Press "Enter" to skip to content

2015-ci_ilin_yanvar-sentyabr_ayları_üzr_pul_siyasti_icmalı.

Ekspert deyir ki, müxtəlif məhdud məsuliyyətli cəmiyyətlər adı ilə fəaliyyət göstərən gömrük broker şirkətləri 5 il müddətinə lisenziya alırlar: “İcazəyə görə ödənişin məbləği 11 min manatdır. İcazəni verən Dövlət Gömrük Komitəsidir. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara görə, gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirmək istəyənlər Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almalıdır. “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi” qaydalarına əsasən, bu məqsədlə müraciət edənlərin müvafiq biliyə malik olub-olmamasını Dövlət Gömrük Komitəsi müəyyən edir. Yəni Gömrük Komitəsi istədiyi şirkəti broker seçə və istədiyi şirkətin lisenziyasını istənilən vaxt geri ala bilər. Bu, brokerlərin Gömrük Komitəsindən birbaşa asılı vəziyyətə salır”.

2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 33,8 faizi sənayedə, 13,8 faizi tikintidə, 9,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 18,9 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,1 faiz artaraq 4825,3 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-oktyabr aylarında 22,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 7,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,7 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,2 faiz artmış, neft hasilatı isə 1,8 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, poliqrafiya məhsullarının istehsalı 78,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 87,0 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurgiya məhsullarının istehsalı 2,1 faiz, hazır metal məhsullarının istehsalı 55,7 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 98,6 faiz, elektrik avadanlıqlarının istehsalı 11,7 faiz, mebel istehsalı 9,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,6 faiz artmış, neft sektorunda isə 0,6 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2015-ci il vəziyyətinə 330,2 milyon manatlıq hazır məhsul olmuşdur.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsi biçilmiş və həmin sahələrdən 2785,1 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 34,3 min hektar dən üçün qarğıdalı sahəsindən 205,7 min ton məhsul götürülmüşdür.
Məhsul yığımı başlanandan noyabr ayının 1-dək sahələrdən 827,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 min ton çox kartof, 1234,0 min ton (66,1 min ton çox) tərəvəz, 483,5 min ton (42,7 min ton çox) bostan məhsulları, 714,8 min ton (13,8 min ton çox) meyvə və giləmeyvə, 142,3 min ton (4,8 min ton çox) üzüm, 557,9 ton (121,7 ton çox) yaşıl çay yarpağı, 140,7 min ton (58,2 min ton çox) şəkər çuğunduru, 3338,7 ton (627 ton çox) tütün yarpağı yığılmışdır.
Sahələrdən 27,0 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilmiş, 18,8 min ton dən üçün günəbaxan yığılmışdır.
2015-ci ilin yanvar-oktyabr aylarında 385,1 min ton, yaxud əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 1625,8 min ton (3,8 faiz çox) süd, 1290,0 milyon ədəd (0,7 faiz az) yumurta, 16,8 min ton (1,4 faiz çox) yun istehsal olunmuşdur.
Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalının 10,7 faiz, heyvandarlıq məhsulları istehsalının 2,4 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi 6,7 faiz təşkil etmişdir.
Gələn ilin məhsulu üçün 716,4 min hektar sahədə şum qaldırılmış, 325,9 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 168,5 min hektar sahəyə buğda, 157,4 min hektar sahəyə isə arpa səpilmişdir.
2015-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 13087,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 8076,2 milyon manatı və ya 61,7 faizi məhsul istehsalı obyektlərinin, 4150,8 milyon manatı (31,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 860,1 milyon manatı (6,6 faizi) isə ümumi sahəsi 1491,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7484,6 milyon manatını və ya 57,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 9760,1 milyon manat təşkil etmişdir.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-oktyabr aylarında 184,0 milyon ton yük və 1548,4 milyon sərnişin daşınmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,5 faiz, sərnişin daşınması isə 3,6 faiz artmışdır. Yüklərin 3,0 faizi dəniz, 7,7 faizi dəmir yolu, 61,6 faizi avtomobil, 27,7 faizi isə boru kəməri nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır. Hesabat dövründə nəqliyyat sektorunda 132,7 milyon ton qeyri-neft yükləri daşınmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
Ötən on ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1363,8 milyon manatlıq xidmətlər göstərmişdir ki, onların da 72,8 faizi əhali sektoruna aid olmuşdur. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,1 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2015-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 20393,1 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 5778,9 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 11,2 faiz, pullu xidmətlərin həcmi isə 5,8 faiz artmış, ticarət şəbəkəsində 10168,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10224,8 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 15348,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8769,9 milyon dollarını və ya 57,1 faizini ölkədən ixrac olunmuş məhsullar, 6578,5 milyon dollarını (42,9 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 2191,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,5 faiz, o cümlədən ixrac 6,2 faiz azalmış, idxal isə 0,1 faiz artmışdır. Ticarət dövriyyəsinin 11,7 faizi MDB üzvü ölkələrinin, 47,2 faizi Avropa İttifaqı ölkələrinin, 41,1 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların həcminin 22,1 faizi MDB üzvü ölkələrinin, 29,9 faizi Avropa İttifaqı ölkələrinin, 48,0 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların həcminin 3,9 faizi MDB üzvü ölkələrinə, 60,2 faizi Avropa İttifaqı ölkələrinə, 35,9 faizi isə digər ölkələrə göndərilmişdir.
Yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 6,0 faiz üstələyərək 1179,0 milyon dollar təşkil etmişdir.
Sentyabr ayı ilə müqayisədə oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə sabit qalmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmışdır.
2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-oktyabr aylarında ərzaq məhsullarının qiymətləri 5,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,1 faiz bahalaşmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşmışdır.
Yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 461,1 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 5,7 faiz artaraq 33,5 milyard manata çatmışdır. Gəlirlərin 76,3 faizi son istehlaka, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,5 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 12,1 milyard manat vəsait daxil olmuş, büdcədən 12,2 milyard manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 92,1 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,2 faizi səviyyəsində olmuşdur. Büdcə xərclərinin 4,8 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 2,9 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 4,5 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il oktyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 19,1 milyard manat təşkil etmiş, onun 14,9 milyard manatı uzunmüddətli kreditlər olmuşdur. Kreditlərin həcmi 2014-cü il oktyabr ayının 1-i ilə müqayisədə 8,4 faiz artmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,1 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 2015-ci il oktyabr ayının 1-nə 7,3 milyard manat təşkil etmişdir.
Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,05 manata (ilin əvvəlindən 1,00 manata), 1 Avroya-1,18 manata (1,12), 100 Rusiya rubluna-1,67 manata (1,70) bərabər olmuşdur.
İlin əvvəlindən əhalinin sayı 83,5 min nəfər və ya 0,9 faiz artaraq 2015-ci il oktyabr ayının 1-i vəziyyətinə 9676,5 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2015-ci ilin yanvar-oktyabr ayları faktiki, milyon manat 2015-ci ilin yanvar-oktyabr ayları 2014-сü ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə Məlumat üçün:
2014-cü ilin yanvar-oktyabr ayları 2013-сü ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 45 934,8 103,3 102,8
o cümlədən:
qeyri-neft ÜDM 31 764,9 105,2 106,4
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 4 825,3 102,1 101,5
Sənaye məhsulu 21 989,5 102,2 99,6
o cümlədən qeyri-neft sənayesi 6 222,0 109,6 106,3
Əsas kapitala yönəldilmiş vəsaitlər 13 087,1 98,1 100,6
o cümlədən tikinti-quraşdırma işlərinə 9 760,1 102,6 110,8
Kənd təsərrüfatı məhsulu 5 121,4 106,7 97,0
o cümlədən: bitkiçilik 2 739,8 110,7 91,9
heyvandarlıq 2 381,6 102,4 103,1
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 184,0 100,5 101,8
o cümlədən qeyri-neft yüklərinin daşınması 132,7 101,8 103,1
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 1 548,4 103,6 105,0
İnformasiya və rabitə xidmətləri 1 363,8 108,1 113,3
Pərakəndə ticarət dövriyyəsi 20 393,1 111,2 109,6
Əhaliyə göstərilən pullu xidmətlər 5 778,9 105,8 106,6
Dövlət büdcəsinin gəlirləri 12 066,3 x) 85,8 xx) 98,2 xxx)
Dövlət büdcəsinin xərcləri 12 158,4 x) 95,8 xx) 99,8 xxx)
Dövlət büdcəsinin kəsiri 92,1
Əhalinin gəlirləri 33 518,7 105,7 105,4
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 3 521,1 104,4 104,1
Əhalinin banklardakı əmanətləri, 2015-ci il 01 oktyabr vəziyyətinə 7 311,8 105,1 111,6
Kredit qoyuluşları, 2015-ci il 01 oktyabr vəziyyətinə 19 113,5 108,4 119,2
o cümlədən vaxtı keçmiş kreditlər 1 353,8 139,1 122,4
Orta aylıq əmək haqqı, manat 461,1 x) 104,4 xx) 105,7 xxx)
İstehlak qiymətlərinin indeksi x 103,7 101,6
Əhalinin sayı, min nəfər, 2015-ci il 01 oktyabr vəziyyətinə 9 676,5 101,2 101,3
Statistika məlumatı 1) :
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 19 467,6 x) 98,6 3) 94,9 4)
o cümlədən: ixrac 12 889,1 x) 98,1 3) 99,6 4)
idxal 6 578,5 x) 100,1 3) 80,5 4)
Gömrük məlumatı 2) :
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 15 348,4 x) 95,5 3) 91,8 4)
o cümlədən: ixrac 8 769,9 x) 93,8 3) 96,8 4)
ondan qeyri-neft ixracı 1 179,0 x) 106,0 3) 98,8 4)
idxal 6 578,5 x) 100,1 3) 80,5 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar daxil edilmişdir.
2) İxrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2015-ci ilin yanvar-sentyabr ayları 2014-cü ilin yanvar-sentyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2014-cü ilin yanvar-sentyabr ayları 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2015-ci ilin yanvar-sentyabr ayları;
xx) 2015-ci ilin yanvar-sentyabr ayları 2014-cü ilin yanvar-sentyabr aylarına nisbətən;
xxx) 2014-cü ilin yanvar-sentyabr ayları 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən.

2015-ci_ilin_yanvar-sentyabr_ayları_üzr_pul_siyasti_icmalı.

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul siyasəti icmalını açıqlayıb.

FED.az-ın məlumatına görə, icmalda bildirilir ki, 2022-ci ilin 9 ayında Mərkəzi Bank geosiyasi gərginliyin təzyiqləri altında olan qlobal iqtisadiyyatdakı mürəkkəb proseslərin çoxtərəfli təsirləri şəraitində fəaliyyət göstərib.

«Qlobal mühit artan inflyasiya, yüksək əmtəə qiymətləri, təchizat zəncirində problemlər və azalan iqtisadi artım proqnozları ilə xarakterizə olunur. Beynəlxalq konyunktur tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olsa da, artan inflyasiya daxili qiymətlərə də təsir göstərmişdir»-deyə icmalın ümumi şərhində bildirilir.

AMB bildirir ki, dövr ərzində Mərkəzi Bankın pul siyasəti monetar şərait vasitəsilə xarici və daxili inflyasiya təzyiqlərinin məhdudlaşdırılmasına yönəldilib. «Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, nominal effektiv məzənnənin möhkəmlənməsi inflyasiyanı məhdudlaşdıran əsas amillərdən olmuşdur».

AMB bildirir ki, bu dövrdə pul siyasəti qərarları faktiki və proqnozlaşdırılan inflyasiya amilləri, real iqtisadiyyatda aktivlik səviyyəsi və risklər balansı nəzərə alınmaqla qəbul olunub:

«Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmiş, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılmışdır. Bu tədbirlər banklararası pul bazarının aktivləşdirilməsinə və pul siyasəti qərarlarının faiz kanalı vasitəsilə inflyasiyaya ötürücülüyünün gücləndirilməsinə xidmət edir».

Pul siyasəti icmalı açıqlanıb

Hökumətin proqnozuna görə, 2015-ci ilin yekununda ölkədə iqtisadi artım 3,3%, o cümlədən qeyri-neft sektorunda 5,9% olacaq. Transparency.az bildirir ki, Azərbaycan Mərkəzi Bankının yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında belə deyilir.

İcmalda Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən qeyd edilir ki, qeyri-neft sektorunda artım 7,1% olacaq. Rəsmi proqnozlara görə, iqtisadi artımın əsas mənbəyi olan qeyri-neft sektorunun ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi ötən illə müqayisədə 7,8% bəndi artaraq ilin yekunu üzrə 68,8% təşkil edəcək.

İqtisadi artım əsasən investisiya və istehlak xərclərinin hesabına olacaq. 2015-ci ilin sonuna əsas kapitala investisiya qoyuluşunun 9,2% artacağı, daxili investisiyalarla yanaşı xarici investisiyaların da iqtisadi artıma müsbət təsir edəcəyi gözlənir. İlin yekunu üzrə xarici investisiyaların 49% artımı proqnozlaşdırılır.

Pul siyasəti icmalı

Ünvanlı dövlət sosial yardımı: alan azalıb, məbləğ artıb

Oktyabr ayında ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4535 ailə (4 faiz) azalaraq 112 min 385-ə enib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, noyabrın 1-nə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği ötən ilin oktyabr ayı ilə müqayisədə 17 faizədək artaraq 153,63 manata çatıb.

Yardım alan ailələrdəki ailə üzvlərinin 47,5 faizini 18 yaşadək ailə üzvləri təşkil edir. 1 yaşadək olan 5 min 561 nəfər uşağın hər birinə görə əlavə olaraq hər ay 45 manat sosial müavinət də ödənilir.

Ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin 28,2 faizi və ya 31 min 727-si tərkibində üç və daha çox uşağı olan ailələrdir.

Orta illik inflyasiya nə qədər olub?

Bu ilin 9 ayında orta illik inflyasiya 3,7% olub. Mərkəzi Bankın pul siyasəti icmalında Dövlət Statistika Komitəsinə istinadla qeyd edilir ki, istehlak qiymətləri indeksinin komponentləri olan ərzaq qiymətləri orta illik 6%, qeyri-ərzaq qiymətləri 3%, xidmətlərin dəyəri isə 1,1% qalxıb.

9 ayda çörək məmulatları və yarmalar 10%, yağ və piylər 12,8%, meyvələr 9,6%, qəhvə, çay və kakao isə 10,4% bahalaşıb. Tərəvəz məhsullarının qiymətləri isə enib.

Yanvar-sentyabr aylarında ayda istehlak səbətinə daxil olan 30 ərzaq, 66 qeyri-ərzaq və 23 xidmət olmaqla 119 adda mal və xidmətlərin illik orta qiyməti azalıb. 3 qeyri-ərzaq və 42 xidmət olmaqla 45 adda mal və xidmətlərin illik orta qiyməti isə dəyişməz qalıb. Orta illik baza inflyasiya 4,1% təşkil edib.

Pul siyasəti icmalı

Arif Yunus azadlığa buraxıldı

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun şikayəti əsasında proses keçirilib. APA-nın məlumatına görə, prosesdə Arif Yunusun həbsdən buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib.

“Azadlıq” radiosu bildirir ki, Milli Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məhbusun təzyiqinin aşağı salınmasının mümkün olmamasını əsas gətirərək məhkəmədən onun məsələsinə baxılmasını xahiş eləyib.

Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanırdı.

Bu il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunusla Arif Yunusa hökm oxunub. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.

Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

Türkiyədə hakim partiyanın qələbəsi qətiləşdi

Noyabrın 12-də Türkiyənin Mərkəzi Seçki Komissiyası noyabrın 1-də keçirilmiş parlament seçkisinin rəsmi nəticələrini açıqlayıb.

Novator.az xəbər verir ki, baş nazir Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasının 550 yerlik parlamentdə 317 mandat əldə edərək təkbaşına hökumət qurmaq hüququ qazandığı bəlli olub.

Qəti nəticələrdə Cümhuriyyət Xalq Partiyasının 134, Xalqların Demokratik Partiyasının 59, Milliyyətçi Hərəkat Partiyasının 40 mandat götürdüyü bildirilir.

Məlumata görə, seçki günü 48 milyon 500 min nəfər səs verib. Bülletenlərin 47 milyon 800 mini etibarlı hesab olunub.

Yeni seçilmiş deputatlar noyabrın 17-də and içəcəklər.

Mirzə Sakit Avropa Məhkəməsinə şikayəti uddu

Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin sabiq əməkdaşı, satirik şair Mirzə Sakitin (Sakit Zahidov) işi ilə bağlı qərar çıxarıb. APA-nın məlumatına görə, məhkəmə iddiaçının Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləyib. Qərara əsasən, Azərbaycan dövləti satirik şairə mənəvi zərər müqabilində 9 min avro, digər xərclərin qarşılığında 3048 avro təzminat ödəməlidir.

2006-cı il iyunun 23-də həbs edilən, qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il iş alan Mirzə Sakit Milli Məclisin 2009-cu il martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən, həmin il aprelin 9-da cəzasının çəkilməmiş hissəsindən azad olunub. O, 2010-cu ildə Avropaya mühacirət edib.

Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən çıxarıldı

Noyabrın 12-də prezident İlham Əliyev sərəncam imzalayaraq Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib.

Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri (əvvəllər rabitə və informasiya texnologiyaları naziri) postunu 2004-cü ildən tuturdu.

Transparency.az bildirir ki, Əli Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu bitirib və Ukrayna Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirib. 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.

1982- 1991-ci illərdə Azərbaycan Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb, kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik edib.

1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzinə (indiki İnformasiya Texnologiyaları İnstitutu) direktor vəzifəsinə təyin olunub və bu vəzifədə 2000-ci ilə qədər çalışıb.

1994-cü ildə informasiya emalı və idarəetmə sistemləri ixtisası üzrə dissertasiya müdafiə edib və texnika elmləri doktoru adını, 1996-cı ildə informatika sahəsində professor elmi adını alıb.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

2001-2004-cü illərdə Milli Məclisin deputatı və Avropa Şurasının Parlament Assambleyasının üzvü olub.

2004-2014-cü illərdə rabitə və informasiya texnologiyaları naziri olub. 7 mart 2014-cü ildə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Prezident İlham Əliyevin 27 dekabr 2012-ci il sərəncamı ilə Əli Abbasov “Şöhrət” ordeni ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Arif Yunusdan başqa yerə getməmək iltizamı alınıb

Vəkil Elçin Sadıqov Novator.az-a bildirib ki, politoloq Arif Yunus haqqında Cinayət-Prosessual Məcəlləsinin 165-ci maddəsinə əsasən, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir.

Başqa yerə getməmək haqqında iltizamı şübhəli və ya təqsirləndirilən şəxsdən cinayət prosesini həyata keçirən orqan alır.

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun şikayəti əsasında proses keçirilib. Prosesdə Arif Yunusun həbsdən buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib.

Arif Yunus yüksək qan təzyiqindən əziyyət çəkir. Milli Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məhbusun təzyiqinin aşağı salınmasının mümkün olmamasını əsas gətirərək məhkəmədən onun məsələsinə baxılmasını xahiş eləmişdi.

Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanırdı.

Bu il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunusla Arif Yunusa hökm oxunub. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.

Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

İlham Əliyevə BMT-nin mükafatı təqdim olunub

Prezident İlham Əliyev noyabrın 12-si Bakıda BMT-nin Əhali Fondunun icraçı direktoru, baş katibin müavini Babatunde Osotimehinlə görüşüb.

AZƏRTAC-ın məlumatında deyilir ki, Babatunde Osotimehin prezident İlham Əliyevə BMT-nin Əhali Fondu adından mükafat təqdim edib. Təltif dövlət başçısının BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərməsi, Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətləri ilə əsaslandırılıb.

Sənayedə həm artım var, həm azalma

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 22 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal ediliblər. Transparency.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, sənaye məhsulunun 62,9 faizi mədən sektorunda, 29,2 faizi emal sektorunda, 7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədən sektorunda məhsul istehsalı 1,7 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,2 faiz artıb, neft hasilatı isə 1,8 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, poliqrafiya məhsullarının istehsalı 78 faiz, kimya sənayesi məhsullarının istehsalı 87 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurgiya məhsullarının istehsalı 2,1 faiz, hazır metal məhsullarının istehsalı 55,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 98,6 faiz, elektrik avadanlıqlarının istehsalı 11,7 faiz, mebel istehsalı 9,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,1 dəfə artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 2,5 faiz artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,6 faiz artıb, neft sektorunda isə 0,6 faiz azalıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti pozuntuların statistikasını açıqlayıb

Bu ilin oktyabr ayında 1494 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb. Transparency.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin təqdim etdiyi statistikaya görə, əmək qanunvericiliyinin pozulması halları ötən ilin oktyabr ayı ilə müqayisədə 23,5 faiz, cari ilin sentyabr ayı ilə müqayisədə isə 17,1 faiz azalaraq 1494-ə enib.

Rəsmi hesabata əsasən, ümumilikdə 10 ayda hüquq pozuntularının sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz azalma olub.

Noyabrın 12-si Polşada xanım Yeva Kopaçın baş nazirlik etdiyi hökumət istefa verib. Novator.az-ın məlumatına görə, qərar oktyabrın 25-də keçirilmiş parlament seçkisində hakim Vətəndaş Platforması Partiyasının uduzması ilə bağlıdır.

Seçkinin nəticələrinə görə, millətçi mühafizəkarların Hüquq və Ədalət Partiyası Seymdə yerlərin çoxuna sahib çıxıb və hökumət qurmaq səlahiyyəti qazanıb. 8 ildir hakimiyyətdə olan Vətəndaş Platforması Partiyası seçki yarışını ikinci yerdə bitirib.

Hüquq və Ədalət Partiyasına 2010-cu ilin aprelində təyyarə qəzasında həlak olmuş mərhum prezident Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski rəhbərlik edir. Qurumun baş nazirliyə namizədi xanım Beata Şidlodur.

Gəncədə asan lisenziyalar verilib

Noyabrın 12-də İqtisadiyyat və Sənaye Nazirliyi Gəncədəki “ASAN xidmət” mərkəzində sahibkarlara lisenziyalar təqdim edib. Lisenziyalar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara verilib. Xəbəri Economy.gov.az yayıb.

Prezident İlham Əliyev oktyabrın 19-da “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman verib. Fərmana əsasən, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. İqtisadiyyat və Sənaye Nazirliyinə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi; dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi; sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi məsələlərinə dair təkliflərini prezidentə təqdim etmək tapşırılıb. Nazirlik Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirmək göstərişi də alıb.

Bakı şəhərində və regionlarda lisenziyaların verilməsi davam etdirilir.

Təhsil Nazirliyi qrant müsabiqəsi elan edib

Təhsil Nazirliyi qeyri-hökumət təşkilatları arasında iki istiqamət üzrə qrant müsabiqəsi elan edib:

– Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili;

– Beynəlxalq təhsil modelləri əsasında orta ümumtəhsil məktəblərində qeyri-formal təhsilin təşkili.

Edu.gov.az-ın məlumatına görə, layihə təklifləri noyabrın 19-dək nazirliyə çap və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. QHT-lərdən layihə və büdcə ilə birlikdə dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, nizamnamənin surəti, dövlət reyestrindən çıxarışın surəti, VÖEN-in surəti, təşkilat haqqında məlumat, layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı tələb olunur.

Azərbaycan nefti 1 dollar 54 sent ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti yenə düşür. AZƏRTAC-ın məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,62 dollar düşərək 41,53 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar azalaraq 45,17 dollar olub.

London birjasında “AzəriLayt” markalı neftin bir barreli isə 1,54 dollar ucuzlaşaraq 45,17 dollara satılıb.

Orta əməkhaqqı barədə rəsmi məlumat

Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, 2015-ci il oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1506,3 min nəfər olub, onlardan 877,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 629,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,2 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə sahələrində, 17,8 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.

2015-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 461,1 manat olub.

Xarici ticarət: qeyri-neft məhsullarının ixracı 6 faiz artıb

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac olunub, 135 ölkədən idxal edilib. Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, ticarət dövriyyəsinin 9,2 faizi MDB üzvü dövlətləri, 48,6 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 19467,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 12889,1 milyon dollar, idxalın həcmi 6578,5 milyon dollar olub, nəticədə 6310,6 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 1179 milyon dollara çatıb.

Gömrükdə inhisara necə son qoymaq olar?

Xarici ticarətlə məşğul olanlar gömrük brokerlərinin (vasitəçilərin) fəaliyyətindən çox şikayətlənir. Transparency.az-a bu haqda danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, şikayətlər brokerlərin inhisar təmsilçiləri kimi çıxış etməsindən doğur: “Sahibkarın idxal etdiyi malı əvvəlcədən yasaqlayıb ölkəyə buraxmırlar və ya razılıq alınmadan gətirilmiş mala məcburi gözləmə tətbiq edib sahibkarı əlavə xərcə salırlar. Gömrük əməkdaşları brokerlərin “razılığı” ilə işləyir və onların vasitəsilə rüsum, vergi adı ilə yığılmış vəsaitlər büdcədən yayındırılır”.

Ekspert deyir ki, müxtəlif məhdud məsuliyyətli cəmiyyətlər adı ilə fəaliyyət göstərən gömrük broker şirkətləri 5 il müddətinə lisenziya alırlar: “İcazəyə görə ödənişin məbləği 11 min manatdır. İcazəni verən Dövlət Gömrük Komitəsidir. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara görə, gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirmək istəyənlər Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almalıdır. “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi” qaydalarına əsasən, bu məqsədlə müraciət edənlərin müvafiq biliyə malik olub-olmamasını Dövlət Gömrük Komitəsi müəyyən edir. Yəni Gömrük Komitəsi istədiyi şirkəti broker seçə və istədiyi şirkətin lisenziyasını istənilən vaxt geri ala bilər. Bu, brokerlərin Gömrük Komitəsindən birbaşa asılı vəziyyətə salır”.

Qubad İbadoğlu deyir ki, digər problem məsələ hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı 2 hüquqi şəxsə gömrük brokeri fəaliyyəti üçün lisenziya verilməsidir: “Ötən ildən tətbiq edilən bu yenilik iş adamlarının seçim imkanlarının artırılmasına və gömrükdə inhisarçılığın aradan qaldırılmasına xidmət etsə də, problemləri tam yoluna qoya bilmədi. Sahibkarın gömrük broker şirkətlərini seçmək imkanının artırılması üçün hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə daha çox şirkətə lisenziyanın verilməsi, rəqabətli mühitin yaradılması vacibdir. Əks təqdirdə inhisarçı şirkətlər “özəlləşdirdiyi” gömrük brokerləri vasitəsilə bazara girişdə hökmran mövqelərini saxlayacaqlar.

Həlli vacib olan məsələlərdən biri də gömrük brokerlərinin gömrük orqanlarından və yaxud əksinə gömrük orqanlarının gömrük brokerlərindən asılılığının aradan qaldırılmasıdır. Lisenziya və ixtisas attestatının verilməsi qaydalarında müvafiq dəyişikliklər edilməli, lisenziya verən mərkəzi icra hakimiyyəti orqanı həmin sahədə icraçı orqan olmamalıdır”.

Naxçıvanın Ali Məhkəməsi həm də konstitusiya məhkəməsidir

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ali Məclisə noyabrın 1-də keçirilmiş seçkinin nəticələrini təsdiq edib. 45 seçki dairəsi üzrə seçkinin nəticələrini bütövlükdə təsdiqləyən qərarın sonuncu bəndinə görə, qərar qətidir, onu heç bir orqan ləğv edə, dəyişdirə və yaxud rəsmi təfsir edə bilməz.

Azərbaycanda Konstitusiya Məhkəməsinin qərarları bu cür hökmlə bitir. Naxçıvan Ali Məhkəməsinin Azərbaycan Konstitusiya Məhkəməsinin qərarı gücündə hökm verməsi nədən irəli gəlir?

Transparency.az bildirir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Ali Məhkəməyə geniş səlahiyyətlər verir. Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır, həm də Naxçıvan Muxtar Respublikasının ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.

Naxçıvan Muxtar Respublikasında konstitusiya nəzarətini təmin etmək də Ali Məhkəməyə həvalə olunub. Ali Məhkəmə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, Ali Məclisinin, Nazirlər Kabinetinin, öz sədrinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sorğusu əsasında bu məsələləri həll edir:

– Naxçıvan Muxtar Respublikasının qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu;

– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının qanunlarına uyğunluğu;

– Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına uyğunluğu.

Naxçıvan Muxtar Respublikasında konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin səlahiyyətindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Comments are closed, but trackbacks and pingbacks are open.