Abituriyent” jurnalının 3-cü nömrəsi nəşr olunacaq
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 3-cü nömrəsini nəşr edəcək.
2019 2020 abituriyent jurnalının 3-ci nömrəsi
“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) Unikal.org-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar dərc olunub. Jurnalda qəbul kampaniyasının bütün mərhələ və aspektlərini müəyyən edən, başlıca tənzimləyici hüquqi-normativ sənəd – “Ali təhsil müəssisələrinə qəbul qaydaları” bir daha təqdim olunub.
Hər bir fənn üzrə təqdim edilmiş yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanın ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarında sistemlilik və ardıcıllıq prinsipləri gözlənilmiş, imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, öyrənilməsi zəruri olan tədris materiallarının həcmi, tövsiyə edilən ədəbiyyat siyahısı və s. verilib.
Jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün fənlər üzrə tapşırıq nümunələri də verilib. Yeni qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Hər bir abituriyent bu tapşırıqlarla tanış olub, onların üzərində işləməklə özünün imtahana hazırlıq səviyyəsini yoxlaya bilər.
Bu nömrədə təqdim olunan “Balların hesablanma qaydası” başlığı altında verilmiş material¬ hər bir abituriyentə öz ballarını müstəqil şəkildə hesablamağa imkan yaradır.
“Açıq tipli tapşırıqların növləri və onlara aid nümunələr” başlığı altında verilmiş materialda həm cavabların kodlaşdırılması tələb olunan, həm də yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar haqqında məlumat və nümunələr təqdim olunub.
Jurnalın ənənəvi “Soruşun, cavab verək” rubrikasında isə mütəxəssislər abituriyentlərdən və ictimaiyyətdən Dövlət İmtahan Mərkəzinə daxil olan sual və müraciətlərə cavab verirlər.
Bu nömrədə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları da verilib. Həmin təhsil müəssisələrinə qəbula hazırlaşan abituriyentlər bu elanlarla tanış olub, qəbul qaydaları barədə geniş və hərtərəfli məlumat ala bilərlər.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.
“Abituriyent” jurnalının 3-cü nömrəsi nəşr olunacaq
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 3-cü nömrəsini nəşr edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu nömrədə 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunacaq.
Jurnalı iyunun 24-dən etibarən DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bizi sosial şəbəkələrdə izləyin
2019 2020 abituriyent jurnalının 3-ci nömrəsi
Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1‑ci nömrəsini nəşr edib.
Modern.az xəbər verir ki, ”Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu nəşrdə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumat, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, suallarına aydınlıq gətirən, imtahanlara hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.
“Xüsusi qabiliyyət imtahanları” jurnalında ilk dəfə olaraq hər bir komissiyaya daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul aparılan ali təhsil müəssisələrinin adları, jurnalistika ixtisası üzrə yazı işi nümunələri, islamşünaslıq ixtisasına qəbul haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, 2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib. Belə ki, ödənişli və dövlət sifarişli ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər eynidir. V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılırlar.
Bundan əlavə, dizayn ixtisası “Təsviri sənət” istiqamətinə daxil edilib. Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst seçim imkanı verilib. Abituriyentlər 1-ci rəsm imtahanında iştirak etməlidirlər. Rəsm imtahanında abituriyentə çəkmək üçün antik baş və ya ornament olmaqla 2 tapşırıq təklif ediləcək. O çəkəcəyi tapşırığı qeydiyyatdan keçərkən seçməli və imtahanda həmin tapşırığı işləməlidir. Rəsm imtahanından müsbət (5 və daha çox) qiymət almış abituriyentlər 2-ci imtahan (rəsmxət və ya kompozisiya fənlərindən 1-i olmaqla) verməlidirlər. 2-ci imtahanı hansı fənn üzrə verməsi üçün də abituriyentlərə sərbəst seçim imkanı verilib. Belə ki, onlar qeydiyyatdan keçən zaman 2-ci imtahanı hansı fənn üzrə (rəsmxət və ya kompozisiya) vermək istədiyini qeyd etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncə şəhərlərində keçiriləcək. Bu ixtisas üzrə Gəncədə keçiriləcək qabiliyyət imtahanının fənləri rəsm və rəsmxət olacaq. Dizayn ixtisası üzrə qabiliyyət imtahanının yekun nəticəsi məqbulla qiymətləndirilir.
Yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi də nəşr ediləcək. Həmin jurnal orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına həsr ediləcək və bu nəşrdə ixtisaslar üzrə bütün zəruri materiallar öz əksini tapacaq. Bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imrtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, bu il ilk dəfə olaraq “Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək. İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcəkdir.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M; Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
Comments are closed, but trackbacks and pingbacks are open.