2702-fəlsəfə_az
Yeni Akademiya təxminən m. 200 — 529-cu illər arasında fəaliyyət göstərmişdir. Bu da “yeni-platonçuluq” (neoplatonizm) adlanan platonizmin sonuncu, beşinci tarixi mərhələsi hesab olunur. Onu səciyyələndirən xüsusiyyətlərdən biri neoplatonizmin dinə və mistikaya yaxınlaşması olmuşdur.
Antik Fəlsəfə Tarixi
Fəlsəfə (yun. Φιλοσοφία) sözü yunancadan tərcümədə “müdrikliyi sevmək” deməkdir. Qədim təsəvvürlərə görə m&uum.
Fəlsəfə (yun. Φιλοσοφία) sözü yunancadan tərcümədə “müdrikliyi sevmək” deməkdir. Qədim təsəvvürlərə görə müdriklik xüsusi bir anlayış və həyat tərzidir ki, o da yalnız tanrıya məxsusdur. İnsan isə müdrikliyə tam yüksələ bilməz, yalnız ona doğru yönələ və ya onu sevə bilər. Buna görə də müdriklik sözünü “həqiqət” kimi də anlamaq mümkündür. Beləliklə, fəlsəfə sözünün mənasını “həqiqətə yönəlmə” kimi də vermək olar. Fəlsəfi düşüncəyə məxsus insan dünyanı olduğu kimi dərk etməyə və qavramağa çalışır. İnsanları hisslərlə ölçülə bilməyən anlayışlar haqqında düşüncələrə yönəltmək fəlsəfənin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Digər elmlər ayrı-ayrı obyektləri araşdırır, onları təcrübədən keçirir, fəlsəfə isə bütün elmlərin üstündə duraraq onların əldə etdikləri nəticələri ümumiləşdirir, onların arasında əlaqə yaradır və bilikləri məntiqi ardıcıllığa salır. Fəlsəfə şübhələrdən başlayır, çünki filosof hər şeyi anlamağa, şeylərin mahiyyətinə varmağa çalışır. Şübhəçilik istənilən sahədə, o cümlədən cəmiyyətin həyat tərzinə və ictimai qaydalara münasibətdə yarana bilər. Şübhə hansısa səbəblər üzündən yaranır. Bu səbəblərin ən əsası kökləşmiş dəyərlərin və anlayışların böhran həddinə çatmasıdır
- Marka Yumruq Ədəbi Birliyi
- Məhsul Kodu 7109
- Anbardakı sayı 30
- Qiyməti 8,00 AZN
Fəlsəfə nəyi öyrənir?
Hansısa fənnin və ya elmin nəyi öyrənməsi haqqında sualları biz müxtəlif elm sahələri ilə bağlı, xüsusilə onlarla ilk tanışlığa başlayan zaman tez-tez eşidirik. Fizika nəyi öyrənir?, Biologiya nəyi öyrənir?, Tarix nəyi öyrənir? və s. bu kimi suallarla bağlı pis-yaxşı orta məktəbdə təhsil aldığımız müddətcə müəyyən təsəvvürlər əldə etmişik. Biz bilirik ki, hər bir elmin öyrəndiyi müəyyən bir sahə var. Məsələn, fizika qalaktikalardan tutmuş subatomar hissəciklərə qədər kainatın dərinliyini, biologiya canlılar aləmini, tarix cəmiyyətin keçmişini öyrənir. Yəni hər bir elmin dünyadan tədqiqat üçün götürdüyü bir sahə var, öyrənmək üçün də onun fokusu daim həmin sahənin üzərindədir. Bəs, fəlsəfənin öyrəndiyi sahə hansıdır? Əslində, Fəlsəfə nəyi öyrənir? sualına digər elmlərdə olduğu qədər dəqiqliklə cavab vermək çətindir, çünki fəlsəfənin öyrəndiyi konkret bir sahə yoxdur. Bununla belə, yazıda biz həmin suala cavab verməyə cəhd edəcəyik. İlk olaraq fəlsəfə sözünün etimologiyasının onun nəyi öyrənməsi haqqında nə dərəcədə düzgün təsəvvür yarada bilib-bilməməsinə toxunacağıq. Sonra fəlsəfənin öyrəndiyi əsas mövzular haqqında məlumat verəcəyik. Sonda isə fəlsəfənin hansı sahələri öyrənməsi məsələsinin tarixi aspektinə – yəni bəzi sualların fəlsəfədən elmin sahəsinə keçməsinə və bununla belə bir sıra sualların fəlsəfədə qalmaqda davam etməsinə – qısa nəzər salacağıq.
İlk baxışdan düşünülə bilər ki, fəlsəfə sözünün etimologiyasına nəzər salmaqla onun nəyi öyrəndiyini aşkar etmək olar. Fəlsəfə sözü dilimizə, əslində, qədim yunancadan φιλοσοφία (filosofia) sözünün ərəb dili vasitəsilə gəlib çatmış formasıdır. Qədim yunancadan hərfi tərcümə etdikdə φιλοσοφία sözü hikməti sevmək mənasına gəlir. Ancaq fəlsəfəni hikməti sevmək kimi təqdim etmək hələ onun nə olması, həmçinin nəyi öyrənməyi barədə qənaətbəxş nəsə söyləmək mənasına gəlməməlidir. Necə ki bir çox digər sözlərdə olduğu kimi, sözün etimologiyası onun ifadə etdiyi məna və ya anlayışı açmaqda acizdir, eləcə də fəlsəfənin hikməti sevmək kimi təqdim edilməsindən fəlsəfənin nə olması və ya nəyi öyrənməsi suallarına qaneedici cavab tapmaq çətin ki mümkün olsun. Birincisi, ona görə ki, öyrənmək sevməkdən çox fərqli bir zehni fəaliyyətdir. Bir şeyi sevmək ona hissi-emosional bağlılıqdır və bu bağlılıqda ağıl və ya rasionallıq yer almaya da bilər; fəlsəfə isə yalnız ağıl vasitəsilə mümkündür. Düzdür, kiminsə öyrəndiklərinə və ya onun məzmununa, bir az qəribə səslənsə də, sevgi ilə yanaşması tam mümkündür və hikməti sevmək dedikdə də məhz bu nəzərdə tutula bilər, ancaq bu işdə sevginin olub-olmaması ağıl və məntiq qədər zəruri deyil, köməkçi elementdir.
İkincisi, qədim yunanların σοφῐ́ᾱ anlayışı bizim hikmət və ya müdriklik sözlərilə ifadə etdiklərimizdən xeyli fərqli anlayışdır. [1] Düzdür, qeyd etmək olar ki, burada hər nə qədər məna fərqliliyi olsa da, σοφῐ́ᾱ və ya hikmət dedikdə, daha dərin, yaxud bir növ ali hesab olunan biliklər nəzərdə tutulur. Ancaq məsələnin dolaşıqlıq yarada bilən tərəfi budur ki, hikmət, yaxud ali növ biliyə hər bir şəxs və ya cəmiyyət müxtəlif şeyləri aid edir: din və miflərdən tutmuş adət-ənənəyə aid fərqli fikirlər, atalar sözləri və məsəllər, dədə-baba nəsihətləri və s. ali növ bilik və ya hikmət, yaxud da onun ifadəçisi kimi qələmə verilə bilər; baxmayaraq ki, sonuncuları fəlsəfə hesab etmək düzgün olmazdı.
Beləliklə, göstərilən səbəblərdən təklif etmək olar ki, fəlsəfə nəyi öyrənir? sualına cavab tapmaq üçün fəlsəfə sözünün etimologiyasının arxasınca çox da düşməyək, çünki bu sözün mənşəyi, eləcə də hikmət və müdriklik sözlərinin adi danışıq dilindəki mənaları haqqında biliklərə malik olmaqla, sözügedən məsələnin mahiyyəti haqqında kafi nəsə bilmiş olmayacağıq. [2]
Sualımıza cavab axtarışını davam etdirdikdə, ağıla ilk baxışdan sadə görünən belə bir cavab gəlir: Fəlsəfə bütövlükdə varlığı öyrənir. Varlıq dedikdə, burada ayrılıqda var olan müxtəlif nəsnələr məcmu olaraq nəzərdə tutulur. Ətrafınızda gördüyünüz əşyalar (stol, qələm, ağaclar və s.), ən kiçik zərrəciklər, uzaq qalaktikalar, cəmiyyətlər, hiss və müxtəlif yaşantılarımız və s. – bunlar hamısı birlikdə varlığı təşkil edir. Yəni belə çıxır ki, fəlsəfə, bir növ, var olan hər bir şeyi öyrənir. Başqa sözlə, ayrı-ayrı elmlərin hərəsi varlıqdan özləri üçün müəyyən bir aspekti araşdırma sahəsi edir, ancaq fəlsəfə isə sanki qeyri-təvazökarcasına var olan hər şeyi öyrənmək iddiasındadır. (Əlbəttə, fəlsəfə necə öyrənir? sualı bu kontekstdə çox mühümdür və onu digər intellektual fəaliyyət sahələrindən fərqləndirir. Ancaq sadəlik xatirinə bu sualı hələlik kənara qoyaq.)
Gəlin fəlsəfə bütövlükdə varlığı öyrənir fərziyyəsini nisbətən yaxından yoxlayaq, çünki bu məsələ ilk baxışdan göründüyü qədər sadə deyil. Bunun üçün biz belə təsəvvür edə bilərik ki, eyni anda çox müxtəlif sahələrdə tədqiqat apara bilən şəxslər var – yəni onlar, bir növ, hərşeyşünasdırlar. Əslində, elm və fəlsəfə tarixində belə nümunələrə çox tez-tez rast gəlinib. Məsələn, Fales, Platon, Aristotel, Dekart və Kant kimi filosofların riyaziyyat, fizika və digər təbiətşünaslıq elmlərinə aid çox müxtəlif sahələrdə tədqiqatları olub. Bununla belə, bu şəxslərin fəlsəfə ilə məşğul olduqları ona görə söylənilmir ki, onlar varlığı öz dövrlərinin qabaqcıl elm adamları olaraq öyrəniblər. Onların filosof hesab edilməsinin əsas səbəbi bu olub ki, müxtəlif elmlərə aid bilikləri əlaqələndirərək, varlıqla bağlı daha fundamental suallar qoyublar. Məsələn, ilk filosof hesab olunan Fales, həmçinin onun Anaksimandr və Anaksimenes kimi davamçıları elmi yolla (sadə desək, hadisə və şeyləri təcrübə etməklə) təbiət haqqında öyrəndikləri ilə kifayətlənməyib, cavabı təcrübənin sərhədlərindən kənara çıxan hər şeyin əsasında nə dayanır? kimi daha ümumi sual qoyurdular; başqa sözlə, varlığın müxtəlif sahələri ilə bağlı olan bilikləri əlaqələndirərək, onu daha fundamental şəkildə izah edən ümumi fikirlər irəli sürürdülər. Konkret Falesi nümunə kimi göstərsək, o, bir çox müxtəlif şeyin tərkibində suyun olduğunu müşahidə edir və həmin şeylərlə bağlı müvafiq fikirlərdən çıxış edərək varlıq haqqında belə bir ümumi fikir irəli sürürdü: hər şey sudan yaranıb və suya da çevrilir. Təbii ki, Falesin, eləcə də digər filosofların mövcud olan hər şeyi bir-bir müşahidə etməyə imkanı yox idi (heç indi də bizim buna imkanımız yoxdur). Ancaq diqqət edin ki, o, bir filosof kimi olduqca geniş ümumiləşdirmə apararaq, təcrübənin sərhədlərindən kənara çıxır və hər şey haqqında fikir söyləyirdi; həmçinin, öz fikirlərini öz elmi təsəvvürləri əsasında irəli sürürdü.
Beləliklə, biz deyə bilərik ki, fəlsəfə bütövlükdə varlığı öyrənir, ancaq bu zaman mütləq nəzərə almaq lazımdır ki, fəlsəfənin varlığı öyrənməsi təcrübə etdiyimiz nəsnələrin sərhədlərindən kənara çıxaraq, onlar haqqında daha ümumi və fundamental suallar qoymaqla, həmçinin varlığa aid müxtəlif bilikləri əlaqələndirmək vasitəsilə həyata keçirilir. Birisi varlığın çox müxtəlif sahələri haqqında olduqca geniş elmi biliklərə malikdirsə, ancaq bu biliklər arasında heç bir əlaqə görüb onunla bağlı ümumi fikirlər irəli sürmürsə, onda biz deyə bilmərik ki, həmin şəxs varlıqla bağlı fəlsəfi fikirlərə sahibdir. Ona görə, daha da dəqiq olmaq üçün, biz deməliyik ki, fəlsəfə varlığı daha ümumi və fundamental suallardan çıxış edərək, sistemli olaraq öyrənir. (Sistemli dedikdə, burada biliklərin məhz bir-birilə əlaqələndirilməsi nəzərdə tutulur.)
İlk baxışdan belə görünə bilər ki, fəlsəfənin varlığı öyrəndiyini deməklə, fəlsəfə nəyi öyrənir? sualına tam cavab vermiş oluruq. Bununla belə, fəlsəfənin öyrəndikləri içərisində elə spesifik sahələr var ki, varlığın içində yer almış kimi nəzərdən keçirilsə də, onlar xüsusi olaraq vurğulanmalıdır. Gəlin həmin sahələrə aid mövzuların bir neçə mühüm olanını qısa nəzərdən keçirək.
• İnsan. İnsan olmağın mahiyyəti və həyatının mənası, onu başqa canlılardan fərqləndirən əsas xüsusiyyətlər fəlsəfənin (daha dəqiqi, fəlsəfi antropologiyanın) mərkəzi mövzularındandır.
• Şüur. Psixologiya və neyroelm şüuru elmi-təcrübi tədqiqatlara əsaslanaraq öyrəndiyi halda, fəlsəfə onu (həmçinin ümumilikdə zehni və ya psixikanı) daha ümumi suallar əsasında araşdırır. Məsələn, psixi olanın və ya zehniliyin kriteriyası, onun strukturu, şüurun təbiəti, onun bədənlə əlaqəsi və s. kimi suallar filosofların məşğul olduğu mühüm suallardandır.
• Dil və anlayışlar (konseptlər). Dilin mahiyyəti, sözlərin mənası, onların ifadə etdiyi anlayışların təhlili əsas fəlsəfi məşğuliyyətlərdəndir. Fəlsəfə həmçinin digər elm sahələrində, xüsusilə humanitar elmlərdə istifadə edilən əsas anlayışları öyrənir.
• Bilik. Ayrı-ayrı elmlər bizə varlığın müxtəlif sahələri ilə bağlı biliklər verir, ancaq biliyin təbiəti ilə bağlı sual etmir. Əksinə, biliyin nə olması, onun əhəmiyyəti, mənşəyi, strukturu, sərhədləri ilə bağlı suallar fəlsəfənin (daha dəqiqi, epistemologiyanın) mərkəzində dayanır.
• Əxlaq. Fəlsəfənin öyrəndiyi digər ən mühüm sahələrdəndir. Həyatı necə yaşamalıyıq?, Başqalarına qarşı necə davranmalıyıq?, Davranışlarımızı düzgün və ya səhv edən nədir? kimi suallar fəlsəfədə əxlaqı öyrənən fənn hesab olunan etikanın əsas suallarıdır.
• Siyasət, mədəniyyət, həmçinin iqtisadiyyat da daxil olmaqla, bütövlükdə cəmiyyət, həmçinin onun müxtəlif alt sferaları da fəlsəfənin əsas tədqiqat mövzularındandır. Fəlsəfi fənn olan sosial və siyasi fəlsəfə bu mövzularla məşğuldur.
Göründüyü kimi, fəlsəfənin mövzuları olduqca rəngarəng və əslində, burada qeyd olunanlardan daha da genişdir. Ona görə haqlı olaraq deyilir ki, fəlsəfə digər fənlər kimi xüsusi bir sahəni əhatə etmir. Nəticədə filosoflar daha ümumi və mücərrəd anlayışlardan – məsələn, varlıq, materiya, həqiqət və s. kimi – istifadə etməyə məcbur olurlar. Çünki onun əhatəedici olması üçün məhz belə anlayışlardan istifadə etmək lazım gəlir. Söylədiklərimizə əsasən qısa deyə bilərik ki, fəlsəfə dünyanın daha mücərrəd xüsusiyyətlərini, eyni zamanda vasitəsilə dünya haqqında düşündüyümüz daha ümumi anlayışları və ya kateqoriyaları öyrənir.
Fəlsəfənin daha mücərrəd və ümumi anlayışlardan istifadə etməsi onun tez–tez daha qəliz başa düşülən fənn kimi təqdim edilməsinə səbəb olur. Ancaq bu, bizi çəkindirməməlidir. Çünki fəlsəfi anlayışlar mücərrəd və ümumi olmaqla yanaşı, tətbiq sahəsi çox geniş olduğundan onları sadə, gündəlik həyatımızla bağlı misallarla izah etmək mümkündür. Məsələn, otağımızda otura-otura varlıqdan bəhs etdikdə biz elə oradakı əşyaları nümunə kimi göstərib onlardan bəhs edə bilərik. Fəlsəfə bu baxımdan hətta digər elm sahələrindən daha əlçatandır. Fizika və ya kimya, o cümlədən digər təbiət elmləri ilə bağlı biliklərimizi dərinləşdirmək üçün xüsusi laboratoriyalara, ən azı isə çölə çıxıb təbiətin özünə müraciət etmək lazım olur, fəlsəfə ilə isə elə otağınızda otura-otura da məşğul ola bilərsiniz. [3]
Fəlsəfənin öyrəndiyi sahələr haqqında suala cavab vermək üçün tarixi aspekti də nəzərə almaq mühümdür. Məsələ burasındadır ki, çağdaş dövrün fəlsəfəsini antik dövr də daxil olmaqla, orta əsrlər və yeni dövr fəlsəfəsi ilə müqayisə etsək, görərik ki, onun öyrəndiyi sahə xeyli daralmışdır. Filosoflar qədim dövrlərdən qalan bəzi suallara cavablar axtarmağı artıq dayandırmışlar. Məsələn, antik dövrdən filosofları düşündürən Hər şeyin əsasında nə dayanır?, Həyatın, insan da daxil olmaqla, canlı aləmin mənşəyi nədir? kimi suallarla artıq müasir elm məşğul olduğundan (birincisi ilə nəzəri fizika, ikincisi ilə biologiya məşğuldur) və bu istiqamətdə müəyyən elmi cavablar tapıldığından filosoflar bu mövzulardan yan keçirlər. Çünki fəlsəfə əsasən elə suallarla məşğul olur ki, elmin hələ onlara konkret cavabları yoxdur. [4] Hansı suallara ki, elm cavab tapır, filosoflar adətən həmin suallara toxunmurlar; və bu yolla, ayrı-ayrı elmlər inkişaf etdikcə, fəlsəfə bəzi mövzuları kənara qoymuş olur.
Bununla belə, ortada yenə də bir çox ciddi maraq doğuran suallar var ki, fəlsəfənin sahəsində qalmaqdadır. Ola bilsin, gələcəkdə elm inkişaf etdikcə bu sualların bir qismi də fəlsəfənin sahəsindən kənarlaşacaq. Ancaq görünən həm də budur ki, bir sıra aşağıda göstərilən kimi suallara, elm nə qədər inkişaf edirsə etsin, konkret cavab vermək mümkün olmadığından onlar filosofların zehnini məşğul etməkdə davam edəcək. Dünya ruh və materiyadan təşkil olunubmu? Biz doğrudanmı dünya haqqında biliklərə malik ola bilərik? Həyatın mənası nədir? Yaxşı yaşamaq və ya xoşbəxt olmaq necə mümkündür? İnsan azad iradəyə malikdirmi? Belə suallara elmi tədqiqatlar vasitəsilə cavablar tapmaq mümkünsüz görünür. Və nə qədər ki elm bu suallara konkret cavablar təqdim eləməkdə çətinliklə üzləşir və ya onlardan bilərəkdən yan qaçır, həmin suallar fəlsəfənin sualları kimi qalmağa davam edəcəkdir.
Qeydlər və istinadlar:
[1] Aristotel σοφῐ́ᾱ – nın nə olduğunu daha dəqiq müəyyən etməyə çalışmışdır. Daha ətraflı bax: Muşdiyeva, Tinay (2018). “Fəlsəfə çoxluğun fikrinə qarşı: epistemik müxalifət”, Bakı Araşdırmalar İnstitutu, https://bakuresearchinstitute.org/az/philosophy-versus-majority-opinion-epistemic-opposition/
[2] Məhz Aristotelin σοφῐ́ᾱ anlayışı bu baxımdan istisna sayıla bilər.
[3] Bu barədə daha ətraflı fəlsəfənin öz mövzularını necə öyrənməsi barədə suala toxunduqda cavab verəcəyik.
[4] Müqayisə et, Russell, B. (2013). History of Western philosophy: Collectors edition. Routledge. səh 1.
Fəlsəfə
Qeyd edildiyi kimi akademiklər Arkesilausdan sonra Platon təlimindən tədricən ayrılmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya məktəbi tənəzzül dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Orta Akademiya dövrü (m. ö. 80 — m. 200) adlandırırlar. Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır.
Qədim platonçuluq
- Fəlsəfə
- 26 fevral 2023, 01:28
Platondan sonra qədim Akademiyanın başçısı (skolarxı) Speusippus olmuşdur. O, müxtəlif sahələr üzrə çoxlu əsərlərin müəllifi kimi tanınırdı. Ancaq, həmin əsərlər bizim zamanımıza çatmamışdır.
Speusippus Platonun ontoloji təlimində də əsaslı dəyişikliklər etmiş, onun ideyalarını rəqəmlərdə təsəvvür etmişdir. Bununla da o, ideyaları inkar edirdi. Aristotel yazırdı ki, Platondan fərqli olaraq Speusippus şeylərin gözəlliyini onların başlanğıclarında görmürdü, çünki bu gözəlliklər onların özlərində müşahidə olunur .
Bütün rəqəmlərin başlanğıcı hər şeydən üstün olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də ərdəm kimi başa düşülürdü. Ancaq, Speusippusda o tam mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə əlaqələndirilən rəqəmlər başlayır. Tanrını isə Speusippus Platonun Demuirqosunda görürdü, onu Əqllə eyniləşdirirdi.
Mitraizm
- Fəlsəfə
- 19 fevral 2023, 00:30
Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran məşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görür və izah edirdilər.
Yeni pifaqorçuluq
- Fəlsəfə
- 17 fevral 2023, 00:43
Yeni pifaqorçuluq m. ö. I yüzillikdə İskəndəriyyədə yaranmış mistik dini-fəlsəfi təlimdir. M. ö. IV yüzillikdən sonra qədim pifaqorçuların fəaliyyətinə son qoyulmuşdur. Roma imperiyası dövründə isə bu təlim yenidən dirçəlsə də, onun qədim məktəbinin təlimi ilə çox az bağlılığı olmuşdur. Sadəcə bu məktəbin filosofları hansısa tanınmış ənənəyə bağlı olmasını sərgiləmək üçün öz təlimlərini qədim pifaqorçuluqla bağlayırdılar. Bu səbəbdən də, o zaman pifaqorçuluğa aid edilən çoxlu sayda saxta ədəbiyyat yazılmışdır.
Qnostisizm
- Fəlsəfə
- 17 fevral 2023, 00:41
Qnostisizm antik dövrün sonlarında (I — V yüzilliklərdə) yaranmış dualistik dini təlimdir. Bu təlimdə Xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyaları qarışmış, sinkretik hala gətirilmişdir. Qnostisizm ezoterik bir təlim idi, onun ardıcılları iddia edirdilər ki, Tanrı onlara dünyanın sonu haqqında biliklər vermişdir.
Ellinizm və Roma dövrlərində dini-fəlsəfi təlimlər
- Fəlsəfə
- 15 fevral 2023, 02:17
Qədim romalıların dünyagörüşünün əsasını politeizm (çoxtanrılıq) təşkil edirdi. Onlar inanırdılar ki hər bir şeyin, eləcə də təbiət hadisələrinin tanrıları və ruhları vardır. Bundan başqa, qədim Romada ölmüş əcdadların ruhlarına pərəstiş kultu və magiya da yayılmışdı. Romalılar ovsun, sehr və cadulara öyrəncəli idilər. Tanrılara tapınma rituallarını, cadugərliyi və başqa adətləri kahinlər icra edirdilər.
Davamı →
Hermetizm
- Fəlsəfə
- 14 fevral 2023, 17:21
Hermetizm ellinizm dövründə yaranmış dini-fəlsəfi cərəyan olmuşdur. Neoplatonizmin cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni-platonçu filosofların astrologiya, mistika, teurgiya, cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı.
Peripatetizm
- Fəlsəfə
- 13 fevral 2023, 00:02
Qeyd edildiyi kimi Aristotel Afinada Likeion adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeosun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz öyrəncilərini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” adlandırılmışdır.
Yeni-platonçuluq
- Fəlsəfə
- 11 fevral 2023, 22:52
Yeni Akademiya təxminən m. 200 — 529-cu illər arasında fəaliyyət göstərmişdir. Bu da “yeni-platonçuluq” (neoplatonizm) adlanan platonizmin sonuncu, beşinci tarixi mərhələsi hesab olunur. Onu səciyyələndirən xüsusiyyətlərdən biri neoplatonizmin dinə və mistikaya yaxınlaşması olmuşdur.
Apameya məktəbi
- Fəlsəfə
- 11 fevral 2023, 16:50
Apameya şəhərində yerləşən yeni-platonçuluğun Suriya məktəbinin ən tanınmış nümayəndəsi və yaradıcısı Yamblix (yun. läpflA.ıxoç, təxminən m. 245 — 325) olmuşdur. Yamblixin soyu Suriyanın Xalkida şəhərində n idi. O, Romada təhsil almış, Porfiriusun öyrəncisi olmuş, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs demiş, bir sıra kitabların müəllifi kimi tanınmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.