23 hədis
Войдите в ОК, чтобы видеть больше.
23 hədis
Məqalələr İslam Fiqhi Təharət: Ayaqyoluna getməyin ədəb qaydaları
1. Ayaqyoluna daxil olmaq istədikdə bu duanı demək müstəhəbdir (yaxşıdır): “Bismilləh, Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais” (Allahın adı ilə. Allahım, dişi və erkək cinlərin şərrindən Sənə sığınıram). Buna dəlil, Əlinin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Adəm övladı ayıb yerlərini cinlərdən qorumaq üçün ayaqyoluna girdikdə bismilləh (Allahın adı ilə) deməlidir”[1]. Digər dəlil isə Ənəsin (Allah ondan razı olsun) hədisidir. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyoluna daxil olduqda belə deyərdi: “Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais” (Allahım, dişi və erkək cinlərin şərrindən Sənə sığınıram)[2]. 2. Ayaqyolundan çıxdıqda isə “Ğufranəkə” (Allahım, məni bağışla) demək müstəhəbdir (yaxşıdır): Buna dəlil, Aişənin (Allah ondan razı olsun) hədisidir. Hədisdə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyolundan çıxdıqda, “Ğufranəkə” (Allahım, məni bağışla) deyərdi[3]. 3. Ayaqyoluna daxil olduqda sol, çıxdıqda isə sağ ayaqla başlamaq müstəhəbdir (yaxşıdır): Bunun dəlili isə, gözəl işlərə sağ, xoşagəlməz işlərə isə sol ayaqla başlamaq haqqında olan ümumi qaydadır. Buna dəlalət edən ümumi mənalı dəlillər mövcuddur[4]. 4. Əgər ayaqyoluna açıq sahədə gedirsə, insanların onu görməməsi üçün uzağa getməsi müstəhəbdir: Cabir (Allah ondan razı olsun) deyir ki, “biz Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfərə çıxmışdıq. O, ayaqyoluna gedəndə, gözdən itənə qədər uzaqlaşardı”[5]. 5. Yerə oturana qədər paltarını qaldırmamaq müstəhəbdir (yaxşıdır): İbn Ömər (Allah ondan razı olsun) deyir ki, “Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyolunda yerə oturana qədər paltarını qaldırmazdı”[6]. 6. İstər açıq sahədə, istərsə də qapalı ayaqyolunda arxasını və ya önünü qibləyə tərəf tutmaq olmaz: Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ayaqyoluna getdikdə önünüzü və ya arxanızı qibləyə tərəf tutmayın. Ya şərqə ya da qərbə[7] tərəf tutun”[8]. Əbu Əyyub deyir ki, biz Şama getmişdik. Orada ayaqyoluları Kəbəyə tərəf tikildiyindən bacardığımız qədər başqa istiqamətə dönür, sonra Allahdan bağışlanma diləyirdik[9]. 7. İnsanlar keçən yolda və ya kölgələnən yerdə subaşına çıxmaq haramdır: Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Lənət olunan iki adamdan özünüzü qoruyun!” Orada olanlar dedilər: “Lənət olunan o iki nəfər kimlərdir?” O dedi: “İnsanlar keçən yolda və ya kölgələnən yerdə subaşına çıxan kimsə”[10]. 8. Çimdiyi yerə yüngül subaşı etmək məkruh sayılır (bəyənilmir): Humeyd əl-Himyəri deyir ki, Əbu Hureyrə kimi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabəsi olmuş bir nəfərlə qarşılaşdım, o mənə dedi: “Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə hər gün daranmağı və çimdiyimiz yerə yüngül subaşına çıxmağı qadağan etmişdir”[11]. 9. Durğun suya, yüngül subaşı etmək haramdır: Cabir (Allah ondan razı olsun) deyir ki, “Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), durğun suya işəməyi qadağan etmişdir”[12]. 10. Ayaq üstə işəmək olar, lakin oturmaq daha yaxşıdır: Huzeyfə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir qəbilənin zibilxanasına gəlib orada ayaq üstə yüngül subaşına çıxdı. Mən oradan uzaqlaşmaq istədikdə o mənim yaxına gəməyimi tələb etdi. Mən yaxınlaşıb onun yanında dayandım. O dəstəmaz alıb xoflərinin[13] üstündən məsh etdi”[14]. Yüngül subaşı edərkən oturmağın daha yaxşı olmasını deməyimizə səbəb, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) çox vaxt belə etməsidir. Hətta Aişə (Allah ondan razı olsun) deyərdi ki, “Kim sizə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaq üstə yüngül subaşı etdiyini desə, ona inanmayın. Çünki o, ancaq oturub yüngül subaşı edərdi”[15]. Aişənin (Allah ondan razı olsun) bu sözü Huzeyfənin (Allah ondan razı olsun) dediyini inkar etmir. Çünki Aişə öz gördüyünü, Huzeyfə də öz gördüyünü demişdir. Bildiyimiz kimi, şəriət qaydalarına əsasən isbat edən, inkar edəndən daha öncüldür. Ona görə ki, isbat edən, digərinin bilmədiyi, əlavə elə sahibdir. 11. Sidikdən qorunmaq vacibdir: İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki qəbirin yanından keçərkən belə dedi: “Hal-hazırda onlar əzab çəkirlər. Onlar, elə də böyük günaha görə əzab çəkmirlər. Onlardan biri sidiyindən qorunmaz, digəri isə insanlar arasında sözgəzdirənlik edərdi”[16]. 12. Subaşına gedərkən sağ əli ilə cinsiyyət orqanını tutmamalı və ya onunla təmizlənməməlidir: Əbu Qatədə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Yüngül subaşı edərkən sağ əlinizlə cinsiyyət orqanına toxunmayın və sağ əlinizlə təmizlənməyin»[17]. 13. Subaşından sonra su, daş və ya bunları əvəz edən[18] bir şeylə təmizlənmək olar. Lakin su ilə təmizlənmək daha yaxşıdır: Ənəs (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyoluna gedərkən mən və mənim kimi bir uşaq onun üçün su və nizə[19] aparardıq. O, su ilə təmizlənərdi»[20]. Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz ayaqyoluna gedərkən özü ilə üç ədəd daş götürsün və onlarla təmizlənsin. Bu təmizlənmək üçün kifayət edər»[21]. 14. Subaşından sonra təmizlənmək üçün daşların sayı üçdən az olmamalıdır: Salman əl-Farisi (Allah ondan razı olsun) deyir ki, mənə belə bir söz dedilər: Məgər Peyğəmbəriniz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sizə hər şeyi öyrədib, hətta ayaqyoluna necə getməyi də! Salman əl-Farisi ona belə cavab verdiyini deyir: «Əlbəttə, o bizə, böyük və yüngül subaşında olarkən üzümüzü və ya arxamızı qibləyə tutmağı, yaxud (nəcisdən) sağ əl ilə təmizlənməyi, üçdən az daş ilə təmizlənməyi, peyin və ya sümüklə təmizlənməyi qadağan etmişdir!»[22] 15. Sümük və peyinlə təmizlənmək olmaz: Cabir (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) peyin və ya sümüklə təmizlənməyi qadağan etmişdir»[23]. _____________________________________________________________
[1] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 3611. Tirmizi: 2/ 59/ və hədisin tərtibatı ona məxsusdur. 603. İbn Macə: 1/ 109/ 297. Onun rəvayətində isə ərəbcə “əl-xalə” sözünün əvəzinə “əl-Kənif” deyilir. Amma hər ikisi “ayaqyolu” mənasını verir.
[2] Buxari: 1/ 242/ 142. Müslim: 1/ 283/ 375. Əbu Davud: 1/ 21/ 4. İbn Macə: 1/ 109/ 298. Tirmizi: 1/ 7/ 6. Nəsai: 1/ 20.
[3] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 4714. Əbu Davud: 1/ 52/ 30. Tirmizi: 1/ 7/ 7. İbn Macə: 1/ 110/ 300.
[4] əs-Seylul Cərrar: 1/ 64.
[5] Hədis səhihdir. Səhih İbn Macə: 268. İbn Macə: 1/ 121/ 335. Əbu Davud: 1/ 19/ 2.
[6] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 4652. Əbu Davud: 1/ 31/ 14. Tirmizi: 1/ 11/ 14/ Ənəsdən rəvayət etmişdir.
[7][7] Qiblənin cənub istiqamətində olmasını nəzərə alaraq belə deyilmişdir. Məqsəd qeyri qiblə tərəfə yönəlməkdir (tərc.).
[8] Hədis səhihdir. Səhih Müslim müxtəsər/ 109. Səhih Əbu Davud: 7.
[9] Buxari: 1/ 498/ 394. Müslim: 1/ 224/ 264. Tirmizi: 1/ 8/ 8.
[10] Hədis səhihdir. Səhihul Cami əs-Səğir:110. Əbu Davud: 1/ 47/ 25. Müslim: 1/ 226/ 269. Onun tərtibatında əsasən hədisdə deyilir: «lənətə səbəb olan iki əməldən çəkinin!” Orada olanlar dedilər: “Lənətə səbəb olan o iki əməl hansılardır? »
[11] Hədis səhihdir. Səhih Sünən Nəsai: 232. Nəsai: 1/ 130. Əbu Davud: 1/ 50/ 28.
[12] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 6814. Müslim: 1/ 235/ 281. Nəsai: 1/ 34.
[13] Xof: dəridən corab şəklində tikilmiş/ corabı əvəz edən geyim növüdür.
[14] Buxari: 1/ 329/ 225. Müslim: 1/ 228/ 273. Tirmizi: 1/ 11/ 13. Nəsai: 1/ 19. Əbu Davud: 1/ 44/ 23. İbn Macə: 1/ 111/ 305.
[15] Hədis səhihdir. Səhih Sünən Nəsai: 29. Nəsai: 1/ 26. Tirmizi: 1/ 10/ 12. Digər alimlərin rəvayətində “İllə cəlisən”/ Tirmizinin rəvayətində isə “İllə qaidən” deyilir. Hər iki söz eyni məna daşıyır.
[16] Buxari: 1/ 317/ 216. Müslim: 1/ 240/ 292. Tirmizi: 1/ 47/ 70. Əbu Davud: 1/ 40/ 20. Nəsai: 1/ 28.
[17] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 250. İbn Macə: 1/ 113/ ? 310. Onun tərtibatı yuxarıda deyilən kimidir. Buxari: 1/ 254/ ? 154. Müslim: 1/ 225/ ? 267. Əbu Davud: 1/ 53/ ? 31. Tirmizi: 1/12/ ? 15. Nəsai: 1/ ? 25. Bu alimlər isə hədisin tam və müxtəsər variantını rəvayət etmişlər.
[18] Məsələn/ salfetka/ kağız və s. (tərc.)
[19] O vaxtlar/ ayaqyoluna gedərkən başqalarının gözündən qorunmaq üçün özləri ilə nizə aparardılar ki/ onun ucuna paltar və ya bu kimi bir şey sancıb arxasında otursunlar (tərc.).
[20] Buxari: 1/ 252/ ? 152. Müslim: 1/ 227/ ? 271. Nəsai: 1/ ? 42. Amma onun rəvayətində «Nizə» haqqında danışılmır.
[21] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 43. Nəsai: 1/ ? 42. Əbu Davud: 1/ 61/ ? 40.
[22] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 255. Müslim: 1/ 223/ ? 262. Tirmizi: 1/ 13/ ? 16. Əbu Davud: 1/ 24/ ? 7. İbn Macə: 1/ 115/ ? 316. Nəsai: 1/ ? 38.
[23] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: ? 6827. Müslim: 1/ 224/ ? 263. Əbu Davud: 1/ 60/ ? 38. Hazırayan: Rahim Muradlı
Tarix: 31.12.2014 | Oxunma sayı: 8. 379 baxış
Axtar
İslamevi Sosial Şəbəkələrdə
“Cümənin Bərəkəti” – Radio verilişi
73 gün sonra qurtaran həsrət..
(video) | Mədinə
Qurani Kərimin mənaca tərcüməsi
Namaz Vaxtları
YENİ DƏRSLƏR
Sonuncu videomuz
Kəbə’ni canlı izlə (Məkkə şəhəri)
Ən çox baxılanlar
- Namazın vaxtları – 118. 182 baxış
- SIXINTI VƏ KƏDƏRİ ARADAN QALDIRAN 5 ZİKR – 94. 790 baxış
- AXŞAM ZİKRLӘRİ – 57. 047 baxış
- MӘHӘRRӘM AYI VӘ AŞURA GÜNÜ HAQDA HƏR ŞEY (araşdırma) – 42. 844 baxış
- YENİ DOĞULMUŞ KÖRPƏ ÜÇÜN EDİLƏCƏK 6 ŞEY – 40. 774 baxış
Təsadüfi yazılar
- Kafirə ölüm anında təlqin etmək olarmı?
- Müsəlmanlar canlarında bərabərdirlər
- Allaha yalvarış
23 hədis
Войдите в ОК, чтобы видеть больше.
Войти через
Войти через VK ID
Войти через Почту
Войти с помощью Google
Войти через Яндекс
Войти через Apple
15 авг 2014
Allahın Peyğəmbəri (s): «Qızım ona görə Fatimə adlanıb ki, Allah-Taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib». (Əmali-Tusi, səh. 300)
İmam Sadiq (ə): «Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra». (Əmali-Səduq, səh. 474, hədis 18)
Umarə: «İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün «Zəhra» (parlaq) adlandırıblar?» Buyurdu: «Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı». (Məani əl-Əxbar, səh. 64, hədis 15)
Fatimə mənim bədənimin bir parçasıdır
Allahın Peyğəmbəri (s): «Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir». (Biharul-Ənvar, c. 43, səh. 23, hədis 17)
Allahın Peyğəmbəri (s): «Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir». (Əmali-Səduq, səh. 394, hədis 18)
Fatimə dünya xanımlarının xanımıdır
Allahın Peyğəmbəri (s): «Qızım Fatimə dünya xanımlarının xanımıdır». (Biharul-Ənvar, 43, səh. 22, hədis 13)
Allahın Peyğəmbəri (s): «Fatimə Cənnət xanımlarının xanımıdır». (Musnəd əhməd ibn Hənbəl, c. 3,səh. 80)
Allahın Peyğəmbəri (s): «Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır». (Nurus-Səqəleyn, c. 1, səh. 338, hədis 135)
Fatimə qəzəblənəndə Allah da qəzəblənir
Allahın Peyğəmbəri (s) Fatimə əleyhəs-səlama buyurub: «Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur». (Kənzul-Ummal, hədis 37725)
Həzrət Fatimənin müsibəti
İmam Əli (ə) Fatimə əleyhəs-səlamı torpağa tapşırarkən buyurmuşdur: «Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil. Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil». (Nəhcül-Bəlağə, xütbə 202)
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri.
Azan
Azanın hökmü:
Azan, namaz vaxtının daxil olduğunu xüsusi sözlərlə bildirmək deməkdir[1]. Onun hökmü vacibdir.
Malik ibn əl-Huveyris Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Namaz vaxtı yetişdikdə biriniz azan versin, böyüyünüz isə namazda sizə imamlıq etsin»[2]. Peyğəmbərin (S.A.V.) azan verməyi əmr etmişdir. Məlum məsələdir ki, əmr olunan əməl, onun vacib olmasına dəlalət edir.
Ənəs deyir ki, Peyğəmbər (S.A.V.) bizimlə bərabər döyüşə gedərkən səhər açılana qədər hücum etməz, gözləyərdi. Əgər azan səsi eşitsəydi onlara toxunmazdı. Azan səsi eşitmədikdə isə onlara hücum çəkərdi[3].
Azanın fəziləti:
Müaviyə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qiyamət günü müəzzinlər insanlar arasında ən uzun boyunlu olacaqlar»[4].
Əbdürrəhman ibn Abdullah ibn Əbdürrəhman ibn Əbu Sasaə əl-Ənsari sonra əl-Mazini atasının ona belə dediyini deyir: Əbu Səid əl-Xudri mənə belə deyib: «Mən görürəm ki, sən qoyun otarmağı və vadidə yaşamağı çox sevirsən. Qoyun otararkən, yaxud vadidə olarkən azan verdikdə, onu uca səslə oxu. Həqiqətən müəzzinin səsini eşidən cin, insan və hər şey qiyamət günün onun bu əməlinə şahidlik edəcəklər». Əbu Səid əl-Xudri bunu Peyğəmbərdən eşitdiyini demişdir»[5].
Azanın necəliyi:
Abdullah ibn Zeyd ibn Əbdi-Rabbihi deyir ki, Peyğəmbər (S.A.V.) camaatı toplamaq üçün zəng çaldırmaq qərarına gəlmişdi. Lakin xaçpərəstlər də belə etdikləri üçün Peyğəmbər (S.A.V.) bundan narahatlıq hissi keçirirdi. Bu ərəfədə mən yuxuda olarkən bir nəfər yuxuma gəldi. Həmin adamın əynində yaşıl iki ədəd yaşıl paltar, əlində isə zəng var idi. Mən ona dedim: Ey Allah bəndəsi, zəngi satırsanmı? O dedi: Onu neynirsən? Mən dedim: Biz onunla camaatı namaza çağıracayıq. O dedi: Mən sənə bundan daha xeyirlisini deyimmi? Mən dedim: Əlbəttə, de. O dedi: Bax belə deyirsən;
Allahu əkbər, Allahu əkbər.
Allahu əkbər, Allahu əkbər.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Həyyə aləs salət.
Həyyə aləs salət.
Həyyə aləl fələh.
Həyyə aləl fələh.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəllah.
Sonra bir az aralandı və dedi: Namaza durduqda isə belə deyirsən;
Allahu əkbər, Allahu əkbər.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Həyyə aləs salət.
Həyyə aləl fələh.
Qədiqamətis salət. Qədiqamətis salət.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəllah.
Abdullah ibn Zeyd ibn Əbdi-Rabbihi deyir: Səhər açılanda Peyğəmbərin (S.A.V.) yanına gəldim və gördüklərimi ona danışdım. O, isə dedi: «Bu yuxu, haqq yuxudur inşallah. Sonra azan verilməsini əmr etdi. Azanı, Əbu Bəkrin köləsi Bilal oxuyurdu»[6].
Müəzzinin iki təkbiri (Allahu əkbər sözlərini) bir nəfəsə verməsinin müstəhəb olması:
Ömər ibn əl-Xəttab Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Müəzzin “Allahu əkbər, Allahu əkbər” dedikdə, biriniz “Allahu əkbər, Allahu əkbər” desə, sonra “Əşhədu əllə iləhə illəllah” dedikdə, biriniz də “Əşhədu əllə iləhə illəllah” desə,[7] . »[8]. Hədisdə açıq-aşkar göstərilir ki, müəzzin iki təkbiri bir nəfəslə deyir, onu eşidən də eyni şəkildə təkrar edir[9].
Azan oxuyarkən kəlmeyi şəhadəti uca səslə dedikdən sonra, yenidən sakit səslə təkrar etmək müstəhəbdir[10].
Əbu Məhzura deyir ki, Allahın Peyğəmbəri (S.A.V.) ona bu azanı öyrətmişdir: «Allahu əkbər, Allahu əkbər. Əşhədu əllə iləhə illəllah. Əşhədu əllə iləhə illəllah. Əşhədu ənnə Muhəmmədən rəsuləllah. Əşhədu ənnə muhəmmədən rəsuləllah. Sonra yenidən (özü sakit səslə) Əşhədu əllə iləhə illəllah. Əşhədu əllə iləhə illəllah. Əşhədu ənnə Muhəmmədən rəsuləllah. Əşhədu ənnə muhəmmədən rəsuləllah. Sonra iki dəfə həyyə aləs salət, iki dəfə də həyyə aləl fələh. Sonra Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah»[11].
Sübhün birinci azanında “əs-Salətu xəyrun minən novm” sözlərini əlavə etmək müstəhəbdir.
Əbu Məhzura deyir ki, Peyğəmbər (S.A.V.) ona azanı öyrətmiş və belə deməsini buyurmuşdur: «Həyyə aləl fələh, həyyə aləl fələh. Sonra sübhün ilk azanında, əssalətu xəyrun minən novm, əssalətu xəyrun minən novm. Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah»[12].
Əmir əs-Sənani, “Subulus Səlam” adlı kitabında (1/ 120), İbn Rəslanın belə dediyini qeyd edir:
“Əs-salətu xəyrun minən novm” sözləri, yalnız sübh namazının birinci azanında deyilir. Çünki birinci azan yatanı namaza oyatmaq üçündür. İkinci azan isə namazın vaxtının daxil olmasını bildirmək və namaza çağırmaq üçündür”.
Azanı ilk vaxtda vermək müstəhəbdir. Ələlxüsus sübh namazında azanı namazın vaxtı girməmiş vermək müstəhəbdir[13].
Cabir ibn Səmurə deyir: «Bilal, gün zenit xəttini keçən kimi gecikmədən azan verər, Peyğəmbər gələnə qədər iqamə verməzdi. Peyğəmbərin (S.A.V.) gəlişini gördükdə iqaməni verərdi»[14].
İbn Ömər Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Bilal gecə azan verir. Siz, İbn Umm Məktum azan verənə qədər yeyin-için»[15].
Peyğəmbər (S.A.V.) sübh azanının, namazın vaxtından əvvəl verilməsinin hikmətini açıqlayaraq demişdir: «Bilalın azanı sizi sühurdan (oruc tutarkən səhər yemək-içməyindən) yayındırmasın. O gecə azan verir ki, gecə namazı qılanlar dinlənsinlər, yatanlar isə oyansınlar»[16].
Azan və iqaməni eşidərkən nə demək lazımdır?
Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir.
Əbu Səid Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin»[17].
Ömər ibn əl-Xəttab Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Müəzzin “Allahu əkbər, Allahu əkbər” dedikdə, biriniz “Allahu əkbər, Allahu əkbər” desə, sonra “Əşhədu əllə iləhə illəllah” dedikdə, biriniz də “Əşhədu əllə iləhə illəllah” desə, sonra “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Həyyə aləs salət” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Həyyə aləl fələh” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Allahu əkbər” dedikdə, “Allahu əkbər” desə, sonra “Lə iləhə illəllah” dedikdə, ürəkdən “Lə iləhə illəllah” desə, cənnətə daxil olar»[18].
Kim müəzzinin dediklərini təkrar edərsə, yaxud müəzzin “həyyə aləs salət” və “həyyə aləl fələh” sözlərini dedikdə eşidən şəxs “Lə həvlə vələ quvvətə illə billəh” deyərsə, yaxud həm “həyyə aləs salət” və “həyyə aləl fələh” həm də “Lə həvlə vələ quvvətə illə billəh” sözlərini deyərsə, inşallah bütün hallarda doğru etmiş olar.
Müəzzin azan və ya iqaməni bitirdikdən və eşidən kimsə onun dediklərini təkrar etdikdən sonra qarşıdakı iki hədisdə deyilənləri oxuyur. Abdullah ibn Amr Peyğəmbərdən (S.A.V.) belə eşitdiyini rəvayət edir: «Müəzzini eşitdikdə onun dediyi kimi deyin, sonra mənə salavat deyin. Həqiqətən kim mənə bir salavat deyərsə, onun əvəzində Allah ona on salavat edər. Sonra Allahdan, mənim üçün vəsilə istəyin. Həqiqətən vəsilə cənnətin bir mərtəbəsidir. O yalnız Allah bəndələrindən birinə layiqdir. Allahdan diləyirəm ki, o adam mən olum. Kim Allahdan mənim üçün vəsilə istəyərsə şəfaətə nail olar»[19].
Cabir Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim azanı eşidərkən belə deyərsə Qiyamət günü şəfaətim ona halal olar. “Allahım, bu mükəmməl duanın (azanın), dəyişilməyən namazın rəbbi Sənsən. (cənnətin ən yüksək məqamı) vəsiləni və (hər şeydən üstün) fəzilət məqamını Muhəmmədə bəxş et. Onu vəd etdiyin “Məqamul Məhmud”a[20] yetişdir[21]”[22].
Faydalı məlumat: Müsəlmanın, azanla iqamə arasında çoxlu dua etməsi bəyənilən haldır. Çünki bu vaxt edilən dua məqbuldur. Ənəs Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Azanla iqamə arasında edilən dua rədd olunmaz»[23].
Müəzzinə aid olan müstəhəb əməllər:[24]
Müəzzinin aşağadakı sifətlərə yiyələnməsi müstəhəbdir (bəyənilən haldır):
- Müəzzinin azan verməkdə məqsədi, Allah rizasını qazanmaq olmalı və azana görə maaş almamalıdır. Osman ibn Əbul As deyir ki, mən Peyğəmbərə (S.A.V.) dedim: Ey Allahın elçisi, məni öz qövmimə imam təyin et. O, dedi: «(bu gündən) Sən onların imamısan. (camaata namaz qıldıranda) Zəifləri nəzərə al və azan verdiyinə görə maaş istəməyən bir müəzzin götür»[25].
- Azan verərkən həm qüsllü, həm də dəstəmazlı olmalı. Bu haqda əvvəldə, “Dəstəmaz almaq bəyənilən hallar” adlı bölümdə danışılmışdı.
- Azan verərkən ayaq üstə, üzü qibləyə dayanmalı. İbn əl-Munzir deyir: Alimlərin yekdil fikrinə görə azan verərkən ayaq üstə dayanmaq sünnədir. Çünki bu halda azan daha yaxşı eşidilir. Həmçinin azan verərkən qibləyə tərəf yönəlmək sünnədir. Çünki Peyğəmbərin müəzzinləri qibləyə tərəf yönəlib azan verərdilər.
- “Həyyə aləs salət”dedikdə boynunu və başını sağa, “Həyyə aləl fələh” dedikdə isə sola yönəltmək.
Əbu Cuheyfə deyir ki, mən Bilalı azan verərkən görmüşəm. O, azan verərkən mən onun üzünün o tərəf, bu tərəfə çevrildiyini görürdüm[26].
5. Barmaqları qulaq boşluqlarına salmaq. Əbu Cuheyfə deyir ki, «mən Bilalı azan verərkən görmüşəm. O azan verir və sağa-sola çevrilirdi. Onun üzü o tərəf bu tərəfə çevrilir, barmaqları da qulaq boşlularında idi»[27].
6. Azan verərkən səsini ucaltmaq. Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: «Müəzzinin səsini eşidən insan, cin və digər bütün şeylər qiyamət günü buna şahidlik edəcəklər»[28].
Azanla iqamə arasında nə qədər müddət olmalıdır?
Azanla iqamə arasında, namaz üçün hazırlıq görmək və namaza gəlmək üçün kifayət edəcək qədər ara vermək lazımdır. Çünki azan elə buna görə buyurulmuşdur. Əks halda onun faydası itmiş sayılar.
İbn Battal deyir:[29] bunun üçün vaxt məhdudiyyəti yoxdur. Əsas odur ki, namazın vaxtı daxil olsun və camaat namaz üçün toplaşsın.
Azan veriləndən sonra məsciddən çıxmağın qadağan olunması:
Əbuş Şəsa deyir ki, «biz Əbu Hureyrə ilə məsciddə oturmuşduq. Müəzzin azan verdi. Bu zaman bir kişi qalxıb məsciddən çıxdı. Kişi məsciddən çıxana qədər Əbu Hureyrə onun ardınca baxdı və dedi: Bu kişi Əbul Qasimə (Peyğəmbərə) asilik etdi»[30].
Gecikdirilmiş namaz üçün azan və iqamə vermək:
Kim namaza yatıb qalıb və ya namazı unudubsa həmin namazı qıldıqda azan və iqamə verə bilər. Belə ki, Əbu Davudun əsərində Peyğəmbərin (S.A.V.) və səhabələrinin səfər zamanı Sübh namazına yatıb qalmaları haqqında qeyd olunan rəvayət buna dəlildir. Həmin hadisə zamanı Peyğəmbər (S.A.V.) Bilala azan və iqamə verməyi əmr etmişdi[31].
Əgər kimsə bir neçə namazı qılmayıbsa onda bir dəfə azan verir, sonra hər namaz üçün ayrı-ayrı iqamə verir. Belə ki, İbn Məsud deyir: «Xəndək döyüşü olan gün müşriklər Peyğəmbəri (S.A.V.) gecədən xeyli keçənə qədər dörd namazdan yayındırdılar. Peyğəmbər (S.A.V.) Bilala azan verməyi əmr etdi. Sonra iqamə verib zöhr namazını qıldı. Sonra yenə iqamə verib əsr namazını qıldı. Sonra iqamə verib məğrib namazını qıldı. Sonra iqamə verib işa namazını qıldı»[32].
Namazın düzgün olması üçün şərtlər:
Namazın düzgün olması üçün aşağadakıların olması şərtdir:
- Namazın vaxtının daxil olmasını bilmək: Uca Allah buyurur: «. Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir»[33].
Üzrsüz yerə vaxtından əvvəl və ya sonra qılınan namaz düzgün sayılmır.
2.Böyük və kiçik[34] natəmizlikdən pak olmaq: Uca Allah buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun. Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). »[35]. Həmçinin İbn Ömərin hədisində, Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «Allah, dəstəmazsız namazı qəbul etməz»[36].
3. Paltarın, bədənin və namaz qılınan yerin pak edilməsi: Paltarın təmizlənməsi Uca Allahın bu ayəsinə əsaslanır: «Libasını təmizlə!»[37] Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: “Biriniz məscidə gələndə ayaqqabısını çevirib altına baxsın. Əgər orada murdar bir şey görsə ayaqqabını yerə sürtsün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılsın”[38].
Bədənin təmizlənməsi isə Peyğəmbərin (S.A.V.) bu hədisinə əsaslanır. Demək Əli Peyğəmbərdən (S.A.V.) məzi[39] haqqında soruşur və onun cavabı belə olur: «Cinsiyyət orqanını yu və dəstəmaz al»[40].
Həmçinin Peyğəmbər (S.A.V.) istihazə olan qadına belə demişdir: «Üzərindən qanı yu və namaz qıl»[41].
Namaz qılan yerin təmizlənməsi isə bu hədisə əsaslanır. Demək bir nəfər bədəvi məscidə yüngül subaşı etdikdə Peyğəmbər (S.A.V.) öz əshabələrinə deyir: «Onun sidiyinin üzərinə bir qab su tökün»[42].
Faydalı məlumat:
Kim üzərində nəcasət olduğunu bilmədiyi halda namaz qılarsa namazı düzgündür və namazı yenidən qılmağa ehtiyac yoxdur. Əgər namaz əsnasında üzərində nəcasət olduğunu bilsə bunun iki çıxış yolu vardır. Birincisi, imkan varsa nəcasəti özündən uzaqlaşdırsın. Məsələn, əgər nəcasət ayaqqabıda, yaxud paltardadırsa və əynində həmin paltardan əlavə övrətini örtən digər paltar varsa onda nəcasət dəymiş paltarı çıxarmaq və namaza davam etmək lazımdır. Yox əgər nəcasəti təmizləmək mümkün olmasa onda elə halda namaza davam etmək lazımdır. Demək Əbu Səidin hədisində deyilir ki, Peyğəmbər (S.A.V.) namaz qılarkən ayaqqabılarını çıxarır. Bunu görən camaat da ayaqqabılarını çıxarırlar. Peyğəmbər (S.A.V.) namazı bitirdikdən sonra: Ayaqqabılarınızı nə üçün çıxardınız? – deyə onlardan soruşur. Onlar isə deyirlər: Sən çıxardın deyə biz də çıxardıq. Peyğəmbər (S.A.V.) dedi: «Cəbrail mənim yanıma gəldi və ayaqqabılarımın murdar olduğunu dedi. Ona görə məscidə gələrkən ayaqqabınızı çevirib altına baxın. Əgər orada murdar bir şey görsəniz ayaqqabınızı yerə sürtün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılın»[43].
4. Övrət yerlərinin örtülməsi: Uca Allah buyurur: «Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin. »[44]. Ayənin mənası o deməkdir ki, ibadət zamanı övrət yerlərinizi örtün. Çünki cahiliyyət zamanı Kəbəni lüt-üryan təvaf edərdilər.
Həmçinin Peyğəmbər (S.A.V.) buyurmuşdur: «Allah həddi büluğa çatan qadının namazını yalnız baş örtüyü ilə qəbul edər»[45].
Kişinin övrət yeri, göbəklə diz arasında olan yerdir. Amr ibn Şueybin öz atasından o da babasından rəvayət etdiyi hədisdə övrət yerinin təyini birbaşa Peyğəmbərə (S.A.V.) nisbət edilir. Rəvayətdə deyilir: «Göbəklə diz arasında olan yer övrətdir»[46].
Cərhəd əl-Əsləmi deyir ki, Peyğəmbər (S.A.V.) mənim yanımdan keçirdi. Əynimdə əba vardı, amma baldırım görsənirdi. Peyğəmbər bunu görüb dedi: «Baldırını ört. Doğrudan da baldır övrətdir»[47].
Qadının, yalnız üzü və əli istisna olmaqla, namazda bütün bədəni övrətdir. Çünki Peyğəmbər (S.A.V.) demişdir: «Qadın övrətdir»[48]. Həmçinin başqa hədisdə buyurmuşdur: «Allah həddi büluğa çatan qadının namazını yalnız baş örtüyü ilə qəbul edər»[49].
5.Qibləyə tərəf yönəlmək: Demək Uca Allah buyurur: «(Ya Rəsulum! namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin. »[50]. Həmçinin Peyğəmbər (S.A.V.) namazını səhv qılan kişiyə demişdi ki, «namaza qalxdıqda mükəmməl dəstəmaz al, sonra qibləyə dön. »[51].
Şiddətli qorxu anında və səfər zamanı minik üzərində nafilə namazı qıldıqda qibləyə tərəf dönməmək olar. Uca Allah buyurur: «Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın)...»[52]. İbn Ömər ayənin açıqlamasında demişdir: «Bu zaman qibləyə və ya qeyri qibləyə dönmək fərq etmir». «Nafi deyir ki, mənim bildiyim qədər İbn Ömər bunu Peyğəmbərdən (S.A.V.) rəvayət edirdi»[53].
İbn Ömər deyir ki, «Peyğəmbər (S.A.V.) miniyi üzərində olarkən, hansı istiqamətə yönəlməsinə baxmayaraq, nafilə namazlarını və vitr namazını qılardı. Amma fərz namazları isə minik üzərində qılmazdı»[54].
Faydalı məlumat:
Kim qibləni axtarıb qiblə olduğunu zənn etdiyi tərəfə namaz qılarsa sonra səhv etdiyi aşkar olunarsa namazını yenidən qılmamalıdır. Amir ibn Rabiə deyir ki, «biz qaranlıq bir gecədə Peyğəmbərlə (S.A.V.) bərabər səfərdəydik. Qiblənin hansı tərəfdə olduğunu bilmirdik. Buna görə də hərə özü bildiyi tərəfə namaz qıldı. Səhər açılanda bu haqda Peyğəmbərə xəbər verdik. Bu zaman ayə nazil oldu: «. hansı tərəfə yönəlsəniz Allahın üzü oradadır[55]. »[56]
6. Niyyət etmək: Niyyət, qılmaq istədiyin namaza niyyət edib, həmin namazı qəlbin ilə təyin etməkdir. Buna, zöhr, əsr və ya bu namazların sünnələrini misal çəkmək olar[57]. Niyyəti dil ilə demək düzgün deyil. Çünki Peyğəmbər (S.A.V.) niyyəti dil ilə tələffüz etməzdi. Demək Peyğəmbər namaza qalxdıqda birbaşa “Allahu Əkbər” deyərdi. Bundan əvvəl heç bir söz deməz, əsla niyyəti dili ilə tələffüz etməzdi. Nə də ki, “mən bu namazı Allah üçün qılıram. Üzüm qibləyə filan namazı dörd rükət olmaqla imam və ya məmum kimi qılıram”, və s. bu kimi sözləri Peyğəmbər (S.A.V.) deməzdi. Həmçinin namazın əda və ya qəza qılındığını, yaxud fərz vaxtda qılındığını da dilinə gətirməzdi. Bu, on ədəd bidət əməldir. Bu deyilənlərin heç biri, bir söz də olsa belə Peyğəmbərdən (S.A.V.) nə səhih, nə zəif, nə müsnəd, nə də mürsəl yollarla rəvayət edilməmişdir. Eləcə də heç bir səhabədən belə bir hərəkət rəvayət olunmamışdır. Nə tabiinlər, nə də dörd məzhəb imamları bunu yaxşı əməl kimi qəbul etməmişlər[58].
[1] Fiqhus Sünnə: 1/ 94.
[2] Buxari: 2/ 111/ № 631. Müslim: 1/ 465/ № 674.
[3]Buxari: 2/ 89/ № 610. Mətndə onun rəvayəti verilmişdir. Müslim: 1/ 288/ № 382. Bunun mənasına uyğun rəvayət etmişdir.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6645. Müslim: 1/ 290/ № 387.
[5] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: № 625. Buxari: 2/ 87/ № 609. Nəsai: 2/ 12.
[6] Həsənun Səhih. Səhih Sünən Əbu Davud: № 469. Əhməd: 3/ 14/ № 244. Əbu Davud: 2/ 169/ № 495. Tirmizi: 1/ 122/ № 189. Onun rəvayəti müxtəsər verilmişdir. İbn Macə: 1/ 232/ № 706.
[7] Hədisin ardı belədir: «Sonra “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Həyyə aləs salət” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Həyyə aləl fələh” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Allahu əkbər” dedikdə, “Allahu əkbər” desə, sonra “Lə iləhə illəllah” dedikdə, ürəkdən “Lə iləhə illəllah” desə, cənnətə daxil olar».
[8] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 527. Müslim: 1/ 289/ № 385. Əbu Davud: 2/ 228/ № 523.
[9] Şərhun Nəvəvi Alə Səhih əl-Müslim: 3/ 79.
[10] Şərhun Nəvəvi Alə Səhih əl-Müslim: 3/ 81.
[11] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 191. Müslim: 1/ 287/ № 379.
[12] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: № 628. Nəsai: 2/ 7.
[13] Sübh namazında iki azan vermək müstəhəbdir. Bu bölümdə deyilən sübh azanı birinci azandır. (tərc.)
[14] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 503. Əhməd: 3/ 35/ № 283. Rəvayətin bu mətni onundur. Müslim: 1/ 423/ № 606. Əbu Davud: 2/ 241/ № 533. Onun rəvayəti, mətndəki rəvayətə oxşardır.
[15] Buxari: 2/ 104/ № 622. Müslim: 2/ 768/ № 1092.
[16] Buxari: 2/ 103/ № 621. Müslim: 2/ 768/ № 1093. Əbu Davud: 6/ 472/ № 2330
[17] Buxari: 2/ 90/ № 611. Müslim: 1/ 288/ № 383. Əbu Davud: 2/ 224/ № 518. Tirmizi: 1/ 134/ № 208. İbn Macə: 1/ 238/ № 720. Nəsai: 2/ 23.
[18] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 527. Müslim: 1/ 289/ № 385. Əbu Davud: 2/ 228/ № 523.
[19] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 198. Müslim: 1/ 288/ № 384. Əbu Davud: 2/ 225/ № 519. Tirmizi: 5/ 247/ № 3694. Nəsai: 2/ 25.
[20] Qiyamət günü bütün Peyğəmbərlər haqq-hesabın başladılması üçün Allah qarşısında şəfaətçi olmaqdan boyun qaçıracaqları zaman, Məhəmməd Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) önə keçib Allahın ona vəd etdiyi məqama yetişəcəkdir. Bu “Məqamul Məhmud” yəni, bütün məxluqatın təriflədiyi məqam adlanır. (tərc.)
[21] Duanın ərəbcəsi belədir: “Allahummə rabbə həzihid dəvəti əttəəmə, vəs salətil qaimə, əti Muhəmmədən əl-vəsilətə vəl fadilətə, vəbəshu Allahummə məqamən mahmudən əlləzi vaədtəh”»
[22] Hədis səhihdir. əl-İrva: № 243. Buxari: 2/ 94/ № 614. Əbu Davud: 2/ 231/ № 525. Tirmizi: 1/ 136/ № 211. Nəsai: 2/ 27. İbn Macə: 1/ 239/ № 722.
[23] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 489. Tirmizi: 1/ 137/ № 212. Əbu Davud: 2/ 224/ № 517.
[24] Fihus Sünnə: 1/ 99.
[25] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 497. Əbu Davud: 2/ 234/ № 527. Nəsai: 2/ 23. İbn Macə: 236/ № 714. Onun rəvayətində yalnız sonuncu cümlə qeyd olunmuşdur.
[26] Buxari: 2/ 114/ № 634. Müslim: 1/ 360/ № 503. Əbu Davud: 2/ 219/ № 516. Tirmizi: 126/ № 197. Nəsai: 2/ 12. “Amma azan verərkən sinənin sağa-sola çevrilməsi haqqında sünnədə heç bir əsas yoxdur. Boyunun çevrilməsi haqqında deyilən hədislərdə də bu haqda heç bir məlumat yoxdur”. Təmamul Minnə: 150.
[27] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: № 164. Tirmizi: 1/ 126/ № 197. O deyib ki, hədis “Həsənun Səhih”dir. Elm adamları bu hədisə əməl edirlər. Onlara görə müəzzinin azan verərkən barmaqlarını qulaq boşluqlarına salması müstəhəbdir.
[28] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 625. Buxari: 2/ 87/ № 609. Nəsai: 2/ 12.
[29] Bunu Hafiz İbn Həcər “Fəthul Bari” əsərində (2/ 106) qeyd etmişdir.
[30] Rəvayət səhihdir. Müxtəsər Səhih Müslim: № 249. Müslim: 1/ 453/ № 655. Nəsai: 2/ 29. Əbu Davud: 2/ 240/ № 532. Tirmizi: 1/ 131/ № 204. Sonuncu iki alimin rəvayətində hadisənin Əsr namazında baş verildiyi qeyd olunur.
[31] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 420. Əbu Davud: 2/ 106/ № 432.
[32] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 638. Tirmizi: 1/ 115/ № 179. Nəsai: 1/ 279.
[33] ən-Nisa: 103.
[34] Böyük natəmizlik cinsi yaxınlıq səbəbi ilə olur. Bu zaman qüsl etmək lazımdır. Kiçik natəmizlik isə ağır və ya yüngül subaşına çıxdıqda olur.
[36] Hədis səhihdir. Səhih Müslimin müxtəsəri: 104. Müslim: 11/ 204/ № 224. Tirmizi: 1/ 3/ № 1.
[37] əl-Müddəssir: 4.
[38] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 605. Əbu Davud: 2/ 353/ 636.
[39] Məzi: Kişi və qadınlarda şəhvət hissi başlayarkən ifraz olunan ağ, yapışqan, duru mayedir. (tərc.)
[40] Buxari: 1/ 230/ 132. Müslim: 1/ 247/ 303. Hədisin tərtibatı Müslimin rəvayətinə əsasən verilmişdir.
[41] Buxari: 1/ 42/ № 331. Müslim: 1/ 261/ № 333. Tirmizi: 1/ 82/ № 125. İbn Macə: 1/ 203/ № 621. Nəsai: 1/ 184.
[42] Buxari: 1/ 323/ 220. Nəsai: 1/ 48 və 49. İrva əl-Ğəlil: 171. Hədisi daha ətraflı bu alimlər rəvayət ediblər: Əbu Davud: 2/ 39/ 376. Tirmizi: 1/ 99/ 147.
[43] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 605. Əbu Davud: 2/ 353/ 636.
[45] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 534. Əbu Davud: 2/ 345/ № 627. Tirmizi: 1/ 234/ № 375. İbn Macə: 1/ 215/ № 655.
[46] Hədis həsəndir. əl-İrva: № 271. Hədisi həmçinin Darəqutni, Əhməd və Əbu Davud da rəvayət etmişlər.
[47] Sıhihun liğeyrihi. əl-İrva: № 269. Tirmizi: 4/ 197/ № 2948. Əbu Davud: 11/ 52/ № 3995. Bu məsələ haqqında “Təhzibus Sünnə” adlı kitabda (6/ 17) İbn əl-Qeyyimin sözlərinə bax.
[48] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6690. Tirmizi: 2/ 319/ № 1183.
[49] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 534. Əbu Davud: 2/ 345/ № 627. Tirmizi: 1/ 234/ № 375. İbn Macə: 1/ 215/ № 655.
[50] əl-Bəqərə: 150.
[51] Buxari: 11/ 36/ № 6251. Müslim: 1/ 298/ № 397.
[52] əl-Bəqərə: 239.
[53] Hədis səhihdir. Malik, əl-Muvatta: 126/ № 442. Buxari: 8/ 199/ № 4535.
[54] Buxari: 2/ 575/ № 1097. Onun rəvayəti müəlləqdir. Müslim: 1/ 487/ № 700.
[55] əl-Bəqərə: 115.
[56] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 835. Tirmizi: 1/ 216/ № 343. İbn Macə: 1/ 326/ № 1020. Onun rəvayəti mətndəki rəvayətə oxşardır. Beyhəqi: 2/ 11.
Comments are closed, but trackbacks and pingbacks are open.