2-ci qrup ixtisaslar – ixtisas seçimi
Sosiologiya cəmiyyətin necə dəyişdiyini, tarixi olaraq necə inkişaf etdiyini və bu prosesləri incələyən elmdir. Sosiologiya ictimai hadisələri, ümumi faktları və cəmiyyəti bütövlükdə analiz edir. Sosiologiya fərdi problemlərlə məşğul olmaz, çünki onun mövzusu sosial hadisələr və faktlardır. Sosiologiya cəmiyyətin ümumi qanunlarını, sosial davranış tərzlərini öyrənməyə çalışır. Sosiologiya cəmiyyəti bir bütöv olaraq araşdırır. Cəmiyyətin indi necə qurulduğunu bilmək, sosial proseslərin həyatın müxtəlif sahələrinə təsirini nəzərə almaq, ictimai vəziyyətin gələcəkdə necə dəyişəcəyini proqnozlaşdırmaq və ictimai hadisələri idarə edə bilmmək üçün lazımdır. Sosioloji tədqiqatların məlumatları, məsələn, ictimai rəyin təhlili, bu gün inkişaf siyasətini son sosial meyillərə uyğun olaraq vaxtında tənzimləmək və dalğada qalmaq üçün siyasət və dövlət idarəçiliyi sahəsində, habelə ticarət şirkətləri və mediada tələb olunur. Peşə tarixi və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur.
II və III qruplar üzrə də keçid balları aşağı salınıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, qruplar üzrə müsabiqə şərtləri dəyişərək keçid balları aşağı salınıb.
II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər).
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisası üzrə xarici dil fənni istisna olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər).
Əvvəldən elan olunmuş müsabiqə şərtlərinə görə, ixtisas seçiminə II ixtisas qrupunda ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı isə 10-dan az olmayan abituriyentlər buraxılırdı.
İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.
Bundan əvvəl birinci və dördüncü ixtisas qruplarına da keçid balları aşağı salınıb.
2-ci qrup ixtisaslar – ixtisas seçimi
Ali təhsil almış yaxınlarımızdan, yaşlı insanlardan, böyüklərimizdən həyatlarında ən maraqlı dövrün hansı olduğunu soruşsaq, sözsüz ki, tələbəlik illərinin adını böyük ehtiramla və nostalji hisslərlə çəkərlər.
Tələbə olmaq sərbəstlik, böyümək və artıq öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək uğrunda çabalamaq deməkdir. Tələbə olmaq çətinlik, dostlaşmaq, öyrənmək deməkdir.
Ancaq tələbə illərini səmərəli və gələcəyinizə “investisiya yatıraraq” keçirmək istəyirsinizsə, ixtisas seçimində diqqətli olmaq və sevdiyiniz və məhz “özünü tapdığınız” ixtisası seçərək ali təhsil almaq vacibdir.
Əks halda tələbələr dərslərə həvəssiz yanaşır, seçdikləri peşədə mükəmməl ola bilmir və nəticədə işsiz qalırlar. “Oxuyan” bu gün sizə 2-ci qrup ixtisasları və həmin ixtisaslarda təhsil almaq üçün hansı universitetə üz tutmalı olduqları haqqında məlumat verəcək. Bununla yanaşı 2-ci qrup testləri və Onlayn 2-ci qrup imtahanları ilə hazırlığa başlaya bilərsiniz.
2-ci qrup ixtisaslarında kimlər təhsil alır?
Biznesyönümlü ixtisaslara həvəsiniz varsa, menecment, marketinq sahələrində özünü inkişaf etdirmək istəyirsinizsə, Azərbaycan iqtisadiyyatında, turizm sahəsində rolunuzun olmağını istəyirsinizsə, 2-ci qrup ixtisasları sizin üçün əvəzedilməzdir.
Bu qrup üzrə hazırlaşaraq gələcəyin müsahibatçısı, marketinq mütəxəssisi, sosioloqu, diplomatı və s. ola bilərsiniz.
İxtisas seçimi edərkən nələrə diqqət edilməlidir?
II ixtisas qrupunu seçmiş abituriyentlər kifayət qədər ixtisas seçimi olduğunu bilməlidir. Amma seçim çoxluğu daha çox araşdırma edib, daha düzgün qərar vermə məsuliyyəti də doğurur. Bacarıqlarınıza, hobbi və maraqlarınıza xüsusi diqqət yetirin. Onlar bu işdə sizin yolunuza işıq tutacaq. Aşağıdakı sualları özünüzə verin:
- Hansı peşə sahiblari mənə maraqlı gəlir?
- Hansı işi görmək mənim üçün yorucu deyil?
- Seçəcəyim ixtisas mənə karyera inkişafı vəd edirmi?
- Seçəcəyim ixtisas üzrə xaricdə təhsil imkanları necədir?
- Bu ixtisas 2-ci qrup ixtisasları arasında mənim üçün ən uyğun olanıdırmı?
- 2-ci qrup ixtisasları üzrə qəbul olan tələbələrin həm universitet, həm də seçdikləri ixtisas barədə rəyləri necədir?
Özünüzü və maraq dairənizi kəşf edin
Daha əvvəl dediyimiz kimi 2-ci qrup üzrə hazırlaşmazdan əvvəl məqsədinizi müəyyənləşdirməlisiniz. Siz, doğrudan, turizm sahəsini sevirsiniz? Bəlkə riyazi biliklər və məntiqi hesablamalar sizin üçün daha cəlbedicidir? Ya da insanın anatomiyası, fauna və flora, canlılar aləmi sizə “başqa sözlər pıçıldayır”?
Qədim xalqların həyatı, İsgəndərin şərqə yürüşü, Qanlı Mediçinin Fransada əsdirdiyi soyuq küləklər də az maraqlı deyil. Sizin öhdənizə düşən ilk olaraq nəyi sevdiyinizi dəqiqləşdirməkdir.
Əgər həvəs dairənizi müəyyənləşdirsəniz, məqsədiniz uğrunda çalışmaq daha əyləncəli olacaq və uğur da zəhmətin ardınca qaça-qaça gələcək.
2-ci qrup ixtisas seçimləri arasında seçim etmək üçün kiçik məsləhətlər
2-ci qrup ixtisasları arasında seçim etməzdən əvvəl həmin ixtisaslar haqqında kiçik araşdırma edin. Çünki peşələrin əksəriyyəti maraqlı olmağı ilə bərabər yorucu fəaliyyət və ya zehni əmək tələb edir.
Digər tərəfdən bu sahənin maraqlı və əyləncəli tərəflərini kəşf etməyə çalışın. Seçəcəyiniz ixtisasın karyeranızda yüksəliş vəd edib-etmədiyini öyrənin. İşləyəcəyiniz regionda həmin ixtisasa tələbat varmı?
Xaricdə ixtisasınız üzrə ustalaşmaq üçün hansı imkanlar var? Əlbəttə, Şumer dili və ədəbiyyatını öyrənən bir tələbənin öz karyerasını inkişaf etdirmək imkanı regionşünaslıq üzrə təhsil alan tələbədən heç də çox deyil.
Və ən vacibi maraqlandığınız ixtisas üzrə təhsil almış və ya hal-hazırda təhsilini davam etdirən tələbələrin rəyini öyrənin. Bu ixtisas üzrə hansı universitetdə daha yaxşı təhsil alacağınızı dəqiqləşdirin. Unutmayın ki, sonrakı peşmançılıq heç kəsə fayda vermir.
2-ci qrupda təhsil ala biləcəyiniz ixtisas və universitetlər
İxtisas seçimi, təbii ki, universitet seçimindən öndə dayanır. Prioritet ixtisası düzgün seçmək olsa da, universitetin seçimində edilən yanlışlıq alacağınız təhsilin keyfiyyətinə birbaşa təhsil edə bilər.
Bu başlığın altında 2-ci qrup ixtisasları arasında ən yayğın olanları və əgər bu ixtisası seçmək istəyirsinizsə, hansı universitetdə yaxşı təhsil ala biləcəyinizi qeyd edəcəyik.
Beynəlxalq münasibətlər
Siyasət elminin bir bölməsi olub adından da göründüyü kimi beynəlxalq təşkilatlar və dövlətlərin hüquq çərçivəsində bir-biri ilə əməkdaşlığının təşkil edilməsi barədə biliklərin aşılanmasına xidmət edir.
Bu ixtisas üzrə təhsil alan tələbələr gələcəyin Azərbaycanı siyasi arenada təmsil etmək üçün xidmətə cəlb olunacaq potensial diplomatlarıdır. Əgər dövlətlərarası münasibətlər və geosiyasi proseslər sizi maraqlandırırsa, bəlkə də, bu ixtisas elə məhz sizin üçündür.
Daxilinizdə yatan siyasətçini üzə çıxarmaq üçün bu sizə bir şans ola bilər.
Azərbaycan Diplomatik Akademiyası (ADA)
Azərbaycan universitetləri arasında nüfuzlu yerlərdən birinə sahib olan ADA universiteti dövlətimiz üçün savadlı kadrlar yetişdirmək yolunda inamla irəliləyir.
Maliyyə dəstəyiniz varsa, beynəlxalq münasibətlər ixtisası üzrə ən uyğun universitet məhz ADA universitetidir. Bununla yanaşı siz burada biznesin idarəedilməsi və iqtisadiyyat ixtisasları üzrə də keyfiyyətli təhsil ala bilərsiniz.
Biznesin idarə edilməsi
Bu ixtisas üzrə təhsil alan tələbələr potensial iş adamları kimi dünya bazarına yönələ bilərlər. Biznes fəaliyyətinin səmərəli şəkildə təşkili barədə biliklərin tələbələrə öyrədilməsi bu ixtisasın prioritet məsələsidir.
Əgər siz də bizneslə məşğul olmağa və biznes fəaliyyətinin gətirmiş olduğu riskləri gözə almağa hazırsınızsa, niyə də bu ixtisası seçməyəsiniz?
Bakı Ali Neft Məktəbi (BANM)
Daha çox mühəndislərin ali məktəbi olaraq ad qazansa da, BANM bu ildən etibarən biznesin idarə edilməsi ixtisası üzrə tələbə qəbulu həyata keçirir. Tədrisin davam etdirildiyi digər ixtisaslarda olduğu kimi bu ixtisas üzrə də ölkə birincilərini təhsilin keyfiyyəti ilə özünə çəkməyi bacarıb.
Digər ixtisaslar üzrə universitetin əldə etdiyi uğurları göz özünə gətirdikdə bu ixtisas üzrə də kifayət qədər uğurlu olacağını düşünmək olar.
İqtisadiyyat
II qrup ixtisasları arasında həmişə populyar olan bir ixtisas var ki, o da iqtisadiyyatdır. Öz torpaqlarını işğaldan azan edən qalib dövlətin hal-hazırda prioritet məsələsi iqtisadiyyatını gücləndirməkdir və iqtisadiyyatı güclü olan dövlət daim qalib dövlətdir.
Azərbaycan dünyadakı ən məşhur neft ölkələrindən biridir və dövlət iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq üçün qeyri-neft sektoruna investisiyalar yatırır. Bu investisiyaların düzgün idarə olunması üçün savadlı iqtisadçıların yetişməsi vacibdir.
Özünüzdə bu potensialı görürsünüzsə, iqtisadiyyat ixtisası sizin üçün açar rolunu oynaya bilər.
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU)
Azərbaycan Dövlət İqtisad Universiteti illər keçməsinə baxmayaraq savadlı iqtisadçıların yetişdirilməsində universitetlər arasında öz liderliyini qorumaqda davam edir. Hər il ölkəmizə minlərlə kadr bəxş edən ADİU gələcəyin iqtisadçıları üçün əvəzolunmaz məktəbdir. Bu universitetdə nəinki iqtisadiyyat üzrə, həmçinin mühasibat uçatı və audit, sənayenin təşkili və idarəolunması, menecment, marketinq, biznesin idarəedilməsi və s. ixtisasları üzrə də təhsil ala bilərsiniz.
Əgər siz də düzgün ixtisas seçimi etmək və ən vacibi, imtahanlarda müvəffəqiyyət qazanmaq istəyirsinizsə, “Oxuyan” bu yolda sizin ən sevimli köməkçiniz olacaqdır.
Oxuyan onlayn imtahan platformasında 2-ci qrup ixtisasları üçün hazırlaşın
Əgər siz də ən son bloqlarımızı oxumaq istəyirsinizsə, Oxuyan platformasında blog bölməsini izləməyi unutmayın. İmtahanlara hazırlaşmaq üçün isə online imtahanlar bölməmizi ziyarət edə bilərsiz.
2-ci qrup ixtisaslar kecid ballari
İdman menecmenti və kommunikasiya
İdman menecmenti və kommunikasiya üzrə bakalavr proqramı öz karyerasını peşəkar kommunikasiya bacarıqları ilə idmanda inzibatçılıq, planlaşdırma, təşkil etmə və marketinq yönümlü peşələrə yiyələnmək istəyənlər üçün geniş imkanlar açır. Azərbaycan regionun aparıcı idman ölkəsi olaraq tanınır. Bundan irəli gələn tələblərə uyğun olaraq beynəlxalq idman sektorunda rəqabətə davamlı, səriştəli, peşəkar kadr hazırlığına tələbat var. Proqramın məzunları çoxsaylı dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərən idman təşkilatlarında, eləcə də qeyri-idman sektorlarında sosial layihələrin keçirilməsi sahəsində də hazırlıqlı kadr olaraq fəaliyyət göstərəcəklər.
Bu ixtisas sahibi nə ilə məşğul olur?
- Cədvəllər tərtib etmək;
- Müxtəlif media vasitələri ilə müştərilər cəlb etmək;
- Danışıqlar aparılaraq müqavilələrin imzalanması;
- İctimaiyyətlə əlaqələrin qurulması və idman klublarının imiclərinin formalaşdırılması;
- İdman yarışlarının, planlarının hazırlanması;
- Maliyyə analizlərinin aparılması və s.
Harada bu ixtisas sahiblənmək olar?
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
- Keçid balı – əyani – 200.0(236.3),
- Subbakalavr üzrə 51.0 (63.1)
Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)
Nəqliyyatda servis ixtisası tələbələrə sərnişin və yükdaşıma nəqliyyatlarının xidmət fəaliyyətini öyrədir. Bura ictimai nəqliyyatın intellektual idarəedilməsi, hava limanlarının, avtovağzallarının, dəmiryollarının və ölkənin ümumi nəqliyyat sisteminin idarəçiliyi daxildir. Nəqliyyat sektoru turizmin əsas hərəkətverici sahəsidir.
Bu ixtisas sahibi nə ilə məşğul olur?
- Beynəlxalq yükdaşımalara nəzarət;
- Avtovağzallarda, dəmiryol stansiyalarında, hava limanlarında hərəkətə nəzarət;
- Ümumi olaraq hər növ nəqliyyatın idarə edilməsi;
- Nəqliyyatda təhlükəsizlik məsələlərini bilməli və qeydə almalı;
- Yolların nizamlılığının tənzimlənməsinə nəzarət etməli;
- Nəqliyyat sistemlərinin idarəsinə baxmalı;
- Nəqliyyatın modelləşməsi, nəqliyyat sistemlərinin istismarı;
- Nəqliyyat vasitələrinin növünün seçilməsi;
- Nəqliyyat növünün seçilməsi.
Harada bu ixtisas sahiblənmək olar?
- Azərbaycan Texniki Universiteti;
- Azərbaycan Turizm və Menecment Universiteti;
- Mingəçevir Dövlət Universiteti;
- Gəncə Dövlət Universiteti;
- Naxçıvan Dövlər Universiteti;
Keçid balı
- Azərbaycan Turizm və Menecment Universiteti – Nəqliyyat servisi (sərnişin daşımaları nəqliyyatı üzrə) – 235.8 (332.0)
- Azərbaycan Texniki Universiteti – Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə) – 348.0 (348.0)
Hidrometeorologiya
Hidrometeorologiya dedikdə 2 sahə nəzərdə tutulur: Hidrologiya (su ilə bağlı olan məlumatlar) və meteorologiya (hava ilə bağlı olan məlumatlar). Hidrometeoroloji xidmət xalq təsərrüfatını müxtəlif növ meteoroloji, hidroloji və aqrometeoroloji məlumatlarla (hava, dəniz, çay, göl, və bataqlıqların vəziyyəti, qısa və uzunmüddətli proqnoz) təmin edən sahədir. Bu mütəxəssislər su və atmosferdəki təbii hadisələrin dəqiq proqnozunu vermək üçün lazımdır. Proqnozlar gəmiçilik və aviasiya sahələrində ən çox istifadə olunur, burada fövqəladə halların qarşısını alır, habelə kənd təsərrüfatında müxtəlif işləri (çeşid seçimi, məhsul yığımı və s.) planlaşdırmağa imkan verən yerlərdə istifadə olunur. Peşə kimi coğrafiya ilə maraqlananlar üçün uyğundur.
Bu ixtisas sahibi nə ilə məşğul olur?
- Ərazilərin, dənizlərin və okeanların hidrometeoroloji rejiminin öyrənilməsi;
- Hidrometeorolji məlumatların verilməsi;
- Hidrometeoroloji alət və avadanlıqların dizaynı və sınağı;
- Hidrometeoroloji məlumat, hava proqnozu və hidroloji hadisələr, iqlim məlumatları və aqroiqlim şəraitinin öyrənilməsi;
- Meteorologiya, aerologiya, hidrologiya, dəniz hidrometeorologiya sahəsində tədqiqat işlərinin aparılması;
- Müşahidəllərin aparılması;
- Proqnozların verilməsi;
- Ehtimalların yoxlanılması və bunun üçün lazım olan üslibları bilməsi (tədris aldığı müddətdə öyrənilir);
- Su, quru, okeanlar və atmosfer ekspedisiyalarında iştirak;
- Hidrometeoroloji materialların dövlət fondunun formallaşdırılması;
- Müşahidə materiallarının və elmi tədqiqatların tərtib edilməsi və nəşri.
Harada bu ixtisas sahiblənmək olar?
- Bakı Dövlət Universiteti
- Milli Aviasiya Akademiyası
Keçid balı – Milli Aviasiya Akademiyası – 342.7(342.7)
Baki Dövlət Universiteti – 281.3(322.4)
Statistika
Statistika cəmiyyətdə baş verən bütün prossesləri iqtisadiyyatda, mədəniyyətdə, əhalinin həyat səviyyəsində, ictimai həyatın formalaşmasında bütün dəyişikləri xarakterizə edir. Statistikanın əsas obyekti cəmiyyət və onun daxilində gedən proseslər və inkişaf nümunələridir. Statistika müasir iqtisadiyyatda, maliyyədə, menecmentdə peşəkar səviyyədə formalaşmasında baza kimi çıxış edir. Müasir dövrdə statistik təhlil olmadan gələcəyə proqnoz vermək olmaz. Həmçinin, əhalinin yaşam səviyyəsində də məlumat olmaz. Statistika bu səbəbdən hər bir dövr üçün səciyyəvi olur və nəticələri dövr üçün bizə bələd edir. Buna görə də statistika bir ixtisas kimi lazımi və zəruridir. Statistiklər sığorta, demoqrafiya, sosial iş, keyfiyyət menecmenti, tibbi və əczaçılıq araşdırmaları, bazar və ictimai fikir araşdırmaları və elmi araşdırmalar kimi sahələrdən empirik məlumatlar toplayır. Yaranan məlumatları qiymətləndirmək üçün məlumat analizi modelləri və metodlarından istifadə edirlər. Bu sahə coğrafiya və riyaziyyatla maraqlananlar üçün uyğun peşədir.
Bu ixtisas sahibi nə ilə məşğul olur?
- Göstəricilərlə işləməli;
- Gələcək dövrü təhlil edib, proqnoz verməli;
- Müvafiq sahənin bazar araşdırmasını aparmalı;
- Müvafiq sahənin statistik hesabatına təsir edən mənfi amilləri müəyyən edib, ona uyğun təkliflər hazırlanmalı;
- Əldə olunan məlumatların düzgünlüyünün ayrı-ayrı vahidlərin əvvəlki dövrlər üçün məlumatlarla müqayisə olunmasının yoxlanılmasını həyata keçirir;
- Rəqəmsal məlumatları təşkil etmək və emal etmək (onları qruplaşdırır, cəmi hesablayır və nisbi göstəriciləri hesablayır);
- Müəssisənin istehsal və təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində iştirak etmək;
- Statistik məlumatlara əsasən müxtəlif arayışlar hazırlamaq;
- İşdə müasir texniki vasitələrdən istifadə etmək üçün lazımi tədbirlər görmək;
- Statistik göstəricilərdən istifadə edərək kütləvi sosial hadisələr və onların dinamikasını araşdırmaq;
- Sosial fenomenlərin kəmiyyət tərəfi, keyfiyyət baxımından ayrılmaz dərəcədə əlaqəli, kəmiyyət dəyişikliklərinin keyfiyyətə (qanunauyğynluqlara) keçməsi prosesini təhlil etmək
- Kəmiyyət və keyfiyyət göstəricilərinin öyrənilməsi (cəmiyyət hadisələrinin rəqəmsal işıqlandırılması).
Harada bu ixtisas sahiblənmək olar?
- Azərbaycan Dövlət İqtisad Universiteti
Keçid balı:
- Qiyabi – 200.0 (233.3),
- Subbakalavr üzrə 85.7 (85.7)
- Əyani – 437.9 (437.9)
Sosiologiya
Sosiologiya cəmiyyətin necə dəyişdiyini, tarixi olaraq necə inkişaf etdiyini və bu prosesləri incələyən elmdir. Sosiologiya ictimai hadisələri, ümumi faktları və cəmiyyəti bütövlükdə analiz edir. Sosiologiya fərdi problemlərlə məşğul olmaz, çünki onun mövzusu sosial hadisələr və faktlardır. Sosiologiya cəmiyyətin ümumi qanunlarını, sosial davranış tərzlərini öyrənməyə çalışır. Sosiologiya cəmiyyəti bir bütöv olaraq araşdırır. Cəmiyyətin indi necə qurulduğunu bilmək, sosial proseslərin həyatın müxtəlif sahələrinə təsirini nəzərə almaq, ictimai vəziyyətin gələcəkdə necə dəyişəcəyini proqnozlaşdırmaq və ictimai hadisələri idarə edə bilmmək üçün lazımdır. Sosioloji tədqiqatların məlumatları, məsələn, ictimai rəyin təhlili, bu gün inkişaf siyasətini son sosial meyillərə uyğun olaraq vaxtında tənzimləmək və dalğada qalmaq üçün siyasət və dövlət idarəçiliyi sahəsində, habelə ticarət şirkətləri və mediada tələb olunur. Peşə tarixi və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur.
Bu ixtisas sahibi nə ilə məşğul olur?
- Cəmiyyətin tələbatlarını bilmək və onları analiz etmək;
- Müxtəlif sosial proseslərin inkişaf dinamikasını diaqnoz etmək;
- Daim müxtəlif araşdırmalar aparmaq və cəmiyyətin ən son vəziyyətini öyrənmək;
- Cəmiyyətdə problemlər olduqca onlara həll yolları təklif etmək;
- Əhalinin sosial həyat şəraitinin inkişafı meyarlarının yaxşılaşdırılması;
- Sosial sahənin inkişafə üçün optimal modelin planlaşdırılmasını təmin etmək;
- Cəmiyyətdə sosial həmrəyliyin və sosial qrupların əməkdaşlığının öyrənilməsi metodologiyasının təkmilləşdirilməsi;
- Müxtəlif sosial qrupların sosial fəaliyyətlərinin qiymətləndirilməsi barədə məsləhətlər vermək;
- Əhalinin həyat keyfiyyəti və effektivliyinin diaqnostikasının səmərəliliyini artırmaq;
- Sosioloji tədqiqat proqramlarının işlənib hazırlanması və tətbiqinə nəzarət edilməsi;
- Sosioloji araşdırma zamanı əldə edilən məlumatların etibarlılığını və obyektivliyini nəzarət etmək və təmin etmək;
- Keçirilmiş tədqiqatlar və tədbirlər əsasında aidiyyatı tövsiyələri əks etdirən hesabatların hazırlanması.
Harada bu ixtisas sahiblənmək olar?
Keçid balı:
- Sumqayıt Dövlət Universiteti – 200.0 (244.6),
- Subbakalavr üzrə 74.4 (74.4)
- Bakı Dövlət Universiteti – 365.8 (365.8)
- Tədris ingilis dilində – 200.0 (304.0)
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 227.6 (296.1)
Comments are closed, but trackbacks and pingbacks are open.