Gizli zəngləri açmağın yolları
Qardas yeqinki evvel nomreni oldugu kimi yigib sonra burada sual vermisem
20 Yanvar faciəsindən sonra gizlincə şəhərə keçdim, kimliyini bilsəydilər. – Reza Deqati – FOTO
Day.Az Publika.az-s istinadən tanınmış fransız fotojurnalisti Reza Deqati ilə müsahibəni təqdim edir.
– Reza bəy, Qanlı Yanvarın həm canlı şahidi, həm də bu qara xəbəri dünya mətbuatına yayan fotojurnalistsiniz. O günləri xatırlamağınızı rica edirəm.
– 20 Yanvar faciəsi xəbəri gələndə Parisdə idim. Tələsik Sovet vizası alıb, fransız jurnalist kimi Bakıya gəlməyə qərar verdim. Amma Moskvadan Bakıya getməyimizə icazə vermədilər. Moskvadakı səfirliyimizə gəldim. Orada da səfərimin imkansız olduğunu bildirdilər. Xatırlayıram, həmin vaxtlar rəhmətlik Ramiz Abutalıbov Parisdə yaşayırdı. Onun da mənə çox köməyi dəymişdi. Nəhayət mən və bir neçə azərbaycanlı qatara minib Bakıya yollandıq. Düz 47 saat yol gəldik. Bakı vağzalında sovet ordusu gələn-gedən hər kəsi yoxlayırdı. Məni gətirən soydaşlarımızın köməyi ilə gizlincə şəhərə keçə bildim. Kimliyini bilsəydilər, heç yaxşı olmazdı. Bir neçə gün ərzində 20 Yanvar faciəsinin ən ağır məqamlarını obyektivə köçürdüm. Morqlara getdim, bütün faciələri gözümlə gördüm. Ailələr gəlib vəfat etmiş doğmalarını axtarırdılar. Xəstəxanalar bərbad durumda idi. Amma özümü Şəhidlər Xiyabanına çatdıra bildim. Orada şəhidlərimizin 3 mərasimi baş tutdu. Fotolar çəkirdik ki, dünya bu faciəni görsün.
Parisə qayıdandan sonra məlum oldu ki, Qanlı Yanvar hadisəsi heç bir jurnal və ya qəzetdə dərc olunmayıb. Əhməd adlı türk dostum vardı. O da 20 yanvarın ən gizli məqamlarının videolarını çəkmişdi. Əlimizdə olan bütün məlumatları Amerika, Avropa mediasında paylaşmağa başladıq. Bu xəbər bir anda hər yana yayıldı. Çünki bizim əsas məqsədimiz bu idi ki, dünya insanı 20 Yanvardan mütləq xəbər tutsun.
– Həmin dövrdə nəinki bu informasiyanı yaymağınız, hətta Bakıya gəlməyiniz də böyük təhlükə idi.
– Doğrudur, gəlməyim olduqca təhlükəli idi, amma bunu mən etməsəm kim edəcəkdi?! Bütün şəhidlərimizin ruhu şad olsun. Onların xatirəsi əzizdir.
Gizli zəngləri açmağın yolları
Yəqin ki, bir çox insanlara gizli (soclir) zənglər gəlir. Belə naməlum zənglərin gəlməsi istər-istəməz telefon istifadəçilərini narahat edir. Hər kəs gizli zəngin kim tərəfindən olunması ilə maraqlanır və həmin adamı müəyyən etməyin yollarını axtarır.
Milli.Az aznews.az-a istinadən bildirir ki, gizli zənglərin təyin olunması üçün 3 yol var.
Birinci üsul. Əgər siz Azercell abonentisinizsə və sizə gizli nömrədən zəng gəlirsə, bu zaman sizə həmin gizli zəngi açmaq üçün Bakcell nömrə lazımdır. Sizin nömrəyə (Azercell-ə) zəng gələn zaman Bakcell nömrə də açıq olmalıdır. Sizə zəng gələ-gələ telefonunuzla **67*055——-# kodunu yığın. Sonra isə dərhal telefonunuzun NO düyməsini basın. Yəni zəngi söndürün. Bu zaman zəng sizin Bakcell nömrənizə yönlənəcək və Bakcell nömrə olan telefonda gələn zəng açıq görünəcək.
İkinci üsul. Ev nömrəsi vasitəsilə gizli zəngi aşkarlamaq mümkündür. Bunun üçün **21*+994 şəhər və ya rayon kodu _Ev nomrəsi #yes yığılır. Qeyd edək ki, ev telefonu nömrəyazan olmalıdır. Bundan sonra sizə gələn zənglər ev telefonuna yönlənəcək. Gələn gizli nömrə isə açıq düşəcək. Yönləndirmədən çıxmaq üçün isə ##002 kodunu yığmaq lazımdır.
Üçüncü usul. Sonuncu qaydanın tətbiqi üçün 2 nömrə – Azercell ve Bakcell nömrələr olmalıdır. İlk olaraq Azercell nömrənizi yönləndirirsiniz BakCell nömrəsinə, hansı ki bu Bakcell nömrəyə gizli nömrə düşməlidir. Sadəcə olaraq nömrəni yönləndirən zaman “nə zaman məşğuldur” ayarını seçməlisiniz. Sonra isə Azercell-ə zəng edib operatorun XƏBƏRDARLIĞINI – “Bu nömrə başqa nömrəyə yönləndirilmişdir. Xahiş edirik, gözləyin” sözlərini ləğv etdirmək lazımdır. Bundan sonra sizə gizli zənglər gələn zaman “otboy” etməklə telefon məşğul göstərir və gələn zəngi Bakcell nömrəsinə yönləndirirsiniz. Nəticədə gizli nömrə aşkarlanmış olur. Qeyd edək ki, istifadə edəcəyiniz hər iki nömrədə zəngimcell olmamalıdır.
Milli.Az
Bu nömrəyə necə zəng etmək olar?
Salam. Aşağıdakı nömrə Apple şirkətinə aiddir. Necə yığılır bu nömrə Azərbaycanda ?
Yığıram nömre yanlışdır deyir.
Sualı verdi: Orxan777 ( 12/11/2013 )
Kateqoriya: Sual . apple, Zeng etme. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
Bildiyim qədər o nömrədə elə şəhər kodu da var. Elə olduğu formada nömrənı yığsaz zəng etmək olar.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Qardas yeqinki evvel nomreni oldugu kimi yigib sonra burada sual vermisem
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Siz yazdığın nömrə ölkə kodu ilə birgə yazılıbdı. 00800448829878 bu nömrə qarşısındakı iki sıfır + deməkdi, 800 isə ölkə kodudu. Mən özüm Apple’ın ameriak nömrəsinə elə buna bənzər nömrə ilə zəng etmişəm.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
eger turkiyedise evvelce Turkiyenin olke kodu yigilmalidir. deqiq yadimda deyil amma deyehsen 900 olmaldiri..
yigim qaydasi ise +900800xxx….ya da 00900800xxxxx
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cox tesekkur edirem bes hansı öllkenin nömresi olduğunu nece öğrenmek olar?
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Xahiş ediren yoxlayarsız. Men zeng edirem deyir nömre sehv yığılıb.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
E. Hacı cavab verdi – Payoneer ünvan təsdiqləmə (1 gün əvvəl)
123589 cavab verdi – PC üçün tövsiyə (4 gün əvvəl)
Valeh Abishov cavab verdi – Aliexpress telefon (6 gün əvvəl)
Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (6 gün əvvəl)
Valeh Abishov cavab verdi – Poçta əlavə pul (6 gün əvvəl)
gul56 cavab verdi – Vöen və bank hesabı (8 gün əvvəl)
E. Hacı cavab verdi – Vöen və bank hesabı (8 gün əvvəl)
Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (11 gün əvvəl)
Mammadli-Help cavab verdi – İxtisasla bağlı (11 gün əvvəl)
Cənab cavab verdi – TOEFL vs IELTS (19 gün əvvəl)
yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (29 gün əvvəl)
Только Бог cavab verdi – PC üçün tövsiyə (33 gün əvvəl)
Comments are closed, but trackbacks and pingbacks are open.