Yumurta dieti ilə necə arıqlamaq olar
5-ci gün
3 ayda necə arıqlamaq olar
Biz öyrəşmişik ki, arıqlamaq üçün mümkün qədər az yemək, hətta ac qalmaq lazımdır. Lakin Yaponiya alimlərinin son araşdırması göstərib ki, yeyə-yeyə də arıqlamaq mümkündür. Lakin bunun üçün 1 sadə qaydaya riayət etmək lazımdır.
“Qafqazinfo” Saglamolun.az-a istinadən xəbər verir ki, araşdırmada 60 mindən çox kişi və qadın iştirak edib.
Alimlər 6 il ərzində bu insanları müşahidə etdikdən sonra belə qərara gəliblər ki, insan tez-tez, tələsik yemək yeyəndə bu piylənməyə və şəkərli diabetin inkişafına səbəb ola bilər.
Əksinə qidanı mümkün qədər asta-asta çeynəyən və yeməklər arasında fasilələr verən insan nəinki kökəlməz, hətta arıqlaya da bilər.
Alimlərin fikrinə görə, toxluq haqqında siqnal mədədən beyinə müəyyən “gecikmə” ilə çatır. Bu səbəbdən tez-tez yeyən insanın beyini toxluq haqqında məlumatı xeyli gecikmə ilə alır ki, bu müddət ərzində insan lazım olandan daha çox yemək yeyir.
Bundan əlavə alimlər artıq çəkidən azad olmaq istəyənlərə daha 2 sadə tövsiyə edir: əsas qəbulların arasında heç nə yeməyin və yatmazdan ən azı 2 saat əvvəl qida qəbul edin.
Yumurta dieti ilə necə arıqlamaq olar
Bəzi qidalar var ki, bizim aylarla etdiyimiz idman məşqlərindən daha təsirlidir.
Elə dietoloqların bir çoxunun pəhriz zamanı məsləhət bildiyi yumurta kimi.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sağlamlıq problemi olanlar və dərman istifadə edənlər bu dieti saxlamamalıdırlar.
İzin verilən içkilər: Qəhvə, çay, meyvə çayı, yaşıl çay, təzə qreyfurt suyu, su, mineral su.
Salatda olmalıdır: kahı, pomidor, kərəviz
Mühüm qaydalar: Alkoqol, kərə yağı, süd və yağ olmaz. Yemək arasında qəlyanaltılar, yeməklər arasında növbələr olmaz. Menyuda yazılanlar bir-bir yeyilməlidir, yalnız günlərin yeri dəyişə bilər.
1-ci gün
Səhər: 1 dilim tam buğda çörəyi + 1 böyük qızarmış pomidor
Nahar: istənilən miqdarda təzə meyvə
Şam yeməyi: 2 qaynadılmış bərk yumurta + 1 qreyfrut
2-ci gün:
Səhər: 1 qreyfrut + 1 qaynadılmış yumurta
Nahar: istənilən miqdarda bişmiş toyuq + 2 böyük təzə pomidor
Şam yeməyi: 1 kiçik qara tikə ət + salat
3-cü gün
Səhər: 1 qreyfurt + 1 qaynamış yumurta
Nahar : 2 qaynamış qatı yumurta + salata
Axşam: 2 tikə quzu əti + Kərəviz və xiyar
4-cü gün
Səhər: 1 dilim qızarmış tam buğda unundan çörək + 2 ədəd yumurta
Nahar : İstədiyiniz miqdarda təzə meyvə
Axşam: 2 tikə quzu əti+ Kərəviz və xiyar
5-ci gün
Səhər: 1 dilim qızarmış tam buğda unundan çörək + 2 ədəd yumurta
Nahar: 2 ədəd yumurta + 2 böyük təzə pomidor
Axşam: Təzə və ya suda konservə olunmuş balıq+ salat
6-cı gün
Səhər: 1 qaynanmış yumurta + 1 stəkan təzə qreyfurt suyu
Nahar: İstədiyiniz miqdarda təzə meyvə
Axşam: Sobada toyuq + kök və kələm
7-ci gün
Səhər: 2 yumurta + 1 böyük qızarmış pomidor
Nahar: 2 yumurta + ispanaq
Axşam: 1 kiçik ət tikəsi + salat
Səidə Vahid
AzNews.az
Comments are closed, but trackbacks and pingbacks are open.