Press "Enter" to skip to content

Exiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 1,1 milyard avro olub

2.4. Sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətləri əsasında aparılır. [5]

2018 ci il üçün tivarət dövriyyəsi

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 08-05-2006, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 464)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər” təsdiq edilsin (əlavə olunur).

2-1. Bu qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1]

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 8 may 2006-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarətin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Nəzarətin həyata keçirilməsinin məqsədi dövlətin, fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühit üçün təhlükə törədə biləcək mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. [2]

1.3. Xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət olunmasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2 nömrəli Əlavədə göstərilmiş əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra – dövlət orqanları) həyata keçirirlər.

1.4. Əşyaların dövriyyəsinə, onların növündən asılı olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qaydalarda müəyyən edilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət qaydalarından fərqli qaydalar müəyyən edilə bilər. Belə olan halda bu Qaydalar həmin əşyaların dövriyyəsinə şamil edilmir.

II. XÜSUSİ İCAZƏ SAHİBİ TƏRƏFİNDƏN ƏŞYALARIN DÖVRİYYƏSİNƏ VƏ ONUN ŞƏRTLƏRİNİN GÖZLƏNİLMƏSİNƏ RİAYƏT OLUNMASINA DÖVLƏT ORQANLARI TƏRƏFİNDƏN NƏZARƏTİN TƏŞKİLİ VƏ HƏYATA KEÇİRİLMƏSİ QAYDASI

2.1. Xüsusi icazə sahibinin əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət etməsinə nəzarət dövlət orqanlarının vəzifəli şəxsi (şəxsləri) tərəfindən xüsusi icazə sahiblərinin hesabatlarının təhlili və yoxlamalar yolu ilə həyata keçirilir.

2.2. Xüsusi icazə sahiblərinin (sahibkarlar istisna olmaqla) fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğunun yoxlanılması məqsədi ilə ildə bir dəfə növbəti yoxlamalar aparılır. [3]

2.3. Dövlət orqanları hər il növbəti yoxlamaların aparılması üçün plan müəyyən edirlər. Planda yoxlamanın müddəti, onun aparılması üçün xüsusi icazə sahiblərinin siyahısı əks olunur.

2.3-1. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbəti yoxlama dövlət orqanının tərtib etdiyi və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. [4]

2.4. Sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətləri əsasında aparılır. [5]

2.4.1. mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə müvafiq səlahiyyətli dövlət orqanlarına dövlət və yerli özünüidarəetmə orqanlarının , həmçinin hüquqi və fiziki şəxslərin müraciətləri daxil olduqda; [6]

2.4.2. xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə, hüquqi şəxs ləğv olunduqda;

2.4.3. xüsusi icazənin sahibi olan hüquqi şəxsin yenidən təşkili olduqda yeni xüsusi icazənin verilməsi üçün.

2.4-1. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbədənkənar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.

2.4-2. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbəti və növbədənkənar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada aparılır.

2.5. Yoxlamanın başlanmasından əvvəl səlahiyyətli dövlət orqanı tərəfindən xüsusi icazə sahiblərinə yazılı bildiriş göndərilir.

2.6. Yoxlama tədbirləri səlahiyyətli dövlət orqanı rəhbərinin rəsmi qərarı (əmri, sərəncamı) əsasında həyata keçirilir. Həmin qərarda (əmrdə, sərəncamda) yoxlama tədbirlərini həyata keçirən dövlət orqanının adı, yoxlamanı keçirməyə müvəkkil edilmiş şəxsə (şəxslərə) və barəsində həmin tədbirlərin keçirilməsi nəzərdə tutulan xüsusi icazə sahibinə dair məlumatlar, yoxlama tədbirlərinin həyata keçirilməsinin hüquqi əsasları, başlanma və sona çatma tarixləri göstərilməklə müddəti və s. qeyd olunur.

2.7. Səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsi (şəxsləri) xüsusi icazənin sahibinə öz xidməti vəsiqəsini və yoxlamanın keçirilməsi barədə müvafiq səlahiyyətli dövlət orqanının qərarını və ya həmin qərarın müvafiq dövlət orqanının gerbli möhürü ilə təsdiq edilmiş surətini sahibkarlıq subyekti olan xüsusi icazənin sahibinə, həmçinin yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməlidir. [7]

2.8. Yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri təmsil etdikləri qurumun səlahiyyətlərinə aid olmayan məcburi tələblərin yerinə yetirilməsini yoxlamaq, xüsusi icazə sahibindən yoxlama tədbirlərinin predmetinə aid olmayan məsələlər üzrə sənədləri tələb etmək və götürmək hüququna malik deyildirlər.

Yoxlama xüsusi icazə sahibinin iş günü və iş vaxtı ərzində keçirilir.

Yoxlama xüsusi icazə sahibinin fəaliyyətinə maneçilik törətməməlidir.

2.9. Xüsusi icazə verən dövlət orqanlarının nəzarət sahəsində aşağıdakı hüquqları vardır:

2.9.1. xüsusi icazə sahiblərinin fəaliyyətinin xüsusi icazə sahəsində mövcud qanunvericiliyin tələblərinə və dövriyyənin şərtlərinə uyğunluğunu yoxlamaq;

2.9.2. yoxlama zamanı xüsusi icazə sahiblərindən (onların hüquqi varislərindən) zəruri izahat və sənədlər tələb etmək;

2.9.3. aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qərar və ya göstəriş vermək;

2.9.4. xüsusi icazə sahiblərinə xəbərdarlıq etmək;

2.9.5. qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, xüsusi icazə sahibinin məsuliyyətə cəlb edilməsi üçün vəsatət qaldırmaq;

2.9.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xüsusi icazə sahiblərinə verilmiş xüsusi icazənin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul etmək.

2.10. Xüsusi icazə sahibləri nəzarəti həyata keçirmək üçün səlahiyyətli dövlət orqanlarına şərait yaratmalıdırlar.

2.11. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir. Aktda aşağıdakı məlumatlar verilir:

2.11.1. aktın tərtib edildiyi yer və tarix, yoxlama ilə əhatə olunan dövr, yoxlamanın aparılma müddəti;

2.11.2. yoxlama tədbirlərini həyata keçirən orqanın adı;

2.11.3. yoxlama tədbirlərinin həyata keçirilməsinə əsas verən qərarın tarixi və nömrəsi;

2.11.4. yoxlama tədbirlərini həyata keçirən vəzifəli şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və vəzifəsi;

2.11.5. barəsində yoxlama tədbirləri həyata keçirilən xüsusi icazə sahibinin adı, onun yoxlama tədbirlərində iştirak edən nümayəndəsinin soyadı, adı, atasının adı və vəzifəsi;

2.11.6. yoxlama tədbirlərinin nəticələri, o cümlədən aşkar edilmiş pozuntular və bu pozuntular üçün cavabdeh olan şəxs barədə məlumat;

2.11.7. aparılmış yoxlama tədbirləri nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair göstərişlər;

2.11.8. barəsində yoxlama tədbirləri həyata keçirilən xüsusi icazə sahibinin (onun nümayəndəsinin) və yoxlama tədbirlərinin həyata keçirilməsində iştirak edən şəxslərin yoxlama tədbirlərinin nəticəsi üzrə aktla tanış edilməsi haqqında qeydlər, həmin şəxslərin imzaları və ya imzadan imtina etmələri haqqında qeydlər;

2.11.9. yoxlama tədbirlərini həyata keçirmiş vəzifəli şəxsin (şəxslərin) imzası.

Araşdırma aktının bir nüsxəsi xüsusi icazənin sahibinə təqdim edilir. Aktı imzalayarkən xüsusi icazə sahibinin öz rəyini oraya əlavə etmək hüququ vardır.

Yoxlamanın nəticələrinə dair akt və aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair qərar, qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq iradnamələr, tələbnamələr və göstərişlər inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənəddir.

2.11-1 Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində yoxlamanın nəticələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir.

2.12. Xüsusi icazə sahibinin “Nəzarət kitabçası”nda səlahiyyətli dövlət orqanının vəzifəli şəxsi yoxlama tədbirlərinin aparılması barədə müvafiq qeydlər etməlidir.

2.13. Dövlət nəzarətini həyata keçirən orqan aşağıdakı hüquqlara malikdir: [8]

2.13.1. xüsusi icazə sahibinə aşkar edilmiş pozuntuların təyin olunmuş müddətdə aradan qaldırılması barədə sərəncam vermək;

2.13.2. xüsusi icazə ləğv edildikdə onun keçmiş sahibinə, xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə onun vərəsəsinə, hüquqi şəxs ləğv edildikdə isə ləğvetmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların digər xüsusi icazə sahibinə satılması barədə göstəriş vermək. [9]

Xüsusi icazənin sahibi dövlət orqanı tərəfindən müəyyən edilən müddətdə aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə məlumat verməlidir.

2.14. Yoxlamanın nəticələri üzrə verilən qərar və ya göstərişlərin icrası bütün xüsusi icazə sahibləri üçün məcburidir.

2.15. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət aparılarkən, inzibati və cinayət məsuliyyətinə cəlb edilmə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

III. YEKUN MÜDDƏA

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarəti həyata keçirən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. [10]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə

Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan

ƏLAVƏ ŞƏRTLƏR

1. Hərbi silah və sursat istehsal etmək üçün avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər:

1.1. hərbi silah və sursat istehsal etmək üçün avadanlığın saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

1.2. hərbi silah və sursat istehsal etmək üçün avadanlığın normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

1.3. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;

1.4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı;

1.5. xüsusi icazənin sahibi hərbi silah və sursat istehsal etmək üçün avadanlığın dövriyyəsini dayandırmaq istədiyi hallarda qabaqcadan xüsusi icazə verən dövlət orqanını xəbərdar edir;

1.6. istehsalçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş keyfiyyət və uyğunluq sertifikatı (rəsmi qaydada təsdiq edilmiş tərcüməsi).

2. Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər:

2.1. xüsusi icazənin sahibi döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlığın dövriyyəsini dayandırmaq istədiyi hallarda qabaqcadan xüsusi icazə verən dövlət orqanını xəbərdar edir;

2.2. döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlığın saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

2.3. döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlığın normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

2.4. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;

2.5. istehsalçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş keyfiyyət və uyğunluq sertifikatı (rəsmi qaydada təsdiq edilmiş tərcüməsi).

3. Kosmik peyk rabitə vasitələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

3.1. kosmik peyk rabitə vasitələrinin və radioötürücülərin Azərbaycan Respublikasında istismarı üçün peyk seqmentlərinin icarəyə verilməsi barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarı;

3.2. xüsusi icazəyə malik olan radioötürücülərə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;

3.3. kosmik peyk rabitə vasitələrinə və radioötürücülərə mövcud qanunvericiliyə uyğun olaraq verilmiş sertifikatın surəti;

3.4. kosmik peyk rabitə vasitələrinin və radioötürücülərin saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd.

4. Xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər;

4.1. xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlığın normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

4.2. xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlığı istismar edən mütəxəssislərin müvafiq ixtisasa malik olması, bu əşyaların saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

4.3. xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı üçün informasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) surəti.

5. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsi üçün tələb olunan əlavə şərtlər;

5.1. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı, onların, neft və neft məhsulları tullantılarının emalı üçün nəzərdə tutulan müvafiq avadanlığın olması barədə sənəd;

5.2. hasilat və emal vasitələrinin normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd (keyfiyyət və uyğunluq sertifikatı);

5.3. mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti;

5.4. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı məqsədilə müvafiq torpaq sahəsinin və yerin təkinin ayrılması barədə sənəd;

5.5. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı vasitələrinin saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

5.6. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı prosesində şəxslər tərəfindən aparılan geoloji, texniki, markşeyder sənədlərinin surətləri; [11]

5.7. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi barədə sənəd;

5.8. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.

6. İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüaverən aparatların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər;

6.1. ionlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüaverən aparatların saxlanması məqsədilə müvafiq bina, məntəqə və anbarların istismara qəbul edilməsi aktı, radioloji-gigiyenik pasportu, bu bina, məntəqə və anbarların mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumat;

6.2. ionlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq və şüaverən aparatlar barədə məlumat (seriya nömrəsi, modeli, mənşə ölkəsi, maksimum gərginliyi, maksimum enerjisi, şüalanmanın növü və maksimum aktivliyi);

6.3. ətraf mühitin və əhalinin şüalanmadan mühafizəsi haqqında məlumat;

6.4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı;

6.5. işləyən heyətin radiasiya zonasında olmasının nəzərdə tutulmuş vaxt həddinin hesablamalarını əks etdirən sənəd və fərdi şüalanma doza səviyyəsinə nəzarət barədə məlumat;

6.6. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;

6.7. ionlaşdırıcı şüa mənbələrinin, o cümlədən radioaktiv maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlığı istismar edən şəxslərə radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması sahəsində müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) surəti.

7. Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər:

7.1. qiymətli kağızların çap edilməsi üçün avadanlıq, habelə belə avadanlığın istehsalı üçün avadanlığı istismar edən mütəxəssislərin müvafiq ixtisasa malik olması, bu avadanlığın və çap olunan məhsulların saxlanılması məqsədilə nəzərdə tutulan binaların, anbarların mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

7.2. qiymətli kağızların çap edilməsi üçün avadanlığı istismar edən şəxslərə qiymətli kağız blanklarının hazırlanması sahəsində müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın surəti).

8. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələrin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

8.1. dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və bu vasitələrin istehsalı üçün istifadə edilən avadanlığın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş təşkilatlar arasında, onların tələbatı nəzərə alınmaqla, bölüşdürülməsi və təyinatı üzrə göndərilməsi;

8.2. narkotik vasitələr və psixotrop maddələr saxlanılan aptek, bina və otaqların mühafizəsinin təmin edilməsi barədə polis orqanlarından arayış;

8.3. narkotik vasitələrin və psixotrop maddələrin satışı, daşınması üsulu barədə arayış;

8.4. narkotik vasitələrin və psixotrop maddələrin daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış;

8.5. psixotrop maddələrin satışı ilə məşğul olmaq üçün verilmiş icazənin surəti. [12]

9. Partlayıcı maddələr və qurğuların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

9.1. partlayıcı maddələrin saxlanması qaydalarının tələblərinə cavab verən anbarların olması barədə sənəd;

9.2. xüsusi hazırlanmış xidməti heyətin partlayıcı materiallarla işləməyə buraxılması barədə sənəd;

9.3. partlayıcı maddələrin və qurğuların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

9.4. partlayıcı maddələrin və qurğuların avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı vasitəsilə daşınma marşrutlarının müəyyən edilməsi barədə müvafiq sənəd;

9.5. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.

10. Tezalışan maddələr və pirotexniki məmulatların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

10.1. tezalışan maddələr və pirotexniki məmulatların saxlanması üçün nəzərdə tutulan obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

10.2. tezalışan maddələr və pirotexniki məmulatların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

10.3. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;

10.4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.

11. Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

11.1. tərkibində ozondağıdıcı maddə olan əşyaların dövriyyəsinə xüsusi icazə alan şəxslər tərəfindən əşyanın tərkibində Monreal Protokolu ilə dövriyyəsi qadağan edilmiş ozondağıdıcı maddənin olmaması haqqında təqdim edilən arayış;

11.2. Monreal Protokolu ilə dövriyyəsinə qadağa qoyulmayan ozondağıdıcı maddələrin miqdarının həmin Protokolla müəyyən edilmiş həddi aşmaması barədə təsdiqedici sənəd;

11.3. xüsusi icazəsi olan əşyanın istifadə müddəti qurtardıqdan sonra tərkibindəki ozondağıdıcı maddənin hansı metodla utilizə edilməsi haqqında arayış;

11.4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı;

11.5. mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti.

12. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər:

12.1. narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin hazırlanması, emal edilməsi və ya saxlanılması üsulu barədə arayış;

12.2. güclü təsir edən və ya zəhərli maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

12.3. güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış;

12.4. güclü təsir edən və ya zəhərli maddələrin, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

12.5. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.

13. Gizli qaydada informasiya alınması məqsədilə nəzərdə tutulmuş texniki vasitələrin dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

13.1. gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

13.2. gizli qaydada informasiya alınması məqsədilə nəzərdə tutulmuş texniki vasitələrin saxlanılması məqsədilə nəzərdə tutulan otaqların mühafizəsinin təşkil edilməsi haqqında arayış;

13.3. gizli qaydada informasiya alınması məqsədilə nəzərdə tutulmuş texniki vasitələrin daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış.

14. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların dövriyyəsinə tələb olunan əlavə şərtlər:

14.1. radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğulara dair mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti;

14.2. qurğuların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

14.3. radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

14.4. qurğuların daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış.

15. Gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər: [13]

15.1. gözün buynuz qişasının idxalı üçün:

15.1.1. ixtisaslaşdırılmış tibb müəssisəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda olması;

15.1.2. gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd;

15.2. gözün buynuz qişasının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması (Göz Bankının fəaliyyəti) üçün ixtisaslaşdırılmış tibb müəssisəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda olması;

15.3. gözün buynuz qişasının ixracı üçün bu əlavə Şərtlərin 15.2-ci bəndində göstərilənlərlə yanaşı, ixtisaslaşdırılmış tibb müəssisəsinin Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankının olması.

1. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə sahibi altı ayda bir dəfə görülən işlər haqqında xüsusi icazə verən dövlət orqanları tərəfindən müəyyən olunmuş formada ətraflı və dəqiq məlumatı əks etdirən hesabat təqdim etməlidir.

2. Xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə və hüquqi şəxs yenidən təşkil olunduqda onların hüquqi varisləri, hüquqi şəxs ləğv olduqda isə onun ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) dövriyyəsi məhdudlaşdırılmış əşyaların digər xüsusi icazə sahiblərinə verilənədək mühafizəsini təmin etməlidirlər. [14]

3. Xüsusi icazənin qüvvəsinin dayandırıldığı halda onun sahibi xüsusi icazənin bərpasına qədər bu əşyaların mühafizəsini təmin etməlidir.

4. Xüsusi icazə sahibləri mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə dair xüsusi uçot jurnalı aparmalıdırlar.

5. Əlavə Şərtlərin 3-cü (kosmik-peyk rabitə vasitələrinin istehsalı və istismarı), 4-cü (xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı və istismarı), 6-cı (radioaktiv maddələrin istehsalı və satışı), 7-ci (qiymətli kağızların çap edilməsi üçün avadanlığın istehsalı və istifadəsi), 8-ci (Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin idxalı, ixracı və hazırlanması) və 9-cu (partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı) bəndlərində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının 3-cü bəndinə müvafiq olaraq dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilir.

6. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2 nömrəli Əlavədə göstərilən xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 10 avqust 2007-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 852)

2. 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

3. 16 yanvar 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 39)

4. 16 iyul 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 935)

5. 16 yanvar 2015-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 63)

6. 13 may 2015-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 may 2015-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 670)

7. 27 aprel 2018-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 823)

8. 11 aprel 2019-cu il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 755 )

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 27 aprel 2018-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 823) ilə yeni məzmunda 2-1-ci bənd əlavə edilmişdir.

[2] 16 iyul 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 935) ilə 1.2-ci bənddə “əmlakı” sözü “dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilmişdir.

[3] 16 iyul 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 935) ilə 2.2-ci bənddən “, bir qayda olaraq, ildə bir dəfə” sözləri çıxarılmışdır.

16 yanvar 2015-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 63) ilə “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın 2.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.2. Dövlət orqanları tərəfindən xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların dövriyyəsinin şərtlərinə uyğunluğunun yoxlanılması , bir qayda olaraq, ildə bir dəfə növbəti yoxlamalar əsasında keçirilir.

[4] 16 iyul 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 935) ilə 2.3-1-ci, 2.4-1-ci, 2.4-2-ci və 2.11-1-ci bəndlər əlavə edilmişdir.

[5] 16 yanvar 2015-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 63) ilə “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın 2.4-cü bənddə “Növbədənkənar” sözü “Sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar” sözləri ilə əvəz edilmişdir.

13 may 2015-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 may 2015-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 670) ilə “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın 2.4-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.4. Sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar aşağıdakı hallarda həyata keçirilə bilər:

[6] 16 yanvar 2015-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 63) ilə “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın 2.4.1-ci yarımbənddə “dövlət orqanlarının” sözləri “dövlət və yerli özünüidarəetmə orqanlarının” sözləri ilə əvəz edilmişdir.

13 may 2015-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 may 2015-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 670) ilə “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın 2.4.1-ci, 2.4.2-ci və 2.4.3-cü yarımbəndlər ləğv edilmişdir.

[7] 16 iyul 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 935) ilə 2.7-ci bəndə “surətini” sözündən sonra “sahibkarlıq subyekti olan xüsusi icazənin sahibinə, həmçinin yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri əlavə edilmişdir.

[8] 16 iyul 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 935) ilə 2.13-cü bənddə “orqanın vəzifəli şəxsi” sözləri “orqan” sözü ilə əvəz edilmişdir.

[9] 11 aprel 2019-cu il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 755 ) ilə “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın 2.13.2-ci yarımbəndinə “ləğvetmə komissiyasına” sözlərindən sonra “(təsviyəçiyə, ləğvediciyə)” sözləri əlavə edilmişdir.

[10] 16 yanvar 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 39) ilə «Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları»nın III bölməsində «məhkəməyə» sözündən əvvəl «inzibati qaydada və (və ya)» sözləri əlavə edilmişdir.

[11] 10 avqust 2007-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 852) ilə «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər»in 5-ci, 5.1-ci, 5.4-cü, 5.5-ci, 5.6-cı və 5.7-ci bəndlərində «qızılın» sözləri «qiymətli daşların hasilatı, qızılın» sözləri ilə əvəz edilmişdir.

[12] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər»in 8.5-ci bəndində «xüsusi razılığın (lisenziyanın)» sözləri «icazənin» sözü ilə əvəz edilmişdir.

[13] 27 aprel 2018-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 823) ilə “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”inə yeni məzmunda 15-ci hissə əlavə edilmişdir.

[14] 11 aprel 2019-cu il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 755 ) ilə “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in “Qeydlər”inin 2-ci hissəsinə “ləğvetmə komissiyası” sözlərindən sonra “(təsviyəçi, ləğvedici)” sözləri əlavə edilmişdir.

Çexiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 1,1 milyard avro olub

2018-ci ilin məlumatına görə, Çexiya Azərbaycan üçün beşinci ən mühüm ticarət tərəfdaşı və doqquzuncu ən iri xarici investordur. Hər il Səngəçal terminalından Çexiyanın Kralupa Vltava şəhərinə iki milyon tondan çox neft göndərilir. Mübaliğəsiz demək olar ki, Çexiya maşınlarının üçdəbir hissəsi Xəzər neftindən istehsal olunmuş yanacaqla hərəkət edir.

AZƏRTAC xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert 2018-ci ilin yekunlarına və qarşıdakı vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Diplomat vurğulayıb ki, Çexiyadan Azərbaycana maşınqayırma məhsulları, avtomobillər və elektronika gətirilir. Çexiyanın sənaye və ticarət naziri Marta Novakovanın ötən ilin sentyabrında ilk xarici səfəri üçün məhz Bakını seçməsi qarşılıqlı əməkdaşlığa xüsusi diqqət yetirildiyini əyani nümayiş etdirir.

Səfir deyib: “Çexiya Statistika Bürosunun məlumatlarına görə, 2018-ci ildə ticarət dövriyyəsinin xeyli artması (2017-ci illə müqayisədə 12 faiz) və 1,1 milyard avroya çatması müşahidə olunub. Özü də Azərbaycandan Çexiyaya ixracat 15 faiz artaraq 1 milyard avro olub”.

Milan Ekert vurğulayıb ki, Azərbaycan bazarına çıxmaq üçün Çexiya şirkətlərinin cəlb edilməsi Çexiya səfirliyinin prioritet vəzifələrindən biridir. Çexiya şirkətlərinin Azərbaycanda yetərincə böyük iş təcrübəsi var. Onların çoxu Azərbaycandan olan tərəfdaşlarla birgə istehsal imkanını nəzərdən keçirməyə hazırdır.

Çexiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 1,1 milyard avro olub

2018-ci ilin məlumatına görə, Çexiya Azərbaycan üçün beşinci ən mühüm ticarət tərəfdaşı və doqquzuncu ən iri xarici investordur. Hər il Səngəçal terminalından Çexiyanın Kralupa Vltava şəhərinə iki milyon tondan çox neft göndərilir. Mübaliğəsiz demək olar ki, Çexiya maşınlarının üçdəbir hissəsi Xəzər neftindən istehsal olunmuş yanacaqla hərəkət edir.

AZƏRTAC xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert 2018-ci ilin yekunlarına və qarşıdakı vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Diplomat vurğulayıb ki, Çexiyadan Azərbaycana maşınqayırma məhsulları, avtomobillər və elektronika gətirilir. Çexiyanın sənaye və ticarət naziri Marta Novakovanın ötən ilin sentyabrında ilk xarici səfəri üçün məhz Bakını seçməsi qarşılıqlı əməkdaşlığa xüsusi diqqət yetirildiyini əyani nümayiş etdirir.

Səfir deyib: “Çexiya Statistika Bürosunun məlumatlarına görə, 2018-ci ildə ticarət dövriyyəsinin xeyli artması (2017-ci illə müqayisədə 12 faiz) və 1,1 milyard avroya çatması müşahidə olunub. Özü də Azərbaycandan Çexiyaya ixracat 15 faiz artaraq 1 milyard avro olub”.

Milan Ekert vurğulayıb ki, Azərbaycan bazarına çıxmaq üçün Çexiya şirkətlərinin cəlb edilməsi Çexiya səfirliyinin prioritet vəzifələrindən biridir. Çexiya şirkətlərinin Azərbaycanda yetərincə böyük iş təcrübəsi var. Onların çoxu Azərbaycandan olan tərəfdaşlarla birgə istehsal imkanını nəzərdən keçirməyə hazırdır.

Comments are closed, but trackbacks and pingbacks are open.