Press "Enter" to skip to content

Статья 181.1. Основные положения

a) töhmət vermək;

AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ

Quldurluq
181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin
həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi
ilə bağlı olan basqın—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
181.2. Eyni əməllər:
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
181.2.2. təkrar törədildikdə;
181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz
olaraq girməklə törədildikdə;
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə;
181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
181.3. Eyni əməllər:
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə;
181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 182.
Hədə‐qorxu ilə tələb etmə
182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının
şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya
onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya
əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
182.2. Eyni əməllər:

182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
182.2.2. təkrar törədildikdə;
182.2.3. zor tətbiq etmə ilə törədildikdə;
182.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
182.3. Eyni əməllər:
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə;
182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 183.
Xüsusi dəyəri olan əşyaları talama
183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan
asılı olmayaraq talama—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
183.2. Eyni əməllər:
183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
183.2.2. təkrar törədildikdə;
183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv
olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 184.
Aldatma və ya etibardan sui‐istifadə etmə yolu ilə əmlak ziyanı vurma
184.1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin
əmlakına talama əlamətləri olmadan ziyan vurma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
184.2. Eyni əməllər:
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
184.2.2. təkrar törədildikdə;

184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
184.3. Eyni əməllər:
184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
184.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma və ya etibardan
sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 185.
Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa
nəqliyyat vasitəsi ələ keçirmə
185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ
keçirmə (qaçırma)—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
185.2. Eyni əməllər:
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
185.2.2. təkrar törədildikdə;
185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə
törədildikdə;
185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
185.3.3. həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə
törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 186.
Əmlakı qəsdən məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda
ziyan vurmaqla törədildikdə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.

186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır
nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 187.
Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə
187.1. Özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli
miqdarda ziyan vurmaqla törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
187.2. Eyni əməllər odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma
üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
187.3. Bu Məcəllənin 187.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb
olduqda—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd. Bu Məcəllənin 187.1—187.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Maddə 188.
Torpaq üzərində mülkiyyət hüququnu pozma
Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini
özbaşına tutma, dəyişdirmə və ya becərmə —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya
bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Maddə 189.
Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
189.1. Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla
danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz saatadək ictimai işlər və ya bir
ilədək müddətə islah işləri ilə cəzalandırılır.
189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə
cəzalandırılır.

189‐1. Təbii qazın, elektrikya istilik enerjisinin talanması
189‐1.1. Təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu enerji
resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə ‐
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
189‐1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə ‐
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
189‐1.3. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi
olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti
nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə
yetirməməsi səbəbindən bu Məcəllənin 189‐1.1‐189‐1.2‐ci maddələrində nəzərdə tutulmuş
əməllərin qarşısının alınmaması –
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
189‐1.4. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi
olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui‐istifadə etməklə tamah və ya
sair şəxsi marağı üzündən bu Məcəllənin 189‐1.1 və 189‐1.2‐ci maddələrində nəzərdə
tutulmuş əməllərin qarşısını almaması ‐
dörd min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
Bu Məcəllənin 189‐1.1 və 189‐1.2‐ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
24-cü fəsil
İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR

Maddə 190.
Qanuni sahibkarlıq fəaliyyətinə mane olma
190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina
etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata
keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və
ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı
olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni
maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının
müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz
müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə
etməklə törədildikdə—
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli
miqdarda ziyan vurmaqla törədildikdə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək
müddətə islah işləri ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 190, 192, 193, 194—198, 202—205, 210—212-ci maddələrində «xeyli miqdar» dedikdə, min
manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
Maddə 191.
Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair
şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq
kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən
azaltma—
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
Maddə 192.
Qanunsuz sahibkarlıq
192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət
qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq
(lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə
olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən
sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda
ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192.2. Eyni əməllər:
192.2.1. külli miqdarda ziyan vurduqda;
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 193.
Yalançı sahibkarlıq
193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak
mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq
fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması
xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə —
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193.2. Eyni əməllər:
193.2.1. külli miqdarda ziyan vurduqda;
193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə —
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı
leqallaşdırma
193-1.1.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı
leqallaşdırma, yəni:
193‐1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə‐bilə pul vəsaitləri və ya digər əmlakın
əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən
yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın
konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər
əqdlərin həyata keçirilməsi;
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın
həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların
yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə
məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi – iki min manatdan beş min
manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə
olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193-1.2. Eyni əməllər:
193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
193-1.2.2. təkrar törədildikdə;
193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma

hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla beş ildən
səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193-1.3. Bu məcəllənin 193-1.1 və ya 193-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
193-1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat ) tərəfindən
törədildikdə;
193-1.3.2. külli miqdarda törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla yeddi ildən
on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu məcəllənin 193-1.3.2-ci maddəsində “külli miqdar” dedikdə qırx beş min manatdan artıq olan məbləğ başa
düşülür.
Maddə 194. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə
etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə
194.1
.
Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə‐bilə xeyli
miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə
etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə

min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya əmlakı müsadirə edilməklə dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
194.2. Bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
194.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə;
194.2.4. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 195.
Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə
195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın
təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin,
güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə
istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 195‐1. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə
qaydalarını pozma
195‐1.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti
yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında
məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların qanunvericiliklə
müəyyən edilmiş qaydada vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların
verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda ‐
üç min beş yüz manatdan beş min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
195‐1.2. Dövlət borcalmaları və ya dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş
vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda ‐
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, iki ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya bir
ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
195‐1.3. Bu Məcəllənin 195‐1.1‐ci və 195‐1.2‐ci maddələrində nəzərdə tutulmuş əməllər
dövlətə külli miqdarda ziyan vurduqda ‐
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə, iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 196.
Kreditor borclarını ödəməkdən qəsdən yayınma
196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya
vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli
miqdarda ziyan vurduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan beş min manatadək
miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri və ya üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.

Maddə 197.
Əmtəə nişanlarından qanunsuz istifadə etmə
197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya
eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli
miqdarda ziyan vurduqda—
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 198.
Bilə‐bilə yalan reklam etmə
198.1. Əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları,
satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə
xeyli miqdarda ziyan vurduqda—
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
198.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 199.
İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma
199.1. İnhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı
bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin
digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla
inhisarçılıq hərəkətlərini etmə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
199.2. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
199.3. Bu Məcəllənin 199.1 və ya 199.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hədə­
qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə,
habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya
zədələmə hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən altı ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 200.
İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma

200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar,
həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər
tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya
keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —
yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.
200.2. Eyni əməllər:
200.2.1. təkrar törədildikdə;
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—
üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki
ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların
satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və
ya ağır zərər vurulmasına səbəb olduqda —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda —
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manat, «külli miqdar» dedikdə qırx manatdan yuxarı olan məbləğ başa
düşülür.
Maddə 200‐1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi
200‐1.1. Bilə‐bilə keyfiyyətsiz, normativ‐texniki sənədlərin tələblərinə cavab
verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin
satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin
istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda
törədildikdə ‐
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
üç min manatdan beş min
manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
200‐1.2. Eyni əməllər:

200‐1.2.1. təkrar törədildikdə;
200‐1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
200‐1.2.3. külli miqdarda törədildikdə ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki ildən üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
200‐1.3. Bilə‐bilə keyfiyyətsiz, normativ‐texniki sənədlərin tələblərinə cavab
verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin
satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin
istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
200‐1.4. Bu Məcəllənin 200‐1.3‐cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə
min manatdan iki min manatadək olan məbləğ,
200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan məbləğ başa düşülür
Maddə 201.
Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv
etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə
əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun
bağlanmasından imtinaya məcbur etmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
201.2. Eyni əməllər:
201.2.1. təkrar törədildikdə;
201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 202.
Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və
ya yayma
202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin
məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri
oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və
ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan
vurmaqla törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
Maddə 202‐1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma
202‐1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarəti‐nə aid sənəd və məlumatların
və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri
və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
202‐1.2 Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
ʺMaddə 202‐2. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
202‐2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud
işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya
başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün
üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə
etməklə törədildikdə ‐
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək miqdarda cərimə
və ya min manatdan üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə,
əmlakı müsadirə olunmaqla altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
202‐2.2. Eyni əməllər:
202‐2.2.1. təkrar törədildikdə;

202‐2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə ‐
üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə,
əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 202‐2.1‐ci maddəsində ʺinsayderʺ dedikdə Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 1078‐46.2 və 1078‐47‐ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.
Maddə 203.
Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma
203.1. Qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların daxil
edilməsi, həmçinin bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya
prospektinin təsdiq edilməsi və ya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq
edilməsi xeyli miqdarda ziyan vurduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz saatadək
ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
203.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 203‐1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya
203‐1.1. Qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli
kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar
qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış və qəsdən edilmiş əməllər ilə süni
olaraq dəyişdirilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə
etməklə törədildikdə ‐
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
203‐1.2. Eyni əməllər:
203‐1.2.1. təkrar törədildikdə;
203‐1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

203‐1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan informasiya‐
telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla altı ildən
oıi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 204.
Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma
204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici
valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
204.2. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama
, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
204.3.2. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 205.
Saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini
hazırlama, əldə etmə və ya satma
205.1. Qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş
sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma—
beş yüz manatdan min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
205.2. Eyni əməllər:
205.2.1. təkrar törədildikdə;
205.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
205.2.3. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.

Maddə 205‐1. Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma
Saxta aksiz markalarını satış məqsədilə hazırlama, habelə əldə etmə və ya satma –
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 206.
Qaçaqmalçılıq
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük
nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi
vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan
etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və
digər əşyaların külli miqdarda keçirilməsi—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici,
radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov
silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının,
nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının
hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən
keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş
strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud
sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə,
yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
206.4. Bu Məcəllənin 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu maddədə «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan
məbləğ başa düşülür.

Maddə 207.
Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji
sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan
Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və
xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə
Azərbaycan Respublikasına qaytarmama—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 208.
Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama
208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində
əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan
Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli
miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
208.2. Eyni əməllər:
208.2.1. külli miqdarda törədildikdə;
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar»
dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür.
Maddə 209.
Gömrük ödənişlərinin ödənilməsindən yayınma
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma—
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli miqdar» dedikdə, dörd
min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Maddə 210.
Müflisləşmə zamanı qanunsuz hərəkətlər
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən
müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak
öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak
haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın
özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və
ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli
miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün
müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı
kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük
verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə­
bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 211.
Qəsdən müflisləşmə
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə
fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə
qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb
olduqda—
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 212.
Saxta müflisləşmə
212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə
fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət
almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün
kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan
etməsi xeyli miqdarda ziyan vurduqda—
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri
və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb
olduqda—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 213. Vergi ödəməkdən yayınma
KM1
213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını
ödəməkdən yayınma ‐ üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə ‐ üç ilədək müddətə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç
ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə ʺxeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, ʺkülli
miqdarʺ dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Maddə 213-1.
Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka
olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara
çıxarma və ya idxal etmə
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli
miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma
və ya idxal etmə –
əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213-1.2. Eyni əməllər:
213-1.2.1. külli miqdarda törədildikdə;
213-1.2.2. təkrar törədildikdə;
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə –
əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə iki
min manatdan yuxan olan məbləğ başa düşülür.
Maddə 213‐2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma

Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal etmiş subyektlər tərəfindən yerin
təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş
qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən,
onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə‐
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
Maddə 213‐3. Dövlət əyar damğalarını saxtalaşdırma
213‐3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət
məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar
damğalarını saxtalaşdırma‐
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
213‐3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə‐
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
ONUNCU BÖLMƏ
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
25-ci fəsil
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 214.
Terrorçuluq
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq,
yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul
edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər
vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin
baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin
məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə –

əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə
törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar
etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin
tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 214-1.
Terrorçuluğu maliyyələşdirmə
Əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın
tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 215, 219, 219‐
1, 277, 278, 279, 280 və 282‐ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup
(dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin
maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya
hə‐min məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə
olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi

əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aksiyalarının törədilməsində və ya törədilməsinə cəhddə
faktiki istifadə olunmaması və ya konkret terror aksiyası ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini
aradan qaldırmır.
2. Bu Məcəllənin 214‐1‐ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında
xəbərdar etməklə və ya başqa üsulla bu cür terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun
əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 215.
Adamları girov götürmə
215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər
hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi
girov götürmə və ya saxlama—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

215.2. Eyni əməllər:
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
215.2.2. təkrar törədildikdə;
215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;
215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə
törədildikdə;
215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə;
215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə;
215.2.8. tamah niyyəti ilə törədildikdə—
on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov
götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 216. Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə
İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai
təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa
hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 217.
Banditizm
217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar
(bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
217.2. Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak
etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 218.
Cinayətkar birlik (təşkilat) yaratma
218.1. Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat)
yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur
bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün

plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
218.3. Bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 219.
Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə
gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.2. Eyni əməllər:
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
219.2.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə;
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə;
219.2.4. təkrar törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.3. Bu Məcəllənin 219.1 və ya 219.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 219-1.
Dəniz quldurluğu
219-1.1. Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq etməklə
və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın –
beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219-1.2. Eyni əməllər:
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
219-1.2.2. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə –

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on iki ilədək azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
219-1.3. Eyni əməllər:
219-1.3.1. təkrar törədildikdə;
219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən on beş ilədək azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 220.
Kütləvi iğtişaş
220.1. Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın,
partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə
silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə
iğtişaşlarda iştirak etmə—
dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
220.2. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi
iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 221.
Xuliqanlıq
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik
ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi
hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən
qərəzli hərəkətlər—
yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
221.2. Eyni əməllər:
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın
pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət
göstərməklə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə
törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 222. Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik
qaydalarını pozma
222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin
sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən
işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat
və sağlamlığı üçün real təhlükə yaratdıqda ‐
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır
zərərin vurulmasına səbəb olduqda ‐
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki
ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 222‐1. Özbaşına tikinti işləri aparma
222‐1.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti
orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin
konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə,
onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı
üçün real təhlükə yaratdıqda ‐
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,
222‐1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az
ağır zərərin vurulmasına səbəb olduqda ‐

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
222‐1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 222-2.
Müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma
işləri aparma
222‐2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan
elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su
təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil
yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,
222‐2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 222‐3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan
tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını
qərəzli olaraq İcra etməmə
Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən
planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması
işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarının qərəzli olaraq icra
etməmə ‐
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 223.

Статья 181.1. Основные положения

1. Правила, предусмотренные настоящей главой, применяются, если законом или в установленном им порядке не предусмотрено иное.

2. Решение собрания, с которым закон связывает гражданско-правовые последствия, порождает правовые последствия, на которые решение собрания направлено, для всех лиц, имевших право участвовать в данном собрании (участников юридического лица, сособственников, кредиторов при банкротстве и других – участников гражданско-правового сообщества), а также для иных лиц, если это установлено законом или вытекает из существа отношений.

Комментарий к Ст. 181.1 Гражданского кодекса РФ

1. Решение общего собрания выступает в качестве основания для совершения ряда юридически значимых действий организациями различных форм собственности и организационно-правовых форм. Порядок проведения собраний регламентируется учредительными документами организации, в том числе и в части применения различных правил принятия решений:

Нормы устава дополняются и конкретизируются положениями законодательного акта, регламентирующего правовое положение определенного вида юридического лица, например, ФЗ от 08.02.1998 N 14-ФЗ “Об обществах с ограниченной ответственностью”. Нормы ГК РФ носят общий характер и подлежат применению лишь при отсутствии специальных предписаний. В большинстве случаев указанные общие нормы получили свое закрепление в рамках специальных законов.

2. Решение общего собрания является обязательным не только для участников юридического лица, но и третьих лиц в рамках их взаимоотношений с организацией, принявшей решение. Обязательность решения вытекает из его статуса в качестве правопорождающего или правопрекращающего юридического факта.

3. Судебная практика: Постановление Пленума ВС РФ от 23.06.2015 N 25 “О применении судами некоторых положений раздела I части первой Гражданского кодекса Российской Федерации” (см. п. п. 103, 104).

Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi

1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.

Maddə 170. Yeni istehsal (məhsul buraxılışı) zamanı əmək haqqının ödənilməsi şərti

Yeni istehsalın (məhsul buraxılışının) başlandığı gündən onun tam mənimsənildiyi dövr ərzində işçilərin əmək haqqının miqdarı əvvəlkindən az olarsa, onların əvvəlki orta əmək haqqı saxlanılır. Bu halda əmək haqqının saxlanıldığı dövrün konkret müddəti və onun tətbiq edildiyi işçilərin dairəsi işəgötürən tərəfindən müəyyən edilir.

Maddə 171. Natamam iş vaxtında əməyin ödənilməsi

Bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.

İyirmi altıncı fəsil

Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar

Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.

Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

Maddə 173. İşçilərin haqq-hesab sənədləri

1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.

2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:

hesablanmış əmək haqqının ümumi məbləği;

əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;

əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;

faktik ödənilən məbləğ;

tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.

4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.

Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi

1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

3. İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.

4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir.

Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası

1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

3. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

5. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

6. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.

Maddə 176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması

1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.

3. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.

İyirmi yeddinci fəsil

Orta əmək haqqı və onun saxlanılması üzrə təminatlar

Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası

1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.

5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 178. Əməyin ödənilməsinin təminatları

1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

2. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

3. Əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir.

Maddə 179. İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar

1. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.

2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır:

a) şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda;

b) ictimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə;

c) //çıxarılıb// münsiflər və kollektiv mübahisələrin həlli üçün yaradılan arbitraj məhkəməsinin tərkibinə daxil edildikdə;

ç) seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;

d) müvafiq dövlət hakimiyyəti orqanlarının ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;

e) kollektiv danışıqların aparılmasına, kollektiv müqavilələrin, sazişlərin hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrin həlli üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə;

ə) fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə;

f) mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə;

g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;

ğ) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;

h) işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə;

x) yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə;

ı) müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;

i) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda;

j) donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini verdikləri gün;

k) tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində;

q) işçilərin öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə;

l) bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda.

m) dövlət və ya bələdiyyə orqanlarının işçiləri seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda nəzarət-təftiş xidmətinə cəlb edildikdə.

n) Məhkəmə-Hüquq Şurasına və ya Hakimlərin Seçki Komitəsinə üzv təyin edildikdə;

o) dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri və ekspertləri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə;

ö) hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.

Maddə 180. İşçinin müəssisənin gəlirindən pay almaq hüququ

İşçilər, qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan səhmdar cəmiyyətlərin, habelə mülkiyyət payı bəlli olan digər müəssisələrin nizamnamələrində (əsasnamələrində) müəssisənin nəzərdə tutulan qaydada və məbləğdə müəyyən edilən gəlirinin müvafiq hissəsi miqdarında pay almaq hüququna malikdirlər. İşçilərin bu hüququnu məhdudlaşdıran və ya onları bu hüquqdan məhrum edən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Maddə 181. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsi

İxtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir.

Əmək və icra intizamı

İyirmi səkkizinci fəsil

Əmək və icra intizamının təmin edilməsi qaydaları

Maddə 182. Müəssisədaxili intizam qaydaları

1. Müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.

2. Müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuş hallarda müəssisədaxili intizam qaydaları birliyin müvafiq icra orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də qəbul edilə bilər.

3. Müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.

Maddə 183. Müəssisədaxili intizam qaydalarının məzmunu

1. Müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir:

a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı;

b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar;

c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;

ç) əmək şəraitinin təmin edilməsi qaydaları;

d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları;

e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları.

2. Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən müəssisədaxili intizam qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir.

Maddə 184. Əmək və icra intizamının intizam nizamnamələri ilə tənzimlənməsi

1. Əmək və icra intizamı işin, xidmətin xarakterinə görə aşağıdakı müəssisələrdə tərəflərin məsuliyyətini artırmaq məqsədi ilə intizam nizamnamələri ilə tənzim edilir:

a) dəmir yolu və rabitə müəssisələrində;

b) dəniz və çay nəqliyyatında, habelə balıqçılıq təsərrüfatının su nəqliyyatı donanmasında;

c) hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində;

ç) xüsusi təhlükəli şəraitli yeraltı işlər görülən iş yerlərində, habelə dağ-mədən sənayesi müəssisələrində ;

d) dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı və istismarı ilə məşğul olan müəssisələrdə;

e) hərbi sənaye müəssisələrində.

2. İntizam nizamnamələrində yalnız bu Məcəllənin «Əmək və icra intizamı» bölməsi ilə müəyyən edilmiş normalardan fərqli müddəalar nəzərdə tutula bilər. İntizam nizamnamələri mövcud olan müəssisələrdə digər əmək münasibətləri isə bu Məcəllə ilə tənzimlənir.

3. İntizam nizamnamələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmkarlar ittifaqları təşkilatının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

Maddə 185. Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması

1. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;

əlavə məzuniyyət verilməklə;

əmək haqqına fərdi əlavə edilməklə;

daha yüksək məbləğdə fərdi sığorta edilməklə;

sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;

müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları

Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

a) töhmət vermək;

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.