR Muxtar Respublikası adından “SSR” sözünü götürdü. Sovetlər Birliyinin hakimiyyətdə olduğu ən sərt zamanlarda Ulu Öndərin bu addımı Bakıda hələ də şübhə ilə qarşılanırdı. Mərkəz müstəqillik haqqında qərarı bir ilə yaxın gecikdirdi. Lakin sonda ölkə ictimaiyyətinin böyük təsiri, ziyalıların müdaxiləsi və Ulu Öndər faktoru nəticəsində 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə səs verdi.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru dosent Alı Balayev 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü haqqında danışarkən deyib. Onun sözlərinə görə, 18 oktyabr 1991-ci ildə müstəqilliyimizin bərpa olunması ilə bağlı qəbul olunan o qərarın özündə belə dəqiqlik yox idi. Həmin Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da referendum yolu ilə qəbul edildi. O bildirib ki, 1991-ci ildə bu qərarı verənlərin Prezident Fərmanı ilə onu təsdiq etməyə sanki cəsarətləri çatmamışdı: “Şübhəsiz, müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Ancaq müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur.
1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada hökm sürən acınacaqlı vəziyyət bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifahının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan verməyib. Hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması insanlarda keçmişə – sosializmə “nostalgiya” hisslər yaradır, ümumən milli müstəqillik idealının mahiyyətinə mənfi təsir göstərir, onun ictimai rəydə adekvat dərkinə mane olurdu.
Son günlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkə parlamentinə təqdim etdiyi və qəbul olunmuş qanun layihəsinə edilmiş dəyişikliklə bağlı dövlət başçısına dəstək xarakterli müzakirələr aparılmaqdadır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla, ilk növbədə, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdi. Bu, müsəlman Şərqində ilk demokratik respublika idi. Amma, eyni zamanda, Azərbaycan sözünün siyasi termin kimi istifadə olunduğu ilk müstəqil dövlətimizdir. Biz Cümhuriyyətçi babalarımızın 103 illik müstəqillik mirasına sahib çıxaraq onu tarixi torpaqlarının üzərində bərpa edərək dövlətçiliyimizi davam etdiririk. Belə olduğu təqdirdə, Azərbaycan adında bir siyasi quruluşun 103 yaşı var ikən biz nə üçün cəmi 30 illik tarixə əsaslanmalıyıq. Hətta 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. Bütün bu faktların əsasında biz dövlətçilik ənənələrimizin tarixini mühafizə və müdafiə edərək öz keçmişimizə sahib çıxmalıyıq. Bu qədər güclü arqumentlərlə razılaşmayanlar və 18 Oktyabr tarixini müstəqillik günü kimi qəbul edənlər özləri də məsələnin mahiyyətinə varmadan 103 illik müstəqillik tariximizi otuz ilə endirərək xalqımızın şanlı keçmişini unudurlar.
Alimin fikrincə, bu məsələnin məhz Prezident tərəfindən qaldırılması daxilimizdə olan bu mənfur ünsürlərə verilən ən gözəl cavabdır: “Özlərinin dağıdıcı missiyaları sayəsində ulu öndər Heydər Əliyevə qədər hakimiyyəti paylaşan bu qüvvələr 18 Oktyabrın bayram günü kimi qeyd olunmadığını iddia edirdilər. Qəbul olunmuş yeni qanunla artıq biz hər iki tarixi hadisəni bayram kimi qeyd edəcəyik.
28 May – Respublika Gününün Müstəqillik, 18 Oktyabr – Müstəqillik Gününün isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tarixi zərurətdir. Bugünkü reallıqlar və əldə etdiyimiz rəşadətli Zəfər bu bayramların adlarının da doğru yazılmasını tələb edir. 44 günlük şanlı Zəfər tariximiz haqqında çox danışılacaq, çox layihələr icra olunacaq, kitablar yazılacaq. Vətən müharibəsində qalib gəlməklə biz ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı, müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geriyə alınmasına nail olduq. Müstəqilliyin bərpasının 30 illik yubileyini qeyd etdiyimiz bu günlərdə Prezident İlham Əliyev, rəşadətli Ordumuz və canlarını Vətənə qurban verən şəhidlərimiz tərəfindən xalqımıza bəxş edilmiş şanlı Zəfər tariximiz bizim qürur mənbəyimizdir. Prezidentin də xüsusi vurğuladığı kimi, “Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da yaşayacaqdır. Heç kim bizi öz ata-baba yurdlarımızdan çıxara bilməz! Yaşasın Azərbaycan!”
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
BAKU.WS xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.
Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
18 oktyabr müstəqillik günü
Xəbər verdiyimiz kimi, Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub. Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Qanunu təsdiqləyib.
Qanuna əsasən 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
“Qafqazinfo”nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, həmin günlər hər il bayram kimi qeyd olunacaq.
Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.
Son xəbərlər
- 10:20 | “Çayxanalarda domino və nərdə icazə verilməsi heç nəyi həll etmir” – 3 ayda nələr dəyişib?
- 10:17 | Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2023”ə qeydiyyat başladı
- 10:17 | “Qarabağ” dünya reytinqində 7 pillə irəlilədi
- 10:16 | Neftimiz bahalaşdı
- 10:08 | Usubovun qardaşı oğlu ilə Zalovun kürəkəninin yerləri dəyişdirildi
- 09:52 | Azərbaycanda daşınmaz əmlak bazarını nə gözləyir?
- 09:44 | Kayseridə 4,8 ballıq zəlzələ oldu – Video
- 09:43 | “Zirə” “Kəpəz”ə, “Sumqayıt” “Sabah”a qarşı
- 09:38 | “Kontakt” Mərdəkanda ən böyük elektronika mağazasını açır – Əyləncəli açılışa sən də gəl
- 09:34 | Şirkət direktoru dövlət qurumunu qərəzdə ittiham etdi
- 09:33 | Eltona ağır itki
- 09:33 | Heydər Əliyev ideyaları əsasında yeni hədəflərə doğru…
- 09:22 | İmran Mehdiyev vəfat etdi
- 09:17 | Si Cinpin yenidən Çin Sədri seçildi
- 09:09 | Rayonlarda pensiya bu tarixdə veriləcək
- 08:23 | 51 ildən sonra yenidən Ayın ətrafına göndərirlər
- 08:05 | “Fənərbaxça” səfərdə uduzdu
- 07:48 | Ukrayna üçün ağır gecə…
- 07:06 | Qaradağda gənci öldürən şəxs saxlanıldı
- 06:59 | Tramp ABŞ-ın gələcək prezidenti adlandırıldı
- 06:11 | Burcu Esmersoy evlənir
- 05:40 | Tehran metrosunda qorxulu anlar
- 04:31 | Villasını indi çadır əvəz eləyir – 20 mağazası, 8 evi dağıldı + Video
- 04:02 | “Başakşəhər” “Qarabağ”ın uduzduğu rəqiblə heç-heçə oynadı
- 03:44 | Türkiyədə daha bir zəlzələ
- 03:11 | Qolfçular Ronaldonu, o da Messini ötdü – Milyarder idmançıların siyahısı
- 02:29 | Almaniyadakı atışmada ölənlərin sayı artdı – Yenilənib
- 01:24 | FİFA-dan Türkiyə klubuna transfer qadağası
- 01:20 | Ötən günün ən yaddaqalan – Fotoları
- 01:15 | Gürcüstanda etirazçılar hökumətin istefasını tələb edir
- 00:34 | Nazirdən içməli sudan istifadə ilə bağlı əhaliyə çağırış
- 00:21 | ABŞ Ukraynaya 6 milyard dollar ayıra bilər
- 00:18 | Təl-Əvivdəki atışma terror aktı kimi qiymətləndirildi – Yenilənib+Video
- 09.03.2023 23:54 | Müdafiə Nazirliyi məlumat yaydı
- 09.03.2023 23:53 | Rusiya və BMT nümayəndələri bu tarixdə görüşəcək
- 09.03.2023 23:32 | Bu ölkələr Ukraynaya döyüş təyyarələri göndərəcək
- 09.03.2023 23:21 | Gürcüstan parlamenti sabah toplana bilər
- 09.03.2023 23:14 | Adıyamanda zəlzələ oldu
- 09.03.2023 23:06 | Lyayen və Zelenski arasında telefon danışığı baş tutdu
- 09.03.2023 22:55 | X Qlobal Bakı Forumu – İlk gündə nələr müzakirə olundu?
- 09.03.2023 22:40 | Bakı metrosunda qəza təlim-məşq oyunu keçirilir
- 09.03.2023 22:33 | İsveç və Finlandiya NATO istiqamətində müsbət addımlar atır
- 09.03.2023 22:20 | Premyer Liqada hakim təyinatları açıqlandı
- 09.03.2023 22:04 | Hacı Şahinin ailəsindən müraciət
- 09.03.2023 21:55 | TikTok istifadəçilərin telefonlarını dinləyə bilər
- 09.03.2023 21:41 | Gürcüstanda saxlanılan bütün etirazçılar sərbəst buraxıldı
- 09.03.2023 21:35 | Bakıda “Çoxtərəfliliyin yenidən kəşfi: qoşulmamanın yeni dövrü?” mövzusunda müzakirələr aparılıb
- 09.03.2023 21:24 | Defne onunla sevgilidir
- 09.03.2023 21:17 | Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin olundu
- 09.03.2023 21:14 | “Azərbaycan bunu bacardı” – Volkan Bozkır
Comments are closed, but trackbacks and pingbacks are open.