Daşkənddə 28 may Respublika günü ilə əlaqədar təntənəli tədbir keçirilib
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi
28 May Respublika Günü
1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.
1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.
1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir
Daşkənddə 28 may Respublika günü ilə əlaqədar təntənəli tədbir keçirilib
Bakı. 21 May. REPORT.AZ/ Daşkənddə 28 may Respublika günü ilə əlaqədar təntənəli tədbir keçirilib. “Report” xəbər verir ki, 300-dək rəsmi qonağın iştirak etdiyi tədbir Daşkənddəki məşhur “Windham Tashkent” otelində təşkil edilib. Bayram tədbirində Özbəkistan baş nazirinin müavini Adxam İkramov, çoxsaylı hökümət nümayəndələri, xarici ölkələrin bu ölkədəki səfirləri, diplomatları, nüfuzlu elm, mədəniyyət, ictimai xadimlər, jurnalistlər, mötəbər qonaqlar iştirak ediblər. Əvvəlcə tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndilib. Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın 1918-ci ildə yaradılmış Azərbaycan Demokrtatik Cümhuriyyətinin varisi olduğunu qeyd edərək, müstəqil Azərbaycanın qazandığı uğurlardan, həyata keçirdiyi nəhəng layihələrdən danışaraq, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verib. Səfir Azərbaycan-Özbəkistan arasında yüksək səviyyəli münasibətlərdən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistanın tutduğu ədalətli mövqeyinə görə, Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə bu ölkənin rəhbərliyinə öz təşəkkürünü bildirib. Daha sonra səfir Özbəkistanda Azərbaycan səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edən, Azərbaycan haqqında çoxsaylı məqalələrin müəlliflərinə, öz fəaliyyətləri ilə fərqlənən tərcüməçi-alimlərə fəxri fərmanlar və hədiyyələr təqdim edib. Bayram tədbirində təbliğat məqsədi ilə qonaqlara yalnız Azərbaycan milli yeməkləri və şirniyyatları təqdim olunub, rəsmi qonaqların şərəfinə ziyafət verilib, qonaqlar milli mətbəximizi yüksək qiymətləndiriblər. Qonaqlara dünyaca məşhur Azərbaycan müğənniləri Müslüm Maqomayev, Rəşid Behbudovun ifası ilə romanslar təqdim edilib. Tədbirin bədii hissəsində Özbəkistanın xalq artisti, dünyada məşhur “Jalla” ansamblının rəhbəri Fərrux Zakirov Azərbaycan xalq mahnılarını ifa edib. Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa edərək maraqlı çıxışlar təqdim ediblər.
28 may respublika günü tədbir
Azərbaycanın Misirdəki səfirliyində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Misirin ictimai-siyasi xadimləri, işgüzar və elmi dairələrin təmsilçiləri, jurnalistlər, Qahirə, Ayn-Şəms və Əl-Əzhər universitetlərinin tələbələri, Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir Şahin Abdullayev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat vermişdir.
SSRİ-nin dağılmasından sonra AXC-nin legitim varisi kimi Azərbaycan Respublikasının yenidən öz müstəqilliyinə qovuşduğunu deyən səfir müstəqilliyin ilk dövrləri üçün mövcud olan təhdidlər, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs etmiş, Azərbaycanın bu çətinliklərdən uğurla keçdiyini və demokratik inkişaf yoluna qədəm qoyduğunu vurğulamışdır.
İyirmi üç illik müstəqillik dövründə Azərbaycanda ümumi daxili məhsulun həcminin bir neçə dəfə artdığını, ölkəmizin orta gəlirli və potensial sərmayəçi dövlətə çevrildiyini qeyd edən səfir Azərbaycanın qarşıya inkişaf etmiş dövlət statusunu əldə etmək kimi strateji məqsəd qoyduğunu bildirmişdir.
Azərbaycanın xarici siyasətindən danışan Ş.Abdullayev BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi respublikamızın regionda və onun hüdudlarından kənarda beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa verdiyi töhfələri diqqətə çatdırmışdır.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə
Comments are closed, but trackbacks and pingbacks are open.