Press "Enter" to skip to content

2013cu il orfoqrafiya lugeti

Əvvəlki orfoqrafiya qaydaları ilə müqayisədə bir sıra yenilikləri əhatə edən orfoqrafiya normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli qərarı ilə təsdiq olunmuş və 2020-ci il 3 noyabr tarixli qərarı ilə müəyyən edilib.

Azərbaycan dilinin orfoqrafiya lüğəti – PDF

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında” 24 iyul 1958-ci il tarixli və “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında” 6 aprel 1959-cu il tarixli qərarları qüvvədən düşmüş hesab edilir.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

2013cu il orfoqrafiya lugeti

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrini AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərtib ediblər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, lüğətin elmi redaktoru, akademik Möhsün Nağısoylu, məsul redaktorlar filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir. Nəşrin rəyçiləri professorlar Buludxan Xəlilov, Qəzənfər Kazımov və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əhmədovadır.

Lüğətə 5000-dən çox söz daxil edilib. Bu qəbildən olan sözlərin bir hissəsi dilimizin daxili imkanları hesabına yaranmış neologizmlərdən ibarətdir. Məsələn: buraç, paylaşım, tanıtım, uzadıcı və s.

Ümumilikdə yeni lüğətdə söz sayı 90 minə yaxındır.

Əvvəlki orfoqrafiya qaydaları ilə müqayisədə bir sıra yenilikləri əhatə edən orfoqrafiya normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli qərarı ilə təsdiq olunmuş və 2020-ci il 3 noyabr tarixli qərarı ilə müəyyən edilib.

Lüğətdə müasir dövrdə inkişafda olan elm və texnikanın müxtəlif sahələrində, eləcə də mətbuat, radio, televiziya, kino dilində bu sahələrin sıx bağlı olduğu informatika, informasiya texnologiyaları, logistika, idman, kulinariya və turizm terminləri də verilib. Həmçinin dünya təcrübəsinə əsasən dialekt leksikasına, danışıqda işlənən sözlərə də müəyyən yer ayrılıb.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində eyni sözün tez-tez nəzərə çarpan sinonimlərinin verilməsi halları yeni nəşrdə aradan qaldırılıb. Məsələn, dildə istifadə olunma vəziyyəti nəzərə alınmaqla əvvəlki lüğətə daxil edilmiş kvorum-yetərsay, plyaj-çimərlik, svetofor-işıqfor, vzvod-taqım, yubka-ətək kimi sinonim sözlərdən yalnız ikincilər yeni lüğətdə saxlanılıb.

Lüğətin 2013-cü il nəşrində eyni sözün müxtəlif variantlarına rast gəlmək mümkündür. Altın-altun, qaboy-qoboy, təlmə-tələsik-tələm-tələsik. Lüğətin yeni nəşrində yuxarıdakı nümunələrin ikinci variantları saxlanılıb, çoxvariantlılıq aradan qaldırılıb. Lüğətə bəzi yeni sözlər – vatsap, vaksin, vayfay, tviter, tvit, manipulyasiya, status-kvo, feysbuk daxil edilib.

Azerbaycan dilinin orfoqrafiya lugeti

3 comments on “ Azerbaycan dilinin orfoqrafiya lugeti ”

Sabah sözünün Menasını nece yazım? Beğen Beğen

Salam adaletem Beğen Beğen

bence guzel Beğen Beğen

Bir Cevap Yazın Cevabı iptal et

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

FULL tarifleri Exchange Teklifi

Kategoriler

  • Derslikler (87)
  • Nar Dünyası (7)
  • Ordan-Burdan (9)
  • Proqramlar (3)
  • Video Derslikler (2)
  • Xeriteler (1)

Son Yazılar

  • Narda “Çevir” təklifi
  • Full 19 tarifi
  • Full 14 tarifi
  • Full 9 tarifi
  • Cografiyanin tedrisi metodikasi

Popüler Yazılar

  • Narda “Çevir” təklifi
  • Narda serfeli İnternet paketleri
  • Full 9 tarifi
  • Full 14 tarifi
  • Azerbaycan xeriteleri

Online Söhbet Xidmeti

Blog İstatistikleri

  • 1.169.751 ziyaretçi

Comments are closed, but trackbacks and pingbacks are open.