Press "Enter" to skip to content

Kateqoriya: Əlamətdar və Tarixi günlər

Milad bayramı hər il İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsa peyğəmbərin doğulması hadisəsinin e.ə. 7-ci və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə “İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.
Ardı →

Tarixi Günlər

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı günüdür. Uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin 2-də məşhur nağılçı Hans Xristian Andersen anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunması alman yazıçısı Yella Lepmanın təklifi ilə reallaşıb.

1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.

“Balaca Nobel mükafatı”

Onu da qeyd edək ki, Yella Lepman 1953-cü ildə uşaq ədəbiyyatı üzrə “Balaca Nobel mükafatının” — Hans Xristian Andersen mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən etibarən məşhur nağılçının adını daşıyan bu mükafat dünya uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı — rəssama təqdim olunub.
Davamı →

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

  • Tarixi Günlər
  • 1 iyun 2017, 11:09

Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan «Qadınların Beynəlxalq Konfransı»nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur.
Davamı →

Milli kino günü

  • Tarixi Günlər
  • 2 avqust 2016, 17:48

Bu gün Azərbaycan Kinosu Günüdür. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı «Bibiheybətdə neft fontanı yanğını», “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, «Qafqaz rəqsi» xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün milli kinonun yaranma günü sayılır.Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı — Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Ötən əsrin əvvəllərində «Pate», «Pirone», «Filma» kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Davamı →

Qərənfil inqilabı

  • Tarixi Günlər
  • 25 aprel 2015, 11:07

25 aprel 1975ci ildə Portuqaliyada ən məşhur “gül” inqilablarından biri- qərənfil inqilabı baş verdi. Gözəl qızın əsgərin üstünə qərənfil atmağımı, yoxsa əhalinin silaha qarşı qərənfil ilə çıxmağı inqilabın belə ad olmasına səbəb olub? Doğurdan mı, bu o qədər də vacibdi?! Təbii ki, yox! Həqiqətən də, dünya tarixində ən unikal hadisələrdən biri baş verdi. Koloniyalara malik ən yaşlı imperiya və ən uzunömürlü Avropa diktaturası demək olar ki, qan tökülmədən devrildi. Qərənfil inqilabı nəticəsində cəmi 4 nəfər dünyasını dəyişmişdi. Çilidəki qanlı hadisələr, Vyetnamdakı müharibələrin fonunda bu qədər qurban gözə belə dəymirdi.

Milad bayramı

  • Tarixi Günlər
  • 28 dekabr 2014, 12:44

Milad bayramı hər il İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsa peyğəmbərin doğulması hadisəsinin e.ə. 7-ci və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə “İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.
Ardı →

Beynəlxalq Tanqo Günü

  • Tarixi Günlər
  • 13 dekabr 2014, 20:52

Dekabrın 11-i argentinalı məşhur müğənni və kino aktyoru, «Tanqo kralı» Karlos Qardelyanın ad günündə Beynəlxalq Tanqo Günü (International Day of Tango) qeyd olunur. Bu, fəlsəfəsi daimi mübarəyə əsaslanan rəqsin bayramıdır.
Tanqoda həyat bütün çalarları ilə təcəssüm edir, onun mərkəzində isə Qadın və Kişi dayanırlar. Onların qarşılıqlı münasibətləri, ehtiras, konflikt, güzəştləri, qısqanclıq və nifrəti — insan həyatının əsasını təşkil edən hisslərdir.
Davamı →

Mart soyqırımı

  • Tarixi Günlər
  • 31 mart 2014, 19:13

1918-ci ildə ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali — qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, ermənilər Bakıda da kütləvi qırğınlar törədiblər. 1918-ci il martın 28-də ermənilərin başladığı soyqırımı aktı üç gün davam edib. Bu üç gün ərzində təkcə Bakıda otuz mindən çox dinc əhali ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Beynəlxalq Qadınlar Günü

  • Tarixi Günlər
  • 8 mart 2014, 00:07

Bu gün 8 martdır.
Kişilər qadınları təbrik edirlər.
Lakin təbrik edilən və edənlər görəsən niyə məhz 8 Martın bayram olduğunu bilirlərmi?
Məncə yox.

157 il əvvəl idi
Yəni 1857-ci ilin 8 Martı..
Məkan ABŞ, Nyu York.
40 min toxucu qadının çalışdığı fabrikdə tətillər başlayır.
Qadınlar daha yaxşı əmək şəraiti istəyirlər.
Fabrikdə iş dayanır.
Polis fabrikə hücum edir.
Qadınlar fabrikə qapanır.
Qəfildən yanğın başlayır.

Qara Qarayev- doğum günü

  • Tarixi Günlər
  • 5 fevral 2014, 18:26

5 fevral görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev döğum günüdür. O, 1918- ci ildə anadan olmuşdur.

SSRİ Xalq artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir.

Qara Qarayev 1982–ci il ma yın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur. Bəstəkar Fərəc Qarayevin atasıdır. Həkim-pediatr Mürsəl Qarayevin qardaşıdır. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmisidir.

Davamı →

İnsan Hüquqları Günü

  • Tarixi Günlər
  • 10 dekabr 2013, 15:56

1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. «Bəyannamə»ni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” müxtəlif sosial-iqtisadi quruluşlu dövlətlərin insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq sənəddir. O, dünya dövlətlərinin konstitusiya və qanunlarına da öz müsbət təsirini göstərir.
Ardı →

Kateqoriya: Əlamətdar və Tarixi günlər

Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur[5].1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır[2]. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət […]

Stendal

Mari-Anru Beyl 1783-cü ildə Qrönoblda dünyaya gəlmişdir. Vəkil ailəsində doğulmuşdur. 7 yaşında ikən anasını itirən S. humanist və respublikaçı olan babasının himayəsində böyümüşdür. 1799-cu ildə həribi nazirlikdə qulluğa girmiş, I Napaleonun İtaliya safarind(1800) iştirak etmişdir.1806-14 illərdə intendant kimi Napaleonunir sıra hərbi səfərlərində, o cümlədən Rusiyaya yürüşündə iştirak etmiş, Moskvanın yandırılmasının , Borodino düyüşünün fransız ordusunun Rusiyadan qaçmasının […]

Qanlı Yanvar

Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. […]

Anım günü

İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya “Dəmir Yumruq” əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca […]

MILLI QURTULUŞ GÜNÜ

1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.[5] İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas […]

28 may Müstəqillik Günü

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.[4] Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti […]

Qələbə Günü

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür. Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi […]

Xocalı Soyqırımı

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.[2] Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda […]

Dövlət Bayrağı Günü

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü — Azərbaycan Respublikasının rəsmi dövlət bayramı. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir. 1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi.Həmin qərardan: Üstündə […]

Zəfər Günü

Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. 7 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş […]

Son Yazılar

  • Xocalı soyqrımı
  • Tədbir
  • Firidun bəy Köçərli 160 illiyi
  • Stendal
  • Qanlı Yanvar

Astroloqun Azərbaycan üçün 2015 proqnozu

Day.Az представляет новость на азербайджанском языке.

Yeni ilə artıq sayılı günlər qalıb. Şərq təqviminə görə, 2015-ci il Keçi ilidir. 2015-ci ili Qoyun ili də adlandıranlar var. İlin sonu yaxınlaşanda astroloqlara müraciət etmək isə artıq ənənə halını alıb. Biz də bu ənənəyə sadiq qalaraq qarışıq dünyamızın sonrakı gedişatını öyrənmək üçün proqnozları çox zaman özünü doğruldan astroloq Səbuhi Rəhimliyə müraciət etdik.

Səbuhi Rəhimlinin dediklərindən: “Keçi, yoxsa Qoyun ili? Gəlin, əvvəlcə bunu dəqiqləşdirək.

“İlin necə adlandırılması o qədər də böyük əhəmiyyət kəsb etmir. Təki o özü ilə sülh, firavanlıq, ruzi-bərəkət və cansağlığı gətirsin. O ki qaldı sualın konkret cavabına, qeyd edək ki, müraciət etdiyimiz astroloji mənbələrin böyük əksəriyyətində il Keçi adı ilə səciyyələndirilir. Biz də dünyada aparıcı mövqeyə malik olan Çin, hind və yapon astrologiyasına əsaslanırıq. Amma yenə də qeyd edim ki, adın mahiyyətinə varmağa ciddi ehtiyac yoxdur. Zodiak illərində mübahisəli adları ikili adlandırırlar: Keçi-Qoyun, Pişik-Dovşan, Qaban-Donuz və sairə”.

– Astronomik il yanvarın 1-də deyil, təxminən bir ay sonra başlayır. Bəs Keçi ili nə vaxt başlayacaq? Ümumiyyətlə, Yeni ilin əsas rəmzləri, simvolları barədə nə deyə bilərsiniz?

– Doğrudur, astronomik il yanvarın 1-də başlamır. Bu, əsasən Yupiterin hərəkət istiqaməti ilə tənzimlənən təqvim olduğu üçün Sutökən bürcünün dövrünə (20 yanvar -19 fevral) düşür. Qarşıdan gələn ağac ünsürlü Göy Keçi ili də 2015-ci ilin 19 fevralında, Bakı vaxtilə 04:47-də başlayacaq və 2016-cı ilin 7 fevralına qədər davam edəcək. Simvollara gəlincə, ilin planeti Yupiter, uğurlu ayları mart, dekabr, uğursuz ayları iyun, sentyabr, düşərli günü bazar ertəsi, cümə axşamı, ağır günü isə çərşənbə və şənbədir. Rəng göy, yaşıl, bənövşəyi, daş-qaş sapfir, ametist və zümrüddür.

– At ili heç də yaxşı hadisələrlə yadda qalmadı, “Ebola” virusu, müharibələr, siyasi aləmdə baş verən qalmaqallar və sairə. Bəs bu il necə, qalmaqallı, yoxsa sakit keçəcək?

– At sırf siyasət ili idi. Belə illər böyük maraqların toqquşmasına, mülkiyyət üstündə savaşların pik nöqtəsinə çatmasına, yalan informasiyaların ayaq tutmasına, dini təriqətlərə zəmin yaradır. Bu barədə də ötən ilin bu çağlarında danışmışdıq. Qarşıdan gələn Keçi ili də sakit deyil. Keçi incəsənət rəmzi olmaqla bərabər, həm də liderlik işarəsidir. Ağıllı olanları sevir, yalansız keçinə bilmir. Keçi tanınmış böyük adamların asanlıqla nüfuzdan salınmasında və ya əksinə, heç kimin bəyənmədiyi, tanımadığı birisinin qəfil yüksəlişinə zəmin yaradır. Keçinin pul yığmaqla arası yoxdur, xərcləməyi sevir. Keçi ilinin oyun qaydaları da fərqlidir: heç bir körpünü yandırma, çünki məcbur olub o körpüdən geri dönəcəksən. Bu daha çox siyasi müstəviyə aiddir. Konkret olaraq 2015-ci illə bağlı soruşursunuzsa, məhəlli münaqişələrin sayı artacaq, yeni liderlər meydana gələcək, təbii fəlakətlər, xüsusən də vulkanlar daha geniş ərazini əhatə edəcək.

– Yəqin ki, Keçi illərində olan hadisələri də gözdən keçirmisiniz.

– Təbii ki. Bu illərdə çox ziddiyyətli hadisələr olub. Onlardan bir qismini nəzərinizə çatdırmaq istərdim: türklər Krımı və Moskvanı fəth edib, Paraqvay, Liberiya, Əfqanıstan, Livan və Sudan müstəqillik əldə edib, radio ixtira olunub, Nobel mükafatı təsis olunub. Bundan başqa, Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər. İlk vertolyot Fransada havaya qalxıb. Bakı Dövlət Universiteti yaradılıb. Tehranda Çörçill, Ruzvelt və Stalin arasında İkinci Dünya müharibəsinin sonrakı taleyini həll edən görüş keçirilib, Təbrizdə Azərbaycan Demokratik Firqəsi yaradılıb. Dünyada ilk dəfə olaraq SSRİ “RDS-37” adlı hidrogen bombasını sınaqdan keçirib, İsrail Şərqi Qüdsü işğal edib. Bakıda metro nəqliyyatı fəaliyyətə başlayıb, İranda İslam İnqilabı qələbə çalıb. Sovet ordusu Əfqanıstanı işğal edib. Azərbaycanın say-seçmə oğulları vertolyot qəzasında həlak olublar. SSRİ dağılıb, ABŞ-Böyük Britaniya koalisiyası ikinci dəfə İraqa hücum edib və ən nəhayət, 2003-cü ilin 15-16 oktyabrında baş verən hadisələr.

– Bu il həm də Azərbaycanda parlament seçkisi olacaq. Nələr ola bilər, neçə deputat öz postu ilə vidalaşacaq?

– Seçkinin tarixini və namizədlərin kimliyini dəqiq bilmədiyim üçün bu barədə proqnoz hazırlamaq imkanım yoxdur. Yalnız onu deyə bilərəm ki, indiki millət vəkillərinin 40 faizdən çoxu yenilənəcək.

– Adətən siz hər il aktiv olacaq ölkələrin də adını çəkirsiniz. Bəs 2015-ci ildə bu siyahı necədir?

– Əslində dünya siyasətində astrologiyanın bu yanaşmasına xüsusi diqqət yetirilir. Təncim hesablamalarına görə, Yeni ildə adı bu və ya digər formada daha çox hallanan ərazilər Kiçik Asiya, Rusiya, İtaliya, Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası (Braziliya və Meksikadan başqa) və əksər ərəb ölkələri olacaq.

– Keçi ili hansı ildə və bürcdə olanlara düşərli olacaq?

– Əslində yuxarıda dediyim kimi, Keçi ilinin oyun qaydalarına riayət edənlər ilin mənfəətini daha çox qazanacaqlar. Astroloji baxımdan yanaşdıqda isə, Oxatan və Balıqlar bürcü üçün daha şanslı dövrdür. İllərdən isə təbii ki, Keçinin özü və dostları: Pişik və Qaban.

Comments are closed, but trackbacks and pingbacks are open.