20 Yanvar faciəsi ədəbiyyatımızda
20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.
20 YANVAR FACİƏSİ
Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcəkdir və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.
Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış DTK tərəfindən planlaşdırılıb və həyata keçirilib.
Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.
20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.
Bakı şəhərinə 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi.
Elə həmin gün ərzində 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən güllələndi. Yanvarın 21-də o zaman Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.
Sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi” deyərək öz günahını etiraf etmişdir.
20 Yanvar faciəsinin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolu
Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir.
20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi.
Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 21 il keçmişdir. Müstəqil Azərbaycan Respublikası dünya dövlətlər arası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.
Ancaq müstəqilliyimizin ilk illərində, 1991-1993-cü illərdə Ermənistanın Azərbaycana ədalətsiz ərazi iddiası və təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu və bu günə qədər respublikamızın ərazi bütövlüyü bərpa olunmamışdır. Ona görə də 20 Yanvar faciəsinin 21-ci ildönümü ərəfəsində hər bir Azərbaycan vətəndaşı, Azərbaycan ordusunun hər bir əsgəri, giziri və zabiti bir daha dərk etməlidir ki, şəhidlərimizin qanı bahasına müstəqil olmuş Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.
UŞAQ DOĞAN RAHİBƏ BU İŞƏ ÖZÜ DƏ MƏƏTTƏL QALDI
20 Yanvar faciəsi ədəbiyyatımızda
20 Yanvar faciəsindən 28 il ötür. Xalqımızın azadlıq, müstəqillik yolu uğrunda mübarizəsi o vaxtdan bəri ədəbiyyat və incəsənət adamlarının mövzusuna çevrilib. Ancaq xalqımızın təcavüzə məruz qalmasını daha dolğun əks etdirən nəsr nümunəsinin olmadığı qeyd edilir. Elə bir əsər ki, faciənin miqyasını dünya oxucularının diqqətinə yönəltsin, haqq səsimizi dünyaya yaya bilsin. Ədəbiyyat adamlarının 20 Yanvar faciəsinə mükəmməl bir əsər həsr etməmələrinin səbəb nədir?
“Müzakirə”mizdə bu suala aydınlıq gətirməyə çalışdıq.
“Son illərdə bu mövzu sanki unudulmaqdadır”
Yazıçı Aqil Abbas:
– Ədəbiyyatda, jurnalistikada 20 Yanvar faciəsi daim təbliğ olunur. Amma ədəbiyyatda, xüsusən nəsrdə istənilən səviyyədə hadisələrin təfərrüatını əks etdirən mükəmməl bir əsər yazılmayıb. Düzdür, müəyyən şeirlər, poemalar yazılıb – poeziya nümunələri var. Məmməd Aslan, Məmməd Araz, Qabil, Bəxtiyar Vahabzadə bu mövzuda yazıblar. 20 Yanvar hadisələri ilə bağlı film çəkilib. Bilirsiniz ki, film daha böyük auditoriyaya ünvanlanır. Əgər bir əsəri 100 min insan oxuyarsa, bir filmə 100 milyon tamaşaçı baxa bilir. 20 Yanvarla bağlı Rafiq Səməndərin «Şəhidlər» kitabı sanballı bir əsərdir. Ancaq roman və ya povest janrında faciəni tam əks etdirən səviyyəli bir əsərlə rastlaşmamışıq. Qarabağ müharibəsi ilə bağlı isə daha çox bədii əsər yazılıb. Və yaxud əsrin əvvəllərindəki hadisələrlə bağlı romanlar qələmə alınıb. Düzdür, bu mövzuda dövlət sifarişi ilə də əsər yazmaq olar. Ancaq sifarişlə yazmaqdansa, içdən gələni yazmaq lazımdır. Nə üçün dövlət sifariş verməlidir? Sadəcə, dövlət ən yaxşı roman mövzusunda müsabiqə edə bilər. Onda da bəlkə 100 mənasız roman yazacaqlar. Bu cür mövzular insanın içindən gəlməli, onun vətəndaşlıq mövqeyindən süzülməlidir. Dövlət bu istiqamətdə öz təbliğatını aparıb və aparır. Eyni zamanda, dünya ölkələrində bu faciə ilə bağlı tədbirlər keçirilir. Bu faciə ilə bağlı yazmaq yazıçıların işidir”.
“Faciə poeziyada olduğu kimi nəsrdə dolğun əks olunmayıb”
Tənqidçi Vaqif Yusifli:
– 20 Yanvar hadisələri başlayandan bəri indiyə qədər poeziyada, publisistikada, nəsrdə bu mövzu işlənməkdədir. Bununla bağlı şikayətlənməyə dəyməz. 90-cı ilin əvvəllərində Qabilin «Mərsiyə» şeiri dillər əzbəri idi. Məmməd Aslanın «Ağla qərənfil, ağla» şeiri hamı tərəfindən oxunurdu. Mirvarid Dilbazi, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli və başqa şairlərin yaradıcılığında 20 Yanvar faciəsi ilə bağlı mövzu işlənməkdə idi. Zəlimxan Yaqubun bu mövzuda şeirlərini unutmaq olmaz. Yəni yara hələ təzə idi və Azərbaycan şairləri və yazıçıları daha çox 20 Yanvarın müsibətinin xalqımıza, mənəviyyatımıza, tariximizə gətirdiyi bəlalardan yazırdılar. Yadımdadır ki, Əzizə Cəfərzadə 20 Yanvar şəhidlərinin məzarı üstündə bayatılar deyirdi. Təbii ki, şəhidlik Azərbaycan ədəbiyyatında ilk mövzu deyil. Füzulinin «Hədiqətüs-sühəda” adlı əsəri dünya ədəbiyyatı üçün də şəhidlik mövzusunda yazılan ən yaxşı əsərlərdən biridir. 20 Yanvar faciəsinin ən klassik nümunəsini xalq şairi Bəxtiyar Vahabzadə yazdı. Şairin «Şənbə gecəsinə gedən yol» publisistik əsərində 20 Yanvar faciəsinin yaranmasının səbəbləri, mahiyyəti əks olundu. Şairin «Şəhidlər» poemasının alternativi yoxdur. Hələ bu mövzuda elə bir sanballı əsər meydana çıxmayıb ki, bu poemadakı fikirləri həm xalqın faciəsi, həm də qəhrəmanlıq tarixi kimi əks etdirsin. Füzuli də «Həqiqətüs-sühəda» əsərində «Ya şəhid olmaq gərək, ya qəhrəman olmaq gərək” deyir. Əgər şəhidlik adı psixoloji mənada başa düşülərsə, təbii ki, bu, əsas ola bilməz. Çünki igidlər qəhrəmanlığa gedər. 20 Yanvarda da xalq rus ordusunun törətdiyi vəhşilikləri heç cür unuda bilməzdi. Bu mənada Azərbaycan poeziyasında da həmin mövzu layiqli yerini tapdı. Həmçinin faciə poeziyada daha çox əks olundu. Elə bir şairimiz yoxdur ki, 20 Yanvar hadisəsinə aid şeir yazmasın. Təbii ki, yazılan bu şeirlərin, poemaların çoxu bədii nöqteyi-nəzərdən qaneedici deyil. Sadəcə, təsir məqamları var. Ancaq elə şeirlər var ki, onlar həmişə yaşayacaq. Azərbaycan nasirləri isə demək olar ki, 20 Yanvar hadisələrini hələ layiqincə əks etdirməyiblər. Ortada Sabir Əhmədlinin «20 Yanvar» hekayələri, Arif Abdullazadənin «Qanlı yaddaş» romanı, İsi Məlikzadənin povesti var. Amma faciə poeziyada olduğu kimi nəsrdə dolğun əks olunmayıb. Publisistikada isə 20 Yanvar şəhidlərinin hər biri və yaxud bir rayonun, bir kəndin şəhidləri haqqında çoxlu yazılar var. Rafiq Səməndərin, Hidayətin və başqa publisistlərin əsərləri çap olunub. Təəssüf ki, son illərdə bu mövzu sanki unudulmaqdadır. Arzu edirəm ki, xalqımızın tarixində həmişəlik qalacaq, şəhidliyi qəhrəmanlığa çevirən, xalqın özünü dərk etməsinə səbəb olan belə bir mövzunu daim işıqlandıracaq əsərlər yazılsın.
“20 Yanvarla bağlı fundamental bir əsər ortaya qoyulmalıdır”
Şair, publisist Vasif Süleyman:
– 20 Yanvar bir millətin milli-azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biridir. 20 Yanvar hadisələri şair və yazıçılarımızın əsərlərində bir çox hallarda əks olunub. Amma ümumilikdə nə ədəbiyyatda, nə tarixin yaddaşında bu hadisə lazımınca əks olunmayıb. 20 Yanvar deyəndə, ilk yada düşən Rafiq Səməndərin “Şəhidlər” kitabı olur. Sonralar Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mirvarid Dilbazi, Xəlil Rza, Məmməd Aslan, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Musa Ələkbərli və digərləri 20 Yanvar hadisəsinə onlarla şeir həsr ediblər. Hadisələr zamanı Fəqanə Ənvərqızı adlı bir şagirdin yazdığı şeir daha çox yadımda qalıb:
Qan rəngində çiçəksən,
Allah səni yaradıb,
Ona görə qəşəngsən,
Hansı prizmadan yanaşmağından asılı olmayaraq, düşünürəm ki, 20 Yanvarla bağlı fundamental bir əsər ortaya qoyulmalıdır.
Bəzən 20 Yanvara “QARA YANVAR” deyirlər. Amma bu qara bədlik, bədbinlik nişanəsi deyil ki. Qara dünyanı yaradan rənglərdən biridir. Qara qorxunc, dəhşətli, vahiməli, zəhmli, olduqca qorxulu, çox dəhşətli epitet funksiyası daşımaqla bərabər, “cəsarət və güclülük” mənasını da daşıyır.
Bu baxımdan, “QARA YANVAR” deməkdən çəkinmək yox, qürur duymaq lazımdır – yəni qəhrəmanlıq tarixinin şərəfli bir səhifəsi kimi. Bu baxımdan, şair Elbarizin 20 Yanvar haqqında yazdığı şeiri bunun ən yaxşı nümunələrindən hesab edirəm:
20 yanvar faciəsi azərbaycan ədəbiyyatında
Xalqların müstəqillik və milli azadlıq uğrunda mübarizə yolunda baş verən tarixi hadisələr – üsyanlar, inqilablar, münaqişələr, müharibələr ədəbiyyatın, yaradıcı insanların hər zaman müraciət etdiyi mövzulardandır.
“Kitabi Dədə-Qorqud”dan, “Koroğlu”dan, Nizamidən, Füzulidən üzü bəri nəsrdə, poeziyada, hətta musiqi və rəssamlıqda bunlara dair onlarca nümunə göstərmək mümkündür.
Tarixdə baş verən ictimai-siyasi hadisələri və digər fəlakətləri xalq necə yaşayıbsa, yaradıcı insanlar həmin hadisələri bədii ifadə vasitələri ilə gələcək nəsillərə elə də çatdırmağa çalışıblar. Bu mənada ötən əsrdə, yəni 32 il bundan öncə – 1990-cı il yanvarın 20-də sovet qoşunlarının əli ilə Azərbaycan xalqının müstəqillik hərəkatını boğmaq məqsədilə törədilən şənbə faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinmir və qələm sahiblərimiz bu faciəyə böyük maraq göstəriblər.
Həm qürur, həm də ürəkağrısı ilə qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycan ədəbiyyatında istər nəsrdə, istərsə də poeziyada zaman keçdikcə daha dolğun görünür. O müdhiş şənbə gecəsində dinc əhalini, günahsız insanları qanına qəltan edənlər, eləcə də bu qırğına “fərman” verənlər nifrətlə xatırlanır. Yaşından və cinsindən asılı olmayaraq şəhidlik zirvəsinə yüksələn azadlıq arzulu insanlar isə ehtiramla anılır. Qanlı Yanvar gecəsinə 32 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, insanların yenilməzliyinin, azadlıq səsinin heç bir imperiya qüvvələri tərəfindən batırıla bilməyəcəyinin şahidi oluruq. Xalqımız öz azadlığı və müstəqilliyi uğrunda mübarizə meydanlarında mətinlik və əyilməzlik göstərdi. Əhali tanklar, zirehli texnika və müasir silahlarla təchiz edilmiş sovet qoşunları ilə əliyalın mübarizəyə çıxmaqla bu yolda şəhid olmaqdan belə dönməyəcəklərini təsdiqlədi.
O müdhiş şənbə gecəsinin reallıqları Xalq yazıçısı Anarın, Çingiz Abdullayevin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin, Nəbi Xəzrinin, Fikrət Qocanın, Cabir Novruzun, Xəlil Rza Ulutürkün, Mədinə Gülgünün, Məmməd Aslanın, Tofiq Mütəllibovun, Şahmar Əkbərzadənin, Nüsrət Kəsəmənlinin və digər vətənpərvər söz və qələm sahiblərinin elegiyalarında, etiraz ruhlu şeirlərində və publisistik əsərlərində öz əksini tapıb. Yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar hadisələrindən bəhs edən “Mənim ağ göyərçinim” tamaşası 1999-cu ildən müxtəlif teatrlarda səhnələşdirilib.
20 Yanvar faciəsinin qan izləri, qurumayan göz yaşları ədəbiyyatımızda daim öz aktuallığını qoruyub və qoruyacaqdır. Çünki bu, günahsız, əliyalın insanlara qarşı törədilmiş faciədir. Hər kəsə məlumdur ki, bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya car çəkdilər. Xalq şairi Qabilin “Mərsiyə”si, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” adlı şeiri, Rafiq Səməndərin “Şəhidlər” kitabı işıq üzü gördü. Xalq şairi Zəlimxan Yaqub, Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca və digər ədiblərimiz də 20 Yanvar faciəsindən yazdılar. Yazdılar ki, gələcək nəsillərimiz bu faciəni heç bir vaxt unutmasınlar.
Bu illərdə işıq üzü görən bir çox bədii və araşdırma yazılarda da 20 Yanvar faciəsinin mahiyyətindən bəhs olunur. Azərbaycan Milli Kitabxanasından verilən məlumata görə, son 5 ildə Azərbaycan və rus dillərində qanlı Yanvar hadisələri ilə bağlı onlarca nəşr kitabxanaya təqdim edilib. Yazıçı Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix: 20 Yanvar faciəsi haqqında”, Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Məzahir Süleymanzadənin “20 Yanvar: güllələnmiş qəzet”, Mədinə Qasımovanın “Ağla, qərənfil, ağla” və “İ mertvıe pobejdayut” (“Ölülər də qalib gəlir”), Şəmkir Təhməzlinin “1990-cı il Qanlı Yanvar izləri” və faciədən bəhs edən digər əsərlər kitabxananın fondunda yer alıb. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Türk xalqları ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova 20 Yanvar hadisələri zamanı şəhid olan gənc şair Ülvi Bünyadzadənin ədəbi irsinə ön söz və şərhlər yazaraq nəşr etdirib. Qanlı Yanvar gecəsindən bəhs edən bu əsərlərin ideya qayəsinin kökündə o dayanır ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı mütləq bilməli və unutmamalıdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Bu əsərlərlə tanışlıqdan o da məlum olur ki, Azərbaycan dövləti və xalqı öz şəhidlərini heç vaxtı unutmur. 20 Yanvar hadisələri nəticəsində şəhid olmuş ailələrinin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.
Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Heydər Əliyevin şəxsi təşəbbüsü və sərəncamı ilə 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldıldı. 2010-cu ildə Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi inşa olundu. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olundu. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, onların ailələrinin qayğısına qalınmasına xüsusi diqqət göstərir. Uğurlu sosial siyasət nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini vəsf edən obrazlar yaradılıb. Poeziyada, nəsr və ya səhnə əsərlərində 20 Yanvar faciəsi aparıcı mövzuya çevrilib. Lakin yenə də bu mövzunun ədəbiyyatda işıqlandırılmasına ehtiyac var.
Yazıçı, deputat Aqil Abbasın fikrincə, ədəbiyyatda, jurnalistikada 20 Yanvar faciəsi daim təbliğ olunur. Amma ədəbiyyatda, xüsusən nəsrdə hələ də istənilən səviyyədə hadisələrin təfərrüatını əks etdirən mükəmməl bir əsər yazılmayıb.
Ədəbiyyatşünas, tənqidçi Rüstəm Kamal isə deyir: “Ola bilsin ki, xalq tarixin bir çox konkret faktlarını və hadisələrini unutsun, ancaq həmin hadisələr, qəhrəmanlar, şəhidlər bədii mətndə əksini taparsa, millət öz tarixini o əsərlər əsasında bərpa edə bilər. Ona görə də 20 Yanvar faciəsinin ədəbiyyatda əks olunmasına daha geniş ehtiyac var”.
Filologiya elmləri doktoru, professor Vaqif Yusifli bildirir: “Düzdür, ortada Sabir Əhmədlinin “20 Yanvar” hekayələri, Arif Abdullazadənin “Qanlı yaddaş” romanı, İsi Məlikzadənin povesti var. Amma faciə poeziyada olduğu kimi nəsrdə dolğun şəkildə əks olunmayıb. Publisistikada isə 20 Yanvar şəhidlərinin hər biri və yaxud bir rayonun, bir kəndin şəhidləri haqqında çoxlu yazılar var. Rafiq Səməndərin, Hidayətin və başqa publisistlərin əsərləri çap olunub. Arzu edərdik ki, xalqımızın tarixində həmişəlik qalacaq, şəhidliyi qəhrəmanlığa çevirən, xalqın özünü dərk etməsinə səbəb olan belə bir mövzunu daim işıqlandıracaq əsərlər yazılsın”.
20 Yanvar 1990-cı il yaddaşlara qanla yazılıb. Təbii ki, minilliklərin imperiya boyunduruğundan qurtarmaq o qədər də asan deyildi. Azadlığın verilmədiyi və zorla, qan bahasına alındığını da bura əlavə etməklə deyə bilərik ki, 20 Yanvarda xalqımızın yaşadığı müsibətlər və faciələr, qürur və iftixar mənbəyi, milli oyanış, birlik və əsl həmrəylik gününə aid əsərlər bundan sonra da yazıçı və şairlərin, habelə tədqiqatçıların maraq dairəsində olacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.