Press "Enter" to skip to content

Vəzifəli qadın əri tərəfindən aldadıldı: 1 milyonluq dələduzluq

“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, – deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri sosial sahədə ardıcıl xarakter alan inqilabi addımlarda bir daha təsdiqini tapır.

2020-ci ildə ünvanlı sosial yardımı kimlər alacaq? – QAYDALAR

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) dedikdə, dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımı nəzərdə tutulur. Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ÜDSY-nin təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur.

Yeniavaz.com bildirir ki, banker.az 2020-ci ildə ÜDSY-nin necə hesablanacağını araşdırıb.

Misal: 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2020-cu il üçün ehtiyac meyarının həddi 160 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 160*4=640 manat təşkil edir. Bu halda ailəyə 640-400=240 manat məbləğində dövlətdən sosial yardım təyin edilə bilər. (Ehtiyac meyarı 2019-cu ildə 143 manat təşkil edirdi, 2020-ci il üçün 17 manat artırılıb)

Ailə dedikdə, qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.

Misal 1: 1 evdə 2 qardaşın 5 və 3 nəfərlik ailəsi qaz, işıq və su sayğaclarından birgə istifadə etməklə yaşayırlar. Bu halda həmin evdə yaşayanlar 1 ailə hesab edilir və ailə üzvlərinin sayı 8 nəfərdən ibarət olacaq.

Misal 2: 1 evdə ata və oğlunun 2 və 4 nəfərlik ailəsi birlikdə yaşayır. Lakin, onlar ayrı-ayrı qaz, işıq və su sayğaclarından istifadə edirlər. Bu halda onlar 2 ayrı ailə hesab edilir və ÜDSY almaq üçün müraciət etdikdə 2 ailə kimi gəlirləri ayrı hesablanacaqdır.

Ailənin gəlirləri dedikdə, ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, faktiki alınan alimentlərdən, kreditdən, şəxsi yardımçı təsərrüfatdan (iri və xırda buynuzlu malqara, ev quşları, arı ailəsi və s.)əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu nəzərdə tutulur.

Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Dövlətdən sosial yardımı hansı ailələrin alma hüququ var?

Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan (2020-ci ildən ehtiyac meyarının həddi 160 manat təşkil edir) aşağı olan aztəminatlı ailələr ÜDSY almaq hüququna malikdirlər.

Orta aylıq gəliri onlardan asılı olmayan səbəblər dedikdə aşağıdakı hallar nəzərdə tutulur:

  • Şəxsin əlil olması;
  • Şəxsin əmək pensiyaçısı olması;
  • Şəxsin birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
  • Şəxsin 23 yaşadək əyani təhsil alması;
  • Şəxsin Dövlət Məşğulluq Xidmətinin yerli orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
  • Şəxsin azadlıqdan məhrum edilməsi.

Aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində ünvanlı dövlət sosial yardım alırlar – Hansı ki, biz buna yuxarıda izah verdik misallarla.

ÜDSY təyin edilərkən, ailənin tərkibində nəzərə alınmayan ailə üzvləri:

ÜDSY təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır və onlara görə ÜDSY ödənilmir:

  • tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
  • müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
  • cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
  • axtarışda olan şəxslər;
  • Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları;
  • əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

Misal: 6 nəfərdən ibarət ailənin tərkibində 1 nəfər müddətli həqiqi hərbi xidmətdə olan və 1 nəfər uşaq evində olan şəxs var. Həmin ailənin orta aylıq gəliri isə 400 manat təşkil edir. Deməli, həmin 2 nəfər ailə üzvü kimi nəzərə alınmayacaq və ailə üzvlərinin ehtiyac meyarının məcmusu (6-2)*160=640 manat müəyyən ediləcək. Bu halda ailəyə 640-400=240 manat məbləğində ÜDSY təyin edilə bilər.

Necə müraciət etməli?

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün aşağıdakı sənədləri əldə etməlidir:

  • Yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı;
  • Həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə.

Təmsilçi kompüter və ya mobil telefonlardan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş VEMTAS pəncərəsinə və ya elekron hökumət portalında (www.e-gov.az) ƏƏSMN-nin xidmətləri siyahısında “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) müraciət edir.

Vətəndaşlar tərəfindən “Ərizə-bəyannamə” doldurulan zaman diqqət edilməli məqamlar:

  • Ailə tərkibinin düzgün göstərilməsi;
  • Yaşadığı ünvanın düzgün göstərilməsi;
  • Ailənin bütün növ gəlirləri və əmlakının dəqiq bəyan edilməsi;
  • Müraciətdən əvvəl 12 ay ərzində kredit götürülübsə, bu barədə mütləq şəkildə məlumat verilməsi;
  • Torpaq pay mülkiyyəti olduqda, bu barədə mütləq şəkildə məlumat verilməsi və sığortaedənin uçot nömrəsinin (SUN) göstərilməsi;
  • Qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərclərin dəqiq bəyan edilməsi.

Ünvanlı dövlət sosial yardımı təyin olunmasıtəyin olunmasından imtina edilməsi barədə:

ÜDSY-nin alınması üçün müraciətlər VEMTAS (yəni insan əqlinin köməyi olmadan sistem araşdırır) tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir.

VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların elektron qaydada yoxlanılması həyata keçirilir.

Məlumatlarda uyğunsuzluq olduqda, ÜDSY-nin təyin olunmasından imtina edilir, uyğunsuzluq olmadıqda, VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin (maddi-məişət şəraitinin müayinəsi dedikdə, Təmsilçinin “Ərizə-bəyannamə”də daxil etdiyi məlumatların DSMF-nin yerli şöbəsinin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən Təmsilçinin (müraciət edən) evində yoxlanılması nəzərdə tutulur) aparılması barədə tapşırıq göndərilir.

DSMF-nin yerli şöbəsinin ünvanlı sosial yardım üzrə işçisi ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirir və nəticələrini VEMTAS-a ötürür.

“Ərizə-bəyannamə”də göstərilən məlumatlar maddi-məişət şəraitinin müayinəsində öz təsdiqini taparsa, VEMTAS tərəfindən ailəyə ÜDSY-nin təyin olunması barədə, öz təsdiqini tapmadıqda isə ÜDSY-nin təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır.

ÜDSY onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

Bəs ÜDSY təyin olunmasından hansı halda imtina edilir?

Aşağıdakı hallarda ÜDSY-nin təyin olunmasından imtina edilir:

  • “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların VEMTAS üzərindən və ya maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq olduqda;
  • ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;
  • ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (2020-ci il üçün 190 manat müəyyən edilmişdir) 12 mislindən çox, yəni 190*12=2280manat məbləğində alqı-satqı etdikdə;
  • Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
  • Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır);
  • Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun (hazırda bu məbləğ 190 manat təşkil edir) 10 faizindən, yəni 190*0.1=19manatdan çox olduqda.

Misal: adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 19.0 manat olduğundan, 5 nəfərlik ailədə bu rəqəm 19*5=95 manat təşkil edəcək;

Digər ÜDSY-nin verilməsindən imtina səbəbi kimi, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olması gətirilə bilir.

ÜDSY-nin verilməsi və verilməsinin dayandırılması nə zaman mümkündür?

ÜDSY ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir.

ÜDSY almaq hüququna baxılması zamanı ailənin tərkibi, əmlakı və gəliri haqqında məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, ÜDSY-nin verilməsi həmin gündən dayandırılır və həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.

ÜDSY-nin verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə, ünvanlı dövlət sosial yardımı alan ailə bu barədə elektron formada VEMTAS-a və ya DSMF-nin rayon (şəhər) şöbəsinə 5 iş günü müddətində məlumat verməlidir.

Misal: ÜDSY təyin edilmiş ailə aşağıdakılar barədə məlumat verməlidir:

  • ailə üzvlərindən hər hansı biri kredit götürdükdə;
  • işləyən ailə üzvlərinin əmək haqları dəyişdikdə;
  • işləyən ailə üzvlərindən hər hansı biri işdən çıxdıqda;
  • işləməyən ailə üzvlərindən hər hansı biri işə düzəldikdə;
  • uşaq doğulduqda;
  • ailə üzvlərindən hər hansı biri vəfat etdikdə;
  • ailə üzvlərindən hər hansı biri digər ünvana köçdükdə.

ÜDSY təyin edilmiş ailələr arasında mütəmadi monitorinqin keçirilməsi:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tərəfindən şəhər və rayonlar üzrə seçmə qaydada monitorinq keçirilir. Əgər Nazirliyin nümayəndələri tərəfindən ÜDSY-nin verilməsinin dayandırılmasına (5-ci hissədə sadalanan hallar) səbəb ola biləcək hallar aşkar edildikdə, həmin ailəyə təyin edilmiş ÜDSY dayandırılır və ailənin ÜDSY-nin alınması üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır. ÜDSY-nin dayandırılmasına səbəb olan hallar baş verdiyi tarixdən sonra ÜDSY-nin artıq ödənilmiş hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinə qaytarılır.

Vəzifəli qadın əri tərəfindən aldadıldı: 1 milyonluq dələduzluq

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü İqbal Həsənli arvadı da daxil olmaqla qohumlarına qarşı külli miqdarda dələduzluq edib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Zərərçəkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vuran İqbal Həsənliyə 8 il 6 ay həbs cəzası verilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, İ.Həsənli müxtəlif dövrlərdə müxtəlif epizodlar üzrə arvadı və qohumları da daxil olmaqla 8 tanışını aldadıb. O, 49 yaşında olarkən yüngül atletika üzrə idman ustası, peşəkar idmançı Elvira Salyamova ilə evlənib.

Salyamova ifadəsində bildirib ki, o, müxtəlif yerli və beynəlxalq yarışların mükafatçısı olub:

“1996-cı ildə Atlanta ştatında keçirilən Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmişəm. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə mənzillə təmin edilmişəm. Sonradan həmin evi satıb daha az sahəyə malik ev aldım. İqballa 2018-ci ildə tanış olmuşduq. O, mənim tanışıma məxsus mənzili kirayəyə götürmüşdü. Bir dəfə evin kirayə pulunu mən İqbaldan alıb tanışıma verdim. Beləcə ünsiyyətimiz yarandı. Mənə Dubayda böyük biznesinin olduğunu, qızıl və brilyant əşyaların satışı ilə məşğul olduğunu bildirmişdi. 2019-cu ildə İqballa rəsmi qaydada nikaha daxil olduq, köçüb bizdə yaşamağa başladı.

Tanışlığın ilk günlərindən özü barədə işgüzar, əlaqəli, vədinə sadiq bir iş adamı kimi təəssürat yaratdığından dediklərinə qəti şübhəm olmayıb. Söhbətlərin birində İqbal dedi ki, yeni şirkəti qurmaq üçün pul lazımdır. Kürəkənimi buna inandırıb mənzilini satdırdı, 36 min dollarını aldı. Daha sonra dedi, pul çatmır. Təklif etdi ki, yaşadığımız evi satıb müvəqqəti kirayəyə köçək. Qısa zamanda bütün məsələləri həll edib daha böyük mənzil alacağına söz verdi. İqbal çox inandırıcı danışdığı üçün razılaşdım. 2019-cu ilin oktyabrında mənzilimi satıb 55 000 manatını İqbala verdim. İqbal hər dəfə müxtəlif bəhanələr gətirib həm məni, həm də kürəkənimi evsiz-eşiksiz qoydu”.

İttihama görə, İqbal Həsənli zərərçəkmişlərin bir neçəsinə Dubayda qızıl-zinət əşyaları satılan mağaza açacağını, böyük pullar qazanacaqlarını vəd edib. Həmin şəxslərdən birini inandırmaq üçün Dubaya dəvət edib. Orada imkanlı şəxs olduğu görüntüsü yaratmaq məqsədilə “Mercedes-Benz S class 500 AMG” markalı avtomobil və şəhərin məşhur “Marin” rayonundakı göl mənzərəli mənzili icarəyə götürüb. Onu həmin maşınla qarşılayıb evə aparıb. Dəbdəbəli həyat tərzi sürməsi barədə təəssürat yaratdıqdan sonra zərərçəkmişdən 170 000 manat alıb.

İ.Həsənli bir neçə tanışını isə “BMW” markalı avtomobillərin işlənmiş ehtiyat hissələrini Azərbaycana gətirib satmaqla gəlir əldə edəcəklərinə inandırıb. Onlardan ümumilikdə 200 min manatdan çox pul alıb. Barəsində qaçaqmalçılıqla bağlı cinayət təqibi olan daha bir nəfərə isə özünü dövlət qurumlarında yüksək vəzifəli məmurlarla əlaqəli şəxs kimi təqdim edib. Onun barəsindəki işə xitam verdirəcəyini, gömrük tərəfindən müsadirə olunmuş mallarını müsadirədən çıxaracağını vəd edib. Bu yolla onlardan 51 min manat alıb. İ.Həsənlinin dələduzluq əməllərindən biri İranda istehsal edilən qaz sobalarının münasib qiymətə topdan alıb Azərbaycanda satışını həyata keçirməklə bağlı olub. O bu yolla zərərçəkmişdən 25 min manat alaraq qaytarmayıb. Həsənlinin ən böyük dələduzluğu isə Dubayda qızıl-zinət əşyaları satan şirkət açacağını və şirkətə onu da pay sahibi edəcəyinə inandırmaq məqsədi Rusiyada yaşayan həmyerlisindən 272 000 manat almağı olub.

Məhkəmədə təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2016-cı ildən Dubayda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Qeyd edilən pulları isə biznesə yatırıb və zərərçəkmişlərin bir çoxuna pullarını qaytardığını bildirib. Məhkəmənin hökmü ilə 8 il 6 ay həbs cəzası ilə yanaşı, İqbal Həsənlinin 3 zərərçəkmişə ümumilikdə 250 min manatı ödəməsi qərara alınıb.

Sosial sahədə 2019-cu ildə əldə olunmuş uğurlar

“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, – deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri sosial sahədə ardıcıl xarakter alan inqilabi addımlarda bir daha təsdiqini tapır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilin yekunlarına dair hesabat hazırlayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a daxil olan hesabatı təqdim edirik.

2019-cu ilin sosial paketi

2019-cu il ərzində təqdim edilən iki sosial paket nəticəsində: minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırılıb; minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB-də 1-ci yeri tutur.

Əməkhaqqı artımı ilə bağlı xüsusi şərtlərlə təyin olunmuş pensiyalar ciddi artırılıb. Sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, həmçinin şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb. Dövlət sektorunda işləyənlərin əməkhaqları 50 faizədək, məcburi köçkünlərin müavinətləri 50 faiz artırılıb. Tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb; 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s. 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi 4,2 milyon nəfər, illik maliyyə yükü 3 milyard manatdan çoxdur.

Bu il ölkəmizdə əməkhaqqı fondunun 43 faiz, median (orta) əməkhaqqının 52 faiz artması çox böyük göstəricidir. Median əməkhaqqının 52 faiz artması 800 min insanın əməkhaqlarının 50 faizdən çox artması deməkdir. Bu, ölkədə qeyri-leqal əmək münasibətlərinin azalmasının, bu sahədə leqallaşmanın göstəricisidir.

Mənzillə təminat

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə şəhid ailələrinə və müharibə əlillərinə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib.

Dekabrın 24-də 96 mənzilli binadakı mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi mərasimində Prezident İlham Əliyev deyib: “Gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur, yəni, bu ildən fərqli olaraq iki dəfə çox. Baxmayaraq ki, bu ilin əvvəlində 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulurdu. Ancaq əlavə vəsaitin ayrılması nəticəsində bu mənzillərin və evlərin sayı 900-ə çatıbdır, o cümlədən yüzlərlə minik avtomobili də verilib”.

Avtomobillə təminat

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilib. Cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bununla indiyədək 6723 minik avtomobili verilib.

DOST layihəsi

Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına imkan verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Bu il mayın 9-da DOST Agentliyi və 1 saylı DOST mərkəzi (Səbail, Yasamal) açılıb. Mərkəzdə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət təqdim edilir. Ötən 6 ayda 1 saylı DOST mərkəzinə 60 mindən çox müraciət olub. Vətəndaş məmnunluğu səviyyəsi isə 95 faiz üzərindədir. 2019-2025-ci illərdə Bakı və ölkənin bölgələrində 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulub.

2 saylı DOST mərkəzi

Bu il dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə Bakının Xəzər rayonunda daha bir DOST mərkəzi – 2 saylı DOST mərkəzi açılıb. Mərkəzin binası 2 mərtəbəlidir. Bina müasir üslubda layihələndirilib və mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir.

2 saylı DOST mərkəzi gün ərzində 250-300 vətəndaşı qəbul edə bilir. Mərkəz Bakının Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət göstərir.

2 saylı DOST mərkəzində il ərzində 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstəriləcək. Mərkəzdə 80 nəfər, “Gənc DOST” proqramı üzrə isə 40 könüllü fəaliyyət göstərir. Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, bu mərkəz də vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir. 2020-ci ildə Bakıda və bölgələrdə yeni DOST mərkəzləri yaradılacaq.

Birdəfəlik ödəmə

Şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib.

Onlardan artıq 12 minədək şəhidin 18 minədək vərəsəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi artıq 98 faizə çatıb.

Şəhid ailələri və müharibə əlillərinin uşaqlarına aylıq müavinət ödənilir, bu uşaqların dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsili ödənişli olduqda, dövlət hesabına ödənilir və s.

Əlilliyi olan şəxslərin reabilitasiyası

Dövlət başçısının tapşırıqları əsasında ötən dövrdə bir çox bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılmaqla, bərpa müəssisələri şəbəkəsi genişləndirilib.

Heydər Əliyev Fondu tərəfindən də əlilliyi olan şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Fondun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Beləliklə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi var. Reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işləri aparılır. Prezidentin göstərişi ilə son illərdə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb.

2019-cu ildə Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Gəncə şəhərində ildə 900 nəfərədək şəxs üçün 60 peşə üzrə peşə kursu təşkil etməyə imkan verən Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Yaxın aylarda onlardan bir hissəsi istifadəyə veriləcək. Qobustan Sosial Adaptasiya Mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcək. Dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinə başlanılıb. 2020-ci ildə ayrı-ayrı bölgələrdə Uşaq Bərpa Mərkəzlərinin tikintisinə başlanması da nəzərdə tutulub.

Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2019-cu il 2 dekabr tarixli Sərəncamı bu mənada mühüm önəm kəsb edir. Sərəncamla bir sıra sosial təyinatlı obyektlərin, o cümlədən reabilitasiya müəssisələrinin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı işlərinin daha da genişlənməsinə şərait yaradır. Sərəncamla bu məqsəd üçün 20 milyon 19 min 100 manat ayrılıb.

Əmək müqavilələrinin sayında artım

2019-cu ildə həyata keçirilən kompleks islahatların nəticəsində ölkədə əmək müqavilələrinin sayı da 161 min müqavilə artıb.

Müsbət haldır ki, onların böyük hissəsi 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb.

Özünüməşğulluq

Özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 10 min 716 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlardan böyük əksəriyyəti təlimlərdə iştirak edib və biznes-planlarını müdafiə edərək aktivlərlə təmin olunub. Özünüməşğulluq proqramında həssas əhali qruplarına üstünlük verilir. 2019-cu ildə də proqrama cəlb olunanlardan 2373 nəfəri əlilliyi olan şəxslər, 1860 nəfəri məcburi köçkünlər, 479 nəfəri ünvanlı sosial yardım alanlar, 257 nəfəri şəhid ailəsi üzvləri, 134 nəfəri isə cəzaçəkmə müəssisəsindən azad edilənlərdir.

“Sosial Bağlar” layihəsi

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə birgə icra olunan “Sosial Bağlar” layihəsi çərçivəsində 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınıb. 2019-cu ildə isə layihənin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində isə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.

İctimai nəzarət

Nazirlik tərəfindən yeni addım kimi, ictimai nəzarət üçün “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsinə Proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatlar daxil edilir.

Ünvanlı dövlət sosial yardımı

2019-cu ilin son tarixinə ölkəmizdə 72 minə yaxın aztəminatlı ailə (300 minədək ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Həmin ailələrin üzvlərinin 55 faizə yaxını (160,5 min nəfəri) uşaqlardır, yəni yaşı 18-ə qədər olanlardır. Hər ailəyə ayda orta hesabla 208 manat sosial yardım ödənilir.

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” 2019-cu il 23 dekabr tarixli Sərəncamı dövlət başçısının aztəminatlı ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına xüsusi qayğısının daha bir təzahürüdür. Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilib. Bu da bayram ərəfəsində onların maddi təminatlarına bir dəstək olub.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılıb ki, bu humanist tədbir aztəminatlı ailələrə daim qayğı göstərildiyinin bir təzahürüdür.

“Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddinin 160 manata çatdırılması ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verib.

Qeyd edək ki, 2006-cı ildən (yəni, ÜDSY tətbiq olunduğu ildən) ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edib.

Elektronlaşma

Dövlət xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqları sosial sahədə də uğurla icra olunur və əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin elektron infrastrukturunun qurulması, bu sahələrdə innovativ yeniliklər olaraq proaktiv xidmətlərin yaradılması sahəsində mühüm addımlar atılır.

“E-sosial” internet portalı

Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı portal 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirir. “E-sosial” portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı yaradıb. Vətəndaş özü barədə portalda toplanmış məlumatları daimi izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirir. Portal vətəndaşa habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə yararlanmaq imkanı verir. Portalın “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərirdi. 2019-cu il 10 dekabr tarixində İOS əməliyyat sistemi üçün tətbiqi də istifadəyə verilib. Bu da vətəndaşların e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına imkan verir.

Portalın aktiv istifadəçi sayı 2019-cu ilin sonuna 150 minə çatıb, portala baxış sayı isə 1 milyon 500 mini ötüb.

E-pensiya və e-müavinət

Bu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir. İl ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunub. 15 mindən çox şəxsə e-qaydada pensiya təyin edilib. Yaşa və əlilliyə görə pensiya növlərinin e-təyinat sistemləri ilə yanaşı, 2019-cu ildə sosial müavinət və təqaüdlərin də e-təyinatı infrastrukturunun qurulması istiqamətində mühüm işlər aparılıb. 19 müavinət-təqaüd növü üzrə e-təyinatı qurulub və oktyabr ayından bəri qurulmağa başlayan bu e-sistemlər vasitəsilə 20 mindən çox şəxsə e-qaydada müavinət-təqaüd təyin edilib. Beləliklə, 2019-cu ildə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat sistemi istifadəyə verilib. Elektron qaydada təyinat sistemi qurulan sosial təminat növləri aşağıdakılardır:

Pensiya növləri üzrə:

Yaşa görə pensiya

Əlilliyə görə pensiya

Müavinət-təqaüd növləri üzrə:

1. Uşağın doğulmasına görə birdəfəlik müavinət;

2. Sağlamlıq imkanları məhdud uşağa aylıq müavinət;

3. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluğa görə Prezidentin aylıq təqaüdü;

4. Əlilliyə görə aylıq müavinət;

5. Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü;

6. 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdü;

7. I dərəcə əlilliyə görə müavinət hüququ olanlara Prezidentin aylıq təqaüdü;

8. I dərəcə əlilliyə görə pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü;

9. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) aylıq müavinət;

10. Müharibə əlillərinin uşaqlarına aylıq müavinət;

11. 20 Yanvar əlillərinin uşaqlarına aylıq müavinət;

12. Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinət;

13. Fəxri adlara görə Prezidentin aylıq təqaüdü;

14. Prezidentin fərdi təqaüdü;

15. Şəhidin uşaqlarına aylıq müavinət;

16. Şəhid ailəsi üzvlərinə aylıq müavinət;

17. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət;

18. Şəhid ailəsi üçün Prezidentin təqaüdü;

19. Yaşa görə müavinət.

Avtomatlaşdırma tədbirləri illik təqribən 180 minədək təyinatın tam şəkildə, proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan elektron şəkildə həyata keçirilməsinə imkan verir.

E-arayış sistemi

İş yerinə və əlilliyə dair arayışların alınması üçün e-xidmətlər, yəni 2 “e-arayış” növü mövcud idi.

“E-sosial” internet portalının məlumatlar bazası əsasında 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilib. Beləliklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:

1. İş yerinə dair e-arayış xidməti

2. Əlilliyə dair e-arayış xidməti

3. Müavinətlə təmin edilmə barədə də e-arayış xidməti

4. Təqaüdlə təmin edilmə barədə də e-arayış xidməti

5. Pensiya ilə təmin edilmə barədə də e-arayış xidməti

6. Maddi yardımla təmin edilmə barədə də e-arayış xidməti

7. Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə də e-arayış xidməti

8. Dövlət tərəfindən avtomobillə təmin olunma barədə də e-arayış xidməti

9. Dövlət tərəfindən mənzillə təminat barədə də e-arayış xidməti

10. Ünvanlı dövlət sosial yardımının təyinatı barədə də e-arayış xidməti

11. Ünvanlı dövlət sosial yardımının ödənişi barədə də e-arayış xidməti

12. Fərdi şəxsi hesab barədə e-arayış xidməti

13. Məşğulluq altsistemindən e-arayış xidməti

14. Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti

15. Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

2020-ci ildə daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

E-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları elektron qaydada, rahat şəkildə əldə etməsinə imkan verir.

“Məşğulluq” alt sistemi (MAS)

Nazirliyin mühüm elektron nailiyyətlərindən biri son aylarda artıq tam şəkildə istifadəyə təqdim edilən “Məşğulluq” alt sistemidir. “Məşğulluq” alt sisteminin məqsədi dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsi, əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasıdır. İşsiz və işaxtaranlar E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə altsistemdə qeydiyyatdan keçən şəxs sistemdə “İşaxtaranlar” pəncərəsini açır. Müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinetini yaradır.

“Fərdi məşğulluq” bölməsində “Vakansiya bankı” ilə tanış olaraq, peşəsinə, əmək bacarığına uyğun vakansiyanı seçir. İşəgötürənlər e-sosial.az ünvanına daxil olaraq “e-Xidmətlər” bölməsindən “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” e-xidmətini seçir. “Məşğulluq” alt sistemindəki vakansiya bankına artıq 20 minədək vakansiya daxil edilib.

“Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yerini, əməkhaqqını, iş yerinin daimi və ya müvəqqəti olmasını, işçiyə dair ixtisas, zəruri bilik, bacarıq tələblərini və s. qeyd edir.

Övladlığagötürmə üzrə e-sistem

Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığa götürülən uşaqlarla və övladlığa götürməyi arzu edən şəxslərlə bağlı uçot sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında yeni idarəetmə mexanizmi hazırlayıb. Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılıb.

Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə təmin edilir. Altsistem, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasına, nəticə etibarilə bu sahədə idarəetmə və bütün xidmətlərin müasir texnologiyalara əsaslanan mexanizm üzərində, şəffaf və operativ qaydada həyata keçirilməsinə imkan verir.

Comments are closed, but trackbacks and pingbacks are open.