Press "Enter" to skip to content

2019-cu il Azərbaycan üçün necə yadda qaldı? ŞƏRH – ÖZƏL

AzPolitika.info

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq – AÇIQLAMA

Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi 2019-cu ildə keçiriləcək qəbul qaydalarında bir sıra dəyişikliklər edib.

Elçin Əfəndi mövzu ilə bağlı sualları cavablandırıb:

-Elçin müəllim, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin 2019-cu ildə keçiriləcək qəbul qaydalarında nə kimi dəyişikliklər oldu və balların hesablama texnologiyası necə ola bilər?

-Qeyd etdiyiniz qurumların verdiyi qərara əsasən, qruplar üzrə fənlərin bölgüsü bu şəkildə oldu. Deməli,

I qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Riyaziyyat-Qəbul imtahanı
Fizika-Qəbul imtahanı
Kimya-Qəbul imtahanı
II qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Riyaziyyat-Qəbul imtahanı
Coğrafiya-Qəbul imtahanı
Tarix (Azərbaycan və dünya)-Qəbul imtahanı
III qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Azərbaycan dili (tədris dili)-Qəbul imtahanı
Ədəbiyyat-Qəbul imtahanı
Tarix (Azərbaycan və dünya)-Qəbul imtahanı
IV qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Biologiya-Qəbul imtahanı
Fizika-Qəbul imtahanı
Kimya-Qəbul imtahanı
V qrup fənləri:
Azərbaycan dili (tədris dili)-Buraxılış/Qəbul imtahanı
Riyaziyyat-Buraxılış/Qəbul imtahanı
Xarici dil-Buraxılış/Qəbul imtahanı
-İmtahanların keçirilməsi və sual qoyuluşunda hansı dəyişikliklər olacaq?

-Buraxılış imtahanlarında abituriyentlər kurikulum əsaslı tapşırıqlardan, yazı vərdişləri və qavrama vərdişləri tapşırıqlarından, eləcə də ESSE yazmaqla imtahan verəcəklər. Qəbul imtahan mərhələsində isə qapalı və açıq tipli testlərdən imtahan verəcəklər. Necəki bu il 9-cu siniflərin buraxılış imtahanında Dövlət İmtahan Mərkəzi bu üsulu tətbiq etmişdi.

Qəbul imtahanları balların fənlərə görə bölgü prinsipi fikrimcə, bu şəkildə olacaqdır. Deməli, buraxılış imtahanı bütün qruplar üzrə:

Azərbaycan dili (tədris dili)-100 bal
Riyaziyyat-100 bal
Xarici dil-100 bal
Qəbul imtahanları:
I qrup üzrə:
Fizika-200 bal
Riyaziyyat-100 bal
Kimya-100 bal
II qrup üzrə:
Coğrafiya-200 bal
Tarix (Ümumi və Azərbaycan)-100 bal
Riyaziyyat-100 bal
III qrup üzrə:
Tarix (Ümumi və Azərbaycan)-200 bal
Ədəbiyyat-100 bal
Azərbaycan dili-100 bal
IV qrup üzrə
Biologiya-200 bal
Kimya-100 bal
Fizika-100 bal
V qrup üzrə
Azərbaycan (tədris dili)-100 bal
Riyaziyyat-100 bal
Xarici dil-100 bal
-Balların hesablanma texnikası və ya düsturu hansı qaydada ola bilər?

-Burada Dövlət İmtahan Mərkəzi hər fənn üzrə 25 sual tətbiq edərsə, bu zaman ümumilikdə 150 sual ola bilər. Fikrimcə daha uyğun variant hər fənn üzrə 20 sualın tətbiq olunmasıdır. Halbuki bir neçə il öncə ümumi sual sayı 120 idi. Düşünürəm ki, ilk mərhələ üzrə 60, ikinci mərhələ üzrə də 60 sual təqdim edilərsə, abituriyentlərin bu sualları cavablamağa zamanları kifayət edər. İstənilən halda hesablama düsturunu bu iki variant üzrə tətbiq etsək, bu zaman düzgün cavabların sayı vurulacaq 4-ə və ya 5-ə. Alınan nəticədən çıxılacaq səhv cavabların sayı. Buradan da nəticə alınacaqdır. Bu qaydanı düsturla ifadə etsək, o zaman NB=D*4 və ya 5, NB-S=N, N*2=N olacaqdır.

Burada NB-nisbi baldır.
D-düzgün cavabların sayıdır.
4 və ya 5 bir suala görə verilən baldır (əgər 25 sual olarsa, 4-ə, 20 sual olarsa 5-ə vurulacaqdır).
N-nəticədir.
N*2 düsturu isə əsas fənlərin nəticəsinin 2 əmsalına vurulmasıdır.

Buraxılış və qəbul imtahan fənlərinin hər biri üzrə 25 və ya 20 sual təqdim olunarsa, o zaman yuxarıda qeyd etdiyim düsturu tətbiq edə bilərik.

Azərbaycan dili 25*4 və ya (20*5)=100/100

Əgər ixtiyari bir abituriyentin ən azı 2 səhv etdiyini nəzərə alsaq, o zaman bu şəkildə hesablama aparılacaq. 23*4=92 və ya 18*5=90, 92-2=90 və ya 90-2=88 bal.

Məsələn 2-ci qrupda coğrafiya fənni 200 balla qiymətləndirilərsə, o zaman hesablama qaydası belə ola bilər:

25*4=100 və ya 20*5=100 bal, 100*2=200 bal.

Əgər ixtiyari bir abituriyentin ən azı 2 səhv etdiyini nəzərə alsaq, o zaman bu şəkildə hesablama aparılacaq. 23*4=92 və ya 18*5=90. 92-2=90 və ya 90-2=88 bal.

2019-cu il Azərbaycan üçün necə yadda qaldı? ŞƏRH – ÖZƏL

Hər ilin başlanğıcı olduğu kimi, sonu da var. Artıq 2019-cu ilin XII ayındayıq. Ötən ilə nəzər saldıqda ümumilikdə bu ilin xeyli uğurlarını görmək mümkündür. Bütün sahələr üzrə xeyli sayda nailiyyətlərin əldə olunması cari ilin həm ölkəmiz, həm də xalqımız üçün əlamətdar il kimi yaddaşlarda qalacağına zəmin yaradır. Bəs görəsən 2019-cu il iqtsadi sferada Azərbaycana nə qazandırdı?

Bu il nə ilə yadda qaldı?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən iqtsadçı ekspert Pərviz Heydərov söyləyib ki, 2019-cu il ölkəmizdə böyük islahatlar ili, daha doğrusu böyük islahatların başlandığı il olaraq qalacaq.

Onun sözlərinə görə, çünki, yeni il başlanan kimi start verilən islahatlar dalğası hələ də yeni-yeni sahələri əhatə etməkdə davam edir: “Azərbaycanda qarşıya qoyulan əsas hədəf sosial dövlət modeli qurmaq, yaşından asılı olmayaraq, yeni doğulmuş körpədən tutmuş, ömrünün son günlərini yaşayan hər bir vətəndaşa kimi onların qayğısına qalmaq, hər cür maddi-mənəvi ehtiyaclarını maksimum səviyyədə ödəməyə nail olmaqdır. Bu baxımdan da bütün sahələrdə dəyişikliklər etməyə ehtiyac var idi və bu dəyişikliklər hazırda davam etməkdədir”.

Qarşıya qoyulan məqsəd.

Ekspert söyləyib ki, vətəndaşların rifahını başlıca vəzifəsi hesab edən, onların sosial, iqtisadi əmin-amanlıqlarını qorumağa çalışan bir sistem və quruluş yaratmaq məqsədinə nail olmaq üçün cəmiyyətin bütün sferalarında ciddi islahatlar həyata keçirilir: “Ümumiyyətlə, aparılan islahatlarda əsas məqsəd əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyırsa, iqtisadi müstəvidə nailiyyətlər çox olmalıdır. Odur ki, əhalinin sosial müdafiəsi və iqtisadi mənafeyinin qorunması ilə bağlı atılan addımların səmərəliliyini və davamlılığını təmin etmək məqsədilə hökmən struktur və kadr islahatları, qanunvericilik və digər islahatlar da həyata keçirilməlidir. Başqa sözlə desəm, sosial dövlət modeli quruculuğu sahəsində islahat dalğası bütün subyektləri, sahə və sektorları əhatə etməlidir”.

Bu il üçün ilk köklü dəyişiklik

2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra növbəti dəfə qalib gələn ölkə başçısının andiçmə mərasimində proqram xarakterli çıxışını xatırladan P.Heydərov Prezident İlham Əliyevin həmin çıxışı zamanı çox böyük islahatlara start veriləcəyi ilə bağlı anons verdiyini vurğulayıb: “Həqiqətən, Prezident İlham Əliyev yeni dövr üçün öz vəzifəsinin icrasına başlayan kimi islahatların ilkin əlamətləri görünməyə başladı. Belə ki, 2018-ci ilin ikinci yarısında dövlət büdcəsinin hazırlanma qaydasında yeniliklər tətbiq edilməyə başlandı. Vergi Məcəlləsinə köklü şəkildə çoxsaylı dəyişikliklər hazırlandı. Növbəti ildə, yəni bu il üçün hazırlanan dövlət büdcəsində sosial istiqamətdə çox böyük addımlar atılacağı göründü. 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər bunun sonrakı əsasını qoydu”.

Sosial sahədə atılan böyük addımlar

Cari ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başlandığını qeyd edən ekspert vurğulayıb ki, fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsində maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı: “İlin ortasında ikinci sosial paketin qəbulu haqqında sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən pensiya və maaşlar yenidən artdı və sair. Nəticədə də minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdı. Bundan başqa ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti addımlar həyata keçirildi. Hələ indiyə qədər Azərbaycanda 1 ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Bütün bunlar və qeyd olunan sosial paketlərin maliyyələşdirilməsi əsasən, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin bir qədər də gücləndirilməsi hesabına təmin edildi. Kölgə iqtisadiyyatına qarşı mübarizədə əldə edilən uğurlar məhz iqtisadi sahədə aparılan islahatlar hesabına mümkün oldu. 2018-ci ildə əlavə olaraq 300 milyon manatdan çox, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində isə 850 milyon, son olaraq isə 930 milyon manatdan artıq vəsait dövlət büdcəsinə daxil edilib. Bu gəlirlər dövlətdə əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsinin yaxşılaşdırılması üçün islahatların dərinləşməsinin vacib olduğunu təsdiqlədi”.

Həyata keçirlən mühüm islahatlar

P.Heydərov deyib ki, həyata keçirilən işlərin ardınca struktur və kadr islahatlarına rəvac yarandı ki, islahatların səmərəliliyini artırmaq məqsədilə islahatlar hökmən idarəetmə sahələrini də əhatə etdi: “Dövlət başçısı tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə bu sahədə də yeni yanaşmanın tətbiqi vacib sayılırdı. O səbəbdən ki, idarəetmədə yeni yanaşma iqtisadiyyatda dəyişikliklərə daha sürətli nail olmağa gətirib çıxarmalıdır. Ona görə də islahatların davamı kimi 2019-cu ildə struktur islahatları da dərinləşdi, kadr dəyişikliklərinə başlandı. Bu proses hələ davam edəcək. Bunun müsbət nəticələrinin bir qismini yaxında, digər hissəsini isə qarşıdakı illərdə görəcəyik. Artıq, növbəti ilin dövlət büdcəsi qəbul edilib. 2020-ci ildə də əməkhaqqı və pensiyalarda artım nəzərdə tutulur. Amma artımlar o halda baş verəcək ki, büdcəyə proqnozlaşdırılan gəlirlər, o cümlədən qeyri-neft sektorundan vergilər təmin olunsun. Çünki iqtisadiyyatda şəfaflığı artırmadan, kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirmədən, açıq rəqabət mühiti təşkil etmədən büdcəyə dair tapşırıqları icra etmək mümkün deyil. Aparılan islahatlar bu məsələlərin həllinə yardım edəcək. Başqa sözlə desəm, struktur islahatları, kadr dəyişiklikləri və digər tədbirlər kölgə istisadiyyatının həcminin bir qədər də kiçilməsi ilə nəticələnəcək. Yeri gəlmişkən, xatırladım ki, Vergilər Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil etməyə dair 23 oktyabr 2019 tarixli Fərmanın girişində də yazılıb ki, davamlı inkişafı təmin etmək məqsədilə aparılan sosial-iqtisadi islahatları dərinləşdirilmək, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərini sürətləndirməyi və dövlət idarəetməsini təkmilləşdirilməyi zərurətə çevirib”.

Növbəti ildən gözləntilər.

İqtisadçı əlavə edib ki, gələn il Rəqabət Məcəlləsinin də uzun gözləntidən sonra qəbul ediləcəyi deyilir: “Bunun qəbulu, iqtisadiyyatı idarəetmənin təkmilləşdirilməsi rəqabət mühitinin güclənməsinə imkan yaradacaq. Bu dəyişikliklər həm 2020-ci ildə, həm də qarşıdakı illərdə iqtisadiyyatda yaradılan əlavə dəyərin daha da böyük templə artmasına şərait yaratmalıdır”.

“İKİ-ÜÇ RAYONU HƏRBİ YOLLA AZAD ETSƏK…” – “2019-cu ildə belə qərarlar qəbul oluna bilər”

“Mən 2019-cu ili Azərbaycan tərəfindən Qarabağın azad edilməsi üçün ciddi addımlar atılacağı il kimi qiymətləndirirəm. Fikrimcə, Azərbaycana olan təzyiqlərin bir hissəsi bununla bağlıdır. Baxın, bizim müxalifət qüvvələri Qarabağla bağlı mitinq keçirdi. Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı. Amma mitinqi dərhal anti-hökumət aksiyasına çevirdilər və bunun da effekti az oldu. Amma iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Məncə, bu çox faydalı olar. Təsəvvür edin ki, hakimiyyətli-müxalifətli böyük bir aksiya keçirilir, orada YAP-ın nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri çıxış edir. Dünya da görür ki, xalq Qarabağın azad edilməsini tələb edir”.

“AzPolitika.info”nun məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev teleqraf.com saytına müsahibəsində Qarabağ danışıqlarının hazırki vəziyyətinə dair sualı cavablandırarkən deyib.

Partiya sədrinin fikrincə, Azərbaycan hökuməti bu il Paşinyanın tam güclənməsinə imkan verməməlidir. “Onun qarşısına konkret tələb qoyulmalıdır. Ya Qarabağın azad edilməsi üçün konkret addımlar at, ya da Azərbaycan öz torpaqlarını azad etməlidir. Düşünürəm ki, biz iki-üç rayonu hərbi yolla azad etsək, ermənilər vəziyyətin nə yerdə olduğunu başa düşüb konstruktiv mövqe sərgiləyəcəklər”.

Lakin Q.Həsənquliyev hesab edir ki, Azərbaycan bundan əvvəl Rusiya ilə intensiv danışıqlar aparmalıdır: “Çalışmalıyıq ki, Rusiya buna intensiv müdaxilə etməsin və Azərbaycanın haqlı olduğunu qəbul edərək imkan yaratsın ki, torpaqlarımızı azad edək. Hətta bu olmasa belə, düşünürəm ki, Azərbaycan hökuməti sonda xalq ilə açıq danışmalı və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində addımlar atmalıdır. Siyasətdə bəzən ağıllı fikirləşincə dəli vurub çayı keçir. Tarixdən yüzlərlə misallar gətirmək olar ki, ağıllı siyasətçi oturub fikirləşir və sonda kələfin içində itib-batır, nəticə də olmur. Bəzən dövlət başçıları qəti və ciddi qərarlar qəbul etmək məcburiyyəti qarşısında qalır. Düşünürəm ki, 2019-cu ildə belə qərarlar qəbul oluna bilər”.

V.Nəsibov

AzPolitika.info

Şərhlər

əli 2019-03-01 18:16:11

https://www.youtube.com/watch?v=f88RIJNRVUI Qüdrət buna bax

Obyektiv 2019-03-01 18:16:11

Evvel sherhleri oxudum sonra meqaleni. Dedim, gorum Qudret ne deyib ki, bele eseblere sebeb olub.. Oxudum anmcaq (haqqla desek) bu yaziq qerezLi ya riyakar tipLi bir fikir soylemeyib axi.. ) Obyektiv baxanda, eksine oz narahaychiligini bildirir ve (bu meseleye dair) teklifini verir.. Partiya sədrinin fikrincə, Azərbaycan hökuməti bu il Paşinyanın tam güclənməsinə imkan verməməlidir. “Onun qarşısına konkret tələb qoyulmalıdır. Ya Qarabağın azad edilməsi üçün konkret addımlar at, ya da Azərbaycan öz torpaqlarını azad etməlidir. Düşünürəm ki, biz iki-üç rayonu hərbi yolla azad etsək, ermənilər vəziyyətin nə yerdə olduğunu başa düşüb konstruktiv mövqe sərgiləyəcəklər”. Burada ne var ki.

Elmar 2019-03-01 18:16:11

QÜDRƏT QARĞA DİLİ DANIŞIR. ONU DA HƏR BİR CÜR BAŞA DSÜŞÜR. NİYƏ BÜTÜN QARABAĞ YOX 2 RAYON? DEMƏLİ QALAN RAYONLAR ERMƏNİYƏYƏ VERİLİR. BAŞQASI NECƏ BAŞA DÜŞÜR ÖZÜ BİLƏR

saxavat 2019-03-01 18:16:11

Qarabag azad olunmayacaq NIYE? Hakimiyyeti zebt edenler. Bu gun hakimiyyetde Heyder Aliyev kimi CENGAVAR olmaliydi Hayif O bu gun yoxdur Qarabag haqqinda ne deyilirse YALANDIR-Yegane variatn muharibedir Guclu ordumuz-guclu iqtisadiyyatim var Qudret Hassanquliyev sence O haralardadir? Yaziq millet

Azad Qarabaglı 2019-03-01 18:16:11

İrəvan və Kreml dəfələrlə 5 rayonu azad etməyə hazır olduqlarını bəyan etsələr də, Q.Həsənquluyev müsahibədə cəmi 2 rayon üçün Ali Baş Komandan, Müd Naziri, Ştab Rəisi adından hərb bəyanatı verir?

Azərbaycan vətəndaşı 2019-03-01 18:16:11

Qüdrət nə üçün susursan.Axı mən sənə sual verdim və cavabını gözləyirəm.

Genc Molla 2019-03-01 18:16:11

Eh qudrət,qudrət.. Xalq nə hayda sən də iki daşın arasında . Doxdurun xatrinə çox şey yamıram.Dünyamalı dünyada qalacaq.

Oqtay 2019-03-01 18:16:11

Mənim fikrimcə 1)müharıbə edən dövlətdən oğurluq edib xaricə daşıyanlar müharibə şəraitində yaşadığımıza görə müəyyənləşib müharibə qanunları ilə güllələnməlidirlər əgər biz müharibə şəraitindəyiksə və söhbət ciddidir sə 2)xaricdə olan güllələnlərin balalarını yığıb ön cəbhəyə düşmənlə üz üzə Belə olan halda millət görəcək ki məsələ ciddidir və ürəklə vuruşacaq.Heç kim hərif deyil döşünü gülləyə versin ki oğruların balası kef etsin xaricdə.Bizi , ölkəni, bəyənib burada yaşamır ancaq buradan oğurlanan pulu bəyənir.Mən qanımla torpaq alacam onlarda gəlib ermənidən qalanı oğrasın?. Ədalətli quruluş olmalıdır ki hamı hiss etsin ki bura vətəndir Niyə buranın vətən olmağını yoxsul bilir ancaq oğrular bilmir düşmən gözü ilə baxırlar bu vətənə. Mənim fikrimcə onlar yəni oğrular heç də ermənidən yaxşı deyillər. Bir sözlə dolmanın (yağlı) dibini bozbaşın da (yağlı yerini) üzünü yeyənlər balaları ilə birlikdə irəli torpaq vətən hamınındır

AYZEK 2019-03-01 18:16:11

VİDADİ DEYİR Kİ BAKIYA YAMAQLI ŞALVARDA GƏLMİŞDİNİZ, AMMA İNDİ MİLYONÇUSUNUZ.DÜZ DEYİR YOXSA ŞƏR ATIR?

vuqar 2019-03-01 18:16:11

YA QARABAG, YA OLUM! QARABAG. MILLETIMIN MERD QEYRETLI QARDASLARIMIN EN AGRIYAN YERI! . . G A R A B A A A G. CANIM SENE FEDA – VETEN!

miri 2019-03-01 18:16:11

Qarabag duyunu cox faktorlardan aslı olmagına baxmayaraq acılım imkanı varsa (məncə indi bir tarixi fürsətdir) bunu indiki iqtidar təcili faktiki müxalifət ilə müzakirə etməlidir. Nəticəsi haqqında ölkəyə müraciət etməli və bu problemi 25 il konservləşdirərək cətinləşdirən mənim yaşımda olan nəsil öndə olmaqla həllə cəhd etməlidir. Bizım həmyaşıd nəsil və indiki hakimiyyət mənsubları ancaq bu yol ilə bu böyük günahimızı yuya bilərik.Allah yar olsun.

Bəhram Qarabaglı 2019-03-01 18:16:11

Cənab Q.H., məgər, haylar 366cı hərbi dviziya ilə DQMV və ətraf rayonlarını qanlı genosidlə işgalını öncədən (satqınca) bəyan etmişdilərmi? Konstitutsion məsul Azərbaycan Hakimiyyəti İrəvana (və siyasi dünyaya) DQMV əhalisinin oradan qovulmuşların mülklərinə köçürülməsi Status-Kvo tələbini qoyubmu? “Ultimatum”unuzu kim içinizə qoydu? Həll siyasəti 23 il “pas”lanmalı dəyil, hər an dəyişir!? Ardıcıl gedişlər: 1-Ultimatum; 2-ATƏT MQndan çıxmaq; 3-DQMV ilə aradakı hərbdən imtina.

Azərbaycan vətəndaşı 2019-03-01 18:16:11

İkinci Dünya müharibəsində Stalin başda olmaqla bütün vəzifəlilərinin övladları ön çəbhədə döyüşüblər. Ona görədə SSRİ bu müharibədə qalib gəldi.İndi mənim bu Qüdrətə bir sualım var.Əgər müharibə başlasa hansı məmurun oğlu ön cəbhədə döyüşəcək.Şəxsən Qüdrətin oğlu ön cəbhədə olacaqmı.Xahiş edirəm Qüdrət bu suala səmimi cavab versin.

t.ədalət 2019-03-01 18:16:11

Rusiya işğal etdiyi əraziləri qaytarmaz.Bizim ümidimiz sankisiyalaradır.Rusiya iqtisadi tənəzzülə yaxınlaşdıqca,ovucu boşalacaq..

EJDER 2019-03-01 18:16:11

DIGALAR MEYDAN OXUYUR,BIZLERE.HANI BU LAZIM,NAQILLAR YETER.HAYDI,YA ALLAH,IRELI.BUNLARIN ANASINI AQLATMAQ VAXTIDI

Pirzadə 2019-03-01 18:16:11

Qüdrət müəllim Sizə deputatlığınıza böyük hörmətim var.Nəyə lazım ürək bulandırıcı söhbətlər.Siz məyər cənab Prezidentdən,ya da hərbi sahələrdə böyük təcrübəyə malik olan cənab Müdafiə Nazirindən savadlı,ya da ağıllısınızmı?Unutmayın ki,son QƏRAR cənab Ali Baş Komandanın və cənab Müdafiə Nairinindir.

yusif 2019-03-01 18:16:11

qudret muellim geri cekilir. amma xeyri yoxdur.

636363 2019-03-01 18:16:11

ön çərqədə məmur,deputat,oliqarx balaları olmaq şərti ilə

Sahib 2019-03-01 18:16:11

Qüdrət 25 ildə ermənidən bir kənd geri alınmayıb. Ala bilməmisiniz. 1-2 rayon almaq sözdür deyirsən. Lap alınsa rayon yox 1-2 kənd onda 25 il də gözləmiyəcəyik ki qalan torpaqlar alınsın? Siz də 25 il bəy tərifi ilə məşğul oilacaqsınız ki 100 hektar aldıq. Müharibəni başlayıb düşmənlə ölüm dirim savaşına girişib torpaqları almaq lazımdır. Ancaq talnçı məmurlar milyon milyardlarından,bizneslərindən vəzifələrdən qorxur düyə müharibə edib düşməni qovmaq istəmirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.