Press "Enter" to skip to content

Rüblük Hesabat Necə Təqdim Olunur

Sadələşdirilmiş vergi sistemi ilə işləyən sahibkarlardan aşağıdakı rüblük hesabatları hazırlamaq və təqdim etmək tələb olunur: Sosial Sığorta Fondunun ərazi şöbəsinə rübdən sonrakı ayın 15-i tarixində təqdim olunan arayış; Pensiya Fonduna hesabat əvvəlki rübdən sonrakı ayın 30-cu gününə qədər təqdim olunur; balans və hesabat rübdən sonrakı ayın 30-dək ərazi vergi orqanına təqdim olunur.

VERGİLƏR

2020-ci il yanvarın 1-dən məcburi dövlət sosial sığortası (MDSS) ilə bağlı qanunvericilikdə müəyyən yeniliklər qüvvəyə minib. Vergi ödəyicilərini bu yeniliklərə dair sosial sığorta ödəmələri və hesabatlılıq məsələləri maraqlandırır. 2020-ci ildə hansı MDSS hesabatları verilməlidir? Kimlər MDSS hesabatlarını təqdim etməlidirlər? Hesablamalar və ödəmələr necə aparılmalıdır? 2020-ci ildə bu məsələlər necə tənzimlənəcək? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

MDSS üzrə illik hesabatlar olmasa da, rüblük hesabatlar mövcuddur. Hesabatlar rüb qurtardıqdan sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilməlidir. Son ödəmə tarixləri cari ay üçün növbəti ayın 15-dən gec olmayaraq müəyyənləşdirilib. Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış hüquqi şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər.

Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər. Mülki hüquqi müqavilələr üzrə işlərə cəlb edilmiş işçilər üçün (fərdi sahibkarlar istisna olmaqla) hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər.

Müəlliflik qonorarı üzrə ödəmələr etmiş hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər. Hesabatı doldurarkən hüquqi və fiziki şəxslərin mühasibləri əsasən nəyə diqqət yetirməlidir?

  • Neft-qaz, dövlət sektoruna aid olub-olmamanı hesabatda dəqiq qeyd etməlidirlər. Buna görə hesabatlar da fərqlənir.
  • 200 manatdan aşağı olan və 200 manatdan yuxarı olan işçi sayını, həmçinin ümumi əməkhaqqı məbləğlərini dəqiq yazmaq lazımdır ki, sonda sığortaolunanlar arasında bölüşdürmə aparılanda uyğunsuzluqlar əmələ gəlməsin.
  • Sığortaolunanlar haqqında məlumatlar tam düzgün əlavə olunmalıdır ki, gələcəkdə işçilərin pensiya təminatı məsələlərində çatışmazlıqlar yaranmasın.
  • MDSS-yə cəlb olunan və olunmayan gəlirləri düzgün yazılmalıdır ki, vergi orqanlarında muzdlu işlə bağlı vergi hesabatlarında olan rəqəmlərə uyğun olsun.
  • Fizki şəxs sahibkarlar həm özü, həm də işçiləri üçün hesabat təqdim etməlidirlər. Bir çox hallarda sahibkarlar özlərinin hesabatlarını təqdim etmirlər.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ticarət və xidmət sahələri üzrə ayrı-ayrılıqda məşğul olarsa, ticarət fəaliyyəti üzrə hesabat təqdim etməlidir. Belə ki, müəyyən dövr ərzində bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünü ödəyirlər.

2020-ci il yanvarın 1-dən tətbiq olunan yeniliklər

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında MDSS haqqı ödəyəcəklər.

Hüquqi şəxslərdə MDSS tutulmalarında heç bir dəyişikliklər olmayacaqdır.

Misal: Tutaq ki, fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarın Qəbələ rayonunun Əmirvan kəndində mağazası vardır və o, həm də işçi briqadası ilə təmir işləri görür. Sual meydana çıxır ki, bu sahibkar özü üçün 2019-cu ildə və 2020-ci ildə hansı hesabatları verməlidir və hansı məbləğlərdə ödəmələr aparmalıdır? 4-cü rüb 2019-cu ildə 0704 (ticarət sahəsində məşğul olan sahibkarlar – kənd yerlərində) fəaliyyət növünün kodu üzrə hesabat təqdim etməlidir. Bu hesabatı o, 2020-ci ildə də təqdim edəcəkdir.

Hesablamalar belə olacaqdır:

2019-cu ilin 4-cü rübü üçün ticarət fəaliyyətindən 250 * 50% * 50% = 62,50 manat
2020-ci il üçün isə ticarət fəaliyyətindən 250 * 50% = 125 manat olacaqdır.

Göründüyü kimi, 2020-ci ildən ölkənin bütün regionları üçün vahid dərəcələr tədbiq olunur.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Rüblük Hesabat Necə Təqdim Olunur

Hər hansı bir təşkilat və fərdi sahibkar vaxtında vergi orqanına və digər dövlət fondlarına hesabat tərtib edib təqdim etməlidir. Bir təşkilatın bu yaxınlarda fəaliyyətə başlaması və ya müvəqqəti fəaliyyət göstərməməsi halında, hesabatlar hələ təqdim edilməlidir. Sahibkar və ya hüquqi şəxs rüblük hesabatı müəyyən olunmuş müddətdə təqdim etmirsə, ona qarşı cərimə tətbiq olunmaqla inzibati sanksiyalar tətbiq olunur. Rüblük hesabat necə təqdim olunur

Təlimat

Addım 1

Öz işinizi açarkən dərhal vergi və digər hesabatların çatdırılması ilə bağlı suallar yaranır. Hesabat vermə rejimindən asılıdır, vergi orqanına hesabat təqdimetmə tarixi vergi ödəmə tarixləri ilə üst-üstə düşmür. Qanuna uyğun olaraq hesabat forması Mülki və Vergi məcəllələrinin tələblərinə uyğun olmalıdır.

Addım 2

Sadələşdirilmiş vergi sistemi ilə işləyən sahibkarlardan aşağıdakı rüblük hesabatları hazırlamaq və təqdim etmək tələb olunur: Sosial Sığorta Fondunun ərazi şöbəsinə rübdən sonrakı ayın 15-i tarixində təqdim olunan arayış; Pensiya Fonduna hesabat əvvəlki rübdən sonrakı ayın 30-cu gününə qədər təqdim olunur; balans və hesabat rübdən sonrakı ayın 30-dək ərazi vergi orqanına təqdim olunur.

Addım 3

Sahibkar muzdlu əməkdən istifadə etmirsə, hesabat müvafiq olaraq minimaldır. Vergi bürosuna müraciət edərək rüblük hesabatı özünüz təqdim edə bilərsiniz, hesabat verməyə cavabdeh şəxs üçün etibarnamə də verə bilərsiniz. Bundan əlavə, rüblük hesabatın adi poçtla göndərilməsinə və ya internet vasitəsilə elektron şəkildə göndərilməsinə icazə verilir. Poçt xidmətlərindən istifadə edərkən əlavələrin bir inventarlaşdırılması tövsiyə olunur. Hesabatın təqdim edildiyi tarix, sənədləri olan məktubun göndərildiyi gün olacaqdır.

Addım 4

Rüblük hesabat illik hesabatın əsasını təşkil edəcəkdir, buna görə də hazırlanması və çatdırılması sahibkar üçün də vacibdir. Vergilərin rüblük hesabata uyğun olaraq ödənilməsi rübdən sonrakı ayın 25-nə qədər həyata keçirilir.

Addım 5

Sənədlərin vergi orqanı və dövlət fondları tərəfindən qəbul edilməsi üçün lazımi qaydada tərtib edilməli və lazımi rekvizitlər daxil edilməlidir. Ümumiyyətlə, bunu ya bir mühasib, ya da sahibkarın özü və ya vergi bəyannamələrinin çatdırılması üçün xidmət göstərən bir təşkilat həyata keçirir. Təşkilat maliyyə əməliyyatları həyata keçirmirsə və istehsal dayanırsa, sıfır hesabat hazırlanır. Hər hansı digər vergi sisteminə keçid yalnız əvvəlcədən vergi orqanına bir ərizə təqdim etsəniz, gələn ilin əvvəlində mümkündür.

Kənd təsərrüfatı sərgisində gubre.az fermerlərə yeni effektiv aqrotexniki vasitələr təqdim edib – FOTO (R)

17 May 2023 cü il tarixində Bakıda 16-cı “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisinə start verilib. Regionun ən böyük kənd təsərrüfatı hadisələrindən biri olan bu tədbir müxtəlif ölkələrdən olan ixracatçılar və idxalatçılar, kənd təsərrüfatı istehsal vasitələrinin istehsalçıları, distribütorlar, topdan və pərakəndə satış şirkətləri, əkinçi şirkətlər və fermerlərin ənənəvi görüş yerinə çevrilib. Sərgidə kənd təsərrüfatında tətbiq olunan müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumlar, tinglər, texnikalar, müasir suvarma sistemləri və s. nümayiş olunur.

Bu ilki sərgidə rekord sayda iştirakçı qeydə alınıb. Belə ki, milli, regional və fərdi stendləri ilə 31 ölkədən 479 şirkət sərgidə təmsil olunur. Bu da öz növbəsində həm Azərbaycanda kənd təsərrüfatı sektrounun sürətli inkişafının, həm də xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərin ölkəmizin kənd təsərrüfatı sektoruna olan marağının bariz göstəicilərindən biridir.

Sərgidə ölkəmizdə 200-dən çox mağazadan ibarət geniş satış şəbəkəsi, 300-dən çox çeşidi və 50-dən çox markası ilə fermerlərimizə Azərbaycanın əksər bölgələrində xidmət edən gubre.az aqrar ticarət şəbəkəsi də öz stendi ilə təmsil olunur. Qeyd edək ki, gubre.az eyni zamanda “Caspian Agro” sərgisinin sponsorudur.

“Ağıllı kənd təsərrüfatı” şüarı altında keçirilən bu ilki sərgidə şirkətin stendində fermerlərə çox sayda yeni çeşidlər də təqdim edilir. Belə ki, ənənəvi dənli və texniki bitki toxumları, torpaq və şumaltı gübrələr, bitki qoruma vasitələrinin çeşidliliyinin artırılması ilə yanaşı, gubre.az satış şəbəkəsinin öz məhsul portfelinə həm də yüksək effektivliyə malik üzvi gübrələrin, biopestisidlərin, torpaq tənzimləyicilərinin, bağ-bostan bitkiləri toxumlarının və digər müasir aqrokimyəvi vasitələrin də əlavə etiyinin şahidi oluruq.

Bilindiyi kimi gubre.az “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə məxsusdur. Şirkət 2019-cu ildə təsis edilmiş və qısa müddətdə fermerlərə və əkinçilik şirkətlərinə, demək olar ki, bütün ölkə ərazisində xidmət göstərən etibarlı tərəfdaşa çevrilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.