2013 büdcə gəlirlər oilfund
Bununla yanaşı, büdcənin effektivliyinin vacib meyarlarından biri də onun dünya iqtisadiyyatında baş verən proseslərdən asılılıq dərəcəsidir. Dünya bazarlarında neft qiymətləri dəyişdiyi halda, Azərbaycan büdcəsində neftin qiymətinin barrel üçün sabit $100 səviyyəsində saxlanılması bu meyarın ölkə üçün əlverişli səviyyəsindən xəbər verir. Və bu, həddindən vacibdir: 2013-cü ildə Azərbaycanın Dövlət Büdcəsinin 79%-i neft bölməsinin birbaşa ödənişləri əsasında formalaşacaq.
Mühasiblərin diqqətinə! Yeni büdcə təsnifat kodları təsdiqlənib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
- “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə 2428; 2019, № 3, maddələr 529, 544, 563, 565, 568, № 4, maddə 753, № 6, maddə 1174; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 iyul tarixli 302 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin Təsnifatı” üzrə:
1.1.1. “1.1.1.1.1.0” maddəsi aşağıdakı redaksiyada verilsin:
1 | 1 | 1 | 1 | 1 | 0 | Muzdlu işlə əlaqədar gəlir vergisi |
1 | 1 | 1 | 1 | 1 | 1 | Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri- dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi |
1 | 1 | 1 | 1 | 1 | 2 | Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi |
1 | 1 | 1 | 1 | 1 | 3 | Hasilatın pay bölgüsü sazişləri üzrə xarici və
1.1.4. “1.1.1.2.6.0” maddəsindən sonra aşağıdakı məzmunda “1.1.1.2.7.0” maddəsi əlavə edilsin:
1 .1.5. “1.1.4.1.1.5” yarımmaddəsindən sonra aşağıdakı məz- munda “1.1.4.1.1.6” yarımmaddəsi əlavə edilsin:
1.1.6. “1.1.4.1.2.0” maddəsindən sonra aşağıdakı məzmunda “1.1.4.1.2.1-1.1.4.1.2.3” yarımmaddələr əlavə edilsin:
1.1.7. “1.1.4.3.1.5” yarımmaddəsində “Ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi” sözləri “İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri tərəfindən ödənilən sadələşdirilmiş vergi” sözləri ilə əvəz edilsin; 1.1.8. “1.1.4.3.2.5” yarımmaddəsində “Ticarət fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi” sözləri “İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri tərəfindən ödənilən sadələşdirilmiş vergi” sözləri ilə əvəz edilsin; 1.1.9. “1.1.4.5.1.6” yarımmaddəsi “1.1.4.5.1.9” yarımmaddəsi hesab edilsin və aşağıdakı məzmunda “1.1.4.5.1.6-1.1.4.5.1.8” yarımmaddələr əlavə edilsin:
1.1.10. “1.1.4.5.2.6” yarımmaddəsinə “minik avtomobillərinə” sözlərindən sonra “və avtobuslara” sözləri əlavə edilsin; 1.1.11. “1.1.4.5.2.9” yarımmaddəsində “İdxal olunan xəz-dəri məmulatlarına tətbiq olunan aksiz vergisi” sözləri “Sair məhsullar” sözləri ilə əvəz edilsin; 1.1.13. “Büdcə gəlirlərinin təsnifatına ƏLAVƏ” üzrə: 1.1.13.1. 1.1.1.2-ci yarımbəndin birinci abzasında “rezident müəssisələrin mənfəət vergisinə,” sözləri “rezident müəssisələrin mənfəət vergisinə, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatlarının mənfəət vergisinə,” sözləri ilə əvəz edilsin, üçüncü-altıncı abzasları müvafiq olaraq dördüncü-yeddinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: “Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatlarının mənfəət vergisi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən qeyri-kommersiya təşkilatlarının mənfəət vergisi nəzərdə tutulur.”; 1.1.13.2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.2. Sosial ayırmalar Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, işsizlikdən sığortaya və sosial ehtiyaclara ayırmalara bölünür. Sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənişi məcburi xarakter daşıyır və xüsusi fondların yaradılmasını nəzərdə tutur. 1.2.1. Sosial təminata ayırmalar məcburi dövlət sosial sığorta ayırmalarından ibarətdir və bu vəsaitlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilir. Sosial sığorta ayırmaları da öz növbəsində işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial sığorta ayırmalarına, işçilərin əməkhaqlarından hesablanan sosial sığorta ayırmalarına, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanların gəlirlərindən hesablanan sosial sığorta ayırmalarına və sair gəlirlərdən hesablanan sosial sığorta ayırmalarına bölünür. Qeyd olunan daxilolmalar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1.2.1.1. İşəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları – müəssisə və təşkilatların əmək ödənişi fonduna “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nisbətdə hesablanan ayırmadır. 1.2.1.2. Muzdla işləyənlərin əməkhaqlarından hesablanan sosial ayırmalar – işçilərin əməkhaqlarından “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nisbətdə hesablanan ayırmadır. 1.2.1.3. Muzdlu işçisi olmayan fərdi sahibkarlıq subyektləri tərəfindən ödənilən sosial ayırmalar – muzdlu işçisi olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqından “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.4. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatları tərəfindən ödənilən sosial ayırmalar – mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqından “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.5. Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödənilən sosial ayırmalar – mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə (fərdi sahibkarlar istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.6. Xüsusi notariuslar üzrə ödənilən sosial ayırmalar – xüsusi notariuslar üzrə minimum aylıq əməkhaqqından “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.7. Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar – Vəkillər Kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin gəlirlərindən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.8. Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar – müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.9. Sanatoriya-kurort yollayışlarının dəyərinin qismən ödənişi dedikdə, sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsaitlər nəzərdə tutulur. 1.2.1.10. Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar dedikdə, yuxarıda qeyd olunanlar istisna olmaqla, digər sosial sığorta ayırmaları nəzərdə tutulur. 1.2.2. Sosial ehtiyaclara digər ayırmalar sosial təminata ayırmalar formasında aparılır. Bu proqramlar təqaüddən başqa müavinətlərin verilməsini də nəzərdə tutur. 1.2.2.1. Sosial xidmətlərin göstərilməsindən daxilolmalar dedikdə, sosial xidmətlərin göstərilməsindən daxilolmalar nəzərdə tutulur. 1.2.2.2. Sair sosial transfertlər dedikdə, sosial proqramların maliyyələşdirilməsinə yönəldilən müxtəliftəyinatlı transfertlər nəzərdə tutulur. 1.2.3. İşsizlikdən sığortaya ayırmalar dedikdə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilən pul məbləği, həmçinin bu Qanunla müəyyən edilmiş digər gəlirlərdən daxilolmalar nəzərdə tutulur. 1.2.3.1. İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur. 1.2.3.2. İşləyənlərin əməkhaqlarından hesablanan işsizlikdən sığorta haqqı işləyənlərin hesablanmış əməkhaqlarının 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur. 1.2.3.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar istisna olmaqla, bu Qanunla müəyyən edilmiş digər mənbələr üzrə daxilolmaları nəzərdə tutur. 1.2.3.4. Sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından daxilomalar dedikdə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd edilmiş maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur. 1.2.3.5. Sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilomalar dedikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətalara görə tətbiq olunan cərimələrdən daxilolmalar nəzərdə tutulur. 1.2.3.6. Sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar dedikdə, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə hesablanan əlavə faizlər nəzərdə tutulur. 1.2.3.7. İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar dedikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətalara görə tətbiq olunan cərimələrdən daxilolmalar nəzərdə tutulur.
2.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə: 2.1.4. “1.1.1.2.6.0” maddəsindən sonra aşağıdakı məzmunda “1.1.1.2.7.0” maddəsi əlavə edilsin:
2.1.5. “1.1.4.1.1.5” yarımmaddəsindən sonra aşağıdakı məz- munda “1.1.4.1.1.6” yarımmaddəsi əlavə edilsin:
2.1.6.0“1.1.4.1.2.0” maddəsindən sonra aşağıdakı məzmunda “1.1.4.1.2.1-1.1.4.1.2.3” yarımmaddələri əlavə edilsin:
2.1.7. “1.1.4.3.1.5” yarımmaddəsində “Ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi” sözləri “İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri tərəfindən ödənilən sadələşdirilmiş vergi” sözləri ilə əvəz edilsin; 2.1.8. “1.1.4.3.2.5” yarımmaddəsində “Ticarət fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi” sözləri “İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri tərəfindən ödənilən sadələşdirilmiş vergi” sözləri ilə əvəz edilsin; 2.1.9. “1.1.4.5.1.6” yarımmaddəsi “1.1.4.5.1.9” yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda “1.1.4.5.1.6-1.1.4.5.1.8” yarımmaddələri əlavə edilsin:
2.1.10. “1.1.4.5.2.6” yarımmaddəsinə “minik avtomobillərinə” sözlərindən sonra “və avtobuslara” sözləri əlavə edilsin; 2.1.11. “1.1.4.5.2.9” yarımmaddəsində “Xəz-dəri məmulatlarına tətbiq olunan aksiz” sözləri “Sair məhsullar” sözləri ilə əvəz edilsin; 2.1.13. “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə” üzrə: 2.1.13.1. 1.1.1.2-ci yarımbəndin birinci abzasında “rezident müəssisələrin mənfəət vergisinə,” sözləri “rezident müəssisələrin mənfəət vergisinə, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatlarının mənfəət vergisinə,” sözləri ilə əvəz edilsin, üçüncü-altıncı abzasları müvafiq olaraq dördüncü-yeddinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: “Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatlarının mənfəət vergisi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən qeyri-kommersiya təşkilatlarının mənfəət vergisi nəzərdə tutulur.”; 2.1.13.2. 1.2.1.1-ci və 1.2.1.2-ci yarımbəndlərdə “qanunda” sözü “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin; 2.1.13.3. 1.2.1.3-cü yarımbəndə “tərəfindən” sözündən sonra “minimum aylıq əməkhaqqından” sözləri əlavə edilsin; 2.1.13.4. 1.2.1.4-1.2.1.8-ci yarımbəndlər yeni redaksiyada verilsin və aşağıdakı məzmunda 1.2.1.9-cu, 1.2.1.10-cu yarımbəndlər əlavə edilsin: “1.2.1.4. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatları tərəfindən ödənilən sosial ayırmalar – mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqından “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.5. Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödənilən sosial ayırmalar – mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə (fərdi sahibkarlar istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.6. Xüsusi notariuslar üzrə ödənilən sosial ayırmalar – xüsusi notariuslar üzrə minimum aylıq əməkhaqqından “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.7. Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar – Vəkillər Kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin gəlirlərindən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.8. Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar – müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dərəcələrlə ödənilən sosial ayırmalardır. 1.2.1.9. Sanatoriya-kurort yollayışlarının dəyərinin qismən ödənişi dedikdə, sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsaitlər nəzərdə tutulur. 1.2.1.10. Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar dedikdə, yuxarıda qeyd olunanlara istisna olmaqla, digər sosial sığorta ayırmaları başa düşülür.”; 2.1.13.5. aşağıdakı məzmunda 1.2.3.4-1.2.3.8-ci yarımbəndlər əlavə edilsin: “1.2.3.4. Sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından daxilomalar dedikdə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd edilmiş maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur. 1.2.3.5. Sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilomalar dedikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətalara görə tətbiq olunan cərimələrdən daxilolmalar nəzərdə tutulur. 1.2.3.6. Sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar dedikdə, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə hesablanan əlavə faizlər nəzərdə tutulur. 1.2.3.7. İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar dedikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətalara görə tətbiq olunan cərimələrdən daxilolmalar nəzərdə tutulur.
Faylı yükləyin: Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə Qərarda dəyişiklikAzərbaycan Respublikasının Mənbə: cabmin.gov.az 2013 büdcə gəlirlər oilfundBu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 milyon manat təşkil edib. İndex.az Fonda istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 milyon manat, bonus ödənişləri 772,0 milyon manat, tranzit gəlirləri 16,5 milyon manat, akrhesabı ödənişlər 5,3 milyon manat təşkil edib. Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 266,3 milyon manata bərabər olub. Bu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 7 309,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldilib. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,1 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 990,6 milyon manat təşkil edib. 2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 milyon ABŞ dolları) nisbətən 1.52% artaraq 44 226,4 milyon ABŞ dolları təşkil edib. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. BÜDCƏ-2013Azərbaycanın əsas iqtisadi qanununun başlıca parametrləri nə vəd edir?Müəllif: İlahə MƏMMƏDLİ Bakı Ənənəvi olaraq noyabr ayında Azərbaycan Parlamentində ölkənin 2013-cü il üçün Dövlət Büdcəsi layihəsi ətrafında müzakirələr başlayacaq. Son illərdə belə alışılıb ki, əsas iqtisadi sənədin başlıca rəqəmləri yenidən rekord vurur – proqnozlara görə, Dövlət Büdcəsinin gəlirləri 12,4%, xərcləri 12,1%, kəsr 3,5% artacaq. Bu zaman Dövlət Büdcəsinin gəlirləri 19,2 mlrd manat, xərcləri isə 19,8 mlrd manat səviyyəsində proqnozlaşdırılır. 2013-cü il üçün Azərbaycan ümumi daxili məhsulunun (ÜDM) 56,1 mlrd manat, iqtisadi artımının isə 5,3% manat səviyyəsində olacağı proqnozlaşdırılır. İqtisadiyyata əsaslanan siyasət Beləliklə, prinsipcə yuxarıda göstərilən rəqəmlər nə deməkdir? Hər şeydən öncə, 2013-cü il Azərbaycanın Dövlət Büdcəsinin gəlir hissəsinin artım dinamikasının yüksəldilməsi göstərir ki, fiksal siyasət ölkədə iqtisadi artımı dəstəkləmə mexanizmi kimi çıxış etməkdə davam edəcək. Yeri gəlmişkən, dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə vergi-büdcə siyasəti iqtisadiyyatın artım templərinin azalmasının qarşısını almağa və ya eyni səviyyədə saxlamağa yönəlib. Azərbaycanda elə bir meyil müşahidə edilir ki, fiskal siyasət ölkənin iqtisadi artımının dəstək mexanizmi rolunu oynayır. 2013-cü il Dövlət Büdcəsinin əsas cəhəti gəlirlər və xərclər arasında balansın olmasıdır ki, bu da büdcə kəsrinin saxlanılmasına və azaldılmasına təsir göstərir. Azərbaycanın maliyyə imkanları büdcəni kəsrsiz gerçəkləşdirməyə imkan verdiyi halda, ölkənin maliyyə sisteminin sabitləşməsi məqsədi ilə hökumət onu kəsrlə formalaşdırmaqda davam edir və bu, gələn il üçün ÜDM-in 1,17% səviyyəsində proqnozlaşdırılır. Məsələ bundadır ki, Dövlət Büdcəsinin kəsiri maliyyə, ilk növbədə isə bank sistemi və sığorta şirktələri üçün çox vacib elementlərdən biridir. Çünki dövlət dövriyyəyə dövlət qiymətli kağızlarını buraxır ki, banklar sərəncamlarında olan artıq likvid vəsaitlərini yerləşdirmək imkanı qazansınlar. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycan ildən-ilə büdcə kəsrini artırmır və onu yerləşdirilmiş qiymətli kağızlardan gələn pullar hesabına genişləndirmir, uyğun olaraq Avropanın çox sayda dövlətlərinin üzləşdiyi problemlərdən uğurla yan keçə bilir. 2013-cü ildə misal üçün büdcə kəsrini özəlləşdirmədən və dövlət qiymətli kağızlarının yerləşdirilməsindən (o cümlədən, dövlət istiqrazlarının xaricdə yerləşdirilməsindən) gələn gəlirlər hesabına maliyyələşdirilməsi təklif edilir. Büdcə kəsrinin örtülməsinin başqa mənbəyi kimi isə 1 yanvar 2014-cü il durumuna Dövlət Büdcəsinin vahid xəzinədarlıq hesabında qalmış qalıq vəsaitlər göstərilir. Neftdən rifah üçün Bununla yanaşı, büdcənin effektivliyinin vacib meyarlarından biri də onun dünya iqtisadiyyatında baş verən proseslərdən asılılıq dərəcəsidir. Dünya bazarlarında neft qiymətləri dəyişdiyi halda, Azərbaycan büdcəsində neftin qiymətinin barrel üçün sabit $100 səviyyəsində saxlanılması bu meyarın ölkə üçün əlverişli səviyyəsindən xəbər verir. Və bu, həddindən vacibdir: 2013-cü ildə Azərbaycanın Dövlət Büdcəsinin 79%-i neft bölməsinin birbaşa ödənişləri əsasında formalaşacaq. Bu zaman Azərbaycanın Dövlət Büdcəsinin 59,3%-i ölkənin Dövlət Neft Fondunun transfertləri əsasında təmin ediləcək. Vergi daxilolmalarının ümumi həcminin də 41,2%-i də neft sektoru hesabına təmin ediləcək. Maraqlıdır ki, gələn ildə ölkə ÜDM-də neft sektorunun xüsusi çəkisi 38,6% səviyyəsində proqnozlaşdırılır, halbuki 2012-ci il üçün bu, 43,4% səviyyəsindədir. Proqnozlara görə, gələn il neft ÜDM-nin 2,9%, bu il isə 4,5% azalması, həmçinin neftdənkənar ÜDM-in isə uyğun 11,7% və 9,6% artması gözlənilir. Neft sektorunun ÜDM-də xüsusi çəkisinin azalmasına baxmayaraq, Azərbaycan neft-qaz hasilatının artırılmasına qayıdır. 2013-cü ildə 43,2 mln ton neft və 28,8 mlrd kubmetr səviyyəsində qaz hasilatı gözlənilir. Sosialdan sərmayə yönüllüyə Həmçinin, ənənəvi olaraq, büdcə proqnozlarının hazırlanması zamanı onların sosial və investisiya yönümlü olmasına, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə, ölkənin müdafiə potensialının və iqtisadi gücünün artırılmasına, energetika və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafının dəstəklənməsinə, prioritet istiqamətlər üzrə və dövlətin inkişaf strategiyasına uyğun olan məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilirdi. Başqa sözlərlə, büdcənin prioritetləri əvvəlki kimi qalacaq. Birinci yerdə sosial xərclər, ikinci yerdə investisiya xərcləri, üçüncü yerdə isə ölkənin müdafiə qabiliyyəti gəlir. Sosial xərclər qanunla müdafiə edilir, buna görə də onların azaldılması mümkün deyil. Ölkə ərazisinin 20%-nin qonşu Ermənistan tərəfindən işğal edildiyi bir şəraitdə müdafiə xərclərini də azaltmaq olmaz. Buna görə də neftin dünya qiymətlərinin azaldılması kimi fors-major hallarında dəyişikliklər yalnız investisiya xərcləri ilə bağlı aparıla bilər. Rəqəmlərin dili ilə deyilsə, Azərbaycanın 2013-cü il üzrə Dövlət Büdcəsində sosial sahənin maliyyələşdirilməsi üzrə xərclər 5 mlrd manatdan çox nəzərdə tutulub ki, bu, 2012-ci il göstəricisindən 7,1% çoxdur. Maliyyə Nazirliyinin məlumatına görə, 2013-cü ildə 700 min büdcə işçisinin və dövlət qulluqçusunun əməkhaqqının qaldırılması planlaşdırılıb ki, buna 240 mln manat xərclənəcək. Beləliklə, 2013-cü il üçün orta aylıq maaşın həcmi 440,3 manat səviyyəsində nəzərdə tutulur ki, illik hesablamada bu, 3,9% deməkdir. Ümumiyyətlə, 2013-cü ildə sosial yönümlü xərclərin xüsusi çəkisi Dövlət Büdcəsi xərclərinin 25,4%-inə bərabər olacaq. Özü də sosial layihələr yalnız büdcə işçilərinin əməkhaqqının artırılmasını nəzərdə tutmur. O cümlədən, 2013-cü ildə ipoteka kreditləşdirilməsinin maliyyələşdirilməsinin, həmçinin təhsil xərclərinin önəmli şəkildə artırılması da planlaşdırılır. Həmçinin, Azərbaycan hökuməti 6915,2 mln manat səviyyəsində və ya xərc hissəsinin 34,9%-i qədər dövlət sərmayələri planlaşdırmaqla, Dövlət Büdcəsinin investisiya fokusunu qoruyacaq. 2013-cü il üzrə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş əsas inkişaf istiqamətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ilin 9 ayı üzrə ölkənin sosial-iqtisadi inkişafının nəticələrinə həsr edilmiş iclasda səsləndirilib. Bu zaman o qeyd edib ki, inkişafın əsas prioritet istiqamətlərindən biri əvvəlki kimi nəqliyyat sektoru olaraq qalır. Dövlət başçısı ölkədə sürətli dəmir yollarının işə salınmasına nail olmağa çağırıb. “Nəzərə alınsa ki, yaxın zamanlarda Azərbaycan nəqliyyat sahəsində iri tranzit ölkəyə çevriləcək və Bakı – Tiflis – Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir, deməli, Azərbaycanın dəmir yolları yüksək dünya standartlarına cavab verməlidir”, – deyə dövlət başçısı bəyan edib. Gələn il həmçinin turizm və kənd təsərrüfatı sektorlarının inkişafı gözlənilir. Hökumətdə ümid edirlər ki, Azərbaycanda aqrar sektorun inkişafı üzrə intensiv tədbirlər öz bəhrəsini 2013-cü ildə verəcək, onda iri fermer təsərrüfatları işə düşəcək və onları hektar üzrə taxıl məhsuldarlığı 50 sentnerdən çox olacaq, halbuki hazırla məhsuldarlıq 26 sentner səviyyəsindədir. Başqa sözlə, neft gəlirləri tikintinin inkişafına, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı infrastrukturunun, sosial-mədəni təyinatlı qurumların və s.-in bərpasını davam etdirməyə imkan verəcək. Bundan başqa, ilk dəfə gələn ildən başlayaraq, Azərbaycanın siyasi partiyalarına maliyyə vəsaitləri də ayrılacaq. Bütünlükdə, par-tiyalara iki milyon manat ayrılacaq. Rəsmi məlumatlara görə, başqa partiyalar seçkilərdə 3 faizlik baryeri keçə bilmədiklərindən, bu vəsaitlər Milli Məclisdə təmsil olunan 11 partiya arasında paylanacaq. Vəsait partiyaların deputat sayına uyğun olaraq bölünəcək. Proqnoz göstəricilərindən də müşahidə olunur ki, Azərbaycanda ölkə iqtisadiyyatının artımına imkan verən amillər dəyişir və Azərbaycan iqtisadiyyatının inkişafı prosesində daha çox keyfiyyət dəyişiklikləri müşahidə edilir. Ümumiyyətlə, hökumətdən həm də bildirirlər ki, zaman keçdikcə iqtisadiyyatın neftdənkənar bölməsinin artım templəri təbii şəkildə azalacaq, çünki fasiləsiz olaraq neftdənkənar ÜDM-in 10 faizlik artımını təmin etmək mümkün deyil. Ölkənin İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, dövlət başçısının yaxın 10 ildə ÜDM-in iki dəfə artırılması ilə bağlı qarşıya qoyduğu tapşırığın yerinə yetirlməsi üçün iqtisadiyyatın neftdənkənar bölməsi ildə orta hesabla 7%-dən bir qədər çox artmalıdır. Başlıca məsələ sabitliyi qorumaq, neft və neftdənkənar bölmələr arasında balans saxlamaqdır. Onda birinci həmişə ikinciyə fayda verər. |
Comments are closed, but trackbacks and pingbacks are open.