Press "Enter" to skip to content

Mətbuat icmalı: Mikayıl Cabbarov: İxtiraçılıq sahəsinin inkişafına diqqət artırılmalıdır

Şəklin mənbəyi, Justin Sullivan

Son dəqiqə! Dollar 9 aylıq maksimumu yenilədi

Bugünkü ticarət sessiyasında dolların indeksi 9 aylıq maksimumu yeniləyib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır.

Dolların indeksi 0,44% möhkəmlənərək 99,5 səviyyəsinədək yüksəlib. Bunadək isə ABŞ-ın milli valyutasının indeksi yanvarın 29-dan etibarən ən yüksək göstərici hesab olunan 99,68 səviyyəsinədək irəliləməyi bacarıb.

Dolları bahalaşdıran əsas amillərdən biri də odur ki, investorlar ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın administrasiyasından inflyasiyanın yüksəldilməsi istiqamətində zəruri addımların atılacağını gözləyir. Bu gözləntilər ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyini 2,2% artıraraq 10 aylıq maksimum səviyyəyə çatdırıb.

Dollar Yaponiya yeninə qarşı 0,8% bahalaşaraq 107,56 səviyyəsində qərarlaşıb. Halbuki, bundan öncə dollar 107,595 yenə qədər bahalaşmışdı ki, bu da iyunun 7-dən etibarən maksimumdur.

Avro 0,52% ucuzlaşaraq 1,0794 dollaradək geriləyib. Bundan öncə Avrozonanın vahid valyutasının dollara qarşı məzənnəsi hətta 1,0773 səviyyəsinədək enib ki, bu da yanvarın əvvəlindən minimal göstəricidir.

Funt sterlinq isə 0,3% ucuzlaşaraq 1,2559 dollara çatıb.

İqtisadiyyat Baxılıb: 3204 Tarix: 14 noyabr 2016

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Manatla bağlı ŞOK PROQNOZ – dollar 2,50 AZN olacaq

Əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 1,0773 səviyyəsinə kimi geriləyərək son 10 ayın minimal həddinə enib. “Report”un analitik qrupu xəbər verir ki, bu il yanvarın 7-də məzənnə 1,0769 səviyyəsində olub. Məzənnənin geriləməsinə əsas səbəb kimi dolların dünya valyuta bazarında möhkəmlənməs

Neft kəskin ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb. APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar azalaraq 43,38 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelini

Dollar həftəyə belə başladı – Rəsmi məzənnə

Azərbaycan Mərkəzi Bankı 14 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan -a verilən məlumata görə, noyabrın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6954 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi isə 1,8307 manat təşkil edir. 1 tür

Diqqət! Dekabrda 1 dollar 1.90 manatdan baha satıla bilər

Ötən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyyəsinədək düşmüşdü. Aradakı 25 gün ərzində dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir. ” “a istinadən xəbər verir ki, əgər Mərkəz

Manatı dirçəltmək üçün bu addımlar atılacaq -Mərkəzi Bankdan həlledici QƏRAR

Mərkəzi Bank 2016-cı ilin 9 ayı üzrə “Pul siyasəti icmalı”nı yayımlayıb. -ın məlumatına görə, İcmalda deyilir ki,2016-cı ilin 9 ayında pul siyasəti alətləri üzrə qərarlar inflyasiya risklərinin qiymətləndirilməsi əsasında və manata etimadın artırılması istiqamətində qəbul edilmişdir. Eyni zamanda

Dolların məzənnəsi AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı (AMB) USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 0,5% artaraq 1,6954 səviyyəsində müəyyən olunub

Təcili! Mərkəzi Bankın valyuta ehtiyatları kəskin AZALDI

2016-cı ilin 9 ayı ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Bu haqda Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında məlumat verilib. Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcm

SON DƏQİQƏ! Banklar dollar qadağasına başladı

Ekspertlər FES toplantısının qərarından asılı olmayaraq, vəziyyətin ciddiliyini vurğulayırlar. Milli valyuta olan manat dollar qarşısında hər gün bir az da dəyər itirməkdədir. Mərkəzi Bankmanatın noyabrın 11-nə olan rəsmi məzənnəsini açıqlayıb və məlum olub ki, dollar bir gün əvvəllə müqayisədə 0,5

Son dəqiqə! Bakıda dollar satışı dayandı – Banklar monitorları söndürdü – FOTOLAR

Dolların məzənnəsi qalxdıqca bəzi banklar yalnız dollar yığmaqla məşğul olur. Açıq dollar satışı həyata keçirən banklar isə istənilən məbləğdə dollar satışı üçün şəxsiyyət vəsiqəsi tələb edir. -ya istinadən bildirir ki, əməkdaşı bu gün bankların dollar satıb-satmadığını öyrənmək üçün bir neçə bank filialınd

Mətbuat icmalı: Mikayıl Cabbarov: “İxtiraçılıq sahəsinin inkişafına diqqət artırılmalıdır”

“Azərbaycan”: Tərtərdə ötən illə müqayisədə 2,4 dəfə çox pambıq tədarük olunub

Tərtər rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda cari ilin məhsulu üçün 1035 hektar sahədə pambıq becərilib və hazırda tarlalarda məhsul yığımı davam edir.

Məlumata görə, torpaq mülkiyyətçiləri bu günə qədər 2031,3 ton məhsul toplayıblar. “Ötən ilin eyni dövrü ilə müqayisədə pambığın əkin sahəsi 88,2 faiz, məhsul isə 1199,3 ton və ya 2,4 dəfə çoxdur. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC-yə təhvil verilir,” – məlumatda deyilir.

“Xalq qəzeti”: Mərkəzi Bank: Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 4,3 dəfə üstələyib

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

“”APA-Economics” Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən məlumat verir ki, bu ilin 9 ayının sonuna strateji valyuta ehtiyatları 38,5 milyard ABŞ dolları təşkil edərək 29 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4,3 dəfə üstələyib.

Məlumata əsasən, strateji valyuta ehtiyatlarının həcmi cari ilin yekunu üzrə gözlənilən ÜDM-in həcmini üstələyir,” deyə qəzet yazır.

report.az: “Coca-Cola” Azərbaycan Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Şəklin mənbəyi, Justin Sullivan

“Azərbaycan “Coca-cola” Bottlers Limited” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

“Coca-Cola” qərarların ləğv edilməsi barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə iddianı təmin etməyib. Qərardan narazı qalan “Azərbaycan “Coca-cola” Bottlers Limited” MMC apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacağı bildirilir.

report.az: Mikayıl Cabbarov: “İxtiraçılıq sahəsinin inkişafına diqqət artırılmalıdır”

Təhsil naziri Mikayıl Cabbarov “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktur müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib:

“Bugünkü şəraitdə ixtiraçılıq sahəsinin inkişafına və bu sahədə əqli mülkiyyət hüquqlarının qorunmasına diqqət artırılmalıdır”.

Nazir qeyd edib ki, bu gün ali təhsil müəssisələrindən əsas gözləntilər elm və bilik məbədi kimi fəaliyyət göstərməklə kifayətlənmir: “Onlar həm də yaradılan bilik və texnologiyaları tətbiq etməklə iqtisadi artım mərkəzlərinə sürətlə çevrilirlər”.

M.Cabbarov həmçinin bildirib ki, istənilən elmi fəaliyyətin həyata keçirilməsi üçün cəmiyyət, dövlət, biznes strukturları tərəfindən alətlər təqdim edilməlidir.

2017-ci ilin yanvar-sentyabr aylarında sənaye istehsalı haqqında

2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1 faiz artmış, neft sektorunda isə 6,6 faiz azalmışdır.

Sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda, 24,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 8,0 faiz, əmtəəlik qaz hasilatı isə 3,4 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 0,7 faiz, içkilərin istehsalı 26,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 73,8 faiz, geyim istehsalı 37,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 51,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 85,2 faiz, tikinti materiallarının istehsalı 29,3 faiz, kompüter və elektron məhsulların istehsalı 35,0 faiz, elektrik avadanlıqlarının istehsalı 65,7 faiz, maşın və avadanlıqların istehsalı 27,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,7 faiz, mebel istehsalı 16,6 faiz artmış, tütün məmulatlarının istehsalı 12,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,3 faiz, kağız və karton istehsalı 1,4 faiz, poliqrafiya məhsullarının istehsalı 38,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,7 faiz, hazır metal məmulatlarının istehsalı 26,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 49,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,0 faiz azalmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.