Press "Enter" to skip to content

Universitetlərin keçid balları: Minimum nəticə ilə hansı ali məktəbə qəbul olmaq olar? SİYAHI

Ötən il Bakı Ali Neft Məktəbində isə minimum keçid balı 400 bal olub.

Ali Məktəbin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Ali Məktəbin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) 3 nüfuzlu universitetində oxumaq şansı qazanıb.

30 İyun , 2020 11:20

https://static.report.az/photo/f5fbadf7-6673-488d-81cd-bc90867332f9.jpg

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) 3 nüfuzlu universitetində oxumaq şansı qazanıb. “Report” xəbər verir ki, Ali Məktəbin magistratura pilləsi üzrə “Neft-qaz mühəndisliyi” ixtisasının bu ilki məzunlarından biri olan M.Vəliyev Cənubi Kaliforniya, Ostindəki Texas və Texas A&M universitetlərinin doktorantura pillələrinə tam təqaüdlə qəbul olub. Bakalavr təhsilini də fərqlənmə diplomu ilə bitirmiş BANM məzunu təhsilini Cənubi Kaliforniya Universitetində davam etdirməyi qərara alıb. – Qazandığınız uğura görə sizi təbrik edirik. Gəlin, sizi tanıyaq. – 1996-ci ildə Bakı şəhərində anadan olmuşam. İbtidai təhsilimi 2002-2006-cı illərdə Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbdə almışam. 2006-2013-cü illərdə Nəsimi rayonu Texniki-Humanitar liseyində oxumuşam. 2013-cü ildə həmin liseyi bitirib, qəbul imtahanında 662 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olmuşam. Təhsil aldığım müddətdə universitetdə Neftçi mühəndislər, İntellektual oyunlar, Şahmat və Futbol klublarına üzv olmuş və bu klubların təşkil etdiyi bir çox tədbirlərdə fəal iştirak etmişəm. 2015, 2016, 2017-ci illərdə SOCAR, 2016-cı ildə Schlumberger, 2017-ci ildə isə BP şirkətinin təşkil etdiyi yay təcrübə proqramlarında iştirak etmişəm. Bundan əlavə, 2016-cı ildə sonradan ABŞ-da doktorantura pilləsinə qəbul olmağıma töhfə verən Neftçi Mühəndislər Cəmiyyətinin nəzdindəki Gənc İstedadlar Qrupuna qəbul olub, burada 2 il ərzində neft sənayesində çalışan və könüllü olaraq tələbələrə dəstək olan mühəndislərdən dərs almışam. 2018-ci ildə bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm. Daha sonra təhsilimi magistratura pilləsi üzrə Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi ixtisası üzrə davam etdirmişəm. 2019-cu ilin yay aylarında BP şirkətində təcrübə keçmişəm. Bu il isə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin doktorantura pilləsinə 4 illik tam təqaüdlə qəbul olmuşam. – Qazandığınız uğura necə nail oldunuz? – Bu, çox uzun bir proses idi. Zənnimcə, keyfiyyətli bakalavr ve magistr təhsili, yerli və beynəlxalq şirkətlərdə qazandığım təcrübələr, iştirak etdiyim bir çox akademik ve qeyri-akademik seminar və tədbirlər, təhsil aldığım universitetin rəqabətli və səmimi mühiti, hər zaman qərarlarıma hörmət edən və dəstək olan ailə üzvlərim, çalışqan, öyrənməyə açıq və ambisiyalı xarakterim və məqsədyönlü yanaşmam məni uğura apardı. – Bakı Ali Neft Məktəbindəki təhsil gözləntilərinizi qarşılaya bildimi və məqsədlərinizə çata bildinizmi? – 11-ci sinifdə oxuyarkən təhsil alacağım universitetdən gözləntilərim bunlar idi: beynəlxalq standartlara cavab verən, ingilis dilində təhsil müəssisəsi olması, rəqabətli, intellektual və səmimi mühitin mövcudluğu, universiteti bitirdikdən sonra yalnız ölkə səviyyəsində deyil, beynəlxalq səviyyədə də rəqabətli ola biləcəyim bilik və bacarıqlara sahib olan şəxsiyyət kimi formalaşmaq və xarici ölkələrin də əmək bazarlarına rahatlıqla inteqrasiya edə bilmək. Beş il bakalavriat və iki il magistratura pilləsi üzrə təhsil aldıqdan sonra, əminliklə deyə bilərəm ki, doğru seçim etmişəm və BANM mənim gözləntilərimi tam qarşılayan ali təhsil ocağı olub. – BANM-də aldığınız təhsilin sizin Cənubi Kaliforniya Universitetinə qəbul olunmağınızda hansı rolu olub? – BANM-də hazırlıq ilində (Foundation mərhələsi) öncə ingilis dili və kompüter biliklərinə yiyələnmişəm. Ali Məktəbin Heriot Watt universiteti ilə birgə əməkdaşlığı çərcivəsində bakalavriat (4 il) və magistratura (2 il) illərində Neft-qaz mühəndisliyi üzrə çox keyfiyyətli təhsil almışam. Bundan əlavə, universitetin səmimi və intellektual mühiti, sosial bacarıqları inkişaf etdirən imkanları, universitetdə fəaliyyət göstərən klub və cəmiyyətlər də mənim şəxsi inkişafımda ciddi rol oynayıb. Nəticədə BANM-dəki təhsil özgüvənimi inkişaf etdirib və məni xaricdəki universitetlərə qədər aparıb. – Doktorantura təhsili üçün niyə məhz Cənubi Kaliforniya Universitetini seçdiniz? – Bakalavriat təhsilimin sonuncu ilində “Data Science” barədə eşitməyə baslamışdım. Bir az araşdırdıqdan sonra maraqlarıma uyğunluğunu, eləcə də bu sahənin perspektivlərini nəzərə alaraq, bütun resurslardan istifadə etməyə başlamışdım və gələcəkdə imkan olduğu halda bu sahəyə yönəlmək fikrində idim. Bu il ABŞ-ın Neft-qaz mühəndisliyi üzrə ən nüfuzlu universitetlərinə qəbul olsam da, Cənubi Kaliforniya Universiteti üzərində dayandım. Əsas səbəb “Data Science” sahəsinə olan marağımdır. Həmçinin, universitetin Kaliforniyada yerləşməsi, Kompüter elmləri üzrə ixtisaslaşmış və nüfuzlu olması, eləcə də çalışacağım professorun da mənimlə ortaq maraqları seçimimə ciddi təsir göstərdi. – Doktorantura təhsilindən (PhD) sonra planlarınız nədir? – Yaşadığımız dövr çox dinamik olduğundan, eləcə də son illərdə maraq dairəm sürətlə dəyişdiyindən formalaşmış konkret bir planım yoxdur. Hazırki düşüncələrimə görə, böyük texnologiya şirkətlərində elmi fəaliyyətlə məşğul olmaq maraqlı gəlir. ABŞ-da bir qədər təcrübə qazandıqdan sonra Azərbaycana qayıtmaq və təcrübəmi öz ölkəmdə bölüşmək başlıca prioritetlərimdəndir.

Universitetlərin keçid balları: Minimum nəticə ilə hansı ali məktəbə qəbul olmaq olar? – SİYAHI

Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdi artıq başa çatıb. İndi abituriyentlər ikinci – sonuncu cəhdə hazırlaşırlar. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri ötən il ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid ballarıdır.

Qeyd edək ki, 2021-ci ildə təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Modern.az saytı abituriyentlərin marağını nəzərə alaraq, bəzi universitetlərə keçən ilki minimum keçid ballarını dəqiqləşdirməyə çalışıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nəcibə Mirzəyeva sorğumuza cavab olaraq bildirib ki, ixtisaslar üzrə minimum keçid balları müxtəlifdir. Ancaq ümumilikdə götürəndə 2021-ci ildə AzMİU-da keçid balı 200 bal olub.

Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımova isə deyib ki, 2021-2022-ci tədris ili üzrə Bakı Slavyan Universitetində ən aşağı keçid balı “Regionşünaslıq” (Rusiya üzrə) (rus bölməsi, əyani təhsil forması) ixtisasında 152,6 bal olub.

Onun sözlərinə görə, ən yüksək keçid balı “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisasında olub. Həmin ixtisasın ödənişli keçid balı 450,4, dövlət sifarişli keçid balı isə 535,8 bal olub.

Azərbaycan Tibb Universitetində keçən ilki keçid balları ilə bağlı mətbuat katibi Günel Aslanova məlumat verib. O, bir neçə ixtisasın balını açıqlayıb. Mətbuat katibinin sözlərinə görə, keçən il Müalicə işi ixtisası üzrə Azərbaycan bölməsində minimum bal 595, Rus bölməsi üzrə 602,4, İngilis dili bölməsində isə 666,3 olub. Stomatologiya ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 577,9, Rus bölməsində 582,1 olub. İctimai Səhiyyə ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 545,5, Rus bölməsində isə 547,1 bal olub. Əczaçılıq üzrə keçid Azərbaycan bölməsində 524, Rus bölməsində isə 512,3, Fizioterapiya ixtisası üzrə 567,7 bal, Tibb bacılığı ixtisası üzrə isə 488,9 bal olub.

Ötən il Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin hər birində minimum keçid balı 200 olub.

2021-2022-ci tədris ilində Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinə keçid balı da 200 olub.

Ötən il Bakı Ali Neft Məktəbində isə minimum keçid balı 400 bal olub.

Universitetə yüksək balla daxil olan internat məzunları – Onları siz də tanıyın

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən Bir neçə gün əvvəl 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarının sayı açıqlanıb.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bu il internat tipli məktəbləri bitirən və 600-dən yüksək bal toplayan 11 məzun olub.

İnternat tipli məktəb məzunları arasında ən yüksək nəticəni Ağdaş rayonu, M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Əliyev Murad Rəşad oğlu göstərib. O, 670.8 balla Bakı Ali Neft Məktəbinə qəbul olub.

Universitetə daxil olan internat tipli məktəblərin məzunlardan bəziləri saytımıza danışıb.

K.Ağayev adına Biləsuvar şəhər internat tipli texniki fənlər təmayüllü liseyin şagirdi Teynurov Raqif Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub.

O deyir ki, məktəbdə müəllimlərin dəstəyilə universitetə hazırlaşıb:

“Mən X və XI sinifdən dərslərimi oxumuşam. Elə universitetə də bu iki il ərzində hazırlaşmışam. Ailəmizdəki çətinliyə görə bəzi fənlər üzrə repetitor yanına hazırlığa getmişəm. Xarici dil fənni üzrə isə evdə hazırlaşmışam.

Hədəfim universitetə daxil olmaq idi. Onun üçün iki il ancaq dərs oxumuşam. Nəticədə, 625.9 bal toplamışam”.

Qeyd edək ki, Teynurov Raqif Biləsuvar rayonu üzrə ən yüksək bal toplamış şagirdir.

Digər məzun Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın şagirdi Şirəliyeva Mehriban isə Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olub.

Məzun deyir ki, o, üç aylıq olanda atası vəfat edib:

“Atam ürək tutmasından vəfat etdikdən sonra anam təkbaşına işləyib və mənə baxıb. Anam işlədiyi üçün təhsil almaq üçün məni internata qoyub. Universitetə də orada hazırlaşmışam”.

Məzunlar arasında Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu və imtahanda 648.6 bal toplayan Nuranə Hüseynova da var. O Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub.

Comments are closed, but trackbacks and pingbacks are open.