Press "Enter" to skip to content

Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı

2020-02-14 15:02:00

2019-cu ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri elan edilmişdir

DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I – V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbrilərin tarixləri müəyyən olunmuşdur

11.02.19 10:05

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 23-də, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaqdır.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcəkdir.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 30 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Əvvəlcədən elan olunduğu kimi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcəkdir.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz*. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilmişdir. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

Tarix (2019‑cu il)

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu

Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı

“Hər il oktyabrda Dövlət İmtahan Mərkəzi Tarix fənni üzrə seminarlar təşkil edir. Seminarda 1945-ci ildən sonrakı tarixləri əhatə edən Ərəb ölkələri, Koreya, Şərqi Avropa ölkələri qəbul proqramından çıxarıldı”

Bu sözləri AzEdu.az- açıqlaması zamanı tarix müəllimi Səbuhi Kamal deyib. O seminarların məzmunundan danışıb:

“Hər il oktyabrda Dövlət İmtahan Mərkəzi Tarix fənni üzrə seminarlar təşkil edir. Bu seminarlarda mövzuların proqrama daxil edilməsi və çıxarılması kimi məsələlər müzakirə edilir. Seminarlar dekabra kimi davam edir. Budəfəki seminarda tarix fənnindən 1945-ci ildən sonrakı tarixləri əhatə edən Ərəb ölkələri, Koreya, Şərqi Avropa ölkələri qəbul proqramından çıxarıldı”.

Səbuhi Kamalın sözlərinə görə, qəbul proqramına daxil olan mövzular ötənilki ilə eyniyyət təşkil edir:

“Ənənəvi və yeni mövzular haqda ətraflı məlumat DİM-in jurnalında tezliklə bilinəcək. Mövzuların çıxarılma səbəbi onların çətinlik dərəcəsiylə əlaqədardır. Digər siniflərə nisbətən XI sinif ümumi tarix dərsliklərindəki mövzuları şagirdlər çətin mənimsəyirlər. Ona görə də qəbul imtahanına bu kitabdan 1, maksimum 2 sual düşür”.

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

2019 dim tarix mövzuları

2020-02-14 15:02:00

Buraxılış imtahanlarının proqramlarından çıxarılan mövzular-ÇOX VACİB

2019/2020-ci tədris ili üçün ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında buraxılış imtahanlarının proqramlarında bəzi dəyişikliklər edilib. DİM-dən AzEdu.az-a verilən məlumata görə 2019/2020-ci tədris ili üçün ümumi orta ( 9 illik) və tam orta (11 illik) təhsil bazasında buraxılış imtahanlarının proqramlarında 2019-cu ildə təkmilləşdirilərək yenidən nəşr edilmiş və ümumtəhsil müəssisələrinə istifadəyə verilmiş dərsliklərdəki dəyişikliklər nəzərə alınıb. Belə ki, 2019-cu ildə nəşr edilmiş 8-ci sinif “Azərbaycan dili” dərsliyindəki dəyişikliklərə görə aşağıda qeyd edilən mövzular həm ümumi (9 illik), həm də tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanı proqramlarından çıxarılıb: -İdi, imiş şəkilçilərinin yazılışı və tələffüzü. -Söz birləşmələrinin quruluşu. – Sadə və mürəkkəb söz birləşmələri. – İsmi birləşmələrin növləri. -I növ təyini söz birləşməsi. – II növ təyini söz birləşməsi. – III növ təyini söz birləşməsi. – İdarə əlaqəsi. – Yanaşma əlaqəsi. – Vasitəli tamamlıqlar. -Vasitəsiz tamamlıqlar. -Tamamlıq və idarə əlaqəsi. – Təyin və yanaşma əlaqəsi. – Zərfliklə xəbər arasındayanaşma və idarə əlaqəsi. -Həmcins və qeyri-həmcins təyinlər. – Sitat. 2019-cu ildə təkmilləşdirilərək, nəşr edilmiş “Русский язык” və “English” dərsliklərində yalnız redaktə xarakterli düzəlişlər olduğuna görə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb. Həmçinin, 2019-cu ildə təkmilləşdirilərək, nəşr edilmiş “Riyaziyyat” dərsliklərində yalnız redaktə xarakterli düzəlişlər olduğuna görə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb. Qeyd edək ki, 11 illik tam orta təhsil bazasında buraxılış imtahanı ali təhsil müəssisələrinə, eləcə də kolleclərə qəbulun birinci mərhələsidir.

Ayşə Müseyib

Bu bölməyə aid digər xəbərlər

Buraxılış imtahanında hansı nəticə əsas götürülür?-CAVAB

2023-01-09 11:30:00

Buraxılış imtahanları üçün də sınaq nəzərdə tutulur?-DİM-dən CAVAB

2023-01-07 13:43:00

Buraxılış imtahanında hansı nəticə əsas götürülür?-DİM

2023-01-04 16:40:00

Bu şəxslər üçün xarici dil imtahanının keçiriləcəyi TARİX-DİM

2022-12-29 10:12:00

Blok imtahanının sınaq mərhələsi nə zaman keçiriləcək?-DİM-dən CAVAB

2022-12-27 10:42:00

Buraxılış imtahanında səhv cavab düzgün cavaba təsir edir?-DİM-dən CAVAB

2022-12-19 10:08:00

IX sinif buraxılış nəticəsi qəbul prosesində əsas götürülməlidir?-“Bu mümkün deyil”

2022-12-16 15:17:00

Builki buraxılış imtahanlarında kəskin bal düşümü olacaq?- Vacib proqnoz

2022-11-12 14:00:00

Buraxılış imtahanının necə keçiriləcəyi AÇIQLANDI -Tətbiq tarixi

2022-11-04 16:11:00

Builki qəbul imtahanları bu tarixlərdə keçiriləcək – Ekspert şərhi

Comments are closed, but trackbacks and pingbacks are open.