Press "Enter" to skip to content

2017-ci ildə azərbaycan iqtisadiyyatı

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc

2017-ci ildə azərbaycan iqtisadiyyatı.

Geridə qoymaq üzrə olduğumuz il dünya və ölkəmiz üçün əsl sınaq dövrü oldu. Hələ 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarının iqtisadiyyatımıza vurduğu dərin yaralar sarılmamış, növbəti ili qarşılmağa hazırlaşırıq. İlin axırına çox var deməyin, papağını fırladanacan 2 ay bir göz qırpımındaca ötüb keçəcək.

Ağlamalısı da budur ki, 2016-cı ili “-malı”, “-məli” şəkilçilərinin artırıldığı sözlərlə başa birtəhər vururuq.

Bəs 2017-ci ildən gözləntilərimiz nədir? Azərbaycan dünya iqtisadi böhranının fonunda çətinliyin öhdəsindən gəlmək iqtidarında olacaqmı? Onsuz da bahalaşan ərzaq və ərzaq məhsullarının qiyməti kasıbın büdcəsinə uyğunlaşdırılacaqmı?

“Federal Rezerv Sistemi (FED) faiz artımına gedəcək”

İqtisadçı Natiq Cəfərli 2017-ci il üçün Azərbaycanda gözlənilən iqtisadi prosesləri dünya iqtisadiyyatı ilə müqayisəli şəkildə Modern.az-a şərh edib. Onun fikrincə, Azərbaycan və dünyada gedən proseslər arasında ciddi fərq var:

“Neftin qiymətinin azalması ilə bağlı iqtisadiyyatlarında geriləmə yaranmış bir qrup ölkədə tamamilə başqa bir konfiqurasiya yaranıb, onların problemləri var. Amma dünyanın neftdən asılı ölkələrində gedən proseslər tamam fərqlidir.

Neft faktoru önəmli olmayan ölkələrdə, əksinə qiymətin düşməsi, iqtisadi artımda və qiymətlərin aşağı düşməsində ciddi rol oynayır. Amma həm Avrozonada, həm Avropa Birliyində, həm Britaniyanın Avropa Birliyindən çıxması ilə əlaqədar, həm Amerika Birləşmiş Ştatlarında, həm Asiya ölkələrində, xüsusilə Çində iqtisadiyyatın zəifləməsi fonunda ciddi proseslər gedir.

İqtisadiyyatda təhlükələr hələ də mövcuddur. Proseslərin hərəsinin öz səbəbi var. Avrozonada gedən proseslər həm Britaniyanın Avropa Birliyindən çıxması ilə, həm Avropa ölkələrində iqtisadi artımın zəifləməsilə əlaqədardır. Amerika iqtisadiyyatında vəziyyət daha yaxşıdır, çünki pozitiv tendensiyalar artmaqdadır.

Ona görə də Federal Rezerv Sisteminin (FED) faiz artımına getməsi labüddür. Çox güman ki, dekabr ayında keçiriləcək toplantıda faiz artımına gediləcək.

Çindən qaynaqlanan problemlər isə Asiya ölkələrinə kifayət qədər təsir göstərir”.

“Unikal” problemlərilə fərqlənən ölkəmiz.

Ekspert deyib ki, bu fonda Azərbaycanın problemləri tamam fərqlidir:

“Təəssüf ki, Azərbaycanda neftin qiymətlərindən ciddi asılılığı olan iqtisadi model qurulub. Neftin qiymətinin aşağı düşməsi və uzun müddət aşağı qiymətlərdə qalması iqtisadiyyata mənfi təsirlərini getdikcə artırır. Çünki qeyri-neft sektorunda ciddi irəliləyişə nail ola bilməmişik. Hətta bəzi sahələrdə geriləmələr müşahidə edilməkdədir. Devalvasiyadan sonra hökumət qeyri-neft sektorunun ixracatının artacağını gözləyirdi, amma əksinə proses baş verdi. Qeyri-neft sektorunun ixracı bu ilin ilk 9 ayında təxminən 40 faizə yaxın azaldı”.

“2017-ci il 2016-cı ilə nisbətən daha ağır olacaq”

N.Cəfərli bildirib ki, qarşıdakı ildə Azərbaycanda gedən proseslər dünyadan fərqli olaraq daha kəskin xarakter alacaq:

“Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) ümumi hesabatında da görünən odur ki, gələn il dünyada ümumi daxili məhsulun artımı təqribən 2 faiz civarında gözlənilir. Azərbaycanda isə ilk 9 ayda ümumi daxili məhsulun 4 faiz azalmasını gördük. Tendensiyanın növbəti ildə də davam etməsi proqnozlaşdırılır. O nöqteyi-nəzərdən dünyada gedən proseslərlə ölkəmizdə gedən proseslər fərqlidir.

Azərbaycandakı proseslər spesifik xüsusiyyətlərə malikdir. Əsasən də neft qiymətlərilə bağlıdır.

Mənim fikrimcə, 2017-ci il içərisində olduğumuz 2016-cı ildən daha ağır olacaq. Hətta büdcə parametrlərinə də baxanda görürük ki, ciddi azalmalar var. Məsələn, təmir-tikinti işlərində təqribən 38 faiz azalma olacaq. Təmir-tikinti sahəsinin bir multiplikator effekti var idi. Çünki ən çox iş yerləri məhz o sahədə yaranırdı. Görünən odur ki, həmin sahələrdə investisiyaların azalması iş yerlərinin və insanların ümumi gəlirlərinin azalması ilə xarakterizə olunacaq. Gələn il həmçinin, ticarət dövriyyəsinin də azalması gözlənilir. Milli valyutanın dəyərdən düşməsinin davamlı hal alacağı da əminliklə demək mümkündür. Bütün bunlar iqtisadi mənzərəyə çox mənfi təsir göstərəcək. Mənə elə gəlir ki, 2017-ci il 2016-cı ilə nisbətən daha ağır olacaq”.

“Hökumət yanğınsöndürən rolunda çıxış edir. ”

Müsahibim manatın ucuzlaşmasından sonra ölkədə atılan addımları yetərli saymayıb:

“Bunlar kompleks şəkildə deyil və bir-birini tamamlamır. Harada problem yaranırsa, hökumət yanğınsöndürən rolunda çıxış edərək, həmin sahədə müəyyən addımların atılması ilə problemləri həll etməyə çalışır. Bu, bir bütün, düşünülmüş proqram şəklində baş vermir. Ən böyük problem də budur əslində. İqtisadiyyatda gedən proseslər kompleks olaraq öz həllini tapmalıdır. Burada həm idarəetməylə, həm də məhkəmələrlə bağlı problemlər həll olunmalıdır. Kompleks islahat paketi hazırlanmalıdır. Azərbaycanda isə bunlar kompleks şəkildə həyata keçirilmir. Hər hansı sahədə problem yaranan kimi hökumət həmən müdaxilə edib problemi həll etməyi düşünür. Amma digər sahələrdə gedən proseslərlə əlaqəli olmadığından ciddi effekt vermir. Bəzi addımlar atılıb. Təbii ki, pozitiv addımlar da var. Məsələn, gömrükdə şəffaflığın artırılması ilə bağlı ilin əvvəlində xeyli iş görülüb, kənd təsərrüfatı ilə bağlı proqramlar qəbul olunub. Amma bunlar kompleks şəkildə bir-birini tamamlamadığından effekt vermir və yaxın gələcəkdə də effekt verəcəyi təəssüf ki, görünmür.

Dünya praktikası göstərir ki, iqtisadiyyatında problemlər yaşanan ölkələrdə qısa, orta və uzun vədəli proqramlar tərtib olunur. Proqramlar 100 gündən başlayaraq 500 günə qədər qəbul olunur. Hökumət hər dəfə, günbəgün tərtib etdiyi proqramı yerinə yetirir. Azərbaycanda isə hökumətin böhranla bağlı hər hansı bir proqramı yoxdur. Problem də məhz bundan qaynaqlanır”.

“Azərbaycanın ən böyük problemi zamandır”

O, eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün atılan addımların effekt verməsi üçün zamana ehtiyac olduğunu deyib:

“Bir neçə il lazımdır ki, həmin sahələrdə pozitiv göstəricilər əmələ gəlsin. Azərbaycanın da zaman kimi ciddi problemi var. Çünki yaranan problemlər tez bir zamanda həllini gözləyir. Qeyri-neft sektorunda əsas hədəf kənd təsərrüfatıdır. Amma kənd təsərrüfatının ciddi şəkildə inkişafı üçün böyük yatırımlara ehtiyac duyulur.

Yeni aqrotexniki qaydaların tətbiq olunmasına, yeni texnikaların alınmasına, əl əməyindən daha az istifadə etməyə ehtiyac var ki, rentabellik artsın. Bunun üçün də zamana ehtiyac var. Hökumətin atdığı addımlar kompleks şəkildə olmadığından ciddi effekt verəcəyi gözlənilmir. Çox təəssüf ki, bu addımların yaxın zamanlarda böyük bir təsiri olacağını demək çox çətindir.

Yerli məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Dollar bahalaşdıqca onların da maya dəyəri artır. Həm də təbii olaraq idxal malların bahalaşması ilə nəticələnir. Yerli məhsulların xammalının da xaricdən gətirildiyini nəzərə alaraq onların da qiymətində artım gözlənilir”.

2017-ci ildə azərbaycan iqtisadiyyatı.

Milli Karate Federasiyası “Buta” Gənclər İdman Klubunun və Sumqayıt şəhər Gənclər və İdman baş

Bakıda küçənin ortasında qadınla cinsi əlaqəyə girib pulunu oğurladılar

Tarix: 19-08-2014, 15:50 Oxunma sayı: 1 136 Bölmə: Cəmiyyət

Bakıda küçənin ortasında qadınla cinsi əlaqəyə girib pulunu oğurladılar

Ermənilər kəndlərimizi gülləboran etdi (FOTO)

Tarix: 30-07-2015, 12:16 Oxunma sayı: 1 530 Bölmə: Siyasət / FOTO

Ermənilər kəndlərimizi gülləboran etdi (FOTO)

Maşın almağa 150 kilo qəpik verdi – Foto

Tarix: 27-01-2015, 12:48 Oxunma sayı: 1 462 Bölmə: Maraqlı

Maşın almağa 150 kilo qəpik verdi – Foto

Anar Qafarova mayor rütbəsi verilib

Tarix: 2-07-2021, 13:30 Oxunma sayı: 364 Bölmə: Hadisə

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru Anar Qafarova Polis Günü ilə

Əsgər Heydər Əliyevin yeni FOTOSU

Tarix: 10-11-2018, 19:01 Oxunma sayı: 911 Bölmə: Cəmiyyət

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc

Ekspert: 2017-ci ilin iqtisadi islahatları Azərbaycanın dayanıqlı iqtisadi inkişafı yolunda atılan mühüm addımlardır

2017-ci ilin iqtisadi islahatları Azərbaycanın dayanıqlı iqtisadi inkişafı yolunda atılan mühüm addımlardır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib.

Ekspert qeyd edib ki, 2017-ci ilin iqtisadi yekunlarına nəzər saldıqda həqiqətən də bu ili dərin iqtisadi islahatlar ili kimi qiymətləndirmək mümkündür. Belə ki, 2016-cı ildə milli iqtisadiyyatın inkişafı üzrə qəbul edilmiş Strateji Yol xəritələrində nəzərdə tutulan islahatların mühüm bir hissəsi məhz 2017-ci ildə həyata keçirilib. Ötən il xüsusilə də kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, turizm, logistika və ticarət, mənzil təminatı, maliyyə və bank, nəqliyyat və rabitə, təhsil və kommunal xidmət sahələrində bir sıra iqtisadi və institusional xarakterli islahatlar reallaşdırılıb ki, bütün bunlar da Azərbaycan iqtisadiyyatının sağlam təməllər üzərində inkişafı, onun dayanıqlılığının təmin edilməsi yolunda mühüm addımlar hesab oluna bilər.

2017-ci ilin iqtisadi yekunları onu deməyə əsas verir ki, artıq Azərbaycan iqtisadiyyatı böhran mərhələsini geridə qoyub. Belə ki, ötən il ÜDM-də artım müşahidə edilib, qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Eyni ümidverici tendensiya xarici ticarət sektorunda da müşahidə edilir. Belə ki, ötən il Azərbaycanın idxalı 1 faiz artdığı halda, ixracı 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb. Nəticədə Azərbaycanın ötənilki xarici ticarət balansında 6,2 milyard dollarlıq profisit yaranıb. İxrac gəlirlərinin artması ölkənin valyuta ehtiyatlarını 4,5 milyard dollar artıraraq 42 milyard dollara çatdırıb. Ölkənin valyuta gəlirlərinin artmasında turizm xidmətlərinin ixracı sahəsində əldə etdiyi nailiyyətlər də şübhəsiz rol oynayıb. Ötən il 2016-cı illə müqayisədə ölkəyə gələn turistlərin sayı 500 min çox olub, eyni zamanda, onların xərcləmələrində də ciddi artım müşahidə edilib. Əminliklə demək mümkündür ki, qeyri-neft sektorunda əldə edilən müsbət göstəricilər məhz birbaşa aparılan islahatlar nəticəsində mümkün olub.

Ötən il aparılan iqtisadi islahatlar Dünya İqtisadi Forumu, Dünya Bankı kimi mötəbər beynəlxalq qurumların hesabatlarında yüksək qiymətləndirilməklə yanaşı, yerli və xarici investorların da diqqət mərkəzində olub. Belə ki, ölkədə davam edən siyasi sabitlik və aparılan iqtisadi islahatlar yerli və xarici investorların ölkə iqtisadiyyatına marağını da artırıb. Ötən il iqtisadiyyata bütövlükdə 14,6 milyard dollarlıq investisiya qoyulub və “Azəri-Çıraq-Günəşli” yataqları üzrə kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb. Sonuncu hadisə xüsusi əlamətdarlığı ilə seçilir və Azərbaycan iqtisadiyyatının gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu layihə çərçivəsində 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatına 40 milyard dollardan çox investisiya qoyulması və Azərbaycan tərəfinə 3,6 milyard dollar məbləğində bonus verilməsi gözlənilir. Bütövlükdə layihənin gələcəkdə Azərbaycanın iqtisadi və siyasi baxımdan sabit inkişafına mühüm töhfədir.

“Ötən il, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində də mühüm işlər görülüb. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini xüsusi əlamətdar hadisə hesab edirəm. Bütün bu layihələr qarşıdakı illərdə Azərbaycanın qaz gəlirlərini və tranzit gəlirlərini ciddi şəkildə artıracaq layihələrdir.

Beləliklə, bir tərəfdən davam edən islahatlar nəticəsində qeyri-neft sektorunda baş verən canlanma və qeyri-neft ixracının artması, digər tərəfdən neftin dünya bazar qiymətində ortaya çıxan nisbi yüksəlişi və yaxın gələcəkdə ciddi şəkildə artması gözlənilən qaz gəlirləri Azərbaycan iqtisadiyyatının qarşıdakı illərdə də dinamik şəkildə inkişaf edəcəyini söyləməyə əsas verir”, – deyə ekspert vurğulayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.