Press "Enter" to skip to content

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri (SİYAHI)

“Odlar Yurdu” Universiteti

Bu ixtisaslara keçid balı artacaq və. – Abituriyentlərə ÇOX VACİB XƏBƏRDARLIQ

Ali məktəblərə qəbul imtahanları bu il ikinci dəfədir ki, iki mərhələdə keçirilir. İmtahan nəticələri abituriyentlərin ikinci mərhələdə daha yüksək nəticə göstərdiyini deməyə əsas verir. Birinci mərhələdə hər ixtisas qrupu üzrə bir neçə nəfər 700 bal toplayırdısa, ikinci mərhələdə bu say artır. Bu il imtahanlarda yüksək bal toplayanların sayının çox olması ilə yadda qaldı. Belə ki, iyulun 18-da I və IV ixtisas qrupları üzrə keçirilən ikinci qəbul imtahanında 15 nəfər 700 bal topladı. İyunun 26-da isə II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçiriləcək.

Builki qəbul imtahanlarının nəticələri, ixtisas seçimində diqqət edilməli olan məqamlar, boş qalacaq yerlər, keçid balları artacaq ixtisasları barədə Publika.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.

– May ayında ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi başa çatıb, artıq ikinci mərhələdə I və IV ixtisas qrupları imtahan verib. Bu imtahanların nəticələrini necə şərh edə bilərsiniz?

– 26 ildir tətbiq edilən test üsulu bu il sonuncu dəfədir keçirilir. 2019-cu ildən qəbul imtahanları tamamilə yeni formatda, yeni qiymətləndirmə meyarları əsasında həyata keçiriləcək. Bu il sonuncu dəfə bu üsulla keçirilən qəbul imtahanı kifayət qədər fərqli rəqəmlərlə yadda qaldı. İlk növbədə bu abituriyentlərin sayında özünü göstərdi. Belə ki, bu il abituriyentlərin sayında kəskin azalma müşahidə edildi. Bununla yanaşı, yüksək bal toplayanların sayında kifayət qədər artım qeydə alındı. Düzdür, qəbul imtahanlarının may ayında keçirilən imtahanda nəticələr o qədər də yüksək deyildi. Lakin iyulun 18-də I və IV ixtisas qrupları üzrə ikinci qəbul imtahanında 15 nəfər 700 bal topladı ki, bu rekord nəticə hesab edilir. Bu, əvvəlki illərin nəticələri ilə müqayisədə çox yüksək rəqəmdir. Ümumiyyətlə, bu il iki qəbul imtahanın nəticələrində kəskin fərq müşahidə edildi. Bu il IV ixtisas qrupu üzrə 690 – 700 bal arası nəticə göstərən abituriyentlərin sayı 35 nəfər olub (2017 – də 18 nəfər idi). 650-dən çox bal toplayan abituriyentlərin sayı bu il 329 nəfər (2017-də 235 nəfər idi), 600-dən çox bal toplayan abituriyentlərin sayı 743 nəfərdir (2017-də 556 nəfər idi), 500 baldan yuxarı nəticə əldə edən abituriyentlərin sayı bu il 1591 nəfər (2017-də 1229 nəfər) olub.

I ixtisas qrupu üzrə bu il 690-700 arası bal toplayan abituriyentlərin sayı 56 nəfərdir (2017 – də 36 nəfər idi). Bu, o deməkdir ki, I ixtisas qrupunda azı 695 bal toplayan prezident təqaüdçüsü olacaq, 650-dən çox bal toplayan abituriyentlərin sayı 369 nəfərdir (2017-də 263 nəfər idi), 600-dən çox bal toplayan abituriyentlərin sayı bu il 880 nəfərdir (2017-də 686 nəfər idi).

– Adətən, yüksək bal toplayan abituriyentlərin sayının çox olmasının keçid ballarında artıma səbəb olacağı bildirilir. Sizcə, bu rəqəmlər ixtisas seçiminə və ixtisas ballarına necə təsir edəcək?

– Bu rəqəmlər ciddi müsabiqə vəziyyəti yaradacaq. IV ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı bu il 329 nəfərdir, keçən il bu rəqəm 235 olmuşdu. Bu ixtisas qrupu üzrə yüksək bal toplayan abituriyentlərin sayı artıb, plan yerləri isə azalıb. Məsələn, müalicə işi ixtisası üzrə 460 plan yeri var. Bu, o deməkdir ki, Azərbaycan bölməsi üzrə müalicə işi ixtisasına ödənişli əsaslarla qəbul olmaq üçün 630-dan çox bal toplamaq lazımdır. Təxminən keçid balının bu səviyyədə olacağı gözlənilir. Bu ixtisasda ödənişsiz təhsil almaq istəyənlərin isə topladığı bal 650-dən yüksək olmalıdır. Əvvəlki illərlə müqayisədə bu kifayət qədər artım deməkdir. I ixtisas qrupu üzrə də 650-dən çox bal toplayanlar arasında ciddi artım müşahidə edilir. Həmin ixtisas qrupu üzrə keçən il 36, bu il 56 nəfər 690-dan çox bal toplayıb. Bu artım həm dövlət sifarişli, həm də ödənişli ixtisaslara yüksək müsabiqə vəziyyətinin yaranacağını deməyə əsas verir. Bu il III ixtisas qrupu üzrə iki nəfər 600-dən çox bal topladığı halda ali məktəbə qəbul olmadığının şahidi olduq. Bu il eyni vəziyyət I, IV ixtisas qruplarında təkrarlana bilər.

– Belə hallarla qarşılaşmamaları üçün abituriyentlər hansı məqamlara diqqət etməlidir?

– İlk növbədə abituriyentlər ixtisas seçimi edərkən yalnız ötən ilin ixtisas ballarına köklənməsinlər. Bunu etsələr, yüksək ballı ixtisasları yazaraq, müsabiqədən kənarda qala bilərlər. Xüsusən də, yüksək bal toplayanlar ixtisas seçimində diqqətli olmalıdırlar, əks halda problemlər yaşayacaqlar. Məsələn, I ixtisas qrupu üzrə 500 bal normal hesab edilir. Bu il həmin ixtisas qrupu üzrə 2312 nəfər 500-dən çox bal toplayıb, keçən il bu 1980 nəfər olmuşdu. 400-500 nəfərin artması ciddi şəkildə müsabiqə vəziyyəti deməkdir. İxtisas seçimi edən abituriyentlər plan yerləri və statistik göstəriciləri müqayisə etməlidirlər. 200-400 arası bal toplayanlar da ixtisas seçiminə diqqətlə yanaşmalıdır. Düzdür, plan yerlərinin sayında artım var. Birinci ixtisas qrupunda dövlət və ali təhsil müəssisələrinə birlikdə 14475 plan yeri ayrılıb. Bu ixtisas qrupu üzrə abituriyentlər düzgün seçim etsələr, ali məktəbə qəbul olacaqlar. Bunun üçün Dövlət İmtahan Mərkəzinin çap etdiyi jurnallara diqqət etməlidirlər. Hər bir abituriyent özündən çox bal toplayan abituriyentlərin sayını nəzərə almalıdır Eləcə də, seçəcəkləri ixtisaslar üzrə plan yerlərinin sayı həmin abituriyentdən çox bal toplayanların sayına uyğun, ən azı yaxın olmalıdır ki, hansı ixtisas seçməsindən asılı olmayaraq qəbul olsunlar. IV ixtisas qrupu üzrə abituriyentlərin sayı azalsa da, yüksək bal toplayanların sayında artım müşahidə edilir. Bu qrup üzrə abituriyentlər ixtisaslar üzrə plan yerləri və yüksək bal toplayanların sayına diqqət etməlidir. Bu il dövlət sifarişli ixtisaslarda kəskin şəkildə balların artmasını müşahidə edəcəyik.

– Ödənişli ixtisaslarla bağlı necə müsabiqə vəziyyəti olacaq?

– Eyni vəziyyət ödənişli ixtisaslar üzrə də müşahidə ediləcək. Yüksək bal toplayanların sayının 400-500 nəfər çoxalması ümumilikdə müsabiqə vəziyyətinin gərginləşməsi deməkdir. İstər dövlət, istər özəl təhsil müəssisələrinin ödəniş və ödənişsiz ixtisaslarının hamısında ciddi müsabiqə vəziyyəti olacaq. Bu daha çox I və IV ixtisas qruplarında müşahidə ediləcək.

– 200-400 arası bal toplayan abituriyentlər nələrə diqqət etsinlər?

– Bizdə yanlış olaraq belə fikir formalaşıb ki, abituriyent keçid bal topladığı balda 50-60 bal yuxarı olan ixtisasları seçə bilər. I və IV qrup abituriyentlərinə bunu tövsiyə etmirəm. Onlar daha çox keçid balı öz ballarından aşağı olan ixtisasları seçməlidir. Çünki ötən illə müqayisədə I qrupda ixtisaslara görə 30-40, IV qrupda 40-50 bal arasında artım müşahidə ediləcək. Abituriyentlər daha çox öz ballarına uyğun və aşağı ballı ixtisasları seçməlidir.

Bu il bəzi ixtisas üzrə təhsil haqlarında da artım müşahidə edildi. Necə düşünürsünüz, bu, abituriyentlərin həmin ixtisasları seçiməsinə təsir edəcək?

– Bu il ixtisaslar üzrə təhsil haqqı 100-300 manat arasında artıb, ən ciddi artım tibb ixtisasındadır. Hesab edirəm ki, bu artım imtahandan uğurla keçib bal toplayan abituriyentlərin seçiminə təsir etməyəcək.

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri (SİYAHI)

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə ixtisaslar üzrə müsabiqə şərtləri məlum olub.

Müsabiqə şərtlərini təqdim edirik:

I ixtisas qrupu üzrə:

– Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

– “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mü­hən­disliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geolo­giya”, “Elektronika, telekommunikasiya və radio­texnika mühən­dis­liyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarınınmüsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;

– “Memarlıq” ixtisasının müsabiqəsində test imta­hanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir;

– Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

Torpaqşünaslıq və aqrokimya

Azərbaycan Dövlət Aqrar Universiteti

Lənkəran Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Qərbi Kaspi Universiteti

Lənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Naxçıvan Dövlət Universiteti

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

Qərbi Kaspi Universiteti

Çoxişlənən malların texnologiyası mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Mingəçevir Dövlət Universiteti

İstehlak mallarının ekspertizası və marketinqi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Qərbi Kaspi Universiteti

– Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqromühəndislik”, “Balıqçılıq və balıqçılıq tə­sər­rü­fatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Me­liora­siya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

II ixtisas qrupu üzrə:

– Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

– Dövlət ali təhsil müəssisələrinin (“ADA” uni­ver­siteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fən­ni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;

– Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

Gəncə Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

“Odlar Yurdu” Universiteti

Bakı Biznes Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Qərbi Kaspi Universiteti

Bakı Avrasiya Universiteti

Biznesin idarə edilməsi

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Gəncə Dövlət Universiteti

Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

“Odlar Yurdu” Universiteti

Qərbi Kaspi Universiteti

Bakı Biznes Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Bakı Avrasiya Universiteti

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Regionşünaslıq (regionlar üzrə)

Qərbi Kaspi Universiteti

Bakı Avrasiya Universiteti

Turizm və otelçilik

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

“Odlar Yurdu” Universiteti

III ixtisas qrupu üzrə:

– Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır;

– Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;

– Bakı İslam Universitetinin “Dinşünaslıq” ixtisası üzrə mü­sa­bi­qəyə ümumi balı 100, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə isə mü­sa­bi­qəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur);

– Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh¬sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

Naxçıvan Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Azərbaycan Kooperasiya Universiteti

IV ixtisas qrupu üzrə:

– Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

– Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə ingilis dili fənni üzrə attestat qiyməti “4” və ya “5” olan abituriyentlər buraxılır;

– Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin mü­sa­bi­qəsinə ümumi balı 150-dən az olmayan abituri­yentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

Lənkəran Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

– Azərbaycan Dövlət Aqrar Universitetinin “Bay­tar­lıq”, “Su bioehtiyatları və akvabitkilər”, “Eko­lo­giya”, “Əczaçılıq” ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin “Baytarlıq” ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yer­lə­rinin müsabiqəsində ümumi balı 150-dən az ol­mayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).

I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdu­diy­yəti tətbiq olunmur (dövlət ali təhsil müəs­sisə­lə­rində tədrisi ingilis dilində olan, “Beynəlxalq mü­nasibətlər”, “Regionşünaslıq (regionlar üzrə)” və “Tər­cümə (dillər üzrə)” ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). Bu şərt dövlət sifarişi əsasında ayrılan yerlər üzrə müsabiqəyə şamil olunmur.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qa­bi­liy­yət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.

Ali məktəblərə qəbulun keçid balları AÇIQLANDI

Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müsabiqə şərtləri açıqlanıb.

Day.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya bildirib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.

DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: “Belə ki, I qrupun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), “Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.