İngilis Dili Səviyyələri
B1 – Pre-Intermediate (Orta səviyyədən öncə)
İngilis Dilində İstifadə Olunan Qısaltmalar və Mənaları
Hərkəsin bildiyi kimi həyatımıza texnologiya girdikdən sonra ətrafımızdaki insanlarla və habelə, tanımadığımız bir çox insanlarla hər an ünsiyyətdə oluruq. Ünsiyyətə sosial şəbəkələr və rəqəmsal platformlardan girdiyimiz üçün davamlı insanlarla müxtəlif şəbəkələr üzərindən danışırıq. Danışarkən bəzən sözləri qısaldaraq yazırıq. Qısaldılaraq yazılan sözlər ilk başlarda çox kütlə tərəfindən başa düşülməsə də, sonradan bu söz qısaltmaları yayğınlaşdığı üçün hərkəs tərəfindən istifadə olunmağa başladı. Lakin, sözlərin və ya adların qısaldılmasını sadəcə yazışarkən istifadə edirik? Əlbəttə ki, xeyr. İngilis dilində öz dilimizlə müqayisədə olduqca çox kəlimələrin qısaltmalarını görə bilərsiniz. Azərbaycan dilində olduğu kimi ingilis dilində də hər qısaltmaları hər məqamda istifadə etmək düzgün deyildir. Bəziləri rəsmi məqamlara uyğunluq göstərərkən, bəziləri sadəcə dost-tanışlarla söhbətləşəndə istifadə oluna bilinəcək qısaltmalardır. İndi isə, bu qısaltmaların nə olduğuna, necə yazıldığına, tərcümələrinə keçid ala bilərik.
İngilis Dilində İstifadə Olunan Qısaltmalar və Mənaları Siyahısı
| Qısaltma | Açılımı | Tərcüməsi | Mənası |
| LOL | Laughing out loud | Yüksək səslə gülürəm | Qarşınızdaki çox gülməli bir şey yazanda istifadə edə bilərsiniz. |
| OMG | Oh my God | Aman Allahım! | Təəccüblənmə ifadəsidir. |
| BRB | Be right back | Dərhal geri qayıdacağam | Klaviatura qarşısından qalxdığınızda yaza bilərsiniz. |
| TGIF | Thank God, it’s Friday | Şükür Allaha, bu gün Cümədir | Sosial şəbəkədə həftəsonu yaxınlaşanda, cümə günləri istifadə olunur. |
| TBT | Throwback Thursday | Geriyə dönüş Cümə axşamı | Instagram-da Cümə axşamı keçmiş şəkilləri paylaşma günü sayıldığı üçün o etiket üzərindən paylaşılır. |
| BFF | Best Friends Forever | Sonsuza qədər yaxın dostlar | Ən yaxın dostlar üçün istifadə olunur. |
| IRL | In real life | Real həyatda | İnternet xaricində real həyatı nəzərdə tutmaq üçün istifadə olunur. |
| NVM | Nevermind | Boş ver | – |
| NM | Not much | Çox deyil | – |
| FOMO | Fear of missing out | Bir şeyləri qaçırmaq qorxusu | Olduqca populyar olan bir termindir. Həyatda davamlı bir şeyləri qaçırdığınızı hiss etdiyinizdə, davamlı əksik hiss etdiyinizdə istifadə edə biləcəyiniz qısaltmadır. |
| OMW | On my way | Yoldayam | Görüşməzdən əvvəl yazılır. |
| THX | Thanks | Təşəkkürlər | – |
| IDK | I don’t know | Bilmirəm | – |
| PPL | People | İnsanlar | – |
| SMH | Shaking my head | Başımı sallayıram | Qarşınızdakini anladığınızı, təsdiqlədiyinizi göstərən termindir. |
| AMA | Ask me anything | İstədiyini soruş | Platformlarda insanlara sizdən istədiklərini soruşa biləcəklərini bildirən termindir. |
| JK | Just kidding | Zarafat edirəm | – |
| IMO | In my opinion | Mənim fikrimcə | Fikir bildirəndə cümlənin başında istifadə olunur. |
| TBH | To be honest | Açığı, sözün düzü | – |
| FYI | For your information | Məlumatın olsun | Bir mövzu haqqında bir şəxsə şəxsi məlumat vermək məqsədli istifadə olunur. |
| TMI | Too much information | Çoxlu məlumat | Bir mövzu haqqında gərəksiz məlumat veriləndə istifadə olunur. |
| IDC | I don’t care | Umrumda değil | – |
| ICYMI | In case you missed it | Gözdən qaçırdınsa əgər | Bir qovluğu, mövzunu, hər hansı bir qismi gözdən qaçırdığınızda xatırlatmaq məqsədli istifadə olunur. |
| HBD | Happy Birthday | Ad günün mübarək | – |
| HB2U | Happy Birthday to You! | Ad günün mübarək | – |
| POTD | Photo of the day | Günün şəkli | Sosial şəbəkədə şəkil paylaşarkən istifadə olunan etiketlərdən biridir. |
| TTYL | Talk to you later | Sonra danışarıq | Söhbəti dayandırmaq və ya sonra danışmaq üçün istifadə olunan termindir. |
| AFAIK | As far as I know | Bildiyim qədərilə | – |
| LMK | Let me know | Mütləq xəbər et | Bir ihtiyaç, istek, haber için bilgi almak istenildiğinde kullanılır. |
| C U | See you | Görüşərik | – |
| L8R | Later | Sonra görüşərik | – |
| BTW | By the way | Yeri gəlmişkən | – |
| DIY | Do It Yourself | Özün et | Bir qədər ləvazimatlardan özünüzün edə biləcəyiniz məhsula, əşyaya istifadə olunan termindir. |
| FAQ | Frequently Asked Questions | Tez-tez soruşulan suallar | İnternet şəbəkəsində insanların ən çox soruşduğu sualların toplandığı başlıq, başlığın qısaltmasıdır. |
| TBC | To Be Continued | Davam edəcək | Serial və kinoların sonunun olmadığını, davam edəcəyini bildirən qısaltmadır. |
| POV | Point of View | Aspekt, perspektiv | Bir şəxsin və ya başqasının bir mövzu haqqında subyektiv fikrini bildirən qısaltmadır. |
| noob | Newbie | Yeni şəxs | Oyunlarda və ya internet şəbəkələrində yeni olan insanlar üçün istifadə olunur. |
| N/A | Not Available | Uyğun deyil | Onlayn hər hansı bir şəxs, mövzu, qovluğun hal-hazırda əlçatmaz olduğunu bildirən qısaltmadır. |
| ROFL | Rolling on the Floor Laughing | Gülməkdən yerə sərildim, öldüm gülməkdən | Qəhqəhə atdığınızı bildirən qısaltmadır. |
| RSVP | Repondez s’il vous plait (French) | Cavab verin, xahiş edirəm | İclas və ya konferanslarda iştirak edib etməyəcəyinizi mütləq bildirmənizi deyən qısaltmadır. Fransız dilindədir. |
| PS | Post Script | Qeyd | Mətnlərin sonunda açıqlama vermək üçündür. |
| ASAP | As soon as possible | Mümkün olan ən qısa müddətdə | Bir istəyi və ya bir tələbi ən qısa müddətdə edəcəyinizi bildirir. |
| ILY | I love you | Səni sevirəm | – |
| U | You | Sən | – |
| Sup? | What’s up? | Necəsən? | Hal-əhval soruşmaq üçündür. |
| Gr8 | Great | Super, əla | – |
| ATB | All the best | Sağolun! | Vəda edərkən ən xoş arzularla sağollaşmaqdır. |
| BAE | Baby (Before Anyone Else) | Sevgili | Xüsusilə, gənclər arasında sevgiliyə istifadə olunan xitabdır. |
| PLS | Please | Xahiş edirəm | – |
| XOXO | Hugs and Kisses | Çoxlu öpüş və qucaq (qucaq dolusu öpürəm) | Sağollaşarkən qucaqlıyıb, öpdüyünüzü bildirən qısaltmadır. |
Nümunə Dialoqlar
- A: Sup? (nə var nə yox?)
B: Fine, u? (yaxşıyam, sən?)
A: Gr8, thx! Did you RSVP’d to the event on Thursday? (yaxşıyam, çox sağol. Cümə axşamı olan konferansa qatılacaqsan?)
B: Yes, I’m coming! How about you? (Hə, gəlirəm! Bəs sən?)
A: I’ll be there, too! ICYMI, you have to dress casual. (Mən də orada olacam! Gözdən qaçırmısansa əgər, sadə geyinməlisən.)
B: SMH, I know, I read it in FAQ. (Eynən, bilirəm, ən çox soruşulan suallar başlığında oxumuşam.)
A: Cool, brb! (Əla, qayıdacağam birazdan.)
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
- A: I’m back! (Mən qayıtdım!)
B: Welcome but I have to go! Ttyl! (Xoş gəldin, amma mən getməliyəm! Sonra danışarıq!)
A: Oh okay, c u l8r! (Oh, yaxşı, sonra görüşərik!)
B: XOXO! (qucaq dolusu öpürəm!)
İngilis Dilində Qısaltmalar Sosial Şəbəkələrdə Necə istifadə Olunur?
İngilis dilində istifadə olunan qısaltmaların tələffüzü əksər hallarda uzun halları ilə eyni oxunuşa sahib olduğu üçün, danışıqda çox istifadə olunmaz. Ən çox yazışmalarda istifadə oluna bilmə imkanına sahib qısaltmalardır, hansı ki, sosial şəbəkələrdə dostlarınızla, yaxınlarınızla danışıb, söhbətləşərkən rahatlıqla yaza bilərsiniz. Lakin, e-poçt üzərindən və ya rəqəmsal platformda rəsmi yazışma edəcəksinizsə, qısaltmaların əksəriyyətini istifadə etməyiniz qəti şəkildə etik deyildir. Yuxarıdaki paraqrafda da dediyimiz kimi bəzi qısaltmalar vardır ki, onlar rəsmi yazışmalara da uyğundur. (FAQ, RSVP və s.)
Siyahıda verdiyimiz qısaltmaların xaricində də, ölkələrin, ayların, zamanların da qısaltmaları vardır və onları ətraflı bir şəkildə sizə növbəti paraqraflarda anladacağıq. Qeyd etmək lazımdır ki, əksər hallarda ölkələrin, zaman, tarix və ayların, cinsiyyət xitab qısaltmaları rəsmi məqamlarda istifadə etməyiniz mümkündür və bəzi şərtlərdə istifadə etməyiniz zəruridir.
İngilis Dilində Gün və Ayların Qısaltması
Həftənin Günlərinin Qısaltması:
- Monday (Mon) : Bazar ertəsi
- Tuesday (Tue) : Çərşəmbə axşamı
- Wednesday (Wed) : Çərşəmbə
- Thursday (Thu) : Cümə axşamı
- Friday (Fri) : Cümə
- Saturday (Sat) : Şənbə
- Sunday (Sun) : Bazar
Ayların Qısaltması:
- January (Jan) : Yanvar
- February (Feb) : Fevral
- March (Mar) : Mart
- April (Apr) : Aprel
- May (-) : May
- June (Jun) : İyun
- July (Jul) : İyul
- August (Aug) : Avqust
- September (Sep) : Sentyabr
- October (Oct) : Oktyabr
- November (Nov) : Noyabr
- December (Dec) : Dekabr
İngilis Dilində Mesaj Qısaltmaları
- & – and – və
- 0 – nothing – heç bir şey
- 2 – two, to, too – 2, infinitive (istiqamət), da, də
- – smile – gülümsəmək
- :* – kiss – öpüş
- :)) – very happy – çox xoşbəxt
- :0 – shocked – şok olmuş
- :”) – blushing – üzü qızarmış
- – Déjà vu – deja vu
- <:3) – mouse – siçan işarəsi
- :@) – pig – donuz işarəsi
- :’) – tears of laughter – gülməkdən gözlərin yaşarması
- – stick tongue out – dil çıxarmaq
- :(*) – you make me sick – məni dəli edirsən
- x( – you are mad – əsəbisən
- :” – whistling – fit çalmaq
- – wink – göz vurmaq
- :@ – screaming – qışqırmaq
- O:) – saintly – məsum, mələk işarəsi
İngilis Dilində Söhbət Qısaltmaları
- A – a / an – bir
- B – be – olmaq
- B4 – before – əvvəl
- BC – because – çünki
- BK – back – geri
- BRO – brother – qardaş
- BT – but – amma
- C – see – görmək
- D8 – date – tarix, görüşmək
- DNR – dinner – şam yeməyi
- EZ – easy – asan
- F8 – fate – qismət, taleh
- HOLS – holidays – tətil
- HV – have – sahib olmaq
- KDS – kids – uşaqlar
- L8 – late – gec
- L8R – later – sonra
- M8 – mate – dostum
- NE1 – anyone – kimsə
- PS – parents – validenylər
- QT – cutie – şirin, sevimli
- R – are – -sən, -siniz, vs.
- SIS – sister – bacı
- SKOOL – school – məktəb
- SMMR – summer – yay
- WR – were – are keçmiş halı
- A3 – anyplace, anytime, anywhere – hər yerdə, hər zaman
- ASAP – as soon as possible – mükün olduğu qədər tez, yaxın, və s.
- B4N – b ye for now – hələlik (sağollaşmaq)
- BAU – business as usual – hər zamanki işlər
- CUL – see you later – sonra görüşərik
- CWOT – complete waste of time – tamamilə vaxt itkisi
- FTF – face to face – üz-üzə
- GMTA – great minds think alike – ağlın yolu birdir
- HAND – have a nice day – xoş günlər
- HRU – how are you? – necəsən?
- ICBW – it could be worse – daha pis ola bilərdi
- IDTS – I don’t think so – məncə elə deyil, elə düşünmürəm
- IMHO – in my humble opinion – mənə görə, mənim fikrimcə
- IYKWIM – if you know what I mean – nə demək istədiyimi bilirsən
- KOTC – kiss on the cheek – yanaqdan öpüş
- LTNS – long-time no see – uzun zaman oldu
- Luv U2 – I love you too – mən də səni sevirəm
- MON – the middle of nowhere – bilinməyən, səssiz bir yer
- MTE – my thoughts exactly – məncə də, tamamilə qatılıram
- MU – I miss you – sənin üçün darıxdım
- MUSM – I miss you so much – sənin üçün çox darıxdım
- NP – no problem – problem deyil
- OIC – oh, I see – anladım
- PC&QT – peace and quiet – hüzur və səssizlik içində dincəlmək
- PCM – please call me – mənə zəng et
- RUOK – are you ok? – yaxşısan? Hər şey yolundadır?
- THNQ – thank you – təşəkkürlər
- UROK – you are okay – yaxşısan
- XLNT – excellent – mükəmməl
İngilis Dilində Zaman Qısaltmaları
İngilis dilində ən məşhur olan A.M. və P.M. qısaltmaları mövcuddur. A.M. və P.M. Latın dilində ixtisarlardır. A.M. “Ante Meridiem” deməkdir, “günortadan əvvəl”; P.M. “Post Meridiem” “günortadan sonra” deməkdir. Yəni, hərkəsin bildiyi və istifadə etdiyi 24 saatlıq periodla 12 saatlıq periodu qarşılaşdırsaq;
- 05 – 12.05 AM
- 00 – 01.00 AM
- 00 – 02.00 AM
- 00 – 03.00 AM
- 00 – 04.00 AM
- 00 – 05.00 AM
- 00 – 06.00 AM
- 00 – 07.00 AM
- 00 – 08.00 AM
- 00 – 09.00 AM
- 00 – 10.00 AM
- 00 – 11.00 AM
- 05 – 12.05 PM
- 00 – 01.00 PM
- 00 – 02.00 PM
- 00 – 03.00 PM
- 00 – 04.00 PM
- 00 – 05.00 PM
- 00 – 06.00 PM
- 00 – 07.00 PM
- 00 – 08.00 PM
- 00 – 09.00 PM
- 00 – 10.00 PM
- 00 – 11.00 PM
İngilis Dilində İxtisas Qısaltmaları
- ACCT – Mühasib
- ADMIN – İdarəçi
- ADV – Müşavir
- APPL – Müraciət edən
- APR – Şagird
- ASST – köməkçi
- ATTD – köməkçi
- AUD – Audiologist
- CHANC – kansler
- CEO – Baş İcraçı Direktor
- CFO – Baş maliyyə direktoru
- CMO – Baş marketinq direktoru
- COORD – Koordinator
- DSGN – Dizayner
- DEVL – Geliştirici
- DIR – Direktor
- ELEC – Elektrikçi
- EMPL – İşəgötürən
- ENG – Engineer
- EXEC – ardıcıl
- FAC – Fakültə
- GSN – Ümumi heyət tibb bacısı
- HR – İnsan resursu
- INSP – Müfəttiş
- INSTR – təlimatçı
- INT – aralıq
- LEC – müəllim
- LIBR – Kitabxanaçı
- MACH – Maşınçı
- MGR – Menecer
- MECH – Mexanika
- MICRO – Mikroskopist
- OFF – Məmur
- OPER -Operator
- PA – Şəxsi köməkçi
- PHYSN – Həkim
- FİZİO – fizioloq
- PRES – Prezident
- PRIN – Əsas
- PROF – Prof.
- PROG – Proqramçı
- PUBL – Naşir
- REGR – Qeyd
- SUPR – Nəzarətçi
- TECH -Texnik
- TRNE – Tələbə
- TRNR – Təlimçi
- VP -Vice Prezident
- WKR – İşçi
İngilis Dilində Ölkə Qısaltmaları
İngilis dilində ölkə qısaltmaları ölkə kodları başlığı nəzdində gedir və bütün ölkənin kodlarını, açılışını https://abbreviations.yourdictionary.com/articles/country-abbreviations.html saytından öyrənməyiniz mümkündür. Bütün ölkə kodları və açılışından savayı, hərkəsin bildiyi Amerika, İngiltərə kimi ölkələrin özünəməxsus qısaltmaları mövcuddur və demək olar hər yerdə öz qısaltmaları ilə istifadə olunur;
- USA, US – United States of America (Amerika) – ABŞ (Amerika Birləşmiş Statları)
- UK – United Kingdom (England) – Böyük Britaniya (İngiltərə)
İngilis Dilində Xanım, Cənab Qısaltmaları
- Mr. – Kişilər üçün istifadə olunur. Şəxsin subay və ya evli olmağının əhəmiyyəti yoxdur. Soyad əvvəl gətirilməlidir.
- Mrs . – Evli xanımlar üçün istifadə olunur. Soyadlardan əvvəl gətirilir.
- Miss. – Soyadın qarşısında gətirərək subay qadınlar üçün istifadə olunur.
- Ms. – Mədəni durumundan asılı olmayaraq, subay və ya evli qadınlar üçün istifadə edilə bilər. Bu qısaltma adətən qarşımızdakı insanın evli olub-olmadığını dəqiq bilməyəndə istifadə etdiyimiz bir qısaltmadır.
Məsələn, Isla Fisher ilə danışırıq və onun evli və ya subay olduğunu bilmirik. Sonra ona müraciət edərkən etibarlı yolu seçdi, Yaxşı olar ki, Fişiyə zəng edək, özümüzü təmin edək.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
İngilis Dili Səviyyələri
İngilis dili səviyyə testi yazının sonunda qeyd olunub. İmtahandan keç ingilis dili səviyyəni müəyyən elə!
“Ingilis dilini bilirsən?”
Bizə bu sual veriləndə çox vaxt cavab verməkdə çətinlik çəkirik . Hə deyim yoxsa, yox? Bu sualın cavabını hə və ya yox cavabı ilə məhdudlaşdırmaq mümkün deyil. Daha aydın cavab demək olar ki, mən bu səviyyədə ingilis dilində danışıram. Yaxşı, gəlin danışdığımız ingilis dili səviyyələrini və onlar haqqında nələri bilməli olduğumuzu öyrənək və onlara ətraflı nəzər salaq.
İngilis dili səviyyələri hansılardır?
A1 – Beginner (Başlanğıc səviyyə)
A2 – Elementary (İbtidai səviyyə)
B1 – Pre-Intermediate (Orta səviyyədən öncə)
B2 – Intermediate (Orta səviyyə)
C1- Upper-Indermediate (orta səviyyədən yuxarı)
C2 – Advanced (Qabaqcıl, inkişaf etmiş səviyyə)
6 səviyyədən ibarətdir.
Beginner səviyyəsi haqqında (A1)
Azərbaycan dilində “başlanğıc” mənasını verən beginner səviyyəsi insanların ingilis dilini öyrənməyə başladığı mərhələdir. Bu səviyyədə ingilis dilində danışan insanlar sadə ifadələr işlədə bilirlər. Onlar gündəlik olaraq istifadə etdiyimiz əsas söz ehtiyatlarından çox azına sahibdirlər. Sadəcə özlərini təqdim edə bilərlər. Onlar kim olduqları, harada yaşadıqları, tanıdıqları insanlar və sahib olduqları şeylər kimi şəxsi məlumatlar haqqında suallar və cavab verə bilərlər. Qarşındakı insan yavaş danışarsa, o, azda olsa ünsiyyət qura bilər və çox məlumatlı olduqları mövzularda qısa cümlələrlə cavab verə bilərlər.
Sonda deyə bilərik ki, onlar yalnız qısa şəkildə özlərini təqdim etmək üçün kifayət qədər məlumata sahibdirlər və ünsiyyət qurmaq imkanları çox məhduddur.
Elementary səviyyəsi haqqında (A2)
Azərbaycanca “əsas” mənasını verən Elementary səviyyəsində olan insanlar, özlərini Beginner səviyyəsindən daha yaxşı ifadə edirlər. Çünki onlara görə daha çox söz bazasına sahib olduqları üçün,özlərinə olan inamı daha çoxdur. Onlar şəxsi və ailə məlumatlarını, maraq dairələrini və bu sahələr haqqında məlumatları təsvir etmək üçün kifayət qədər aydın cümlələr qura bilirlər. Gündəlik fəaliyyətlər və vərdişləri haqqında sadə dildə ünsiyyət qura bilirlər. Məsələn: “Bugün idman zalına getmək üçün çölə çıxdım” (“I went out to the gym today”) və ya ” Qızımı 2 saata həkimə aparıram “. (I will take my daughter to the doctor 2 hours later.) kimi cümlələr qura bilirlər.
Qısacası; gündəlik həyatda danışmaq üçün kifayət qədər əsas məlumatlara malikdirlər və bu məlumatlarla ünsiyyət qura bilirlər.
Pre-Intermediate səviyyəsi haqqında (B1)
Artıq biz özümüz haqqıda rahat şəkildə danışa biləcəyimiz bir səviyyəyə gəldik.”Orta səviyyədən əvvəl”, yəni pre-intermediate səviyyəsi haqqında çox adamdan eşitmiş ola bilərsiniz. Bu səviyyədə olan insanlar söhbətin əsas məqamlarını, bir çox radio, telekanal və qəzetlərdə baş verən hadisələri və ya şəxsi maraqlarına uyğun olan məsələlərin əsas məqamlarını anlaya bilirlər Mövzular tanış olduqları hadisələrə aiddirsə, başa düşülən ingilis dilində yazılmış mətnləri oxuya bilərlər. O, təkcə anlamaqla kifayətlənmir, həm də müzakirə olunan mövzulara münasibət bildirərək söhbətə müdaxilə edir.Sadəcə olaraq yaşadığı hadisə və təcrübələri, hiss və düşüncələrini çatdıra bilir. Çox əhatəli olmasa da, xəyallarını danışa və istəklərini sadə səviyyədə ifadə edə bilər. Əgər ingilis dili səviyyəniz Pre-İntermediate-dirsə , rahatlıqla xaricə səyahət edə biləcəksiniz.
Qısacası onlar, gündəlik həyatı, cari hadisələri və maraq doğuran mövzuları başa düşə və danışa bilərlər.
Intermediate səviyyəsi haqqında (B2)
Intermediate, yəni “orta səviyyə”, doğma ingiliscə danışanlarla səlis və aydın ünsiyyət qura bilirlər. Sadə cümlələrdən kənara çıxır, digər səviyyələrdə olduğu kimi, daha mürəkkəb ideya və düşüncələri anlayır və onlara asanlıqla cavab verir. Gündəlik söhbətlərdə səlis və başa düşüləndirlər. Intermediate səviyyəsində olan insanlar daha çox söz bildikləri üçün sözlərin öyrənilməsinə deyil, vurğuya diqqət yetirməyə başlayırlar. Bu zaman sözlərin düzgün tələffüzünü başa düşməlisiniz. Onlar bir çox mövzularda mətnləri aydın və ətraflı yaza bilir. IELTS və TOEFL almaq istəyən şəxslər bu səviyyədən başlaya bilərlər.
Toefl nədir adlı blog yazımız: klik edin
IELTS nədir adlı blog yazımız: klik edin
Nəhayət; Əgər B2 səviyyəniz varsa, əminliklə “Mən ingiliscə danışa bilərəm” deyə bilərsiniz.
Upper-Intermediate səviyyəsi haqqında (C1)
Orta səviyyənin son mərhələsi olan C1-də siz gündəlik həyatda ehtiyac duyacağınız ingilis dilini tam olaraq öyrənəcəksiniz. Siz ağlınıza gələn hər bir şeyi ingilis dilində danışa, fərqli vurğuları başa düşə, ingiliscə mətni oxuya və asanlıqla tərcümə edə bilərsiniz. Bu, ümumi ingilis(General English) dilinin bitdiyi və akademik ingilis dilinə keçdiyi səviyyədir, burada o, ingilis dilindən danışıq/yazılı formada səlis, düzgün və doğru istifadə edə bilər. Siz öz peşənizlə bağlı təqdimatlar edə, məktub yaza və asanlıqla cavab verə bilərsiniz. Uzun nitqləri və mühazirələri, hətta fərqli vurğu ilə tərs cümlələri də başa düşə bilərsiniz. Siz bütün sosial xəbər şəbəkələrində və TV-də video və proqramları izləyə, filmləri altyazısız izləyə bilərsiniz.
Advanced səviyyəsi haqqında (C2)
Yüksək səviyyədə ingilis dilində danışıla bilən bir səviyyədir. Əgər Advanced (C2) səviyyəsindəsinizsə, ingilis dilindən ana dili kimi istifadə edə bilərsiniz. Fikirlərinizi ətraflı, uzun və səlis şəkildə ifadə edə bilərsiniz. İstəsəniz, uzun söhbətləri asanlıqla başa düşə, film və seriallara altyazısız baxa və hətta ingilis dilində kitab da yaza bilərsiniz. Fərqli vurğuları, deyimləri və tərs cümlələri başa düşə bilərsiniz.
Bu səviyyəni qısaca təsvir etmək istəsək; İngilis dilinin rəsmi dil olduğu istənilən ölkədə, məsələn, İngiltərə və Amerikada və ya başqa dildə danışılan hər hansı ölkədə asanlıqla yaşamaq üçün kifayət qədər ingilis dilini bilirsiniz.
İngilis dili imtahanı
Əgər sizdə İngilis dili səviyyənizi öyrənmək istəyirsinizsə, aşağıdakı linkə keçid edərək, ödənişsiz səviyyə imtahanı verə, İngilis dili səviyyənizi öyrənə bilərsiniz.
Professional İngilis dili müəllimi olmaq istəyirsən?
Mövzu ilə əlaqədar internetdə bir qədər axtarışlar apardım. Onu qeyd edim ki, Azərbaycan dilində bu haqda heç bir məlumat tapmaq mümkün deyil. Sadəcə İngilis dilində və digər dillərdə məlumat tapmaq olar. Təbii ki, Azərbaycan dilində bu haqda məlumat olmadığından bir çox insanların TEFL / TESOL proqramının nədən ibarət olduğundan məlumatı yoxdu. Bu yazıda TEFL / TESOL haqqında əldə etdiyim məlumatları sizlərlə bölüşəcəyəm.
TEFL /TESOL nədir?
Bu proqram ilk dəfə ABŞ – da yaranmışdır. İlk vaxtlar insanların az diqqətin cəlb etsə də sonralar dünyada məşhurlaşmışdır. Proqram İngilis dili müəllimləri üçün nəzərdə tutulmuşdur. İngilis dili müəllimliyi üzrə pedoqoji biliklərini artırmaq istəyənlər, professional İngilis dili müəllimi olmaq istəyənlər bu proqramdan istifadə edə bilər. Siz TEFL/ TESOL kursunu keçib sertifikat əldə etdikdən sonra həm Azərbaycanda, həm də dünyanın istənilən ölkəsində İngilis dili dərsləri tədris edə bilərsiniz. TEFL / TESOL kursu zamanı həm nəzəri dərslər, həm də praktik dərslər keçirilir. Nəzəri dərslərdə təcrübəli bir müəllim kimi formalaşmaq, fərqli dərs metodikaları və yanaşmalarla tanış olub onları öyrənirsiniz.Bundan əlavə siz nəzəri dərslərdə sinfin idarə olunması, dərslərdə vaxtı bölüşdürmək kimi qaydaları beynəlxalq səviyyədə öyrənmək imkanınız olacaqdır. Bunula bərabər, İngilis dilinin fonetikasını, morfologiyasını və sintaktika bölmələrini öyrənmək imkanınız vardır. Praktik dərslərdə siz nəzəri dərslərdə öyrəndiklərinizi tətbiq etməyə başlayacaqsınız. Kursu bitirdikdə sizə sertifikat verilir. Sertifikatı əldə etmək bir o qədər də asan deyil. Siz bunun üçün kurs keçdiyiniz müddətdə verilən tapşırıqları uğurla yerinə yetirməlisiz.
Lakin sertifikat almaq üçün konkret imtahan tələb olunmur. Siz kurs müddətində yazdığınız inşalar, esselər və digər yazılar bir yerə toplanaraq yoxlanılıb qiymət verilir. Əgər siz kurs müddətində bütün çalışmalarınızı yerinə yetirminizsə, o zaman sizin sertifikat almağınızda heç bir problem olmayacaq. Sizə verilən sertifikat üç səviyyədə olur:
- Pass Grade- Kafi ( 50% – dən yuxarı)
- Merit-based Grade – orta ( 65% – dən yuxarı)
- Distinction Grade – əla ( 85% – dən yuxarı)
TEFL /TESOL kursunun üstünlükləri nədir?
- Professional İngilis dili müəllimi olmaq
- Dünyanın istənilən ölkəsində İngilis dili tədris etmək imkanı
- Yüksək məvacibli iş imkanları
- Pedoqogika sahəsində mühüm bilikləri əldə etmək
TEFL /TESOL necə əldə etmək olar?
Bu proqram neçə illər idi ki, Azərbaycanlılar üçün əlçatmaz olmuşdur. Xaricdə bu kursu keçmək bahalı olduğundan Azərbaycanlılar üçün müşkül məsələ olmuşdur. Lakin artıq belə problem qalmayıb. TEFL / TESOL kursunu İngilis dili müəllimləri artıq Azərbaycanda da keçə bilərlər.
CELT şirkətində fəaliyyət göstərən TEFL/ TESOL kursları sizin karyeranızın inkişafında mühüm xidmətləri olacaqdır. Kursun keçirilmə müddəti 3 aydır. Kurs keçib bitirdikdən sonra siz həyatınızda və karyeranızda olan dəyişikliklərin şahidi olacaqsınız. Arzularınız reallığa çevriləcək. Beləliklə, siz CELT şirkətində 3 ay müddətində bu kursdan keçə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.