Press "Enter" to skip to content

28 May Respublika Günü sözləri 2022

!Reklam – Yazi

28 May Respublika günü

Əziz həmvətənlərim, sizi Azərbaycan xalqının tarixində unudulmaz
günlərdən biri olan 28 May Respublika günü münasibətilə ürəkdən təbrik edirik.
Bu tarix xalqımızın qan yaddaşında ən möhtəşəm və parlaq səhifədir.
Xəbərin ardında bu tarixi gün haqqında qısaca.

Əziz həmvətənlərim, sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə ürəkdən təbrik edirəm.Bu tarix xalqımızın qan yaddaşında ən möhtəşəm və parlaq səhifədir. Məhz həmin gün – 90 il öncə 1918-ci il mayın 28-də böyük öndərimiz Məhəmmədəmin Rəsulzadənin liderliyi ilə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika – Xalq Cümhuriyyəti elan edilmişdir, lakin Azərbaycan Xalq Cumhuriyyəti (Respublikası) adlandırılan bu dövlət cəmi 23 ay ömür sürmüşdür. 1920-ci il aprelin 28-də rus ordusu (11-ci Qırmızı ordu) Bakını işğal etmiş və Azərbaycanı yenidən öz müstəmləkəsinə cevirmişdir. Beləliklə, Azərbaycan Sovet Sosialist Respublikası yaradılmış və SSRI-nin tərkibinə daxil edilmişdir. Yetmiş il əsarət altında qalan Azərbaycan xalqı nəhayət 1991-ci ilin 18 oktyabrında bir daha öz müstəqilliyini bərpa etdi. Böyük öndərimiz Məhəmmədəmin Rəsulzadənin ən böyük arzusu – Azərbaycanı müstəqil görmək arzusu gerçəkləşdi. Bu gün Azərbaycan dünyanın siyasi, iqtisadi həyatında müstəqil ölkə kimi inamlı addımlar atır. Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət — 23 ay yaşayıb, fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan tarixində qızıl hərflərlə yazılmış zəngin dövlətçilik ən’ənələri yaratmışdır. Bütün ziddiyyətlərə və çətinliklərə baxmayaraq Azərbaycan Demokratik Respublikasının dövlət atributlarını yaratmaq istiqamətində ciddi addımlar atılmışdır: türk dili dövlət dili e’lan edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin milli dəyərlərimizə arxalanan üç rəngli ( mavi yaşıl, qırmızı) dövlət bayrağı, dövlət himni qəbul olunmuş və dövlət gerbini hazırlanmışdır. Ölkəmiz öz müstəqilliyini yenidən əldə etdikdən sonra Azərbaycan Demokratik Respublikasının yaratdığı ənənələri layıqincə davam və inkişaf etdirir. Arzu edirik ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun.

Sonda isə Məhəmmədəmin Rəsulzadənin sözlərini yada salmaq istəyirik: “…Cəmaət istiqlala o qədər munis olmuş, hürriyət və istiqlal fikri o qədər xalqın canına sinmiş, ruhuna işləmişdir ki, indi artıq istiqlal bir firqənin, bir kütlənin arzusu deyil, bütün cəmaət vətəni istiqlalsız və dövləti hürriyətsiz təsəvvür edəmiyor..Bir kərə yüksələn bayraq bir daha enməz. İnsanlara hürriyyət, Millətlərə istiqlal . “

28 May Respublika Günü sözləri 2022

28 May günü Azərbaycan xalqı üçün əziz gündür. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Bu yazımızda sizə müstəqilliklə bağlı 28 may sözləri təqdim edirik.

Bu xalq müstəqilliksiz yaşamayıb, yaşaya bilməz və yaşamayacaq.

Bu gün üzərimizə götürdüyümüz işin əsasını tam müstəqillik təşkil edir.

Söhbət tam müstəqillikdən gedirsə, təbii, siyasi, maliyyə, iqtisadi, məhkəmə, hərbi və s. bütün məsələlərdə tam müstəqillik və tam azadlıq deməkdir.

Azadlıq və müstəqillik mənim xüsusiyyətlərimdir.

“Suverenlik verilmir, alınır.

Türk Milləti müstəqil yaşamış, istiqlaliyyəti varlığının yeganə şərti kimi qəbul etmiş igid insanların nəvələridir. Bu xalq heç vaxt azad olmadan yaşamayıb, yaşaya bilməz və yaşamayacaq.

Milli suverenlik elə bir nurdur ki, qarşısında zəncirlər əriyir, taclar, taxtlar batır, məhv olur. Millətlərin əsarətində qurulan qurumlar hər yerdə dağılmağa məhkumdur.

Suverenlik qeyd-şərtsiz millətə məxsusdur.

Türk Milləti yeni bir inanc və müəyyən milli əzmlə yeni bir dövlət qurdu.Bu dövlətin dayandığı prinsiplər Tam İstiqlal və Qeyri-şərtsiz Milli Suverenlikdən ibarətdir. Yeni türk dövlətinin quruluşunun ruhu Milli Suverenlikdir. Bu, millətin qeyd-şərtsiz suverenliyidir.

Milli suverenlik elə bir işıqdır ki, qarşısında zəncirlər əriyir, taclar, taxtlar yanır, məhv olur.

Millətin işləri mərhəmət və mərhəmət diləməklə olmaz; Millətin, dövlətin namus və istiqlalı əldə olunmaz, mərhəmət, mərhəmət diləmək kimi bir qayda yoxdur. Türk milləti və Türkiyə övladları bunu bir an belə unutmamalıdır.

Müstəqillik onun uğrunda ölməyi bilən cəmiyyətlərin haqqıdır.

Xalqımız vətəni, azadlığı, suverenliyi uğrunda fədakar xalqdır; sübut etdi. Xalqımız həm də inqilablarının qısqanc müdafiəçisidir. Bu fəzilətlərin kök saldığı bir xalqın getdiyi düz yoldan heç kim, heç bir qüvvə mane ola bilməz.

Dünyada və dünya xalqları arasında sülh, əmin-amanlıq, yaxşı güzəran yoxdursa, bir xalq özü üçün nə edirsə etsin, sülhdən məhrumdur.

Nə qədər varlı və firavan olsa da, müstəqillikdən məhrum olan bir xalq sivil insanlıq qarşısında nökər olmaqdan daha yüksək rəftara layiq görülə bilməz.

Milli mübarizələr şəxsi ambisiyadan deyil, milli idealdan, milli namusdan qaynaqlanırdı.

Biz türklər tarix boyu azadlıq və istiqlal rəmzi olmuş bir xalqıq.

Türk köləliyi qəbul etməyən bir millətdir.

Müstəqilliyi olmayan xalq sivil insanlıq qarşısında nökər olmaqdan xilas ola bilməz.

Bilək ki, öz milli kimliyini bilməyən xalqlar başqa millətlərin şikarıdır.

“Azadlığı olmayan ölkədə ölüm və süqut var. Bütün tərəqqinin və qurtuluşun anası azadlıqdır.

» Hər kəs başa düşməlidir ki, biz sülh istəyirik deyəndə tam müstəqilliyi nəzərdə tuturuq.

» Ona görə də ya müstəqillik, ya ölüm!

Millətin müstəqilliyi xalqın son qərarı və müqaviməti ilə xilas olacaqdır.

Yaşamağım üçün mütləq müstəqil xalqın oğlu olaraq qalmalıyam. Ona görə də mən hesab edirəm ki, milli istiqlal həyat məsələsidir.

“Müstəqillik, gələcək, azadlıq, ədalət hər şeyin əvəzinə!

“Ya müstəqillik, ya da ölüm.

28 may respublika gününə aid ssenari

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Azərbaycanda 28 May – Respublika Günü qeyd olunur

!Reklam – Arxiv

Rəsul Qasımov – May 28, 2017 – 00:01

!Reklam – Yazi

Bu gün Azərbaycanda 28 May – Respublika Günü qeyd olunur. 99 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi. AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur. İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. 28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika ve ilk demokratik və hüquqi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın – kişi bərabərliyini təmin edən cümhuriyyet o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək, bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti bir əsrə yaxın müddət bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir. Ancaq AXC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı. Yenicag.Az

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.