Press "Enter" to skip to content

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Mü.

31 dekabr həmrəylik günü

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirik

Bu gün- 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində bu gün mühüm rol oynayır.

Artıq iki ildir ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.

Milli Azərbaycan Tarixi Muzeyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edir. Ölkəmizə daima sülh, əminamanlıq, xalqımıza can sağlığı, ruzi-bərəkət arzulayırıq!

8 mart- Beynəlxalq Qadınlar günü

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xanımlarını 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara can sağlığı, qadın səadəti və x.

Elmi Şurada yeni ekspozisiyanın qurulması ilə bağlı məsələlər müzakirə olunub

Martın 3-də Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Və.

Dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deghati muzeyi ziyarət edib

Bu gün məşhur azərbaycanlı fotoqraf Reza Deghati muzey rəhbərliyi ilə görüşüb. Tanınmış fotoqrafla gələcək əməkdaşlıq mövzuları ətrafında söhbət aparı.

Muzeydə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Mü.

Abşeronun neftli torpaqlarının planı bərpa olunub

Muzeyin Sənədli mənbələr fondunda qorunan 1907-ci ilə aid Abşeron yarımadasının (Balaxanı, Sabunçu, Ramana, Bibiheybət) neftli torpaqlarının planı (ra.

“Xocalı Dosyesi” adlı tədbir keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılı.

Xocalı Soyqırımına həsr edilmiş sərgi keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın və “İstedadlı Əlillər” İctimai Birli.

Muzeydə uşaqlar üçün əyləncəli-maarifləndirici tədbir keçiriləcək

“Muzeydə Novruz macəraları” adlı əyləncəli-maarifləndirici tədbirlər keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 dekabr dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti Sizləri səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayırıq.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
25 ilbundan əvvəl, 1989-cu ildə dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin sökülməsi böyük bir ruhun, idealına doğru yürüyən xalqın xəyali düşüncələrini gerçəkləşdirmək arzusunun ən yüksək məqamıydı. Bu bütövləşmiş, böyük ruhun qarşısında dünyanın heç bir gücü davam gətirə bilməzdi. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, bir ideal uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir.
Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik Günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.

Maraqlı Baxılıb: 7586 Tarix: 31 dekabr 2014
f Paylaş

Digər yazılar

Üzüklər və barmaqlar

Üzüklər və barmaqlar. Qədim zamanlarda üzükləri yalnız bəzək əşyası kimi qiymətləndirmirdilər, hətta onları magik qüvvəyə malik olan atribut və talisman kimi daşıyırdılar. Məhz bu səbəbə görə də insanlar nikahlarını ela

Bürclərə görə saç rəngləri

Saç qadınlar üçün imtina edilməz bir ünsür və çox əhəmiyyətlidir. Saç modellərinə diqqət etdikləri kimi saç rənglərini də tez-tez dəyişdirirlər. Qoç bürcü saç rəngi:. Qoç qadını lider tiplidir və diqqət çəkməyi çox sevər

Kim hansı ayda doğulub? Aylara görə XARAKTERİNİZ

Yanvar. Hirsli və ciddi biridir. Öyrənməyi və öyrətməyi sevir. Ağıllı və planlı iş görür. Duyarlı və dərin hissləri olan biridir. Romantikdir, uşaqları sevir, tez qısqanandır. Fevral. Dəyişkəndir. Özünə güvəni yoxdur. Düzgündür

Həftənin neçənci günü doğulmusunuz? SİZİN HAQQINIZDA.

1. Bazar ertəsi doğulan. Qadın. Zərif, həssas, duyumlu, arzu-həvəsi olan xanımlardandır. Uyğunlaşmağı, güzəştə getməyi bacarır. O, tək yaşayanda əziyyət çəkir. Hisslərinin hərarətini bölüşməyə adam axtarır. Əsl qadın həyat

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

Barselona şəhəri haqqında geniş məlumat və şəkillər – Foto

Barselona — İspaniyanın şimal-şərqində yerləşən liman şəhəri. Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Barselona adı qədim Yunan dilindən götürülmüşdür: “Βαρκνών”, “Barcino”, “Barcelo”

Yuxu haqqında bilmədiyimiz faktlar

Yuxu haqqında bilmədiyimiz faktları siz oxucularımıza təqdim edirik. Kişilәr vә qadınlar eyni dәrәcәdә yuxu görürlәr. Sadәcә bir fәrq var: kişilәr yuxuda әn çox әks cinsin nümayәndәlәrini görürlәr.Qadınlar isә hәr iki cinsi

Yeni il axşamında cazibədar rənglər bürclərə görə hansılardır

Yeni il axşamında cazibədar rənglər bürclərə görə hansılardır. Yeni il gecəsində sizə uğur gətirən rəngləri, daşları və hər bürcə uyğun geyim seçimini hazırlamışıq. QOÇ. Rənglərin enerjiləri: Qırmızı sizi hərəkətə gətirərə

Bürclərin ayrılmaq üçün göstərdiyi taktikalar

Bürclərin ayrılmaq üçün göstərdiyi taktikalar. Qoç bürcü. Başqaları ilə maraqlandırğınızı hiss etdirməyiniz, onu qısqanmağınız sizdən bezməsi üçün kifayətdir. Buğa bürcü. Çətin ayrılar. Cinsəl istəksizliyiniz, maddi qərarlarınızı

31 dekabr həmrəylik günü

“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” Heydər Əliyev

AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ

  • Müdafiə naziri
  • Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
  • Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
  • Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
  • Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
  • Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
  • Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
  • Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
  • Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
  • “Azərbaycan Ordusu” qəzeti
  • “Hərbi Bilik” jurnalı
  • “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
  • Hərbi And
  • Qanunvericilik
  • Nizamnamələr
  • Bayraqlar
  • Orden və medallar
  • Emblemlər
  • Azərbaycan Milli Qəhrəmanları
  • Geyim qaydası
  • Beynəlxalq hərbi əməkdaşlıq
  • İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
  • NATO ilə əməkdaşlıq
  • Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
  • BQXK ilə əməkdaşlıq
  • Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
  • CISM – Beynəlxalq Hərbi İdman Şurası
  • Azərbaycandakı xarici hərbi nümayəndəliklər
  • Beynəlxalq Ordu Oyunları
  • Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
  • Hərbi Elmi Tədqiqat İnstitutu
  • Hərbi İdarəetmə İnstitutu
  • Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
  • Heydər Əliyev adına Hərbi İnstitut
  • Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
  • Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
  • Dövlət rəmzləri
  • Bayramlar
  • Ermənistan-Azərbaycan münaqişəsi
  • Vətən müharibəsi
  • Qan yaddaşı
  • Xəbərlər arxivi
  • Cəbhə xəbərləri arxivi
  • Foto arxiv
  • Video arxiv
  • “Azərbaycan Ordusu” qəzetinin arxivi
  • “Azimut” Bülleteninin Arxivi

Xəbərlər

30 Dekabr 2017 09:33

Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi elan edilmişdir.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.
Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.

Tural ƏLİBABAYEV, Bakı şəhəri

Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı

Comments are closed, but trackbacks and pingbacks are open.