Press "Enter" to skip to content

Firudin bəy Köçərli – 160 TƏHLİL

Proqnozlaşdırılan doğuş vaxtı keçdikdə və uşaq doğulmağa hələ tələsmədikdə, cinsi əlaqə doğuş fəaliyyətinin başlanmasını stimulyasiya edə bilər. Bəzi hamilə qızlar 39-42-ci həftələrdə, öz vəziyyətlərindən yorularaq, bu üsulla gələcək hadisələri tezləşdirməyə çalışır.

Hamiləliyin üçüncü trimesteri

Üçüncü trimester – hamiləliyin son mərhələsidir. O, iyirmi yeddinci həftədən başlayır. Artıq çox qalmayıb – bir qədər də keçdikdən sonra ana çoxdan gözlədiyi körpəsini bağrına basacaq.

Hamiləliyin birinci və ikinci trimesterləri barədə əvvəlki məqalələrimizdə yazmışıq.

Baxmayaraq ki, üçüncü trimester sonuncu mərhələdir, qadın yenə də sağlamlığı üçün təhlükəli risklərlə qarşılaşa bilər, hansı ki, bu məqaləmizdə onlar barədə ətraflı danışacağıq.

Necə olsa da, əksər qadınlar keçirtdikləri bütün narahatçılıqlara baxmayaraq, hamiləliyi həyatlarının ən yadda qalan dövrü kimi xatırlayır. Çünki, yadda proses deyil, son nəticə – dünyaya gətirdikləri körpə qalır.

Hamiləliyin üçüncü trimesterində doğuşaqədər analıq məzuniyyəti başlayır. Onu qadına ona görə verirlər ki, dincəlib güc toplasın. Məhz indi uşağın dünyaya gəlməsinə hazırlaşmağın əsl vaxtıdır. Bundan ötrü gələcək analar üçün təşkil olunmuş kurslara gedə bilərsiniz, uşaq üçün paltar və mebel hazırlayın, hansı doğum evində doğacağınızı dəqiqləşdirin.

Əksər qadınlar üçüncü trimesterdə artıq hamiləlikdən yorulur və onun tez başa çatmasını arzulayır. Bunu anlamaq çətin deyil: böyümüş qarın gələcək ananı yöndəmsiz edir, yuxusunu çətinləşdirir, təngnəfəslik törədir. Qadınların çoxsu yaxınlaşan doğuşa görə qorxu hissi keçirir. Lakin narahat olmağına dəyməz: bu fizioloji prosesdir və nəticəsi, yəni uşağın dünyaya gəlməsi – çox tez bir zamanda neqativ anları unutdurur.

Qadın orqanizmində üçüncü trimesterdə baş verən dəyişikliklər

Qarnın çox böyük ölçülərinə görə, qadın hər gün müxtəlif narahatçılıqlar keçirir. Bu, paltar və ayaqqabı geyinib və soyunulmasına aiddir. Ağır qarın qadının yerişinə təsir göstərir, “qaz yerişi” yaranır. Böyümüş uşaqlıq bütün qarını tutur – daxili orqanların yerini dəyişir, ağciyərlərin hərəkətini məhdudlaşdırır. Bununla əlaqədar, qadın üçüncü trimesterin sonuna yaxın təngnəfəslikdən əziyyət çəkir.

Uşaq böyüməkdə davam edir. Onun manevrləri üçün az yer qaldığından, ana daim onun hərəkətlərini, təpiklərini, fırlanmasını hiss edir. Uşaqlar tez-tez ayaqlarını analarının qabırğasına dayamağı sevirlər. Demək ki, bu diskomfort verir, heç nə deməkdir.

Yuxarıda sadalanan problemlərin çoxu hamilənin yuxusunu pozur. Tez-tez elə olur ki, qadın yatmağa hazırlaşır, amma uşaq yuxudan yeni güc və enerji ilə ayılır. Eyni zamanda hormonal fonun pozulması qadının psixoemosional vəziyyətinə güclü təsir göstərir. Onun başı qorxu və həyəcanla doludur, yuxu heç yada düşmür.

Hamiləliyin dəyişilməz “gözəlliyi”, çəkinin artması ilə əlaqədar yaranan yöndəmsizlikdir. Bel ağrıları qadını daimi müşayiət edir. Səhər ürəkbulanmaları yenə də özünü xatırlada bilər.

Hamiləliyin üçüncü trimesteri erkən doğuş riski ilə müşayiət olunur. Bu dövrün mümkün problemlərindən biri – plasentar çatmamazlıqdır, hansı ki, vaxtında müalicə edildikdə, uşağı inkişafdan qalmaqdan qoruyur. Bütün hamiləlik dövründə qadın vitamin kompleksləri qəbulunu dayandırmamalı və qidasına nəzarət etməlidir.

Üçüncü trimesterdə mümkün problemlər

Qanaxma riskli fəsaddır. Onun müxtəlif səbəbləri ola bilər. Belə halda ilk növbədə həkimə tələsmək lazımdır. Qanaxma özü uşaq üçün təhlükəli deyil, ancaq bununla qadın adətən keysəriyyə əməliyyatına “dəvətnamə” alır.

Daha təhlükəli momentlərdən biri – ciyənin dölün boynuna dolanmasıdır. Dolanma mürəkkəb olarsa, çox güman ki, mama-ginekoloq uşağı xilas etmək üçün təcili keysəriyyə əməliyyatı təyin edəcək.

Üçüncü trimesterdə qadını nə narahat edə bilər?

  • Ayaqların şişməsi və gecə qıcolmaları
  • Mədədə qıcqırma
  • Öskürək zamanı bir neçə damcı sidik ifrazı
  • Belin aşağısında ağrılar
  • Tez-tez təkrarlanan yuxusuzluq
  • Güclü başağrıları və başgicəllənmə
  • Diş ətinin qanaması.

Qidalanma

Üçüncü trimester qadın orqanizmi üçün ən ağır mərhələdir: anada artıq fiziki yorğunluq və sinir gərginliyi toplanıb, həm də yaxınlaşan doğuşla əlaqədar bunlara həyəcan əlavə olunur. Uşaq artıq tam formalaşıb və indi yüksək tempdə çəki və boy artırır.

Qadın bu mərhələdə nə yeməlidir ki, uşağa qidalı maddələr və vitaminlər çatsın və eyni zamanda özü kökəlməsin?

Səhv olaraq qəbul olunmuşdur ki, qadın üçüncü trimesterdə “iki nəfərin əvəzinə yeməlidir”. Bu belə deyil. Orqanizmə çoxlu vitamin və mikroelement daxil olmalıdır, hansı ki bunu kalorili deyil, yalnız balanslaşdırılmış qidalanma ilə təmin etmək olar.

Hamiləliyin sonunda orqanizm böyük gərginlik keçirir, əsas da qaraciyər və mədəaltı vəz. Onların işini azaltmaq lazımdır ki, sağlamlıqda problem yaranmasın. Üçüncü trimesterdə qida qəbulu xırdalanmalıdır, yəni hamilə tez-tez, lakin az-az yeməlidir ki, ürəkbulanma və qıcqırma olmasın.

Üçüncü trimesterdə yeyilməli qidalara aiddir:

  • yağsız ət (mal, dana, hinduşka, toyuğun ağ əti) və balıq. Onlar uşağın böyüməsi üçün vacib olan mikroelementlər (fosfor, dəmir, kalium, maqnezium) və Omeqa-3 yağ turşusu ilə zəngindir;
  • süd məhsulları (2,5%-li süd, az yağlı xama, pendir, kəsmik, təbii yoqurt, qatıq və s.) və yumurta;
  • mürəkkəb karbohidratlar, PP və B qrup vitaminləri (bulqur, boz düyü, buğda), mineral duzlar (qəhvəyi və ya boz düyü), kalium, dəmir və zülal (qarabaşaq, bulqur), bitki liflərilə (bulqur, boz düyü, arpa) zəngin yarmalar;
  • meyvə-tərəvəz, hansı ki, yaxşı vitamin mənbəyidir, əsas da təzə olduqda;
  • qozlar və quru meyvələr, onlar müxtəlif mikroelementlər, E vitamini (badam), fol turşusu (fındıq), Omeqa-6 və Oneqa-3 yağ turşuları ilə (qoz) zəngindir;
  • mineral və ya təmizlənmiş adi qazsız su, ot çayları susuzluğu yaxşı götürür.

Aşağıdakılardan əksinə imtina etmək məsləhət görülür:

  • alkoqol (bütün trimesterlərdəki kimi);
  • qazlı içkilər və qatılaşdırılımış şirələr;
  • üzüm (qarnı köpdürür və qanda şəkəri qaldırır);
  • şokolad və konfetlər;
  • yağlı və qızardılmış yeməklər, hansı ki, qaraciyər və böyrəkləri (ödem) həddən artıq yükləyir;
  • hisəverilmiş yeməklər.

Kartof, makaron, şirniyyat (şəkəri qaldırır) və duzu (suyu orqanizmdə saxlayır) məhdudlaşdırmaq lazımdır. İçilən mayenin də həcmi azaldılmalıdır ki, onsuz da gərgin işləyən böyrəklər əlavə yüklənməsin.

Üçüncü trimesterdə hamilənin təxmini menyusu

Səhər yeməyi:

  • süddə bişirilmiş sıyıqlar (bulqur daha yaxşıdır);
  • çay (müalicəvi ot çayı məsləhətlidir).

İkinci səhər yeməyi:

  • banan və qoz ləpələri.

Nahar:

  • tərəvəz salatı mayonezsiz;
  • tərəvəz supu;
  • sobada bişirilmiş balıq;
  • buğda bişmiş ət.

Axşam yeməyi:

  • kəsmik;
  • çay və ya kisel.

Şam yeməyi:

  • soyutma ət;
  • buğda bişən tərəvəzlər.

Yatmazdan qabaq:

  • alma və ya yoqurt.

Anemiyanın qarşısını almaq üçün qida rasionuna nar şirəsi, alma, qaragilə, çovdar çörəyi, qarabaşaq əlavə edilməlidir. Mal qaraciyərində, yağsız ətdə çoxlu miqdarda dəmir var.

Bu pəhrizə əməl etməklə, qadın əlavə çəki yığmayacaq və eyni zamanda, inkişaf etmək üçün uşağı lazımi maddələrlə təmin edəcək. Düzgün qidalanma qadına orqanizmi doğuşa hazırlayıb, ondan sonra tez bir zamanda bərpa olmağa və eyni zamanda, dünyaya sağlam körpə gətirməyə kömək edəcək.

Üçüncü trimesterdə analizlər

Üçüncü trimesterdə aşağıda sadalanan müayinələr tələb olunur:

  • Sidiyin ümumi analizi. Onu hər dəfə ginekoloqa gələndə vermək lazımdır ki, sidikçıxarıcı yolların infeksiyaları, sidikdə şəkər və zülal vaxtında aşkar olunsun.
  • Qanın ümumi analizi. Bir neçə həftədən bir verilir ki, qanda iltihabi proseslər və hamiləliyin üçüncü trimesterində tez-tez rast gəlinən anemiyanın qarşısı vaxtında alınsın.
  • Hepatit B və C, sifilis və SPİD analizlərini qadın analıq məzuniyyətinə çıxmamış verir.
  • Üçüncü trimesterdə USM hamiləliyin 31-33-cü həftələrində aparılır. Mütəxəssis plasentanın yetişməsini, dölyanı mayenin vəziyyətini, dölün daxili orqanlarının yetişmə dərəcəsini qiymətləndirir.
  • KTQ (kardiotokoqrafiya). Bu prosedur hamiləliyin 31-33-cü həftələrində aparılır və uşağın ürəkdöyüntülərini və uşaqlığın yığılmalarını müşahidə edir.

Üçüncü trimesterdə nə etmək olmaz?

Ödemin qarşısını almaq üçün içilən suyun miqdarını azaltmaq lazımdır, dar paltar geyinmək olmaz, tez-tez təmiz havada gəzmək lazımdır.

Fiziki gərginlikdən qaçmaq lazımdır (mümkün qədər, hovuza getmək olar).

Həmişəki kimi siqaret çəkmək və çəkənin yanında olmaq, alkoqol və həkim təyinatı olmadan dərman qəbul etmək qadağandır. Çalışın çox yorulmayasınız, yaxşı yatasınız, qohumlarla, kolleqalarala konfliktə girməyəsiniz (stress ziyandır).

Uşağın üçüncü trimesterdə inkişafı

Hər həftə döl aktiv şəkildə çəki artırır. Onun baş beyni digər orqanlar kimi artıq tam yetişib. Başında ilk saçlar, barmaqlarında isə – dırnaqlar yaranır. Gözlər açılır və kirpiklərlə örtülü olur. Tezliklə uşağa anasının qarnında yer dar olacaq və o xaricə çıxmaq istəyəcək.

Doğum evinə getmək üçün nə hazırlamaq lazımdır?

İlk növbədə sənədlər hazırlanmalıdır: mübadilə kartı, şəxsiyyəti təsdiq edən sənəd. Sonra iki çanta yığılmalıdır: biri qadın üçün – buna şəxsi əşyalar, gigiyena vasitələri, paltar və s. yığılır. İkincisi – uşaq üçün, hansına ki, uşaq paltarları, bez, əmzik və butulka, uşaq kremi və tozu, nəm salfetlər qoyulur. Mütləq SPİD və hepatit analizlərinin nəticələrini götürmək lazımdır, əks təqdirdə doğum evində yenidən götürəcəklər.

Evdə uşaq üçün nə hazırlamaq lazımdır?

Ən əsasları – çarpayı, yataq dəsti ilə, uşaq bələmək üçün yeri olan komod, uşağı çimdirmək üçün kiçik vanna, müxtəlif gigiyena vasitələri. Çimmək üçün otlar və içində uşaq temperaturunu salan vasitələr, hidrogen peroksid, zelyonka, müxtəlif kremlər və tozlar olan apteçka.

Artıq tezliklə uşaq dünyaya gələcək və bütün çətinliklər unudulacaq. Ancaq hələ ona qədər, gələcək ana öz sağlamlığına nəzarət etməli və əsəbiləşməməli, gələcək doğuş üçün güc toplamalıdır.

Tonus

Uşaqlıq tonusu özünü əzələ yığılmaları ilə göstərə bilər, hansı ki, Brekston-Xiksin yalançı sancıları adlanır. Son mərhələdə hamilə qadın yalançı sancıları (uşaqlığın hipertonusu nəticəsində) həqiqilərdən ayırmağı bacarmalıdır. Sonuncuya müntəzəmlik, intensivlik və gücün tədricən artması xasdır.

Hansı vitaminləri qəbul etmək lazımdır?

Hamiləliyin iyirmi altıncı həftəsindən sonra da siz, əvvəlki vitaminlərin (hamiləliyin birinci və ikinci trimesterlərində) qəbulunu, yenə də davam etməlisiniz. Əgər əvvəllər hamilələr üçün xüsusi vitaminlər qəbul etməmisinizsə, buna son mərhələdə də başlaya bilərsiniz.

Unutmayın ki, vitamin və minerallarla “dostluq” doğuşdan sonra da qurtarmayacaq – süd verən analar da xüsusi vitamin-mineral komplekslər qəbul etməlidirlər ki, ana südünün tərkibi uşağın tələblərini ödəyə bilsin.

Hamiləliyin üçüncü trimesterində ana və döl üçün eyni maddələr vacibdir:

  • dəmir (dölü oksigenlə təmin edir),
  • kalsium (dölün sümüyünə bərklik verir),
  • maqnezium (hamilələrdə əzələlərin qıcolmasının qarşısını alır).

Hamiləliyin üçüncü trimesterində cinsi əlaqə

Hamiləliyin son mərhələsində də cinsi əlaqə qadağan olunmur. Lakin indi qarın o dərəcədə böyüyüb ki, yalnız qadına rahat olan pozalar seçilə bilər. Partnyor çox diqqətli və həssas olmalıdır. Seks – sadəcə intim yaxınlıq deyildir, o, sevginin təzahürü, həyat yoldaşını əzizləmək və sevinc bəxş etmək imkanıdır.

Gələcək anaların həmişəki kimi pozitiv psixo-emosional atmosferə, müsbət əhval-ruhiyə və qorunma hissinə ehtiyacları var. Ehtiyatlı cinsi əlaqə qadına ziyan verə bilməz, əksinə bunlara şərait yaradar.

Proqnozlaşdırılan doğuş vaxtı keçdikdə və uşaq doğulmağa hələ tələsmədikdə, cinsi əlaqə doğuş fəaliyyətinin başlanmasını stimulyasiya edə bilər. Bəzi hamilə qızlar 39-42-ci həftələrdə, öz vəziyyətlərindən yorularaq, bu üsulla gələcək hadisələri tezləşdirməyə çalışır.

Hamiləlik dövründə cinsi əlaqə barədə daha ətraflı bu məqaləmizdə oxuya bilərsiniz.

Soyuqdəymə və digər xəstəliklər

Yadda saxlayın ki, bütün dərman vasitələrini ginekoloqun icazəsi olduqdan sonra qəbul etmək olar. Dərman qəbul etməməyin ən yaxşı üsulu isə — xəstələnməməkdir. Üçüncü trimesterdə də qrip və soyuqdəymə kimi xəstəliklərə yoluxmaqdan qorunmaq çox vacibdir.

Əgər buna baxmayaraq, siz soyuqlamısınızsa, mürəkkəb tərkibli bahalı dərmanlarla müalicə olunmağa heç də lüzum yoxdur.

Çox vaxt soyuqdəyməni xalq təbabəti vasitələrilə müalicə etmək olar: çoxlu qaynar su, moruq, böyürtkən, zoğal, bal, sarımsaq və baş soğanla. Lakin, hətta belə müalicə də ginekoloqunuzla konsultasiyanın tələb edir, hansı ki, sizin hamiləliyinizin gedişini və ümumən sağlamlıq vəziyyətinizi çox gözəl bilir.

Hamiləlik dövründə soyuqdəymə barədə daha ətraflı bu məqaləmizdə oxuya bilərsiniz.

Firudin bəy Köçərli – 160 TƏHLİL

Tarixən mədəniyyət beşiyi olan, ədəbi-bədii fikir tariximizə böyük dərəylər bəxş etmiş Qarabağın incisi hesab olan Şuşa Azərbaycan tarixinə böyük mütəfəkkirlər, ictimai-siyasi xadimlər bəxş etmişdir. Onların dəsti-xətti, yaradıcılıq irsi, elmi, siyasi görüşləri tariximizdə iz salmış və hər birinin özünəməxsus olan bir tərcümeyi- halı var ki, onları vərəqlədikcə böyük qürur yaşayırsan ki, xalqımızın belə zəngin, fədakar simaları olub. Hər sahədə mücadilə aparıb, geniş yaradıcılıq imkanları, siyasi mübarizələri ilə Şuşada boya-başa çatan insanların kimliyi bizdə əməlləri ilə lazımı təsəvvür yaratmışdılar. Bu torpağın yetirdiyi Azərbaycan Demokratik Cumhuriyyəti dövründə Ukraynada diplomatik nümayəndə təyin edilən Yusif Vəzir Çəmənzəminli, eyni zamanda, Krımda və Polşada da Azərbaycanın diplomatik nümayəndəsi idi. Yenicə işə başlamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı bu ölkələrin ictimaiyyətinə tanıtmaq idi. Böyük əsərlər müəllifi olan Yusif Vəzir bu vəzifəni yerinə yetirməklə yanaşı, ədib olduğunu da heç vaxt unutmamış və Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında əsərlər yaratmışdır. 1921-ci ildə yazıçının elmi müşahidələrlə zəngin olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi –coğrafi və iqtisadi Azərbaycan” adlı kitabları işıq üzü görür. 1930-1935-ci ildə o özünün “Qızlar bulağı”, “Studentlər”, “1917-ci ildə” romanlarını çap edir, komik pyes olan “Həzrəti Şəhriyar” əsərini qələmə alır. Qarabağın – Şuşanın yetirdiyi Azərbaycan yazıçısı, publisisti, tərcüməçisi, tənqidçisi, maarifləndiricisi və ictimai xadimi Xəlil İbrahim ictimai-siyasi, mədəni-maarifləndirci, sosial və s. qadın azadlığı mövzusunda yazaraq, özünü bütün janrlarda mükəmməl yazıb-yaradan bir ziyalı olaraq təqdim edib. Əlbəttə ki, Şuşanın tarixini vərəqlədikcə nə qədər böyük ziyalılarının olduğunu görürük. Bu gün onlardan biri olan Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikir tarixində məşhur olan alim, tənqidçi və pedaqoq kimi dəyərləndirilən Firudin bəy Köçərli haqqında söz açacağıq. Böyük sənətkarın doğum günündə – 26 yanvar tarixində.

ŞUŞADA KÖÇƏRLİ MƏHƏLLƏSİ

Tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən olan Firudin bəy Əhməd ağa oğlu Köçərli 160 il bundan əvvəl – 1863-cü ilin 26 yanvarında Şuşada anadan olub. Əsli Cavanşir mahalının Köçərli kəndindən olan Firudin bəyin ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçmüş, burada yurd-yuva salmış, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranmışdır. Firudin bəyin dünyaya göz açdığı mühit əsl ziyalı mühiti olmuşdur. Belə ki, onun atası Əhməd ağa savadlı bir şəxs olmuşdur. Belə bir mədəni mühitdə böyüyən Firudin bəy Mirzə Kərim Münşizadənin məktəbində təhsilə başlamış, sonralar Şuşadakı rus məktəbinə daxil olmuşdur. Onun tərcümeyi-halında göstərilir ki, Firudin bəy Köçərli 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və Firudun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır. 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris edir, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılan Firudin bəyə “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələri verilir. 1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə mütərəqqi təhsil ocağı olan Qori Müəllimlər Seminariyasının “tatar şöbəsi”-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunur. 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərir, təkliflər irəli sürür.

MAARİFPƏRVƏR ZİYALININ PEDAQOJİ BAXIŞLARINDA XƏLQİLİQ

Firudin bəy Köçərli siyasi proseslərə qoşularaq, “Müsavat” partiyasına üzv olur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürür, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayır. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir, və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilən Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.
1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən “Təlimi-Sokrat” əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” adlı dərslik tərtib edir. 1890-cı ildə İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoyur. 1891-ci ildə “Təlimi-Sokrat” adlı kitabı Bağçasarayda “Tərcüman” mətbəəsində, 1892-ci ildə isə A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxır. M.Y.Lermontovun “Üç xurma ağacı” və A.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilir. “Tatar komediyaları” adlı ilk elmi məqaləsi “Novoye obozreniye” qəzetində dərc olunur. 1898-ci ildə “Ərəb əlifbası və onun qüsurları” silsilə məqaləsi “Qafqaz” qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilir. 1903-cü ildə Tiflisdə “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabı rus dilində çap edilir. Elə həmin ildə M.F.Axundovun “Aldanmış kəvakib” povestini rus dilinə çevirir. 1904-cü ildə A.P.Çexovun “At familiyası” hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə “Şərqi-Rus” qəzetində dərc etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflisskiy listok” qəzetində dərc etdirir. “İrşad” qəzetində “Bir darülmüəllimin kifayətdir” adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır. Cəlil Məmmədquluzadənin “Usta Zeynal” kitabçası haqqında eyniadlı məqaləni “Znaniye” qəzetində çap etdirir. M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. “Mirzə Fətəli Axundov” adlı kitabı çap olunub. 1912-ci ildə uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Bakıda “Kaspi” mətbəəsində çap olunur. 1913-cü ildə yazdığı “Azərbaycan ədəbiyyatı tarixi” adlı üç cildlik əsərini tamamlayır. 1920-ci ildə “Vətən dili”nin I hissəsinin yenidən işlənməsində xidmətləri olur. Onlarla dərsliyə düzəliş edən Firudin bəy nəzəri materialı, hekayələri artıraraq, metodika və stilistikasını zənginləşdirir. Ölümündən sonra 1925-ci ildə “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilir. Uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilir.

QƏRARA ALINIR: MÜTTƏHİM KÖÇƏRLİNSKİ GÜLLƏLƏNSİN

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər “Müsavat” funksionerlərini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə”, “torpaq və mülk zəbt etməkdə”, general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham edirlər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunur, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılır və hökm yerinə yetirilir. Güllələnmə haqqında çıxarılmış qərarda belə deyilirdi: “Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firudun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda “Müsavat” partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir. Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər. Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov”.
1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti bolşevik-daşnak qüvvələri tərəfindən süquta uğradılandan sonra başlanan faciə və məqsədli terror qurbanlarından biri Firudin bəy Köçərli olmuşdur. O, Gəncədə heç bir əsas olmadan güllələnmişdir. Millət aşiqi, maarif fədaisi olan Firudin bəy Köçərlinin gənc nəslin təhsil almasında, maariflənməsində əvəzsiz xidmətləri olmuşdur. Qədirbilən xalqımız böyük mütəfəkkirin işıqlı əməllərini heç vaxt unutmayacaq.
Bu gün maarifpərvər ziyalı Firudin bəy Köçərlinin böyüyüb boya-başa çatdığı Qafqazın incisi olan Şuşa böyük inkişaf dövrünü yaşayır. Şuşa xalqımız üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. Qarabağ xanlığının tarixi paytaxtı, mədəniyyət məbədi olan bu qədim şəhər böyük mütəfəkkirlər diyarıdır. Ümummilli lider Heydər Əliyev Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyəti olduğunu bildirərək demişdi: “. Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Təbii ki, qısa bir zamanda Şuşa Qarabağımızın və bütövlükdə Azərbaycanımızın elm, mədəniyyət və təhsil mərkəzinə çevriləcək, əvvəlki şöhrətini özünə qaytaracaqdır. Şuşanın musiqi, mədəni və təhsil həyatı öz əvvəlki ahənginə qovuşacaqdır. Yenidən Firudin bəy Köçərlilər, Üzeyir bəy Hacıbəylilər, Xurşidbanu Natəvanlar bu torpaqdan boy verəcəklər, yetişən fidanlar böyük mütəfəkkirlərin yaratdığı salnamələri əxz edə-edə Şuşanın tarixi yaddaşına səyahət edəcəklər.

Comments are closed, but trackbacks and pingbacks are open.