Press "Enter" to skip to content

2038 dünyaya ədalət gəlir

Ədalət varmı?

Vəfa Quluzadə: “Bu dünyada ədalət yoxdur”

İsrailin Fələstin torpaqlarını bir həftədən artıqdır havadan və qurudan atəşə tutması nəticəsində yüzlərlə dinc fələstinli həlak olub, bir neçə min insan yaralanıb. Misirin təşəbbüsü ilə İsraillə “Həmas” arasında atəşkəs əldə edilsə də, silahlar cəmi 6 saat susub. Ötən gün yenidən bərpa olunan hərbi əməliyyatlarda çoxsaylı mülki şəxslərin həlak olması xəbəri yayılıb. Fələstin qaynaqları yazır ki, Qəzzadan 25 min insan didərgin düşüb. Ərazidə insanların təhlükəsizliyi üçün heç bir təminat yoxdur. İsrailin dinc əhalinin yaşadığı əraziləri bombalaması nəticəsində Fələstində böyük insanlıq dramı yaşansa da, dünya birliyinin İsrailə qarşı heç bir ciddi təpkisi yoxdur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Qəzza bölgəsində baş verənlərin səbəblərindən bəhs edib.

– Vəfa müəllim, İsrail savaş qanunlarını pozaraq faktiki olaraq Fələstinin yaşayış məntəqələrini havadan və qurudan atəşə tutur. Niyə İsrailə dünyanın heç bir ölkəsindən ciddi təpki yoxdur? BMT TŞ-da nədən İsrailə qarşı sanksiyalar tətbiq etmək məsələsi qaldırılmır?

– Dünya Amerika Birləşmiş Ştatlarının diktəsi ilə hərəkət edir. Avropa da birmənalı olaraq ABŞ-ın təsiri altındadır. Bu məsələ dünyada baş verən istənilən qlobal məsələdə üzə çıxır. Dünya sanki ABŞ-dan və Avropanın maraqlarından ibarətdir. Hər hansı məsələ onların maraqlarına uyğundursa onun gerçəkləşməsi üçün səfərbər olurlar, dünya birliyini hərəkətə gətirirlər.

Maraqlarında olmasa, susurlar, ən yaxşı halda isə tərəfsiz, arxasında heç bir real iş dayanmayan bəyanatlarla kifayətlənirlər. Bir neçə ay öncə Misirdə hərbi çevriliş oldu. ABŞ da, Avropa da bu çevrilişə nəinki susdular, hətta bu addımı müsbət qarşıladıqlarını açıq dedilər. Ancaq başqa bir yerdə xunta hakimiyyətə gəlsəydi və bu onların maraqlarına uyğun olmasaydı, mütləq pisləyəcəkdilər, onu devirmək üçün hərəkətə keçəcəkdilər.

– ABŞ, Qərb dünyada ədalətin bərqərar olması üçün saysız-hesabsız bəyanatlar verib və verməkdədir. Ədalət prinsipi yalnız onların daxili düzəninə hesablanıb?

– Dünyada ədalət axtarmaq gülüncdür. Ədalət yoxdur. Bütün problemlərin də kökündə bu məsələ dayanır. Kim güclüdürsə, yaşayır, kim zəifdirsə, məhv olur. Bütün dünyanın tarixi bu gerçəklikdən ibarətdir. Fələstinlilər zəif olublar, indi də zəifdirlər. Ərəb dünyası ümumiyyətlə bu gün son dərəcə dramatik durumdadır. Ərəb aləmi saysız-hesabsız konfliktlərin və parçalanmaların içərisindədir. Ərəblər vaxtilə birləşib Fələstinə yardım etmək istəyiblər, İsrailə qarşı birgə savaş açıblar. Ancaq bu müharibələrin hamısını uduzublar.

Təbii, İsrail ərəb dünyasının qarşısına təkbaşına çıxıb onları geri oturtmayıb. İsrailin arxasında ABŞ başda olmaqla Qərb dayanıb. Bu gün Qəzzada baş verən qanlı olaylar bu böyük savaşın ayrı-ayrı fraqmentlərdir. Fələstin çox ciddi səylərə baxmayaraq dövlət ola bilmədi. Ona görə ki, yəhudi xalqı Qərbin dəstəyini əldə etməyi bacardı, mübarizə apardı, Fələstində ərəblərdən torpaqları pulla alaraq o torpaqlarda özünə dövlət qurmağı bacardı. Yeri gələndə Sovet İttifaqından da, ardınca Rusiyadan da istifadə etdi, ABŞ-dan, bütün Qərb dünyasından da dəstək ala bildi. Yəhudilər bunu bacardı. Ümumiyyətlə, dünyada ədalət məsələsi yoxdur, bacarmaq məsələsi var. Yəhudilər olduqca güclü bir dövlət qurublar.

– Yəni siz deyirsiz ki, “Həmas”, bütünlükdə Fələstin məğlubiyyətə məhkumdur?

– “Həmas” kimi zəif qurumlar radikal üsullarla İsrail dövləti ilə mübarizə aparmağa çalışır. Əslində yaşananlara heç mübarizə də demək olmaz. “Həmas” 800 raketi İsrailə yağdırıb, ancaq onların heç biri hədəfə dəyməyib. İndiyə qədər “Həmas” İsrailin bir hərbi bazasını, obyektini məhv edə bilməyib. Bundan da ziyan çəkən sadə fələstinlilər olur. İsrail öz yüksək texnologiyaları ilə Qəzzanı bombalayır, yüzlərlə mülki şəxs həlak olur, minlərlə insan yaralanır. Yaşayış yerləri yerlə yeksan olub.

– Vəfa müəllim, yaşananları sivilizasiyaların savaşı adlandırmaq olarmı?

– Bu, siyasətdən olduqca uzaq yanaşmadır. Dünyada güclülər gücsüzləri hər zaman əzib. Mən bu gün Fələstində baş verənləri danışanda Azərbaycan haqqında düşünürəm. Düşünürəm ki, kiçik bir ölkə olan Azərbaycan varoluş uğrunda mübarizədə qalib gələ biləcəkmi? Bu gün aktiv döyüşlər olmasa da biz müharibə şəraitindəyik. Bizim torpağımızın 20 faizi işğal altındadır. Bu çox ciddi sualdır.

Onlar bütün dünyaya səpələnmişdilər. Dünya xalqları içərisində ən amansız təqiblə üzləşən xalqlardan biri yəhudilərdir. Antisemitizm bütün dünyaya səpələnən vətənsiz yəhudiləri ağır məşəqqətlərlə üz-üzə qoymuşdu. Ən böyük faciəni də bu xalq Hitler Almaniyasında yaşadı. 6 milyon yəhudi yalnız yəhudi olduqlarına görə işgəncələrlə məhv edildi. Amma belə bir böyük sınağa, məhvolma təhlükəsinə baxmayaraq, yəhudilər toparlanmağı, ayağa qalxmağı, güclü dövlət qurmağı hədəf kimi müəyyən etdilər və o hədəfə çatdılar. Yəhudilər vətən yaratdılar, indi də orada inkişaf etmiş, demokratik dövlət yaradıblar. Hazırda olduqca təşkilatlanmış, qətiyyətli və güclü şəkildə özünü müdafiə edir. Mən çox arzu edərdim ki Azərbaycan da İsrail kimi dövlət qura bilsin.

– Sizcə, dünyada Fələstinə sahib çıxacaq bir güc varmı? Məsələn, ərəb dünyasından belə bir güc çıxa bilərmi?

– Bu gün İslam dünyasından heç kim Fələstin xalqına kömək etmir. Heç kim. Hamı başa düşür ki, onların mübarizəsinin nəticəsi olmayacaq. Vaxtilə Sovet İttifaqı Fələstindən ABŞ-ın əleyhinə istifadə etdi. Onları silahlandırdı, güclü dəstək verdi, ancaq nəticə əldə olunmadı. SSRİ-nin çökməsi ərəb dünyasında da parçalanmalara, zəifləmələrə səbəb oldu. Çünki Sovet İttifaqı ərəb ölkələrini silahlandırırdı. İndi ərəb dünyasının belə dəstəyi yoxdur. Bir məsələ də var. Son yüzillikdə dünyada əxlaq tamamilə çöküb.

Xüsusən I dünya savaşından sonra. I dünya savaşında kütləvi insan qırğınları oldu. Savaş bitəndən sonra bəşəriyyət dedi ki, biz bu faciələrdən dərs aldıq, daha bundan sonra yəqin müharibə olmaz. Ancaq ondan daha dəhşətli müharibə başladı. II dünya savaşı insanlıq tarixinin ən amansız müharibəsi oldu. İnsanların bir çöp qədər dəyəri olmadığı ortaya çıxdı, insanlar ən müxtəlif üsullarla məhv edildilər. 1 dəqiqədə Xirosima ilə Naqasakini atom bombası ilə külə döndərdilər. O zamandan əxlaq artıq bəşəriyyətin dəyərləri sırasından çıxıb. Ona görə də deyirəm ki, bütün dünya bu gün yalnız və yalnız gücə tabedir. Ədalət haqqında söhbətlərə isə sadəlövh və bisavadlardan başqa heç kim inanmır.

Milli.Az

2038 dünyaya ədalət gəlir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirlikdən “Qafqazinfo”ya verilən xəbərə görə, 2023-cü il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq Hüzn Günü;
8 Mаrt – Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
21, 22 арrеl – Ramazan bауrаmı;
9 May – Faşizm üzərində Qələbə günü;
28 Mау – Müstəqillik Günü;
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
28, 29 iyun – Qurban bayramı;
8 Noyabr – Zəfər Günü;
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.

2023-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2023-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn Günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2023-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2023-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1913 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2023-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1913 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Qeyd edək ki, hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində yerləşdirilir.

Xankəndi

. Bir gün Molla Nəsrəddin gölə yıxılır və boğulmamaq üçün qışqıraraq kömək çağırır. Yaxınlıqdan keçənlərdən biri Mollanın səsini eşidərək köməyə gəlir. O, əlini Mollaya uzadır: “Molla, əlini ver”. Molla ölüm-dirim mübarizəsi aparsa da, əlini vermir.

Adam bir neçə dəfə müraciətini təkrarlasa da, nəticə dəyişmir. Birdən adamın beynində sanki “şimşək çaxır.” O, bu dəfə cümləsi fərqli şəkildə səsləndirir: “Molla, al əlimi!” Molla Nəsrəddin onun əlindən tutaraq xilas olur. “Al Molla” zərb-məsəlinin əsasını bu metafora təşkil edir.

Ədalət varmı?

Dünyanın hər yerində hökumətlər dövlətləri qanunlarla idarə edirlər və mütəmadi olaraq yeni qanunlar çıxmaqdadır. Bu prinsip, əslində “ƏDALƏT” anlayışına daha da yaxınlaşma prinsipidir və ədalətin heç yerdə tam olmadığını təsdiq edir. Əgər bir şey daim təkmilləşməyə ehtiyac duyursa, deməli, heç zaman mükəmməl ola bilməz, sadəcə, mükəmmələ yaxınlaşa bilər.

Ədalət – haqqın qorunması və təmin edilməsi deməkdir. İnsanda ədalət anlayışının meydana gəldiyi gün, əslində hüquq elminin əsasının qoyulduğu gündür. İnsanların cəmiyyətdəki davranışları əxlaqi və dini qaydalarla da əlaqəlidir. Dünyada ədalətin olub-olmaması, nəyin daha ədalətli olması tarix boyu mübahisəli bir sahə olub.

Bir əməlin ədalətli olması yalnız dünyanı necə qavramağımıza bağlıdır. Məsələn, götürək təyyarə biletlərinin satışını. Məlumdur ki, təyyarə havaya qalxarkən götürdüyü yük məhduddur. Lakin, çəkisi 60 kq olan 1 adamla, çəkisi 120 kq olan adam bilet üçün eyni məbləği ödəyir. Bu, ədalətlidirmi? Sizin fikrinizcə, kök arığı istismar etmirmi?

Tutalım həyatının 60 ilini ibadətə sərf edən adam cənnətlə mükafatlandırılır və bunu ədalətli hesab edirik. Eyni zamnda, “Allah bütün günahları əhv edir”, deyirik. Deməli, həyatının sonuna cəmi 1 il qalmış adam tövbə edərsə, dini qaydalara riayət edib, haqq yoluna dönərsə, o da cənnətə gedə bilər. Nəticə etibarilə, bir işi 60 il görənlə, 1 il görən eyni mükafatla mükafatlandırılır. Bəs bu, ədalətlidirmi?

Bu siyahını çox uzatmaq olar. “Ədalət” anlayışı insandan-insana dəyişir və hər birimizin bu məsələdə fərqli düşüncələrimiz var. Dünyadakı münaqişə və müharibələri çıxaran şey də budur.

Havayı alırıq, yoxsa dəyərini ödəyirik?

Bir adamın 1 dirhəm pulu olur və bu pula pendir və çörək alıb qarnını doyurmaq istəyir. Əvvəlcə bazarda pendirsatana yaxınlaşır və 1 dirhəmi satıcıya uzadaraq, yarım dirhəmlik pendir istəyir. Pendirsatan ona yarım dirhəmlik pendir verir. Amma başı digər müştərilərə qarışdığı üçün, onun pulunun qalığını verməyi unudur. Müştərisi pulun qalığını istəyəndə deyir : “Verdim!”. Adam: “Vermədin!”,- deyir. Mübahisə düşür və pendirsatan onu qovur.

Adam, fikirləşə-fikirləşə çörəkçinin yanına gəlir və yarım dirhəmlik çörək istəyir. Çörəkçi onun istədiyi miqdarı çəkib verir və pulunu istəyir. Adam: “Verdim!”,- deyir. Çörəkçi isə vermədiyini deyir. Adam yenə sözünü təkrarlayır. Çörəkçinin də müştərisi çox olduğundan, fikirləşir ki, yəqin verib, unutmuşam.

Adam bir kənara çəkilərək, qarnını pendir-çörəklə doyurur və əllərini göyə açaraq, deyir: “Verdiyin nemətlərə həmd olsun, ilahi. Mən bu işdən haqq-hesabı düz şəkildə çıxıram və özün buna şahidsən. İndi, zəhmət olmazsa, o yarım dirhəmi pendirsatandan al, çörəkçiyə ver”.

Birimizin ədalətli hesab etdiyi bir şeyi, başqa birimiz ədalətsiz hesab edə bilirik. Uzun həyatın zəhmətli tərəflərini yaşamış bir şəxs, bir gün vəzifcə yüksəlirsə, adətən ona olan hörmət və ehtiram artır. Bu adamın gözlərinə dünya ədalətli görünür və düşüncələri təxminən belə olur: “Əlbəttə, bu qədər zəhmətin bəhrəsini görməli idim”.

Uzun illər cəmiyyətdə yüksək mövqədə olaraq hörmət-izzət görmüş bir şəxs, bir gün bu mövqeni tərk edərsə, özünə olan hörmət və ehtiramın azaldığını görür və təxminən belə fikirləşir: “Dünya çox ədalətsizdir!” Dünya nə ədalətli, nə də ədalətsizdir. Dünyanın necə olması müşahidəçiyə bağlı olaraq dəyişir.

Ağrıdan qaçma və Həzzə yönəlmə

Səhər yuxudan oyanan kimi saatamı baxırsınız? O an içinizdən 1 düşüncə keçir: “Durmaq vaxtıdır!” Bu düşüncə işə və ya dərsə gecikəcəyinizlə əlaqədar xəbərdarlıq da ola bilər.

Hər səhər sinir sisteminizə göndərdiyiniz bu siqnal ya kefinizi açır, ya da pozur. Siqnal səsli şəkildə olmaya da bilər. Məsələn, gözünüzün önünə xoş və ya xoş olmayan görüntü də gələ bilər. Şüuraltı olaraq təxminən bu 2 istiqamətdən birinə yönəlirsiniz: 1) “İşə (və ya dərsə) geciksəm, problem yaranar”; 2) “Hədəflərimə çatmaq, mükafatlandırılmaq üçün tez getməyim lazımdır”.

Birincidə ağrıdan qaçır, ikincidə həzzə yönəlirsiniz. Əgər istirahət günüdürsə, beyniniz gecikmədən bu barədə sizə məlumat verir və rahatlanırsınız. Neqativ və ya pozitiv olmasından asılı olmayaraq, bədəniniz dərhal bu siqnallara reaksiya verir və bir hiss yaradır. Əgər heç bir duyğu yaranmırsa, heç bir davranış da yaranmır ki, buna da “ƏTALƏT” deyirik. Sizi ayağa qaldıran və ya bir az daha uzanmağınızı, yerinizdə qurcalanmağınızı təmin edən faktor da bu hissdir. Avtomatik olaraq işləyən bu zehni strategiya sizin motivasiyanızı yaradır.

Havayı faydalanmaq istəyi

Yığıcılıq insanın ən qədim məşğuliyyətidir və o zamanlarda insan hər şeyi təbiətdən hazır şəkildə alırdı. Sonra buna ovçuluq da əlavə olundu. Uzun əsrlər bizim ulu babalarımız və nənələrimiz yaşamaq üçün sadəcə təbiətin hazır nemətlərindən faydalanırdılar. Çünki insan zehninin dərinliklərində “faydalanma motivasiyası” var və bu motivasiya insanın həyatını və nəslini davam etdirməsi üçün vacibdir.

İnsan dünyadan heç bir şərt olmadan faydalanmaq istəyir. Nə qədər də qəribə səslənsə də, insan əslində hər şeyi havayı istəyir. Bu istək insanın zehninin ən dərin qatlarında gizlənmiş vəziyyətdədir. Bu vəziyyət özünü bir çox vəziyyətdə göstərir. Məsələn, uşaqlığımızı xatırladıqda görərik ki, ehtiyaclarımız valideynlərimiz tərəfindən havayı şəkildə təmin edilirdi. Hər birimiz sevilmək istəyirik, ancaq heç bir şərt olmadan sevilmək istəyirik. Xoşumuza gələn bir şeyi gördükdə qəlbimizin dərinliklərində onun bizə verilməsini istəyirik. Dövlətin bizə daha yaxşı şərait yaratmasını istəyirik. Bizə, sadəcə biz olduğumuz üçün hörmət olunmasını istəyirik. Sosial şəbəkələrdəki paylaşımlarımızın havayı olaraq “like” olunmasını istəyirik. Səbəb hər nə olursa olsun, faydalanmaq istəyirik.

Havayı faydalanmaq istəyi bütün canlılarda var. Birhüceyrəli Amöbdən göy balinaya qədər, kif göbələklərindən Uca çinarlara qədər bütün canlılar dünyadan heç bir əlavə şərt olmadan faydalanırlar. İnsanın da eyni zamanda bir canlı olduğunu nəzərə alsaq aydın olar ki, insanın da təbiətində havayı faydalanma istəyi var və hələ ana bətnində olanda belə ətrafından havayı fayda əldə edir.

Əldə ediləcək hər şeyin dəyəri ödənilməlidir

`Sivilizasiya` adlandıraraq yaşadığımız dövrün gətirdiyi inanclar da var ki, bu da insanın sosial münasibətlərinin əsasını təşkil edir. Məsələn, “Əldə ediləcək hər şeyin dəyəri ödənilməlidir” inancı, insanı bazarlığa yönəldən inancdır. Bu inanc dilimizdə bir çox metaforlarla möhkəmlənmiş haldadır: “Havayı pendir ancaq siçan tələsində olar; Pulunu kim verirsə, musiqini də o sifariş edər; Könlü balıq istəyənin quyruğu suda gərək” və s.

Bir gün Molla Nəsrəddin şəhərə gəlməyə hazırlaşır. Kənd əhli onun başına yığılaraq sifarişlər verir və deyirlər ki, “Molla gələndə pulunu verərəm.” Molla da hamısına “yaxşı, alaram”, deyir. Bir uşaq qaça-qaça gəlib Mollaya 20 qəpik uzadır və sifarişini verir: “Molla əmi, şəhərdən mənə 1 tütək alarsan.” Molla ona gülümsəyərk cavab verir: “Bala sən çaldın.”

İnsan böyüdükcə hipnotik təlqinlərin təsirinə məruz qalır, yeni inancları çoxalır və əvvəlki inancları dəyişir. Hər şeyin havayı olduğu dövr artıq geridə qalır və ona hər şeyin dəyərinin ödənilməli olduğu öyrədilir. Əvvəlcə, “Dərslərini yaxşı oxusan sənə velosiped alacam, sözə baxsan səni kinoya paracam və s.” mesajları, sonra digərləri “dəyər ödəmə” inancının köklərini daha dərinə uzadır. “İşləməsəm pul olmaz, pul olmasa yemək olmaz, namaz qılmasam cənnətə gedə bilmərəm, zəhmət çəkməsəm bəhrə görmərəm və s.” kimi alt inanclar “dəyər ödəmə” inancının şaxələnməsi nəticəsində formalaşır və insan ömür boyu bu inanca sadiq qalır.

Uzun illər əvvəl bu inancın yaranışı, bəşər tarixinə ƏKİNÇİLİK və MALDARLIQ adlı iki sənət bəxş etdi. İnsan öz qidasını becərməyə başladı və əmək verdiyi hər şeyi özü becərməyə başladı. Bu YIĞICILIQ və OVÇULUĞUN sona çatması demək deyildi, ancaq ədalət anlayışının güclənməsi idi.

Yuxarıda deyildiyi kimi hamımız dünyadan havayı faydalanmaq istəyi ilə dünyaya gəlirik və böyümə prossesində bizə “dəyər ödəmə” inancı aşılanır. Birinci bizim hüceyrələrimizdə kodlanmış halda mövcud olur, ikincini isə həyatda öyrənirik. Bu iki faktor bizdə ömrümüzün axırınacan mövcud olur və ziddiyyət içindədirlər. Biri bizim bioloji, digəri isə sosial fəaliyyətimizə forma verir. Birinci faktor duyğularla, ikinci isə məntiqlə idarə olunur. Heyvanlarda ağıl olmur, sadəcə duyğular var, mələklərdə isə duyğular yoxdur, sadəcə ağıl var. İnsan isə yeganə məxluqdur ki, onda hər ikisi var. Bir sözlə, hər birimizin içində bir canavar və bir mələk var.

Mağazada çox xoşunuza gələn bir paltar görürsünüz və dərhal əldə etmək istəyi oyanır. Bu istək əslində “havayı faydalanmaq” istəyidir, lakin saniyədən də çox az bir müddətdə içinizdən bir səs gəlir: “Qiyməti neçəyədir?” Bu isə “dəyər ödəmə” inancının səsidir. Bu səs insanı içindəki vəhşidən uzaqlaşdırır və onu sosial davranmağa yönəldir. İnsan ömür boyu, hər bir addımda bu iki səsin ikisini də dinləyir. Bu səslər zamanına və məkanına görə dəyişir. Məsələn, insan acdırsa və pulu yoxdursa, “dəyər ödəmə” inancının təsiri alıtında bir qədər dözə bilər, ancaq aclıq dözülməz hala çatanda, inancın səsi zəifləyir. Belə vəziyyətdə o, oğurluq və ya soyğunçuluq edə bilər. Cinayətlər, “dəyər ödəmə” inancı zəiflədiyi və “havayı faydalanma” istəyi gücləndiyi zaman baş verir.

Bir insan nə qədər çox içindəki mələklə təmas qurarsa, o qədər dəyərli və faydalı insan olur, uğurlar qazanır. Çünki uğur üçün insanda zəkanın inkişaf etməsi şərtdir. İnstinkti yox edə bilmərik, ancaq inancı qüvvətləndirə bilərik.

Dünyadan necə faydalanmalı?

Vəhşilik və barbarlıq dövrləri çoxdan geridə qaldı və cəmiyyətin qanunlara riayət etməyənlər çox vaxt cəmiyyət qanunları ilə cəzalandırılırlar. Belə bir dövrdə həm “dəyər ödəmə” inancımızın, həm də “havayı faydalanma” istəyinin gücləndirilməsində fayda var. Çünki, birinci ikinci ilə əməkdaşlıq edərsə, insan ən faydalı çərçivəni tapa bilər. Bu iki faktorun qarışığından “dəyəri ödəməklə faydalanmaq” resepti meydana gəlir. İdeal olan ikisinin də eyni anda gücləndirilməsidir. Əgər instinkt güclü, inanc zəif olarsa, bu insanı cinayətkar edər. Əksinə, inancın təsiri hədsiz güclü olarsa, insan heç zaman mükəmməl olmayacaq ədalət axtarışın içərisində ilişib qalar və rifaha qovuşa bilməz. Daim təşkil etdiyim treninq və seminarlarımda bu balansı saxlamağ bacarığı üzərində çalışmalar aparıram. Və bunun nəticəsi olaraq tələbələrimizin uğur şansı olduqca yüksəlir.

Comments are closed, but trackbacks and pingbacks are open.