Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR
2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabıbın sərbəst qalığı 872 350 399.
Birlesmis Kralliq – Wikipedia
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
United Kingdom of Great Britain and Northern Ireland
Royaume-Uni de Grande-Bretagne et d’Irlande du Nord
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Himni: ing. Dieu et mon droit
• 2009 təxmini
Mündəricat
- 1 Tarixi
- 2 Coğrafiyası
- 3 İnzibati quruluşu
- 4 Xarici siyasəti
- 5 İqtisadiyyatı
- 5.1 Ümumi məlumatlar
- 5.2 İqtisadiyyatın tarixi
- 5.3 Sənaye
- 5.4 Kənd təsərrüfatı
- 5.5 Təbii ehtiyatlar
Əsas məqalə: Böyük Britaniya tarixi
İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın tarix öncəsi dövrlərini əhatə edir. 1800–1922 illəri arasında İrlandiyanın hamısı Birləşmiş Krallığın bir hissəsi sayıldığı üçün bu dövrlərdə İrlandiyanın tarixi də Birləşmiş Krallıq tarixinin bir hissəsi sayılır. Birləşmiş Krallığın ən qədim xalqlarını keltlər təşkil edir. E.ə. 55 və E.ə. 410 illəri arasında Britaniya adaları Roma İmperiyasına bağlı Britannia əyalətini təşkil. V əsrdə bölgə Xristianlığın təsiri altına girdi. Eyni illərdə Cermen bir xalq olan Anqlosaksonlar böyük kütlələr halında namizədə köç etdilər. 1066–1154-cü illəri arasında yenə bir Cermen irqi olan Normanlar namizədi ələ keçirdilər. İngilislər bu Cermen irqlərinin davamını meydana gətirməkdədirlər. Şotlandlar, Uelslilər və İrlandiyalılar isə Keltlərin davamıdır.
Coğrafiyası
Dövlət Britaniya adalarında (Böyük Britaniya, İrlandiya adasının şimal-şərq hissəsi, həmçinin kiçik adalar və arxipelaqlar: Hebrid, Orkney və Şetland adaları, Anqlsi, Arran, Vayt) Atlantik okeanda yerləşir. Şimali, İrlandiya, Kelts və Hebrid dənizləri ilə yuyulur. Cənub-şərq sahili ilə Fransanın şimal sahili arasinda yalniz 35 km məsafə var. Iki dövləti bir-birindən La Manş boğazı ayırır.
Böyük Britaniyanın sahəsi-244 820 km².1993-cü ilin məlumatına görə, torpaq sahəsinin 10%-i meşə ilə örtülü idi, 46%-i otlaq üçün istifadə edilmişdir və 25%-i kənd təsərrüfatında istifadə edilmişdir. Sahil uzunluğu 17.820 km-dir. Cənub sahil Avropa kontinenti ilə uzunluğu 50 km olan (38 km su altında olmaqla) avrotunel vasitəsilə birləşir. Bu, dünyada ən uzun sualtı tuneldir. İrlandiyanın Şimali İrlandiya Respublikası ilə 360 kilometrlik quru sərhədi var və bu, Böyük Britaniyanın yeganə quru sərhədidir.
İngiltərə, Böyük Britaniyanın yarısından çox ərazisini əhatə edir (130.395 kvadrat kilometr) Bunun böyük bir hissəsi ovalığlardan ibarətdir. Yüksəkliklər əsasən ərazinin şimal (Pennins) və şimal-qərbində (Kamberlend) cəmlənmişdir. Ən uzun çayları Temza, Severn və Humberdir.
Şotlandiya Böyük Britaniyanın 78.772 kvadrat kilometr əhatə edir. Şotlandiyanın ərazisinə əsasən qərb və şimal hissələrində yerləşən səkkiz ada daxildir(Hebrid, Orkney, Şetland və başqa adalar). Şotlandiya iki tamamilə müxtəlif regionlardan ibarətdir:şimal-qərb hissədə yerləşən Şimali-Şotlandiya dağlıq ərazi(Haylend) və cənub-şərq hissədə yerləşən Loulend. Haylendə demək olar ki Şotlandiyanın bütün dağlıq ərazisini əhatə edir(Ben Nevis 1343 metr hündürlüyü ilə Britaniya adalarının ən yüksək zirvəsi hesab olunur).
Uels Böyük Britaniyanın 20.779 kvadrat kilometr əhatə edir. Uels- əsasən dağlıq ölkədir. əsas əhali və sənaye sahələri Kardiff, Swansea və Nyuport sahil şəhərlərində, o cümlədən dəqiq Cənubi Uels yerləşir. (Snoudon dağı-1085 m) Uelsin ən yüksək dağları Snoudonda yerləşir(Snoudon dağı-1085 m).
Şimali İrlandiya yalnız 13.843 kvadrat kilometr əhatə edir və əsasən dağlıq ərazidir. Şimali İrlandiyaın ən yüksək nöqtəsi 852 m hündürlüyü olan Sliv-Donard zirvəsi hesab olunur.
İnzibati quruluşu
Böyük Britaniya 4 tarixi-coğrafi vilayətdən – İngiltərə (Böyük Britaniya adaları), Uels, Şotlandiya, Şimali İrlandiyadan ibarətdir. Böyük Britaniya adaları, İrlandiya adasının şimal-şərq hissəsi, Anqlsi, Vayt, Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalar Birləşmiş Krallığın tərkibinə daxildir. Vayt adası İngiltərəyə, Anqlsi adası Uelsə, Hebrid, Şetlend və Orkney adaları Şotlandiyaya mənsubdur. İngiltərə – 34 qraflığa (two-tier counties), 32 London inzibati rayonuna və 1 London şəhərinə (və ya Böyük London), 36 metropoliya-qraflığa (metropolitan county), 46 unitar rayona (unitary authoritities) bölünür. Şotlandiya – 32 unitar rayondan ibarətdir. Şimali İrlandiya – 26 rayon şurasından ibarətdir. Uels – 22 unitar rayondan ibarətdir [1] .
Xarici siyasəti
Birləşmiş Krallığın xarici siyasətinin əsas prioritetləri aşağıdakılardır [2] :
- Ölkənin təhlükəsizliyinin təmin edilməsi;
- Birləşmiş Krallığın enerji daşıyıcıları ilə təmin edilməsinin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi, ölkənin iqtisadi maraqlarının qorunması;
- dünyada demokratiyanın, qanunun aliliyi prinsipinin yayılması və möhkəmləndirilməsi, insan hüquqlarının təmin edilməsi üzərində nəzarət;
- yeni münaqişələrin yaranmasının qarşısının alınması, hazırda mövcud olan münaqişələrin nizamlanmasında iştirak etmək;
- ümumdünya siyasi sisteminin sabitliyinin saxlanılması;
- beynəlxalq terrorizmlə mübarizə;
- ölkə ərazisində terror aktlarının törədilməsinin qarşısının alınması;
- kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması;
- Birləşmiş Krallığın qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri və digər beynəlxalq cinayətlərdən qorunmasının təmin edilməsi; həmçinin qlobal miqyasda beynəlxalq cinayətkarlığın səviyyəsinin aşağı salınması;
- NATO, Avropa İttifaqı, BMT, G8 çərçivəsində (Böyük səkkizlik) fəal siyasət aparılması;
- Birləşmiş Krallığın dünya siyasəti məsələlərinə və qlobal problemlərin həllinə maksimum təsir göstərmək istiqamətində effektiv çoxtərəfli əməkdaşlıq sistemini dəstəkləməsi;
- BMT Təhlükəsizlik Şurasının islahatlarının dəstəklənməsi;
- Rusiya, Çin, Yaponiya, Hindistan ilə daha sıx əməkdaşlıq münasibətlərinin qurulması;
- İslam dövlətləri ilə “konstruktiv qarşılıqlı əlaqələr”in qurulması;
- müsəlman dövlətlərində siyasi və sosial islahatların dəstəklənməsi;
- ABŞ və Avropa İttifaqı ölkələri ilə sıx əlaqələrin qurulması;
- Birləşmiş Krallıq üçün beynəlxalq terrorizm təhlükəsinin azaldılması;
- Əfqanıstan və İraqın bərpa olunması prosesində iştirak etməyə davam etmək, Əfqanıstanda opium istehsalının əhəmiyyətli dərəcədə azaldılması və yaxın 10 il ərzində tamamilə aradan qaldırılması;
- beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqələr vasitəsilə Cənubi Asiya, Yaxın Şərq, Balkanlar və digər regionlarda gərginliyin səviyyəsinin azaldılması;
- İran və Şimali Koreyanın nüvə silahı əldə etməsinin qarşısının alınması;
- Birləşmiş Krallığın NATO-nun müasirləşdirilməsi və Avropa İttifaqının müdafiə imkanlarının təkmilləşdirilməsi yolu ilə Avropada təhlükəsizliyin möhkəmləndirilməsi;
- ətraf mühitlə bağlı səmərəli siyasətin təmin edilməsi.
İqtisadiyyatı
Ümumi məlumatlar
İqtisadiyyatın mühüm sahələri: avtomatlaşdırma avadanlığı, elektrik avadanlığı, dəmiryol avadanlığı, gəmiqayırma, təyyarə, elektrik və rabitə avadanlığı, kağız istehsalı, neft, kimya sənayesi, yüngül sənaye və geyimlər, yeyinti sənayesi [3] .
- ÜDM: $ 2.224 trilyon (2009)
- ÜDM-nin artımı: −4.8% (2009)
- Sektorların payına düşən ÜDM: kənd təsərrüfatı: 1,2 %, sənaye: 23,8 %, xidmətlər: 75 % (2009)
- Adambaşına ümumi daxili məhsul: $ 35.200 (2009)
- Büdcə: Gəlirlər: $ 880.8 milyard, Xərclər: $ 1.129 trilyon (2009) İxrac: $ 357.3 milyard (2009)
- İxrac tərəfdaşları: ABŞ 13,8%, Almaniya 11,5%, Niderland 7,8%, Fransa 7,6%, İrlandiya 7,5%, Belçika 5,3%, İspaniya 4,1%,
- İxrac məhsulları: maşınqayırma məhsulları, yanacaq, kimya sənayesi məhsulları, ərzaq, içki, tütün. İdxal: $ 486 mlrd. (2009)
- İdxal tərəfdaşları: Almaniya 13%, ABŞ 8,7 %, Çin 7,5%, Niderland 7,4%, Fransa 6,8%, Norveç 6%, Belçika 4,7%, İtaliya 4,1% İdxal məhsulları: maşınqayırma məhsulları, avadanlıqlar, yanacaq, ərzaq
İqtisadiyyatın tarixi
XIX əsrin axırlarınadək Böyük Britaniya dünya təsərrüfatında ağalıq etmişdir. Bunun başlıca səbəbi Böyük Britaniyanın kapitalizmin vətəni, sənaye çevrilişinin beşiyi olması ilə, “dünyanın sənaye emalatxanasına” çevrilməsi ilə izah olunur. Bununla yanaşı, olduqca iri müstəmləkələrə malik Böyük Britaniya, bu müstəmləkələrin istismar edilməsindən böyük gəlir götürürdü. Nəhayət, La-Manş və Pa-de-Kale boğazlarından keçən mühüm dəniz ticarət yollarında əlverişli coğrafi mövqeyi ölkəyə Yer kürəsinin bütün regionları ilə əlaqə yaratmağa imkan verirdi. Böyük Britaniyanın iqtisadiyyatının sürətli inkişafına ölkə ərazisində müxtəlif faydalı qazıntı yataqlarının, xüsusilə dəmir filizi və daş kömür hövzələrinin bir-birinə yaxın yerləşməsi çox böyük təsir göstərmişdir. Belə amil metallurgiyanın güclü inkişafına, metallurgiya isə müstəmləkələrin ələ keçirilməsində və Dünya Okeanında hökmranlıq edilməsində mühüm rol oynayan güclü dəniz donanmasının yaradılmasına imkan vermişdir. Keçmiş mövqeyini itirməsinə baxmayaraq Böyük Britaniya indi də dünyanın yüksək inkişaf etmiş sənayeyə malik başlıca ölkələrindən biridir. Böyük Britaniya İnkişaf Etmiş Ölkələr arasında kapital ixracatına görə yalnız ABŞ və Yaponiyadan geri qalır. XX əsrin 80-ci illərindən başlayaraq neft hasilatının sürətlə artması onun iqtisadi strukturunun yenidən qurulmasına, iqtisadiyyatın inkişafına imkan yaratmışdır. Bununla yanaşı Böyük Britaniya, əvvəllər Britaniya imperiyasına daxil olan ölkələrin Birliyini yaratmış və ona rəhbərlik edir. Bu, keçmiş müstəmləkə ölkələri ilə əlaqələri tənzimləyən özünəməxsus iqtisadi birlik formasıdır.
Sənaye
Böyük Britaniya sənayesinin strukturu digər başlıca İEÖ-i xatırladır. Mürəkkəb və çoxsahəli maşınqayırma mühüm rol oynayır. Elektrotexnika, elektronika, aviakosmik sənayenin, cihazqayırma və avtomobilqayırmanın inkişafına görə London, Birmingem-Koventri rayonları, dəzgahqayırma və avtomobilqayırmaya görə Birminhem, toxuculuq maşınqayırmasına görə Mançester, gəmiqayırmaya görə Qlazqo, idxal xammala əsaslanan metallurgiyanın inkişafına görə Şeffild, Kardiff və dəniz sahili şəhərlər fərqlənir. Kimya sənayesi Şimal dənizinin dayazlıqlarından çıxarılan neft və təbii qaza əsaslanır
Kənd təsərrüfatı
Böyük Britaniyanın intensiv inkişaf etmiş kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ölkənin şimal və qərbində günəşli günlərin məhdudluğu taxıl bitkilərinin yetişdirilməsinə imkan vermir. Rütubətli okean iqlimində otlaq və çəmənliklər mal-qaranı yaşıl otla yaxşı təmin edir. Böyük Britaniyanın kənd təsərrüfatı əhalinin ərzağa olan tələbatını təmin etmir. Kənd təsərrüfatı məhsullarına buğda, tərəvəz, dana əti, quzu əti, quş əti, balıq, kartof aiddir.
Təbii ehtiyatlar
Təbii ehtiyatlar: daş kömür, neft, təbii qaz, əhəng daşı, metal, duz, gil, gips, qurğuşun, manqan [3] .
Mədəniyyət
Keçən əsrin 60-cı illərində The Beatles və “Rollinq stounz”un populyarlığının çiçəklənməsindən bu günə kimi Böyük Britaniya gənc mədəniyyətinin avanqardı olaraq qalır. Ölkənin Uilyam Şekspir və şotland Robert Berns, uelsli Dilan Tomas və şimali irlandiyalı Şeymas Xini də daxil olmaqla, zəngin ədəbiyyat irsi var. Barokko dövrü ndən, Henri Perselladan XX əsrdə Benjamin Brittenə qədər, dünyaya klassik bəstəkarlar verən milli musiqi qədim köklərə malikdir. [4]
Əsas məqalə: Böyük Britaniya şəhərlərinin siyahısı
Ənənə və mərasimlər- Böyük Britaniyada Pasxa, Milad və Yeni il bayramlarından başqa bütün digər bayramlar ancaq bazar ertəsi günü keçirilir.
Əsas məqalə: Böyük Britaniyada din
Birləşmiş Krallıqda hakim din xristianlığın müxtəlif formalarıdır. Dövlət siyahıya almasının nəticələrinə görə, iyirminci əsrin ortalarındandan bəri kilsəyə müntəzəm olaraq gələnlərin sayında kəskin azalmaya və immiqrasiya və demoqrafik dəyişikliklər nəticəsində başqa dinlərə sitayiş edənlərin sayının artmasına baxmayaraq, vətədaşların əksəriyyəti xristiandır.
İstinadlar
- ↑”Great Britain səh 1″ (PDF) . 2019-11-01 tarixində orijinalından (PDF) arxivləşdirilib . İstifadə tarixi: 2019-01-23 .
- ↑”Great Britain səh 3″ (PDF) . 2019-11-01 tarixində orijinalından (PDF) arxivləşdirilib . İstifadə tarixi: 2019-01-23 .
- ↑ 12“Great Britain səh 2” (PDF) . 2019-11-01 tarixində orijinalından (PDF) arxivləşdirilib . İstifadə tarixi: 2019-01-23 .
- ↑”Arxivlənmiş surət”. 2013-07-31 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2009-03-07 .
Xarici keçidlər
- Office for National Statistics : The UK population: by ethnic group, April 2001
- http://ukinazerbaijan.fco.gov.uk/az/our-offices-in-azerbaijan/britian-azerArxivləşdirilib 2009-01-20 at the Wayback Machine
- https://en.wikipedia.org/wiki/?axtar=Withdrawal_from_the_European_Union
Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR
BAKU.WS-in Oxu.Az-a istinadla məlumatına görə, həmin dəyişiklik Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.
Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na “1.4.1.9.0.0” paraqrafı əlavə edilib. Bununla da Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı üzrə digər gəlirlərinə “dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert” də daxil edilib.
“Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə” üzrə gəlirlər faizlərdən, dividentlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, Mərkəzi Bankın mənfəətindən ayırmalar, Dövlət Neft Fondundan daxilolmalar, sığorta təşkilatlarından ayırmalar, icarə haqqı, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert üzrə daxilolmalardan ibarətdir.
Əlavə edilib ki, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert dedikdə, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu kimi yaradılan Təminat Fondundan daxilolmalar nəzərdə tutulur.
2009 büdcə gəlirlər
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunda gəlirlər 22 508 869,7 min manat, xərclər 22 731 644,5 min manat məbləğində göstərilib.
Modern.az xəbər verir ki, Maliyyə Nazirliyi “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun mətnini açıqlayıb.
Milli Məclisdə 2-ci oxunuşdan keçən və 3-cü oxunuşa çıxarılacaq “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunda gəlirlər və xərclər üzrə göstəricilər aşağıdakı kimi qeyd edilib:
Gəlirlər 22 508 869 670
Fiziki şəxslərin gəlir vergisi 995 928 541
Hüquqi şəxslərin mənfəət vergisi 2 499 648 224
Hüquqi şəxslərin torpaq vergisi 50 597 523
Əlavə dəyər vergisi 4 287 565 750
Azərbaycan ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 2 340 793 454
Sadələşdirilmiş vergi 448 139 049
Aksizlər 728 588 056
Azərbaycan ərazisinə malların idxalına görə aksizlər 169 955 907
Yol vergisi 113 527 167
Azərbaycan ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 40 161 737
Mədən vergisi 137 378 540
Gömrük rüsumları 883 141 676
Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların konkret qiymətilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 177 519 465
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 69 777139
Dövlət borcu və zəmanəti üzrə öhdəliklər Təmant Fonduna daxilolmaalar (Serbiya) 67 577 319
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 1 831 000
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan daxilolmalar 10 959 000 000
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssiə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 5 363 342
Dövlət rüsumu 134 828 357
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 455 289 235
Vergi orqanlarının xəttilə daxil olan sair daxilolmalar 205 071 064
Sair daxilolmalar 163 579 149
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna daxilolmalar 21 939 583
XƏRCLƏR 22 731 644 518
Ümumi dövlət xidmətləri 3 526 047 527
Qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanması xərcləri 627 422 740
Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 67 029 834
Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsilə bağlı xərclər 2 235 577 523
Yerli büdcələrə verilən dotasiya 5 185 450
Naxçıvan Muxtar Respublikasına verilən dotasiya 281 900 000
Müdafiə 2 842 681 870
Müdafiə qüvvələri 1 305 292 968
Milli təhlükəsizlik 151 621 669
Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2 613 066
Digər kateqoriyalara aid edilməyən xərclər 1 383 154 167
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 1 316 354 925
Məhkəmə hakimiyyəti 53 734 746
Hüquq-mühafizə 1 025 274 616
Prokurorluq 58 254 733
Digər kateqoriyara aid edilməyən xidmətlər 179 090 830
Təhsil 1 966 604 182
Məktəbəqədər təhsil 169 524 239
Ümumi təhsil 1 076 750 311
İlk peşə-ixtisas təhsili 24 542 003
Orta ixtisas təhsili 35 801 090
Ali təhsil 200 572 339
Əlavə təhsil 2 644 231
Təhsil sahəsində digər müəssisə və tədbirlər 456 769 969
Səhiyyə 709 864 775
Poliklinikalar və ambulatoriyalar 103 147 187
Xəstəxanlar 331 471 340
Səhiyyə sahəsində digər xidmətlər 6 338 225
Səhiyyə sahəsində tətbiqi tədqiqatlar 4 584 033
Səhiyyə sahəsinə aid edilən digər xidmətlər 264 323 993
Sosial müdafiə və sosial təminat 2 150 738 856
Sosial müdafiə xərcləri 2 119 600 265
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyəşəşdirilməsi üçün ayrılan vəsait 1 300 000 000
Sosial təminat xərcləri 31 121 522
Sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi rədqiqatlar 17 069
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 299 476 107
Mədəniyyət və incəsənt sahəsində fəaliyyət 125 093 892
Radio, televiziya və nəşriyyat 58 279 103
Bədən tərbiyəsi, gənclər siyasəti və turizm 72 272 858
Digər kateqoriyalara aid edilməyən fəaliyyət 43 830 254
Mənzil və kommunal təsərrüfatı 451 536 457
Mənzil təsərrüfatı 89 321 628
Kommunal təsərrüfat 312 768 110
Su təsərrüfatı 31 575 933
Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 17 87 0 786
Yanacaq və enerji 18 007 572
Enerji kompleksi 16 985 972
Yanacaq və enerji kompleksi üzrə təcrübə və təbiqi tədqiqatlar 1 021 600
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqşılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 742 219 712
Kənd təsərrüfatı 703 382 396
Meşə təsərrüfatı 12 641 919
Balıqçılıq və ovçuluq 2 607 070
Ətraf mühitin mühafizəsi 16 345 250
Hidrometeorologiya tədbirləri 7 243 077
Sənaye, tikinti və faydalı qazıntılar 5 087 186 695
Tikinti 5 070 516 409
Dövlət əsaslı vəsait qoyuluşu 5 059 232 809
Faydalı qazıntılar 12 670 286
Geodeziya və xəritəçəkmə 4 000 000
Nəqliyyat və rabitə 166 536 278
Nəqliyyat 110 032 278
Rabitə 56 504 000
İqtisadi fəaliyyət 1 357 335 398
İqtisadi və kommersiya fəaliyyəti 191 217 698
Sahibkarlığa dəstək 41 217 698
Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 150 000 000
İqtisadi fəaliyyətin digər sahələri 1 166 117 700
Əsas bölmələrə aid edilməyən xidmətlər 2 092 397 534
Məqsədli büdcə fondları 372 000 000
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 372 000 000
Ehtiyat fondlar 765 278 769
Azərbaycan Prezidentinin Ehtiyat Fondu 301 053 774
Dövlət Büdcəsinin Ehtiyat Fondu 464 224 995
Əsas bölmələrə aid edilməyən sair xərclər 955 118 765
Beynəlxalq və ölkə səviyyətli tədbirlərin keçirilməsilə bağlı xərclər 16 820 452
Fövqəladə halların nəticələrinin aradan qaldırıması ilə bağlı xərclər 19 999 999
Digər xidmətlər üzrə xərclər 918 298 314
2018-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği 4 656 630
Büdcə kəsiri 222 774 848
2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabıbın sərbəst qalığı 872 350 399.
2018-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesbında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun 19.5-ci maddəsinə uyğun olaraq istifadə ediləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.