Press "Enter" to skip to content

DƏBİYYAT – MƏNƏVİYYATDIR

9.Əsərdəki başlıca fikir,sizcə ,nədir?
_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
10 Nağıl məndə hansı düşüncələr yaratdı?Yığcam esse yazın.
______________________________________________________________________________________________________________________________________________________
Yanıtla Sil

Sinif jurnalına summativ qiymətləndirmə necə yazılmalıdır?

Məktəbdaxili qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra ibtidai təhsil səviyyəsində summativ qiymətləndirmələrin sayı təxmini 100, ümumi orta təhsil səviyyəsində isə hər sinif üzrə təxminən 25 vahid azaldılıb.

X-XI siniflərdə 22 summativqiymətləndirmələğv edilib. Ümumilikdə tam orta təhsil səviyyəsi üzrə summativqiymətləndirmələrin sayı 347 vahid azaldılıb.

Bu dəyişikliklər xeyli say fərqinə səbəb olduğundan müzakirələrə də yol açdı. Yeniliklərləri müsbət qiymətləndirənlər də oldu, müəllimlərin işini çətinləşdirdiyini deyib qarşı çıxanlar da.

Bunun əsas səbəbi isə bəzi müəllimlərdə dəyişikliklərə əlaqədar çaşqınlığın yaranmasıdır. Onlardan yaranan çaşqınlıqlardan biri də kiçik və böyük summativ qiymətləndirmə nəticələrinin sinif jurnalına necə yazılması ilə bağlıdır.

KSQ və BSQ, həmçinin yarımillik və illik nəticələr sinif jurnalında 2 sütunda yazılır – soldan birinci sütunda ballar,(məsələn, 25, 72, 37) ikinci sütunda isə ona uyğun qiymətlər yazılır.(məsələn, 2, 4, 3).

Sinif jurnalında KSQ-də üzrlü səbəbdən iştirak etməyən şagirdin adının qarşısındakı nəticələr yazılan xana dioqonalla 2 yerə bölünür. Hər iki xananın surətində qaib yazılır, məxrəci isə boş saxlanır. Müəllim növbəti KSQ-nin keçiriləcəyi vaxtadək həmin şagirdlə KSQ aparır. Şagird KSQ-də təkrar iştirak edə bilməsə, həmin xanaların məxtrəcinə də “q” yazılır. Bu, yarımillik balların hesablanmasında nəzərə alınmır.

KSQ-də üzrsüz səbəbdən iştirak etməyən şagirdin isə adının qarşısında “0”, qiymət yazılan xanada isə “q” yazılır. Artıq bu, yarımillik balların hesablanmasında nəzərə alınır.

I və II yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısında nəticələr yazılan 2 xana diqonalla yarıya bölünür. Surətlərində “q” yazılıb, məxrəcləri boş saxlanır. Həmin BSQ günündən sonra növbəti 2 həftə ərzində onun üçün BSQ təşkil edilir. Yenidən hər hansı səbəbdən BSQ-də iştirak etməzsə, balı “0” qəbul olunur. Sinif jurnalında isə adının qarşısında boş saxlanmış 2 xananın məxrəclərində “0”, qiymət yazılan yerdə isə “q” yazılır və yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.

ƏDƏBİYYAT – MƏNƏVİYYATDIR

Amerikanın Klivlend şəhərində yarləşən “General Elektric” şirkətində çox geniş yayılmış zarafat var idi. Şirkətə gələn hər yeni işçiyə ağ işıq yayan lampa düzəltməyi şərt qoyurdular. 1 Əslındə, şirkətin işçiləri belə bir lampanı düzəltməyin mümkün olmadığına əmin idilər. 2 Beləliklə, yeni gələn işçilər apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə, insan təbiətinə uyğun olaraq, “Mən bacarmıram!” – deyir və təcrübələrinə son qoyurdular. 3 Ancaq 1928-ci ildə bu işçilərdən biri, 39 yaşlı Marvin Pipkin “Mən bacarmaram!” yolu əvəzinə “Mən bacararam!” yolunu seçdi. 4 O, gecəsini-gündüzünə qataraq 5-6 günə məşhur fluoressent lampasını kəşf etdi.

1. Mətnin məzmununa uyğun gələn atalar sözünü göstər.
A) İş ilə zarafat olmaz.
B) Bacarmadığın işə “bacararam” demə.
C) Boyuna baxma, bacarığına bax.
D) Cəhd ilə siçan taxtanı dələr.
2. mətndən belə bir nəticə çıxarmaq olmaz.
A) İlk elektrik lampasını Marvin Pipkin kəşf edib.
B) Marvin Popkin XIX-XX əsrlərdə yaşamışdır.
C) Fluoressent lampası ağ işıq yayır.
D) Marvin Popkin 1889-cu ildə anadan olub.

3. “Onlar, sadəcə olaraq, yeni əməkdaşın ağ bayraq qaldırdığını görmək üçün bu zarafatı edirdilər” cümləsi nömrələnmiş boşluqlardan hansının yerinə uyğun gəlir?

A) 1 B) 2 C) 3 D) 4
4. “yol” sözü hansı cümlədə mətndəki mənada işlənmişdir?
A) Yolumuz uzaq olsa da, səyahətimiz maraqlı keçdi.
B) Buzqıran gəminin açdığı yoldan qayıqlar keçdi.
C) Asta gedən yorulmaz, yüyürən yoda qalar.
D) Bilik əldə etmək üçün əsas yol gərgin əməkdir.
5. Altından xətt çəkilmiş sözlər haqqında hansı doğrudur?
A) hər üçünü həm rəqəmlə, həm də sözlə yazmaq olar.
B) Hər üçünü Roma rəqəmləri ilə yazmaq olar.
C) Hər üçü sıra sayıdır.
D) Hər üçü miqdar sayıdır.
6. Hansı saylar Roma rəqəmləri ilə ifadə olunur?
A) müəyyən miqdar sayları
B) qeyri-müəyyən miqdar sayları
C) kəsr sayları
D) sıra sayları
7. Hansı cümlədə “onlarla” sözü say kimi işlənmişdir?
A) Sən bu gün onlara getməlisən.
B) Sən əvvəl onlarla məsləhətləş, sonra qərar ver.
C) Bu gün kitabxanaya onlarla əlyazma gətirildi.
D) Onlarla bizim aramızda heç bir ədavət yoxdur.
8. Hansı cümlədə numerativ söz yerinə görə düzgün işlədilməmişdir?
A) Yedii oğul istərəm, bircə dənə qız, gəlin.
B) Çoban yüz baş qoyunu yaylağa apardı.
C) Məclisə cəmi iyirmi nəfər adam gəlmişdi.
D) Mağazadan iki top ipək parça aldım.
9. Hnası cümlədə sayla işlənən ismin yazılışında səhvə yol verilib?
A) Milli Məclisdə bir sıra məsələlər müzakirə olundu.
B) Ötən il məhsul satışından xeyli gəlir əldə edildi.
C) Bədii kitabların tərcüməsində bir çox problem var.
D) Azərbaycanda yüzlərlə tarixi abidə aşkar edilib.
10. Hansı bənddəki sayların ardıcıllığı verilmiş sıraya uyğun gəlir?
yüzlərlə, ikinci, beş tam onda yeddi, .
A) onlarla, beşdə bir, üç tam onda yeddi
B) beş, bir sıra, IV
C) bir çox, VII, bir tam yüzdə iki
D) altıncı, beş-altı, üçdə iki
11. Roma rəqəmlərindən nə zaman istifadə edilmir?
A) Hökmdar adlarında sıra saylarını göstərmək üçün.
B) Əsrləri göstərmək üçün.
C) Siyahıların tərtibində sıra sayını göstərmək üçün.
D) İlləri göstərmək üçün.
12. Hansı cümlədə say işlənib?
A) O, bu gün çox gözəl görünür.
B) Ən az şagird bizim sinifdədir.
C) Onlar xeyli pıçıldaşdılar.
D) Çox danışma!
ƏDƏBİYYATDAN II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
Xəlil Rza Ulutürkün “Gerbimiz – qəlbimiz” şeiri əsasında
1. Bənddə hansı bədii təsvir və ifadə vasitələri var?
Qabaran tunc köksümüzdür qalxanımız, sipərimiz,
Əvvəl-axır qıracağıq qart düşmənin belini biz.
Alovlarda, çovğunlarda daim yaşa dolasıyıq,
Od yurdunda od tükənsə, özümüz od olasıyıq.
A) təşbeh, bədii sual B) epitet, mübaliğə, bədii sual
C) təşbeh, epitet, mübaliğə D) təşbeh, epitet, bədii sual
2. Mətndə verilmiş “ərz” sözünün mənası nədir?
A) dəniz B) yer C) od D) göy
3. Bəndin hansı misrasında bədii təsvir və ifadə bvasitəsi işlənmişdir?
Yalnız qızıl alovlarla bəzəmədik gerbimiz,
Aləm üçünŞ bəşər üçün məşəl tutduq qəlbimizi.
Dedik: Bu Yer kürəsində nə qan, nə bir məzar olsun,
Məzarlara gül qoymayaq, cahan özü gülzar olsun!
A) I və II B) I və III C) III və IV D) II və IV
4. Mətnin növünü müəyyənləşdirin:
A) nəqli B) təsviri C) mühakimə D) məlumatlandırıcı
5. Misraların hansında epitet işlənmişdir?
A) Göy rəngimdə türklük yaşar – millətimin amalıdır.
B) Qızıl sünbül soraq verir, xırman-xırman bərəkətdən
C) Sən şəkil yox, nəfəsimsən, axan qansan varlığımda
D) Vətənimə can verməli mənim əzmim, mənim işim
6. Şeirin II bəndində verilmiş “əzm” sözünün mənası nədir?
A) ehtiyat B) qətiyyət C) güc D) ucalıq
7. Aşağıdakı misralarda hansı bədii təsvir və ifadə vasitələri verilmişdir?
Cavan palıd mən özüməm, kökü ərzin mərkəzində,
Kökü burda, budaqları xan Arazın o üzündə.
A) epitet, bədii sual B) təşbeh, bədii sual
C) təşbeh, mübaliğə D) epitet, mübaliğə
8. Şeirin əsas mövzusu ilə bağlı fikri müəyyənləşdirin:
A) Bayrağımızdakı rənglərin mənasından danışılır.
B) Xalqımızın tarixindən danışılır.
C) Dövlətimizin müasirliyindən söhbət açılır.
D) Dövlətimizin rəmzi olan gerbimizdən danışılır.
9. Aşağıdakı misralarda hansı bədii təsvir vasitəsi və fakt əlaqələndirilmişdir?
Səkkizgüşə ulduzumda səkkiz cənnət qapısı var,
Yalnız oğul qeyrətiylə açılacaq bu qapılar.
A) təşbeh – say B) epitet – yer C) təşbeh – ad D) epitet – tarix
10. Şeirin idayası ilə bağlı fikri müəyyənləşdir:
A) Gerbimiz millətimizin tarixidir.
B) Gerbimiz mərd oğulların gücü, qüvvəsidir.
C) Gerbimiz müqəddəs məmləkətin bərəkətidir.
D) Gerbimiz xalqımızın şərəf və vüqarıdır.

Təbiəti qəribə bir sükut çulğamışdı.Hər səhər səs-səsə verən bülbüllər,torağaylar,bildiriçinlər ,nədənsə ,daha oxumurdular.
Bu,firtına əlaməti idi.Dağın başındakı çəhrayı,gümüşü,mavi rənglərə çalan yüngül bulud təbəqələrindən aşağıda qıvrılmış ilana bənzər qara bir bulud üfüqdə sürünə-sürünə irəli hərəkət edirdi.
Bu,fırtına buludu idi.
Doğrudan da,bir an içində , sabahın bu nurlu çağında hava qaralırdı..Bir-birinin ardınca şimşək çaxdı.Qorxunc bir gurultu qopdu,sanki göy yerə tökülmək istəyirdi.Əvvəl xırda ,get-gedə iriləşən dolu yağdı.Elə yağdı ki,guya indi hər şeyi məhv edəcəkdi.
Azacıq sonra birdən –birə buludların arxasından çıxan günəş gözqamaşdırıcı bir işıqla parlayıb yüksəldi.Güllərin,çiçəklərin,körpə budaqların bükülmüş boyunları dikəldi.Quşlar hamısı birdən dilə gəldi.
Yenə üfüqlər saf,göylər şəffafidi,yenə dağın ağsaçlı məğrur başı vüqarla ucaldı.
İşıq qaranlığa qalib gəlmişdi!

1.Mətinin tipini müəyyən edin.
A)Təsviri B) nəqli C)mühakimə

2.“Çuğlamışdı”sözünü hansı sözlə əvəz etmək olar?
________________________________________

3.Doğru yoxsa yanlış: D Y

Axşamın alatoranlığı bir anda qatı zülmətə çevrildi.
Əvvəl şimşək çaxdı ,sora yağış yağdı.
Əvvəl iri yağan dolu getdikcə xırdalaşıb kəsdi
Dolu güllərin, çiçəklərin, körpə budaqların boynunu əymişdi
Fırtınadan sonra quşlar yenidən oxumağa başladı.

4.Dağın başının qarla örtüldüyünü söyləməyə əsas verən məqamı göstərin.
___________________________________________________

5.Mətindəki təsriflənməyən feilləri seçərək quruplaşdırın.

Məsdər Feli sifət Feili bağlama

6.Verilmiş feilləri təsiflənməyən formada işlədib atalar sözlərini tamamlayın.
At,tut,qocal,boşalt,axtar
1 İnsan ________aynaya
2.Əl_________Əlidən qalıb.
3.Eyibsiz dost_______dostsuz qalar.
4.Dostun_____daş baş yaramaz

7Nöqtələrin yerinə feilin təsriflənməyən formalarının şəkilçilərindən uyğun gələni artırıb yazın
-an2 ,-mış4,-maq2,-anda2
2.Biz azad ol. istəyiriksə,qanunların qulu olmalıyıq.(Siseron)
3.Hər tapşırıl. işə görə yalnız bir nəfər məsuliyyət daçımalıdır.(Bismark)
4.Həyat öt. günlər deyil,yadda qal. günlərdi.(P.A.Pavlenko)
5İnsan ruhdan düş. onun atı da capabilmir.(Şərq məsəli)
8.Feilin təsriflənən formalarını feili sifətə çevirib yazın.
1.Əsər yazılacaq ____________________
2.İş görüıəcək ____________________
3.Məktub yazılasıdır ____________________
4.Kitab oxunasıdır ____________________
5Yol salınasıdır ____________________
Ev tikilməlidir ____________________

9.Tut ,al,kəs sözlərini ayrı-ayrılıqda məsdər,feli sifət,feili bağlama kimi cümlədə işlədin.

10.Dördündən biri fərqlidir.
A) qaçanda,yazılası,qaçır,yazan
B)görər-görməz,görüləcək(ış),başlamaq,alar
C)görüləsi,düşünməliyik,başlamadan,qoruyacaq.
D)veriləsi(pul),oxunmuş(məktub),yazılmaq,deyir.

11.Felin təsriflənməyən formalarını tapıb şəkilçilərini elə dəyişin ki,cümlənin məzmununa təsir etməsin.
1.Mehman qayıdanda Əbülfətə rast gəldi.
2Müəllim sinfə daxil olanda şagirdlər ayağa qalxıb salamlaşdılar.
3.Həsən atını çapıb ordan uzaqlaşdı.
Yanıtla Sil

Summativ 1
1.Nağılı hissələrə ayırın,hər hissəyə ad verin.
______________________________________________________________________________________________________________________________________________________

2.Hansı fikri filə aid etmək olmaz?
A)Özünə çox güvənir. B) Etdiyi əməlin nəticəsini düşünür.
C)Özündən zəifləri saymır. D)Öz hərəkətindən utanır.

3.Filin xasiyyətindəki mənfi cəhətlər hansı məqamlarda üzrə çıxır?
______________________________________________________________________________________________________________________________________________________

4.Arıların davranış və əməllərinə necə münasibət bəsləyirsiniz? Fikrinizi əsaslandırın.
_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

5.Cümlədə hansı bədii ifadə vasitəsi işlənilib?
Bir dəqiqənin içində filin bədəni şişib dama döndü.
A)Bədii sual B)Təkrir C)Mübaliğə D)Litota

6.Aşağıdakı cümlənin ifadəli oxusunda səsdə hansı calar duyulmalıdır?
-Gəlin,nə kefiniz istəyir eləyin,sizdən qorxan yoxdur.
A)saymazlıq B)kədər C) təəccüb D)sevinc

7 Nağılla dastanın hansı oxşar və fərqli cəhətləri var? Venn diaqramında n istifadə edin.

8Əsərdə qaldırılan başlıca problem,sizcə hansıdır?
A)Heyvanların bir-birinə münasibəti B)Arıların igidliyi
C)Xeyirlə şərin mübarizəsi D)Filin qorxaqlığı

9.Əsərdəki başlıca fikir,sizcə ,nədir?
_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
10 Nağıl məndə hansı düşüncələr yaratdı?Yığcam esse yazın.
______________________________________________________________________________________________________________________________________________________
Yanıtla Sil

Bu yorum yazar tarafından silindi. Yanıtla Sil
Bunların cevaplarınıda yazar mısın? Yanıtla Sil
Ədəbiyyat 7ci sualın cavabı nedir Yanıtla Sil

Social Profiles

Popular Posts

09.07.2014 2014-2015-ci tədris ili üçün ADA aşağıda adları qeyd olunmuş bakalavr proqramlarını təklif edir. I ixtisas qrupu üzrə: – Ko.

01.07.2014 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müə.

Sınaq qiymətləndirilmənin nəticələri ilə bağlı təhlillər aparılıb və yekun rəy bütövlükdə qənaətbəxş hesab olunub. Sınaq qiymətləndi.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin ha.

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaş.

Sayfalar

Blog Archive

  • ▼2014 (5)
    • ▼Temmuz (5)
      • ADA Universiteti (ADA) abituriyentləri və valideyn.
      • Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində çalışan .
      • Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüks.
      • Ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisa.
      • Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 2014.

      Çingiz Muradlı

      Haqqımda – Çingiz Muradlı

      Mən, Muradlı Çingiz Məzahir oğlu 30 iyul 1978-ci ildə İsmayıllı şəhərində anadan olmuşam. 1981-1984-cü illərdə İsmayıllı şəhər 1 saylı uşaq bağçası-körpələr evinə getmişəm.

      1984-cü ildə İsmayıllı şəhər 2 saylı tam orta məktəbinin I sinfinə qəbul olunmuşam. 1995-ci ildə orta məktəbi yüksək qiymətlərlə bitirib elə həmin ildə də N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunmuşam. 1999-cu ildə ali məktəbi bitirmişəm. 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşam. 2000-ci ilin avqust ayından İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışam. 2001-ci ildən hal-hazıra kimi İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edirəm. İşlədiyim müddətdə daim öz üzərimdə işləmiş həm metodiki, həm də ixtisasım sahəsində gedən yenilikləri öyrənərək dərslərimə tətbiq etmişəm. Bunun nəticəsidir ki, İsmayıllı RTŞ-nin rəhbərliyi tərəfindən işimdə irəli çəkilərək əvvəlcə 2003-cü ilin fevral- avqust aylarında İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbinə tərbiyə işləri üzrə direktor müavini, daha sonra 2003-cü ilin sentyabr ayından 2007-ci ilin avqust ayınadək İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbinə tədris işləri üzrə direktor müavini təyin edilmişəm. 2007-ci ildə ərizəmə əsasən vəzifədən azad edilmişəm. Təhsil sahəsində aparılan islahatlar hər bir müəllim kimi məni də yeniliklərə sövq edir, daha çox öyrənib daha çox öyrətməyə təhrik edirdi. Odur ki, 2004-cü ildən başlayaraq müxtəlif illərdə bir –birinin ardınca 20-yə yaxın təlim-treninqlərdə iştirak etmişəm. 2004-2005-ci illərdə Dünya Bankının dəstəyi iləTN-nin və Açıq Cəmiyyət İnsititutunun Məktən Qrant Proqramları çərçivəsində təlimlərində iştirak etmiş, nəticədə İsmayıllı və regionda ilk dəfə olaraq “Təhsil Resurs Mərkəzi” adlı layihəni udaraq 3 saylı orta məktəbdə resurs mərkəzini yaratmışam. Bu mərkəz vasitəsi ilə rayonda və regionda internetə qoşulan ilk məktəb bizim məktəb olub. Təhsil Resurs Mərkəzi bu gün də öz fəaliyyətini davam etdirir, həm məktəbimizin, həm də rayonumuzun müəllimlərinə xidmət göstərir. 2008-ci ildə AMİ-nin Şamaxı filialında ixtisas artırma kursundan keçmişəm. 2008-ci ildən başlayaraq TN-nin və Mədəd-Azərbaycanın 10-dan yuxarı təlimlərində,2011 və 2012-ci illərdə UNİCEF təlimlərində iştirak etmiş və təlimçi statusu almışam. Əvvəlcə təlimçi, daha sonra baş təlimçi kimi Təhsil Nazirliyinin və Mədəd-Azərbaycanın bir çox təlimlərində, eləcə də Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi təlimləri çərçivəsində İsmayıllı, Ağdaş, Şəki, Qax, Oğuz rayonlarında 2000-dən çox müəllimə təlim keçmişəm və onlara təhsildəki yenilikləri öyrətməyə çalışmışam. Artıq 3 ildir ki, kurikulum təlimçisi kimi Bakı, Sumqayıt, Ağsu, Göyçay, Qax, Hacıqabul, Zərdab, Cəlilabadda 200-dən çox müəllimə kurikulum təlimlərini keçmişəm. 2008-2009-cu tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmış, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə müsabiqənin qalibi olmuşam. Bütün bunlar məni daha da irəli getməyə və öz üzərimdə daha çox işləməyə təhrik etmişdir. Odur ki, əvvəlcə 2012-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və “1sentyabr” Pedaqoji Universitetində distant təhsil alaraq metodiki sahə üzrə ixtisasartırma vəsiqəsi almışam. Daha sonra 2013-2014-cü tədris ilində TQDK-nın qəbul imtahanlarında uğur qazanaraq SDU-nun Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr təhsili alıram. 22-23 iyun 2013-cü il tarixlərində AzETA-nın beynəlxalq təlimində “İKT-dən istifadə etməklə interaktiv dərsin qurulması” mövzusunda təlimçi kimi təlim aparmışam. İşlədiyin 14 illik fəaliyyətim boyu 200-dən artıq şagirdim müxtəlif ali məktəbləri bitirmiş, 42 nəfər isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. Onlarla şagirdim 600-dən yuxarı bal toplamış, bunlardan 2-si müxtəlif illərdə 690, 2-si 680-dən çox bal toplayaraq uğur qazanmışlar. Şagirdlərimdən Şəhla Səmədli, Rəvan Məmmədov, Aydan Ağazadə müxtəlif illərdə Prezident təqaüdçüsü olmuşlar. Şagirlərim dəfələrlə fənn olimpadalarında mükafata layiq yerlər tutaraq rayon birincisi olmuç, dörd dəfə fənn olimpiadalarının respublika turuna vəsiqə qazanmışlar.İki şagirdim Qumru Hacıyeva 2004-cü ildə, Həsən Kamil isə 2010-cu ildə IV, bir şagirdim Fidan Canaliyeva isə 2013-cü ildə fənn olimpiadalarının respublika turunda III dərəcəli diploma layiq görülmüşlər. İşlədiyim müddətdə şagirdlərimi müxtəlif bilik və yarışlara qatılmağa sövq etmişəm və onların qalib olmaları üçün əlimdən gələn köməkliyi etmişəm. Nəticədə şagirdim Həcər Novruzova 2013-cü ildə “M.F.Axundzadə 200” inşa yazı müsabiqəsinin respublika turunda II dərəcəli diploma layiq görülmüşdür. Fidan Canaliyeva isə 2014-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-cü il dönümünə həsr olunmuş “Heydər Əliyev – 91” inşa müsabiqəsinin respublika turunda iştirak etmiş, fərqlənərək Təhsil Nazirinin diplomuna layiq görülmüş, inşa yazı işi isə “H.Əliyev uşaqların gözü ilə” kitabında dərc olunmuşdur. Hazırladığım “Babadağ” komandası 2004-cü ilə AZTV-nin “Tusi klubu” intellektual yarışının respublika üzrə qalibi olmuş və “Super kubok”a layiq görülmüşdür. 2013-cü ildə komandam “Xəmsə” milli intellektual oyununun rayon və zona qalibi olmuş, respublika turunda isə II yerə layiq görülmüşdür. Əldə etdiyim uğurların müqabilində müxtəlif illərdə İsmayıllı Rayon İcra Hakiminin və İsmayıllı Rayon Təhsil Şöbəsinin rəhbərliyinin diplom və fəxri fəranları ilə təltif olunmuşam. 2013-cü ildə təhsil sahəsindəki uğurlarıma görə Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı və vəsiqəsi ilə təltif olunmuşam. 29 may 2014-cü il tarixdə Təhsil Şurası və “Təhsil və zaman” qəzetinin birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin qalibi olmuşam.

Comments are closed, but trackbacks and pingbacks are open.