Press "Enter" to skip to content

2014 büdcə gəlirlər

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar

2014 büdcə gəlirlər

Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 20-12-2013, Nəşr nömrəsi: 281), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2013, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1472)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201311220808
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 384 000,0 min manat, xərcləri 20 063 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 17 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Gəlirlərin mənbələri

(min manatla)

Fiziki şəxslərin gəlir vergisi

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

Hüquqi şəxslərin torpaq vergisi

Hüquqi şəxslərin əmlak vergisi

Əlavə dəyər vergisi

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz

Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar

Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər

Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar

Dövlət Neft Fondundan daxilolmalar

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

Aksiz markaların satışından daxilolmalar

“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar

Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar

Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu və “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi

İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər

İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu

Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu

Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu

“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar

“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.13-cü, 2.22-ci və 3.1.1.-3.1.6-cı maddələrində nəzərdə tutulan daxilolmalar istisna olmaqla, dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait

Maddə 4. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur.

Müəyyən edilsin ki, 2014-cü il və növbəti illərdə bu yığım üzrə hesabat dövrü təqvim ayı sayılır. Yığım hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və yığımı həyata keçirən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi formada hesabat təqdim edilir. Yığımların vaxtında ödənilməməsinə, azaldılmasına, yayındırılmasına və hesabatın müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq faizlər hesablanır və ya maliyyə sanksiyası tətbiq edilir.

Maddə 6. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:

Bakı şəhəri üzrə gəlirlərdən (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa)

aşağıdakı mənbələr üzrə daxilolmalardan

Gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar, Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri

Maddə 7. Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:

7.1. Bakı şəhəri üzrə (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən və dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarından başqa) — Bakı şəhəri üzrə gəlirlərin 3,44 faizi;

7.2. Digər şəhər və rayonlar üzrə (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) — müvafiq şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi, habelə şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin hesablanmış vergiləri.

Maddə 8. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Xərclərin istiqamətləri

Ümumi dövlət xidmətləri

2014 büdcə gəlirlər

Dekabrın 11-də Milli Büdcə Qrupu 2014-cü il dövlət büdcəsinə dair rəyini ictimaiyyətə təqdim etdi.

Tədbiri giriş sözü ilə açan Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Kənan Aslanlı qeyd etdi ki, 2014-cü ilin büdcəsinin Azərbaycan üçün yeni dövrün başlanğıcı olacaq. Çünki son 10 ildə ilk dəfə neft gəlirlərinin azalması ilə bağlı olaraq büdcə gəlirlərinin də azalması proqnozlaşdırılır. Bunun müqabilində isə, qeyri-neft sektorundan büdcəyə daxil olan gəlirlərin artacağı gözlənilir. Kənan Aslanlı 2014-cü ilin büdcəsi ilə bağlı Milli Büdcə Qrupunun geniş rəyini təqdim etmək üçün sözü MBQ-un eksperti Rövşən Ağayevə verdi.

Rövşən Ağayev 2014-cü ilin büdcəsinin gəlirlərindən, əsas xərcləmələrdən danışdı. “Hökümətin növbəti il üçün büdcə siyasətinin gəlirlər üzrə əsas hədəfləri qeyri-neft gəlirlərinin ümumi daxili məhsulda (ÜDM) və büdcə gəlirlərində xüsusi çəkisini artırmaq olub. Qeyri-neft gəlirlərinin ÜMD-də payının atırılması məqsədilə 2014-cü il üzrə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı proqnozlaşdırılılır. 2014-cü il üzrə dövlət büdcəsinin gəlirlərinin ən böyük hissəsi təxminən 50 faizlə Dövlət Neft Fondunun, ikinci yerdə isə 38,6 faizlə Vergilər Nazirliyinin payına düşür. Növbəti ildə enerji daşıyıcılarının qiymətlərinin artırılması, ARDNŞ-in akzis vergisinin tutulması hesabına büdcəyə 700 milyon manat daxil olacaq. Xərcləmlərə gəldikdə isə bu il xərclər 1.1 faiz artacaq. Bu son illərlə müqayisədə aşağı göstəricidir. Dövlət büdcəsi xərclərinin ümumi həcmində yenə də investisiya vəsaitləri üstün paya malik olacaq. İnvestisiya vəsaitlərinin məcmu büdcə xərclərində payı son 5 ildə ən aşağı həddə (31,3%) proqnozlaşdırılır.”

Onun sözlərinə görə, bu il büdcə gəlirlərinin azalmasına baxmayaraq hökümət xərcləmələrdə ixtisar etmədi və büdcədə investisiyaların payını azaltmaqla sosial yükünü artırmağa üstünlük verdi. Rövşən Ağayev çıxışının sonunda MBQ-un 2014-cü ilin büdcəsi ilə bağlı tapıntıları haqqında danışdı. “Büdcə şəffaflğının artırılması istiqamətndə bəzi addımlar atılıb. Belə ki, əhalinin büdcə sahəsində məlumatlılığının yüksəldilməsi məqsədilə “2014-cü ilin icmal və dövlət büdcələri üzrə Vətəndaşın Büdcə Bələdçisi” nəşri hazırlanaraq Maliyyə Nazirliyinin saytında yerləşdirilib. İkinci addım odu ki, hökumət ilk dəfə olaraq indiyədək “qapalı” hesab olunan müdafiə və hüquq-mühafizə xərclərin strukturu barədə Parlamentə məlumatlar təqdim edib.”

Gələn il son illərin ən yüksək (1.7 milyard manat) büdcə kəsiri gözlənilir. Bu məbləğin təxminən yarısı xarici borclar hesabına ödəniləcək. Təqdimatının sonunda Rövşən Ağayev 2014-cü ilin büdcə xərcləmələrində müşahidə olunan boşluqlardan danışarkən bildirdi ki, gələn ilin büdcəsindən təsnifatdan kənar xərclər artırılıb. Bunu isə şəffaflığın pozulması kimi qiymətləndirmək olar. Bundan başqa, xərclərin müxtəlif istiqamətlərdə kəskin artırılması və ya azaldılmasını Maliyyə Nazirliyi ciddi əsaslandırmalıdır. Təəssüf ki, parlamentdə bu ilki büdcə dinləmələri çox qısa sürdü və əsaslandırmalar olmadı.

Daha sonra təqdimat ətrafında müzakirələr oldu. Müzakirələr zamanı “Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq Şəbəkəsi”nin koordinatoru Əlməmməd Nuriyev təklif etdi ki, bu ilin oktyabr ayında Milli Məclisə təqdim edilən büdcə layihəsi ilə bağlı da rəy bildirilsin.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl isə büdcə məcəlləsinin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, hələ 5 il əvvəl parlamentdə büdcə məcəlləsi il bağlı fikirlər səsləndirilsə də hələ də büdcə məcəlləsi qəbul edilməyib.

ReAl Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli isə öz növbəsində büdcə xərclərinin müəyyən olunması prosesin olan siyasi təsirdən danışdı. Bildirdi ki, xəcləmələrin bölgüsündə hazırkı hakimiyytin siyasi maraqlar O, təklif etdi ki, növbəti illərdə MBQ alternativ büdcə layihəsi hazırlasın. MBQ-un idarə heyətinin üzvü Azər Mehtiyev isə cavabında bildirdi ki, alternativ büdcə layihəsi təcrübəsi bəzi ölklərdə olsa da bu işi iqtisadçılardan daha çox siyasi partiyalar edir.

AZƏRBAYCANIN BÜDCƏ SISTEMI VƏ 2014-CÜ IL DÖVLƏT BÜDCƏSININ ANALIZI 11.12.2013

AZƏRBAYCANIN BÜDCƏ SISTEMI VƏ 2014-CÜ IL DÖVLƏT BÜDCƏSININ ANALIZI 11.12.2013. AZƏRBAYCANIN BÜDCƏ SISTEMI VƏ 2014-CÜ IL DÖVLƏT BÜDCƏSININ ANALIZI. Elçin SÜLEYMANOV Qafqaz Un iversiteti Maliyy ə Kafedrası elsuleymanov @ qu.edu.az https://qafqaz.academia.edu/Elchin

Uploaded on Nov 07, 2014

  • Griffin Juarez
  • + Follow

Download Presentation

AZƏRBAYCANIN BÜDCƏ SISTEMI VƏ 2014-CÜ IL DÖVLƏT BÜDCƏSININ ANALIZI 11.12.2013

Presentation Transcript
  1. AZƏRBAYCANIN BÜDCƏ SISTEMI VƏ 2014-CÜ IL DÖVLƏT BÜDCƏSININ ANALIZI 11.12.2013
  2. AZƏRBAYCANIN BÜDCƏ SISTEMI VƏ 2014-CÜ IL DÖVLƏT BÜDCƏSININ ANALIZI ElçinSÜLEYMANOV Qafqaz Universiteti Maliyyə Kafedrası elsuleymanov@qu.edu.az https://qafqaz.academia.edu/Elchin https://www.researchgate.net/profile/Elchin_Suleymanov/ http://fi.qu.edu.az/az/staff/elsuleymanov/ http://my.indexcopernicus.com/elchin http://papers.ssrn.com/sol3/cf_dev/AbsByAuth.cfm?per_id=1806406 http://scholar.google.com/citations?user=oFHXIcEAAAAJ&hl=en http://academic.research.microsoft.com/Author/49477910
  3. Büdcənin İqtisadi Mahiyyəti Tarixən ”budget” məvhumu ingilis mənşəli söz olub çanta, torba mənasında işlənmişdir. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, məna etibarilə xəzinə sözünə yaxın olmuşdur. Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. Büdcə dövlətin və bələdiyyələrin əsas maliyyə planı olmaqla, dövlət hakimiyyəti və bələdiyyə orqanlarına onların fəaliyyətini yerinə yetirməyə imkan verir. Büdcə dövlətin maliyyə vəziyyətini əks etdirir və buna əsasən ölkədə vergi siyasətini müəyyən edir. Büdcə ölkədə milli gəlirin və Ümumdaxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini həyata keçirir. Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul münasibətlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə əks etdirir.
  4. Büdcə Nədir? • Büdcə -ölkəninsosial-iqtisadi inkişafı və dövlətə məxsus əsas funksiyaların yerinə yetirilməsi üçün lazım olan pul vəsaitinin yığılmasını və istifadəsini əks etdirən əsas maliyyə sənədidir.
  5. DÖVLƏT BÜDCƏSİNİN MƏQSƏDİ • ümumi daxili məhsulun yenidən bölüşdürülməsi; • iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi; • mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət. • ölkənin iqtisadi,sosial və digər strateji programlarının və problemlərinin həlli
  6. büdcə sisteminin vahidliyi; büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü; müxtəlif səviyyəli büdcələrin müstəqilliyi; büdcələrin gəlir və xərclərinin, dövlət büdcədənkənar fondlarının həmin büdcələrdə tam əks etdirilməsi; büdcənin balanslaşdırılması; büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi; büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi aşkarlıq; büdcənin həqiqiliyi; büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri.
  7. Büdcələrin tənzimləyici gəlirləri- bu dövlət büdcəsinin yerli (bələdiyyə) büdcələrə növbəti maliyyə ili üçün və ya uzun müddətə normativlər əsasında təyin olunmuş maliyyə vəsaitidir. Dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir. Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir. Subsidiya– dövlət büdcəsindən digər Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir. Büdcə ssudası – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
  8. Büdcələrarası Münasibətlərin Prinsipləri Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində gəlirlərin bölgüsü; Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində tənzimləyici gəlirlərin bölgüsü; Azərbaycan Respublikasının büdcə hüququnun, Naxçıvan Muxtar Respublikasının büdcə hüququnun və yerli (bələdiyyə) büdcələri hüquqlarının eyniliyi; Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli (bələdiyyə) büdcələrin Azərbaycan Respublikasının dövlət büdcəsi ilə münasibətlərinin eyniliyi.
  9. Yerli (bələdiyyə) büdcələri Yerli (bələdiyyə) büdcələri Yerli (bələdiyyə) büdcələri Müvafiq büdcələrin vergi gəlirləri. Müvafiq büdcələrin vergi gəlirləri. Dövlət vergilərindən ayırmalar Məqsədli büdcə fondlarından vəsaitlər Yuxarı büdcələrdən dotasiya, subvensiya və subsidiya Qarşılıqlı hesablaşma qaydasında yuxarı büdcələrdən daxilolmalar Rüsum, yığım, ödənişlər və haqlar Yerli Büdcələrin Xüsusi Və Tənzimləyici GəlirlərininÜmumi Sxemi
  10. «Vergi Məcəlləsi»ndə göstərilmiş dövlət vergiləri (fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, ƏDV, aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi); gömrük rüsumları və digər gömrük ödənişləri; dövlət rüsumları.
  11. dövlət mülkiyyətində olan əmlakın istifadəsindən alınan gəlir, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının səlahiyyəti çərçivəsində olan büdcə təşkilatları tərəfindən göstərilən pullu xidmətlərdən gəlir; mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlir; inzibatitədiyyələr və rüsumlar; cərimələr və sanksiyalar üzrə daxilolmalar; • vergi olmayan sair daxilolmalar.
  12. Büdcənin xüsusi gəlirlərinə qeyri-vergi gəlirləri aiddir: dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gəlirlər; Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, həmçinin müvafiq orqanların tabeçiliyində olan büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti, o cümlədən cərimələr, müsadirələr, kompensasiyalar tətbiq edilməsi nəticəsində alınan vəsaitlər; həmçinin Azərbaycan Respublikasının bütün səviyyələrdə olan dövlət hakimiyyəti orqanlarına vurulmuş ziyanın ödənilməsindən alınan vəsaitlər və icbari qaydada götürülən məbləğlər; Azərbaycan Respublikasının büdcə sisteminin digər səviyyəli büdcələrindən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlər; digər qeyri-vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr.
  13. Büdcə Haqqında Qanun Layihəsinin Əsas Xarakteristikası Dövlət büdcəsi layihəsinin tərtibi prossesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Dövlət büdcəsinin formalaşdırılımasının birinci mərhələsində Azərbaycan Respublikasının hökuməti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən iqtisadiyyatın vəziyyətini əks etdirən makroiqtisadi göstəriciləri əsasında növbəti maliyyə ilinə Azərbaycan Respublikasının iqtisadiyyatının fəaliyyət proqnoz – planı işlənib hazırlanır. Proqnoz-plan əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti maliyyə ilinə dövlət büdcəsinin gəlirlər və xərclər üzrə əsas göstəricilərinin layihələrini hazırlayır. Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin funksional təsnifatına uyğun olaraq növbəti maliyyə ili üçün dövlət büdcəsi xərclərinin bölgüsünü müəyyəe edir.
  14. Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin, Hesablama Palatasının, Mərkəzi seçki komissiyasının, Mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin tə’min edilməsi; məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının fəaliyyəti; dövlət əhəmiyyətli beynəlxalq fəaliyyətin həyata keçirilməsi; milli müdafiə və dövlətin milli təhlükəsizliyinin tə’min edilməsi, hərbi-sənaye kompleksinin fəaliyyəti; dövlət mülkiyyətinin saxlanılması; Azərbaycan Respublikasının dövlət borcunun ləğv edilməsi; seçkilərin və referendumların keçirilməsi; dövlət investisiya proqramının həyata keçirilməsi; sənaye sahələrinin dövlət tə’minatı; elmi-tədqiqat işlərinin aparılması; ətraf mühitin mühafizəsi; fövqəladə halların nəticələrinin aradan qaldırılması; bazar infrastrukturunun inkişafı; kütləvi informasiya vasitələrinin işinin təşkili; yerli büdcələrə maliyyə yardımı; dövlət, bələdiyyə strukturularının səlahiyətləri çərçivəsində digər xərclər və s.
  15. Büdcə təsnifatın Büdcə təsnifatının məzmunu Büdcə təsnifatının tərkib elementləri Büdcə gəlirinin təsnifatı Büdcə xərclərinin funksional təsnifatı Büdcə xərclərinin iqtisadi təsnifatı
  16. Büdcə təsnifatının məzmunu Tərkibinə, mənbəyinə, istifadə istiqamətinə və digər təyinatlarına görə büdcənin gəlirləri və xərcləri müxtəlifdir. Büdcə təsnifatının strukturuvə tərkibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilir. Büdcənin gəlir və xərclərinin proqnozlaşdırılmasını və icrasını tənzimləyən sənədlərdən biri də Azərbaycan Respublikasının Vahid Büdcə təsnifatıdır. Azərbaycan Respublikasının büdcə təsnifatı Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli büdcələrinin gəlirlərinin və xərclərinin, həmçinin bu büdcələrin kəsirlərinin maliyyələşdirmə mənbələrinin qruplaşdırılması ilə müəyyən edilir və Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli büdcələrinin tərtib edilməsində və icrasında, onun göstəricilərinin müqayisə edilməsində istifadə olunur. Büdcə təsnifatı bütünbüdcə idarə və təşkilatları üçünvacibdirvə Azərbaycan Respublikasının büdcə qanunvericiliyiilə müəyyən edilmiştələblərə uyğunqurulur.
  17. Qruplaşdırmanın şəffaflığı və dəqiqliyi büdcə təsnifatı qarşısında qoyulan mühüm tələbdir. Büdcə təsnifatı elementləri üzrə qruplaşdırılmış göstəricilərdən bacarıqla istifadə edilməsi büdcə vəsaitlərinin real hərəkətini görməyə imkan verir və bu iqtisadi və sosial proseslərin gedişinə fəal təsir göstərir. Plan və hesabat göstəricilərinin müqayisəsi və təhlili büdcə fondlarının yaradılması və istifadəsi haqqında əsaslı nəticə çıxarmağa, təklif verməyə və pul vəsaitlərinin iqtisadi və sosial inkişafın əsas istiqamətlərinə yönəldilməsinə imkan verir. Gəlirlərin və xərclərin detallaşdırılması, qruplaşdırılması büdcəyə daxil olan göstəricilərin yoxlanmasını asanlaşdırır, daxilolmalann dinamik inkişafını, müxtəlif gəlirlərin və xərclərin xüsusi çəkisini və ya hər hansı bir ehtiyacın, təlabatın ödənilməsini müəyyən edir. Təsnifat smetaların və büdcələrin məcmusuna şərait yaradır, onların iqtisadi təhlilini asanlaşdırır, vəsaitlərin vaxtında büdcədə cəmlənməsinə, onlardan məqsədli istifadəsinə nəzarəti sadələşdirir. Büdcənin icrası haqqında hesabat üzrə gəlir və xərclərin müqayisəsinə şərait yaradır, maliyyə intizamına riayət edilməsinə, vəsaitlərin qənaətlə istifadəsinə, maliyyə planlarının yerinə yetirilməsinə nəzarətə imkan verir. Müxtəlif səviyyəli büdcə sistemlərinin müstəqilliyi şəraitində təsnifat bütün büdcə növlərinin tərtibi və icrasına vahid metodoloji baxımdan yanaşılmasına, büdcə göstəricilərinin sahələr və ərazilər üzrə müqayisəsinə əsas verir.
  18. Büdcə təsnifatının tərkib elementləri. Büdcə təsnifatının tərkibi araşdırılmazdan əvvəl onun yaranma tarixinə nəzər salmaq lazımdır. HələXIX əsrin əvvəllərində rus iqtisadçısı M.Speranskiy özünün “Maliyyə planı”nda xərclərin təsnifatını yaratmışdır. Dövlət xərclərinin ixtisar edilməsi bu qaydalara əsaslanırdı: zəruri xərcləri saxlamaq, faydalıları sonraya saxlamaq, artıq xərcləri isə kənara qoymaq. Əlbəttə, bu prinsip I Aleksandrın hökmranlığı dövründə Rusiyada büdcə kəsirinin büdcə xərclərində 85%-ə çatdığı bir şərait üçün nəzərdə tutulmuşdur.
  19. Xərclər təsnifatını yaradarkən M.Speranskiy bü bölgünü 5 meyara ayırmışdır: Birinci meyar – idarəetmə növünə görə.Yə’ni burada idarəetmə orqanına xərclərin nəzərdə tutulduğu göstərilir. Belə bölgü inzibati mənsubiyyətinə uyğun olaraq maliyyə vəsaitlərinin bölgüsünü nəzərdə tutur. İkinci meyar – zərurilik səviyyəsinə görə.Bu halda xərclər zəruri, faydalı, artıq, faydasız xərclərə bölünür. Faydalı xərclər o zaman zəruri olar ki, onlar xalq təsərrüfatı sahələrinin inkişafına sərf edilmiş olsun. Üçüncü meyar – xərclərin məkanlığına görə.Burada xərclərin ümumdövlət və yerli əhəmiyyətli olması nəzərdə tutulur. Ümumdövlət xərcləri dövlət büdcəsindən, yerli əhəmiyyətli xərclər isə yerli büdcələrdən maliyyələşdirilməlidir. Dördüncü meyar – xərclərin müddətliyidir.Bu xərclər adi və fövqəladə xərclərə bölünür. Heç bir adi xərc fövqəladə xərclərə kifayət edə bilməz. Fövqəladə hallar üçün nəzərdə tutulan vəsaitlər hazırda ehtiyat fondundan ödənilir. Beşinci meyar- sabitlik.Xərclərin ümumi həcmi daimi və dəyişkən ola bilər.
  20. Büdcə gəlirinin təsnifatı Büdcə gəlırininin təsnifatı – büdcə sisteminə daxil olan büdcə gəlirinin qruplaşmasıdır. Büdcə gəlirləri 4 kateqoriyadan ibarəldir: Vergilərdən daxilolmalar (1.1), sosial ayırmalar (1.2), qrantlar (1.3) və digər gəlirlər (1.4). Bıı kateqoriyalardan asılı olaraq büdcə gəlirlərinin təsnifatı dörd səviyyədən: bölmə, yarımbölmə, maddə və yarımmaddədən ibarətdir.
  21. Büdcə xərclərinin funksional təsnifatı Büdcə xərclərinin funksional təsnifatı büdcə funksiyalar üzrə xərclərinin qruplaşmasından ibarətdir. Funksional təsnifat bölmə, köməkçi bölmə və paraqraf səviyyəsində nəzərdə tutulmaqla birirnci rəqəmi bölməni, ikinci rəqəmi köməkçi bölməni, üçüncü rəqəmi isə paraqrafı göstərir. Funsionaltəsnifatın bölmə, köməkçi bölmə və paraqrafları. «ÜMUMİ DÖVLƏT XİDMƏTLƏRİ» bölməsi «1.1.0. Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları», «1.2.0. Beynəlxalq təşkilatlara üzvlük haqqı», 1.3.0. Xarici iqtisadi yardım», «1.4.0. Elm», «1.5.0. Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri», «1.6.0. Dövlət borcu üzrə xidmətlər» və 1.7.0. «Büdcələr arasında trasfertlər» köməkçi bölmələrindən ibarətdir. «MÜDAFİƏ» bölməsi «2.1.0. Müdafiə qüvvələri», «2.2.0. Milli təhlükəsizlik», «2.3.0. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar» və «2.4.0. Digər kateqoriyalara aid edilməyənlər» köməkçi bölmələrindən ibarətdir.
  22. «MƏHKƏMƏ HAKİMİYYƏTİ, HÜQUQ-MÜHAFİZƏ VƏ PROKURORLUQ» bölməsi «3.1.0. Məhkəmə hakimiyyəti», «3.2.0. Hüquq-mühafizə», «3.3.0. Prokurorluq», «3.4.0. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahəsində tətbiqi tədqiqatlar» və «3.5.0. Digər kateqoriyalara aid edilməyən xidmətlər» köməkçi bölmələrindən ibarətdir. «TƏHSİL» bölməsi dövlət tərəfindən təhsilə, fərdi və kollektiv əsaslarla şagird və tələbələrə göstərilən xidmətlərə çəkilən xərcləri özündə birləşdirir. Təhsil sahəsində kollektiv xidmətlər, dövlət siyasətinin müəyyənləşdirilməsi və müvafiq proqramların işlənib hazırlanması, təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi, təhsil sahəsində fəaliyyətlə və göstərilən xidmətlərlə əlaqədar təcrübə və əsaslı tədqiqatlarla bağlı görülən işlər bu bölmənin xərclərinə daxildir. Bu bölmə «4.1.0. Məktəbəqədər və ibtidai təhsil», «4.2.0. Natamam və orta təhsil», «4.3.0. İnternat və xüsusi məktəblər», «4.4.0. Texniki-peşə məktəbləri liseylər», «4.5.0. Ali təhsil», «4.6.0. Təhsil sahəsində tətbiqi tədqiqatlar» və «4.7.0. Təhsil sahəsində digər xidmətlər» köməkçi bölmələrindən ibarətdir.
  23. Büdcə xərclərinin iqtisadi təsnifatı Büdcə xərclərinin iqtisadi təsnifatı əvəzsiz və ya qaytarılmaq şərti ilə büdcələr tərəfindən aprılan ödənişlərdən ibarətdir. Büdcə xərclərinin iqtisadi təsnifatı bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrdən ibarətdir. İqtisadi təsnifat 2 və 3 rəqəmləri ilə başlanılmaqla, 6 rəqəmli koddan ibarətdir. Kodun birinci rəqəmi iqtisadi təsnifatı, ikinsi rəqəm bölməni, üçüncü rəqəm köməkçi bölməni, dördüncü rəqəm paraqrafı, beşinci rəqəm maddəni, altıncı rəqəm isə yarımmaddəni göstərir.«Əməyin ödənişi» bölməsinin xərclərinə «211000. Əmək haqqı» və «212000. Əmək haqqına üstəlik» köməkçi bölmələrinin xərcləri daxil edilir. «Malların (işlərin və xidmətlərin) satın alınması» bölməsinə «221000. İdarənin saxlanılması», «222000. Ezamiyyə xərcləri», «223000. Nəqliyyatxidmətləri haqqında ödənilməsi», «224000. Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi», «225000. İstehlak mallarının və materiallarının alınması»və «226000. Sair xidmətlərin haqqının ödənilməsi», «225000. İstehlak mallarının və materiallarının alınması» və «226000. Sair cxidmətlərin haqqının ödənilməsi» köməkçi bölmələrinin xərcləri daxildir və s.
  24. Büdcə layihəsinin tərtibi Büdcə proqnozlaşdırılmasının növbəti mərhələsi – büdcə layihəsinin tərtibi prosesidir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi dövlət hakimiyyəti orqanı və yerli idarəetmə orqanları üzərinə qoyulmuş funksiyaların dövlət və yerli özünüidarəetmənin iqtisadi və sosial pronozlaşdırılmasında nəzərdə tutulan tədbirlərin maliyyə tə’minatının həyata keçirilməsi məqsədilə büdcədə mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir. Büdcə layihəsinin tərtib edilməsi üçün Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin və iqtisadiyyatın müxtəlif sahələrinin sosial-iqtisadi inkişaf proqnozları işlənib hazırlanır. İcra hakimiyyəti orqanlarında büdcə layihəsinin işlənməsi üçün əsas sayılan icmal maliyyə balansı hazırlanır. Büdcə layihəsinin vaxtında və keyfiyyətlə tərtib edilməsi üçün müvafiq orqanlardan və hüquqi şəxslərdən lazımi məlumatlar alınmalıdır. Büdcə layihəsinin tərtib edilməsi üçün vacib olan məlumatlar bunlardır: Büdcə layihəsinin tərtibi aşağıdakılara əsaslanır: İnzibati-ərazi vahidinin sosial-iqtisadi inkişaf proqnozu son hesabat ilində həmin ərazinin sosial-iqtisadi inkişafı haqqında mə’lumatlar, baza ilinin sonuna qədər ərazinin sosial-iqtisadi inkişaf proqnozu və planlaşdırılan maliyyə ilinə iqtisadiyyatın və sosial sahənin inkişaf meylləri əsasında işlənib hazırlanır.
  25. Dövlət büdcəsinin formalaşmasının ikinci mərhələsində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən büdcə vəsaitinin büdcə təsnifatına uyğun olaraq bölüşdürülməsi, həmçinin büdcə vəsainin sərəncamçılar arasında ünvanlı maliyyələşdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının hökuməti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən növbəti maliyyə ili üçün təqdim edilmsiş sosial-iqtisadi inkişaf proqnozunun və büdcə layihəsinin əsas göstəricilərinin uyğunluğunu müəyyən edir, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondları büdcələrinin layihələrini, növbəti maliyyə ili və orta müddətli perspektivüçün büdcə-maliyyə siyasətini xarakterizə edən digər sənədləri və materialları dəqiqləşdirir və təyin olunmuş qaydada Milli Məclisə təqdim edilməkdən örrü qanun layihəsini bəyənir. Azərbaycan Respublikasının hökuməti növbəti maliyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər hazırlanıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:
  26. qüvvədə olan mövcud vergi qanunvericiliyi; büdcə sisteminin müxtəlif səviyyələrinin tənzimləyici normativləri; Azərbaycan Respublikasının dövlət büdcəsinin digər büdcələrə verəcəyi maliyyə yardımının nəzərdə tutulan həcmi; Azərbaycan Respublikasının dövlət büdcəsinin digər büdcələrə verəcəyi xərclərin növü və həcmi; dövlət və ya bələdiyyə xidmətlərinin göstərilməsinə maliyyə məsrəflərinin normativləri; minimum maliyyə tə’minatı normativləri.
  27. Azərbaycan Respublikasının Prezidentinin büdcə göndərişinə; növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin sosial-iqtisadi inkişaf proqnozuna; növbəti maliyyə ilinə müvafiq ərazinin büdcə və vergi siyasətinin əsas istiqamətlərinə; növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin iqtisadiyyatının dövlət və ya bələdiyyə bölməsinin inkişaf planına.
  28. büdcə gəlirlərinin ümumi həcmi; büdcə xərclərinin ümumi həcmi; büdcə kəsiri. Büdcə layihəsinin tərtib edilməsi üçün ilkin makroiqtisadi göstəricilər bunlardır: növbəti maliyyə ilinə ÜDM-un həcmi və növbəti maliyyə ilində ÜDM-un artım sür’əti; inflyasiyanın səviyyəsi (qiymətlərin artım sür’əti).
  29. Dövlət büdcəsi vəsaitinin büdcədən maliyyələşən təşkilatlar arasında bölüşdürülməsi üçün büdcə layihəsini mərkəzi icra hakimiyyəti orqanlarına göndərir; Növbəti maliyyə ilinə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən orta müddətli perspektivə Azərbaycan Respublikası hökumətinin Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanına münasibətini bildirir.
  30. cari ilin dövlət büdcəsinin icrasının vəziyyəti barədə hesabat; növbəti büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi; Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri; dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar; büdcə və vergi siyasətinin əsas istiqamətləri; Azərbaycan Respublikasının inzibati ərazisi üzrə icmal maliyyə balansı; dövlət büdcəsinə daxil olmayan məqsədli dövlət fondlarının büdcələri haqqında qanun layihələri; büdcə təsnifatına uyğun olaraq növbəti büdcə ili üzrə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin məbləği; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
  31. Büdcə layihəsinə baxılması və təsdiq edilməsi. Azərbaycan Respublikası hökuməti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları oktyabrın 1-dək Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Azərbaycan Respublikası Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsinə və ona əlavə olunmuş materiallara baxdıqdan sonra onları oktyarın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə balı aşaöıdakı sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir: Azərbaycan Respublikasının Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsi ilə birlikdə Milli Məclisə aşağıdakı qanun layihələrini göndərir: Milli Bank cari ilin oktyabrın 1-dək növbəti maliyyə ilinə vahid dövlət pul-kredit siyasətinin əsas istiqamətlərinin layihəsini Milli Məclisə təqdim edir. Bu layihə həmçinin Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası hökumətinə göndərilir.
  32. Azərbaycan Respublikasının Prezidenti dövlət büdcəsi haqqında qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini Milli Məclisə təqdim edir. Dövlət büdcəsi haqqında qanuna dəyişikliklər və əlavələr edilməsi dövlət büdcəsinin əsas xarakteristikasının dəyişdirilməsi və tənzimləyici gəlirlərin Azərbaycan Respublikası büdcə sisteminin müxtəlif səviyyəli büdcələri arasında bölüşdürülməsi, həmçinin dövlət büdcəsi xərclərinin funksional və təşkilatlar üzrə təsnifatının bölmələri üzrə bölüşdürülməsi səbəb ola bilər. Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Milli Məclisə təqdim edilmiş növbəti il üçün dövlət büdcəsi haqqında qanun layihəsini Milli Məclisin sədri Milli Məclisin İqtisadi siyasət daimi komissiyasına göndərir və layihəyə baxılması müddətini müəyyən edir. Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq, üç oxunuşda ( ) baxılır. Milli Məclisin sədrinin qərarı ilə və ya Milli Məclisin protokol qaydasında qəbul etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla aşağıdakı əsas göstəricilər təsdiq olunur: 1 2 3
  33. növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat; Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadə və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri; büdcə-vergi siyasətinin əsas istiqamətləri; dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar; büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və təşkilati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin laüihəsi; dövlət borcları və dövlət zəmanətləri ilə digər öhdəliklərə dair məlumat; növbəti il üzrə icmal büdcənin layihəsi; Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;
  34. qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olanması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri; növbəti büdcə ili üzrə gəlirləri ötən ilin faktiki və cari gözlənilən nəticələri ilə, habelə xərclərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqayisəsi; funksional, iqtisadi və təşkilati təsnifatlar paraqrafları səviyyəsində cari ilin dövlət büdcəsinin gözlənilən icrasının vəziyyəti; cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat; büdcədənkənar əməliyyatlara dair icmal hesabat; keçən büdcə ilində, faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
  35. Azərbaycan Respublikasının vergilər və rüsumlar haqqında qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi; Azərbaycan Respublikasının büdcədənkənar fondlarının büdcələri haqqında qanun layihələri.
  36. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşunda Milli Məclis Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının konsepsiyası və proqnozunu, büdcələrarası qarşılıqlı münasibətlərin əsas prinsiplərini, dövlət büdcəsi kəsirinin ödənilməsi üçün xarici maliyyələşdirmə mənbələrini araşdırır. Eyni zamanda dövlət büdcəsinin göstəriciləri, o cümlədən büdcə gəlirlərinin bölmələr, qruplar və yarımqruplar üzrə təsnifatı, dövlət büdcəsinin gəlirlərinin və rüsumlarının büdcə subyektləri arasında bölgüsü, dövlət büdcəsi kəsirinin ölçüsü və növbəti il üçün dövlət büdcəsi xərclərindəki xüsusi çəkisi, büdcə kəsirinin örtülməsi mənbələri və ümumilikdə, dövlət büdcəsinin xərclərinin ümumi həcmi təhlil edilir. Qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Milli Məclis aşağıdakı qərarlardan birini qəbul edir: layihə birinci oxunuşda qəbul edilsin və söylənmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin (bu qərar protokol qaydasında qəbul edilir); 1 2 layihə qəbul edilməsin; layihə qəbul edilsin. 3
  37. Azərbaycan Respublikası Milli Məclisinin daxili Nizamnaməsinin 18-ci maddəsinə əsasən qanun layihəsinin ikinci oxunuşunda müzakirəsi aparıcı daimi komissiyanın nümayəndəsinin mə’ruzəsi ilə başlanır. Mə’ruzəçi daimi komissiyada layihəyə baxılmasının nəticələri haqqında mə’lumat verir. Layihənin ikinci oxunuşunda müzakirəsi bir qayda olaraq, təşəbbüsçünün çıxışı ilə başlanır. İkinci oxunuşda dövlət büdcəsi xərclərinin ümumi məbləği çərçivəsində dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin bölgüsü, Azərbaycan Respublikası subyektlərinə maliyyə yardımının həcmi (dotasiya), cari xərclər büdcəsi, dövlət məqsədli proqramlarının maliyyələşdirilməsi xərcləri, Azərbaycan Respublikasının dövlət xarici borclanması proqramı, Azərbaycan Respublikasının xarici dövlətlərə dövlət kreditinin verilməsi, gəlirlərin və xərclərin rüblər üzrə bölgüsü, dövlət büdcəsinin kəsiri və bir sıra digər məsələlər müzakirə edilir.
  38. DÖVLƏT BÜDCƏSİ • ölkənin bütün regionlarından yığılan vergilər və rüsumlarhesabına formalaşır • ölkənin iqtisadi həyatını tənzimləyir • ölkənin iqtisadi aktivliyə,iqtisadi artımvəkonyekturayatəsir edə bilər.
  39. AZƏRBAYCANIN BÜDCƏ SİSTEMİ • 2002-ci ildə qəbul olunmuş qanunla tənzimlənir; • Dövlət büdcəsindən, NMR büdcəsindən və yerli büdcədən ibarətdir; • Büdcə ili = 01.01 – 31.12
  40. Azərbaycan Respublikası Büdcə Sistemi
  41. Dövlət Büdcəsinin Tərkibi • Vergilərdən daxilolmalar; • Vergi olmayan gəlirlər; • Əsaslı gəlirlər; • Rəsmi qaydada alınan vəsaitlər(transfertlər)
  42. BÜDCƏ GƏLİRLƏRİ • Fiziki şəxslərin gəlir vergisi • Hüququ şəxslərin (şirkətlərin) mənfəət vergisi • Əlavə Dəyər Vergisi(ƏDV) • Aksizlər • Hüquqi şəxslərin əmlak vergisi • Hüquqi şəxslərin torpaq vergisi • Yol vergisi • Mədən vergisi • Sadələşdirilmiş vergi • Gömrük rüsumları • Dövlət rüsumu • Özəlləşdirmədən daxilolmalar • Dövlət neft fondundan köçürülən vəsaitlər (transferlər)
  43. Dövlət Büdcəsinin GəlirlərindəVergilərin Xüsusi Çəkisi
  44. ARDNF TRANSFERTLƏR
  45. 2014-CÜ IL DÖVLƏT BÜDCƏSI • Azərbaycanın 2014-cü il üçün dövlətbüdcəsiningəlirləri18 384 mln. manat, xərcləriisə20 063 mln. manat həcmindəproqnozlaşdırılır. Büdcədə 1 679 mln. manat həcmindəkəsirnəzərdə tutulur. Bu ilin proqnozgöstəricilərinənisbətənbüdcəgəlirlərinin 4,0% azalacağı, xərclərin 1,1%, kəsirinisə 2,4 dəfə artacağı gözlənilir. • Büdcəgəlirlərininstrukturunda • 9,337mlrd. manatı Dövlət Neft Fondundantransferlər, • 7,102mlrd. manatı Vergilər Nazirliyi, • 1,510mlrd. manatı DövlətGömrükKomitəsininxəttiilə, • 0,4mlrd. manatı isəbüdcətəşkilatlarınınödənişlixidmətlərindəndaxilolmalar, • qalanıisə sair daxilolmaların payına düşür. • dövlətbüdcəsininxərcləriümumidaxiliməhsulun 34, 3 faizini təşkiletməklə20 063,0 mln. manat həcmindəproqnozlaşdırılır. • büdcəgəlirlərinin 9 milyard manatını və ya ümumibüdcədaxilolmalarının50,8 faizini Dövlət Neft Fondundantransfertlərtəşkiledəcək. 38,6 faizi VergilərNazirliyinin, 8,2 faizi GömrükKomitəsininxəttiilədaxilolmaların payına düşəcək.
  46. 2014-CÜ IL DÖVLƏT BÜDCƏSI • Büdcəgəlirlərinin6,245 mlrd. manatı qeyri-neft sektoruüzrədaxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozundan 20,8% çoxdur. • Xərclərintərkibindəisəəsas yeri sənayevətikintixərcləri (6,282 mlrd. manat), dövlətəsaslıvəsaitqoyuluşu (6,260 mlrd. manat), sosialmüdafiəvəsosialtəminat (2,072mlrd. manat), ümumidövlətxidmətləri (1,997mlrd. manat), təhsil (1,653 mlrd. manat), müdafiə (1,637mlrd. manat), məhkəməhakimiyyəti, hüquq-mühafizəvəprokurorluqorqanlarıüzrəxərclər (1,240mlrd. manat) tutur.
  47. 2014-CÜ IL DÖVLƏT BÜDCƏSI • AzərbaycanRespublikasının 2014-cü ilicmalbüdcəsininxərclərininyuxarıhəddininməbləği24 443 890,2 min manatmüəyyənedilmişdir. • AzərbaycanRespublikasıDövlətNeftFondunungəlirlərinəzərəalınmadan, AzərbaycanRespublikasının 2014-cü ilicmalbüdcəsininkəsiri14 084 994,8 min manatməbləğindəmüəyyənedilmişdir.

© 2023 SlideServe | Powered By DigitalOfficePro

Comments are closed, but trackbacks and pingbacks are open.