TQDK keçid ballarını açıqladı
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Xankəndi
Bu barədə AzVision.az -a təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılsa da, qəbul olmaq üçün sənəd verənlərin sayında kəskin azalma müşahidə olunur.
“2017-2018-ci tədris ili üçün 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i I, 12500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur. 2014/2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37 763 olmuşdusa, 2015/2016-cı tədris ilində bu rəqəm 38 831, 2016/2017-cı ildə 41 736-ya çatıb.
Lakin ali məktəblər qəbul plan yerlərini tam şəkildə doldura bilməyiblər. Hətta özəl universitetlərin bəziləri cəmi 11 faiz plan yerini doldura bilmişdi. Ümumilikdə, özəl universitetlər 2016-cı ildə 50 faiz plan yerinə qəbul apara bilməyib. Bu il isə Azərbaycanda fəaliyyət göstərən 54 universitetin hamısını təhlükə gözləyir. Belə ki, 30 aprel və 7 may tarixlərində DİM tərəfindən keçirilən qəbul imtahanının I mərhələsində iştirak edən 64 220 abituriyentdən 31 383-ü müsabiqədə iştirak etmək hüququ (200 baldan çox toplayıb) qazanıb. Onlardan da 10 421-i I, 9 415-i II, 8 804-ü III, 2 743-ü isə IV ixtisas qruplarının payına düşüb”.
K.Əsədov qeyd edib ki, plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququna malik olan abituriyentlərin sayına baxdıqda I, II və IV qruplarda böyük sayda plan yerlərinin boş qalacağını söyləmək olar.
“Ümumilikdə bu il abituriyentlərin qəbul imtahanlarındakı göstəriciləri aşağı səviyyədədir. Əvvəlki illərlə müqayisədə ali təhsil müssəsisələrinə imtahan verən abituriyentlərin sayı azalıb. Sayın azalması qəbul imtahanında iştirak edən abituriyentlərin keyfiyyət göstəricisi faizinin artmasına təsir göstərsə də, ümumi nəticə qənaətbəxş deyil. Əvvəlki illərdə TQDK (DİM) əvvəlcədən müəyyən etdiyi müsabiqə üçün keçid balını abituriyentlərin müsabiqə şərtlərini yetərli sayda ödəmədiyinə görə, hətta 150-yə belə aşağı salırdı. Lakin son 2 il ərzində Təhsil Nazirliyinin müraciəti əsasında bu baş vermir, keçid balı ilk elan edildiyi səviyyədə saxlanılır. Lakin bu il hesab edirəm ki, keçid balları aşağı salınacaq. Çünki vəziyyət olduqca təhlükəli həddədir. Hətta bəzi universitetlərin fəaliyyət göstərib-göstərməyəcəyi belə sual altına düşə bilər”.
Ali təhsil müəssisələrində açılması planlaşdırılan ödənişli hazırlıq kurslarına gəlincə, ekspert deyib ki, bu il üçün həmin planın reallaşacağı mümkünsüzdür.
“Bir neçə ay əvvəl təhsil naziri tərəfindən ali təhsil müəssisələrində hazırlıq kurslarının açılacağı ilə bağlı irəli sürülən təklif real görünmür. Bu il üçün onun həyata keçrilməsi mümkün deyil. Ən azından ona görə ki, universitetlərin buna hazırlığı aparılmır. Layihənin özünü doğrultması gözlənilən deyil”.
TQDK keçid ballarını açıqladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb.
Trend-i buradan izləyin
Bakı. İlhamə İsabalayeva – Trend:
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
M. Abbazsadə qeyd edib ki, 2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər: “Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. I ixtisas qrupunun “Riyaziyyat”, “Fizika, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika”, “Telekommunikasiya və radio texnika mühəndisliyi” ixtisasları üzrə ümumi balı 250-dən, “Kompyuter elmləri”, “Geologiya” ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar, V ixtisas qrupunda qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər”.
O qeyd edib ki, Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər və regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində xarici dil fənn üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər Bakı Dövlət Universitetinin I, II və III qruplarda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayanlar, IV qrupda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində isə ingilis dili fənni üzrə attestat qiymət “4”, və “5” olan abituriyentlər iştirak edə bilərlər.
“Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqranomluq”, “Zootexniklik”, “Baytarlıq”, Subioehtiyatları və akvabitkilər” ixtisaslarına, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Melorasiya və Su Təsərrüfatı tikintisi mühəndisliyi”, “Ekologiya” və “Əczaçılıq” ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
TQDK keçid balları
Salam. 2015ci ilin TQDK qəbul imtahanının keçid ballarına haradan baxmaq olar? hansı saytı məsləhət görərdiz? birdə Kompüter Mühəndisliyi üçün hansı universiteti məsləhət görürsüz? əvvəlcədən təşəkkürlər.
Sualı verdi: Azrail704 ( 09/09/2015 )
Kateqoriya: Sual . instut ballari, keçid balları, qebul ballari, tqdk, universitetler. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
saytlarda belə məlumat yoxdur
ancaq TQDK jurnallarında keçid balları var
digər yolu isə bəzi universitetlər öz ixtisasları üzrə keçid ballarını açıqlayır ancaq hamısı yox
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Keçid ballarına burdan baxa bilərsiz.
tqdk.gov.az/exam/bachelor/minimal-bal/?EID=1237
Ümumiyyətlə İT ixtisasları ən yaxşı Qafqazda tədris olunur.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
Bahadur74 cavab verdi – Mobil telefonlar üçün application (14 saat əvvəl)
Bahadur74 cavab verdi – Telefon uygulama (14 saat əvvəl)
Bahadur74 cavab verdi – Internet paketi (1 gün əvvəl)
Bahadur74 cavab verdi – Terminaldan pul çəkmək olur? (1 gün əvvəl)
Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (1 gün əvvəl)
Bahadur74 cavab verdi – Qədimi xalçaları harada satmaq olar? (1 gün əvvəl)
Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (1 gün əvvəl)
Bahadur74 cavab verdi – “Getcontact”da baxa bilmirəm (1 gün əvvəl)
Bahadur74 cavab verdi – android üçün ağıllı musiqi pleyeri (1 gün əvvəl)
Bahadur74 cavab verdi – Cavan nardan necə çıxım (1 gün əvvəl)
Software Developer cavab verdi – Kargo şirkətləri (3 gün əvvəl)
benzolos10 cavab verdi – Saytların qurulması üzrə şirkət (7 gün əvvəl)
SN cavab verdi – WooCommerce API attributlar (8 gün əvvəl)
Comments are closed, but trackbacks and pingbacks are open.