Universitetlərə qəbul olmaq üçün keçid balları açıqlanıb
Məsələn, “Elektroenergetika mühəndisliyi” ixtisasının Azərbaycan bölməsinə qəbul olan sonuncu abituriyentin balı 455 bal olduğu halda, rus bölməsinin həmin ixtisasının keçid balı 238 formalaşmışdır. “Elektrik mühəndisli” ixtisasında bu fərq müvafiq olaraq 416 və 253 bal təşkil edir. Azərbaycan Dövlət İqtisad Universitetində də bu sahədə vəziyyət ürəkaçan deyil. “Beynəlxalq münasibətlər” (438 bal), “Maliyyə” (415 bal), “İnformasiya texnologiyalar və sistemləri mühəndisliyi” (519 bal ) ixtisaslarında keçid balı yüksək olsa da, rus bölməsi üzrə həmin ixtisaslara keçid balı müvafiq olaraq 288, 288 və 258 bal olub.
2017 qəbul balları
Bu gün DİM-tərəfindən “Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub. Burada ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib.
“Qafqazinfo” təhsil eksperti Kamran Əsədovun ixtisas seçimi ilə bağlı abturiyentlərə tövsiyələrini təqdim edir:
“Təəssüf ki, hər il minlərlə abituriyent ixtisas seçimi zamanı buraxdığı səhvə görə ali məktəbə qəbul ola bilmir, ixtisas seçimi prosesi zamanı diqqətli olun.
Hər kəsi narahat edən bir sual var ki, bu il keçid balı neçə bal olacaq?
Qeyd edim ki, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir. Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyil. Çünki bu, ixtisas seçimindən sonra bəlli olur.
Bu il bütün ixtisaslar üzrə müsabiqəyə buraxılış balının 200 olmasına baxmayaraq 150 bal toplayan abiturientlərdə ixtisas seçimində iştirak edə bilər. Özəl və ya Bakı şəhərindən başqa şəhər və rayon dövlət universitetlərinə qəbul olmaq şansı vardır.
2019-cu ildə ixtisaslar üzrə formalaşacaq ballar haqqında qabaqcadan dəqiq məlumat vermək düzgün deyil. Qəbul imtahandan sonra keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur.
Kamran Əsədov
Əziz abituriyentlər, bu il ixtisas seçimi edərkən 2018-ci ildə formalaşmış ballara çox ümid edib seçim etməyin. Bu xüsusi ilə ödənişsiz plan yerləri ilə bağlıdır. 2019-cu ildə ödənişsiz plan yerlərinə qəbul zamanı ballar ciddi şəkildə aşağı düşəcək.
Belə ki, 2019-2020-ci il qəbul ilində ödənişsiz plan yerlərinin sayı 31 faizdən 45 faizə çatdırıldı. Yəni keçən il 12 min tələbə pulsuz təhsil alırdısa, bu il 21 min, yəni plan yerinin azı 45 faizi ödənişsiz plan yeri olacaq. Eyni zamanda bu il ümumi plan yerlərinin sayı da artırılaraq 48 minə çatdırıldı və bu o deməkdir ki, bu il 48-min abituriyentin tələbə adı qazanmaq imkanı var.
Misal üçün I ixtisas qrupu üzrə Riyaziyyatdan 2018-ci ildə dövlət sifarişli yerin sayı 75 plan yeri idi, bu il 150 ödənişsiz plan yeri ayrılıb. Riyaziyyat müəllimliyi ixtisası üzrə 2018-ci ildə dövlət sifarişli yerin sayı 260 plan idi, bu il ödənişsiz yer 300 oldu, Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə 2018-ci ildə 260 pulsuz yer var idi, bu il pulsuz yer 385 – ə qaldırıldı.
II ixtisas qrupunda Beynəlxalq münasibətlərdə 2018-ci ildə 50 pulsuz yer var idisə, 2019-da bu 80 oldu, Coğrafiya müəllimliyində dövlət sifarişli yerlər 2018-də 120 yer idisə, bu il 175 pulsuz yer ayrılıb. Maliyyə ixtisası üzrə 2018-ci ildə 90 pulsuz yer var idi, bu il 160 yer ayrılıb pulsuz plan yerinə. Mühasibat ucotu və audit üzrə 2018-ci ildə 165 pulsuz yer var idisə, 2019-cu ildə bu rəqəm 275-ə qaldırıldı. İqtisadiyyat ixtisası üzrə 2018-də 200 pulsuz yer var idisə, 2019-da bu rəqəm 305-ə qaldırılıb.
III ixtisas qrupu üzrə Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi üzrə 2018-ci ildə 240 yer pulsuz idisə, 2019-da bu ixtisasa 444 ödənişsiz yer ayrılıb. Tarix müəllimliyi üzrə 2018-ci ildə 160 pulsuz plan yeri var idisə, bu il ödənişsiz plan sayı 235-ə qaldırılıb. Hüquqşunaslıq ixtisası üzrə 2018-ci ildə cəmi 100 pulsuz yer var idisə, bu il, 2019-cu ildə Hüquqşunaslıq üzrə ödənişsiz plan yerlərinin sayı 215-ə qaldırlıb. Tərcümə ixtisası üzrə 2018-ci ildə 100 plan yeri var idisə, 2019-cu ildə bu ixtisasın pulsuzuna 180 plan yeri ayrılıb.
IV ixtisas qrupu üzrə Müalicə işi 2018-ci ildə 320 pulsuz yer var idisə, 2019-cu ildə Müalicə işi ixtisası üzrə 550 yer ayrılıb. Biologiya ixtisası üzrə 2018-ci ildə 70 pulsuz yer var idisə, bu il, 2019-da bu ixtisas üzrə 150 ödənişsiz yer ayrılıb. Stomotologiya üzrə 2018-ci ildə 30 dövlət sifarişli yer var idisə, bu il pulsuz yerin sayı 65-ə çatdırılıb.
Bu rəqəmlər o deməkdir ki, 2019-cu ildə ödənişsiz ixtisalar üzrə keçid ballarında azalma olacaq. Yəni missal üçün 2018-ci ildə Hüquqşunaslıq üzrə 670 balla ödənişsizə qəbul olmaq mümkün idisə, 2019-cu ildə bu bal bir az aşağı olacaq. Bütün ixtisaslar üzrə ödənişsiz yerlərin ballarında 20-30, müəyyən ixtisaslar üzrə isə, xüsusi ilə II ixtisas qrupunda daha çox bal aşağı düşəcək. Yəni bu il abituriyentlərin daha az balla ödənişsiz ixtisaslara qəbul olmaq şansı var”.
Universitetlərə qəbul olmaq üçün keçid balları açıqlanıb
Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müsabiqə şərtləri açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) İstiPress-ə verilən məlumata görə, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.
DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: “Belə ki, I qrupun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-da az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), “Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”.
Qəbulda şok faktlar: Rus bölməsinin imtiyazları nəyə xidmət edir?
Aznews.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı statistikaya əsasən, bu mərhələdə 32276 nəfər tələbə adı qazanıb və ayrılan plan yerləri 83.12 faiz dolub. Hazırda isə boş qalmış yerlərə (6555 yer) ixtisas seçimi davam edir.
Onu da bildirək ki, ali məktəblərə qəbul olan şəxslərin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Qəbul nəticəsində hər bir ixtisas üzrə formalaşmış keçid balları da həmin jurnalda qeyd olunub. Elə bu məlumatlarla tanışlıq bizdə şok effekti yaradacaq bir məsələyə diqqət ayırmağımıza sövq etdi.
Belə ki, Azərbaycan və rus bölmələrinə müsabiqə zamanı ikili yanaşmanın mövcud olduğu və nəticədə rus bölməsinə sənəd verənlərin əksər ixtisaslara daha asan, yəni daha az balla qəbul olmasına süni şərait yaradıldığı üzə çıxır.
Gəlin onlarla belə nümunənin bir neçəsi ilə tanış olaq:
Məsələn, I ixtisas qrupunda Bakı Dövlət Universitetinin “fizika müəllimliyi” ixtisasına Azərbaycan bölməsində qəbul olan ən minimal bal 425 olduğu halda, rus bölməsində bu 202 baldır. Həmin universitetin “riyaziyyat müəllimliyi”nə Azərbaycan bölməsində 507 bal, rus bölməsində isə 202 bal, “Tarix müəllimliyi”nə 546 bal, rus bölməsində 288 bal, “Coğrafiya müəllimi” ixtisasına 440 bal, rus bölməsində 200 bal, “Sosiologiya” ixtisasında Azərbaycan bölməsində 455 bal, rus bölməsində 212 bal, hüquqşünaslıqda Azərbaycan bölməsində 507 bal, rus bölməsində 256 bal olub.
Kəskin fərq Azərbaycan Dövlət Neft Akademiyasının əksər ixtisaslarında da müşahidə olunur.
Məsələn, “Elektroenergetika mühəndisliyi” ixtisasının Azərbaycan bölməsinə qəbul olan sonuncu abituriyentin balı 455 bal olduğu halda, rus bölməsinin həmin ixtisasının keçid balı 238 formalaşmışdır. “Elektrik mühəndisli” ixtisasında bu fərq müvafiq olaraq 416 və 253 bal təşkil edir. Azərbaycan Dövlət İqtisad Universitetində də bu sahədə vəziyyət ürəkaçan deyil. “Beynəlxalq münasibətlər” (438 bal), “Maliyyə” (415 bal), “İnformasiya texnologiyalar və sistemləri mühəndisliyi” (519 bal ) ixtisaslarında keçid balı yüksək olsa da, rus bölməsi üzrə həmin ixtisaslara keçid balı müvafiq olaraq 288, 288 və 258 bal olub.
Beləliklə, bəzi ixtisasları çıxmaq şərti ilə, demək olar birgə müsabiqə aparılmayan bütün ixtisaslarda rus bölməsinin bu cür “üstünlüyü” göz qabağındadır. Bəs bu ikili standartın yaranmasına yol açan səbəb nədir? Azərbaycanda 2015-ci ildə ali məktəblərin ixtisas seçimində iştirak hüququ olan abituriyentlərin (38799 nəfər) təqribən 11 faizi (3665 nəfər) rus bölməsi abituriyenti olduğu halda onlara bu cür xüsusi vəziyyət niyə yaradılmalıdır?
2013-cü ildə TQDK tərəfindən qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş “Abituriyent” jurnalının 12-ci sayında belə bir qeyd var:
“Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2013-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 6.37 artmışdır. 2013-cü ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin 56.26 faizini təşkil etmişdir. Azərbaycan və rus bölmələri abituriyentlərinin müsabiqədə birgə iştirak etməsi müsbət nəticə verir. Çünki hər iki bölmənin abituriyentləri bəzən eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tamamilə fərqli keçid balları formalaşır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur”.
Həmin jurnalın 2014-cü il üzrə eyni buraxılışında isə başqa mənzərə ilə tanış oluruq:
“2014-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 74.44 fazi azalmışdır. 2013-cü ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 13.87 faizini təşkil etmişdir”.
Beləliklə, məlum olur ki, plan yerlərində birgə müsabiqə aparılan ixtisasların sayında kəskin azaldılma, başqa sözlə rus bölməsinə imtiyazlı şəraitin yaradılmasına 2014-cü ildən başlanıb. Və bu il də vəziyyət dəyişməyib. Göründüyü kimi rus bölməsinə ayrılan plan yerləri ayrıca olduqda orada fərqli müsabiqə vəziyyəti yaranır, nəticədə rus bölməsində oxuyanlar daha az balla qəbul oluna bilirlər. Amma müsabiqənin birgə aparıldığı plan yerlərində belə hal baş vermir. Məsələn Tibb ixtisaslarında olduğu kimi.
Nəticə göz qabağındadır: rus bölməsində I mərhələdə ixtisas seçimində iştirak eləmiş şəxslərin az qala hamısı ali məktəbə qəbul olub, bundan başqa, demək olar, bütün ali məktəblərin rus bölməsi üzrə plan yerləri boş qalıb. Azərbaycan bölməsində isə əksinə, əsasən özəl və regional ali məktəblərdə boş yerlər qalıb. Qaydalara əsasən, Azərbaycan bölməsi rus bölməsinin yerlərinə sənəd verə bilməz.
Bəs belə halda, olmazdımı ki, hər iki bölmənin abituriyentləri üçün plan yerləri birgə müsabiqə üçün ayrılaydı və həmin yerlərə bölməsindən asılı olmayaraq bərabər prinsiplərlə qəbul aparılaydı? TQDK özünün yuxarıda qeyd etdiyimiz kimi, müsbət qiymətləndirdiyi bu birgə müsabiqə aparılması qaydasının tətbiq olunmamasına niyə şərait yaradır? Komissiyanın mətbuat xidmətindən bu suallarımıza çox qısa cavab verdilər:
“Plan yerlərinin təsdiqi TQDK-nın səlahiyyətlərinə aid deyil”. Bəs onda Komissiya haraya baxır?
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.